Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6103/2022 25.05.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi Cəfərov Murad Şadtat oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X4 iştirakları ilə, İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X13 1 saylı Bakı Ərazi İdarəsinə qarşı qeyri-yaşayış sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X13 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, M.Fətəliyev küçəsində yerləşən 39.7 kv.m sahəsi olan ona məxsus qeyri-yaşayış sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ona məxsus Bakı şəhəri, Bakıxanov qəsəbəsi, Gənclik küçəsində yerləşən ticarət obyekti yolun genişləndirilməsi və abadlıq işlərinin aparılması ilə əlaqədar sökülmüş və əvəzində Sabunçu rayon İcra Hakimiyyəti başçısının xx.xx.2014-cü il tarixli, 316 saylı sərəncamı ilə Bakıxanov qəsəbəsi, M.Fətəliyev küçəsində inşa edilmiş ticarət mərkəzində sahəsi 39.7 kv.m olan qeyri-yaşayış sahəsi verilmişdir. Həmin qeyri-yaşayış sahəsi hazırda onun mülkiyyətindədir. Mülkiyyətində olan həmin qeyri-yaşayış sahəsinə daşınmaz əmlakın dövlət reyestrindən çıxarış almaq üçün qanunvericiliklə müəyyən olunmuş, tələb olunan sənədləri xx.xx.2021-ci il tarixli ərizə ilə cavabdehə təqdim etmişdir. Ancaq cavabdeh xx.xx.2022-ci il tarixli, **********20 saylı məktubla aydın olmayan ümumi cümlələr əsas gətirərək dövlət reyestrindən çıxarış verilməsindən imtina etmişdir. Bildirir ki, ona verilmiş qeyri-yaşayış obyekti ayrıca tikili olmayıb ticarət mərkəzinin daxilində yerləşir və onlara məxsus mağaza dövlət tərəfindən söküldüyü üçün verilmişdir. Həmin ünvanda yerləşən bir çox qeyri-yaşayış obyekti sahibləri daşınmaz əmlakın dövlət reyestrindən çıxarış almışlar. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsində göstərilən qaydada iddia ərizəsinə münasibət bildirmək üçün sərəncam göndərilmiş, sərəncama əsasən cavabdeh tərəfindən məhkəməyə iddia ərizəsinə qarşı etiraz təqdim edilərək bildirilmişdir ki, sərəncamın icrası ilə əlaqədar aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, iddiaçı müvafiq tələb ilə bağlı xx.xx.2021-ci il tarixdə İdarəyə müraciət etmişdir. İdarənin mütəxəssisləri tərəfindən ünvana keçirilən texnik baxış zamanı qeyd edilən qeyri-yaşayış sahəsinin qeyri-yaşayış binasının bir hissəsində yerləşdiyi müəyyən edilmişdir. Odur ki, qeyri-yaşayış binası daşınmaz əmlakın dövlət reyestrdə qeydiyyata alındıqdan sonra ərizəçi tərəfindən təqdim ediləcək notarial qaydada təsdiq edilmiş alğı-satqı müqaviləsi əsasında qeyri-yaşayış sahəsinə mülkiyyət hüquqlarının qeydiyyatı aparıla bilər. Qeyd olunan səbəblərə görə, ərizənin icrası mümkün olmamış, bununla bağlı xx.xx.2022-ci il tarixli, **********20 nömərli məktub ünvanlanmışdır. Şifahi məhkəmə baxışı iclasında iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinə uyğun məzmunda izahat verərək, iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddiaya dair verilmiş yazılı etiraza uyğun məzmunda izahat verərək, iddianın rədd olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq, hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan Bakı şəhəri Sabunçu rayonu İcra Hakimiyyəti başçısının 316 saylı, 06 iyun 2014-cü il tarixli “Bakıxanov qəsəbsəi, Gənclik küçəsində yerləşən X1 məxsus ticarət obyektinin yerinin dəyişdirilməsi barədə” sərəcamın surətindən görünür ki, İddiaçı Sabunçu rayon İcra Hakimiyyəti başçısına ərizə ilə müraciət edərək, Bakıxanov qəsəbəsi, Gənclik küçəsində yerləşən ona məxsus ticarət obyektinin söküldüyünü nəzərə alaraq, Fətəliyev küçəsində inşa edilmiş yeni ticarət mərkəzində ona yer ayrılmasını xahiş etmişdir. Sabunçu rayon İcra Hakimiyyəti başçısının 25 sentyabr 2013-cü il tarixli, 507 saylı sərəncamı ilə Bakıxanov qəsəbəsi, Mehmandarov, Fətəliyev, Sülh və Gənclik küçələrində yerlşən ticarət obyektlərinin köçürürülməsi məqsədi ilə Fətəliyev küçəsində yeni ticarət mərkəzi inşa edilmişdir. Sənədlərdən görünür ki, Bakıxanov qəsəbəsi, Gənclik küçəsində yerləşən sahəsi 29.6 kv.m olan İddiaçı məxsus ticarət obyekti abadlıq işlərinin aparılması və həmin küçədə yolun genişləndirilməsi ilə əlaqədar köçürülməsi nəzərdə tutulmuşdur. Sabunçu rayon İca Hakimiyyəti başçısının 25 sentyabr 2013-cü il tarixli, 507 saylı sərəncamının icrası ilə bağlı yaradılmış komissiyasının İddiaçı məxsus mağazanın köçürülməsinə dair aktı var. Yuxarıda qeyd olunanlar nəzərə alınaraq, Bakıxanov qəsəbəsi, M.Fətəliyev küçəsində inşa edilmiş yeni ticarət mərkəzində sahəsi 39.7 kv.m olan mağaza İddiaçı istifadəsinə verilmiş və yeni ticarət mərkəzində İddiaçı ayrılmış mağazanın eskiz layihəsi təsdiq edilmişdir. İşdə olan notarial qaydada təsdiq edilmiş Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbsəi, M.Fətəliyev küçəsi, 9 mərtəbəli, 72 saylı yaşayış binasının qarşısında mövcud “B” tikilisi 1 mərtəbəli ticarət mərkəzinin cərgələrində yerləşən X2 məxsus ticarət obyektinin eskiz layihəsi Sabunçu rayon İcra Hakimiyyəti başçısının 316 saylı, xx.xx.2014cü il tarixli sərəncamına əsasən təsdiq edilmişdir. İşdə olan cavabdeh tərəfindən iddiaçının müraciətinə cavab olaraq verilmiş **********20 nömrəli, xx.xx.2022-ci il tarixli məktubun surətindən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, M.Fətəliyev küçəsində yerləşən qeyri-yaşayış sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair ********** nömrəli, xx.xx.2021-ci il tarixli ərizəsinə baxılaraq bildirilmişdir ki, İdarənin mütəxəssisləri tərəfindən ünvana keçirilən texniki baxış zamanı qeyd edilən qeyri-yaşayış sahəsinin qeyri-yaşayış binasının bir hissəsində yerləşdiyi müəyyən edilmişdir. Odur ki, qeyri-yaşayış binası daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındıqdan sonra ərizəçi tərəfindən təqdim ediləcək notarial qaydada təsdiq edilmiş alğı-satqı müqaviləsi əsasında qeyri-yaşayış sahəsinə mülkiyyət hüquqlarının qeydiyyatı aparıla bilər. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* nömrəli, xx.xx.2018-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Muxtar Fətəliyev küçəsi, ev 56 (yeni qaydalarla: ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 38.8 kv.m olan qeyri-yaşayış sahəsi X5 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Məhkəmə ilk öncə hazırki iddianın mümkünlük şərtlərinə qiymət verməyi zəruri hesab edərək, aşağıdakıları qeyd edir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). İddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrıayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. İddiaçı məhkəmədə qaldırdığı iddia ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş və cavabdeh tərəfindən 31 yanvar 2022-ci il tarixli, **********20 nömrəli imtina məktubu almışdır. Göründüyü kimi, iddia mümkünlük şərtlərini ödəyir. İddianın mahiyyətinə gəlincə, məhkəmə hesab edir ki, iddia mahiyyətcə də, əsaslıdır. Belə ki, yuxarıda sadalanmış sənədlərdən məlum olur ki, Sabunçu rayon İcra Hakimiyyəti başçısının 25 sentyabr 2013-cü il tarixli, 507 saylı sərəncamı ilə Bakıxanov qəsəbəsi, Mehmandarov, Fətəliyev, Sülh və Gənclik küçələrində yerləşən ticarət obyektlərinin köçürürülməsi məqsədi ilə Fətəliyev küçəsində yeni ticarət mərkəzi inşa edilmişdir. İddiaçı məxsus olmuş Bakıxanov qəsəbəsi, Gənclik küçəsində yerləşən sahəsi 29.6 kv.m olan ticarət obyektinin abadlıq işlərinin aparılması və həmin küçədə yolun genişləndirilməsi ilə əlaqədar köçürülməsi nəzərdə tutulmuş, Sabunçu rayon İca Hakimiyyəti başçısının 25 sentyabr 2013-cü il tarixli, 507 saylı sərəncamının icrası ilə bağlı yaradılmış komissiyasının İddiaçı məxsus mağazanın köçürülməsinə dair aktı olmuş, İddiaçı Sabunçu rayon İcra Hakimiyyəti başçısına ərizə ilə müraciət edərək, Bakıxanov qəsəbəsi, Gənclik küçəsində yerləşən ona məxsus ticarət obyektinin söküldüyünü nəzərə alaraq, Fətəliyev küçəsində inşa edilmiş yeni ticarət mərkəzində ona yer ayrılmasını xahiş etmişdir. Bakı şəhəri Sabunçu rayon İcra Hakimiyyəti başçısının 316 nömrəli, 06 iyun 2014-cü il tarixli sərəncamı ilə Bakıxanov qəsəbəsi, M.Fətəliyev küçəsində inşa edilmiş yeni ticarət mərkəzində sahəsi 39.7 kv.m olan mağaza İddiaçı istifadəsinə verilmiş, yeni ticarət mərkəzində İddiaçıa ayrılmış mağazanın eskiz layihəsi təsdiq edilmişdir. Cavabdeh tərəfindən ididaçının müraciətindən imtina edilməsinin əsası kimi idarənin mütəxəssisləri tərəfindən ünvana keçirilən texniki baxış zamanı qeyd edilən qeyriyaşayış sahəsinin qeyri-yaşayış binasının bir hissəsində yerləşməsinə və qeyri-yaşayış binasının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındıqdan sona ərizəçi tərəfindən təqdim ediləcək, notarial qaydada təsdiq edilmiş alğı-satqı müqaviləsi əsasında qeyri-yaşayış sahəsinə mülkiyyət hüquqlarının qeydiyyatının aparıla bilməsinə istinad edilmişdir. Halbuki iş materiallarına əlavə olunmuş sənədlərdən görünür ki, iddiaçıya məxsus olmuş Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Gənclik küçəsində yerləşən ticarət obyekti söküldüyündən, hazırki qeyri-yaşayış sahəsi Bakı şəhəri Sabunçu rayon İcra Hakimiyyəti başçısının 316 saylı, 06 iyun 2014-cü il tarixli sərəncamına əsasən ayrılmış və qeyri-yaşayış sahəsinin eksiz layihəsi təsdiq edilmişdir. Göründüyü kimi, iddiaçıya sözügedən qeyri-yaşayış sahəsi qanuni əsaslarla ayrılmışdır. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.1ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Həmçinin iş materiallarına əlavə olunmuş analoji Çıxarışdan görünür ki, artıq həmin ünvanda yerləşən qeyri-yaşayış binasının tərkib hissəsi olan digər qeyri-yaşayış sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı, ******* nömrəli, xx.xx.2018-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. Məhkəmə qeyd edir ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə əsasən hamı qanun və inzibati orqan qarşısında bərabərdir. Həmin Qanunun 12.2-ci maddəsinə əsasən İnzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. Məhkəmə hesab edir ki, iddiaçıya münasibətdə fərqli rəftarın X12 Konvensiyasının (AİHK) 14-cü maddənin (ayrı-seçkiliyin qadağan olunması) tələblərinə uyğun olduğu qənaətinə gəlmək üçün "ağlabatan mütənasiblik əlaqəsi" mövcud olmuş olmalıdır. İşin hallarına və iddiaçının fərdi situasiyasına uyğun olaraq cavabdeh orqan tərəfindən iddiaçıya münasibətdə tətbiq olunan fərqli yanaşma ilə bağlı "ağlabatan mütənasiblik əlaqəsi" mövcud deyil. X12 Məhkəməsi dəfələrlə qərarlarında qeyd etmişdir ki, istifadə olunmuş vasitələr və qarşıya qoyulmuş məqsəd arasında proporsionallığın olmaması, ərizəçinin məruz qaldığı fərqli davranışın obyektiv və ağlabatan əsaslarının olmaması ayrıseçkilik hesab olunur (bax digərləri ilə yanaşı Fabris Fransaya qarşı [BP] - 16574/08 Qətnamə xx.xx.2013-cü il tarixli qərar [Böyük Palata]; X8rşı (Munoz Diaz v. Spain), ərizə № 49151/07, xx.xx.2009-cu il tarixli qərar). Odur ki, iddiaçının fərdi situasiyası nəzərə alınmaqla başqa cür yanaşma AHİK-in 1 saylı Protokolun 1-ci maddəsi ilə birgə götürülmüş Konvensiyanın 14-cü maddəsinin pozuntusu hesab edilə bilər. İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinin 1-ci hissəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2.2.2, 33.1, 52, 68, 69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia tələbi təmin edilsin. Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, M.Fətəliyev küçəsində yerləşən sahəsi 39.7 kv.m olan qeyri-yaşayış sahəsinə dair İddiaçı mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X13 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aygün Abdullayeva
Məhkəmə qərarları › İş №2-1(112)-6103/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-6103/2022
25.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver