Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-6105/2021 29.09.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi X5 oglunun katibliyi İddiaçı Yadulla qızının, vəkili X7 oglunun Cavabdeh “Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi” X6 nümayəndəsi X9 oglunun iştirakları ilə İddiaçı Yadulla qızının cavabdeh “Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi” Publik hüquqi şəxsə qarşı (3-cü şəxslər Azərbaycan Respublikasının Maliyyə Nazirliyi, Xətai rayon İcra Hakimiyyəti, Dövlət Reyestri Xidməti göstərilməklə) “dövlət tərəfindən alınmaya məruz qalmış iddiaçıya məxsus torpaq sahəsinin və tikilinin hesablanaraq ödənilməsi” tələbinə dair iddiası üzrə işə Bakı şəhərində məhkəmənin binasında (ünvan: ünvan 2 Ə Y Y Ə N E T D İ : İddiaçı Yadulla qızı cavabdeh “Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi” Publik hüquqi şəxsə qarşı (3-cü şəxslər Azərbaycan Respublikasının Maliyyə Nazirliyi, Xətai rayon İcra Hakimiyyəti, Dövlət Reyestri Xidməti göstərilməklə) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhər Xətai Rayon İcra Hakimiyyəti Başçısının 291 №-li 22.09.2000ci il tarixli sərəncamına əsasən Babək prospekti 2010-cu məhəllədə “Qartal” k/m-yə məxsus sahədə iddiaçıya verilmiş 0,015 ha torpaq sahəsinin və tikilinin dövlət ehtiyaçı üçün alındığından, alınmaya məruz qalmış torpaq sahəsinin ekspertiza yolu ilə qiymətləndirilərək iddiaçıya ödənilməsi vəzifəsinin cavabdeh Azərbaycan Avtomobil Yolları X3 hüquqi şəxsin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İnzibati-Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayıldığından işin hazırlıq icraatına başlanılmışdır. İddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki, Bakı şəhər Xətai Rayon İcra Hakimiyyəti Başçısının 291 №-li 22.09.2000-ci il tarixli sərəncamına əsasən Babək prospekti 2010-cu məhəllədə “Qartal” k/m-nə məxsus sahədə 0,015 ha torpaq sahəsi (“Məhəllədaxili ərazidə fərdi yaşayış evi tikintisinə müstəsna hal kimi icazə verilməsi haqqında”) iddiaçıya verilmiş, ərazi ilə bağlı müvafiq plan ölçü tərtib edilmiş, iddiaçı həmin ölçülər əsasında hasar və kürsülənmiş ev tikdirmişdir. İddiaçı müalicə almaq məqsədi ilə bir müddət ölkədən kənarda olmuş, vətənə qayıdıb evinin tikintisini davam etdirmək istədikdə ona bildirmişlər ki, torpaq sahəsi plana düşdüyündən evi və hasarı sökülüb yerində “Ağ Şəhər” layihəsi salınır, digər torpaq sahibləri ilə müqavilələr bağlanıb. Lakin iddiaçı ilə nəinki müqavilə bağlanılmış, hətta ona bu barədə məlumat belə verilməmişdir. İddiaçının ona kompensasiya ödənilməsi ilə bağlı dəfələrlə Bakı şəhər Xətai Rayon İcra Hakimiyyətinə ünvanladığı müraciətlərinə baxılmamış, nəhayət 14.08.2018-ci il tarixində ərizəsinə cavab olaraq qeyd edilmişdir ki, Xətai rayon İcra Hakimiyyətinin komissiya üzvləri tərəfindən “Ağ Şəhər” layihəsi çərçivəsində sökülməsi nəzərdə tutulmuş yaşayış və qeyriyaşayış obyektlərində ölçmə işləri aparılarkən, iddiaçıya məxsus olan sahədə hər-hansı bir tikinti aşkar olunmadığından kompensasiya ödənilməsi nəzərdə tutulmamışdır. Daha sonra iddiaçı cavabdeh Bakı şəhəri Xətai rayon İcra Hakimiyyətinə qarşı “torpaq sahəsinə görə kompensasiyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinə müraciət etmiş, məhkəmənin 18 dekabr 2019-cu il tarixli 2-1 (82)- 361/2019 saylı qərarı ilə iddiası təmin edilməmişdir. Belə ki, məhkəmə qərarı ilə müəyyən edilmişdir ki, Bakı şəhər Xətai Rayon İcra Hakimiyyətinin məhkəməyə ünvanladığı 27 noyabr 2018-ci il tarixli məktubda qeyd edilir ki, Azərbaycan Respublikası Prezidentinin 01 fevral 2006-cı il tarixli 1255 saylı Sərəncamı ilə təsdiq olunmuş Bakı şəhərində nəqliyyat sisteminin təkmilləşdirilməsi üzrə 2006-2007-ci illər üçün tədbirlər planının icrası ilə əlaqədar tədbirlər proqramı həyata keçirilmiş və Bakı şəhər İcra Hakimiyyəti Başçısının 7- 4010M7 saylı 27.11.2007-ci il tarixli, Nəqliyyat Nazirliyi Azəryolservis ASC-nin 4/01-3446 saylı 20.11.2007-ci il tarixli məktubları adı çəkilən tədbirlər planının 26-cı və 27-ci bəndlərinin, eləcə də şəhərin bəzi yolları və prospektlərinin yenidən tikilməsi barədə 10.11.2007-ci il tarixli direktiv orqanların göstərişlərinin icrası məqsədi ilə Bakı şəhəri X8 yolu və Zığ dairəsi boyunca tikinti zolağından (yolun və prospektlərin torpaq zolağından müxtəlif təyinatlı binaların, qurğuların, mühəndis-kommunikasiya xətlərinin) ən qısa müddətdə köçürülməsi üçün təxirəsalınmaz tədbirlər görülmüşdür. Köçürülən obyektlərin qiymətləndirilməsi və təzminatın ödənilməsi məqsədilə tərkibində Nəqliyyat Nazirliyi, Maliyyə Nazirliyi, Dövlət Reyestr Xidməti və digər aidiyyatı orqanların nümayəndələri olmaqla Bakı şəhəri Xətai rayon İcra Hakimiyyətində müvafiq komissiya yaradılmışdır. İddiaçı Yadulla qızı istər söküntü və köçürülmə işləri aparılan zaman, istərsə də üstündən uzun illər keçməsinə baxmayaraq, qeyd edilən məsələ ilə əlaqədar Komissiyaya müraciət etməmişdir. Bundan sonra iddiaçı torpaq sahəsinin alınmasına, ödənişin həyata keçirilməsinə və kompensasiyanın ödənilməsinə görə cavabdeh Azərbaycan Avtomobil Yolları X3 hüquqi şəxsə və 3-cü şəxslər Azərbaycan Respublikası Maliyyə Nazirliyi, Dövlət Reyestr Xidməti və Bakı şəhər Xətai Rayon İcra Hakimiyyətinə yenidən mütəmadi olaraq ərizələrlə müraciət etmişdir. Bildirmək istəyir ki, mövcud qanunvericiliyə əsasən Bakı şəhəri Xətai rayon İcra Hakimiyyəti Başçısının 291 №-li 22.09.2000-ci il tarixli sərəncamı iddiaçıya qeyd edilən torpaq sahəsi və inşa etdiyi yarımtikili üzərində mülkiyyət hüququ verir, 13 ildən artıq müddətdir ki, cavabdehlər iddiaçıya məxsus torpaq sahəsini almışlar, lakin ödəniş etməyərək ona ziyan vurmuşlar. Dövlət ehtiyacları tələb etdikdə, dövlət tərəfindən mülkiyyət yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. İPM-in 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Belə ki, iş materiallarından görünür ki, iddiaçıya hüquqi yardım haqqında sərəncam təqdim edilərək, iddia tələbinin əsl cavabdehə qarşı irəli sürülməsi təklif edilmişdir. Lakin, iddiaçı qanunvericiliyə uyğun olaraq iddia tələbini dəqiqləşdirməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçıya İPM-in 13-cü maddəsinə əsasən hüquqi yardım göstərilsə də, iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək işə mahiyyəti üzrə baxılmasını və iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi yazılı etirazda göstərilənlərə uygun verdiyi izahatında bildirdi ki, iddia ərizəsindən göründüyü kimi Xətai rayon İcra Hakimiyyətinin 291 nömrəli 22.09.2000-ci il tarixli sərəncamına əsasən iddiaçı X1 Babək prospekti 2010-cu məhəllədə, “Qartal” k/m-nə məxsus sahədə fərdi yaşayış evi tikintisinə müstəsna hal kimi icazə verilmiş, həmin ərazi onun tərəfindən hasara alınmış və müvafiq plana uyğun olaraq ev tikilmişdir. İddiaçı X2 məhkəməyə müraciət edərək, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən tərəfindən ona məxsus Babək prospekti 2010-cu məhəllədə, “Qartal” k/m-nə məxsus sahədə fərdi yaşayış evi və ərazinin söküntüsü ilə bağlı maddi ziyana görə kompensasiya iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının iddia ərizəsində qeyd etdiyi tikili Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən sökülməmiş, həmin ünvanda heç bir söküntü işləri aparılmamış və həmin ərazidə heç bir kompensasiya ödənilməmişdir. Bu barədə iddiaçının Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ünvanladığı müraciətinə Cəmiyyətdə aidiyyəti üzrə baxılmış və rəsmi qaydada iddiaçıya dəfələrlə cavab verilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 33.1, 33.2, 73.1-ci maddələrinin tələbinə görə məcburetmə haqqında iddianın əsaslı olması üçün aşağıdakı şərtlər birlikdə mövcud olmalıdır: inzibati orqan tərəfindən inzibati aktın qəbulundan imtina edilməli və ya inzibati orqanın hərəkətsizliyi nəticəsində inzibati akt qəbul edilməli, həmin hərəkətlər qanuna zidd olmalı, həmçinin həmin hərəkətlər iddiaçının hüquqlarının pozulmasına səbəb olmalıdır. Göründüyü kimi, iddiaçının tələbinin təmin edilməsini zəruri edən faktiki şərtlərin mövcud olduğunu təsdiq edən sübutlar iş materiallarında müəyyən edilmir. Mülki Məcəllənin 1096.1 və 1096.2-ci maddələrinin tələbinə görə mülki hüquq pozuntusunun baş verməsi sübuta yetirildikdən sonra iddiaçı zərər vuranın deliktin törədilməsində təqsirliliyini və zərər vuranın əməli (hərəkət və ya hərəkətsizliyi) ilə zərər arasında səbəbli əlaqənin olmasını sübut etməlidir. Hazırkı halda iddiaçı ona vurulan zərərin məhz cavabdehin hərəkətləri nəticəsində baş verməsinə dair, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi işçilərin təqsirli hərəkətləri nəticəsində, yəni iddiaçının iddiada qeyd etdiyi ünvanda inşa edilmiş evi və hasarı məhv olması ilə əlaqədar və ona maddi ziyanın vurulması barədə hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən yolun həmin hissəsində yol tikinti işləri aparıldığı zaman iddiaçı tərəfindən heç bir sübut təqdim olunmayıb, halbuki mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçı tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. İddiaçının iddia ərizəsində qeyd etdiyi tikililər Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən sökülməmiş, ümumiyyətlə iddiaçının qeyd etdiyi ərazidə və ünvanda heç bir söküntü işləri aparılmamış və bu işlərlə bağlı Maliyyə Nazirliyi tərəfindən vəsait ayrılmamışdır. İddiaçı mülki hüquq pozuntusu ilə bağlı hər hansı sübut məhkəməyə təqdim etməyib və Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi ilə üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmiş, iddia ərizəsində qeyd etdiyi ünvanda inşa edilmiş evin və hasarın Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən sökülməsi iddiaçının sübutsuz ehtimalıdır. Beləliklə iddiaçının iddiasında göstərilən torpaq sahəsi və tikililərlə bağlı kompensasiya tələbi əsassızdır və iddia tələbinin təmin edilməsini zəruri edən faktiki şərtlərin mövcud olduğunu təsdiq edən sübutlar iş materiallarında müəyyən edilmir. Odur ki, iddia tələbinin mümkün hesab edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, üçüncü şəxslər məhkəmə iclasına gəlməmiş, səbəbləri barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə, İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsaslanaraq, üçüncü şəxslərin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə, proses iştirakçılarınin izahatlarını dinləyib, işdə olan sənədləri araşdıraraq belə qənaətə gəlir ki, aşağıdakı səbəblərə görə iddia mümkün sayılmamalıdır. İş materiallarında olan Bakı şəhəri Xətai rayon İcra Hakimiyyəti Başçısının “Məhəllədaxili ərazidə fərdi yaşayış evi tikintisinə müstəsna hal kimi icazə verilməsi haqqında” 291 saylı 22.09.2000-ci il tarixli sərəncamın arxiv çıxarışının surətindən görünür ki, Babək prospekti 2210-cu məhəllədə “Qartal” k/m-nə məxsus (müəssisənin rəhbərliyinin razılığı ilə) sahədə 0,015 ha torpaq sahəsi iddiaçının adına sənədləşdirilməsinə və yaşayış evinin tikintisinə icazə verilmişdir. İş materiallarında olan Xətai Rayon İcra Hakimiyyətinin 27.05.2021-ci il tarixli iddiaçıya ünvanlanan məktubundan görünür ki, iddiaçının Babək prospekti 2210-cu məhəllədə “Qartal” kiçik müəssisəsinə məxsus sahədə 0,015 ha torpaq sahəsində olan yarımçıq tikilisinin söküldüyü və bununla əlaqədar kompensasiyanın ödənilməsinə köməklik göstərilməsi barədə müraciətinə baxılaraq bildirilmişdir ki, Xətai Rayon İcra Hakimiyyətinin komissiya üzvləri və Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən tövsiyyə olunmuş müstəqil qiymətləndirmə şirkəti tərəfindən “Ağ şəhər” layihəsi çərçivəsində söküntü ərazisinə düşən yaşayış və qeyri-yaşayış sahələrinin qiymətləndirməsi aparılarkən qeyd etdiyi sahədə hər hansı bir tikinti aşkar olunmadığından iddiaçıya kompensasiya ödənilməsi nəzərdə tutulmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Maliyyə Nazirliyinin iddiaçıya ünvanladığı 04 iyun 2021-ci il tarixli məktubunda iddiaçının Azərbaycan Respublikasının Maliyyə Nazirliyində “Ağ şəhər” layihəsinin həyata keçirilməsi ilə əlaqədar tikinti altına düşmüş əmlakının sökülməsi ilə bağlı kompensasiyanın ödənilməsi barədə müxtəlif dövlət instansiyalarına ünvanlanmış müraciətlərinə aidiyyəti üzrə baxılaraq bildirilmişdir ki, “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.6-cı və 54.2-ci maddələrinə əsasən alan orqan alınmanın təsirinə məruz qalan şəxslərə kompensasiya ödəmək öhdəliyi daşıyır və kompensasiya torpağın alınmasını zəruri edən layihənin hesabına ödənilir. Odur ki, iddiaçının əvvəlki eyni məzmunlu müraciəti araşdırılmaq üçün 2021-ci il 18 may tarixli MİHO/1.1-2-2021-976 nömrəli məktubla Xətai Rayon İcra Hakimiyyətinə ünvanlanmışdır. İş materiallarında olan məhkəmə sorgusuna cavab olaraq Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətindən daxil olmuş 17.08.2021-ci il tarixli məktubda göstərilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 01.02.2006-cı il tarixli, 1255 saylı Sərəncamı ilə təsdiq olunmuş “Bakı şəhərində nəqliyyat sisteminin təkmilləşdirilməsi üzrə 2006-2007-ci illər üçün tədbirlər planı”nın icrası ilə əlaqədar tədbirlər proqramı həyata keçirilmiş və Bakı şəhər İcra Hakimiyyəti Başçısının 7-4010/17 saylı, 27.11.2007-ci il tarixli, Nəqliyyat Nazirliyi "xxxx" ASC-nin 4/01-3446 saylı, 20.11.2007-ci il tarixli məktubları, adı çəkilən tədbirlər planının 26-cı və 27-ci bənədlərinin, eləcə də şəhərin bəzi yolları və prospektlərinin yenidən tikilməsi barədə 10.11.2007-ci il tarixli direktiv orqanların göstərişlərinin icrası məqsədi ilə Nobel pr., Zığ-yolu və Zığ dairəsi boyunca tikinti zolağından (yolun və prospektlərin torpaq zolağından) müxtəlif təyinatlı binaların, qurğuların, mühəndis-kommunikasiya xətlərinin ən qısa müddətdə köçürülməsi üçün təxirəsalınmaz tədbirlər görülmüşdür. Köçürülən obyektlərin qiymətləndirilməsi və təzminatın ödənilməsi məqsədi ilə tərkibində Nəqliyyat Nazirliyi, Maliyyə Nazirliyi, Dövlət Reyestr Xidməti və digər aidiyyatı orqanların nümayəndələri olmaqla Xətai rayon İcra Hakimiyyətində müvafiq Komissiya yaradılmış və "xxxx" ASC tərəfindən kompensasiya ödənilməklə mülkiyyətçilərlə razılaşma əsasında söküntü işləri aparılmışdır. Bakı şəhəri Xətai rayonu, Nobel prospekti ünvanından keçən avtomobil yolu "xxxx" ASC-nin balansında olmuşdur. Qüvvədə olan ”Avtomobil yolları haqqında” Azərbaycan Respublikası Qanununun 10.1-ci maddəsinə əsasən şəhər avtomobil yollarının istifadədə olan avtomobil yollarının tərkibinə daxil olmaqla şəhərin inzibati ərazi hüdudlarındakı küçə və prospektlərini əhatə edir, şəhər avtomobil yolları şəbəkəsinin idarə olunmasının təmirinin saxlanılması və vəziyyətinə nəzarət müvafiq İcra Hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Həmin Qanunun 15.1-ci maddəsinə əsasən yaşayış məntəqələrinin hüdudlarında yerləşən avtomobil yolları istisna olmaqla ümumi istifadə olan avtomobil yolları üçün qorunma (mühafizə) zolaqları müəyyən olunmuşdur. Nobel prospektinin genişləndirilməsində yolların bərpa edilməsi və mühafizə zolağının müəyyən olunması "xxxx" ASC tərəfindən aparılmışdır. İddiaçı istər söküntü və köçürülmə işləri aparılan zaman istərsə də üstündən uzun illər keçməsinə baxmayaraq qeyd edilən məsələ ilə əlaqədar Komissiyaya müraciət etməmiş və 2018-ci ildə guya onun həmin ünvanda yarım tikilisi olduğunu xatırlayaraq ona kompensasiya ödənilməsini tələb edir. İddiaçının qeyd etdiyi tikili heç vaxt mövcud olmamışdır. Əgər belə bir tikili mövcud olsaydı iddiaçı çoxdan komissiyaya müraciət etmiş olardı. İddiaçı eyni zamanda işlə bağlı uzun illərdir ki, xarici ölkədə olduğunu, bu səbəbdən də mübahisəli ərazinin köçürülməsindən xəbərinin olmadığını bildirsə də, aidiyyatı üzrə heç bir sübut təqdim etməmişdir. Göründüyü kimi iddiaçı məhkəməyə səhv məlumat verməklə mövcud qanunvericiliyin tələblərini pozmağa cəhd edir. Belə ki, İddiaçı eyni məzmunlu iddia tələbi ilə Azərbaycan Respublikası 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmiş və hakim Rüstəm Kərimlinin sədrliyi ilə 2-1(82)-361/2019 saylı, 18.12.2019-cu il tarixli qərarına əsasən İddiaçı kompensasiyanın ödənilməsi barədə tələbi təmin edilməmişdir. Mövcud qanunvericiliyin tələblərinə əsasən eyni məzmunlu işlərə baxılması yolverilməz hesab olunur. Beləliklə şəxsi mülkiyyətində olmayan və sərəncam əsasında ayrılan torpaq sahəsinin üzərində uzun illər təyinatı üzrə istifadə edilməyən boş torpaq sahələrinə kompensasiya ayrılması nəzərdə tutulmadığından iddiaçının tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası adından çıxarılan məhkəmə qərarında işin ədalətli həllini şübhə altına alan və ziddiyyətlər yaradan müddəalar olmamalıdır. Yuxarıda qeyd edilənləri nəzərə alaraq iddia tələbinin mümkünsüz və ya rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş olunmuşdur. İş materiallarında olan məhkəmə sorgusuna cavab olaraq Azərbaycan Respublikası Maliyyə Nazirliyindən daxil olmuş 18.09.2021-ci il tarixli məktubda göstərilmişdir ki, “Ağ şəhər” layihəsinin həyata keçirilməsi ilə əlaqədar Bakı şəhəri, Xətai rayonu, Babək prospekti 2010-cu məhəllədə tikinti altına düşmüş əmlakın sökülməsi ilə bağlı kompensasiyanın ödənilməsinə dair Nazirlikdə hər hansı məlumat yoxdur. Sözügedən məsələ ilə bağlı iddiaçı tərəfindən 24.04.2021-ci il tarixli məktubla Maliyyə Nazirliyinə müraciət edilmiş və həmin müraciət araşdırılması üçün 18.04.2021-ci il tarixli MİHO/1.1-2- 2021-976 nömrəli məktubla Xətai Rayon İcra Hakimiyyətinə ünvanlanmış və nəticəsi barədə onun müəllifinə məlumat verilməsi xahiş edilmişdir. İş materiallarında olan 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 18.12.2019-cu il tarixli 2-1(82)-361/2019 saylı qərarından və AZEMİS elektron sistemdən çıxarışdan görünür ki, iddiaçının cavabdeh Bakı şəhəri Xətai rayon İcra Hakimiyyətinə qarşı “torpaq sahəsinə görə kompensasiyanın ödənilməsi” tələbinə dair iddiası təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 28.04.2021-ci il tarixli 2-1(103)-583/2021 saylı qərarı ilə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 18 dekabr 2019-cu il tarixli 2-1(82)-361/2019 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır. Hazırda inzibati iş Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının hakimi Nigar Rəsulbəyovanın icraatdadır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli qərarının 9cu bəndində qeyd edilmişdir ki, məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Belə ki, İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. İnzibati Prosessual Məcəllənin 35.1-ci maddəsinə görə, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normalara əsasən işə baxan məhkəmə icraatın bütün mərhələlərində iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcud olub-olmadığını yoxlamalıdır ki, həmin şərtlərdən biri də iddiaçının inzibati orqanın hərəkət və ya hərəkətsizliyi nəticəsində subyektiv hüquqların pozulmasının əsaslandırılmasıdır. Belə ki, inzibati prosessual qanunvericiliyin tələbinə görə inzibati məhkəmə icraatı qaydasında iddia iddiaçının hüquqlarının müdafiəsi məqsədilə qaldırılır və iddianın mümkün sayılması üçün mübahisəli münasibətə dair cavabdeh orqanın hüquqi mövqeyini ehtiva edən iradə ifadəsi (hərəkəti və ya hərəkətsizliyi) mövcud olmalıdır. Yəni, inzibati orqan qanunla üzərinə düşən vəzifəni pozan qanunsuz hərəkət etməklə və ya vəzifəsini icra etməkdən yayınmaqla-bilavasitə hərəkətsizlik etməklə iradəsini ifadə etmiş olmalı, eyni zamanda belə iradə ifadəsinin məhz iddiaçının hüquqlarına toxunması sonuncu tərəfindən əsaslandırılmalıdır. İddiaçı ilk növbədə qanundan irəli gələn hüquq və mənafelərin mövcudluğunu, cavabdehin qərar, hərəkət və hərəkətsizliyinin isə onun həmin hüquq və mənafelərinə toxunduğunu sübut etməlidir. Konkret halda da məhz, iddianın inzibati məhkəmə icraatının mümkünlük şərtləri yerinə yetirilmir. İPM-in 2.2.7-ci maddəsinə əsasən inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanın qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Hazırki iddiadan göründüyü kimi iddiaçının tələbinin əsası Bakı şəhəri Xətai rayon İcra Hakimiyyəti Başçısının “Məhəllədaxili ərazidə fərdi yaşayış evi tikintisinə müstəsna hal kimi icazə verilməsi haqqında” 291 saylı 22.09.2000-ci il tarixli sərəncamı ilə ona sənədləşdirilməsinə və tikintisinə icazə verilmiş Babək prospekti 2210-cu məhəllədə “Qartal” k/m-nə məxsus (müəssisənin rəhbərliyinin razılığı ilə) sahədə 0,015 ha torpaq sahəsinin və iddiaçının iddia etdiyi kimi üzərində olan tikilinin sökülməsi nəticəsində ona dəymiş ziyanın əvəzi kimi kompensasiyanın ödənilməsi vəzifəsinin cavabdeh qismində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyini göstərərək bu vəzifəsinin məhz həmin inzibati orqanın üzərinə qoyulmasından ibarətdir. Bununla belə iş materiallarında olan cavabdehin iddiaçıya ünvanlanan məktublarından, nümayəndəsinin məhkəmədə verdiyi yazılı və şifahi izahatından, habelə məhkəmə sorgusuna cavab olaraq Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətindən alınmış cavab məktubundan məlum olur ki, Azərbaycan Respublikası Prezidentinin 01.02.2006-cı il tarixli, 1255 saylı Sərəncamı ilə təsdiq olunmuş “Bakı şəhərində nəqliyyat sisteminin təkmilləşdirilməsi üzrə 2006-2007-ci illər üçün tədbirlər planı”nın icrası ilə əlaqədar tədbirlər proqramı həyata keçirilərək Nobel pr., Zığ-yolu və Zığ dairəsi boyunca tikinti zolağından (yolun və prospektlərin torpaq zolağından) müxtəlif təyinatlı binaların, qurğuların, mühəndis-kommunikasiya xətlərinin ən qısa müddətdə köçürülməsi üçün təxirəsalınmaz tədbirlər görülmüş, köçürülən obyektlərin qiymətləndirilməsi və təzminatın ödənilməsi məqsədi ilə tərkibində Nəqliyyat Nazirliyi, Maliyyə Nazirliyi, Dövlət Reyestr Xidməti və digər aidiyyatı orqanların nümayəndələri olmaqla Xətai rayon İcra Hakimiyyətində müvafiq Komissiya yaradılmışdır. Beləliklə də məhkəmənin mövqeyi belədir ki, iddiaçı hazırki iş üzrə mübahisəli münasibətə dair cavabdeh orqanın hüquqi mövqeyini ehtiva edən iradə ifadəsinin (hərəkəti və ya hərəkətsizliyi) mövcud olması iddiaçı tərəfindən əsaslandırılmadıgından iddia mümkün sayılmamalıdır. Məhkəmə onu da qeyd etməyi zəruri bilir ki, hazırkı iş üzrə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi iddiaya cavab verməli orqan olmadığından iddianın mümkün sayılmaması qənaətinə gəldiyinə görə və eyni zamanda iş üzrə əsl cavabdeh olan Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinə qarşı iddiaçı artıq kompensasiya tələbini irəli sürdüyündən və hazırda məhkəmənin icraatında həmin işə baxıldıgından həmin cavabdehə qarşı iddia irəli sürmək hüququ iddiaçıya izah edilmir. Həmçinin də iddiaçının iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsi aidiyyəti cavabdehlərə qarşı irəli sürülmədiyindən məhkəmə həmin ərizəni icraata qəbul etməkdən imtina edərək prosessual qənaət prinsipinə əsaslanaraq hazırki iddianın mümkünlüyü məsələsinə baxılmasını zəruri hesab etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35 və 80-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin inzibati kollegiyasına (ünvan: ünvan 10KİM: Mehriban Qarayeva
Məhkəmə qərarları › İş №2-1(112)-6105/2021
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-6105/2021
29.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver