Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6106/2022 30.09.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, Birgə iddiaçılar İddiaçı1 nümayəndəsi (əri) X5, İddiaçı2 nümayəndəsi (arvadı) X2, İddiaçı3, Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin (bundan sonra - Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi) nümayəndəsi X1 iştirakı ilə, Birgə iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “daşınmaz əmlaklara yeni ünvan verilməsi” haqqında iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. Birgə iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Payçıların ümumi razılığı əsasında ünvan 2 ünvanındakı fərdi yaşayış evinin ümumi paylı mülkiyyət halına tamamilə xitam verilməsi; Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən payçılara verilmiş Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışların ləğv edilməsi və Hüquq sahiblərinin hər birinə aid mülkiyyətə ayrı-ayrılıqda şəxsi mülkiyyət sahibi olduqlarına dair hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən yeni çıxarışlar verilməsi barədə tələbi irəli sürmüşdür.
2. Tələb onunla əsaslandırılmışdır ki, ünvan 2 ünvamndakı daşınmaz əmlak üzərində İddiaçı1, İddiaçı2 və İddiaçı3 olmaqla ümumi paylı mülkiyyət əsasında hər birimizin 1/3 payları mövcuddur. MM-nin 220.2-ci maddəsinə görə paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Yəni, paylı ümumi mülkiyyətin hər bir iştirakçısı öz payını ümumi əmlakdan ayırmağı tələb etməyə haqlıdır. Həmin məcəllənin 221-ci maddəsinin tələblərinə görə ümumi paylı mülkiyyət hüquqlarına fiziki bölgü, iştirakçıların razılığa gəlmələri yolu ilə də xitam verilə bilər. Yəni, paylı mülkiyyətçilər yalnız öz istəkləri ilə paylarını ayıraraq paylı mülkiyyətçi vəziyyətindən çıxa bilərlər, bir başqa formada isə bütün paydaşların razılığı ilə paylı mülkiyyət halına xitam verilə bilər. Bu səbəbdən də şəxsi mülkiyyət sahibinin öz mülkiyyəti ilə bağlı istənilən sərəncamı vermək hüququ olur. Bu məqsədlə cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya) qaydada nizama salınması üçün xx.xx.2021-ci il tarixdə Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə müraciət etsələr də, ərizə və ona qoşma sənədləri səbəb göstərilməyərək, Xidmət tərəfindən qəbul edilib baxılmadan, poçt vasitəsilə xx.xx.2021-ci il tarixdə geri özlərinə qaytarılmışdır. xx.xx.2021-ci il tarixdə isə Mediasiya Şurasına müraciət etmələrinə baxmayaraq bu günədək onlara heç bir cavab verilməmişdir. “Mediasiya haqqında” qanunun tələblərinə görə Mediasiya prosesinin tətbiqi barədə təklifə 10 gün ərzində cavab verilmədikdə mediasiya prosesinə xitam verilir. Ona görə bütün tərəflərin razılığı ilə biz də ümumi paylı mülkiyyət halına tamamilə xitam verilməsini istəyirlər. Nəzərə almaq lazımdır ki, Məcəllənin 213.4-cü maddəsinə görə, paylı mülkiyyət bir neçə şəxsin fiziki cəhətdən bölünməyən (bölünməmiş) əşya üzərində müəyyən paya sahib olması halında yaranır. Halbuki, onların sahibliyində olan mülkiyyət isə bölünə biləndir. Göstərilən ev hər birinin istifadə etdiyi tam bir bütöv hissədən deyil, bir-biri ilə heç bir əlaqəsi olmayan hər birinə məxsus ayrıca evlərdən ibarətdir. Onlardan hər hansı birinə məxsus olan hissədən digərləri istifadə etmir və digərlərinin istifadəsində də deyildir. Əmlakla bağlı hər birinə aid ancaq ünvanlarının eyni olmasıdır. Əslində onların ümumi paylı bir mülkiyyəti yox, hər birinə məxsus ayrıca ev və hər bir evə məxsus ayrıca sanitar-texniki qovşaq, torpaq sahəsi və s. olan mülkiyyəti vardır. Hər birinin mülkiyyətində olan əmlaka qulluq edilməsi və onun saxlanması xərclərini ayrıca özləru qarşılamaqla bərabər vergi və rüsumları da ayrı-ayrılıqda öz əmlaklarına görə ödəyirlər. Ümumi əmlak adlı bir əmlak olmadığından ona görə də ümumi əmlakla bağlı heç biri ödəniş aparmır. Yalnız hüquqi ünvanları eyni olmasına görə də onların əmlakları heç ümumi paylı mülkiyyət sayıla bilməz. Bundan əlavə Binəqədi rayon Xalq Məhkəməsinin 2-488 saylı 16 sentyabr 1996-cı il tarixli qərarına əsasən əvvəllər ümumi sayılan evin həyətyanı sahəsi təqdim olunmuş cizgi əsasında naturada X3 (Hazırda İddiaçı1 aid hissə) və İddiaçı3 arasında bölünmüşdür. Həmin məhkəmənin 2-778/2006 nömrəli 28 sentyabr 2006-cı il tarixli Qətnaməsinə əsasən isə İddiaçı2 və X3 arasında da torpaq sahəsi bölünərək, evin həyətyanı torpaq sahəsindən istifadə qaydası müəyyən edilmişdir. Ona görə də payçıların hər birinə çatası mülkiyyət məhkəmə qaydasında bölündüyündən və heç bir vaxtda onların arasında paylı mülkiyyətin bütün mülkiyyətçiləri olaraq ümumi mülkiyyət kimi mülkiyyətin artırılması və paylarının dəyişdirilməsi müəyyən edilmədiyindən də burada ümumi paylı mülkiyyətdən söhbət gedə bilməz. Qeyd edilənlərə əsasən hesab edirlər ki, payçıların ümumi razılığı əsasında ünvan 2 ünvanındakı fərdi yaşayış evinin ümumi paylı mülkiyyət halına məhkəmə tərəfindən tamamilə xitam verilməli, eynilə Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş çıxarışlar da ləğv edilməli və hüquq sahiblərinin hər birinə ayrı-ayrılıqda yeni çıxarışlar verilməlidir.
3. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evi İddiaçı1, İddiaçı2, İddiaçı3nın 1/3 hissə olmaqla paylı mülkiyyətindədir. Fərdi yaşayış evinin texniki pasportuna əsasən, ev ayrı-ayrılıqda olmaqla “A”, “B” və “C” tikililərindən ibarətdir.
4. Qeyd edilən tələblə bağlı iddiaçıların cavabdeh quruma müraciəti cavabsız qalmışdır.
5. Fərdi yaşayış evindən istifadə qaydaları Binəqədi rayon Xalq Məhkəməsinin 2-488 saylı xx.xx.1996-cı il tarixli qərarına əsasən əvvəllər ümumi sayılan evin həyətyanı sahəsi təqdim olunmuş cizgi əsasında naturada X3 (hazırda İddiaçı1 aid hissə) və İddiaçı3 arasında müəyyən edilmişdir. Binəqədi rayon məhkəməsinin 2-778/2006 nömrəl iş üzrə xx.xx.2006-cı il tarixli qərarı ilə İddiaçı2 və İddiaçı3 arasında da evin və həyətyanı torpaq sahəsindin istifadə qaydası müəyyən edilmişdir.
6. Birgə iddiaçılar tərəfindən məhkəməyə ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evi və yerləşdiyi torpaq sahəsinə dair texniki pasporta uyğun notariat qaydasında təsdiq olunmuş bölgü sxemi təqdim edilmişdir. Həmin bölgü sxeminə əsasən, “A” tikilisi texniki pasportda ona aid torpaq sahəsi ilə birlikdə İddiaçı3, “B” tikilisi texniki pasportda ona aid torpaq sahəsi ilə birlikdə İddiaçı1, “C” tikilisi texniki pasportda ona aid torpaq sahəsi ilə birlikdə İddiaçı2 sahibliyində və istifadəsindədir.
7. Birgə iddiaçılar tərəfindən məhkəməyə ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evi və yerləşdiyi torpaq sahəsinə dair texniki pasporta uyğun notariat qaydasında təsdiq olunmuş bölgü sxemi cavabdeh quruma təqdim edilmiş, cavabdeh qurum tərəfindən bildirilmişdir ki, qeyd olunan fərdi yaşayış evinə dair məhkəmə mübahisəsinin mövcudluğu barədə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-12581/2021 saylı iş üzrə bildirişi daxil olmuş, lakin müvafiq mübahisənin yekunlaşması barədə qanuni qüvvəyə minmiş məhkəmə aktı idarəyə daxil olmamışdır. Məhkəmə qeyd edir ki, birgə iddiaçılar eyni tələblə daha əvvəl Bakı İnzibati Məhkəməsinə müraciət etmiş (İş№2-1(112)- 12581/2021), daha sonra geri götürülmüşdür. Odur ki, həmin mübahisə məhz cavabdeh quruma qarşı eyni tələblə bağlıdır. Cavabdeh qurumun müvafiq məhkəmə mübahisəsinin yekunlaşması barədə qanuni qüvvəyə minmiş məhkəmə aktının idarəyə daxil olmaması ilə əlaqədar müraciətə baxılmasından imtina edilməsi “İnzibati icraat haqqında” Qanunda, eləcə də cavabdeh qurumun fəaliyyətini tənzimləyən normativ hüquqi aktlarda nəzərdə tutulmamışdır. İş üzrə məhkəmə araşdırmasının aparılması inzibati orqanın vətəndaşların müraciətlərinə baxılmasına dair vəzifələrini həyata keçirilməsini istisna edə bilməz. İşin məhkəmə araşdırması zamanı inzibati orqan tərəfindən tərəfindən baxılmasını (araşdırılmasını) istisna edən yeganə hal “İnzibati icraat haqqında” Qanunun 72.2-ci maddəsində nəzərdə tutulmuşdur. Həmin maddəyə əsasən, inzibati aktdan eyni zamanda həm inzibati, həm də məhkəmə qaydasında şikayət (inzibati iddia) verildiyi hallarda, şikayətə məhkəmə qaydasında baxılır və şikayət instansiyasında həmin şikayət üzrə başlanılmış icraata xitam verilir.
8. Hazırkı işdə şikayət instansiyasında başlanılmış icraatın olduğu müəyyən edilmir.
9. Tikililərin sahibliyi istifadəsi qaydaları ilə bağlı birgə iddiaçılar arasında hər hansı mübahisə yoxdur. Birgə iddiaçılardan hər biri ona aid olan tikiliyə sahiblik və istifadə edir.
10. Yerində müayinə zamanı müəyyən olundu ki, İddiaçı3 məxsus ünvan 4 ünvanında yerləşən A tikilisi və İddiaçı1 məxsus Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, İ.Hacıyev küçəsi, B tikilisində heç bir konstruktiv dəyişiklik edilməmişdir. Lakin İddiaçı2 məxsus ünvan 4 ünvanında yerləşən C tikilisi sökülmüş və yerində 2 mərtəbəli yaşayış evi tikilmişdir. Eləcə də İddiaçı3 aid “A” tikilisinə aid torpaq sahəsində əlavə tikili inşa edildiyi müəyyən edildi. Yerində müayinə zamanı İddiaçı2 ev 3 ünvanında yerləşən C tikilisinin məlumatlandırma icraatı qaydasında tikildiyini bildirdi və həmin tikilinin məlumatlandırma icraatı qaydasında tikilməsi üçün Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinə yazılı məlumat verməsi barədə ərizəsinin və poçt qəbzinin surətini məhkəməyə təqdim etdi.
11. Qeyd edilən ünvanda C tikilisinin məlumatlandırma icraatı qaydasında inşa edilməsi ilə bağlı məhkəmənin sorğusuna cavab olaraq Binəqədi Rayon İcra Hakimiyyəti tərəfindən İddiaçı2 tərəfindən inşa edilmiş tikiliyə münasibət bildirilmədən həmin ünvanda İddiaçı3 tərəfindən inşa edilmiş (“A” tikilisinin həyətyanı sahəsində) əlavə tikiliyə dair məlumatlandırma icraatı qaydasında sənədlər təqdim edilmişdir.
12. İddia tələbi birgə iddiaçıların ərizəsi əsasında məhkəmənin eyni tarixli qərardadı ilə ünvan 5 ünvanında yerləşən daşınmaz əmlak obyekti ayrı-ayrı hissələrə bölündüyündən İddiaçı3, İddiaçı2 və İddiaçı1 adına ayrı-ayrılıqda qeydiyyata alınmaqla yeni ünvan verilərək daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsi cavabdehə həvalə edilməsi kimi dəyişdirilmişdir.
13. Məhkəmənin hazırlıq icraatı iclasında, eləcə də şifahi məhkəmə dinləmələri zamanı (şifahi məhkəmə baxış iclası) iştirak edən iddiaçılar iddia tələbini, daha sonra dəqiqləşdirilmiş iddia tələbini müdafiə edərək onun məzmununa uyğun izahat verdilər.
14. Məhkəmənin hazırlıq icraatı iclasında, eləcə də şifahi məhkəmə dinləmələri zamanı (şifahi məhkəmə baxış iclası) iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinə etiraz edərək iddiyaya yazılı etirazın məzmununa uyğun izahat verdi. II. İddianın növü və mümkünlüyü
15. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli №4 Qərarının 17-ci bəndinə əsasən, daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz.
16. Odur ki, iddianın növü öhdəliyin icrasına dair iddiadır.
17. İPM-in 30.1-ci maddəsinə əsasən, mübahisə predmeti baxımından müştərək hüquqi maraqlara malik olan və yaxud da hüquq və vəzifələri eyni faktiki və hüquqi əsaslara söykənən bir neçə şəxs birgə iddiaçı və ya birgə cavabdeh qismində prosessual həmiştirakçılar kimi çıxış edə bilərlər.
18. Məhkəmə hesab edir ki, iş üzrə iddiaçı qismində çıxış edən şəxslərin müştərək hüquqi marağı olduğundan birgə iddiaçı qismində çıxış edə bilərlər.
19. İddia mümkündür.
III. Məhkəmənin mövqeyi
20. X8 Məhkəməsinin presedent hüququna əsasən, məhkəmə tərəfindən dəfələrlə qeyd edilmişdir ki: -“mülkiyyət” ifadəsi qanunvericinin verdiyi anlayışla məhdudlaşmır, avtonom anlayışa malikdir. -“Əmlak”a “mövcud əmlak” və ya aktiv, o cümlədən ərizəçinin əmlak hüquqlarından istifadəni təmin etmək üçün ən azı “qanuni gözləntisi” olan iddialar ola bilər. Səmərəli şəkildə icrası mümkün olmayan əmlakı tanıtmağa ümid, eləcə də şərtin icra edilməməsi nəticəsində uzanan şərti iddia 1 saylı Protokolun 1-ci maddəsi baxımından “əmlak” hesab edilə bilməz (Prince Hans-Adam İİ of Liechtenstein v. Germany, and Gratzinger and Gratzingerova v. the Czech Republic); -“Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir” (Saghinadze və başqaları Gürcüstana qarşı). - iddianın mahiyyətində əmlak marağı olduqda “aktiv” kimi o zaman qiymətləndirilə bilər ki, milli hüquqda kifayət qədər əsası olsun, məsələn, yerli məhkəmənin presedent hüququna əsasən təsdiq edilmiş olsun (Kopecky v. Slovakia, Vilho Eskelinen and others v. Finland).
21. X8 Konvensiyasının 1 saylı Protokolun 1-ci maddəsi üç fərqli qayda nəzərdə tutur: birinci qayda, birinci bəndin birinci cümləsində nəzərdə tutulmuşdur, ümumi xarakterə malikdir və mülkiyyətdən maneəsiz şəkildə istifadə prinsipini müəyyən edir; ikinci qayda, birinci bəndin ikinci cümləsində nəzərdə tutulmuşdur, mülkiyyətdən məhrum etməni və onun şərtlərini əhatə edir; üçüncü qayda, ikinci bənddə nəzərdə tutulmuşdur, Dövlətlərin, digər məsələlərlə yanaşı, mülkiyyətdən ictimai marağa uyğun şəkildə istifadə olunmasına nəzarət etmək hüququnu tanıyır. Bu qaydalar bir-birilə əlaqəlidir: ikinci və üçüncü qaydalar mülkiyyətdən maneəsiz istifadə hüququna müdaxilənin konkret nümunələri ilə bağlıdırlar və birinci qaydada nəzərdə tutulan prinsip əsasında təhlil edilməlidirlər.
22. Məhkəmə hesab edir ki, ona məxsus sənədlərin dublikatının alınmasına iddiaçının ən azı “qanuni gözləntisi” olmuşdur və hüququn təmin olunmaması mülkiyyətə müdaxilədir. Həmin müdaxilə nə mülkiyyətdən məhrumetmə, nə də mülkiyyətdən istifadəyə nəzarət məqsədi daşıyan qanunvericilik sisteminin tərkib hissəsi kimi qiymətləndirilə bilər. Odur ki, məhkəmə hazırki müdaxiləyə mülkiyyətdən maneəsiz şəkildə istifadə prinsipinin işığında qiymət verəcəkdir. Qeyd edilən mövqe X8 Məhkəməsinin presedent hüququna uyğundur (bax: the Lithgow və başqaları Birləşmiş Krallığa qarşı 8 oyul 1986, seriya A no. 102, p. 46, § 106; Beyeler İtaliyaya qarşı 05 yanvar 2000, ərizə 33202/96 § 106).
23. Cavabdeh qurumun imtinası qanunun güddüyü məqsədə mütənasib olmamaqla iddiaçının üzərinə həddən artıq yük qoymuşdur.
24. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununa əsasən: - 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. - 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. - 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. - 19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. - 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. - 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz.
25. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsindən: Xidmətin vəzifələri: 3.0.23. daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri, torpaq sahələrinin planını və ölçüsünü tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün kadastr planlarını hazırlamaq;
26. Məhkəmə tərəfindən yerində baxış zamanı müəyyən edilmişdir ki, qeyd edilən fərdi yaşayış evi 3 ayrı “A”, “B” və “C” tikilisindən ibarət olmaqla hər bir tikili ayrılıqda birgə iddiaçıların sahibliyində və istifadəsindədir və buna dair birgə iddiaçılar arasında texnkiki pasporta uyğun bölgü sxemi tərtib olunaraq notariat qaydasında təsdiq olunmuşdur. Həmin bölgü sxeminə əsasən, “A” tikilisi texniki pasportda ona aid torpaq sahəsi ilə birlikdə İddiaçı3, “B” tikilisi texniki pasportda ona aid torpaq sahəsi ilə birlikdə İddiaçı1, “C” tikilisi texniki pasportda ona aid torpaq sahəsi ilə birlikdə İddiaçı2 sahibliyində və istifadəsindədir. “C” tikilisi iddiaçılardan İddiaçı2 tərəfindən sökülərək yerində məlumatlandırma icraatı qaydasında tikili inşa edilmişdir. “B” tikilisinə aid torpaq sahəsində İddiaçı3 tərəfindən məlumatlandırma icraatı qaydasında tikili inşa edilmişdir.
27. Belə ki, İddiaçı2 tərəfindən tikinti niyyəti barədə Binəqədi İcra Hakimiyyətinə məlumat verilmiş, sonuncu tərəfindən irad bildirilməmişdir.
28. Şəhərsalma və Tikinti Məcəlləsinin 80.4-cü maddəsinə əsasən, Sifarişçi tikintiyə başlamazdan əvvəl tikinti niyyəti barədə müvafiq icra hakimiyyəti orqanına və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma məlumat verir və bu Məcəllənin 80.1-ci və 80.3-cü maddələrində nəzərdə tutulmuş tələblərə uyğunluğunun yoxlanılması üçün tikinti obyektlərinin layihəsinin memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrini, habelə torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənədin surətini həmin orqana təqdim edir. Müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum tərəfindən bu Məcəllənin 80.1ci maddəsində nəzərdə tutulmuş tikinti obyektlərinə münasibətdə 10 gün müddətində layihəyə dair irad sifarişçiyə təqdim edilmədikdə, sifarişçi tikinti işlərinə başlaya bilər. İradlar olduqda, həmin iradlar normativ hüquqi aktlara istinad olunmaqla və onların pozulan tələbləri dəqiq göstərilməklə əsaslandırılmalıdır.
29. Azərbaycan Respublikasının Prezidentinin 27 noyabr 2008-ci il 27 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ünvan reyestrinin aparılması və daşınmaz əmlak obyektlərinə ünvan verilməsi Qaydaları”ndan: 3.2. Daşınmaz əmlak obyektinə ünvan aşağıdakı hallarda verilir və ya dəyişdirilir: 3.2.1. qanunvericiliklə müəyyən edilmiş qaydada torpaq sahəsi ayrıldıqda torpaq sahəsinə; 3.2.2. qanunvericiliyə uyğun olaraq daşınmaz əmlak obyektinin inşası və ya quraşdırılması aparıldıqda və ya obyekt müvafiq qaydada istismara qəbul edildikdə; 3.2.3. Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş hallarda və qaydada daşınmaz əmlak obyekti üzərində mülkiyyət hüququ tanındıqda; 3.2.4. daşınmaz əmlak obyekti üzərində hüquqlar dövlət qeydiyyatına alındıqda; 3.2.5. daşınmaz əmlak obyekti ayrı-ayrı hissələrə bölündükdə; 3.2.6. daşınmaz əmlak obyektlərinin birləşməsi nəticəsində yeni daşınmaz əmlak obyekti yarandıqda
30. Məhkəmə hesab edir ki, ünvan 5 ünvanında yerləşən daşınmaz əmlak obyekti (fərdi yaşayış evi) ayrı-ayrı hissələrə bölündüyündən texniki pasporta uyğun olaraq tərtib edilmiş bölgü sxeminə əsasən (həyətyanı sahələri nəzərə alınmaqla) “A” tikilisinə İddiaçı3, “C” tikilisinə İddiaçı2, “B” tikilisinə İddiaçı1 hüquqlarını ayrı-ayrılıqda daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla yeni ünvan və daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilməsi vəzifəsi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmalıdır.
31. Odur ki, məhkəmə hesab edir ki, cavabdehin iddiaçıya münasibətdə imtinası (hərəkətləri) qanuna ziddir və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Əks yanaşma iddiaçının X8 Konvensiyasının 1 saylı Protokolun 1ci maddəsində nəzərdə tutulan mülkiyyətdən maneəsiz şəkildə istifadə hüququnun (birinci qayda) pozulması hesab oluna bilər.
32. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.
33. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
34. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İddia təmin edilsin. ünvan 5 ünvanında yerləşən daşınmaz əmlak obyektinin (fərdi yaşayış evinin) (bölünmüş) ayrı-ayrı hissələri üzərində birgə iddiaçılar İddiaçı3, İddiaçı2, İddiaçı1 hüquqlarını ayrı-ayrılıqda daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla yeni ünvan və daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilməsi vəzifəsi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Günel Sevdimalıyeva