Məhkəmə qərarları › İş №2-1(112)-6109/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-6109/2024

27.06.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6109/2024 27.06.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı ASC-nin cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “qeyriyaşayış sahəsinin dəqiq ünvanının və ölçülərinin müəyyən edilməsi” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi X13 Ağa qızının katibliyi, Cavabdehin nümayəndəsi X6 iştirakları ilə, İddiaçı ASC-nin cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “qeyri-yaşayış sahəsinin dəqiq ünvanının və ölçülərinin müəyyən edilməsi” tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 2axaraq, aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İşin halları

1. İddiaçı ASC cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı "xxxx" ("xxxx" İKB) ASC-də ipoteka ilə yüklü edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Reyestrindən xx.xx.2022ci il tarixli, ********** qeydiyyat nömrəli, çıxarışla “Yelo Bank ASC-nin mülkiyyətindəki Bakı şəhəri, Nərimanov rayonu, Ceyhun Hacıbəyli küçəsində yerləşən 80.2 kv.m ümumi, 80 kv.m əsas sahədən ibarət 22 nömrəli qeyri-yaşayış sahəsinin, xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışla “Yelo Bank ASC-nin mülkiyyətindəki Bakı şəhəri, Nərimanov rayonu, Ceyhun Hacıbəyli küçəsində yerləşən 25 kv.m ümumi, 25 kv.m əsas sahədən ibarət 22 nömrəli qeyri- yaşayış sahəsinə dair dəqiq məlumatlar və koordinatlar qeyd edilməklə yeni ölçülərinin müəyyən edilməsi öhdəliyinin və “Yelo Bank ASC-nin mülkiyyətindəki Bakı şəhəri, Nərimanov rayonu, Ceyhun Hacıbəyli küçəsində yerləşən 80.2 kv.m ümumi, 80 kv.m əsas sahədən ibarət 22 nömrəli qeyri-yaşayış sahəsinin, xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışla “Yelo Bank ASC-nin mülkiyyətindəki Bakı şəhəri, Nərimanov rayonu, Ceyhun Hacıbəyli küçəsində yerləşən 25 kv.m ümumi, 25 kv.m əsas sahədən ibarət 22 nömrəli qeyri-yaşayış sahəsinin dəqiq ünvanlarının müəyyən edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, X9 27 avqust 2014-cü il tarixli, 24-G-1-0-558- 14 №li kredit müqaviləsinə əsasən "xxxx" İKB ASC-dən illik 25%-lə 60 ay müddətinə 25000 manat məbləğində kredit götürmüşdür. Lakin, borclu müqavilənin şərtlərini pozaraq borc öhdəliyini vaxtında icra etmədiyindən Bank tərəfindən borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi ilə bağlı məhkəməyə iddia ərizəsi ilə müraciət edilmiş, Nəsimi Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(006)-1726/2018 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, borclu X2 əsas borc üzrə 21005.04 manat, faiz borcu üzrə 9898.31 manat, cərimə borcu üzrə 968.83 manat və 30 manat dövlət rüsumunun, 20 manat bildirişin qeydə alınması üçün ödənilmiş dövlət rüsumunun, 40 manat xidmət haqqının əvəzi olmaqla, cəmi 31960.18 manat pul tutularaq Banka ödənilməsi, tutmanın X1 mülkiyyətindəki Bakı şəhəri, Nərimanov rayonu, Ceyhun Hacıbəyli küçəsində yerləşən 80.2 kv.m ümumi, 80 kv.m əsas sahədən ibarət 22 nömrəli qeyri yaşayış sahəsinə, X1 mülkiyyətindəki Bakı şəhəri, Nərimanov rayonu, Ceyhun Hacıbəyli küçəsində yerləşən 25 kv.m ümumi, 25 kv.m əsas sahədən ibarət 22 nömrəli qeyri yaşayış sahəsinə yönəldilməsi, Bakı şəhəri, Nərimanov rayonu, Ceyhun Hacıbəyli küçəsində yerləşən 80.2 kv.m ümumi, 80 kv.m əsas sahədən ibarət 22 nömrəli qeyri yaşayış sahəsinin ilkin satış qiymətinin 48120 manat müəyyən edilməklə, açıq hərracdan satılması, Bakı şəhəri, Nərimanov rayonu, Ceyhun Hacıbəyli küçəsində yerləşən 25 kv.m ümumi, 25 kv.m əsas sahədən ibarət 22 nömrəli qeyri yaşayış sahəsinin ilkin satış qiymətinin 15000 manat müəyyən edilməklə açıq hərracdan satılması, həmin əmlakların satılmasımdan əldə olunan pul vəsaiti hesabına X4 banka olan borcunun ödənilməsi, borc ödənildikdən sonra vəsait qalarsa cavabdeh X7 verilməsi qət edilmişdir. Daha sonra həmin qətnamədən cavabdeh X9 və X8 tərəfindən apellyasiya şikayəti verilmişdir. Cavabdehlər tərəfindən verilmiş apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(103)-11803/2018 saylı qətnamə ilə təmin edilməmişdir. X9 tərəfindən həmin qətnamədən kassasiya şikayəti verilmişdir. xx.xx.2019-cu il tarixli Azərbaycan Respublikasının Ali Məhkəməsinin qərarı ilə kassasiya şikayəti təmin edilməmişdir. Qeyd olunan işlə əlaqədar olaraq İddiaçı ASC tərəfindən Əmlak Xidmətləri Məkanına xx.xx.2023-cü il tarixdə qeyd olunan qeyri-yaşayış sahələrinin dəqiq məlumatlar və koordinatlar qeyd edilməklə yeni plan ölçülərinin verilməsi ilə bağlı müraciət olunmuşdur. Həmin müraciətə Əmlak Xidmətləri Məkanından xx.xx.2023-cü il tarixdə Banka daxil olmuş cavab məktubunda müraciətlərinə qeyd olunan məsələyə qanunamüvafıq qaydada baxılacağı qeyd olunmuşdur. Lakin, indiyə qədər məsələyə mahiyyəti üzrə baxılmamış və bununla bağlı Banka hər hansı bir məlumat verilməmişdir. Bununla yanaşı tərəflərindən Əmlak Xidmətləri Məkanına xx.xx.2023-cü il tarixdə 2014cü ilin avqustundan vəkil sorğusunun cavablandırıldığı tarixədək Bakı şəhəri, Nərimanov rayonu, Ceyhun Hacıbəyli küçəsində yerləşən 80.2 kv.m ümumi, 80 kv.m əsas sahədən ibarət 22 nömrəli qeyri-yaşayış sahəsinə, Bakı şəhəri, Nərimanov rayonu, Ceyhun Hacıbəyli küçəsində yerləşən 25 kv.m ümumi, 25 kv.m əsas sahədən ibarət 22 nömrəli qeyri-yaşayış sahəsinə dair Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş hüquqmüəyyənedici sənədlərin və həmin sənədlərin verilməsinə əsas olmuş sənədlərin təsdiq olunmuş sürətlərinin, həmçinin 2014-cü ilin avqustundan vəkil sorğusunun cavablandırıldığı tarixədək Bakı şəhəri, Nərimanov rayonu, Ceyhun Hacıbəyli küçəsində yerləşən 80.2 kv.m ümumi, 80 kv.m əsas sahədən ibarət 22 nömrəli qeyri-yaşayış sahəsinə, Bakı şəhəri, Nərimanov rayonu, Ceyhun Hacıbəyli küçəsində yerləşən 25 kv.m ümumi, 25 kv.m əsas sahədən ibarət 22 nömrəli qeyri yaşayış sahəsinə dair Daşınmaz Əmlakın Dövlət Reyestrindən başqa şəxslərə verilmiş bütün hüquqmüəyyənedici sənədlərin və həmin sənədlərin verilməsinə əsas olmuş sənədlərin təsdiq olunmuş sürətlərinin göndərilməsi xahiş edilmişdir. xx.xx.2023-cü il tarixdə Əmlak Xidmətləri Məkanından daxil olmuş cavab məktubunda bəzi hüquqmüəyyənedici sənədlərin adlan qeyd olunsa da,həmin sənədlərin sürətlərinin məhkəmə sorğusu əsasında təqdim edilə biləcəyi qeyd edilmişdir. Odur ki, qeyd edilənlərə əsasən İddiaçı ASC tərəfindən məhkəməyə müraciət etmək zərurəti yaranmışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri

3. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinin tələblərinə əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətlərinin cavabdehə təqdim edilməsi barədə sərəncam təqdim edilmiş və iddiaya qarşı yazılı münasibətin (etirazın) bildirilməsi tələb olunmuşdur.

4. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı münasibət (etiraz) təqdim edilərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Etiraza əsasən, İddiaçı ASC-in İddiaçı ASC-də ipoteka ilə yüklü edilmiş reyestrdən xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışla İddiaçı ASC-nin mülkiyyətindəki Bakı şəhəri, Nərimanov rayonu, Ceyhun Hacıbəyli küçəsində yerləşən 80.2 kv.m ümumi, 80 kv.m əsas sahədə ibarət 22 nömrəli qeyri-yaşayış sahəsinin, xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışla İddiaçı ASC-in mülkiyyətindəki Bakı şəhəri, Nərimanov rayonu, Ceyhun Hacıbəyli küçəsində yerləşən 25 kv.m ümumi, 25 kv.m əsas sahədən ibarət 22 nömrəli qeyri- yaşayış sahəsinə dair dəqiq məlumatlar və koordinatlar qeyd edilməklə yeni plan və ölçülərin müəyyən edilməsi və dəqiq ünvanlarının müəyyən edilməsi öhdəliyinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmasına dair iddiası etirazla qarşılanır. İddiaçı iddia tələbində qeyd olunanlarla bağlı ********** nömrəli, xx.xx.2023-cü il tarixli ərizə ilə İdarəyə müraciət etmiş, **********92 xaricolma nömrəli, xx.xx.2023-cü il tarixli məktubla cavab verilmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, qeyri yaşayış sahəsinə dair sənədlərin əsli ilə “ASAN xidmət” Mərkəzlərinə müraciət ediləcəyi təqdirdə qeyd olunan məsələyə qanunamüvafiq qaydada baxılacağına dair iddiaçıya cavab məktubu göndərilmişdir.

5. Şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barəsində tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçının səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəməyə ərizə ünvanlayaraq işə onun iştirakı olmadan baxılaraq iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə işə iddiaçının səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

6. Əvvəlki məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

7. Şifahi məhkəmə baxışı iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi.

Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

8. iddiaçı tərəfindən iş materiallarına cavabdehə müraciət məktubları, həmin müraciətlərin göndərilməsini təsdiq edən poçt qəbzləri və daxil olmuş cavab məktubları əlavə edilmişdir. Sonuncu dəfə iddiaçının müraciətinin qeyri-yaşayış sahəsinə dair sənədlərin əsli ilə Əmlak Xidmətləri Məkanına müraciət ediləcəyi təqdirdə müraciətində qeyd olunan məsələyə baxılacağı bildirilmişdir. İddiaçı tərəfindən sənədlərin surətlərinin əldə edilməsi məqsədilə cavabdehə müraciət edilsə də, cavabdeh tərəfindən iddiaçının müraciətinin təmin edilməsindən sənədlərin məhkəmə sorğusu əsasında təqdim edilə biləcəyi bildirilmişdir.

9. 27 avqust 2014-cü il tarixli və ipoteka müqaviləsinə əsasən X8 və X9 "xxxx" Bankdan kredit götürmüş və həmin kreditin qaytarılmasının təminatı kimi daşınmaz əmlaklarını – ünvan 3 ünvanında yerləşən 80.2 kv.m sahədən və 25 kv.m sahədən ibarət qeyri-yaşayış sahələrini bank qarşısında ipoteka ilə yüklü etmişdir.

10. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(005)-1726/2018 saylı 27 iyun 2018-ci il tarixli qətnaməsinə əsasən "xxxx" İKB ASC-nin cavabdehlər X7 və X3 qarşı “borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmənin sözügedən qərarı ilə iddia tələbi təmin edilərək tutma ipoteka predmetinə yönəldilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-11803/2018 saylı 07 noyabr 2018-ci il tarixli qətnaməsi ilə cavabdehlər X4 və X1 apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 27 iyun 2018-ci il tarixli 2(06)-1726/2018 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-2075/2019 saylı xx.xx.2019-cu il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının iş üzrə 07 noyabr 2018-ci il tarixli 2(103)-11803/2018 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

11. Məhkəmənin sorğusuna əsasən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixli 3- 21-3-30/2-11673/2024 nömrəli məktubla ünvan 4 ünvanında yerləşən qeyri-yaşayış sahələrinə dair İdarənin arxivində olan bütün sənədlərin təsdiq edilmiş surətləri məhkəməyə təqdim edilmişdir.

ƏSASLANDİRMA HİSSƏSİ:

İddianın növü və mümkünlüyü

12. Məhkəmə qeyd edir ki, hazırki iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati prosessual qanunvericiliyə əsasən hazırki tələb öhdəliyin icrası haqqında iddia növünə aiddir.

13. İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

14. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd).

15. İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malikdir.

16. Öhdəliyin icrası haqqında iddiaya münasibətdə xüsusi mümkünlük şərti məhkəməyə müraciət etməmişdən öncə müvafiq ərizə ilə inzibati orqana müraciət etməsidir ki, işdə olan sənədlərdən görünür ki, iddiaçı məhkəməyə müraciət etməmişdən öncə müvafiq ərizə ilə cavabdeh inzibati orqana müraciət etmişdir. Cavabdeh tərəfindən iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. Məhkəmə iddianı mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

17. Məhkəmə işdə iştirak edən cavabdehin nümayəndəsinin izahatını dinləyib, iddia ərizəsini iş üzrə toplanmış sənədlərlə birgə tədqiq edərək, hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir.

18. Belə ki, məhkəmə araşdırması zamanı işin hallarından müəyyən edilmişdir ki, 27 avqust 2014-cü il tarixli və ipoteka müqaviləsinin təminatı kimi, ünvan 4 ünvanında yerləşən 80.2 kv.m sahədən və 25 kv.m sahədən ibarət qeyri-yaşayış sahələri qanuni qüvvəsini almış məhkəmə qərarına əsasən tutma ipoteka predmeti olan həmin qeyriyaşayış sahələrinə yönəlmişdir. Sözügedən qeyri-yaşayış sahələrinə dair iddiaçının adına xx.xx.2022-ci il tarixinə əmlakların vəziyyətinə uyğun olaraq texniki pasport tərtib edilmişdir. İddiaçı qeyri-yaşayış sahələrinin ölçüsü və ünvanın müəyyən edilməsi barədə cavabdehə müraciət ünvanlasa da, cavabdeh sənədlərin əslinin təqdim edilməməsi əsası ilə iddiaçının müraciətinin təmin edilməməsindən əsassız olaraq formal əsaslarla imtina etmişdir.

18. Azərbaycan Respublikası Konstitusiyasının 13 maddəsinin İ bəndinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

19. «İnsan Hüquqlarının və X5 haqqında» Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə görə, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir.

20. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikasının Qanununun 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Həmin Qanunun 23.2-ci maddəsinə əsasən daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər. Azərbaycan Respublikası İqtisadiyyat nazirinin 28 oktyabr 2021-ci il tarixli, F-144 nömrəli əmri ilə təsdiq edilmiş “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin” Nizamnaməsinin 1.1-ci bəndinə əsasən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin (bundan sonra Xidmət) tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri (bundan sonra - DƏDKR) daşınmaz əmlakın dövlət reyestrinin (bundan sonra - dövlət reyestri), daşınmaz əmlakın vahid dövlət kadastrının (bundan sonra - dövlət kadastrı), dövlət torpaq kadastrının tərtibi və aparılması, ünvan reyestrinin, yerquruluşu və xüsusi (sahəvi) təyinatlı geodeziya işlərinin aparılması sahəsində (bundan sonra – müvafiq sahə) fəaliyyət göstərən Azərbaycan Respublikası Prezidentinin 26 iyun 2021-ci il tarixli 1382 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin və Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin əsasında Xidmətin tabeliyində yaradılmış publik hüquqi şəxsdir. Həmin Nizamnamənin 2.0-ci bəndinə əsasən DƏDKR-in fəaliyyət istiqamətləri aşağıdakılardır: 2.0.1. dövlət reyestrini tərtib etmək və aparmaq, dövlət reyestrində daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatını (bundan sonra hüquqların dövlət qeydiyyatı) həyata keçirmək; 2.0.2. daşınmaz əmlakın inventarlaşdırılması işlərini aparmaq və texniki sənədləri tərtib etmək; 2.0.3. dövlət kadastrının və dövlət torpaq kadastrının tərtib edilməsini və aparılmasını həyata keçirmək; 2.0.4. ünvan reyestrinin aparılmasını həyata keçirmək, daşınmaz əmlak obyektlərinə ünvan verilməsini təmin etmək; 2.0.5. yerquruluşu və xüsusi (sahəvi) təyinatlı geodeziya işlərini həyata keçirmək; 2.0.6. torpaqların monitorinqi və torpaqların münbitliyinin təmin olunmasına (münbitliyin bərpasına və artırılmasına nəzarət istisna olmaqla) dövlət nəzarətinin həyata keçirilməsində iştirak etmək; 2.0.7. ərazi vahidlərinin, inzibati ərazi dairələrinin, sahə inzibati ərazi dairələrinin və bələdiyyələrin sərhədlərinin müəyyən edilməsi işlərini yerinə yetirmək və xəritələrini hazırlamaq; 2.0.8. bu Nizamnamə ilə müəyyən edilmiş digər istiqamətlərdə fəaliyyət göstərir.

21. Göründüyü kimi, ölçülərin müəyyən edilərək, texniki sənədlərin hazırlanması, ünvan reyestrinin aparılması və daşınmaz əmlak obyektlərinə ünvanın verilməsi cavabdehin səlahiyyətlərinə daxildir. Bu səbəbdən də, özündə bütün hüquqmüəyyənedici və texniki sənədlərin mövcud olmasına baxmayaraq, mülkiyyətçi kimi iddiaçının özünə məxsus sənədlərin verilməsindən imtina edilməklə sənədlərin əsli tələb edilərək iddiaçının müraciətinin təmin edilməsindən imtina edilməsi formal əsas olub, iddiaçının hüquqlarını məhdudlaşdıran hal kimi qiymətləndirilməli və iddiaçının tələbi əsaslı hesab edilməklə təmin edilməlidir.

22. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: Maddə 13. Etimad hüququnun qorunması prinsipi. 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. 13.3. Müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.4. İnzibati orqanların bu Qanunun 13.3-cü maddəsində nəzərdə tutulmuş vədləri və ya bəyanatları yalnız yazılı formada olduqda etibarlı təminat sayılır və şəxsin etimad hüququnun əsasını təşkil edir. Bu Qanunun 63-cü və 67-69-cu maddələri də təminatlara şamil olunur. 13.5. Fiziki və ya hüquqi şəxslərin etimadı qanunsuz hərəkətlərə əsaslana bilməz.

23. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin (Hüquqların dövlət qeydiyyatından imtina) tələblərinə əsasən: 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. 15.2. Hüquqların dövlət qeydiyyatından əsaslandırılmış imtina barədə ərizəçiyə 5 gün müddətində bildiriş göndərilir. Bildirişin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

24. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsin əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.

25. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır.

26. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.

27. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

28. Məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi əsaslı olduğun təmin edilməlidir.

NƏTİCƏ HİSSƏSİ:

Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 73, 75, 81, 85-ci maddələrinə əsasən, məhkəmə

QƏRARA ALDİ:

İddia tələbi təmin edilsin. "xxxx" ("xxxx" İKB) ASC-də ipoteka ilə yüklü edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Reyestrindən xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli, çıxarışla “Yelo Bank ASC-nin mülkiyyətindəki Bakı şəhəri, Nərimanov rayonu, Ceyhun Hacıbəyli küçəsində yerləşən 80.2 kv.m ümumi, 80 kv.m əsas sahədən ibarət 22 nömrəli qeyri-yaşayış sahəsinin, xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışla “Yelo Bank ASC-nin mülkiyyətindəki Bakı şəhəri, Nərimanov rayonu, Ceyhun Hacıbəyli küçəsində yerləşən 25 kv.m ümumi, 25 kv.m əsas sahədən ibarət 22 nömrəli qeyriyaşayış sahəsinə dair dəqiq məlumatlar və koordinatlar qeyd edilməklə yeni ölçülərin müəyyən edilməsi və “Yelo Bank ASC-nin mülkiyyətindəki Bakı şəhəri, Nərimanov rayonu, Ceyhun Hacıbəyli küçəsində yerləşən 80.2 kv.m ümumi, 80 kv.m əsas sahədən ibarət 22 nömrəli qeyri-yaşayış sahəsinin, xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışla “Yelo Bank ASC-nin mülkiyyətindəki Bakı şəhəri, Nərimanov rayonu, Ceyhun Hacıbəyli küçəsində yerləşən 25 kv.m ümumi, 25 kv.m əsas sahədən ibarət 22 nömrəli qeyri-yaşayış sahəsinin dəqiq ünvanlarının müəyyən edilməsi öhdəliyi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Aygün Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar