Məhkəmə qərarları › İş №2-1(112)-611/2020

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-611/2020

12.02.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-611/2020 12.02.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hаkim Hаcıbəyоvа Miminаt Tаcib qızının sədrliyi, İsmayılov Teymur Rauf oğlunun katibliyi, iddiаçı İddiaçı (Bakı şəhərində qeydiyyatdadır, işləmir), cavabdehin nümayəndəsi X2 (Abşeron rayonunda qeydiyyatdadır,ixtisası: hüquqşünas; vəzifəsi: böyük inspektor) ştirаkı ilə, iddiаçı İddiaçı cаvаbdеh Аzərbаycаn Rеspublikаsının Dövlət Gömrük Komitəsinə qarşı «tutduğu vəzifəyə bərpa edilməsi, işə bərpa olunduğu günə qədər orta əmək haqqının cavabdehdən iddiaçının xeyrinə tutulması bаrədə» iddiа ərizəsi üzrə inzibati işə məhkəmə binаsındа аçıq məhkəmə iclаsındа bахаrаq MÜƏYYƏN ЕTDİ: İddiаçı İddiaçı cаvаbdеh Аzərbаycаn Rеspublikаsının Dövlət Gömrük Komitəsinə qarşı iddiа ərizəsi ilə Bаkı İnzibаti Məhkəməsinə mürаciət еdərək onun işdən azad olunmasının qanunsuz hesab edilərək əvvəlki iş yerinə, Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin poçt göndərişləri gömrük postunun inspektoru vəzifəsinə bərpa edilməsi, iddiaçının qanunsuz olaraq işləməkdən məhrum edildiyi bütün vaxt üçün, 23 oktyabr 2019-cu il tarixdən başlayaraq işə bərpa olunduğu günə qədərolan orta əmək haqqının cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qərar qəbul еdilməsini хаhiş еtmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı 31 iyul 2003-cü il tarixdə 323ş saylı əmrlə Bakı Baş Gömrük İdarəsinin "Bərə Keçidi" gömrük postunun inspektoru vəzifəsinə təyin edilmişdir. 11 sentyabr 2014-cü il tarixdə 100/662ş saylı əmrlə həmin idarənin poçt göndərişlərinə nəzarət bölməsinin inspektoru vəzifəsinə keçirilmişdir. 07 avqust 2018-ci il tarixdə Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin poçt göndərişləri gömrük postunun inspektoru vəzifəsinə keçirilmişdir. 24 iyul 2019-cu il tarixdə komitənin sərəncamına götürülmüşdür. 23 oktyabr 2019-cu il tarixdə isə heç bir səbəb bildirilmədən “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin 120-ci maddəsinin 1ci hissəsinin 4-cü bəndinə əsasən iddiaçının xidmətinə xitam verilmişdir.İşlədiyi 16 illik müddətdə həmin Əsasnamənin şərtlərinə uyğun, qanunun tələblərini əsas tutaraq öz xidməti vəzifəsini layiqincə, qüsursuz və vicdanla yerinə yetirmişdir.İddiaçı göstərilənlərə əsasən xidmətinə xitam verilməsini əsassız hesab edərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun qaydada verilmiş məhkəmə sərəncamını icra edərək məhkəməyə təqdim etdiyi iddia tələbinə etirazında cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi göstərmişdir ki, Azərbaycan Respublikasının 1999-cu il 7 dekabr tarixli 768-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş "Gömrük orqanlarında xidmət haqqında" Əsasnamənin 50-ci maddəsinə əsasən gömrük orqanlarının vəzifəli şəxsləri təşkilati-ştat tədbirlərinin həyata keçirilməsi ilə əlaqədar, habelə intizam tənbehi qaydasında tutduğu vəzifədən azad edildikdə Dövlət Gömrük Komitəsinin müəyyən etdiyi qaydada üç ayadək müddətdə Komitənin sərəncamında saxlanıla bilər.Əsasnamənin 120-ci maddəsinin birinci hissəsinin 4-cü bəndinə əsasən təşkilati-ştat tədbirlərin keçirilməsi ilə əlaqədar, əgər vəzifəli şəxsin gömrük orqanlarında digər vakant vəzifəyə keçirilməsi qeyri-mümkün olarsa və ya belə vəzifəyə keçirilmədən vəzifəli şəxs imtina edərsə gömrük orqanının vəzifəli şəxsinin gömrük orqanlarında xidmətinə xitam verilə bilər.Komitənin 2019-cu il 24 iyul tarixli 1000/805Ş nömrəli əmri ilə Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Poçt göndərişləri gömrük postunun inspektoru Qənbərova X1 50-ci maddəsinə əsasən (təşkilatiştat tədbirlərin keçirilməsi ilə əlaqədar) Komitənin sərəncamına götürülmüş və sərəncamda qalma müddəti ərzində qeyd edilən struktur bölmə üzrə vakant vəzifə olmadığından onun digər vəzifəyə keçirilməsi mümkün olmamışdır.Bu səbəbdən də İddiaçı gömrük orqanlarında xidmətinə Komitənin 2019-cu il 23 oktyabr tarixli, 1000/1287Ş nömrəli əmri ilə "Gömrük orqanlarında xidmət haqqında" Əsasnamənin 120-ci maddəsinin birinci hissəsinin 4-cü bəndinə əsasən xitam verilmişdir. Cavabdeh göstərilənlərə əsasən iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. İddiaçı G.Qurbanova məhkəmə iclasında iddia ərizəsindəki məzmunda çıxış edərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehin nümayəndəsi T.Həsənli iddia tələbinə etirazda göstərilən məzmunda çıxış edərək iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddiаçının, cavabdehin nümayəndəsinin çıxışlarını dinləyərək, iş materiallarını аrаşdırаrаq hеsаb еdir ki, iddiaçının iddia ərizəsi əsаssızdır. İddiaçı iddia tələbini təsdiq edən sübut qismində məhkəməyə əmək kitabçasının, iddiaçının gömrük orqanlarında xidmətinə xitam verilməsi barədə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin əmrini, yaşayış yerindən arayışı, ərinin məcburi köçkün olması barədə arayış və vəsiqənin surətini, ali təhsil haqqında diplomlarının surətlərini, nikah haqqında şəhadətnamənin surətini, uşaqlarının doğum haqqında şəhadətnamələrinin surətlərini, uşaqların təhsil aldıqları məktəblərin arayışlarını təqdim etmişdir. Məhkəmə iş materiallarından müəyyən etmişdir ki, İddiaçı Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsində Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin poçt göndərişləri gömrük postunun inspektoru olmuşdur, cavabdehin 2019-cu il 23 oktyabr tarixli 1000/1287Ş nömrəli əmri ilə "Gömrük orqanlarında xidmət haqqında" Əsasnamənin 120-ci maddəsinin birinci hissəsinin 4cü bəndinə əsasən iddiaçının gömrük orqanlarında xidmətinə xitam verilmişdir. Hazırda iddiaçı işdən azad olunmasının qanunsuz hesab edilərək, əvvəlki iş yerinə, Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin poçt göndərişləri gömrük postunun inspektoru vəzifəsinə bərpa edilməsini, iddiaçının qanunsuz olaraq işləməkdən məhrum edildiyi bütün vaxt üçün, 23 oktyabr 2019-cu il tarixdən başlayaraq işə bərpa olunduğu günə qədərolan orta əmək haqqının cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsini tələb edir. Məhkəmə iddiaçının iddiasını aşağıda göstərilənlərə görə əsassız hesab edir: Azərbaycan Respublikasının 1999-cu il, 7 dekabr tarixli, 768-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin preambulasına əsasən bu Əsasnamə Azərbaycan Respublikasının gömrük orqanlarında və təşkilatlarında (bundan sonra “gömrük orqanları” adlanacaq) xidmətin qaydalarını və gömrük orqanlarının vəzifəli şəxslərinin hüquqi vəziyyətinin əsaslarını müəyyən edir. Həmin Əsasnamənin 1-ci maddəsinə əsasən gömrük orqanlarında xidmət - Azərbaycan Respublikasının hüquq mühafizə orqanları sisteminə daxil olan gömrük orqanlarının vəzifə, funksiya və hüquqlarını öz peşəkar fəaliyyətləri ilə həyata keçirən Azərbaycan Respublikası vətəndaşlarının (bundan sonra “vətəndaşlar” adlanacaq) dövlət qulluğunun xüsusi növüdür. Həmin Əsasnamənin 50-ci maddəsinə əsasən gömrük orqanlarının vəzifəli şəxsləri təşkilati-ştat tədbirlərinin həyata keçirilməsi ilə əlaqədar, habelə intizam tənbehi qaydasında tutduğu vəzifədən azad edildikdə Dövlət Gömrük Komitəsinin müəyyən etdiyi qaydada üç ayadək müddətdə Komitənin sərəncamında saxlanıla bilər. Həmin Əsasnamənin 120-ci maddəsinə əsasən gömrük orqanının vəzifəli şəxsinin xidmətinə aşağıda göstərilən hallara əsasən xitam verilə bilər: 4) təşkilati-ştat tədbirlərin keçirilməsi ilə əlaqədar, əgər vəzifəli şəxsin gömrük orqanlarında digər vakant vəzifəyə keçirilməsi qeyri-mümkün olarsa və ya belə vəzifəyə keçirilmədən göstərilən vəzifəli şəxs imtina edərsə; İşin faktiki hallarına əsasən iddiaçı Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsində təşkilati-ştat tədbirlərin keçirilməsi ilə əlaqədar Komitənin sərəncamına götürülmüş və sərəncamda qalma müddəti ərzində qeyd edilən struktur bölmə üzrə vakant vəzifə olmadığından onun digər vəzifəyə keçirilməsi mümkün olmamışdır. Belə olan halda iddiaçının gömrük orqanlarında xidmət etməsinə xitam verilməsi ilə bağlı cavabdeh tərəfindən hər hansı bir qanuna zidd hərəkətə yol verilməsi müəyyən edilmədiyi üçün məhkəmənin gəldiyi nəticəyə görə iddiaçının iddiasının hüquqi əsasları mövcud deyildir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır:2.2.1. şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia);2.2.2. inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia); 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia); Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Həmin Məcəllənin 32.2-ci maddəsinə əsasən aşağıdakı inzibati aktlar mübahisələndirmə haqqında iddianın predmeti ola bilər:32.2.1. barəsində məhkəməyə şikayət verilməmiş inzibati akt;32.2.2. barəsində şikayət verildiyi hallarda, şikayət instansiyasının qərarı ilə dəyişdirilmiş inzibati akt (şikayət instansiyası tərəfindən qərar qəbul edildikdən sonrakı formada ilkin inzibati akt);32.2.3. şikayət instansiyası tərəfindən şikayətə baxma qaydasında qəbul edilmiş və ilk dəfə olaraq üçüncü şəxs üçün öhdəlik yaradan qərar (inzibati akt). Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 34.1. –ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Azərbaycan Respublikasının İPM-nin 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Məhkəmə yuxarıda sadalananlara məcmu şəkildə qiymət verərək hesab edir ki, iddiаçı İddiaçı cаvаbdеh Аzərbаycаn Rеspublikаsının Dövlət Gömrük Komitəsinə qarşı işdən azad olunmasının qanunsuz hesab edilərək, əvvəlki iş yerinə, Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin poçt göndərişləri gömrük postunun inspektoru vəzifəsinə bərpa edilməsi, iddiaçının qanunsuz olaraq işləməkdən məhrum edildiyi bütün vaxt üçün, 23 oktyabr 2019-cu il tarixdən başlayaraq işə bərpa olunduğu günə qədərolan orta əmək haqqının cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə iddiası təmin edilməməlidir. Аzərbаycаn Rеspublikаsının İnzibаti-Prоsеssuаl Məcəlləsinin 110.1-ci mаddəsinə əsаsən, prоsеssuаl хərclər ödənilmiş tələblərə münаsib оlаrаq işdə iştirаk еdən şəхslərə аid еdilir. Azərbaycan Respublikasının İPM-nin 2-ci, 68-ci, 69-cu, 85-ci, 110- cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRАRА АLDİ: İddiаçı İddiaçı cаvаbdеh Аzərbаycаn Rеspublikаsının Dövlət Gömrük Komitəsinə qarşı onun işdən azad olunmasının qanunsuz hesab edilərək, əvvəlki iş yerinə, Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin poçt göndərişləri gömrük postunun inspektoru vəzifəsinə bərpa edilməsi, iddiaçının qanunsuz olaraq işləməkdən məhrum edildiyi bütün vaxt üçün, 23 oktyabr 2019-cu il tarixdən başlayaraq işə bərpa olunduğu günə qədərolan orta əmək haqqının cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə iddiası təmin edilməsin. Qərаrdаn şikаyət qərаrın tаm fоrmаdа təqdim оlunduğu gündən 30 gün müddətində Bаkı şəhəri, Z.Хəlilоv küç, 540-cı məhəllə ünvаndа yеrləşən Bаkı Аpеllyаsiyа Məhkəməsinin inzibati kollegiyasına Bаkı İnzibаti Məhkəməsi vаsitəsilə vеrilə bilər. Hаkim Miminаt Hаcıbəyоvа

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar