Məhkəmə qərarları › İş №2-1(112)-6110/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-6110/2021

14.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6110/2021 14.12.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X6 Oruczadənin sədrliyi, Məhkəmə iclas katibi Cəfərova Yasəmən Fərman qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyası məhkəmə icraatına 3-cü şəxs qismində cəlb olunmaqla ““hərbi travmadır, hərbi xidmət vəzifələrini(xidmət vəzifələri) yerinə yetirərkən alınmışdır” arayışın verilməsi”barədə iddia tələbi üzrə inzibati işə məhkəmə binаsındа аçıq məhkəmə iclаsındа bахаrаq, MÜƏYYƏN ETDİ: İddiaçı cаvаbdеh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəmə müraciət edərək, oğlu X2 müddətli həqiqi hərbi xidmət zamanı ağır kəşfiyyat tapşırıqlarının icrası zamanı yaranmış xəstəliyin “Hərbi travmadır, hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən alınmışdır” arayışının verilməsinin cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul olunduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6110/2021 nömrəli, 29.04.2021-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyası 3-cü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, oğlu X5 25 yanvar 1988-ci ildə Bakı şəhərində anadan olmuşdur. Evlidir, bir uşağı var, ali təhsillidir. Ali təhsilini başa vurduqdan sonra hərbi xidmətə çağrılmış, Ağdam rayonu istiqamətdə hərbi xidmətdə olmuş, baş kəşfiyyatçı kimi ağır tapşırıqları yerinə yetirmişdir. Hərbi xidmətdə olduğu müddətdə məzuniyyətə də buraxılmamışdır. Hərbi xidmət zamanı stressdən onda xəstəlik yaranmış və bununla bağlı hospitalda müalicə almışdır. O zaman ona oğlunun hərbi xidmətdən evə buraxılarkən aldığı stresin yüngül olması, mülki şəraitdə sağalması bildirilmişdir. O, Binəqədi rayon məhkəməsinə müraciət etmiş, oğlunun fəaliyyət qabilləyətsiz hesab edilməsi barədə qətnamə çıxarılmış və Binəqədi rayon İcra Hakimiyyətinin başçısının 258 saylı, 22.11.2017-ci il tarixli Sərəncamı ilə o oğlu X2 üzərində qəyyum təyin edilmişdir. Bundan sonra o aidiyyatı orqanlara şikayət edərək oğlunun hərbi xidmətdən əvvəl sağlam olmasını, hərbi xidmət dövründə aldığı xəstəlik nəticəsində nevrotik xəstəliyi yarandığını bildirsə də ona sonradan Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının 995 nömrəli, 25 may 2018-ci il Qərarı ilə oğlu X2 hərbi xidmət dövründə hərbi xidmət keçərkən xəstələndiyi və 09.06.2010-cu ilə kimi MN Mərkəzi Hərbi klinik Hospitalında müayinə və müalicə olunduğu xəstəlik-diaqnoz “sağalma ilə nəticələnmiş mülayim dərəcədə ifadə olunmuş nevrotik reaksiya” “Xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır" təsdiqini tapmışdır. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyası 335 saylı, 26 fevral 2021-ci il tarixli məktubunda oğlunun MN Mərkəzi Hərbi Klinik Hospitalında müayinə və müalicə olunduğu vaxt hərbi hissə komandiri tərəfindən “travma haqqında arayış” tərtib olunub müalicə olunduğu hospitala göndərilməli idi, lakin M.Ağayev 09.06.2010-cu ildən 05.07.2010-cu ilə kimi MN Mərkəzi Hərbi Klinik Hospitalında müayinə və müalicə olunduğu vaxt hərbi hissə komandiri tərəfindən “travma haqqında arayış” göndərilməmişdir. Həmçinin hospitalda müalicə olunduğu müddətdə də onda hər hansı bir travma və travmanın nəticələrinə uyğun diaqnoz müəyyən edilməmişdir. Cavabdeh idarənin komandiri tərəfindən zamanında oğlunun hospitalda müalicə olunarkən hərbi hissə komandiri tərəfindən “hərbi travma haqqında arayış” göndərilməməsi səbəbindən, Hospitalda öz növbəsində bu halı təsdiq etmədiyi üçün onların hüquqları pozulmuşdur. Qeyd edilənlərə əsasən iddiaçı iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. 13 dekabr 2021-ci il tarixdə məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin və Mərkəzi Hərbi Həkim Komissiyasının nümayəndəsi X1 izahat verərək bildirmişdir ki, Azərbaycan Respublikası SHXÇDX-nin Bakı şəhər Binəqədi rayon idarəsinin 07.05.2018- ci il tarixli 318 nömrəli göndərişinə əsasən 2009-cu ildə hərbi xidmətə çağırılmış, vətəndaş X5 09.06.2010-cu ildən 05.07.2010-cu ilədək MN Mərkəzi Hərbi Klinik Hospitalında müayinə və müalicə olunmuş, onda təyin edilmiş “Sağalma ilə nəticələnmiş mülayim dərəcədə ifadə olunmuş nevrotik reaksiya” diaqnozu ilə olan xəstəliyinin hərbi xidmətlə səbəb əlaqəsi MN MHHK-sı tərəfindən 30.01.2017-ci il tarixdə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 saylı qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin 7.2 bəndinin ç) bəndinə əsasən “Xəstəlikdir, Hərbi Xidmət Dövründə Alınmışdır” kimi təyin edilmiş və həmin qərarın bir surəti vətəndaş M.Ağayevə verilmişdir. Vətəndaş M.Ağayev xidmət etdiyi hərbi hissədə travma almış olduğu halda bu barədə hərbi hissə komandiri tərəfindən Azərbaycan Respblikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 saylı qərarı ilə təsdiq edilmiş «Hərbi-həkim ekspertizası haqqında Əsasnamənin» 7.3-ci maddəsinin tələbinə əsasən onun hansı şəraitdə travma almasını müəyyən edən “travma haqqında arayış” tərtib olunub müalicə olunduğu hospitala göndərilməli idi, lakin M.Ağayev 09.06.2010-cu ildən 05.07.2010-cu ilə kimi MN Mərkəzi Hərbi Klinik Hospitalında müayinə və müalicə olunduğu vaxt hərbi hissə komandiri tərəfindən “travma haqqında arayış” göndərilməmişdir. Həmçinin hospitalda müalicə olunduğu müddətdə də onda hər hansı bir travma və travmanın nəticələrinə uyğun diaqnoz müəyyən edilməmişdir. Həmçinin MN MHHK-sı tərəfindən 1994-cü ilin may ayının 12- dən, yəni atəşkəs elan olunandan sonra hərbi qulluqçularda müəyyən edilmiş bütün xəstəliklərin (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 saylı qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamənin” 7.2. maddəsinin c) yarımbəndinin 2-ci, 3-cü, 4-cü və 5-ci abzaslarında göstərilən xəstəliklər istisna olmaqla) hərbi xidmətlə səbəb əlaqəsi “Xəstəlikdir, Hərbi Xidmət Dövründə Alınmışdır”kimi təyin edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 saylı qərarı ilə təsdiq edilmiş «Hərbi-həkim ekspertizası haqqında Əsasnamənin» 7.2-ci maddəsinin “a” bəndinin 4-cü abzasının tələbinə əsasən - əgər şəhadətləndirilən şəxsin xəstəliyi 1994-cü ilin may ayının 12-dək döyüş əməliyyatlarının aparan hərbi hissələrin tərkibində xidmət etdiyi dövrdə yaranmışsa yaxud buna qədər yaranmış xəstəlik həmin dövrlərdə şəhadətləndirilən şəxsin hərbi xidmətə, orqanlarda hərbi xidmətə yararlılıq kateqoriyasını dəyişmişsə, o cümlədən, müvəqqəti yararsızlığına gətirib çıxaran dərəcəyə çatmışsa, habelə, şəhadətləndirilən şəxsdə tədricən artan xronik xəstəlik olduğu halda, bu xəstəliyin başlanğıcını və ya kəskinləşməsini onun cəbhədə olduğu dövrə aid etməyə imkan verən tibbi sənədlər varsa o halda həmin xəstəliklərin hərbi xidmətlə səbəb əlaqəsi “Hərbi Travmadır ,Azərbaycan Respublikasının Müdafiəsi Zamanı Alınmışdır” kimi təyin edilir. M.Ağayevin xəstəliyi isə 1994-cü ilin may ayının 12-dən sonrakı dövrdə, yəni 2010-cu ildə əmələ gəldiyi üçün MN MHHK-sı tərəfindən həmin xəstəliyin hərbi xidmətlə səbəb əlaqəsi “Xəstəlikdir, Hərbi Xidmət Dövründə Alınmışdır” kimi təyin edilmişdir. İş üzrə şifahi məhkəmə baxış iclası 14 dekabr 2021-ci il tarixə təyin edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi və 3-cü şəxs Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyası məhkəmə iclasında nümayəndələrinin iştirakını təmin etməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə işə şifahi məhkəmə baxışı iclasında cavabdehin və 3-cü şəxsin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıdakı sübutlarla əsaslandırır: Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri, Binəqədi rayon İdarəsinin 07.05.2018-ci il tarixli, 176 nömrəli arayışının surətindən görünür ki, 1988-ci il təvəllüdlü ehtiyatda olan əsgər X5 15.07.2009cu il tarixdə Binəqədi RHK tərəfindən müddətli həqiqi hərbi xidmətə çağırılmışdır. 16.07.2009-cu il tarixdən 01.07.2010-cu il tarixə kimi N saylı hərbi hissədə hərbi xidmət keçmişdir. 01.07.2010-cu il tarixdə Azərbaycan Respublikası Müdafiə nazirinin 10.06.2010-cu il tarixli, 137 saylı əmri ilə hərbi xidmətdən tərxis olunmuşdur. 22.11.2017-ci il tarixli, 258 nömrəli İddiaçı faəliyyət qabiliyyəti olmayan oğlu X5 üzərində qəyyum təyin edilməsi barədə Bakı Şəhəri, Binəqədi Rayon İcra Hakimiyyəti Başçısının Sərəncamının surətindən görünür ki, ünvan 1 ünvanında qeydiyyatda olan vətəndaş İddiaçı fəaliyyət qabiliyyəti olmayan oğlu X5 üzərinə qəyyum təyin edilmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının 995 nömrəli, 25.05.2018-ci il tarixli qərarında qeyd edilir ki, Bakı ş. Binəqədi RHK tərəfindən 2009-cu ildə hərbi xidmətə çağırılmış, vətəndaş X2 hərbi xidmət dövründə hərbi xidmət keçərkən xəstələndiyi və 09.06.2010-cu ildən 05.07.2010-cu ilə kimi MN Mərkəzi Hərbi Klinik Hospitalında müayinə və müalicə olunduğu xəstəlik- diaqnoz: “Sağalma ilə nəticələnmiş mülayim dərəcədə ifadə olunmuş nevrotik reaksiya” (Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı ş. Binəqədi rayon idarəsinin 07.05.2018-ci il tarixli 318 nömrəli göndərişi, 07.05.2018-ci il tarixli 176 nömrəli arayışı, MN Mərkəzi Hərbi Klinik Hospitalından verilmiş 05.07.2010-cu il tarixli çıxarış epikrizi, MN MHHK-nın həkim mütəxəssisinin rəyi ilə təsdiq edilir), “Xəstəlikdir, Hərbi Xidmət Dövründə Alınmışdır”. Məhkəmə araşdırması zamanı verilmiş müvafiq sorğu əsasında Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Baş Klinik Hospitalı tərəfindən məhkəməyə ünvanlanan 24.11.2021-ci il tarixli, 8617 nömrəli məktuba qoşma kimi əlavə edilmiş 09.06.2010-cu il tarixə məxsus X2 adına tərtib olunmuş 4709 nömrəli “xəstəlik tarixinin” təsdiq olunmuş surətindən görünür ki, X3 əsas xəstəlik sağalma ilə nəticələnmiş mülayim dərəcədə ifadə olunmuş nevrotik reaksiya olaraq göstərilmişdir. Müdafiə Nazirliyi 051 nömrəli Hərbi Hissə tərəfindən Müdafiə Nazirliyinin Tibb Baş İdarəsinə göndərilmiş 07.05.2021-ci il tarixli, 1490 nömrəli məktubdan görünür ki, N nömrəli hərbi hissənin sabiq əsgəri X2 2009-2010-cu il tarixlərdə xidməti müddətdə aldığı travmanı təsdiq edən sənədin verilməsi mümkün olmamışdır. Azərbaycan Respublikası Müdafiə nazirinin 20 mart 2020-ci il tarixli 05 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Ordusunun fəaliyyəti prosesində yaranan sənədlərin saxlanma müddətləri göstərilmiş siyahı” ya uyğun olaraq “Hərbi hissədə zədələnmələrin (yaralanmaların)” qeydiyyatı kitabı”nın saxlanma müddəti 5 ildir. Məhkəmə sorğusuna cavab olaraq Müdafiə Nazirliyi N nömrəli Hərbi Hissəsi tərəfindən göndərilmiş 24.09.2021-ci il tarixli, 2962 nömrəli məktubdan görünür ki, hərbi hissənin sabiq hərbi qulluqçusu əsgər X5 2009-2010-cu illər ərzində hərbi hissənin tibb məntəqəsində ambulator və ya stasionar müalicədə olmadığından barəsində hər hansı bir məlumat qeydə alınmamışdır. Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən Məhkəməyə ünvanlanan 27.05.2021-ci il tarixli, 764 nömrəli məktubda bildirilir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 saylı qərarı ilə təsdiq edilmiş «Hərbi-həkim ekspertizası haqqında Əsasnamə»nin 7.1-ci maddəsinə əsasən, keçmiş hərbi qulluqçuların aldıqları xəsarətlərin, xəstəliklərin hərbi xidmətlə səbəb əlaqəsinin təyin edilməsi hərbi həkim komissiyalarına həvalə olunmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 saylı qərarı ilə təsdiq edilmiş «Hərbi-həkim ekspertizası haqqında Əsasnamənin» 7.1. maddəsinə əsasən, hərbi həkim komissiyası hərbi xidmət keçmiş vətəndaşlarda xəsarət və xəstəliklərin səbəb əlaqəsini o halda qiyabi (sənədlər üzrə) müəyyən edir ki, əgər vətəndaşda döyüş əməliyyatında iştirak etdiyi dövrdə almış olduğu bədən zədələnmələrin aşkar nəticələri olsun. Vətəndaşda olan aşkar bədən zədələnmələrinin xarakteri və müddəti məhkəmə -tibbi eksperti tərəfindən təyin edilir. Bu səbəbdən bədən zədələnmələrinin aşkar nəticələrinin (yaralanmadan sonra çapıqlar, yad cisimlər və s.) məhkəmə tibbi eksperti tərəfindən təyin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 saylı qərarı ilə təsdiq edilmiş «Hərbi-həkim ekspertizası haqqında Əsasnamənin» 7.4 maddəsinə əsasən, “hərbi xidmətkeçmə dövründə xəsarət almış, lakin bu xəsarətin alınma şəraitini haqqında arayışı olmayan vətəndaşların şəhadətləndirilməsi zamanı hərbi həkim komissiyası xəsarətin səbəb əlaqəsi haqqında qərarı xəsarətin alınma şəraitini əks etdirən başqa sənədlər əsasında çıxara bilər. Vətəndaşın yaralanma və ya travma alması şəraiti haqqlnda şahid ifadələri hərbi həkim komissiyası tərəfindən yalnız onda döyüş əməliyyatları dövründə (atəşkəsə, yəni 12.05.1994-cü ilə qədər) alınmış bədən zədələnmələrinin aşkar nəticələri olduğu halda və bu şərtlə qəbul edilə bilər ki, ifadə bədən zədələnmələrinin alındığı dövrdə şəhadətləndirilən şəxslə bir yerdə hərbi xidmət keçmiş iki və daha artıq şahid tərəfindən verilmiş olsun. Şahidlərin ifadələri və şəhadətləndirilən şəxslə bir yerdə hərbi xidmət keçmələri faktı şəhadətləndirilən şəxsin hərbi xidmət keçdiyi hərbi hissənin komandiri və ya şahidlərin yaşayış yeri üzrə rayon (şəhər) hərbi komissarı tərəfindən təsdiq olunur.Şahid ifadələri hərbi xidmət (hərbi toplanış), orqanlarda xidmət keçmiş vətəndaşın xəstəlik keçirməsi və ya kontuziya alması faktının təyin edilməsi üçün əsas ola bilməz. Azərbaycan Respublikası SHXÇDX-nin Bakı şəhər Binəqədi rayon idarəsinin 07.05.2018- ci il tarixli 318 nömrəli göndərişinə əsasən 2009-cu ildə hərbi xidmətə çağırılmış, vətəndaş X5 09.06.2010-cu ildən 05.07.2010-cu ilədək MN Mərkəzi Hərbi Klinik Hospitalında müayinə və müalicə olunmuş, onda təyin edilmiş “Sağalma ilə nəticələnmiş mülayim dərəcədə ifadə olunmuş nevrotik reaksiya” diaqnozu ilə olan xəstəliyinin hərbi xidmətlə səbəb əlaqəsi MN MHHK-sı tərəfindən 30.01.2017-ci il tarixdə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 saylı qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin 7.2 bəndinin ç) bəndinə əsasən “Xəstəlikdir, Hərbi Xidmət Dövründə Alınmışdır” kimi təyin edilmiş və həmin qərarın bir surəti vətəndaş M.Ağayevə verilmişdir. Vətəndaş M.Ağayev xidmət etdiyi hərbi hissədə travma almış olduğu halda bu barədə hərbi hissə komandiri tərəfindən Azərbaycan Respblikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 saylı qərarı ilə təsdiq edilmiş «Hərbi-həkim ekspertizası haqqında Əsasnamənin» 7.3-ci maddəsinin tələbinə əsasən onun hansı şəraitdə travma almasını müəyyən edən “travma haqqında arayış” tərtib olunub müalicə olunduğu hospitala göndərilməli idi. Lakin M.Ağayev 09.06.2010-cu ildən 05.07.2010-cu ilə kimi MN Mərkəzi Hərbi Klinik Hospitalında müayinə və müalicə olunduğu vaxt hərbi hissə komandiri tərəfindən “travma haqqında arayış” göndərilməmişdir. Həmçinin hospitalda müalicə olunduğu müddətdə də onda hər hansı bir travma və travmanın nəticələrinə uyğun diaqnoz müəyyən edilməmişdir. MN MHHK-sı tərəfindən 1994-cü ilin may ayının 12- dən, yəni atəşkəs elan olunandan sonra hərbi qulluqçularda müəyyən edilmiş bütün xəstəliklərin (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 saylı qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamənin” 7.2. maddəsinin c) yarımbəndinin 2-ci, 3-cü, 4-cü və 5-ci abzaslarında göstərilən xəstəliklər istisna olmaqla) hərbi xidmətlə səbəb əlaqəsi “Xəstəlikdir, Hərbi Xidmət Dövründə Alınmışdır”. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 saylı qərarı ilə təsdiq edilmiş «Hərbi-həkim ekspertizası haqqında Əsasnamənin» 7.2-ci maddəsinin “a” bəndinin 4-cü abzasının tələbinə əsasən - əgər şəhadətləndirilən şəxsin xəstəliyi 1994-cü ilin may ayının 12-dək döyüş əməliyyatlarının aparan hərbi hissələrin tərkibində xidmət etdiyi dövrdə yaranmışsa yaxud buna qədər yaranmış xəstəlik həmin dövrlərdə şəhadətləndirilən şəxsin hərbi xidmətə, orqnlarda hərbi xidmətə yararlılıq kateqoriyasını dəyişmişsə, o cümlədən, müvəfəqqəti yararsızlığına gətirib çıxaran dərəcəyə çatmışsa, habelə, şəhadətləndirilən şəxsdə tədricən artan xronik xəstəlik olduğu halda, bu xəstəliyin başlanğıcını və ya kəskinləşməsini onun cəbhədə olduğu dövrə aid etməyə imkan verən tibbi sənədlər varsa o halda həmin xəstəliklərin hərbi xidmətlə səbəb əlaqəsi “Hərbi Travmadır, Azərbaycan Respublikasının Müdafiəsi Zamanı alınmışdır ” kimi təyin edilir. M.Ağayevin xəstəliyi isə 1994-cü ilin may ayının 12-dən sonrakı dövrdə, yəni 2010-cu ildə əmələ gəldiyi üçün MN MHHK-sı tərəfindən həmin xəstəliyin hərbi xidmətlə səbəb əlaqəsi “Xəstəlikdir, Hərbi Xidmət Dövründə Alınmışdır” kimi təyin edilmişdir və həmin qərarın dəyişdirilməsi üçün heç bir əsas yoxdur. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən İddiaçı ünvanlanmış 26.02.2021-ci il tarixli, 335 nömrəli məktubdan görünür ki, Azərbaycan Respublikası SHXÇDX-nin Bakı şəhər Binəqədi rayon idarəsinin 07.05.2018ci il tarixli 318 nömrəli göndərişinə əsasən 2009-cu ildə hərbi xidmətə çağırılmış, X5 09.06.2010-cu ildən 05.07.2010-cu ilədək MN Mərkəzi Hərbi Klinik Hospitalında müayinə və müalicə olunmuş, onda təyin edilmiş “Sağalma ilə nəticələnmiş mülayim dərəcədə ifadə olunmuş nevrotik reaksiya” diaqnozu ilə olan xəstəliyinin hərbi xidmətlə səbəb əlaqəsi MN MHHK-sı tərəfindən 30.01.2017-ci il tarixdə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 saylı qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin 7.2 bəndinin ç) bəndinə əsasən “Xəstəlikdir, Hərbi Xidmət Dövründə Alınmışdır” kimi təyin edilmiş və həmin qərarın bir surəti vətəndaş M.Ağayevə verilmişdir. Vətəndaş M.Ağayev xidmət etdiyi hərbi hissədə travma almış olduğu halda bu barədə hərbi hissə komandiri tərəfindən Azərbaycan Respblikası Nazirlər Kabinetinin 29.02.2008ci il tarixli 59 saylı qərarı ilə təsdiq edilmiş «Hərbi-həkim ekspertizası haqqında Əsasnamənin» 7.3-ci maddəsinin tələbinə əsasən onun hansı şəraitdə travma almasını müəyyən edən “travma haqqında arayış” tərtib olunub müalicə olunduğu hospitala göndərilməli idi, lakin M.Ağayev 09.06.2010-cu ildən 05.07.2010-cu ilə kimi MN Mərkəzi Hərbi Klinik Hospitalında müayinə və müalicə olunduğu vaxt hərbi hissə komandiri tərəfindən “travma haqqında arayış” göndərilməmişdir. Həmçinin hospitalda müalicə olunduğu müddətdə də onda hər hansı bir travma və travmanın nəticələrinə uyğun diaqnoz müəyyən edilməmişdir. Həmçinin MN MHHK-sı tərəfindən 1994-cü ilin may ayının 12- dən, yəni atəşkəs elan olunandan sonra hərbi qulluqçularda müəyyən edilmiş bütün xəstəliklərin (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 saylı qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamənin” 7.2. maddəsinin c) yarımbəndinin 2-ci, 3-cü, 4-cü və 5-ci abzaslarında göstərilən xəstəliklər istisna olmaqla) hərbi xidmətlə səbəb əlaqəsi “Xəstəlikdir, Hərbi Xidmət Dövründə Alınmışdır”kimi təyin edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008ci il tarixli 59 saylı qərarı ilə təsdiq edilmiş «Hərbi-həkim ekspertizası haqqında Əsasnamənin» 7.2-ci maddəsinin “a” bəndinin 4-cü abzasının tələbinə əsasən - əgər şəhadətləndirilən şəxsin xəstəliyi 1994-cü ilin may ayının 12-dək döyüş əməliyyatlarının aparan hərbi hissələrin tərkibində xidmət etdiyi dövrdə yaranmışsa yaxud buna qədər yaranmış xəstəlik həmin dövrlərdə şəhadətləndirilən şəxsin hərbi xidmətə, orqnlarda hərbi xidmətə yararlılıq kateqoriyasını dəyişmişsə, o cümlədən, müvəfəqqəti yararsızlığına gətirib çıxaran dərəcəyə çatmışsa, habelə, şəhadətləndirilən şəxsdə tədricən artan xronik xəstəlik olduğu halda, bu xəstəliyin başlanğıcını və ya kəskinləşməsini onun cəbhədə olduğu dövrə aid etməyə imkan verən tibbi sənədlər varsa o halda həmin xəstəliklərin hərbi xidmətlə səbəb əlaqəsi “Hərbi Travmadır ,Azərbaycan Respublikasının Müdafiəsi Zamanı Alınmışdır” kimi təyin edilir. M.Ağayevin xəstəliyi isə 1994-cü ilin may ayının 12dən sonrakı dövrdə, yəni 2010-cu ildə əmələ gəldiyi üçün MN MHHK-sı tərəfindən həmin xəstəliyin hərbi xidmətlə səbəb əlaqəsi “Xəstəlikdir, Hərbi Xidmət Dövründə Alınmışdır” kimi təyin edilmişdir və həmin qərarın dəyişdirilməsi üçün heç bir əsas yoxdur. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddiaçının tələbinin təmin olunmamasında ifadə olunan cavabdeh orqanın hərəkətləri qanunidir. İddia mümkün iddia olsa da, mahiyyət etibarılə əsassızdır və rədd edilməlidir. Məhkəmə, qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi həkim ekspertizası haqqında” Əsasnamə”nin 1.8-ci maddəsinə əsasən hərbi tibb müəssisəsində hərbi-həkim ekspertizasının təşkili və keçirilməsinə görə cavabdehlik müəssisə rəisinin tibb hissəsi üzrə müavininə, ştat üzrə rəisin tibb hissəsi üzrə müavini nəticələrinə görə həkim vəzifəsi olmadıqda isə müəssisə rəisinə həvalə olunur. Həmin Əsasnamənin 5.1-ci maddəsinə görə hərbi qulluqçuların şəhadətləndirilməsinin təşkili və keçirilməsi hərbi-həkim komissiyasına həvalə olunur. Həmin Əsasnamənin 7.1-ci maddəsinə əsasən hərbi qulluqçuların, orqanlarda xidmət edən vətəndaşların, hərbi toplanışa çağırılmış vətəndaşların şəhadətləndirilməsi zamanı, onlara diaqnoz təyin edilmişdirsə, həmin şəxslərin istintaq altında olması və ya barələrindəki cinayət işinin məhkəməyə verilməsi halları istisna olmaqla, hərbi-həkim komissiyası onların aldıqları xəsarətlərin səbəb-əlaqəsini təyin edir. Həmin Əsasnamənin 7.2-ci maddəsinə əsasən hərbi-həkim komissiyası xəsarətlərin, xəstəliklərin səbəb əlaqəsi haqqında aşağıdakı qərarları çıxarır: a) «Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır»; b) «Hərbi travmadır, SSRİ-nin müdafiəsi zamanı alınmışdır»; c) «Hərbi travmadır, hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən alınmışdır»; ç) «Xəstəlikdir, xəsarətdir (yaralanmadır, travmadır, kontuziyadır), hərbi xidmət dövründə alınmışdır»; d) «Xəstəlikdir, Çernobıl AES-də qəza ilə əlaqədar hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) icrası zamanı alınmışdır»; e) «Ümumi xəstəlikdir». Həmin Əsasnamənin 7.3-cü bəndinə əsasən, hərbi-həkim komissiyası xəsarətin səbəb əlaqəsi haqqında qərarı vətəndaşın xəsarət aldığı zaman xidmət (hərbi toplanış) keçdiyi hərbi hissənin komandiri, hərbi təşkilatların, hərbi müəssisələrin, digər qoşunların və orqanların rəhbərləri tərəfindən verilmiş travma haqqında arayışa uyğun olaraq çıxarır. Arayışda xəsarətin alınma şəraiti, habelə, hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) icrası ilə əlaqədar olub-olmaması göstərilir. Arayışın forması Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və bu Əsasnamənin 1.2-ci bəndində göstərilmiş orqanlar tərəfindən müəyyən edilir. 7.4-cü bəndinə əsasən, hərbi xidmət (hərbi toplanış), orqanlarda xidmətkeçmə dövründə xəsarət almış, lakin bu xəsarətin alınma şəraiti haqqında arayışı olmayan vətəndaşların şəhadətləndirilməsi zamanı hərbi-həkim komissiyası xəsarətin səbəb əlaqəsi haqqında qərarı xəsarətin alınma şəraitini əks etdirən başqa sənədlər əsasında çıxarır. Vətəndaşın yaralanma və ya travma alması şəraiti haqqında şahid ifadələri hərbi-həkim komissiyası tərəfindən yalnız onda döyüş əməliyyatları dövründə alınmış bədən zədələnmələrinin aşkar nəticələri olduğu halda və bu şərtlə qəbul edilir ki, ifadə bədən zədələnmələrinin alındığı dövrdə şəhadətləndirilən şəxslə bir yerdə hərbi xidmət (hərbi toplanış), orqanlarda xidmət keçmiş iki və daha artıq şahid tərəfindən verilmiş olsun. Şahidlərin ifadələri və şəhadətləndirilən şəxslə bir yerdə hərbi xidmət (hərbi toplanış), orqanlarda xidmət keçmələri faktı şəhadətləndirilən şəxsin hərbi xidmət (hərbi toplanış), orqanlarda xidmət keçdiyi hərbi hissənin komandiri, orqanların rəhbəri və ya şahidlərin yaşayış yeri üzrə Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölməsinin rəhbəri tərəfindən təsdiq olunur. Şahid ifadələri hərbi xidmət (hərbi toplanış), orqanlarda xidmət keçmiş vətəndaşın xəstəlik keçirməsi və ya kontuziya alması faktının təyin edilməsi üçün əsas ola bilməz. Göründüyü kimi, hərbi-həkim komissiyası xəsarətin səbəb əlaqəsi haqqında qərarı vətəndaşın xəsarət aldığı zaman xidmət (hərbi toplanış) keçdiyi hərbi hissənin komandiri, hərbi təşkilatların, hərbi müəssisələrin, digər qoşunların və orqanların rəhbərləri tərəfindən verilmiş travma haqqında arayışa uyğun olaraq çıxarır. Arayışda xəsarətin alınma şəraiti, habelə, hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) icrası ilə əlaqədar olub-olmaması göstərilir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, X5 09.06.2010-cu ildən 05.07.2010-cu ilədək MN Mərkəzi Hərbi Klinik Hospitalında müayinə və müalicə olunmuş, onda təyin edilmiş “Sağalma ilə nəticələnmiş mülayim dərəcədə ifadə olunmuş nevrotik reaksiya” diaqnozu ilə olan xəstəliyinin hərbi xidmətlə səbəb əlaqəsi MN MHHK-sı tərəfindən 30.01.2017-ci il tarixdə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 saylı qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin 7.2 bəndinin ç) bəndinə əsasən “Xəstəlikdir, Hərbi Xidmət Dövründə Alınmışdır” kimi təyin edilmişdir. Belə olan halda, travma haqqında arayış mövcud olmadığına və hospitalda müalicə olunduğu müddətdə X3 hər hansı bir travma müəyyən edilmədiyin və bu hal məhkəmə araşdırması zamanı öz təsdiqini tapmadığından məhkəmə hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, habelə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində inzibati mübahisələrə dair üzrə məhkəmə vasitəsi ilə verilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68, 69, 73.1, və 85.1-ci maddələrini rəhbər tuturaq, Məhkəmə QƏRARA ALDİ: İddiaçı iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar