Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6112/2025 15.04.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ: Bakı İnzibati Məhkəməsi Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İşin halları İddiaçı (bundan sonra mətndə İddiaçı MMC) cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə (bundan sonra mətndə Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, **********189903 saylı “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyin pozulmasına görə məsuliyyətə cəlb edilməsi” haqqında qərarın ləğv edilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia ərizəsində bildirilmişdir ki, Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2023-cü il tarixli **********175380 saylı “Səyyar vergi yoxlamasının keçirilməsi haqıında” qərarına əsasən VM-nin 38.2-ci maddəsinə əsasən sentyabr 2020-iyun 2023-cü illər əhatə edən səyyar vergi yoxlaması keçirilmişdir. Yoxlamanın nəticəsi olaraq xx.xx.2024-ü il tarixli **********175859 saylı səyyar vergi yoxlaması aktı tərtib edilmişdir. Səyyar vergi yoxlaması aktı əsasında xx.xx.2024-cü il tarixli **********189903 saylı “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərara əsasən 9759102.99 manat vergilərin azaldılması, 84108.53 manat artıq hesablanması və azaldılmış məbləğə görə isə 5008274.67 manat maliyyə sanksiyası tətbiq edilmişdir. İş materialları ilə müəyyən olunur ki, səyyar vergi yoxlaması Ekspertizanın təyin olunması haqqında xx.xx.2024-cü il tarixli qərara əsasən 18 dəfə dayandırılmış, bundan əlavə 2 dəfə 60 gün müddətinə müvəqqəti dayandırılmış, 1 dəfə isə 30 gün müddətinə aktın tərtibi müddətini uzatmışdır. Müəyyən olunur ki, cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixli **********179247 saylı “Ekspertiza təyin olunması” barədə qərar qəbul edilərək, “Azərekspertiza” Birliyinin eksperti X3 ekspert qismində dəvət edilmişdir. Ekspert qarşısında cəmiyyəti tərəfindən “xx.xx.2020-ci il tarixdən xx.xx.2023-cü il tarixədək olan dövr ərzində idxal edilmiş, əldə edilmiş və təqdim edilmiş malların satışının real bazar qiyməti nə qədərdir?” sualı qoyulmuşdur. Müəyyən olunur ki, xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli və xx.xx.2024-cü il tarixli “Sənədlərin qismən təqdim edilməsi barədə” aktlara, xx.xx.2023-cü il tarixli və xx.xx.2024-cü il tarixli “Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında” Protokola, xx.xx.2023-cü il tarixli protokollara əsasən cəmiyyətin yoxlama dövrü ərzində aldığı və satdığı mallara dair bütün məlumatlar yoxlamaya təqdim edilmişdir. Eyni zamanda alış və satışı təsdiq edən yük gömrük bəyənnamələri və elektron qaimə fakturalar vergi orqanının elektron informasiya sistemində mövcud olmuşdur. Lakin nədənsə, ekspert məhz səyyar vergi yoxlaması aktı tərtib edildiyi gün xx.xx.2024-cü il tarixində sənəd çatışmazlığı səbəbindən rəy verilməsindən imtina edilmişdir. Halbuki, xx.xx.2024-cü il tarixində müəssisənin səaliyyətli nümayəndələri və vergi orqanının müvafiq səlahiyyətli nümayəndələrinin iştirakı ilə keçirilən görüşdə bizə ekspert tərəfinidən hazırlanan rəyin vergilərin hesablanması üçün kifayət olmadığı və buna uyğun olaraq da “orta qiymət” tətbiq etməklə vergiləri özlərinin hesablayacaqlarını bildirmişdirlər. Yəni ki, cavabdeh tərəfindən iş üzrə ekspert rəyi alınmayacağı əvvəldən bilinirdi. Buna baxmayaraq yoxlama məhz “ekpertiza təyin olunması” səbəbi ilə xx.xx.2023-cü il tarixindən xx.xx.2024-cü il tarixindək 18 dəfə dayandırılaraq, yoxlamanın müddəti süni şəkildə əsassız olaraq uzadılmışdır. Bildirilmişdir ki, cavabdehin xx.xx.2024-cü il tarixli **********87032 saylı “Səyyar vergi yoxlamasının nəticələsi üzrə aktın tərtibi müddətinin uzadılması haqqında” qərarına əsasən aktın tərtibi müddəti 30 iş günü uzadılmışdır. İş materiallarında olan “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestri”ndən Çıxarışa əsasən yoxlamanın dayandırılması və yoxlamanın müddətinin uzadılması barədə qərarlar qeydiyyatdan keçsə də, aktın tərtibi müddətinin uzadılması haqqında qərar qeydiyyatdan keçməmişdir. Oxşar işlər üzrə məhkəmənin icraatında olan işlərdə vergi orqanının aktın tərtibi müddətinin uzadılması haqqında qərarının Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydə alınmalı olması ilə bağlı dəlili ondan ibarət olmuşdur ki, «Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”də aktın tərtibi müddətinin uzadılması haqqında qərarların Reyestrə daxil edilməli olması barədə imperativ norma yoxdur. Hesab edirik ki, sahibkarlıq sahəsində aparılan yoxlamaların əsaslarının, aparılma qaydasının, müddətinin qanunvericiliklə dəqiq və hərtərəfli şəkildə müəyyən edilməsi, bir tərəfdən, sahibkarlıq fəaliyyətinə yersiz müdaxilələrin qarşısının alınması, əlverişli investisiya mühitinin yaradılması, sahibkarlıq fəaliyyəti üzərində administrativ təzyiqin azaldılması məqsədlərinə, digər tərəfdən isə vergi ödəyicisinin hüquqlarının müdafiəsi məqsədlərinə xidmət edir. Aparılan yoxlamalar barədə məlumatların reyestrə daxil edilməsi də inzibati orqanlar tərəfindən sahibkarların fəaliyyətinə edilən müdaxilələrin qanuniliyinə nəzarətetmə üsullarından biridir. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin müddəalarına əsasən o yoxlamalar Reyestrdə qeydə alınmalıdır ki, inzibati orqanlar həmin yoxlamanı sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq fəaliyyəti subyektlərində həyata keçirirlər. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin müddəalarına əsasən, sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq fəaliyyəti subyektlərində həyata keçirilən yoxlamalar Reyestrdə qeydə alınmalıdır. Cavabdeh tərəfindən həmin tələbə riayət edilməmiş, yəni cavabdehin aktın tərtibi müddətinin uzadılması haqqında qərarı “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin tələblərinə uyğun olaraq reyestrdə qeydə alınmamışdır. İstinad olunan həmin Əsasnamənin 1.5-ci bəndinə görə, Reyestrdə qeydiyyata alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. SVY aktının 1.9.2-ci bəndində (səh: 10) qeyd edilir ki, “Vergi ödəyicisinin əmlakının inventarizasiyası keçirilməmişdir”. 1.9.3-cü bəndində qeyd edilir ki, xx.xx.2023-cü il tarixli “Vergi ödəyicisinin və ya sığortaedənin ərazisinə, binalarına, nəqliyyat vasitələrinə, habelə sənədlərinə və əşyalarına baxışın keçirilməsi barədə” protokola əsasən cəmiyyətin ünvan 1 ünvanında yerləşən anbarına baxış keçirilmiş və anbarda müəyyən məhsullar aşkar edilmişdir. Lakin svy aktından da göründüyü kimi, vergi ödəyicisinin 19 təsərrüfat subyekti (6 anbar, 8 ofis-anbar və 5 mağaza) mövcud olmuşdur. Həmçinin pərakəndə ticarətin həyata keçirildiyi 6 obyektdə DVX tərəfindən online qayadada nəzarət edilməsi imkanı mövcud olan NKA-lar quraşdırılmışdır. Cavabdeh tərəfindən digər anbar, mağaza və ofislərə baxış, eyni zamanda malların inventarizasiyası keçirilməmişdir. İş materialları ilə müəyyən olunur ki, cavabdeh tərəfindən malların inventarizasiyası və operativ vergi nəzarəti tədbiri keçirilmədən 2021-ci il üzrə ********** manat, 2022-ci il üzrə isə ********.93 manat əlavə dövriyyə müəyyən edilərək, müvafiq illərin dekabr ayına ƏDV və illər üzrə mənfəət vergisi hesablanılmışdır. VM-nin 67.15-ci maddəsinə əsasən “Vergi orqanı tərəfindən keçirilən vergi nəzarəti zamanı vergi ödəyicisinin uçot məlumatlarında (mühasibat uçotu və ilkin uçot sənədlərində) göstərilən malların faktiki olaraq onun sahibliyində olmadığı aşkar edildikdə vergilər həmin halın aşkar edildiyi hesabat dövrü üzrə, səyyar vergi yoxlaması zamanı isə yoxlama ilə əhatə edilən sonuncu hesabat dövrü üzrə hesablanır. Bu maddənin məqsədləri üçün təqdim edilən mallar bir əqd və ya müqavilə üzrə təqdim edilmiş hesab edilir”. VM-nin 67.15-ci maddəsinin tətbiqinə Ali Məhkəmənin 2-1(102)-273/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə hüquqi qiymət verilmişdir. 2020-ci ilin mənfəət vergisi barədə-Bildirilmişdir ki, səyyar vergi yoxlaması zamanı xx.xx.2023-cü il tarixli sənədlərin qismən təqdim edilməsi barədə AKTA, xx.xx.2024-cü il tarixli “Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqıda Protokola”, xx.xx.2024-cü il tarixli sənədlərin qismən təqdim edilməsi barədə AKTA və xx.xx.2024-cü il tarixli “Sənədlərin qismən təqdim edilməsi barədə AKTA” əsasən vergilərin hesablanılması üçün bütün sənədlər yoxlamaya təqdim edilmişdir. Buna baxmayaraq 2020-ci ilin mənfəət vergi üzrə Nazirlər Kabinetinin 55 saylı qərarına əsasən şərti rentabellik prinsipi əsasında 2020-ci il üzrə 1487454.99 manat əlavə vergi məbləği hesablanılmış, 743727.50 manat maliyyə sanksiyası tətbiq edilmişdir. SVY aktına əsasən müəyyən olunur ki, təqdim edilmiş sənədlərə əsasən dövr üzrə müəssisənin gəlirləri mənfəət bəyənnaməsinin 220-ci sətrində (svy aktı: səh 16) ********.28 manatdan 1841931.42 manat azaldılaraq ********.86 manat müəyyən edilmişdir. Lakin gəlir məbləğinin hansı əsaslara görə azaldılması aktda əsaslandırılmamışdır. Bildirilir ki, müəssisə gəlir və xərclərinin uçotunu hesablama metodu ilə aparmış, maların, iş və xidmətlərin əldə edilməsinə və təqdim edilməsinə dair elektron qaimə fakturalar və yük gömrük bəyənnamələri cavabdeh yoxlayıcı orqanın elektron informasiya sistemində mövcud olmuş, eyni zamanda tərəfimizdən təkrarən yoxlamaya təqdim edilmişdir. Həmçinin vergilərin hesablanılması üçün zəruri olan digər sənədlər aktlar əsasən yoxlayıcı orqana təqdim edilmişdir. Buna baxmayaraq svy aktında bildirilmişdir ki, sənədlər yoxlamaya tam təqdim edilməmişdir. Bunun səbəbi ondan ibarətdir ki, tələbnamədə hesablanılmış vergilərin düzgünlüyünün yoxlanılması üçün zəruri olmayan kifayət qədər sənəd tələb edilmiş və təbii olaraq da, zəruri olmayan sənədlərin təqdim edilməsi imkanı mövcud olmamışdır. Təqdim olunan sənədlər əsasında müəssisənin 2020, 2021 və 2022ci illər üzrə gəlir məbləği artırılmaqla nəzərə alınsa da, xərclərə münasibətdə 2020-ci il üzrə sənədlər nəzərə alınmamışdır. Göründüyü kimi təqdim olunan sənədlərə əsasən gəliri müəyyən edilmiş, lakin xərclərə münasibətdə ikili yanaşma nümayiş etdirilərək xərc sənədləri nəzərə alınmamışdır. Yoxlama ilə yuxarıda qeyd edilən şəkildə təyin etdiyi gəlir məbləğinə istinadən vergiyə cəlb olunmalı dövriyyəni və mənfəəti müəyyən etmiş və bunun üzərindən birbaşa VM-nin 83.9-cu maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 mart 2001-ci il tarixli 55 nömrəli Qərarına əsasən iddiaçıya əlavə vergi məbləği hesablamışdır. Yoxlayıcı orqan həmin qaydanın tətbiqini vergi qanunvericiliyinin (VM-nin 67-ci maddəsinin) tələbləri baxımından əsaslandırmamış və yalnız özünün qiymətləndirməsinə söykənmişdir. Nəzərə almaq lazımdır ki, vergi orqanının ödənilməli olan verginin məbləğini əlaqəli məlumatlardan (habelə analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin vergi orqanında olan məlumatlarından) istifadə etməklə hesablamaq hüququ, onun həmin məlumatlara münasibətdə seçim hüququnu deyil, həmin məlumatlardan istifadə etməklə hesablama aparmaq hüququnu nəzərdə tutur. Başqa sözlə, vergi orqanı hesablamanı həmin məlumatlardan istifadə etməklə aparmaq haqqına malikdir. Lakin vergi orqanı bu haqqından hər bir halda istifadə etməyə borclu deyildir. Bu mənada hesablama aparmaq qərarına gəldiyi təqdirdə, vergi orqanı bu qənaətini əsaslandırmağa, yəni hüququndan nəyə görə məhz bu qaydada istifadə etdiyini açıqlamağa borcludur. Həmçinin nəzərə almaq lazımdır ki, qanunverici tərəfindən VM-nin 67-ci maddəsində nəzərdə tutulmuş sıra ardıcıllığı həmin məqsədlərə xidmət edir və bu məqsədlər baxımından təfsir olunmalıdır. Orta qiymət tətbiq edilməklə 2021 və 2022-ci illərin mənfəət vergisi və ƏDV hesablamaları barədə - Səyyar vergi yoxlaması aktına əsasən 2021-ci ilin mənfəət vergisi üzrə 1650765.63 manat əlavə vergi məbləği hesablanılmış, 825382.82 manat maliyyə sanksiyasi, 2022-ci ilin mənfəət vergisi üzrə isə 1627925.78 manat əlavə vergi məbləği hesablanılmış, 813962.89 manat maliyyə sanksiyasi, 2021-ci ilin dekabr ayı üzrə 2296352.05 manat ƏDV hesablanmış və ona uyğun olaraq 1148176.02 manat maliyyə sanksiyası, 2022-ci ilin dekabr ayı üzrə 2681543.50 manat ƏDV hesablanılmış və ona uyğun olaraq 1340771.75 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Əlavə vergi məbləğinin hesablanılmasına əsas olaraq bildirilmişdir ki (SVY aktı: səh 26), “gəlirin müəyyən edilməsi idxal edilmiş və daxili tədarükçülərdən alınmış hər bir malın maya dəyərinin üzərinə həmin malın qaimə ilə il üzrə orta satış qiyməti əsasında formalaşan ticarət əlavəsinin faizi gəlinməklə həyata keçirilmişdir”. Bildirilir ki, VM-də orta satış qiyməti əsasında formalaşan ticarət əlavəsinin faizi gəlinməklə vergilərin hesablanılması anlayışı mövcud deyildir. SVY aktına əsasən müəyyən olunur ki, 2021-ci ilin mənfəət vergisi məqsədləri üçün malların təqdim edilməsindən gəlir(mən bəy: sətr 200) ********.63 manatdan orta qiymət tətbiq edilməklə idxal edilmiş və tədarükçülərdən alınmış ********.69 manat dəyəridən mallaırn hər birinin üzərinə 39.84 % faiz ticarət əlavəsi gəlinməklə ********.29 manat artırılmış, eyni zamanda mənfəət vergisi bəyənnaməsinin 217-ci sətri üzrə (yuxarıdaki bəndlərdə nəzərdə tutulmayan digər gəlirlər (o cümlədən mənfəət vergisindən azad edilən gəlirlər)) subsidiya və qeyri-rezidentdən bonus şəklində daxil olan məbləğlər üzrə 1462074.2 manat əlavə dövriyyə müəyyən edilərək, ümumi gəlirlər ********.12 manat gəlir məbləği müəyyən olunmuşdur. Həmçinin cəmiyyətin xərcləri də müəyyən bəndlər üzrə 2432097.92 manat artırılaraq ********.98 manat müəyyən edilmişdir. Bələliklə cəmiyyətin vergiyə cəlb olunan gəlir məbləği 8253828.14 manat müəyyən edilərək 20%- 1650765.63 manat əlavə mənfəət vergisi hesablanılmışdır. Eyni zamanda SVY aktında da təsdiqləndiyi kimi cəmiyyətin əvvəlki illərdən 4021171.43 manat zərəri mövcud olmuşdur. Aktda qeyd edilmişdir ki, əvvəlki illərdən qalan zərər nəzərə alınmışdır. Lakin faktiki olaraq hesablama hissəsində zərər nəzərə alınmamışdır. Zərər nəzərə alınmış olsa idi, 8253828.14-4 021 171.43= 4 232 656.71*20%= 846 531.34 manat mənfəət vergisi hesablanıla bilərdi. SVY aktına əsasən müəyyən olunur ki, 2022-ci ilin mənfəət vergisi məqsədləri üçün malların təqdim edilməsindən gəlir (mən bəy: sətr 200) 4730359.28 manatdan orta qiymət tətbiq edilməklə idxal edilmiş və tədarükçülərdən alınmış ********.05 manat dəyərindən malların hər birinin üzərinə 47.38% faiz ticarət əlavəsi gəlinməklə ********.78 manat artırılmış, eyni zamanda mənfəət vergisi bəyannaməsinin 217-ci sətri üzrə (yuxarıdaki bəndlərdə nəzərdə tutulmayan digər gəlirlər (o cümlədən mənfəət vergisindən azad edilən gəlirlər)) subsidiya və qeyri-rezidentdən bonus şəklində daxil olan məbləğlər üzrə 1328090.32 manat əlavə dövriyyə müəyyən edilərək, ümumi gəlirlər ********.38 manat gəlir məbləği müəyyən olunmuşdur. Həmçinin cəmiyyətin xərcləri də müəyyən bəndlər üzrə 7741276.19 manat artırılaraq ********.19 manat müəyyən edilmişdir. Bələliklə cəmiyyətin vergiyə cəlb olunan gəlir məbləği 8941390.19 manat müəyyən edilərək cəmiyyətin özü tərəfindən bəyan olunmuş 160352.26 manat mənfəət vergisindən əlavə 1627925.78 manat əlavə mənfəət vergisi hesablanılmışdır. Bunlardan əlavə bildirilmişdir ki, topdan ticarət fəaliyyəti sahəsində 39.84% və 47.38% faiz ticarət əlavəsinin olmasının iddia edilməsi absurddur. Ümumiyyətlə bazarda təşəkkül tapmış qiymətlər əsasən deyə bilərik ki, müəssisənin fəaliyyət göstərdiyi yuyucu vasitələrin topdan satışı sahəsində bazarda malların növlərin asılı olaraq ticarət əlavəsi 3-5 % ətrafında dəyişir. Ümumilikdə yoxlanılan dövr ərzində cəmiyyətin 1********.13 manat dövriyyəsinə münasibətdə dövriyyənin 10%-i həcminə ********.13 manat əlavə vergilər və maliyyə saksiyalarının hesablanılmasının iqtisadi, hüquqi və məntiqi əsası yoxdur. SVY aktında qeyd edilmişdir ki, vergi ödəyicisinin idxal etdiyi və tədarükçülərdən aldığı malların hər birinin çeşidinin satış qaimələrinə əsasən müəyyən edilən vahidinin qiymətini satılmış malların miqdarına vurmaqla 2021-ci və 2022-ci il üzrə ümumi satış dəyəri və müvafiq olaraq vergi ödəyicisinin dövriyyəsi müəyyən edilmişdir. Buna əsasən də 12 aylıq ƏDV bəyənnamələri müqayisə edilmiş və əlavə dövriyyə müəyyən olunaraq 2021-ci ilin dekabr ayı üzrə 12 352 961.77 manat*18%=2 223 531.11 manat, 2022-ci ilin dekabr ayı üzrə isə 14 860 132.93 manat *18%=2 674 823.92 manat ƏDV hesablanılmışdır. Lakin səyyar vergi yoxlaması aktında göstərilmiş ƏDV-nin müqayisəli cədvəlinə əsasən müəyyən edilir ki, 2021-ci ilin dekabr ayı üzrə əlavə hesablama məbləği 2296352.05 manat (3093148.85 manat-özü tərəfindən bəyan olunmuş 796796.8 manat) olmaqla 72820.94 manat artıq (səhv) hesablama aparılmışdır (2296352.05-2 223531.11). Həmçinin səyyar vergi yoxlaması aktında göstərilmiş ƏDV-nin müqayisəli cədvəlinə əsasən müəyyən edilir ki, 2022-ci ilin dekabr ayı üzrə əlavə hesablama məbləği 2681543.5 manat (3376615.16 manat-özü tərəfindən bəyan olunmuş 695071.66 manat) olmaqla 6719.57 manat artıq(səhv) hesablama aparılmışdır (2681543.5 - 2674823.92). Cavabdeh tərəfindən malların satış qiymətlərinin müəyyən olunması və buna əsasən də vergilərin hesablanılması üçün orta qiymət üsulundan istifadə edilməsi Vergi Məcəlləsində nəzərdə tutulmamışdır. Qeyd olunan yanaşma ilə vergilərin hesablanmasının VM-nə uyğunluğu barədə tərəfimizdən Dövlət Vergi Xidmətinə xx.xx.2024-cü il tarixli **********032100 saylı sorğu ünvanlanmışdır. Sorğu DVX tərəfindən tabe qurum olan 2 saylı ƏVBİ-nə yönləndirilmiş və sonuncu tərəfindən bizə ünvanlanmış xx.xx.2024-cü il tarixli 3-21-2-9/2-M-37xx-xx/2024 saylı məktub ilə yalnız bazar qiyməti tətbiq edilməklə vergilərin hesablanılmasının mümkün olması bildirilmiş, orta qiymətlə bağlı heç bir açıqlama verilməmişdir. Bildirilmişdir ki, cavabdeh tərəfindən iddiaçının elektron qaimə faktura və online NKA olmadan hər hansı satış əməliyyatlarının olması, anbarlarında uçotdan kənar mal qalığının olması və ya əksinə uçotda olan malların, itirilməsi, əskik gəlməsi və xarab olması hallarına dair heç bir fikir ayrılığı mövcud deyildir. Yəni ki, hər iki tərəf qəbul edir ki, mallar tam şəkildə e-qf ilə topdan və NKA vasitəsi ilə pərakəndə formada rəsmi satılmışdır. Vergi ödəyicisinin əmlakının inventarizasiyası, bütün anbar və mağazaları baxış, operativ vergi nəzarəti tədbiri, dövriyyənin müəyyən olunması üçün xronometraj metodu ilə müşahidə və digər heç bir nəzarət tədbiri keçirilməmişdir. Mənfəət vergisi hesablanarkən cavabdeh tərəfindən VM-nin 67.1.9-cu maddəsinə (vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlar, o cümlədən vergi orqanı tərəfindən həyata keçirilən vergi nəzarəti tədbirləri zamanı əldə edilmiş vergi ödəyicisinin sahibkarlıq fəaliyyəti ilə bağlı qanunla nəzərdə tutulmuş qaydada rəsmiləşdirilməyən əməliyyatlar üzrə məlumatlar) istinad edilmişdir. Bildirilmişdir ki, cavabdeh tərəfindən iddiaçının elektron qaimə faktura və online NKA olmadan hər hansı satış əməliyyatlarının olması, anbarlarında uçotdan kənar mal qalığının olması və ya əksinə uçotda olan malların, itirilməsi, əskik gəlməsi və xarab olması hallarına dair heç bir fikir ayrılığı mövcud deyildir. Yəni ki, hər iki tərəf qəbul edir ki, mallar tam şəkildə e-qf ilə topdan və NKA vasitəsi ilə pərakəndə formada rəsmi satılmışdır. Vergi ödəyicisinin əmlakının inventarizasiyası, bütün anbar və mağazaları baxış, operativ vergi nəzarəti tədbiri, dövriyyənin müəyyən olunması üçün xronometraj metodu ilə müşahidə və digər heç bir nəzarət tədbiri keçirilməmişdir. Mənfəət vergisi hesablanarkən cavabdeh tərəfindən VMnin 67.1.9-cu maddəsinə (vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlar, o cümlədən vergi orqanı tərəfindən həyata keçirilən vergi nəzarəti tədbirləri zamanı əldə edilmiş vergi ödəyicisinin sahibkarlıq fəaliyyəti ilə bağlı qanunla nəzərdə tutulmuş qaydada rəsmiləşdirilməyən əməliyyatlar üzrə məlumatlar) istinad edilmişdir. Hesab olunur ki, cavabdeh tərəfindən VM-nin 67.1.9-cu maddəsi o halda tətbiq edilə bilərdi ki, iddiaçının rəsmi satışdan kənar hər hansı əməliyyatını aşkar etsin və ya anbarlarında əskik gəlmə aşkar etdiyi halda, uçotdan yayındırılmış mallara münasibətdə əlaqəli məlumat olaraq, rəsmi satılmış malların orta qiymətinə əsasən yalnız həmin malları münasibətdə əlavə vergilər hesablana bilərdi. Lakin belə bir halın olması fakti iş materialları ilə təsdiq edilməmişdir. Hesab olunur ki, vergi orqanlarının ödənilməli olan verginin məbləğini əlaqəli məlumatlardan (habelə analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin vergi orqanında olan məlumatlarından) istifadə etməklə hesablamaq hüququ, onun həmin məlumatlara münasibətdə seçim hüququnu deyil, həmin məlumatlardan istifadə etməklə hesablama aparmaq hüququnu nəzərdə tutur. Başqa sözlə, vergi orqanı hesablamanı həmin məlumatlardan istifadə etməklə aparmaq haqqına malikdir. Lakin vergi orqanı bu haqqından hər bir halda istifadə etməyə borclu deyildir. Bu mənada hesablama aparmaq qərarına gəldiyi təqdirdə, vergi orqanı bu qənaətini əsaslandırmağa, yəni hüququndan nəyə görə məhz bu qaydada istifadə etdiyini açıqlamağa borcludur. Yuxarıda istinad edilən normanın müddəalarına görə, əlaqəli məlumatlardan istifadə etməklə hesablama ilə bağlı inzibati orqan tərəfindən diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı mütənasiblik prinsipinin tələblərinə əməl olunmalı, şəxsin hüquqlarına müdaxilə inzibati orqanın nail olmaq istədiyi legitim məqsədə çatmaq üçün yararlı, zəruri və proporsional olmalıdır. Hazırkı mübahisəyə münasibətdə VM-in 67.1.9-cu maddənin tam şəkildə tətbiqinin mümkünlüyünü, hansı səbəbdən vergi ödəyicisinin rəsmi satış qiymətlərini qəbul edilməyərək, orta qiymət tətbiq edilməsinin əsasları açıqlanılmamışdır. Hesab olunur ki, cavabdeh tərəfindən iddiaçının rəsmi satış qiymətləri qəbul edilmədiyi halda, VM-nin 14-cü maddəsinə əsasən bazar qiymətləri tətbiq edilə bilərdi. SVY aktında qeyd edilmiş digər vergi növləri üzrə hesablamalar ilə bağlı olaraq isə bildiririk ki, yoxlama ümumiyyətlə maddi və prosesual hüquq normalarının çox kobud şəkildə pozulması halları ilə aparıldığından tam şəkildə ləğv olunmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış, İPM-nin 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin xx.xx.2025-ci il tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş, cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, həmçinin, tərəflər işin halları, mübahisənin vəziyyəti ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. xx.xx.2025-ci il tarixdə məhkəmə dəftərxanası vasitəsilə Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin iddia tələbinə dair yazılı mülahizəsi (etirazı) məhkəməyə təqdim edilmişdir. Cavabdeh inzibati orqanın iddia tələbinə dair yazılı mülahizəsi (etirazı): Baş İdarəinin “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli **********175380 nömrəli qərarı ilə növbəti səyyar vergi yoxlaması təyin edilmiş və xx.xx.2024-cü il tarixli aktla rəsmiyyətə salınmışdır. İddiaçı iddia ərizəsində qeyd edir ki, cavabdehin xx.xx.2024-cü il tarixli **********87032 saylı “Səyyar vergi yoxlamasının nəticələsi üzrə aktın tərtibi müddətinin uzadılması haqqında” qərarına əsasən aktın tərtibi müddəti 30 iş günü uzadılmışdır. İş materiallarında olan “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestri”ndən Çıxarışa əsasən yoxlamanın dayandırılması və yoxlamanın müddətinin uzadılması barədə qərarlar qeydiyyatdan keçsə də, aktın tərtibi müddətinin uzadılması haqqında qərar qeydiyyatdan keçməmişdir. Bununla bağlı bildiririk ki, reyestrdən çıxarışda göstərilməli olan məlumatların siyahısının əksini tapdığı Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamənin 5-ci bəndinə istinad edilməli idi. Reyestrdən çıxarışda göstərilməli olan məlumatların isə hər birinin vergi orqanı tərəfindən çıxarışda əks etdirildiyini nəzərə alaraq hesab edirik ki, iddiaçı bununla bağlı yanlış qənaətə gəlmişdir. Yoxlamanın qeydiyyata alınması barədə yoxlayıcı orqanlara qeydiyyat aparıldığı gün (Qanunun 16.1.3-cü maddəsində nəzərdə tutulmuş hallarda yoxlamanın təxirə salınmadan keçirilməsi zərurəti yoxlayıcı orqan tərəfindən əsaslandırıldıqda, yoxlama enerji, su, istilik, kanalizasiya və qaz təchizatı müəssisələrinin səlahiyyətli nümayəndələri tərəfindən elektrik, su, istilik və qaz sayğaclarının göstəricilərinin oxunması zamanı müəyyən edilən həmin sayğaclara müdaxilə, habelə sayğacdan kənar paylayıcı şəbəkəyə və ya istilik şəbəkəsinə aşkar edilmiş qanunsuz qoşulma (təchizat müəssisəsinin razılığı olmadan şəbəkəyə qoşulma) hallarının araşdırılması ilə bağlı təyin edildikdə isə dərhal), eləcə də yoxlamanın dayandırılması və vergi yoxlamalarının müddətinin artırılması barədə yoxlayıcı orqanlara qeydiyyat aparıldığı gün, habelə yoxlanılan sahibkarların sorğu əsasında sorğunun daxil olduğu gündən 1 iş günü müddətində gücləndirilmiş elektron imza ilə təsdiqlənmiş Reyestrdən çıxarış onlayn rejimdə təqdim olunur. Daha sonra iddiaçı tərəf bildirir ki, səyyar vergi yoxlaması Ekspertizanın təyin olunması haqqında xx.xx.2024-cü il tarixli qərara əsasən 18 dəfə dayandırılmış, bundan əlavə 2 dəfə 60 gün müddətinə müvəqqəti dayandırılmış, 1 dəfə isə 30 gün müddətinə aktın tərtibi müddətini əsassız olaraq uzadılmışdır. İddiaçının səyyar vergi yoxlamasınının əsassız olaraq dayandırılması ilə bağlı bildiririk ki, cavabdeh öz səlahiyyətləri çərçivəsində, qanunvericliyin tələblərinə riayət etməklə yoxlamanın dayandırılması və artırılması haqqında qərarlar qəbul edərkən qanunvericliyin tələblərini pozmamışdır. Həmçinin iddiaçı VM-nin hansı maddəsinin tələbləri pozulduğunu iddia ərizəsində qeyd etməmişdir. Vergi orqanı öz istəyi ilə yoxlamanı dayandırmamışdır ekspert rəyi alınması üçün dayandırılmışdır. Vergi ödəyicisi isə yoxlamaya sənədləri qismən təqdim etdiyi üçün ekspert sənəd çatışmamazlığı səbəbi ilə rəy verilməsindən imtina etmişdir. VM-nin 36.2-ci maddəsinə əsasən vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onlann vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün hallan, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan hallan aydınlaşdırmalıdırlar. VM-nin 23.1.14-cü maddəsi ilə Məcəllə ilə müəyyən edilmiş qaydada ekspertin cəlb edilməsi vergi orqanlarının hüquqlarına aid edilmişdir. VM-nin 44-cü maddəsinə əsasən zəruri hallarda səyyar vergi yoxlamasına ekspert cəlb edilə bilər. Ortaya çıxan məsələlərin izah olunması üşün xüsusi biliklər tələb olunduğu hallarda ekspertiza təyin edilir. Aparılmış araşdırma zamanı VM-nin 14.6.3.1-ci maddəsinin tələblərinə uyğun “əlavələr” müəyyən edilə bilinmədiyindən VM-nin 14.6.3.1 maddəsinə istinad etmək mümkün olmamışdır. Yoxlama zamanı VM-nin yuxanda qeyd edilən maddələrini əsas tutaraq, ekpert dəvət edilmiş və xx.xx.2020-ci il tarixdən xx.xx.2023-cü il tarixədək olan dövrdə "X9" MMC tərəfindən idxal edilmiş, əldə edilmiş və təqdim edilmiş malların (görülən işlərin və göstərilən xidmətlərin) satışının real bazar qiymətlərinin müəyyən edilməsi məqsədi ilə Azərbaycan Respublikası Ticarət və Sənaye Palatasının “Azərekspertiza” X1 ekspert təyin edilmişdir. Lakin Azərbaycan Respublikası Ticarət və Sənaye Palatasının “Azərekspertiza” Birliyindən xx.xx.2024-cü il tarixli **********947600 nömrəli məktubla müraciət olunaraq normativ sənədlərin və rəy verilməsi üçün digər vacib amillərin çatışmaması səbəbindən ekspert rəyinin verilməsinin mümkün olmadığı bildirilmişdir. Ekspert rəyi təqdim edilməsi üçün müəyyən vaxt tələb olunduğu üçün yoxlama müvəqqəti dayandırılmışdır. Səyyar vergi yoxlaması ilə cəmiyyətin 2020-ci, 2021-ci və 2022-ci illər üzrə mənfəət vergisi bəyannamələri əhatə olunmuşdur. 2020-ci il üçün cəmiyyət tərəfindən təqdim edilmiş “Mənfəət vergisi” bəyannaməsinə əsasən cəmiyyətin topdan satışdan gəlirləri ********.2 manat, pərakəndə satışdan gəlirləri 6774581.02 manat, xarici valyutaların manata nisbətən müsbət məzənnə fərqi 659182.01 manat, Azərbaycan Respublikasının hüdudlarından kənarda əldə edilmiş gəlirləri 807327.56 manat olmaqla, ümumi gəlirləri ********.79 manat təşkil etmiş, eyni zamanda xarici valyutaların manata nisbətən məzənnəsinin dəyişməsindən yaranan mənfi fərq 416744.51 manat olmuşdur ki, bununla da həmin mənfi fərqin çıxılmasından sonra ümumi gəliri ********.28 manat bəyan edilmişdir. Həmin gəlirlərin əldə edilməsi ilə bağlı xərclər isə əmək haqqı və ona bərabər tutulan ödəmələr 3017325.2 manat, sosial sığorta haqları 553566.94 manat, malın dəyəri ********.9 manat, icarə haqqı 615347.25 manat, müvafiq icra hakimiyyəti orqanının qərarı ilə müəyyən edilmiş ezamiyyə xərclərinin məbləğləri 1890.0 manat, enerji xərcləri 7950.66 manat, qaz xərcləri 339.0 manat, yanacaq xərcləri 114741.0 manat, rabitə xərcləri 55412.0 manat, bank xidməti üzrə xərclər 8000.0 manat, reklam xərcləri 23541.0 manat, faizlərlə bağlı digər xərclər 85000.0 manat, amortizasiya ayırmaları, əsas vəsaitlərin təqdim edilməsi və ləğvi üzrə gəlirdən çıxılan xərclər 104746.10 manat, nəqliyyat xərcləri 1593.7 manat, ödənilmiş sığorta haqları 119556.0 manat, digər xərclər 22000.0 manat olmaqla, ümumilikdə cəmi xərclər ********.75 manat təşkil etmişdir. Bununla da cəmiyyətin mənfəəti 112492.53 (********.28- ********.75) manat bəyan edilmiş, müvafiq olaraq 22498.51 (112492.53 *20%) manat mənfəət vergisi hesablanmışdır. 2021-ci il üçün cəmiyyət tərəfindən təqdim edilmiş “Mənfəət vergisi” bəyannaməsinə əsasən cəmiyyətin topdan satışdan gəlirləri ********.9 manat, pərakəndə satışdan gəlirləri 5355959.73 manat olmaqla, ümumi gəlirləri ********.63 manat bəyan edilmişdir. Həmin gəlirlərin əldə edilməsi ilə bağlı xərclər isə əmək haqqı və ona bərabər tutulan ödəmələr 2547569.9 manat, sosial sığorta haqları 79980.07 manat, malın dəyəri ********.15 manat, icarə haqqı 582034.47 manat, yanacaq xərcləri 807363.88 manat, rabitə xərcləri 126368.44 manat, bank xidməti üzrə xərclər 173523.9 manat, reklam xərcləri 225919.81 manat, bilavasitə malların təqdim edilməsi (işlərin görülməsi, xidmətlərin göstərilməsi) ilə bağlı xərclər 2690905.62 manat, faizlərlə bağlı digər xərclər 1565434.08 manat, amortizasiya ayırmaları, əsas vəsaitlərin təqdim edilməsi və ləğvi üzrə gəlirdən çıxılan xərclər 204245.43 manat, ödənilmiş sığorta haqları 32081.19 manat, digər xərclər 439460.26 manat olmaqla, ümumilikdə ********.2 manat təşkil etmişdir. Bununla da cəmiyyətin fəaliyyətinin - 4675514.57 (********.63-********.2) manat zərərlə nəticələndiyi bəyan edilmişdir. 2021-ci ilin mənfəət vergisi bəyannaməsinə kameral qaydada münasibət bildirilərək cəmiyyətin topdan satışdan gəlirləri ********.9 manat, pərakəndə satışdan gəlirləri 5355959.73 manat olmaqla, ümumi gəlirləri ********.63 manat, həmin gəlirlərin əldə edilməsi ilə bağlı xərclər isə əmək haqqı və ona bərabər tutulan ödəmələr 2547569.9 manat, sosial sığorta haqları 79980.07 manat, malın dəyəri ********.01 manat, icarə haqqı 582034.47 manat, yanacaq xərcləri 807363.88 manat, rabitə xərcləri 126368.44 manat, bank xidməti üzrə xərclər 173523.9 manat, reklam xərcləri 225919.81 manat, bilavasitə malların təqdim edilməsi (işlərin görülməsi, xidmətlərin göstərilməsi) ilə bağlı xərclər 2690905.62 manat, faizlərlə bağlı digər xərclər 1565434.08 manat, amortizasiya ayırmaları, əsas vəsaitlərin təqdim edilməsi və ləğvi üzrə gəlirdən çıxılan xərclər 204245.43 manat, ödənilmiş sığorta haqları 32081.19 manat, digər xərclər 439460.26 manat olmaqla, ümumi xərc ********.06 manat məbləğdə təsdiqlənmişdir. Bununla da cəmiyyətin 2021-ci il üzrə mənfəət vergisinə kameral qaydada bildirilən münasibətə əsasən cəmiyyətin fəaliyyətinin - 4021171.43 (********.63 - ********.06) manat zərərlə nəticələndiyi göstərilmişdir. 2022-ci il üçün cəmiyyət tərəfindən təqdim edilmiş “Mənfəət vergisi” bəyannaməsinə əsasən cəmiyyətin topdan satışdan gəlirləri ********.7 manat, pərakəndə satışdan gəlirləri 2428479.78 manat olmaqla, ümumi gəlirləri ********.28 manat bəyan edilmişdir. Həmin gəlirlərin əldə edilməsi ilə bağlı xərclər isə əmək haqqı və ona bərabər tutulan ödəmələr 1816470.78 manat, sosial sığorta haqları 695194.71 manat, malın dəyəri ********.22 manat, icarə haqqı 40755.17 manat, yanacaq xərcləri 860192.14 manat, rabitə xərcləri 103291.64 manat, bank xidməti üzrə xərclər 122702.77 manat, reklam xərcləri 304690.72 manat, bilavasitə malların təqdim edilməsi (işlərin görülməsi, xidmətlərin göstərilməsi) ilə bağlı xərclər 415539.33 manat, amortizasiya ayırmaları, əsas vəsaitlərin təqdim edilməsi və ləğvi üzrə gəlirdən çıxılan xərclər 171759.52 manat olmaqla, ümumilikdə ********.00 manat təşkil etmişdir. Bununla da cəmiyyətin mənfəəti 801761.28 (********.28-********.00) manat bəyan edilmiş və 160352.26 (801761.28*20%) manat mənfəət vergisi hesablanmışdır. Mənfəət vergisinin düzgün hesablanaraq dövlət büdcəsinə ödənilməsinin yoxlanılması məqsədilə VM-nin 42-ci maddəsinə əsasən vergi ödəyicisinə xx.xx.2023-cü il tarixli **********175459 nömrəli "Vergi yoxlamasının keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında" Tələbnamə göndərilmiş və vergilərin hesablanması üçün zəruri olan sənədlər tələb edilmişdir. VM-nin 42.1-ci maddəsinə əsasən sənədlərin və ya elektron faylların verilməsi barəsində tələb yönəldilən şəxs həmin sənədləri və ya elektron faylları 15 iş günü müddətində vergi orqanına təqdim etməlidir. Lakin vergi ödəyicisi qeyd edilən maddənin tələbini pozaraq 15 iş günü müddəti ərzində vergilərin hesablanması üçün zəruri olan sənədləri yoxlamaya tam təqdim etməmişdir. Bununla əlaqədar xx.xx.2023-cü il tarixdə VM-nin 42.2-ci maddəsinə əsasən “Sənədlərin qismən təqdim edilməsi barədə” ikitərəfli qaydada Akt tərtib edilmiş və aktın bir nüsxəsi vergi ödəyicisinə təqdim edilmişdir. Bundan sonra Baş idarə tərəfindən vergi ödəyicisinə vergi yoxlamasının keçirilməsi üçün zəruri olan bütün sənədlərin təqdim edilməsi barədə xx.xx.2023-cü il tarixli **********613900 nömrəli və xx.xx.2023-cü il tarixli **********777400 nömrəli xəbərdarlıq məktubları göndərilmişdir. Lakin rəsmi xəbərdarlıqlardan sonra da cəmiyyət tərəfindən yoxlamaya sənədlər tam və dürüst formada təqdim edilməmişdir. Bununla əlaqədar xx.xx.2023-cü il tarixdə VM-nin 42.2-ci maddəsinə əsasən “Sənədlərin qismən təqdim edilməsi barədə” ikitərəfli qaydada Akt tərtib edilmiş və aktın bir nüsxəsi vergi ödəyicisinə təqdim edilmişdir. Vergi ödəyicisinin vergi orqanında olan uçot-baza məlumatlarında, habelə vergi ödəyicisi tərəfindən təqdim edilmiş bəyannamə məlumatlarında və yoxlamaya qismən təqdim edilmiş sənədlərdə vergi qanunvericiliyinin pozulması halları olduğuna, onların öyrənilməsinə əlavə vaxt tələb olunduğuna və bu pozuntuların araşdırılması bilavasitə sənədlərlə (əşyalarla) bağlı olduğuna görə vergi orqanı tərəfindən VM-nin 23-cü və 43-cü maddələrində nəzərdə tutulmuş qaydada “Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında” xx.xx.2023-cü il tarixli **********176968 nömrəli Qərar çıxarılmışdır. Qərarda qeyd edilən sənədlərin götürülməsi ilə bağlı VM-nin 43.8-ci maddəsinə əsasən “Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında” xx.xx.2023-cü il tarixli **********178457 nömrəli və xx.xx.2024-cü il tarixli **********183276 nömrəli Protokollar tərtib edilmişdir. Qərarda qeyd edilən sənədlər vergi ödəyicisi tərəfindən yoxlamaya tam təqdim edilmədiyi üçün VM-nin 43.10-cu maddəsinə əsasən “Sənədlərin və nümunə kimi əşyaların verilməsindən imtina barədə” müvafiq olaraq xx.xx.2023-cü il tarixli **********178463 nömrəli və “Sənədlərin qismən təqdim edilməsi barədə” xx.xx.2024-cü il tarixli Akt ikitərəfli qaydada tərtib edilmiş və aktın bir nüsxəsi vergi ödəyicisinə təqdim edilmişdir. Lakin vergi ödəyicisi xx.xx.2024-cü il tarixli Aktı imzalamaqdan imtina etmişdir. Yoxlamanın gedişatında mənfəət vergisinin hesablanması məqsədləri üçün 2021-2022-ci illər üzrə gəlir və xərclərin müəyyən edilməsi vergi orqanının məlumat bazasında olan sənədlər, o cümlədən alış və satış qaimələri, invoyslar, yük gömrük bəyannamələri, onlayn nəzarət kassa aparatı məlumatları, bank əməliyyatları, ödəyicinin bəyannamə məlumatları, ödəyicinin qismən təqdim etdiyi sənədlər ümumiləşdirilərək hesablama aparılmışdır. 2020-ci ilin məlumatlarını isə tam əldə etmək mümkün olmamışdır. Belə ki, vergi ödəyicisinin fəaliyyət sahəsi ilə əlaqədar olaraq xərclərinin əsas hissəsini malın dəyəri təşkil etmiş və 2020-ci il üzrə nəzarət kassa aparatı məlumatlarında malların adlarını, hansı malın satıldığı və müvafiq olaraq maya dəyərinə aid edilməli olan malların siyahısını müəyyən etmək mümkün olmadığı üçün xərcləri tam müəyyən etmək mümkün olmamışdır. VM-nin 67.1-ci maddəsinə əsasən vergitutma obyektinin düzgün müəyyənləşdirilməsi hər hansı səbəbdən mümkün olmadıqda vergi orqanı əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlar əsasında vergitutma obyektini müəyyən edə və vergiləri hesablaya bilər. Məcəllənin 67.1.9-cu maddəsində vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlar, o cümlədən vergi orqanı tərəfindən həyata keçirilən vergi nəzarəti tədbirləri zamanı əldə edilmis vergi ödəyicisinin sahibkarlıq fəaliyyəti ilə baglı qanunla nəzərdə tutulmus qaydada rəsmiləsdirilməyən əməliyyatlar üzrə məlumatlardan istifadə etməklə vergiləri hesablamaq hüququ göstərilmişdir. Beləliklə, 2020-ci il üçün mənfəət vergisinin məbləğini müəyyən etmək üçün VM-nin xx.xx.2024-cü il tarixədək qüvvədə olan redaksiyasına uyğun olaraq hesablama aparılmışdır. Belə ki, MMC-nin mənfəətinin hesablanması üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 55 nömrəli qərarı ilə təsdiq edilmiş “Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması” Qaydaları tətbiq edilmişdir. Qaydaların 6.1.1-ci bəndinə müvafiq olaraq vergi ödəyicisinin fəaliyyəti ilə əlaqədar əldə etdiyi gəliri (ƏDV nəzərə alınmadan) əsasında xərcləri müəyyən edilərək illər üzrə həmin xərclər nəzərə alınmaqla aşağıdakı qaydada 20 faiz rentabellik norması ilə mənfəət vergisinin hesablanması həyata keçirilmişdir. Qaydaların 6.1.3 bəndinə əsasən vergi ödəyicisinin mənfəəti şərti üsulla müəyyən edilərkən şərti rentabellik norması (R) 20 faiz səviyyəsində götürülür. Yoxlamaya qismən təqdim edilmiş sənədlər, vergi orqanında olan baza məlumatları, bank məlumatları araşdırılan zaman müəyyən edilmişdir ki, vergi ödəyicisi mənfəət vergisi məqsədləri üçün vergitutma obyektini təqdim edilmiş bəyannamələrdə düzgün göstərməmişdir. Belə ki, cəmiyyət tərəfindən təqdim edilən 2020-2022-ci illər üzrə mənfəət vergisi bəyannamələrində həm gəlirlər, həm də xərc maddələri ilkin sənədlərə uyğun olmamışdır. Müəyyən xərclər artıq göstərilmiş, bəzi xərclər isə ümumiyyətlə göstərilməmiş və ya azaldılmaqla göstərilmişdir, 2021-2022-ci illər üzrə gəlirlər azaldılmışdır VM-nin 104-cü maddəsinə əsasən rezident olan vergi ödəyicisinin bütün gəlirləri, o cümlədən onun AR-nın hüdudlarından kənarda daimi nümayəndəlikləri vasitəsilə əldə etdiyi gəlirləri, Azərbaycan Respublikasının hüdudlarından kənarda əldə etdiyi dividend, faiz, royalti (vergidən azad edilən gəlirdən başqa) ilə gəlirdən çıxılan xərc (vergidən azad edilən gəlirlər üzrə çəkilən xərclərdən başqa) arasındakı fərq onun mənfəətidir. Məcəllənin 105.1-ci maddəsinə əsasən müəssisələrin mənfəətindən 20 faiz dərəcə ilə vergi tutulur. Məcəllənin 108.1-ci maddəsinə uyğun olaraq gəlirdən çıxılmayan xərclərdən başqa, gəlirin əldə edilməsi ilə bağlı olan bütün xərclər, həmçinin qanunla nəzərdə tutulmuş icbari ödənişlər gəlirdən çıxılır. Beləliklə, 2020-ci il üzrə xərcləri tam müəyyən etmək mümkün olmadığı üçün yoxlama ilə "X9" MMC-nin gəlirlərinin əldə edilməsinə çəkilmiş xərclər 20 faiz rentabellik norması tətbiq edilməklə yoxlama ilə əhatə olunan illər üzrə müvafiq olaraq aşağıdakı kimi müəyyən olunmuşdur: 2020-ci ilin mənfəət vergisi üzrə: M1 = ********.86 / ( 100 + 20) x 20 = 7549767,48 manat. Beləliklə, 2020-ci il ərzində müəssisənin yoxlama ilə müəyyən edilən və ilkin sənədlərlə təsdiqini tapan gəlirləri ********.86 manat təşkil etmişdir. Gəlirlərin ********.62 manat dəyərində olan məbləği malların təqdim edilməsi ilə bağlı olmuş, 1158851.24 manat dəyərində olan məbləği isə subsidiya və qeyri-rezidentdən bonus və mükafatlar şəklində daxil olan məbləğlərdən ibarət olmuşdur. Həmin gəlirlərin əldə edilməsi ilə bağlı xərcləri 20% şərti rentabellik norması nəzərə alınmaqla ********.86/6*5=********.38 manat, mənfəəti ********.86-********.38=7549767. 48 manat təşkil etmişdir ki, həmin mənfəətdən 7549767.48*20%=1509953.5 manat mənfəət vergisi hesablanmışdır. 2020-ci il üçün cəmiyyət tərəfindən bəyan edilən mənfəət vergisi məbləğinin 22498.51 manat təşkil etdiyini nəzərə alaraq, səyyar vergi yoxlaması ilə cəmiyyətə 1509953.5- 22498.51=1487454.99 manat əlavə vergi hesablanmışdır. Yoxlama zamanı vergi ödəyicisinin idxal etdiyi və daxili tədarükçülərdən aldığı malların hər bir çeşidinin satış qaimələrinə əsasən müəyyən edilən vahidinin qiymətini satılmış malların miqdarına vurmaqla 2021-2022-ci illər üzrə ümumi satış dəyəri və müvafiq olaraq vergi ödəyicisinin gəlirləri müəyyən edilmişdir. Vergi ödəyicisi yoxlamaya malların hərəkəti, anbar uçotu barədə düzgün məlumatlar təqdim etmədiyi üçün yoxlama zamanı yoxlanılan dövr üzrə hər ilin əvvəlinə və sonuna olan, mənfəət vergisi bəyannaməsində ödəyicinin təqdim etdiyi əlavə 1-də göstərilən mal qalıqları nəzərə alınmaqla satılan mallar müəyyən edilərək həmin malların satış qaiməsindəki qiymətləri əsasında formalaşan dəyər nəzərə alınmaqla gəlirlər hesablanmışdır. VM-nin 67.1-ci maddəsinə əsasən vergitutma obyektinin düzgün müəyyənləşdirilməsi hər hansı səbəbdən mümkün olmadıqda vergi orqanı əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlar əsasında vergitutma obyektini müəyyən edə və vergiləri hesablaya bilər. Məcəllənin 67.1.9-cu maddəsində vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlar, o cümlədən vergi orqanı tərəfindən həyata keçirilən vergi nəzarəti tədbirləri zamanı əldə edilmis vergi ödəyicisinin sahibkarlıq fəaliyyəti ilə baglı qanunla nəzərdə tutulmus qaydada rəsmiləsdirilməyən əməliyyatlar üzrə məlumatlardan istifadə etməklə vergiləri hesablamaq hüququ göstərilmişdir. Beləliklə, gəlirlərin hesablama mexanizmi, məbləği, gəlirin əldə edilməsi ilə bağlı xərclər illər üzrə aşağıdakı kimi olmuşdur. 2021-ci ilin mənfəət vergisi üzrə: Yoxlama ilə cəmiyyətin malların satışından əldə edilən gəlirləri ********.92 manat, subsidiya və qeyri–rezidentdən bonus şəklində daxil olan məbləğlər 1462074.2 manat olmaqla, ümumi gəlirlərinin ********.12 manat, həmin gəlirlərin əldə edilməsi ilə bağlı xərclər isə əmək haqqı və ona bərabər tutulan ödəmələr 3401702.49 manat, sosial sığorta haqları 661609.58 manat, malın dəyəri ********.47 manat, icarə haqqı 607541.36 manat, yanacaq xərcləri 828088.34 manat, su və kanalizasiya xərcləri 1116.52 manat, rabitə xərcləri 120019.55 manat, bank xidməti üzrə xərclər 177822.46 manat, reklam xərcləri 201604.77 manat, bilavasitə malların təqdim edilməsi (işlərin görülməsi, xidmətlərin göstərilməsi) ilə bağlı xərclər 1859682.68 manat, borca görə ödənilmiş faizlər və onunla bağlı olan xərclər 3430819.37 manat, amortizasiya ayırmaları, əsas vəsaitlərin təqdim edilməsi və ləğvi üzrə gəlirdən çıxılan xərclər 213564.71 manat, təmir xərcləri 10801.35 manat, nəqliyyat xərcləri 25454.0 manat, ödənilmiş sığorta haqları 41658.19 manat, digər xərclər 466865.27 manat, əmlak vergisi 6166.86 manat olmaqla, ümumi xərclər ********.97 manat məbləğ təşkil etmişdir. Gəlirlərin müəyyən edilməsi idxal edilmiş və daxili tədarükçülərdən alınmış hər bir malın maya dəyərinin üzərinə həmin malın qaimə ilə il üzrə orta satış qiyməti əsasında formalaşan ticarət əlavəsinin faizi gəlinməklə həyata keçirilmişdir. Bu zaman mənfəət vergisi bəyannaməsinin 1 nömrəli əlavəsinə əsasən müəyyən edilən ilin sonuna mal qalığının əvvəli ilə müqayisədə azalan fərqinin üzərinə bütün mallar üzrə müəyyən edilən orta ticarət əlavəsinin faizi gəlinməklə vergi ödəyicisinin real gəlirləri aşkar edilmişdir. Belə ki, 2021-ci il ərzində idxal edilmiş və daxili tədarükçülərdən alınmış ümumilikdə ********.69 manat dəyərində malların hər bir çeşidinin qaimə üzrə orta ticarət əlavəsi nəzərə alınaraq ********.8 manat satış dəyəri müəyyən edilmiş və üzərinə ilin əvvəli ilə müqayisədə sonuna azalan qalığa (********.61-********.79=-556882.78 manat) müəyyən edilmiş 39.84 % orta ticarət əlavəsi tətbiq edilməklə (556882.78+556882.78*39.84% =778719.13 manat) gəlirlərin cəmi ********.8+778719.13=********.92 manat olduğu müəyyən edilmişdir. Bundan başqa cəmiyyətin bank əməliyyatlarına əsasən 1462074.2 manat subsidiya və qeyri-rezidentdən bonus gəlirləri olmuşdur. Beləliklə cəmiyyətin mənfəət vergisinə cəlb edilən ümumi gəlirləri (********.92+1462074.2)=********.12 manat təşkil etmişdir. Bununla da səyyar vergi yoxlaması ilə cəmiyyətin 2021-ci il üzrə mənfəətinin ********.12- ********.97=8253828.15 manat, müvafiq olaraq mənfəət vergisi məbləğinin 8253828.15*20% =1650765.63 manat olduğu müəyyən edilmişdir. Cəmiyyət tərəfindən təqdim edilmiş 2021-ci il üzrə mənfəət vergisi bəyannaməsinə son olaraq kameral qaydada münasibət bildirildiyi və həmin hesablamaya əsasən cəmiyyətin fəaliyyətinin - 4021171.43 manat zərərlə nəticələndiyi nəzərə alınaraq, həmin zərər silinməklə səyyar vergi yoxlaması ilə 1650765.63 manat əlavə olaraq mənfəət vergisi hesablanmışdır. 2022-ci ilin mənfəət vergisi üzrə: Yoxlama ilə cəmiyyətin malların təqdim edilməsindən gəlirləri ********.06 manat, subsidiya və qeyri-rezidentdən daxil olan bonus gəlirləri 1328090.32 manat olmaqla, ümumi gəlirlərinin ********.38 manat, həmin gəlirlərin əldə edilməsi ilə bağlı xərclər isə əmək haqqı və ona bərabər tutulan ödəmələr 3415397.93 manat, sosial sığorta haqları 695194.71 manat, malın dəyəri ********.46 manat, icarə haqqı 654933.72 manat, yanacaq xərcləri 860192.11 manat, su və kanalizasiya xərcləri 3580.18 manat, rabitə xərcləri 102874.82 manat, bank xidməti üzrə xərclər 170510.01 manat, reklam xərcləri 268524.05 manat, bilavasitə malların təqdim edilməsi (işlərin görülməsi, xidmətlərin göstərilməsi) ilə bağlı xərclər 1755340.46 manat, borca görə ödənilmiş faizlər və onunla bağlı olan xərclər 3746258.78 manat, amortizasiya ayırmaları, əsas vəsaitlərin təqdim edilməsi və ləğvi üzrə gəlirdən çıxılan xərclər 168972.1 manat, təmir xərcləri 17531.34 manat, nəqliyyat xərcləri 3211.9 manat, ödənilmiş sığorta haqları 103598.7 manat, digər xərclər 299214.51 manat, əmlak vergisi 6545.41 manat olmaqla, ümumi xərclər ********.19 manat məbləğ təşkil etmişdir. Gəlirlərin müəyyən edilməsi idxal edilmiş və daxili tədarükçülərdən alınmış hər bir malın maya dəyərinin üzərinə həmin malın qaimə ilə il üzrə orta satış qiyməti əsasında formalaşan ticarət əlavəsinin faizi gəlinməklə həyata keçirilmişdir. Bu zaman mənfəət vergisi bəyannaməsinin 1 nömrəli əlavəsinə əsasən müəyyən edilən ilin sonuna mal qalığının əvvəli ilə müqayisədə azalan fərqinin üzərinə bütün mallar üzrə müəyyən edilən orta ticarət əlavəsinin faizi gəlinməklə vergi ödəyicisinin real gəlirləri aşkar edilmişdir. Belə ki, 2022-ci il ərzində idxal edilmiş və daxili tədarükçülərdən alınmış ümumilikdə ********.05 manat dəyərində malların hər bir çeşidinin qaimə üzrə orta ticarət əlavəsi nəzərə alınaraq ********.48 manat satış dəyəri müəyyən edilmiş və üzərinə ilin əvvəli ilə müqayisədə sonuna azalan qalığa (********.2- ********.61=-1464055.41 manat) müəyyən edilmiş 47.38 % orta ticarət əlavəsi tətbiq edilməklə (1464055.41+1464055.41*47. 38%=2157695.58 manat) gəlirlərin cəmi ********.48 +2157695.58=********.06 manat olduğu müəyyən edilmişdir. Bundan başqa cəmiyyətin bank əməliyyatlarına əsasən 1328090.32 manat subsidiya və qeyrirezidentdən bonus gəlirləri olmuşdur. Beləliklə cəmiyyətin mənfəət vergisinə cəlb edilən ümumi gəlirləri ********.06+1328090.32=********.38 manat təşkil etmişdir. Bununla da səyyar vergi yoxlaması ilə cəmiyyətin 2022-ci il üzrə mənfəətinin ********.38- ********.19=8941390.19 manat, müvafiq olaraq mənfəət vergisi məbləğinin 8941390.19*20% =1788278.04 olduğu müəyyən edilmişdir. Cəmiyyət tərəfindən təqdim edilmiş 2022-ci il üzrə mənfəət vergisi bəyannaməsinə əsasən mənfəət vergisi məbləğinin 160352.26 manat bəyan edildiyi nəzərə alınaraq, səyyar vergi yoxlaması ilə 17882xx.xx-160352.26=1627925.78 manat əlavə olaraq mənfəət vergisi hesablanmışdır. Ödəyici tərəfindən təqdim edilmiş mənfəət vergisi bəyannamələrinin məlumatlarının səyyar vergi yoxlaması ilə müəyyən edilən gəlir və xərc maddələri ilə müqayisəsi cəmiyyət tərəfindən gəlir və xərclərin düzgün bəyan edilmədiyini, dövlət büdcəsinə hesablanaraq ödənilməli olan vergilərin azaldıldığını göstərir. Beləliklə, müəyyən edilmişdir ki, vergi ödəyicisi VM-nin 104, 108, 109-cu maddələrinin tələbləri pozulmuşdur. Beləliklə səyyar vergi yoxlaması ilə vergi ödəyicisi tərəfindən ümumilikdə 4766146.4 manat məbləğində mənfəət vergisinin büdcəyə az hesablandığı müəyyən edilmişdir. Azərbaycan Respublikasının VM-nin VM-nin 58.1-ci maddəsinə əsasən mənfəət vergisinin hesabatda göstərilən məbləği verginin hesabatda göstərilməli olan məbləğinə nisbətən azaldıldığına görə azaldılmış və ya yayındırılmış 4766146.4 manat vergi məbləğinin 50 faizi miqdarında, yəni 2383073.2 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Əlavə dəyər vergisi üzrə: Səyyar vergi yoxlaması ilə sentyabr 2020-ci il iyun 2023-cü il dövrü üzrə ƏDV bəyannamələri əhatə olunmuşdur. Vergi ödəyicisinin vergi orqanında olan uçot-baza məlumatlarına, vergi ödəyicisinin bank hesablarının hərəkəti barədə hesabların yerləşdiyi banklardan alınmış rəsmi məlumatlara, nəzarət kassa aparatı (bundan sonra NKA) ilə aparılan əməliyyatlara dair inteqrasiya olunmuş məlumatlara, qeyri-rezidentə köçürülmüş məbləğlərə əsasən müəyyən edilmişdir ki, müəssisə tərəfindən VM-nin 165-ci, 166-cı, 169-cu və 175-ci maddələrinin tələbləri pozulmuşdur. Belə ki, vergi ödəyicisi tərəfindən büdcəyə hesablanmalı ƏDV-nin azaldılmasının səbəbi aşağıda qeyd olunan hallar olmuşdur: ƏDV-yə 18% dərəcə, 0% dərəcə ilə cəlb olunan və ƏDV-dən azad olan əməliyyatlar üzrə ƏDV məbləğinin, əvəzləşdirilən ƏDV məbləğinin düzgün bəyan olunmaması. Belə ki, vergi ödəyicisi tərəfindən ƏDV-dən azad olunan əməliyyatlar aparılmamasına baxmayaraq, NKA-da ƏDV-dən azad məbləğlər müəyyən edilmişdir. Yoxlama ilə həmin məbləğlərdən 18% ayrılaraq ƏDV-yə cəlb edilmişdir; Vergi ödəyicisi tərəfindən "xxxx" MMC-yə ƏDV-yə cəlb edilməyən və 0% dərəcə ilə təqdim edilmiş elektron qaimə-fakturaların yoxlama ilə ƏDVyə 18% dərəcə ilə cəlb olunan əməliyyat kimi nəzərə alınması. Belə ki, vergi qanunvericiliyində malların rüsumsuz ticarət mağazalarına satışı zamanı vergidən azadolma nəzərdə tutulmamışdır. "xxxx" MMC tərəfindən rüsumsuz ticarət mağazasında satılmaq məqsədilə alınmış mallara görə ümumi qaydada 18 faiz dərəcə ilə ƏDV ödənilir və ƏDV ödənilməklə alınmış malların rüsumsuz ticarət mağazasında satışı ƏDV-yə cəlb edilmədiyindən bu əməliyyatlar üzrə ödənilmiş ƏDV məbləğləri "xxxx" MMC tərəfindən əvəzləşdirilmir; Əldə edilmiş elektron qaimə-fakturalara görə və idxalda ödənilmiş ƏDVyə əsasən əvəzləşdirilmiş məbləğlərin dürüstləşdirilməsi. Belə ki, iki və daha artıq dəfə bəyan edilmiş elektron qaimə-fakturalar əvəzləşmədən çıxarılmış və idxalda ödənilən ƏDV-yə uyğun yük gömrük bəyannamələri nəzərə alınmışdır; ƏDV tutulan əməliyyatların vaxtının düzgün bəyan edilməməsi. Belə ki, əldə olunmuş vergi ödəyicisinin bank əməliyyatlarına əsasən yoxlama ilə ƏDV-yə cəlb edilən əməliyyatların vaxtı VM-nin 166cı maddəsinə uyğun olaraq hesablanmışdır; VM-nin 169-cu maddəsinin tələbləri pozularaq ƏDV-nin məqsədləri üçün qeydiyyata alınmayan qeyri-rezidentin göstərdiyi xidmətin vergiyə cəlb edilməməsi. Vergi ödəyicisinin bank hesablarının araşdırılması zamanı yoxlama ilə müəyyən edilmişdir ki, qeyri- rezident olan “OOO AKTİVHOST RUSSİA” tərəfindən vergi ödəyicisinə göstərilən proqram təminatı xidmətlərinə görə 69440 manat (NETT) ekvivanlentində ödəniş edilmişdir. Həmin məbləğin 10% dərəcə ilə ödəmə mənbəyində vergiyə cəlb edilməli olduğunu nəzərə alaraq 69440/0.9=77155.56 manat (GROSS) məbləğ 18% dərəcə ilə vergiyə cəlb edilmişdir; Yoxlama zamanı vergi ödəyicisinin idxal etdiyi və daxili tədarükçülərdən aldığı malların hər bir çeşidinin satış qaimələrinə əsasən müəyyən edilən vahidinin qiymətini satılmış malların miqdarına vurmaqla 2021-ci və 2022-ci il üzrə ümumi satış dəyəri və müvafiq olaraq vergi ödəyicisinin dövriyyəsi müəyyən edilmişdir. Vergi ödəyicisi yoxlamaya malların hərəkəti, anbar uçotu barədə düzgün məlumatlar təqdim etmədiyi üçün yoxlama zamanı yoxlanılan dövr üzrə hər ilin əvvəlinə və sonuna olan, mənfəət vergisi bəyannaməsində ödəyicinin təqdim etdiyi Əlavə №1-də göstərilən mal qalıqları nəzərə alınmaqla satılan mallar müəyyən edilərək həmin malların satış qaiməsindəki qiymətləri əsasında formalaşan dəyər nəzərə alınmaqla gəlirlər hesablanmışdır. Beləliklə, vergi ödəyicisi tərəfindən yayındırılmış dövriyyə 12 aylıq ƏDV bəyannamələrində bəyan edilmiş dövriyyə ilə müqayisə edilməklə hər iki ilin dekabr ayında bərpa edilərək əlavə vergi məbləği hesablanmışdır. 2021-ci ilin dövriyyəsi 53 803 699,16 manat, yoxlama ilə müəyyən edilən əlavə dövriyyə 12 352 961,77 manat, cəmi dövriyyə 53 803 699,16 + 12 352 961,77 = 66 156 660,93 manat olmuşdur. 2022-ci ilin dövriyyəsi 46 996 277,13 manat, yoxlama ilə müəyyən edilən əlavə dövriyyə 14 860 132,93 manat, cəmi dövriyyə 46 996 277,13 + 14 860 132,93 = 61 856 410,06 manat olmuşdur. Yoxlama ilə əhatə olunan dövr üzrə ayrı-ayrı aylar üzrə büdcəyə çatası ƏDV-nin 5223221,68 manat azaldılması və 337571,62 manat artıq hesablanması müəyyən edilərək, ümumilikdə büdcəyə çatası ƏDV-nin 4885650,06 manat olduğu müəyyən edilmişdir. VM-nin 58.1-ci maddəsinə əsasən əlavə dəyər vergisinin hesabatda göstərilən məbləği verginin hesabatda göstərilməli olan məbləğinə nisbətən azaldıldığına görə ayrıayrı aylar üzrə azaldılmış və ya yayındırılmış 5 223 221,68 manat vergi məbləğinin 50 faizi miqdarında, yəni 2 611 610,85 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Ödəmə mənbəyində tutulan vergi üzrə: Vergi ödəyicisi yoxlama ilə əhatə olunan dövrdə ödəmə mənbəyində tutulan verginin ödəyicisi olmuşdur. Yoxlama ilə müəyyən edilmişdir ki, vergi ödəyicisi tərəfindən VM-nin 125-ci və 150.1.6-cı maddələrinin tələbləri pozulmuşdur. Yoxlama zamanı bank hesablarının araşdırılması nəticəsində vergi ödəyicisi tərəfindən VM-nin 125.1.4-cü maddəsinin tələbləri pozularaq beynəlxalq daşımalar həyata keçirilərkən nəqliyyat xidmətləri üçün ödəmə mənbəyində tutulan 6% vergi məbləğinin 2021-ci ilin İ rübü ərzində 2 690,62 manat, 2022-ci ilin İ rübü ərzində 5 450,16 manat, İİ rübü ərzində 3 043,72 manat, İİİ rübü ərzində 1 605,66 manat, 2023-cü ilin İİ rübü ərzində 5 183,44 manat əskik hesablandığı, 2022-ci ilin İV rübü ərzində 1 359,64 manat artıq hesablandığı aşkar edilmişdir. Habelə Rusiya Federasiyasının rezidenti olan “OOO AKTİVHOST RUSSİA”(115114, MOSKVA G, DERBENEVSKAA NAB, DOM 7, STROENİE 9) tərəfindən göstərilən proqram təminatı xidmətləri üçün VM-nin 125.1.4-cü maddəsinin tələbləri pozularaq ödəmə mənbəyində tutulan 10% vergi məbləğinin 2020-ci ilin İİİ rübü ərzində 253,33 manat, İV rübü ərzində 242,22 manat, 2021-ci ilin İ rübü ərzində 508,89 manat, 2022-ci ilin İ rünü ərzində 196,66 manat, İİ rübü ərzində 290,04 manat, İİİ rübü ərzində 948,89 manat, İV rübü ərzində 1 178,89 manat, 2023-cü ilin İ rübü ərzində 768,89 manat, İİ rübü ərzində 1 174,44 manat əskik hesablandığı müəyyən edilmişdir. Səyyar vergi yoxlaması ilə müəyyən edilmişdir ki, vergi ödəyicisi tərəfindən təqdim edilmiş ÖMV bəyannaməsində ödəmə mənbəyində tutulan vergi 22 356,96 manat əskik, 180,75 manat artıq hesablanmışdır. VM-nin 58.1-ci maddəsinə əsasən ödəmə mənbəyində tutulan verginin hesabatda göstərilən məbləği hesabatda göstərilməli olan məbləğinə nisbətən azaldıldığına görə azaldılmış və ya yayındırılmış 22 356,96 manat vergi məbləğinin 50 faizi miqdarında, yəni 11 178,5 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Əmlak vergisi üzrə: Yoxlama ilə müəyyən edilmişdir ki, vergi ödəyicisi tərəfindən təqdim edilən əmlak vergisi bəyannaməsində VM-nin 201-ci və 202-ci maddələrinin tələbləri pozulmuşdur. Vergi ödəyicisi tərəfindən təqdim edilən 2021-ci ilin mənfəət vergisi bəyannaməsində əsas vəsaitlərin hesabat dövrünün əvvəlinə qalıq dəyəri 503 824,07 manat olmuşdur. Yoxlama ilə hesabat dövrü ərzində maşın və avandanlıq, nəqliyyat vasitələri, digər əsas vəsaitlər və yüksək texnologiyalar məhsulu olan hesablama texnikası üzrə əsas vəsaitlər 439 288,25 manat dövr ərzində daxil olmuş, 213 564,71 manat silinmiş (təqdim edilmiş, ləğv edilmiş), hesabat dövrünün sonuna qalıq dəyəri 503 824,07 + 439 288,25 - 213 564,71 = 729 547,61 manat müəyyən edilmişdir. 2022-ci ilin hesabat dövrü ərzində maşın və avandanlıq, nəqliyyat vasitələri, digər əsas vəsaitlər və yüksək texnologiyalar məhsulu olan hesablama texnikası üzrə əsas vəsaitlər 18 959,22 manat dövr ərzində daxil olmuş, 168 972,1 manat silinmiş (təqdim edilmiş, ləğv edilmiş), hesabat dövrünün sonuna qalıq dəyəri 729 547,61 + 18 959,22 - 168 972,1 = 579 534,73 manat müəyyən edilmişdir. Təqdim edilmiş 2021-ci ilin əmlak vergisinin yoxlanılması zamanı bəyannamənin 501.2-ci sətrində “Vergidən azad olunan əmlakın qalıq dəyəri” sətrində 216 026,93 manat əsas vəsaitin vergiyə cəlb edilmədiyi müəyyən edilmişdir. Lakin bununla bağlı bəyannamənin 1№-li Əlavəsində bu barədə VM-nin hansı maddəsinə əsasən azadolmanın tətbiq edilməsi nəzərə alınmamışdır. Vergi ödəyicisinin fəaliyyətini və mülkiyyətində (istifadəsində) olan əsas vəsaitləri nəzərə alaraq azad olunan əsas vəsaitlər həmin sətirdən çıxarılmış və ümumi qaydada vergiyə cəlb edilmişdir. Beləliklə, yoxlama ilə 2021-ci ilin əmlak vergisi 6 166,86 manat ((503 824,07 + 729 547,61) / 2 * 1%), 2022-ci ilin əmlak vergisi 6 545,41 manat ((729 547,61 + 579 534,73) / 2 * 1%) müəyyən edilmişdir. Yoxlama ilə vergi ödəyicisi tərəfindən VM-nin 201-ci və 202-ci maddələrinin tələbləri pozulmaqla əmlak vergisinin 2021-ci il üzrə 6 166,86 – 5 083,78 = 1 083,08 manat əksik hesanladığı və 2022-ci il üzrə 6 545,41 – 6 599,12 = - 53,71 manat artıq hesablandığı müəyyən edilmişdir. VM-nin 58.1-ci maddəsinə əsasən əmlak vergisinin hesabatda göstərilən məbləği hesabatda göstərilməli olan məbləğinə nisbətən azaldıldığına görə azaldılmış və ya yayındırılmış 1 083,08 manat vergi məbləğinin 50 faizi miqdarında, yəni 541,34 manat məbləğində maliyyə sanksiyası tətbiq edilsin. Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları bəyannamələri (hesabatları) üzrə: Yoxlama ilə vergi ödəyicisi tərəfindən 2020-ci ilin 3-cü, 4-cü rübləri, 2021-ci ilin 1-ci, 2-ci, 3-cü, 4-cü rübləri, 2022-ci ilin 1-ci, 2-ci, 3-cü, 4-cü rübləri və 2023-cü ilin 1-ci, 2-ci rübləri üzrə təqdim edilmiş muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları bəyannamələrinin (hesabatlarının) düzgünlüyü araşdırılmışdır. Yoxlama ilə vergi ödəyicisi tərəfindən təqdim edilmiş muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları bəyannaməsi (hesabatı) üzrə “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununun, “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının Qanununun və “Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanununun tələbləri pozulmaqla məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının 2022-ci ilin 2-cü rübü üçün 0,98 manat əskik, 2020-ci ilin 3-cü rübü üçün 0,83 manat, 4-cü rübü üçün 1,15 manat, 2021-ci ilin 1-ci rübü üçün 1,86 manat, 2-ci rübü üçün 1,03 manat, 3-cü rübü üçün manat 0,54 manat, 4-cü rübü üçün 0,82 manat, 2022-ci ilin 1ci rübü üçün 2,29 manat, 3-cü rübü üçün 0,02 manat, 2023-cü ilin 2-ci rübü üçün 0,02 manat, ümumilikdə 8,56 manat artıq hesablanması müəyyən edilmişdir. VM-nin 58.1-ci maddəsinə əsasən azaldılmış 0,98 manat məbləğin 50% miqdarında, yəni 0,49 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Göstərilənlərə əsasən cavabdeh iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Tərəflərin iştirakı və izahatları: İddiaçının nümayəndəsi və vəkili iddianı müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Cavabdehin nümayəndəsi iddianı qəbul etməyərək, məhkəməyə təqdim edilmiş iddia tələbinə dair yazılı etirazda qeyd olunanların nəzərə alınmaqla məhkəmədən iddianın təmin olunmamasını xahiş ƏSASLANDİRMA HİSSƏSİ: İddianın növü və mümkünlüyü. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanununun 2.0.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs inzibati orqan hesab olunur. İPM-nin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Həmin Məcəllənin 32.2-ci maddəsinə əsasən aşağıdakı inzibati aktlar mübahisələndirmə haqqında iddianın predmeti ola bilər: 32.2.1. barəsində məhkəməyə şikayət verilməmiş inzibati akt; 32.2.2. barəsində şikayət verildiyi hallarda, şikayət instansiyasının qərarı ilə dəyişdirilmiş inzibati akt (şikayət instansiyası tərəfindən qərar qəbul edildikdən sonrakı formada ilkin inzibati akt); 32.2.3. şikayət instansiyası tərəfindən şikayətə baxma qaydasında qəbul edilmiş və ilk dəfə olaraq üçüncü şəxs üçün öhdəlik yaradan qərar (inzibati akt). Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İPM-in 38.1-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbulu nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçının hüququnun həqiqətən pozulub-pozulmaması iddianın mümkünlüyü ilə deyil, əsaslılığı ilə bağlı məsələdir və ikinci mərhələdə (əsaslılıq mərhələsində) yoxlanılmalıdır. Qanunverici orqan mübahisələndirmə haqqında iddianın qaldırılmasını müddətə tabe tutmuş və müddətin başlanğıcını aşağıdakı kimi müəyyən etmişdir:
1. inzibati aktın təqdim (elan) olunduğu vaxtdan 30 gün müddətində;
2. şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində (İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsi). İddiaçı hazırki iddia ilə məhkəməyə qanunla müəyyən edilmiş müddətdə, mübahisələndirilən xx.xx.2024-cü il tarixli inzibati aktın (qərarın) təqdim olunduğu vaxtdan 30 gün müddətində yəni, xx.xx.2025-ci il tarixdə iddia ərizəsi təqdim edərək müraciət etmişdir. İddia mümkündür.
Faktiki hallar və sübutlar:
İş materiallarında olan:
Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin əməkdaşları tərəfindən tərtib edilmiş **********175859 №-li, xx.xx.2024-cü il tarixli “Səyyar vergi yoxlaması” aktının surətindən müəyyən olunur ki, İdarənin əməkdaşları tərəfindən xx.xx.2023-cü il tarixli **********175380 saylı qərara əsasən İddiaçı MMC üzrə siyahısı qeyd olunan tədiyyə və dövrlərdə Vergi Məcəlləsinin 38.2-ci maddəsinə əsasən, vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi (vergilərin və digər icbari ödənişlərin hesablanması, tutulması və ödənilməsi) vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədi ilə növbədənkənar səyyar vergi yoxlaması aparılmışdır. Yoxlama xx.xx.2023-cü il tarixdə başlamış, xx.xx.2024-cü il tarixdə başa çatdırılmışdır. Yoxlamanın yekun nəticəsi üzrə: -Vergilərin və icbari ödənişlərin azaldılmasına görə Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən mənfəət vergisinin 4766146,4 manat azaldılmasına görə, azaldılmış verginin 50 faizi miqdarında, yəni 2383073,2 manat; əlavə dəyər vegisinin 5223221,68 manat azaldılmasına görə azaldılmış verginin 50%-i miqdarında, yəni 2611610,84 manat, əmlak vergisinin 1083,08 manat azaldılmasına görə azaldılmış verginin 50%-i miqdarında, yəni 541,54 manat, ödəmə mənbəyində tutulan vergi məbləğinin 22356,96 manat azaldıldığına görə azaldılmış verginin 50%-i miqdarında, yəni 11178,48 manat maliyyə sanksiyası tətbiq edilməsi; -Vergi Məcəlləsinin 58.6-cı maddəsinə müvafiq olaraq vergi ödəyicisi tərəfindən malların (iş və xidmətlərin) dəyəri ödənilən gündən gec ƏDV məbləğinin ödənilməsinə görə vergi ödəyicisinə vaxtında ödənilməmiş ƏDV məbləğinin 50 faizi miqdarında, yəni 2833,52 manat maliyyə saksiyası tətbiq edilməsi; -Cəmiyyət tərəfindən ƏDV üzrə artıq hesablanmış 337571,62 manat, əmlak vergisi üzrə artıq hesablanmış 53,71 manat, muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icabari tibbi sığorta haqqı üzrə artıq hesablanmış 8,56 manat məbləğlərin nəzərə alınması təklif olunmuşdur. Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən İddiaçı MMC - də keçirilmiş Səyyar vergi yoxlamasının nəticələri haqqında xx.xx.2024-cü il tarixli **********175859 nömrəli aktına baxılması nəticəsində qəbul edilmiş “Vergi ödəyicisinin və sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” **********189903 №-li, xx.xx.2024-cü il tarixli qərarı ilə 10012809,1 manat vergilərin azaldıldığı, 337814,64 manat artıq hesablandığı nəzərə alınmaqla, 9759102,99 manat əlavə vergi hesablanmış, 84108,53 manat artıq hesablama aparılmış və Vergi Məcəlləsinin 58.1 və 58.6-cı maddələrinə əsasən 5008274,67 manat məbləğində maliyyə sanksiyası tətbiq olunmuşdur. Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən İddiaçı MMCyə ünvanlanmış “Vergi borcunun, icbari tibbi sığorta və məcburi dövlət sosial sığorta haqlarının, faizlərin, maliyyə sanksiyalarının məbləğlərinin, inzibati cərimələrin ödənilməsi, habelə aşkar edilmiş pozuntuların aradan qaldırılması barədə” **********919900 №li Tələbnamədən görünür ki, İddiaçı MMC-dən 9674994,49 manat əlavə hesablanmış vergilərin və 5008274,67 manat maliyyə sanksiyalarının 5 (beş) gün müddətində büdcəyə ödənilməsi tələb olunmuşdur.
Tətbiq edilən hüquq:
Azərbaycan Respublikası Vergi Məcəlləsi: 14.1. Bazar qiyməti malın (işin, xidmətin) tələblə təklifin qarşılıqlı təsiri nəticəsində təşəkkül tapan qiyməti deməkdir. 14.2. Bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, vergitutma məqsədləri üçün malların (işin, xidmətin) qiyməti tərəflərin əməliyyatda (əqddə) təsbit etdikləri qiymət qəbul edilir. Əks hal sübuta yetirilmirsə, bu qiymət bazar qiyməti kimi qəbul edilir. 14.3. Bu Məcəllənin 14-1.2-ci maddəsində nəzərdə tutulan şəxslər arasında həyata keçirilən əməliyyatlar istisna olmaqla, bazar qiyməti nəzərə alınmaqla vergilərin hesablanması aşağıdakı hallarda həyata keçirilə bilər: 14.3.1. Barter (mal mübadiləsi), idxal-ixrac əməliyyatları aparıldıqda; 14.3.2. təsərrüfat əqdləri qarşılıqlı surətdə asılı olan şəxslər arasında həyata keçirildikdə; 14.3.3. 30 gün ərzində vergi ödəyicilərinin eyni xüsusiyyətli və ya eyni cinsli mallara (işə, xidmətə) tətbiq etdikləri qiymətlərin səviyyəsi, bu Məcəllənin 14.6.1-ci maddəsinin tələbləri, o cümlədən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş təbii itki normaları daxilində zayolmadan əmələgələn itkilər nəzərə alınmaqla, bazarda eyni (analoji) mal (iş, xidmət) üçün müvafiq əməliyyatlar zamanı təşəkkül tapan qiymətlərin səviyyəsindən topdansatış ticarət fəaliyyəti sahəsində 10 faizdən, tikinti və istehsal fəaliyyəti sahəsində 20 faizdən, digər fəaliyyət sahələrində 30 faizdən çox (aşağı və yuxarı) fərqləndikdə; 14.3.4. müəssisənin əmlakı qalıq dəyərindən artıq qiymətə sığortalandığı halda; 14.3.5. daşınmaz əmlakın (sahibkarlıq fəaliyyəti məqsədləri üçün istifadə olunmayan yaşayış fondu istisna olmaqla) vergitutma məqsədləri üçün aylıq icarə haqqının məbləğinin müəyyən edilməsi zərurəti yarandıqda; 14.3.6. vergi ödəyicisi tərəfindən vergi nəzarəti tədbiri zamanı malların (işlərin, xidmətlərin) təqdim edilməsinə (alınmasına) dair sənədlər təqdim edilmədikdə (mövcud olmadıqda). 38.1. Səyyar vergi yoxlaması, o cümlədən elektron audit vergi orqanının qərarına əsasən həyata keçirilir. Səyyar vergi yoxlaması növbəti və növbədənkənar ola bilər. Növbəti səyyar vergi yoxlaması keçirildikdə, vergi orqanı tərəfindən vergi ödəyicisinə vergi yoxlamasının başlanmasından azı 15 gün əvvəl yazılı bildiriş göndərilir. 39.1. Səyyar vergi yoxlamasının nəticələri üzrə vergi orqanlarının səlahiyyətli vəzifəli şəxsləri tərəfindən müəyyən edilmiş formada vergi yoxlaması aktı tərtib edilir və həmin şəxslər və yoxlanılan vergi ödəyicisinin rəhbəri (onu əvəz edən şəxs) və ya fərdi sahibkar tərəfindən imzalanır. Vergi ödəyicisi yoxlama aktında öz qeydlərini edə bilər, aktı imzalamaqdan imtina edə bilər və bu barədə həmin aktda müvafiq qeyd aparılır. 49.1. Səyyar vergi yoxlamasının materiallarına baxılmanın nəticələri üzrə vergi orqanının rəhbəri (rəhbərin müavini) 10 gün müddətində aşağıda göstərilən qərarlardan birini çıxarır: 49.1.1. vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi; (-)
İPM: Maddə 12. İşin hallarının araşdırılması prinsipi. 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. ... Maddə 58. Sübutların araşdırılması qaydası ... 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.
Məhkəmənin mövqeyi:
İş materiallarını araşdıraraq və tərəflərin nümayəndələrinin izahatlarını dinləyərək məhkəmə hesab edir ki, iddia qismən təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Məhkəmə ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, cavabdeh Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi mübahisələndirilən qərar əsasında iddiaçıya mənfəət, ƏDV, əmlak və ödəmə mənbəyindən tutulan vergilər üzrə əlavə vergi məbləğləri hesablamışdır. Qeyd olunmalıdır ki, tərəflər arasında yaranmış mübahisənin səbəbi – yoxlanılan dövr üzrə iddiaçının apardığı əməliyyatlara dair vergitutma anı barədəki fikir ayrılığıdır. İlk öncə məhkəmə, inzibati aktın prosessual hüquq normalarının pozulması (yoxlama zamanı dayandırmanın aparılması və yoxlama müddətinin uzadılması barədə inzibati aktın reyestrə daxil edilməməsi) ilə qəbul edildiyini diqqətə çatdırır. Belə ki, iş materiallarının təhlili nəticəsində müəyyən olunmuşdur ki, səyyar vergi yoxlaması xx.xx.2024-cü il tarixli “Ekspertizanın təyin olunması” barədə qərara əsasən ümumilikdə 18 dəfə dayandırılmış, bundan əlavə 2 dəfə 60 gün müddətinə müvəqqəti dayandırılmış, 1 dəfə isə aktın tərtibi müddəti 30 gün uzadılmışdır. Aparılan yoxlamalar zamanı vergi orqanı tərəfindən xx.xx.2023-cü il tarixində **********179247 saylı qərarla ekspertiza təyin edilmiş, ekspert qismində isə “Azərekspertiza” Birliyinin əməkdaşı X3 cəlb olunmuşdur. Ekspert qarşısında cəmiyyətin xx.xx.2020 – xx.xx.2023-cü il tarixlərini əhatə edən dövr üzrə idxal edilən, əldə edilən və satılan malların real bazar qiymətinin müəyyən olunması vəzifəsi qoyulmuşdur. Lakin yoxlamanın gedişində xx.xx.2023, xx.xx.2023 və xx.xx.2024-cü il tarixli aktlar ilə sənədlərin yalnız qismən təqdim olunduğu qeydə alınmış, xx.xx.2023 və xx.xx.2024-cü il tarixli protokollarla isə sənədlərin və nümunə əşyaların götürülməsi rəsmiləşdirilmişdir. Eyni zamanda xx.xx.2023-cü il tarixli protokollara əsasən cəmiyyət tərəfindən bütün müvafiq məlumat və sənədlər yoxlamaya təqdim olunmuş, yük gömrük bəyannamələri və elektron qaimə-fakturalar isə vergi orqanının elektron informasiya sistemində mövcud olmuşdur. Bütün bunlara baxmayaraq, ekspert tərəfindən xx.xx.2024-cü il tarixində sənəd çatışmazlığı səbəbindən ekspert rəyinin verilməsindən imtina olunmuşdur. Bu vəziyyət, ekspertiza təyin edilməsinin məqsədlə uzlaşmadığını və nəticə əldə olunmadan yoxlamaların dəfələrlə dayandırıldığını göstərir. Məhkəmə belə nəticəyə gəlir ki, qanunverici yoxlamanın dayandırılmasının konkret əsaslarını müəyyənləşdirərək inzibati icraatın lüzumsuz uzadılmasının qarşısını almağı, bununla da ağlabatan müddət prinsipini təmin etməyi hədəfləmişdir. Vergi qanunvericiliyində yoxlamanın dayandırılması imkanının nəzərdə tutulması obyektiv araşdırma prinsipinin və yoxlama üzrə obyektiv qərarın qəbulunun təmin olunması məqsədlərinə xələl gətirmir (əksinə, həmin məqsədlərə xidmət edir), lakin o şərtlə ki, qanunvericilikdə nəzərdə tutulan əsasların mövcudluğu öz təsdiqini tapsın. Əks hal, Vergi Məcəlləsinin 38.7-ci maddəsindən sui istifadəyə zəmin yaradar ki, bu da yolverilməzdir. Hazırkı iş üzrə isə vergi orqanı Vergi Məcəlləsinin 38.7.3-cü maddəsinə əsaslanaraq yoxlamanı tam 18 dəfə dayandırmış, lakin sonda ekspert rəyi əldə edilməmiş, vergi hesablamalarında həmin rəyə istinad edilməmişdir. Qanunun tələb etdiyi kimi, ekspert rəyi alınmadan yoxlamanın dayandırılması yalnız müvafiq zərurət və əsaslarla mümkündür. Bu zərurət və əsaslar yoxdursa və ya sənədlərlə təsdiq olunmayıbsa, bu zaman dayandırma inzibati icraatın məqsədlərinə zidd olur və obyektiv araşdırma prinsipini pozur. Odur ki, məhkəmə hesab edir ki, yoxlamanın 18 dəfə dayandırılması qanunvericilikdə nəzərdə tutulmayan əsaslarla aparılmışdır. (Oxşar mövqeyi Ali Məhkəmənin xx.xx.2023-cüil tarixli 2 -1(102)-1632/2023 saylı, xx.xx.2024-cü il tarixli 2-1(102)-2106/2024 saylı qərarlarında əks olunmuşdur Bundan başqa, iş materialları ilə müəyyən olunur ki, xx.xx.2024-cü il tarixli **********87032 saylı “Səyyar vergi yoxlamasının nəticələsi üzrə aktın tərtibi müddətinin uzadılması haqqında” qərarına əsasən aktın tərtibi müddəti 30 iş günü uzadılmışdır. İş materiallarında olan “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestri”ndən Çıxarışa əsasən yoxlamanın dayandırılması və yoxlamanın müddətinin uzadılması barədə qərarlar qeydiyyatdan keçsə də, aktın tərtibi müddətinin uzadılması haqqında qərar qeydiyyatdan keçməmişdir. Məhkəmə hesab edir ki, qanunvercilik sahibkarlıq sahəsində aparılan yoxlamaların əsaslarının, aparılma qaydasının, müddətinin qanunvericiliklə dəqiq və hərtərəfli şəkildə müəyyən edilməsi, bir tərəfdən, sahibkarlıq fəaliyyətinə yersiz müdaxilələrin qarşısının alınması, əlverişli investisiya mühitinin yaradılması, sahibkarlıq fəaliyyəti üzərində administrativ təzyiqin azaldılması məqsədlərinə, digər tərəfdən isə vergi ödəyicisinin hüquqlarının müdafiəsi məqsədlərinə xidmət edir. Aparılan yoxlamalar barədə məlumatların reyestrə daxil edilməsi də inzibati orqanlar tərəfindən sahibkarların fəaliyyətinə edilən müdaxilələrin qanuniliyinə nəzarətetmə üsullarından biridir. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin müddəalarına əsasən o yoxlamalar Reyestrdə qeydə alınmalıdır ki, inzibati orqanlar həmin yoxlamanı sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq fəaliyyəti subyektlərində həyata keçirirlər. .«Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə»nin müddəalarına əsasən, sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq fəaliyyəti subyektlərində həyata keçirilən yoxlamalar Reyestrdə qeydə alınmalıdır. Cavabdeh tərəfindən həmin tələbə riayət edilməmiş, yəni cavabdehin aktın tərtibi müddətinin uzadılması haqqında qərarı “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin tələblərinə uyğun olaraq reyestrdə qeydə alınmamışdır. İstinad olunan həmin Əsasnamənin 1.5-ci bəndinə görə, Reyestrdə qeydiyyata alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur (Oxşar mövqeyi Ali Məhkəmənin 2-1(102)-1578/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadında əks olunmuşdur) İnzibati aktın maddi hüquq normalarının pozulması ilə qəbul edilməsinə münasibətdə isə məhkəmə, hər bir vergi növünə ayrı-ayrılıqda münasibət bildirərək əsaslandırır.
Mənfəət vergisi üzrə: Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, 2020-ci il üzrə vergi ödəyicisi tərəfindən gəlir və xərcləri təsdiqləyən sənədlərin təqdim olunmasına baxmayaraq, mənfəət vergisinin hesablanması zamanı gəlirin müəyyən edilməsi məqsədilə bu sənədlərə istinad edilmiş, xərclərin müəyyənləşdirilməsi zamanı isə təqdim olunmuş sənədlər nəzərə alınmamışdır. Bu səbəbdən Vergi Məcəlləsinin 83.9-cu maddəsinə əsasən şərti rentabellik norması tətbiq edilmiş, nəticədə əlavə vergi məbləği və maliyyə sanksiyası hesablanmışdır. Lakin cavabdeh orqan Vergi Məcəlləsinin 67-ci maddəsində nəzərdə tutulan ardıcıllığa riayət etməmiş, 67.14-cü maddəni birbaşa tətbiq etməklə 83.9cu maddənin tətbiqinə keçmişdir. Bu isə qanunvericiliyin tələb etdiyi hesablama mərhələlərini hüquqi çərçivədə həyata keçirilməsi zərurətini pozmuşdur. Cavabdeh vergi orqanı 67-ci maddədə nəzərdə tutulan ilkin vasitələrdən istifadə etmədən, əlavə məlumatların əldə edilməsinin mümkünsüzlüyünü də əsaslandırmadan şərti rentabellik prinsipinə keçmişdir. Vergi orqanı öz mövqeyini SVY aktının 24-cü səhifəsində belə əsaslandırmışdır ki, 2020-ci il üzrə nəzarət kassa aparatlarının məlumatlarında malların adları və satış predmetləri barədə məlumatlar yer almadığından xərcləri müəyyənləşdirmək mümkün olmamışdır. Lakin cavabdehin xx.xx.2025-ci il tarixli etiraza əlavə etdiyi “Online NKA” excel faylı bu arqumenti təkzib edir. Belə ki, həmin sənəddən aydın görünür ki, vergi ödəyicisi tərəfindən 6 836 775.05 manat dövriyyə bəyan edildiyi, yoxlama nəticəsində isə 5 372 040 manat dövriyyə təsdiqləndiyi müəyyən edilmişdir. Bu fakt vergi orqanının satılmış malların həcmini və adlarını müəyyən etmək imkanına malik olduğunu sübut edir. Bundan əlavə müəyyən olunur ki, səyyar vergi yoxlaması zamanı xx.xx.2023-cü il tarixli sənədlərin qismən təqdim edilməsi barədə AKTA, xx.xx.2024-cü il tarixli “Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqıda Protokola”, xx.xx.2024-cü il tarixli sənədlərin qismən təqdim edilməsi barədə AKTA və xx.xx.2024-cü il tarixli “Sənədlərin qismən təqdim edilməsi barədə AKTA” əsasən vergilərin hesablanılması üçün zəruri olan sənədlər yoxlamaya təqdim edilmiş, həmçinin malların alış və satışını təsdiq edən yük gömrük bəyənnamələri və elektron qaimə fakturalar DVX-nin elektron informasiya sistemində mövcud olmuşdur. Buna baxmayaraq 2020-ci ilin mənfəət vergi üzrə Nazirlər Kabinetinin 55 saylı qərarına əsasən şərti rentabellik prinsipi əsasında 2020-ci il üzrə 1 487 454.99 manat əlavə vergi məbləği hesablanılmış, 743 727.50 manat maliyyə sanksiyası tətbiq edilmişdir. SVY aktına əsasən müəyyən olunur ki, təqdim edilmiş sənədlərə əsasən dövr üzrə müəssisənin gəlirləri mənfəət bəyənnaməsinin 220-ci sətrində (svy aktı: səh 16) ********.28 manatdan 1841931.42 manat azaldılaraq ********.86 manat müəyyən edilmişdir. Lakin gəlir məbləğinin hansı əsaslara görə azaldılması aktda əsaslandırılmamışdır. Təqdim edilmiş və elektron informasiya sistemində mövcud olan sənədlər əsasında müəssisənin 2020, 2021 və 2022-ci illər üzrə gəlir məbləği üzrə dəqiqləşmələr aparılsa da, xərclərə münasibətdə 2020-ci il üzrə sənədlər nəzərə alınmamışdır “İnzibati İcraat haqqında” qanunun 12.2-ci maddəsinə əsasən “İnzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır.” Cavabdeh yoxlama ilə yuxarıda qeyd edilən şəkildə təyin etdiyi gəlir məbləğinə istinadən vergiyə cəlb olunmalı dövriyyəni və mənfəəti müəyyən etmiş və bunun üzərindən birbaşa Vergi Məcəlləsinin 83.9-cu maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 mart 2001-ci il tarixli 55 nömrəli Qərarına əsasən iddiaçıya əlavə vergi məbləği hesablamışdır. Yoxlayıcı orqan həmin qaydanın tətbiqini vergi qanunvericiliyinin (VM-nin 67-ci maddəsinin) tələbləri baxımından əsaslandırmamış və yalnız özünün qiymətləndirməsinə söykənmişdir. Məhkəmə hesab edir ki, istinad edilən normanın müddəalarına görə, əlaqəli məlumatlardan istifadə etməklə hesablama ilə bağlı inzibati orqan tərəfindən diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı mütənasiblik prinsipinin tələblərinə əməl olunmalı, şəxsin hüquqlarına müdaxilə inzibati orqanın nail olmaq istədiyi legitim məqsədə çatmaq üçün yararlı, zəruri və proporsional olmalıdır. Yoxlayıcı orqan tərəfindən VM-in 67ci maddəsinin tam şəkildə tətbiqinin mümkünlüyünü, o cümlədən həmin maddənin təblərinə riayət olunmaqla ödənilməli vergi məbləğinin hesablanma qaydasının tətbiqini istisna edən əsaslar cavabdeh tərəfindən açıqlanmamış, şərti rentabellik institutunun tətbiqi ilə bağlı Ali Məhkəmənin formalaşmış hüquqi mövqeyi nəzərə alınmamışdır. Eyni zamanda və bu xüsusi olaraq qeyd edilməlidir ki, Vergi Məcəlləsinin “Vergitutma obyektinin ayrı-ayrı hallarda müəyyən edilməsi Qaydaları” adlanan 67-ci maddəsi mövcuddur ki, həmin hüquq norması 67.1-67.15-ci maddələrini əhatə edir. 39. Başqa sözlə cavabdehin hazırkı vergi yoxlamasında Vergi Məcəlləsinin 67-ci maddəsində müəyyən edilmiş ardıcıllığı gözləmədən birbaşa 67.14-cü maddəsini və nəticə etibarı ilə 83.9-cu maddəsini tətbiq etməsi Vergi Məcəlləsinin 67-ci maddəsinin tələblərinə ziddir və bu cür metodla aparılmış vergi yoxlaması qanuni sayıla bilməz” (oxşar mövqeyi Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2023, 22-1(102)-2258/2023, xx.xx.2022, 2-1(102)-2486/2022 saylı, xx.xx.2022, 2-1(102)-1239/2022 saylı, xx.xx.2022, 2-1(102)- 532/2022 saylı, xx.xx.2022, 2-1(102)-1239/2022 saylı, xx.xx.2022, 2-1(102)-22/2022 saylı, xx.xx.2021, 2-1(102)-1525/2022 saylı, xx.xx.2023-cü il tarixli, 2-1(102)-155/2023 saylı, xx.xx.2023, 2-1(102)-826/2023 saylı qərarlarında əks olunmuşdur)
Orta qiymət tətbiq edilməklə vergilərin hesablanılması barədə. İş materialları ilə müəyyən olunur ki, cavabdeh tərəfindən iddiaçıya münasibətdə 2021 və 2022-ci illərin mənfəət vergisi və 2021 və 2022-ci ilin dekabr ayları üzər ƏDV hesablamaları aparılmışdır. Belə ki, səyyar vergi yoxlaması aktına əsasən 2021-ci ilin mənfəət vergisi üzrə 1650765.63 manat əlavə vergi məbləği hesablanılmış, 825382.82 manat maliyyə sanksiyasi, 2022-ci ilin mənfəət vergisi üzrə isə 1627925.78 manat əlavə vergi məbləği hesablanılmış, 813962.89 manat maliyyə sanksiyasi, 2021-ci ilin dekabr ayı üzrə 2296352.05 manat ƏDV hesablanılmış və ona uyğun olaraq 1148176.02 manat maliyyə sanksiyası, 2022-ci ilin dekabr ayı üzrə 2681543.50 manat ƏDV hesablanılmış və ona uyğun olaraq 1340771.75 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Əlavə vergi məbləğinin hesablanılmasına əsas olaraq bildirilmişdir ki (svy aktı: səh 26), “gəlirin müəyyən edilməsi idxal edilmiş və daxili tədarükçülərdən alınmış hər bir malın maya dəyərinin üzərinə həmin malın qaimə ilə il üzrə orta satış qiyməti əsasında formalaşan ticarət əlavəsinin faizi gəlinməklə həyata keçirilmişdir”. SVY aktına əsasən müəyyən olunur ki, 2021-ci ilin mənfəət vergisi məqsədləri üçün malların təqdim edilməsindən gəlir (mən bəy: sətr 200) ********.63 manatdan orta qiymət tətbiq edilməklə idxal edilmiş və tədarükçülərdən alınmış ********.69 manat dəyəridən mallaırn hər birinin üzərinə 39.84% faiz ticarət əlavəsi gəlinməklə ********.29 manat artırılmış, eyni zamanda mənfəət vergisi bəyənnaməsinin 217-ci sətri üzrə (yuxarıdaki bəndlərdə nəzərdə tutulmayan digər gəlirlər ( o cümlədən mənfəət vergisindən azad edilən gəlirlər)) subsidiya və qeyri-rezidentdən bonus şəklində daxil olan məbləğlər üzrə 1462074.2 manat əlavə dövriyyə müəyyən edilərək, ümumi gəlirlər ********.12 manat gəlir məbləği müəyyən olunmuşdur. Həmçinin cəmiyyətin xərcləri də müəyyən bəndlər üzrə 2432097.92 manat artırılaraq ********.98 manat müəyyən edilmişdir. Bələliklə cəmiyyətin vergiyə cəlb olunan gəlir məbləği 8253828.14 manat müəyyən edilərək 20%- 1 650 765.63 manat əlavə mənfəət vergisi hesablanılmışdır. Eyni zamanda SVY aktında da təsdiqləndiyi kimi cəmiyyətin əvvəlki illərdən 4021171.43 manat zərəri mövcud olmuşdur. Aktda qeyd edilmişdir ki, əvvəlki illərdən qalan zərər nəzərə alınmışdır. Lakin faktiki olaraq hesabalama hissəsində zərər nəzərə alınması iş materialları və hesablanılmış vergi məbləği ilə təsdiq edilməmişdir. SVY aktına əsasən müəyyən olunur ki, 2022-ci ilin mənfəət vergisi məqsədləri üçün malların təqdim edilməsindən gəlir(mən bəy: sətr 200) 4730359.28 manatdan orta qiymət tətbiq edilməklə idxal edilmiş və tədarükçülərdən alınmış ********.05 manat dəyəridən mallaırn hər birinin üzərinə 47.38% faiz ticarət əlavəsi gəlinməklə ********.78 manat artırılmış, eyni zamanda mənfəət vergisi bəyənnaməsinin 217-ci sətri üzrə (yuxarıdaki bəndlərdə nəzərdə tutulmayan digər gəlirlər( o cümlədən mənfəət vergisindən azad edilən gəlirlər)) subsidiya və qeyri-rezidentdən bonus şəklində daxil olan məbləğlər üzrə 1328090.32 manat əlavə dövriyyə müəyyən edilərək, ümumi gəlirlər ********.38 manat gəlir məbləği müəyyən olunmuşdur. Həmçinin cəmiyyətin xərcləri də müəyyən bəndlər üzrə 7741276.19 manat artırılaraq ********.19 manat müəyyən edilmişdir. Bələliklə cəmiyyətin vergiyə cəlb olunan gəlir məbləği 8941390.19 manat müəyyən edilərək cəmiyyətin özü tərəfindən bəyan olunmuş 160352.26 manat mənfəət vergisindən əlavə 1627925.78 manat əlavə mənfəət vergisi hesablanılmışdır. SVY aktında qeyd edilmişdir (səh: 30) ki, vergi ödəyicisinin idxal etdiyi və tədarükçülərdən aldığı malların hər birinin çeşidinin satış qaimələrinə əsasən müəyyən edilən vahidinin qiymətini satılmış malların miqdarına vurmaqla 2021-ci və 2022-ci il üzrə ümumi satış dəyəri və müvafiq olaraq vergi ödəyicisinin dövriyyəsi müəyyən edilmişdir. Buna əsasən də 12 aylıq ƏDV bəyənnamələri müqayisə edilmiş və əlavə dövriyyə müəyyən olunaraq 2021-ci ilin dekabr ayı üzrə ********.77 manat*18%=2223 531.11 manat, 2022-ci ilin dekabr ayı üzrə isə ********.93 manat *18%=2 674823.92 manat ƏDV hesablanılmışdır. Lakin svy aktında göstərilmiş ƏDV-nin müqayisəli cədvəlinə əsasən müəyyən edilir ki, 2021-ci ilin dekabr ayı üzrə əlavə hesablama məbləği 2296352.05 manat (3093148.85 manat-özü tərəfindən bəyan olunmuş 796796.8 manat) olmaqla 72 820.94 manat artıq (səhv) hesablama aparılmışdır (2296352.05-2 223531.11). Həmçinin svy aktında göstərilmiş ƏDV-nin müqayisəli cədvəlinə əsasən müəyyən edilir ki, 2022-ci ilin dekabr ayı üzrə əlavə hesablama məbləği 2681543.5 manat (3376615.16 manat-özü tərəfindən bəyan olunmuş 695071.66 manat) olmaqla 6719.57 manat artıq (səhv) hesablama aparılmışdır(2681 543.5 -2 674 823.92). İş materiallarına əlavə olunmuş "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN: **********) tərəfindən DVX-nə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, cavabdehin qarşısında aşağıda qeyd edilmiş sual qoyulmuşdur: “Səyyar vergi yoxlaması ilə əhatə olunana dövr ərzində satılan mallarıın orta satış qiymətinin müəyyən edilərək satış dövriyyəsinin müəyyən edilməsi və ona əsasən vergilərin hesablanması Vergi Məcəlləsində və ya digər qanunvericilik aktlarında nəzərdə tutulub? Yəni, Səyyar vergi yoxlaması ilə əhatə olunana dövr ərzində müəssisətərəfindən eyni yuyucu vəsitdən 550.0 min ədəd satılmışdır. Həmin malın 65000.0 ədədi 3.5 manata, 245000.0 ədədi 2.75 manata, 83000.0 ədədi 2.95manata 127000.0 ədədi 2.35 manata təqdim edilmişdir. Təqdim edilən mallarınorta qiyməti 2.89 manat (3.5+2.75+2.95+2.35=11.55/4=2.89) təşkil etmişdir. Buqayda ilə müəyyən edilən qiymətə əsasən əlavə vergi hesablamasının aparılması Vergi Məcəlləsində və ya digər qanunvericilik aktlarında nəzərdə tutulub?” Qeyd olunan məktuba DVX-nin 2 saylı ƏVBİ tərəfindən 3-21-2-9/2-M-37xx-xx/2024 saylı xx.xx.2024-cü il tarixli məktub ilə cavab verilərək bildirilmişdir ki, “Vergi Məcəlləsinin 14.2-ci maddəsinə əsasən vergitutma məqsədləri üçün malların (işin, xidmətin) qiyməti tərəflərin əməliyyatda (əqdə) təsbit etdikləri qiymət qəbul edilir. Əks hal sübuta yetirilmirsə, bu qiymət bazar qiyməti kimi qəbul edilir. Eyni zamanda, Vergi Məcəlləsinin 14.3-cü maddəsinə əsasən bazar qiyməti nəzərə alınmaqla vergilərin hesablanması barter (mal mübadiləsi), idxal-ixrac əməliyyatları aparıldıqda, təsərrüfat əqdləri qarşılıqlı surətdə asılı olan şəxslər arasında həyata keçirildikdə, 30 gün ərzində vergi ödəyicilərinin eyni xüsusiyyətli və ya eyni cinsli mallara (işə, xidmətə) tətbiq etdikləri qiymətlərin səviyyəsi, Məcəllənin 14.6.1-ci maddəsinin tələbləri, o cümlədən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş təbii itki normaları daxilində zayolmadan əmələgələn itkilər nəzərə alınmaqla, bazarda eyni (analoji) mal (iş, xidmət) üçün müvafiq əməliyyatlar zamanı təşəkkül tapan qiymətlərin səviyyəsindən topdansatış ticarət fəaliyyəti sahəsində 10 faizdən, tikinti və istehsal fəaliyyəti sahəsində 20 faizdən, digər fəaliyyət sahələrində 30 faizdən çox (aşağı və yuxarı) fərqləndikdə, müəssisənin əmlakı qalıq dəyərindən artıq qiymətə sığortalandığı halda, daşınmaz əmlakın (sahibkarlıq fəaliyyəti məqsədləri üçün istifadə olunmayan yaşayış fondu istisna olmaqla) vergitutma məqsədləri üçün aylıq icarə haqqının məbləğinin müəyyən edilməsi zərurəti yarandıqda, vergi ödəyicisi tərəfindən vergi nəzarəti tədbiri zamanı malların (işlərin, xidmətlərin) təqdim edilməsinə (alınmasına) dair sənədlər təqdim edilmədikdə (mövcud olmadıqda) həyata keçirilə bilər. Əlavə olaraq, Vergi Məcəlləsin 14.6.6-cı maddəsinə əsasən vergi ödəyicilərinin təqdim olunan mallara (işlərə, xidmətlərə) tətbiq etdikləri qiymətlərin səviyyəsi Vergi Məcəlləsinə əsasən müəyyənləşdirilən bazar qiymətlərindən topdansatış ticarət fəaliyyəti sahəsində 10 faizdən, tikinti və istehsal fəaliyyəti sahəsində 20 faizdən, digər fəaliyyət sahələrində 30 faizdən çox aşağı olduqda, vergilər bazar qiymətləri əsasında, yuxarı olduqda isə faktiki təqdimolunma qiymətləri ilə hesablanır. Odur ki, müraciətdə qeyd olunan qaydada malların təqdim edilməsinə səyyar vergi yoxlaması zamanı bazar qiymətinin tətbiqi Vergi Məcəlləsinin 14.3-cü maddəsində qeyd olunan hallar əsasında bazar qiyməti nəzərə alınmaqla vergilərin hesablanması həyata keçirilə bilər”. Eyni zamanda məhkəmə araşdırmasında iştirak edən yoxlayıcı X7 “Orta qiymət” tətbiq edilməklə vergilərin hesablanılmasının Vergi Məcəlləsinin konkret hansı maddəsində əks etdirilməsi ilə bağlı bir neçə dəfə sual ünvanlansa da, sonuncu tərəfindən həmin sual konkret cavablandırılmamışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası VM-nin 14-cü və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390-cı maddələrinin şərh edilməsinə dair” 12 mart 2012-ci il tarixli Qərarında ifadə olunan hüquqi mövqeyə görə vergi ödəyicisi VM-nin 67.1-ci maddəsində göstərilən verginin hesablanması məqsədilə vergi orqanı ilə əməkdaşlıq etməməyə və ya buna hətta maneə törətməyə yönəlmiş hərəkətlər etdikdə, vergi orqanlarının ödənilməli olan verginin məbləğini vergi ödəyicisi tərəfindən vergi orqanına əvvəlki hesabat dövrləri üçün təqdim edilmiş vergi bəyannamələri və həmin maddədə göstərilən digər əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır. Lakin hər bir halda, Avropa Məhkəməsinin hüquqi mövqeyini nəzərə almaq lazımdır ki, 1 saylı Protokolun 1-ci maddəsi hər hansı müdaxilənin qarşıya qoyulmuş məqsədə ağlabatan şəkildə mütənasib olmasını da tələb edir. Müvafiq olaraq, hüquq və azadlıqlara istənilən müdaxilə cəmiyyətin ümumi maraqları ilə fərdi şəxsin fundamental hüquqlarının müdafiəsi tələbləri arasında “ədalətli tarazlığa” cavab verməlidir. Tələb edilən ədalətli tarazlığa nail olmaq üçün müvafiq şəxs fərdi və həddən artıq yükə məruz qalmamalıdır (İwaszkiewicz Polşaya qarşı, no. 30614/06, 26 iyul 2011-ci il, § 44). 55. Bundan irəli gələrək, Konstitusiya Məhkəməsinin Plenumu hesab etmişdir ki, vergi orqanı tərəfindən bazar qiymətinin tətbiqinin qanuni olması üçün bu inzibati hərəkətin vergi qanunvericiliyinin yuxarıda göstərilmiş tələblərinə riayət etməklə qəbul edilməsi, o cümlədən müqavilədə icarə məbləğinin aşağı olduğunu sübut edən sənədlərin göstərilməsi, habelə əmlakın xüsusiyyətlərinə uyğun gələn müqayisə elementləri izah edilməklə tətbiq olunan bazar qiymətinin VM-nin 49.2-ci maddəsinin və “İnzibati icraat haqqında” Qanunun 61-ci maddəsinin müddəaları nəzərə alınmaqla əsaslandırılması tələb edilir. Hazırkı məhkəmə mübahisəsi icarə məbləği ilə bağlı olmasa da, hesab edirik ki, bazar qiymətinin və ya orta qiymətin tətbiqinin qanuni olması üçün vergi orqanı bu inzibati hərəkəti vergi qanunvericiliyinin tələblərini gözləməklə icra etməli, tətbiq olunan bazar qiymətini və ya orta qiyməti əsaslandırmalı olduğu halda buna uyğun davranmamışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası VM-nin 14-cü və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390-cı maddələrinin şərh edilməsinə dair” 12 mart 2012-ci il tarixli Qərarında ifadə olunan digər mövqeyə əsasən “Bununla əlaqədar, qeyd edilməlidir ki, Mülki Məcəllənin 390-cı maddəsində müəyyən edilən müqavilə azadlığı Konstitusiyanın 29-cu və Mülki Məcəllənin 152.1-ci maddələrində nəzərdə tutulmuş mülkiyyət, eləcə də Konstitusiyanın 59-cu maddəsində təsbit edilmiş azad sahibkarlıq hüquqlarının reallaşdırılması elementlərindən biri kimi çıxış edir. Sözügedən müddəa ilə fiziki və hüquqi şəxslərin azad surətdə müqavilələr bağlamaq və bu müqavilələrin məzmununu müəyyənləşdirmək təminatı verilir. Müqavilə azadlığının məzmununu formalaşdıran elementlər sırasında seçdiyi kontragentlə müqavilə bağlamaq (və ya bağlamamaq), onun növü və formasını, habelə bağlanan müqavilənin şərtlərini, o cümlədən müvafiq qiymətləri müəyyən etmək azadlığını qeyd etmək olar. Bu azadlıqları mülki dövriyyə iştirakçılarına təqdim edərkən qanunvericilik hüququn ümumi prinsipinə müvafiq olaraq onların vicdanlı olmaları ehtimalından çıxış etmişdir. Əks hal sübut edilməyənə qədər hər kəsin hərəkətlərinin düzgün olmasını nəzərdə tutan vicdanlılıq prezumpsiyası fundamental hüquqi prezumpsiyalardan biridir (quivis praesumitur bonus dones probetur contrarium). Məhz bu prezumpsiyadan çıxış edərək, VM-nin 14.2-ci maddəsi müəyyən edir ki, bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, vergitutma məqsədləri üçün malların (işlərin, xidmətlərin) qiyməti tərəflərin əməliyyatda (əqddə) təsbit etdikləri qiymət qəbul edilir. Əks hal sübuta yetirilmirsə, bu qiymət bazar qiyməti kimi qəbul edilir. Məhkəmə qeyd edir ki, vergi orqanı tərəfindən yoxlama başlanılan tarixdən ekspertizanın təyin edilməsinədək Vergi Məcəlləsinin 14-cü maddəsində nəzərdə tutulan ardıcıllıq üzrə malların bazar dəyərinin müəyyən edilməsi istiqamətində hər hansı tədbir görülməmişdir. İnzibati orqanın qərarında onun orta qiymətin tətbiq etməsinin hər hansı konkret əsası barədə sənədlər, faktlar və ya sübutlar göstərilməmişdir. Beləliklə məhkəmə hesab edir ki, 2021 və 2022-ci illərin mənfəət vergisinin hesablanılması ilə bağlı Vergi Məcəlləsində (maddə: 14 və 67) nəzərdə tutulmayan “orta qiymət” yanaşması ilə tətbiq edildiyindən əsassız qərar qəbul edilmişdir. Məhkəmə hesab edir ki, 2021 və 2022-ci illərin dekabr ayları üzrə ƏDV hesablaması aparılarkən cavabdeh tərəfindən maddi hüquq normaları kobud şəkildə pozulmuşdur. Beləki, araşdırma ilə müəyyən edilmişdir ki, ƏDV-nin hesablanılmasına əsas kimi Vergi Məcəlləsində nəzərdə tutulmayan “orta qiymət” yanaşması tətbiq edilməklə iddiaçı üçün əlavə dövriyyə yaradılması olmuşdur. Eyni zamanda cavabdeh tərəfindən vergi tutma dövrü düzgün müəyyən edilməmişdir. Yuxarıda qeyd edilən hüquq normalarına əsasən vergitutma elementlərindən biri də vergi dövrüdür. Yəni səyyar vergi yoxlaması ƏDV məbləği hesablanan zaman təqvim ayında baş vermiş əməliyyatlar nəzərə alınmalıdır. Vergi Məcəlləsinin 178-ci maddəsinə əsasən ƏDV üzrə hesabat dövrü təqvim ayı sayılır. Vergi orqanı 2021 və 2022-ci illərin dekabr ayları üzrə ƏDV hesablaması aparılarkən hesabat dövründə, yəni 2021 və 2022-ci illərin dekabr aylarında baş vermiş əməliyyatları əsas götürməlidir. ƏDV üçün vergitutma obyekti malların təqdim edilməsi, işlərin görülməsi, xidmətlərin göstərilməsi və vergi tutulan idxaldır (VM maddə 159.1). Vergi tutulan əməliyyatın vaxtı isə təqdim edilən mallar (işlər və xidmətlər) üçün ödəmənin aparıldığı vaxtdır ki, bu da Vergi Məcəlləsinin həmin dövrdə qüvvədə olan 166.1-ci maddəsi ilə tənzimlənir. Vergi tutulan dövriyyədən büdcəyə ödənilməli olan ƏDV məbləği isə Vergi Məcəlləsinin 174.1-ci maddəsi ilə tənzimlənir. Həmin maddəyə əsasən Vergi Məcəlləsinin 166-cı maddəsinə uyğun olaraq hesabat dövrü ərzində vergi tutulan dövriyyədən büdcəyə ödənilməli olan ƏDV-nin məbləği bu Məcəllənin 173.1-ci maddəsinə uyğun olaraq vergi tutulan dövriyyədən hesablanan verginin məbləği ilə bu Məcəllənin 175-ci maddəsinə uyğun olaraq əvəzləşdirilməli olan verginin məbləği arasındakı fərq vergi tutulan dövriyyədən büdcəyə ödənilməli olan ƏDV-ni təşkil edir. Yuxarıda qeyd olunan maddələrə nəzər yetirdikdə aydın olun ki, 2021 və 2022-ci illərin dekabr aylarında vergi ödəyicisinin vergitutma obyekti (təqdim edilən mallar (işlər və xidmətlər)) olmalıdır ki, həmin vergitutma obyektinin dəyərini vergi dərəcəsinə vurmaqla alınan ədəddən əvəzləşdirilmiş ƏDV-nı çıxaraq yaranan fərqi büdcəyə büdcəyə hesablanmış olsun. Beləliklə yuxarıda qeyd edilən hüquq normalarından və sadalananlardan da göründüyü kimi, vergi orqanı tərəfindən vergilərin hesablanması zamanı mütləq şəkildə mənbəyi bəlli olan rəsmi məlumatlara və ya sənədlərə əsaslanılmalıdır. Məhkəmə həmçinin qeyd etməyi zəruri hesab edir ki, dövrün sonuna ƏDV hesablanılması yalınız VM-nin 67.15-ci maddəsində (Vergi orqanı tərəfindən keçirilən vergi nəzarəti zamanı vergi ödəyicisinin uçot məlumatlarında (mühasibat uçotu və ilkin uçot sənədlərində) göstərilən malların faktiki olaraq onun sahibliyində olmadığı aşkar edildikdə vergilər həmin halın aşkar edildiyi hesabat dövrü üzrə, səyyar vergi yoxlaması zamanı isə yoxlama ilə əhatə edilən sonuncu hesabat dövrü üzrə hesablanır. Bu maddənin məqsədləri üçün təqdim edilən mallar bir əqd və ya müqavilə üzrə təqdim edilmiş hesab edilir.) nəzərdə tutulmuşdur ki, mövcud halda isə həmin normaya əsasən heç bir hesablama aparılmamışdır. İş materiallarından isə həmçinin inzibati orqanın iddiaçı MMC tərəfindən vergidən yayınma hallarına yol verilməsi nəticəsinə gələrkən və müvafiq vergi məbləğini hesablayarkən qanunla nəzərdə tutulmuş hər hansı tədbiri görməsi (xronometraj keçirilməsi, malların inventarizasiyasının aparılması, bütün təsərrüfat subyektlərinə baxış keçirilməsi və s.) müəyyən edilməmişdir. Beləliklə məhkəmə hesab edir ki, 2021 və 2022-ci illərin dekabr ayları üçün təqdim edilmiş ƏDV bəyannaməsi cavabdeh vergi orqanı tərəfindən səyyar vergi yoxlaması keçirən zaman vergi tutulan əməliyyatın vaxtını düzgün müəyyən etmədiyindən və Vergi Məcəlləsində vergilərin hesablanılmasının əsası kimi nəzərdə tutulmayan “orta qiymət” yanaşmasından çıxış edilməklə hesablanıldığından əsassız qərar qəbul etmişdir.
Bundan başqa Məhkəmə araşdırması zamanı həmçinin vergi ödəyicisinin vergi orqanında olan uçot-baza məlumatlarına, vergi ödəyicisinin bank hesablarının hərəkəti barədə hesabların yerləşdiyi banklardan alınmış rəsmi məlumatlara, nəzarət kassa aparatı (bundan sonra NKA) ilə aparılan əməliyyatlara dair inteqrasiya olunmuş məlumatlara, qeyri-rezidentə köçürülmüş məbləğlərə əsasən müəyyən edilmişdir ki, müəssisə tərəfindən Vergi Məcəlləsinin 165-ci, 166-cı, 169-cu və 175-ci maddələrinin tələbləri pozulmuşdur və cavabdeh tərəfindən haqlı olaraq əlavə vergiləri hesablanılmış və maliyyə sanksiyası tətbiq edilmişdir: ƏDV-yə 18% dərəcə, 0% dərəcə ilə cəlb olunan və ƏDV-dən azad olan əməliyyatlar üzrə ƏDV məbləğinin, əvəzləşdirilən ƏDV məbləğinin düzgün bəyan olunmaması. Belə ki, vergi ödəyicisi tərəfindən ƏDV-dən azad olunan əməliyyatlar aparılmamasına baxmayaraq, NKA-da ƏDV-dən azad məbləğlər müəyyən edilmişdir. Yoxlama ilə həmin məbləğlərdən 18% ayrılaraq ƏDV-yə cəlb edilmişdir; Vergi ödəyicisi tərəfindən "xxxx" MMC-yə ƏDV-yə cəlb edilməyən və 0% dərəcə ilə təqdim edilmiş elektron qaimə-fakturaların yoxlama ilə ƏDV-yə 18% dərəcə ilə cəlb olunan əməliyyat kimi nəzərə alınması. Belə ki, vergi qanunvericiliyində malların rüsumsuz ticarət mağazalarına satışı zamanı vergidən azadolma nəzərdə tutulmamışdır. "xxxx" MMC tərəfindən rüsumsuz ticarət mağazasında satılmaq məqsədilə alınmış mallara görə ümumi qaydada 18 faiz dərəcə ilə ƏDV ödənilir və ƏDV ödənilməklə alınmış malların rüsumsuz ticarət mağazasında satışı ƏDV-yə cəlb edilmədiyindən bu əməliyyatlar üzrə ödənilmiş ƏDV məbləğləri "xxxx" MMC tərəfindən əvəzləşdirilmir; Əldə edilmiş elektron qaimə-fakturalara görə və idxalda ödənilmiş ƏDV-yə əsasən əvəzləşdirilmiş məbləğlərin dürüstləşdirilməsi. Belə ki, iki və daha artıq dəfə bəyan edilmiş elektron qaimə-fakturalar əvəzləşmədən çıxarılmış və idxalda ödənilən ƏDV-yə uyğun yük gömrük bəyannamələri nəzərə alınmışdır; ƏDV tutulan əməliyyatların vaxtının düzgün bəyan edilməməsi. Belə ki, əldə olunmuş vergi ödəyicisinin bank əməliyyatlarına əsasən yoxlama ilə ƏDV-yə cəlb edilən əməliyyatların vaxtı Vergi Məcəlləsinin 166-cı maddəsinə uyğun olaraq hesablanmışdır; Vergi Məcəlləsinin 169-cu maddəsinin tələbləri pozularaq ƏDV-nin məqsədləri üçün qeydiyyata alınmayan qeyri-rezidentin göstərdiyi xidmətin vergiyə cəlb edilməməsi. Vergi ödəyicisinin bank hesablarının araşdırılması zamanı yoxlama ilə müəyyən edilmişdir ki, qeyri- rezident olan “OOO AKTİVHOST RUSSİA” tərəfindən vergi ödəyicisinə göstərilən proqram təminatı xidmətlərinə görə 69 440 manat (NETT) ekvivanlentində ödəniş edilmişdir. Həmin məbləğin 10% dərəcə ilə ödəmə mənbəyində vergiyə cəlb edilməli olduğunu nəzərə alaraq 69440/0.9=77155.56 manat (GROSS) məbləğ 18% dərəcə ilə vergiyə cəlb edilmişdir.
Ödəmə mənbəyində vergi üzrə Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, vergi ödəyicisi tərəfindən təqdim olunmuş ödəmə mənbəyində tutulan vergi (ÖMV) bəyannamələrində bəzi dövrlər üzrə vergilər ya əskik, ya da artıq hesablanmışdır. Bu hallar əsasən beynəlxalq daşımalar və qeyri-rezident hüquqi şəxslərdən alınan proqram təminatı xidmətləri ilə bağlı olmuşdur. Nəzərə alınmalıdır ki, Vergi Məcəlləsinin 125.1.4-cü maddəsinə əsasən Azərbaycan Respublikası ilə digər dövlətlər arasında beynəlxalq rabitə və ya beynəlxalq daşımalar həyata keçirilərkən rabitə və ya nəqliyyat xidmətləri üçün rezident müəssisənin və ya sahibkarın ödəmələri - 6 faiz. Azərbaycan Respublikasının hüdudlarından kənarda digər dövlətlərdəki təyinat (göndərilmə) məntəqələri arasında, habelə Azərbaycan Respublikasının ərazisindən tranzit qaydada həyata keçirilən daşımalara görə rezident müəssisənin və ya sahibkarın ödəmələri bu maddə üzrə vergitutuma obyekti deyildir. Cavabdeh orqan məhz bu norma əsasında vergi ödəyicisinin bəzi dövrlər üzrə belə vergiləri düzgün hesablamadığını aşkar etmişdir. Aparılmış yoxlamalar nəticəsində məlum olmuşdur ki, 2021–2023-cü illər ərzində beynəlxalq daşımalar üzrə xidmətlərə görə tutulmalı olan 6% vergi bəzi dövrlərdə ya tam tutulmamış, ya da bəyannamədə düzgün əks etdirilməmişdir. Bundan əlavə, Rusiya Federasiyası rezidenti olan “OOO AKTİVHOST RUSSİA” tərəfindən göstərilən proqram təminatı xidmətləri üzrə də ödəmə mənbəyində tutulmalı olan 10% vergi düzgün hesablanmamış, nəticədə ümumilikdə 22.356,96 manat məbləğində vergi əskik göstərilmişdir. Cavabdeh bu hesablamaları vergi ödəyicisinin təqdim etdiyi bəyannamələr, bank ödəniş sənədləri və Dövlət Vergi Xidmətinin məlumat bazası əsasında müqayisəli şəkildə aparmışdır. Əlavə olaraq qeyd olunmalıdır ki, cavabdeh orqan yalnız verginin əskik hesablandığı dövrləri deyil, artıq hesablanmış məbləği də (məsələn, 2022-ci ilin İV rübündə 1 359,64 manat) nəzərə almış və ümumi nəticələri obyektiv təqdim etmişdir. Bundan başqa qeyd olunmalıdır ki, Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, əgər ödəmə mənbəyində tutulmalı olan vergi düzgün göstərilməmişsə və ya yayındırılmışsa, bu halda vergi orqanı həmin məbləğin 50 faizi miqdarında maliyyə sanksiyası tətbiq edə bilər. Cavabdeh də bu hüquqi normaya əsaslanaraq, 22 356,96 manat əskik hesablanmış verginin 50 faizi olan 11.178,50 manat məbləğində cərimə tətbiq etmişdir. Göstərilənlərə əsasən Məhkəmə hesab edir ki, cavabdeh əsaslı olaraq ödəmə mənbəyindən tutulan vergi hesablamış və maliyyə sanksiyası tətbiq etmişdir. ÖMV hesablanılması ilə bağlı cavabdeh tərəfindən qəbul edilmiş qərar qanuni və əsaslı olmuşdur.
Əmlak vergisi üzrə: Məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, vergi ödəyicisi tərəfindən təqdim olunmuş əmlak vergisi bəyannamələrində bəzi hallarda qanunvericiliyin tələblərinə tam əməl edilməmişdir. Belə ki, 2021-ci və 2022-ci illərə dair təqdim edilmiş mənfəət və əmlak vergisi bəyannamələrinin təhlili zamanı Vergi Məcəlləsinin 201 və 202-ci maddələrinin pozulduğu aşkarlanmışdır. Belə ki, 2021-ci il üzrə mənfəət vergisi bəyannaməsində əsas vəsaitlərin hesabat dövrünün əvvəlinə olan qalıq dəyəri 503824,07 manat göstərilmişdir. Yoxlama zamanı həmin dövr ərzində 439288,25 manatlıq əsas vəsaitlərin daxil olduğu, 213564,71 manatlıq isə silindiyi müəyyən olunmuş, nəticə olaraq dövrün sonuna əsas vəsaitlərin qalıq dəyəri 729547,61 manat təşkil etmişdir. 2022-ci il üzrə isə 18959,22 manatlıq əsas vəsaitlər daxil olmuş, 168972,1 manatlıq isə silinmişdir. Bu dövrün sonunda qalıq dəyər 579534,73 manat olmuşdur Vergi ödəyicisi 2021-ci ilin əmlak vergisi bəyannaməsində "Vergidən azad olunan əmlakın qalıq dəyəri" sətrində 216 026,93 manat göstərmişdir. Lakin bu azadolmanın hansı əsasla tətbiq edildiyi bəyannamənin 1 nömrəli Əlavəsində göstərilməmişdir. Vergi orqanı bu məbləği qanunsuz azadolma hesab edərək həmin əsas vəsaitləri ümumi qaydada vergiyə cəlb etmişdir. Çünki vergi ödəyicisinin fəaliyyəti və əsas vəsaitlərin xarakteri, onların azadolmaya uyğun olmadığını göstərmişdir. Yekun hesablamalara əsasən, 2021-ci il üzrə əmlak vergisi 6166,86 manat, 2022-ci il üzrə isə 6545,41 manat təşkil etmişdir. Müqayisə aparıldıqda məlum olmuşdur ki, vergi ödəyicisi 2021-ci ildə 1083,08 manat vergini əskik, 2022-ci ildə isə 53,71 manat artıq hesablamışdır. Nəticə etibarilə, vergi orqanının bu mövqeyi Vergi Məcəlləsinin tələblərinə uyğun olaraq formalaşdırılmış, təqdim olunan sənədlər əsasında hüquqi və iqtisadi əsaslarla əsaslandırılmışdır. Əlavə vergi məbləğinin hesablanması və maliyyə sanksiyasının tətbiqi qanuni və əsaslı olmuşdur.
Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları bəyannamələri (hesabatları) üzrə: Məhkəmə araşdırması zamanı vergi ödəyicisi tərəfindən təqdim edilmiş muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları bəyannaməsi (hesabatı) üzrə “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununun, “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının Qanununun və “Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanununun tələbləri pozulmaqla məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının 2022-ci ilin 2-cü rübü üçün 0,98 manat əskik, 2020-ci ilin 3-cü rübü üçün 0,83 manat, 4-cü rübü üçün 1,15 manat, 2021-ci ilin 1-ci rübü üçün 1,86 manat, 2-ci rübü üçün 1,03 manat, 3-cü rübü üçün manat 0,54 manat, 4-cü rübü üçün 0,82 manat, 2022-ci ilin 1-ci rübü üçün 2,29 manat, 3-cü rübü üçün 0,02 manat, 2023-cü ilin 2-ci rübü üçün 0,02 manat, ümumilikdə 8,56 manat artıq hesablanması müəyyən edilmişdir. Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən azaldılmış 0,98 manat məbləğin 50% miqdarında, yəni 0,49 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Nəticə etibarilə, vergi orqanının bu mövqeyi Vergi Məcəlləsinin tələblərinə uyğun olaraq formalaşdırılmış, təqdim olunan sənədlər əsasında hüquqi və iqtisadi əsaslarla əsaslandırılmışdır. Əlavə vergi məbləğinin hesablanması və maliyyə sanksiyasının tətbiqi qanuni və əsaslı olmuşdur. Nəticə etibarilə, vergi orqanının bu mövqeyi Vergi Məcəlləsinin tələblərinə uyğun olaraq formalaşdırılmış, təqdim olunan sənədlər əsasında hüquqi və iqtisadi əsaslarla əsaslandırılmışdır. Əlavə vergi məbləğinin hesablanması və maliyyə sanksiyasının tətbiqi qanuni və əsaslı olmuşdur.
Vergi Məcəlləsinin 58.6-cı maddəsi üzrə:
Səyyar vergi yoxlaması ilə vergi ödəyicisi tərəfindən 2021-ci ildə 3673,16 manat, 2022-ci ildə 20 manat, 2023-cü ildə 27 manat məbləğində malların (iş və xidmətlərin) dəyəri ödənilən gündən 1 iş günü müddətində ƏDV-nin ödənilməməsi aşkar edilmişdir. Vergi Məcəlləsinin 175.1.3-cü maddəsinə əsasən vergi ödəyicisinə verilmiş elektron qaimə- faktura üzrə iki və ya daha çox ödəmə aparılarsa, hər ödəmə ödəniş miqdarında ayrıca əməliyyat üçün həyata keçirilmiş sayılır. Vergi ödəyicisinə verilmiş elektron qaiməfaktura üzrə alınmış malların (iş və xidmətlərin) dəyəri ödənilən gündən bir iş günü müddətində, ƏDV-nin məbləği bu Məcəllə ilə və müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada ödənilməlidir. Bu zaman malların (iş və xidmətlərin) dəyəri üzrə iki və ya daha çox ödəmə aparılarsa, ƏDV-nin məbləği aparılmış ödəniş məbləğinə uyğun olaraq ƏDV-nin depozit hesabına ödənilməlidir. Vergi Məcələsinin 58.6-cı maddəsinə əsasən bu Məcəllənin 175.1.3-cü maddəsinə müvafiq olaraq bu Məcəllənin 175.8-ci maddəsində göstərilən vergi ödəyicisi tərəfindən malların (iş və xidmətlərin) dəyəri ödənilən gündən 1 iş günü müddətində ƏDV məbləğinin ödənilməməsinə görə (bu Məcəllənin 177.5-ci maddəsində nəzərdə tutulan halda ƏDV məbləğinin 1 iş günü müddətində ödənilməməsi istisna olmaqla) vergi ödəyicisinə vaxtında ödənilməmiş ƏDV məbləğinin 50 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir. Vergi Məcəlləsin 58.6-cı maddəsinə əsəsən vergi ödəyicisi tərəfindən malların (iş və xidmətlərin) dəyəri ödənilən gündən 1 iş günü müddətində 3740,16 manat ƏDV məbləğinin ödənilməməsinə görə vergi ödəyicisinə vaxtında ödənilməmiş ƏDV məbləğinin 50 faizi miqdarında, yəni 1870,08 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Nəticə etibarilə, vergi orqanının bu mövqeyi Vergi Məcəlləsinin tələblərinə uyğun olaraq formalaşdırılmış, təqdim olunan sənədlər əsasında hüquqi və iqtisadi əsaslarla əsaslandırılmışdır. Əlavə vergi məbləğinin hesablanması və maliyyə sanksiyasının tətbiqi qanuni və əsaslı olmuşdur.
Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia VM-nin 67.14 və 83.9-cu bəndlərinə istinadla mənfəət vergisinin hesablaması, orta qiymət tətbiq edilməklə mənfəət vergisinin hesablanılmasına və 2021 və 2022-ci illərin dekabr ayları üzrə ƏDV hesablamalarına münasibətdə təmin edilməli, digər hissələrdə isə rədd edilməlidir. Beləliklə, iddia 2020-ci ilin mənfəət vergisi üzrə 1487454.99 manat vergilərin hesablanılması, 743727.50 manat maliyyə sanksiyalarının tətbiq edilməsi, 2021-ci ilin mənfəət vergisi üzrə 1650765.63 manat vergilərin hesablanılması, 825382.82 manat maliyyə sanksiyasinin tətbiq edilməsi, 2022-ci lin mənfəət vergisi üzrə 1362307.72 manat vergilərin hesablanılması və ona münasibətdə 681153.86 maliyyə sanksiyasının hesablanılması, 2021-ci ilin dekabr ayının ƏDV bəyənnaməsi üzrə 2296352.05 manat vergilərin hesablanılması və ona münasibətdə 1148176.025 maliyyə sanksiyasının tətbiq edilməsi və 2022-ci ilin dekabr ayının ƏDV bəyənnaməsi üzrə 2681543.5 manat vergilərin hesablanılması və ona münasibətdə 1340771.75 manat maliyyə sanksiyasının tətbiq edilməsi hissəsində cavabdeh tərəfindən qanunsuz qərar qəbul edildiyindən iddia təmin edilməli, digər hissələrdə isə rədd edilməlidir. 2021-ci il üzrə cəmiyyətin bank hesablarına daxil olmuş 1462074.2 manat subsidiya və qeyri-rezidentdən bonus gəlirlərinə görə yaranan mənfəəət vergisi həmin il üzrə kameral vergi yoxlaması ilə təsdiq edilmiş 4021171.43 zərəri mövcud olduğundan zərər ilə əhatə olunmalı, 2022-ci il üzrə isə subsidiya və qeyri-rezidentdən daxil olan 1328090.32 manat bonus gəlirlələrinə görə 265618.06 manat əlavə mənfəət vergisi hesablanılmalı və ona münasibətdə 132809.03 manat maliyyə sanksiyası tətbiq edilməlidir. Məhkəmə mənfəət və ƏDV vergiləri üzrə əsas borca münasibətdə hesablanmış maliyyə sanksiyasına münasibətdə bildirir ki, qərar iddia təmin olunan hissədə əsassızdır. Belə ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 49.2-ci maddəsinə əsasən, vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarda vergi yoxlaması ilə müəyyən olunan vergi qanunvericiliyinin pozulmasının şəraiti, həmin şəraiti təsdiq edən sənədlər və digər məlumatlar, vergi ödəyicisinin özünün müdafiəsi üçün gətirdiyi dəlillər və bu dəlillərin yoxlanılmasının nəticələri, vergi qanunvericiliyinin pozulmasına görə və tətbiq olunan məsuliyyət tədbirlərini nəzərdə tutan müvafiq qanunların maddələri göstərilməklə vergi ödəyicisinin vergi qanunvericiliyinin konkret hansı tələblərinin pozulmasına görə məsuliyyətə cəlb olunması ona izah olunur. Həmin Məcəllənin 53.3-cü maddəsinə əsasən, bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Həmin Məcəllənin 54.0.2-ci maddəsinə əsasən, vergi qanunvericiliyi ilə bağlı hüquqpozuntusunda şəxsin təqsirinin olmadığı halda, o, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilə bilməz Beləliklə, qanunvericiliyin qeyd edilən normalarını nəzərə alaraq məhkəmə qeyd edir ki, şübhə yoxdur ki, vergi orqanları tərəfindən tətbiq edilən maliyyə sanksiyası vergi ödəyiciləri barəsində tətbiq edilən məsuliyyət tədbirlərindən biri kimi çıxış edir. Vergi hüquq pozuntusuna yol verildiyi müəyyən edildikdə tətbiq edilən bu tədbir öz mahiyyətinə görə vergi qanunvericiliyinin pozulması zamanı tətbiq edilən digər məsuliyyət tədbirləri ilə eyni hüquqi təbiətə malikdir. Vergi Məcəlləsində qəbul edilmiş hüquqi dövlət prinsipinin tələblərindən irəli gələn əsas yanaşma isə ondan ibarətdir ki, bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyin pozulmasında təqsirsiz hesab edilir. Göründüyü kimi vergi qanunvericiliyinin pozuntusunda şəxsin təqsirli hesab edə bilmək üçün iki haldan biri mövcud olmalıdır – 1) şəxs və ya Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada məsuliyyətə cəlb edilmiş olmalıdır və ya 2) şəxs məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə vergi pozuntusu törətməkdə təqsirli bilinməlidir.Bu hallardan hər hansı birinin olmaması isə vergi ödəyiciyisinin təqsirziliyi prezumpsiyası üçün əsas verir. Hazırki işin faktiki hallarından da göründüyü kimi mübahisələndirilən qərar mənfəət və ƏDV hissələrində əsassız olduğundan, həmin vergilərə münasibətdə maliyyə sanksiyasının tətbiqindən də söhbət gedə bilməz. Odur ki, qərar həmin vergilərə münasibətdə hesablanmış maliyyə sanksiyası hissəsində də ləğv edilməlidir. İPM-in 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İPM-in 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
NƏTİCƏVİ HİSSƏ:
Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 75 və 85.1 maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
İddia qismən təmin edilsin. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən İddiaçı barəsində qəbul edilmiş xx.xx.2024-cü il tarixli **********189903 saylı “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarı 9478423.89 manat məbləğində vergilərin hesablanması və həmin məbləğə tətbiq edilmiş 4739211.95 manat məbləğində maliyyə sanksiyası hissəsində ləğv edilsin. İddia qalan hissədə təmin edilməsin. Qərar şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər.
Hakim Nəriman Abıyev