Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6117/2024 23.07.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial-Ekspertiza və Reabilitasiya Agentliyi X9nə qarşı Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Tibb İdarəsinə bilavasitə tabe olan 1 №-li poliklinikası üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməklə “qərarın ləğv olunması və əlillik dərəcəsinin bərpa edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Cavabdeh nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Cavabdehnə qarşı Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Tibb İdarəsinə bilavasitə tabe olan 1 №-li poliklinikası üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməklə “qərarın ləğv olunması və əlillik dərəcəsinin bərpa edilməsi” tələbinə dair inzibati işə 23 iyul 2024-cü il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Cavabdehnə (bundan sonra mətndə Agentlik) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xəstəliyinə görə ikinci dərəcə əlilliyin bərpa edilməsi vəzifəsinin cavabdeh inzibati orqanın üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçı məhkəməyə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 54-cü maddəsinə əsasən iddianın dəyişdirilməsi (tələbin dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək, Agentliyin Tibbi-Sosial Ekspertiza Komissiyasının 2023-cü il dekabr tarixli Qərarının ləğv edilməsini və ona yəni, iddiaçı xx.xx.1985-ci il təvəllüdlü İddiaçı hərbi xidmət dövrü ilə əlaqədar xx.xx.2020-ci il tarixdən 5 (beş) il müddətinə təyin edilmiş ikinci dərəcə əlilliyin bərpa edilməsi öhdəliyinin cavabdeh Agentliyə həvalə oluması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1985-ci ildə doğulmuşdur. Orta təhsilini bitirdikdən sonra xx.xx.2004 - xx.xx.2005-ci il tarixində 421 saylı hərbi hisədə xidmət etmişdir. 2009-cu ildə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə işə qəbul olunmuşdur. Binəqədi RPİ-də polis serjantı vəzifəsində çalışmışdır. Çalışdığı müddət zamanı 2014-cü ildən “Sağ ağciyərin ocaqlı vərəmi” xəstəliyinə tutulmuşdur. Bununla əlaqədar Tibbi -Sosial Ekspert Komissiyasına müraciət edib müalicə və müayinə alımışdır. Bütün müayinə və müalicələrin nəticəsində səhhətində bir sıra problemlərin olduğu bəlli olmuşdur. Belə ki, XHK tərəfindən təkrar müayinə zamanı xx.xx.2020-ci il tarixində ETACXİ-a müayinəyə göndərilmişdir. Sonda nəticə olaraq “sağ ağciyərin fibrozkavernoz vərəmi, infiltrasiya mərhələsi, əhəmiyyətli ventilyasiya pozğunluğu İİ dərəcəli tənəffüs çatmamazlığı, xroniki bronxit obstruktiv sindrom” kimi xəstəliklərin diaqnozu qoyulmuş və 2-ci qrup əlillik təyin edilmişdir. Hazırda aradan keçən müddətdə xəstəliyi daha da kəskinləşmişdir və müalicə ilə bərpa olunması mümkün deyildir. Həmçinin sənədlərdən də göründüyü kimi, indiyə qədər dəfələrlə xəstəliyi ilə bağlı stasionar və ambulator müalicələr almağına baxmayaraq, xəstəlik müalicə olunmamış, əksinə daha da ağır mərhələyə keçmişdir. İPM-nin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Tibb İdarəsinə bilavasitə tabe olan 1 №-li poliklinikası üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmuş və həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdeh inzibati orqana və üçüncü şəxsə təqdim edilərək, cavabdehdən və üçüncü şəxsdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh inzibati orqanın iddia tələbinə dair yazılı mülahizəsi (etirazı): Cavabdeh inzibati orqan tərəfindən təqdim olunmuş iddiaya dair yazılı münasibətdə (etiraz) göstərilmişdir ki, iddiaçının əlillik vəziyyətinə sonuncu dəfə əlavə əyani müayinəsi həyata keçirilərək baxılmış və “Diaqnozun mətni: Sağ ağciyərin fibroz-kavernoz vərəmi, infiltrasiya mərhələsində. VMB- mənfi. Qanhayxırma ilə fəsadlaşma Xroniki bronxit, obstruktiv sindromla kəskinləşmə mərhələsi. Qarışıq tipli əhəmiyyətli ventilyasiya pozğunluğu. Tənəffüs çatmamazlığı İİ dərəcə.. Mərkəzə göndərilmənin/lmtina edilmənin səbəbi: Diaqnoz əlillik əlaməti təyin etməməsi - Səbəb: Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir.'’ səbəbi ilə imtina verilmişdir. Bakı şəhər sakini xx.xx.1985-ci il təvəllüdlü İddiaçı (FİN:xxxxxxx) əlillik vəziyyəti tibb müəssisəsinin 4399003AAAJG nömrəli göndərişi əsasında xx.xx.2020-ci il tarixində qiymətləndirilmiş və “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2.2.3. bəndinə müvafiq olaraq hərbi xidmət dövrü ilə əlaqədar 5 (beş) il müddətinə ikinci dərəcə əlillik təyinatı barədə qərar qəbul edilmişdir. Vətəndaş 3-17-4/2-M-27420/2023 nömrəli məktub əsasında əyani komissiyaya dəvət olunmuşdur. Əlillik təyinatlarının əsaslığının müxtəlif risk qrupları üzrə araşdırılması əsasında əlavə əyani müayinə aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Xüsusi Həkim Komissiyası tərəfindən xx.xx.2020-ci il tarixli 92 nömrəli xəstəlik haqqında Şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə “Sağ ağciyərin fibroz-kavernoz vərəmi, infiltrasiya mərhələsi. Xroniki obstruktiv bronxit. Əhəmiyyətli ventilyasiya pozğunluğu. Tənəffüs çatmamazlığı, İİ dərəcə. Asteno-nevrotik vəziyyət. Sol diz oynağının hemartrozuna görə punksiya və gips sarğısından sonrakı vəziyyət” diaqnozlu xəstəliyin səbəb əlaqəsi “Xəstəlikdir, DİO-da xidmətkeçmə dövründə alınmışdır” kimi müəyyənləşdirilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı tərləmə, təngnəfəslik, öskürəkdən şikayətlənmişdir. Anamnestik məlumatlarında -2014-cü ildən özünü xəstə hesab etdiyini qəbul etdiyi medikamentoz preparatların adlarını bilmədiyini qeyd etmişdir. Auskultasiya zamanı sərtləşmiş tənəffüs eşidilmiş, boyu 173 sm, çəkisi 60 kq, saturasiyası Sp02 98%, nəbzi 86 vurğu, tənəffüs hərəkətlərinin sayı 16 kimi müəyyənləşdirilmiş, əlillik təyinatına əsas verən xroniki tənəffüs çatışmazlığı əlamətləri aşkar olunmamışdır. X7 Xəstəlikləri İnstitutunun xx.xx.2022-ci il tarixli Tibbi rəyində diaqnoz “Sağ ağciyərin fibroz-kavernoz vərəmi sola səpələnmə mərhələsi. Əhəmiyyətli ventilyasiya pozğunluğu. Xroniki bronxit. Kəskinləşmə mərhələsi" kimi qeyd edilmişdir. X7 Xəstəlikləri İnstitutunun xx.xx.2022-xx.xx.2022-ci il tarixli Çıxarışında diaqnoz “Saq ağciyərin fibroz-kavernoz vərəmi sola səpələnmə" kimi qeyd olunmuşdur. X7 Xəstəlikləri İnstitutunun xx.xx.2022-ci il tarixli Spirometriya müayinəsinin nəticəsi “FVC 2,15 40%. FEV1 1.61 39%. Qarışıq tipli əhəmiyyətli ventilyasiya pozğunluğu” kimi qeyd edilmişdir. ƏƏSMN tabeliyində DTSERA-da xx.xx.2023-cü il tarixli Spirometriya müayinəsinin nəticəsi “FVC 2,83 61%. FEV1 2,44 63%. Restriktiv tipli mötədil ventilyasiya pozğunluğu qeyd olunur”' kimi müəyyənləşdirilmiş, əlillik təyinatına əsas verməmişdir. Hərbi şəhadətnamədə qeyd olunmuş xəstəliyin əlillik təyinatına əsas verən ağırlaşmaları aşkar edilməmişdir. Nəticədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası"nın və 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi - sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları"na əsasən həyata keçirilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkimməsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə" ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra - Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestrinə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra göndəriş) əsasında aparılır. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. Göndəriş verilməsi üçün əsaslara şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması, şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir), əlillik müddətinin bitməsindən sonra bu Qaydanın yuxarıda qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi, peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi və əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbisosial ekspertiza müayinəsinə zərurət yaranması aiddir. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri"nə daxil edildikdən sonra altsistemə ötürülür. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. Üçüncü şəxs iddia tələbinə dair yazılı mülahizəsi (etirazı): Üçüncü şəxs Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Tibb İdarəsinə bilavasitə tabe olan 1 №-li poliklinikası tərəfindən təqdim olunmuş 313-292/1-50 №-li 20.02.204-cü il tarixli iddiaya dair yazılı münasibətdə göstərilmişdir ki, sabiq polis əməkdaşı İddiaçı xx.xx.2010-cu il tarixdən DİN-in 2 saylı poliklinikasında tibbi qeydiyyatdadır. xx.xx.2014-xx.xx.2014-cü il tarixlərində 4 saylı X5 “Sağ tərəfli spesifik mənşəli eksudativ plevrit. Eksudativ plevritin ağırlaşması" diaqnozu ilə stasionar müalicə almışdır. xx.xx.2014-xx.xx.2014-cü il tarixlərdə 4 saylı X5 "Sağ tərəfli spesifik mənşəli eksudativ plevrit “diaqnozu ilə stasionar müalicə olunub. xx.xx.2014-xx.xx.2014-cü il tarixlərdə “4 saylı X5" Sağ tərəfli spesifik mənşəli eksudativ plevrit” diaqnozu ilə stasionar müalicə olunub. xx.xx.2014-xx.xx.2014-cü il tarixlərdə 4 saylı X5 “Sağ tərəfli spesifik mənşəli eksudativ plevrit” diaqnozu ilə stasionar müalicə olunub. xx.xx.2014-xx.xx.2014-cü il tarixlərdə" Sağ tərəfli spesifik mənşəli eksudativ plevrit” diaqnozu ilə stasionar müalicə olunub. xx.xx.2014-cü il tarixdən" Sağ tərəfli spesifik mənşəli eksudativ plevrit” diaqnozu ilə “D” qeydiyyatdadır xx.xx.2015-xx.xx.2015-ci il tarixlərdə 4 saylı X5 “Sağ tərəfli eksuditiv plevritin tam sonlanması. Sağ ağ ciyərin ocaqlı vərəminin bərkimə mərhələsi diqanozu ilə stasionar müalicə olunub. xx.xx.2015-ci il tarixdə ETACXİ-da müayinədən keçmişdir. xx.xx.2016-cı il tarixdə “Sağ ağ ciyərin ocaqlı vərəmi” diaqnozu ilə ETACXİ-da müayinə olunmuşdur.xx.xx.2016-xx.xx.2016-cı il tarixlərdə 4 saylı X5” Sağ ağciyərin qeyriaktivocaqlı vərəmi” diaqnozu ilə stasionar müalicə olunub. xx.xx.2017-ci il tarixdə “Keçirilmiş sağ ağ ciyərin vərəmindən sonrakı qalıq əlaməti - fibroz və bərk ocaqlar şəklində” diaqnozu ilə ETACXİ-da müayinə olunub. xx.xx.2018-ci il tarixdə" Keçirilmiş vərəmdən sonrakı qalıq əlamətləri fibroz və bərk ocaqlar şəklində” diaqnozu ilə ETACX-da müayinə olunub 09/2018-ci il tarixdə “D” qeydiyyatdan çıxarılır. xx.xx.2018-xx.xx.2019-cu il tarixlərdə 4 saylı X5" Sağ ağciyərin yuxarı payının ocaqlı vərəmi” diaqnozu ilə stasionar müalicə olunub. xx.xx.2019-cu ildə təkrar “D” qeydiyyata götürülür. xx.xx.2019-xx.xx.2019cu il tarixlərdə" Sağ ağciyərin yuxarı payının ocaqlı vərəmi” diaqnozu ilə stasionar müalicə olunub. xx.xx.2019-xx.xx.2019-cu il tarixlərdə, xx.xx.2019-xx.xx.2019-cu il tarixlərdə 4 saylı X5 “ Sağ ağ ciyərin yuxarı payının ocaqlı vərəmi” diaqnozu ilə stasionar müalicə olunub. xx.xx.2019-xx.xx.2019-cu il tarixlərdə 4 saylı X5 “Sağ ağ ciyərin yuxarı payının ocaqlı vərəmi” diaqnozu ilə stasionar müalicə olunub. xx.xx.2020-05.03:2020-ci il tarixlərdə" Sağ ağ ciyərin fibroz-kavernoz vərəmi, infiltrasiya mərhələsində VMB (-) mənfi. Xroniki obstruktiv bronxit kəskinləşmə mərhələsi. Qarışıq tipli əhəmiyyətli ventilyasiya pozğunluğu. Tənəffüs çatışmamazlığı İİ dərəcə” diaqnozları ilə ETACXİ-da müalicə olunub. xx.xx.2020-ci il tarixdə XHK- dan keçdi. № 92-li xəstəlik haqqında şəhadətnamə verilmişdir: Sağ ağ ciyərin fibroz-kavernoz vərəmin infiltrasiya mərhələsi. Xroniki obstruktiv bronxit. Əhəmiyyətli ventilyasiya pozğunluğu. Tənəffüs çatışmamazlığı İİ dərəcə” Astmonevrotik vəziyyət. xx.xx.2022-xx.xx.2022-ci il tarixlərdə “Sağ ağciyərin ocaqlı” diaqnozu ilə ETACXİ-da stasionar müalicə olunub. xx.xx.2024-xx.xx.2024-cü il tarixlərdə" Sağ ağciyər fibroz-kavernoz vərəmi, Qarışıq tipli ağır ventilyasiya pozğunluğu. Xroniki bronxit kəskinləşmə mərhələsində” diaqnozlar ilə ETACXİ-da müalicə olunub. Tərəflərin iştirakı və izahatları: Şifahi məhkəmə baxışı iclasının yeri və vaxtı barədə qanunla müəyyən olunmuş qaydada xəbərdar olunmuş, iddiaçı və üçüncü şəxs müvafiq olaraq məhkəmə iclasına gəlmədiklərindən və səlahiyyətli nümayəndələrinin məhkəmə iclasında iştiraklarını təmin təmin etmədiklərindən və gəlmədikləri barədə məhkəməyə məlumat vermədiklərindən məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə iddiaçının və üçüncü şəxsin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh Agentliyin nümayəndəsi X6 iddianı qəbul etməyərək və yazılı etiraza uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmamasını xahiş etdi. Əvvəlki məhkəmə iclasında iştrak etmiş iddiaçı İİddiaçı məhkəmə iclasında verdiyi izahatında iddianı müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın növü və mümkünlüyü. İddiaçı cavabdehin 2023-cü il dekabr tarixli Qərarının ləğv edilməsi və ona hərbi xidmət dövrü ilə əlaqədar xx.xx.2020-ci il tarixdən 5 (beş) il müddətinə təyin edilmiş ikinci dərəcə əlilliyin bərpa edilməsi öhdəliyinin cavabdeh Agentliyə həvalə oluması barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə hesab edir ki, hazırki iddianın “mübahisələndirmə və məcburetmə haqqında iddia” növünün mümkünlük şərtlərinə uyğunluğu yoxlanılmalıdır. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 1.1-ci maddəsinə görə bu qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Həmin Qanunun 1.2-ci maddəsinə görə bu qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.2-ci maddəsinə görə isə, inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. İPM.: 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. 32.2-ci maddəsinə əsasən aşağıdakı inzibati aktlar mübahisələndirmə haqqında iddianın predmeti ola bilər: 32.2.1. barəsində məhkəməyə şikayət verilməmiş inzibati akt; 32.2.2. barəsində şikayət verildiyi hallarda, şikayət instansiyasının qərarı ilə dəyişdirilmiş inzibati akt (şikayət instansiyası tərəfindən qərar qəbul edildikdən sonrakı formada ilkin inzibati akt); 32.2.3. şikayət instansiyası tərəfindən şikayətə baxma qaydasında qəbul edilmiş və ilk dəfə olaraq üçüncü şəxs üçün öhdəlik yaradan qərar (inzibati akt). Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İPM-in 38.1-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbulu nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçının hüququnun həqiqətən pozulub-pozulmaması iddianın mümkünlüyü ilə deyil, əsaslılığı ilə bağlı məsələdir və ikinci mərhələdə (əsaslılıq mərhələsində) yoxlanılmalıdır. Qanunverici orqan mübahisələndirmə haqqında iddianın qaldırılmasını müddətə tabe tutmuş və müddətin başlanğıcını aşağıdakı kimi müəyyən etmişdir:
1. inzibati aktın təqdim (elan) olunduğu vaxtdan 30 gün müddətində;
2. şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində (İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsi). 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. 33.2-ci madəsinə əsasən bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. “İnzibati məhkəmə icraatı qaydasında verilən iddianın hüquqi cəhətdən yoxlanılması, ilk növbədə onun mümkünlüyünün müəyyənləşdirilməsindən, bundan sonra isə iddianın əsaslılığının araşdırılmasından ibarətdir... İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbulu nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçının hüququnun həqiqətən pozulubpozulmaması iddianın mümkünlüyü ilə deyil, əsaslılığı ilə bağlı məsələdir və ikinci mərhələdə (əsaslılıq mərhələsində) yoxlanılmalıdır. (T.İdrisovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 9 dekabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 28 dekabr 2015-ci il tarixli qərarı)”. İddia onun verilməsi üçün nəzərdə tutulmuş şərtlərə cavab verdiyi halda inzibati məhkəmə icraatı qaydasında baxıla bilər. İddiaçı qanunvericiliyin müddəalarına əməl edərək, qanunla müəyyən edilmiş müddətdə iddia ilə məhkəməyə müraciət etmişdir. İddia mümkündür.
Faktiki hallar və sübutlar: İş materiallarında olan; 92 №-li, xx.xx.2020-ci il tarixli Xəstəlik haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, 2004-cü ildən 2005-ci ilədək Silahlı Qüvvələrdə, 2009-cu ildən hazırkı dövrədək DİO-da xidmət edən 1985-ci il təvəllüdlü orta təhsilli İddiaçı (XBT-10) A16.0 “Sağ ağ ciyərin fibroz kavernoz vərəmi infiltrasiya mərhələsi. Xroniki Obsturktiv bronxit. Əhəmiyyətli ventilyasiya pozğunluğu. Tənəffüs çatmamazlığı İİ dərəcə. Asteno-nevrotik vəziyyət. Sol diz oynağının hemartozuna görə punksiya və gips sarğısından sonrakı vəziyyət” diaqnozu qoyulmuşdur. Xəstəliyin DİO-da xidmətkeçmə dövründə alındığı; XHKnın xidmətə yararlılıq haqqında qərarı: DİN-in 25 saylı xx.xx.2002-ci il tarixli əmrinin Xəstəliklər cədvəlinin İİ qrafasının 2b, 51b maddəsinə əsasən DİO-da xidmətə yararsızdır qeyd olunmuşdur. İddiaçı aid aşağıdakı; - xx.xx.2020-ci il tarixli, xxxxxxx0003 akt №-li qiymətləndirmə nəticəsindən görünür ki, X1 İ sinif-Bəzi infeksion və parazitar xəstəliklər=>A15 A19-Vərəm=>A16 Tənəffüs orqanlarının vərəmi, bakteroloji və ya histoloji təsdiq edilməmiş=>/A16.0-Ağ ciyər vərəmi, bakteroloji və hi... Diaqnoz mətni: Sağ ağciyərin fibroz-kavernoz vərəmi, infiltrasiya mərhələsi.Xroniki obstruktiv bronxit.Tənəffüs çatmamazlığı İİ dərəcə. Sol diz oynağının hemartozuna görə punksiya və gips sarğısından sonrakı vəziyyət...Meyar: imtina edilir....Mərkəzə göndərilmənin /imtina edilmənin səbəbi: Göndərişin natamam doldurulması-Səbəb: əsas diaqnozun ağırlaşdırılmasını təsdiq edən-instrumental müayinələrin nəticələri..status localis, mütəxəssislərin rəyi, anamnestik məlumatlar və TSEK-ə göndərilən zaman x-n vəziyyəti dəqiqləşdirilsin və ətraflı qeyd edilsin. xx.xx.2020-ci il tarixli, xxxxxxx0006 akt №-li qiymətləndirmə nəticəsindən görünür ki, X1 İ sinif-Bəzi infeksion və parazitar xəstəliklər=>A15 A19-Vərəm=>A16 Tənəffüs orqanlarının vərəmi, bakteroloji və ya histoloji təsdiq edilməmiş=>A16.0-Ağ ciyər vərəmi, bakteroloji və hi... Diaqnoz mətni: Sağ ağ ciyərin fibroz-kavernoz vərəmi, infiltrasiya mərhələsində.VMB-mənfi.Qanhayxırma ilə fəsadlaşma. Xroniki bronxit, obstruktiv sindromla kəskinləşmə mərhələsi. Qarışıq tipli əhəmiyyətli ventiliyasiya pozğunluğu. Tənəffüs çatmamazlığı İİ dərəcə...Meyar..2.2 ikinci dərəcə əlillik=>2.2.3 ağciyərlərin xroniki, proqressiv gedişli fibrokavernoz vərəmi, ikinci dərəcə tənəffüs çatışmazlığı ilə (A15-A16.9J96-J96.9). xx.xx.2023-cü il tarixli, xxxxxxx0007 akt №-li qiymətləndirmə nəticəsindən görünür ki, X1 İ sinif-Bəzi infeksion və parazitar xəstəliklər=>A15 A19-Vərəm=>A16 Tənəffüs orqanlarının vərəmi, bakteroloji və ya histoloji təsdiq edilməmiş=>A16.0-Ağ ciyər vərəmi, bakteroloji və hi... Diaqnoz mətni: Sağ ağ ciyərin fibroz-kavernoz vərəmi, infiltrasiya mərhələsində.VMB-mənfi. Qanhayxırma ilə fəsadlaşma. Xroniki bronxit, obstruktiv sindromla kəskinləşmə mərhələsi. Qarışıq tipli əhəmiyyətli ventiliyasiya pozğunluğu. Tənəffüs çatmamazlığı İİ dərəcə...Meyar..imtina edilir..Mərkəzə göndərilmənin/imtina edilmənin səbəbi: Diaqnoz əlillik əlaməti təyin etməməsi-Səbəb: Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və X3-Sosial Ekspert Komissiyasınln xxxxxxx0007 №-li, xx.xx.2023-cü il tarixli qərarı ilə xx.xx.1985-ci il təvəllüdlü İddiaçı əlillik dərəcəsinin təyin olunmasından imtina edilmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X2-Sosial Ekspert Komissiyasının dekabr 2023-cü il tarixli qərarının 5-ci bəndindən müəyyən olunur ki, Bakı şəhər sakini xx.xx.1985ci il təvəllüdlü İddiaçı əlillik vəziyyəti tibb müəssisəsinin 4399003AAAJG nömrəli göndərişi əsasında xx.xx.2020-ci il tarixində qiymətləndirilmiş və “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsanamə”nin 2.2.3 bəndinə müvafiq olaraq Hərbi xidmət dövrü ilə əlaqədar 5 (beş) il müddətinə ikinci dərəcə əlillik təyinatı barədə qərar qəbul edilmişdir. Vətəndaş 3-17-4/2-M-27420/2023 nömrəli məktub əsasında əyani komissiyaya dəvət olunmuşdur. Əlillik təyinatlarının əsaslılığının müxtəlif risk qrupları üzrə araşdırılması əsasında əlavə əyani müayinə aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Xüsusi Həkim Komissiyası tərəfindən xx.xx.2020-ci il tarixli 92 nömrəli xəstəlik haqqında Şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə “Sağ ağciyərin fibroz-kavernoz vərəmi, infiltrasiya mərhələsi. Xroniki obstruktiv bronxit. Əhəmiyyətli ventiliyasiya pozğunluğu. Tənəffüs çatmamazlığı, İİ dərəcə. Asteno-nevrotik vəziyyət. Sol diz oynağının hemartozuna görə punksiya və gips sarğısından sonrakı vəziyyət/” diaqnozlu xəstəliyin səbəb əlaqəsi “Xəstəlikdir, DİO-da xidmətkeçmə dövründə almışdır.” kimi müəyyənləşdirilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı tərləmə, təngnəfəslik, öskürəkdən şikayətlənmişdir. Anamnestik məlumatlarında-2014-cü ildən özünü xəstə hesab etdiyini qəbul etdiyi medikamentoz preparatların adlarını bilmədiyi qeyd etmişdir. Auskultasiya zamanı sərtləşdirilmiş tənəffus eşidilmiş, boyu 173 sm, çəkisi 60 kq, saturasiyası Sp02 98 faiz, nəbzi 86 vurduğu, tənəffüs hərəkətlərinin sayı 16 kimi müəyyənləşdirilmiş, əlillik təyinatına əsas verən xroniki tənəffüs çatışmazlığı əlamətləri aşkar olunmamışdır. X7 Xəstəlikləri İnstitunun xx.xx.2022-ci il tarixli Tibb rəyində diaqnoz “Sağ ağğciyərin fibroz-kavernoz vərəmi sola səpələnmə mərhələsi. Əhəmiyyətli ventiliyasiya pozğunluğu. Xroniki bronxit.\kəskinləşmə mərhələsi” kimi qeyd edilmişdir. X7 Xəstəlikləri İnstitunun xx.xx.2022xx.xx.2022-ci il tarixli Çıxarışında diaqnoz “Sağ ağciyərin fibroz-kavernoz vərəmi sola səpələnmə” kimi qeyd olunmuşdur. X7 Xəstəlikləri İnstitunun xx.xx.2022-ci il tarixli Spirometriya müayinəsinin nəticəsi “FVC 2,15 40 faiz, FEV1 1,61 39 faiz Qarışıq tipli əhəmiyyətli ventiliyasiya pozğunluğu” kimi qeyd olunmuşdur. ƏƏSMN tabeliyində DTSERA-da xx.xx.2023-cü il tarixli Spirometriya müayinəsinin nəticəsi “FVC 2,83 61 faiz, FEV1 2,44 63 faiz Restriktiv tipli mötədil ventiliyasiya pozğunluğu qeyd olunur kimi müəyyənləşdirilmiş, əlillik təyinatına əsas verməmişdir. Hərbi şəhadətnamədə qeyd olunmuş xəstəliyin əlillik təyinatına əsas verən ağırlaşmaları aşkar edilməmişdir. Nəticədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qrəarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair əsasnamə”yə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən İddiaçı ünvanlanmış 3-17-4/2-Q-34534/2023 №-li, xx.xx.2023-cü il tarixli bildirişdə sonuncuya bildirilmişdir ki, hərbi xidmət dövrü ilə əlaqədar xx.xx.2020-ci il tarixində təyin edilmiş 5 il müddətinə ikinci dərəcə əlilliyinin ləğv edilməsi barədə qərar qəbul edilmişdir.
Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” X9 tərəfindən verilmiş T324/2024 saylı (canlı şəxsin ekspertizası) rəyində qeyd olunmuşdur ki, ekspertiza xx.xx.2024-cü ildə başlamış, xx.xx.2024-cü il tarixdə başa çatmışdır. 1985-ci il təvəllüdlü İddiaçı adına tərtib edilmiş sənədlərə, özünün məhkəmə - tibbi müayinəsinə və qərardadda göstərilən sullara uyğun komissiya aşağıdakı nəticəyə gəlmişdir: 1.2.3. SN “MTE və PA Birliyi” PHŞ müalicə müəssisəsi olmadığından İddiaçı hazırda hansı xəstəliklərdən əziyyət çəkməsi barədə fikir söyləmək mümkün olmadı. İş materiallarında olan xx.xx.2020-ci il tarixli 92 saylı xəstəlik şəhadətnaməsində qeyd edilmiş “A15-Sağ ağciyərin fibroz-kavernoz vərəmi, infiltrasiya mərhələsi. İ42-xroniki obstruktiv bronxit. Əhəmiyyətli ventilyasiya pozğunluğu. J69.9-Tənəffüs çatmamazlığı İİ dərəcə. F48-Asteno-nevrotik vəziyyət. M25.0-Sol diz oynağının hemartrozuna görə punksiya və gips sarğısından sonrakı vəziyyət” diaqnozu ona stasionarda müayinə və müalicəsi əsasında müəyyən edilmişdir. Hərbi şəhadətnamədə qeyd olunmuş xəstəliyin əlillik təyinatına əsas verən ağırlaşmaları şəxsin DTSERA-da əyani müayinəsində aşkar edilməmişdir. - Odur ki, həmin diaqnoz nəzərə alınmaqla, əlillik dərəcəsinin təyini zamanı ona istər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 saylı qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin, istərsə də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın bəndlərindən birini aid etmək mümkün olmadı.
Tətbiq edilən hüquq.
“Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanun: Maddə 3. Əlilliyin müəyyən edilməsi. 3.1. Şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. Maddə 4. Əlilliyi olan şəxslərin hüquqi vəziyyətinin əsasları 4.1. Əlilliyi olan şəxslər Azərbaycan Respublikasının Konstitusiyasında və digər normativ hüquqi aktlarda, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit olunmuş bütün insan və vətəndaş hüquq və azadlıqlarına malikdirlər. 4.2. Əlilliyi olan şəxslərə qarşı ayrı-seçkilik qadağandır və qanunla təqib edilir. Əlilliyi olan şəxslərin faktiki bərabərliyinin sürətləndirilməsi və ya buna nail olunması üçün zəruri olan konkret tədbirlər ayrı-seçkilik hesab edilmir. 4.3. Əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. Maddə 6. Əlilliyi olan şəxslərlə bağlı dövlət təminatları (-). 6.4. Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin qiymətləndirilməsi Qaydası:
1. Ümumi müddəalar ... 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X2-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. ... 1.5. Şəxsin əlilliyi aşağıdakı səbəblərdən birinə əsasən müəyyən edilir: 1.5.1. ümumi səbəblərdən: 1.5.1.1. ümumi xəstəlik; 1.5.1.2. istehsalat zədəsi; 1.5.1.3. peşə xəstəliyi; 1.5.1.4. Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar; 1.5.1.5. hərbi xidmət dövrü ilə əlaqədar; 1.5.1.6. hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar; 1.5.1.7. terror hadisəsi ilə əlaqədar; 1.6. Orqanizmin funksiyalarının pozulması faizinin, səbəbinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır. ...
2. TSEK-də əlilliyin qiymətləndirilməsi qaydaları. 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş əsasında aparılır. ...
3. Əlillik səbəbinin dəyişdirilməsi və şikayət qaydası 3.1. Əlillik səbəbi Agentlik tərəfindən aşağıdakı hallarda dəyişdirilir: 3.1.1. əlillik müəyyən edildikdən sonra bu Qaydanın 1.5-ci bəndində nəzərdə tutulmuş digər səbəb müəyyən olunduqda; 3.1.2. göndərişdə əlillik səbəbinin yanlış qeyd olunması, əlilliyin həqiqi səbəbinin müəyyən edilməsinin mümkün olmaması və ya əlillik səbəbini təsdiq edən sənədlərin mövcud olmaması nəticəsində əlillik bu Qaydanın 1.5-ci bəndində nəzərdə tutulmuş digər səbəb əsas götürülməklə müəyyən edilmiş olduqda. 3.2. Əlillik səbəbinin dəyişdirilməsinə əsas verən sənədlər şəxsin özü (onun qanuni nümayəndəsi) və ya aidiyyəti orqanlar (qurumlar) tərəfindən Agentliyə təqdim olunur. Agentlik daxil olmuş sənədlərə 2 (iki) iş günü müddətində baxaraq, altsistemdə rəsmiləşdirməklə qərar qəbul edir. 3.3. Əlillik səbəbinin dəyişdirilməsi bu Qaydanın 3.1.2-ci yarımbəndinə əsasən həyata keçirildikdə, əlilliyin səbəbi əlilliyin müəyyən edildiyi tarixdən tez olmamaqla, əlilliyin həqiqi səbəbini təsdiq edən sənədin verildiyi tarixdən müəyyən edilmiş hesab olunur. 3.4. Əlilliyin qiymətləndirilməsi barədə qərardan şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə verilir. 3.5. Əlilliyin qiymətləndirilməsini barədə qərarlardan bu Qaydanın 3.4-cü bəndinə uyğun olaraq verilmiş şikayətlərə Nazirlik və Agentlik tərəfindən bu Qaydanın tələblərinə riayət edilməklə “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq baxılır. ... 3.7. Əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. Maddə 4. Əlilliyi olan şəxslərin hüquqi vəziyyətinin əsasları. 4.1. Əlilliyi olan şəxslər Azərbaycan Respublikasının Konstitusiyasında və digər normativ hüquqi aktlarda, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit olunmuş bütün insan və vətəndaş hüquq və azadlıqlarına malikdirlər. 4.2. Əlilliyi olan şəxslərə qarşı ayrı-seçkilik qadağandır və qanunla təqib edilir. Əlilliyi olan şəxslərin faktiki bərabərliyinin sürətləndirilməsi və ya buna nail olunması üçün zəruri olan konkret tədbirlər ayrı-seçkilik hesab edilmir. 4.3. Əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. Maddə 6. Əlilliyi olan şəxslərlə bağlı dövlət təminatları (-). 6.4. Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır.
Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi kollegiyasının 26 dekabr 2017-ci il tarixli 19-1 nömrəli qərarı ilə təsdiq edilmiş “Ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçulara hərbi xidmətlə əlaqədar əlillik səbəblərinin müəyyən olunması barədə Təlimat”: 2.1. Tibbi sosial ekspert komissiyasının (TSEK) funksiyalarını həyata keçirən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti (bundan sonra –Xidmət) tərəfindən hərbi xidmətdən ehtiyata və istefaya buraxılmış hərbi qulluqçulara Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”na uyğun olaraq aşağıda göstərilən əlillik səbəbləri müəyyən edilir: ... 2.1.4. Hərbi xidmət dövrü ilə əlaqədar əlillik; 3.1. Şəxsə hərbi xidmətlə əlaqədar əlillik hərbi xidmətdə aldığı xəsarət, xəstəlik ayrı- ayrı götürüldükdə ən azı orqanizmin funksiyalarının 31-60 faiz pozulmasına görə əlillik müəyyən etmək üçün əsas vermiş olduqda müəyyən edilir. 3.2. Hərbi xidmətlə əlaqədar əlillik səbəbi hərbi xidmət zamanı alınmış xəsarətin, xəstəliyin bilavasitə nəticələrinə, yaxud fəsadlarına və uzaq nəticələrinə görə müəyyən edilir. 3.3. Hərbi xidmətdən buraxılmış şəxslərin hərbi xidmətlə əlaqədar əlillik səbəbləri müəyyən edilərkən aşağıda göstərilən hərbi tibbi sənədlər əsas götürülür: 3.3.1. Xəstəlik haqqında şəhadətnamə (ştatdankənar HHK tərəfindən tərtib edilir və ştatlı HHK tərəfindən təsdiq edilir, yaxud ştatlı HHK tərəfindən tərtib edilir); ... 3.5. Hərbi xidmətdən xəstəliyə görə buraxılmış şəxslərə hərbi xidmətlə əlaqədar əlillik səbəbləri Xidmət tərəfindən aşağıdakı qaydada müəyyən edilir: 3.5.1. Hərbi xidmət (hərbi toplanış) zamanı alınmış xəsarətin, xəstəliyin hərbi xidmətlə səbəb əlaqəsi göstərilmiş hərbi tibbi sənədi olan şəxslərin əlillik səbəbi təqdim edilən hərbi tibbi sənəd (xəstəlik haqqında şəhadətnamə və ya arayış, yaxud ştatlı HHK tərəfindən tərtib edilmiş qərar) əsasında təyin edilir.
İPM: 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
Məhkəmənin mövqeyi.
Məhkəmə hesab edir ki, iddia təmin oluna bilməz. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İlkin olaraq, “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 2.1, 2.4-cü bəndlərinin məzmunundan irəli gəlir. Belə ki, həmin normaların tələbinə görə: - şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya ... hərbi-həkim komissiyaları tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş əsasında aparılır (2.1-ci bənd); - TSEK ... göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir. Göründüyü kimi, tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya hərbi həkim komissiyaları tərəfindən tərtib olunmuş Göndərişdəki məlumatlar şəxsin əlilliyinin qiymətləndirilməsinin əsasını təşkil edir. “İnzibati icraat haqqında” Qanunun 24-cü maddəsinə görə, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir “Əlilliyin müəyyən olunması meyarları”nın təsdiq edilməsi və “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli Qərarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na göstərilmişdir ki, əlilliyin müəyyən olunması meyarları (bundan sonra – Meyarlar) “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi üçün əsas göstəriciləri müəyyən edir (bənd 1.1). Bu Meyarların məqsədləri üçün köməkçi texniki vasitələr dedikdə funksionallığın təkmilləşdirilməsinə, fərdin asılılığının aradan qaldırılmasına, sağlamlıq vəziyyətinin ağırlaşmasının və ya xəstəliyin yaratdığı funksiya pozuntusunun azaldılmasına və ya qarşısının alınmasına xidmət edən xüsusi vasitələr (cihazlar, avadanlıqlar, alətlər və ya proqram təminatları) nəzərdə tutulur (bənd 1.2.). İşin araşdırılan hallarından da göründüyü kimi, iddiaçının əlillik vəziyyətinin müəyyən olunması üçün tibb müəssisəsi tərəfindən göndərilmiş göndərişə əsasən cavabdeh inzibati orqanın müvafiq Komissiyası tərəfindən aparılmış qiymətləndirmə nəticəsində xx.xx.2020-ci il tarixində təyin edilmiş 5 il müddətinə ikinci dərəcə əlilliyinin ləğv edilməsi barədə qərar qəbul edilmişdir. Məhkəmə araşdırması zamanı iş üzrə təyin edilmiş ekspertizanın nəticəsi olaraq verilmiş rəydə isə göstərilmişdir ki, Hərbi şəhadətnamədə qeyd olunmuş xəstəliyin əlillik təyinatına əsas verən ağırlaşmaları şəxsin DRSERA-da əyani müayinəsində aşkar edilməmişdir. Beləliklə, məhkəmə araşdırması ilə sabit olmuşdur ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 saylı qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”si ilə “Əlilliyin müəyyən olunması meyarları”nın təsdiq edilməsi və “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli Qərarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları” da nəzərə alınmaqla cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmuş, cavabdehin imtinası qanunauyğun olmuş və iddiaçının qanunla qorunan hüquqlarını pozmamışdır (AR İPM-73.1), imtina cavabdeh inzibati orqanın güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur (“İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsi). Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir.
NƏTİCƏVİ HİSSƏ
İPM-nin 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
İddia təmin edilməsin. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər.
Hakim: Nəriman Abıyev