Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6118/2022 15.11.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Məhkəmənin hakimi Həsənova Şəlalə Akif qızının sədrliyi, Bəşirli Leyla Elşad qızının katibliyi, iddiaçı, həmçinin digər iddiaçıların nümayəndəsi İddiaçı3 iştirakı ilə İddiaçı3 və qeyrilərinin cavabdeh Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi Bələdiyyəsinə qarşı X41 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməklə qərarın etibarsız hesab edilməsi tələbinə dair inzibati iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçılar İddiaçı3, İddiaçı2, İddiaçı1, İddiaçı4, İddiaçı5, İddiaçı6 cavabdeh Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi Bələdiyyəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin 532 saylı, 29 dekabr 2006-cı il tarixli qərarının və torpaq sahəsinin alqı-satqı yolu ilə mülkiyyətə verilməsi haqqında 677 saylı, 30 dekabr 2006-cı il tarixli müqavilənin ləğv edilməsinin cavabdehin öhdəsinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişlər. Məhkəmənin 2-1(112)-5550/2021 nömrəli, 08 aprel 2021-ci il tarixli qərardadı ilə X41 iş üzrə üçüncü şəxs qismində cəlb edilmişdir. İddiaçılar tələblərini onunla əsaslandırmışlarr ki, Bakı şəhəri, Binəqədi rayonu, Goradil ərazisində 1983 "Ç” ünvanda yerləşən 0,12 ha bağ sahəsi Bakı şəhər İcra Hakimiyyəti başçısının 12 oktyabr 2005-ci il tarixli, 266 saylı sərəncamı ilə ataları X6 verilmiş və müvafiq olaraq Azərbaycan Respublikası BŞİHB Aparatının Abadlaşdırma və X8 Departamenti X14 və İstismarı Departamentinin 24 sentyabr 2005-ci il tarixli, 36153 saylı müqavilə bağlanmışdır və bağ sahəsi istifadəyə verilmişdir. Bağ sahəsi ataları tərəfindən onların iştirakları ilə abadlaşdırılmışdır. Xeyli miqdarda - ümumilikdə 80- (səksən)dən artıq üzüm tənəkləri və s. meyvə ağacları əkilmişdir. Onlar hər il yay-bağ mövsümü zamanı ailəlikcə bu bağda dincəlmişlər. Maddi imkansızlıqdan bağ sahəsinin ətrafını hasarlaya bilməmişlər. Ataları X11 21 sentyabr 2010-cu il tarixdə vəfat etmişdir. Abşeron rayonu 2 saylı Notariat Ofisi tərəfindən müraciət əsasında xx.xx.2020-ci il tarixdə vəfat etmiş atalarından miras qalmış əmlakla bağlı vərəsəlik işi açılmışdır. 3-cü şəxs X41 heç bir qanuni əsas olmadan bağ sahəsini zəbt etmiş və orada ev tikmişdir. Belə ki, o, bağ sahəsinə getdikdə cavabdehin tikinti işlərinə başladığını görmüşdür. O, bu bağ sahəsinin onlara məxsus olduğunu və tikinti işlərini dayandırmasını, bağ sahəsindən çıxmasını tələb etmişdir. Onun bildirdiyinə görə dayısı Bakı şəhəri Binəqədi rayon bələdiyyəsinin sədri olmuş və guya bu torpaq sahəsini o bağışlamışdır. Onlar bir müddət öncə ona bildirmişlər ki, bu bağ sahəsi onların əmlaklarıdır və boşaldılmalıdır. Lakin 3-cü şəxsin təzyiqləri ilə üzləşmişlər. 3-cü şəxs əlavə olaraq 8 sot torpaq sahəsini də zəbt edərək bu torpaq sahəsinə birləşdirmişdir. Onlara məlum olmuşdur ki, Binəqədi rayonu Binəqədi bələdiyyəsinin 532 saylı, 29 dekabr 2006-cı il tarixli qərarı ilə Goradil bağ massivində 1400 kv.m bağ torpaq sahəsi X34 ayrılması nəzərdə tutulmuşdur. Bu qərar tamamilə qeyriqanuni və əsassızdır, qərar verilərkən bu torpaq sahəsinin istifadədə olub-olmaması müəyyən edilməmişdir, guya boş torpaq sahəsi verilmişdir. Bu cür qanunsuz qərarın verilməsi onlara məxsus torpaq sahəsinin zəbt edilməsi ilə nəticələnmişdir. Onlar əmlaklarından məhrum olmuşlar və xeyli maddi və mənəvi zərərə məruz qalmışlar. Uşaqlarının və nəvələrinin dincəlməyə yeri yoxdur. Qeyd olunmalıdır ki, bağ sahəsinin zəbt edilməsi və tikinti işləri aparılması, həmçinin qanunsuz qərar verilməsi səbəbindən bağ sahəsinin sənədləşdirilməsində problemlər yaranmışdır. Bağ sahəsinin mülkiyyət vəsiqəsi olmasa da, atalarından miras qalmış əmlakdır, ata-baba torpaq sahələridir və onların mülkiyyəti hesab edilməlidir. Bu torpaq sahəsinin yerləşdiyi ərazi dövlət mülkiyyəti olub yaşayış məntəqələri torpaqlarına aiddir. Onlar ərizə ilə cavabdehə müraciət edərək qərarın ləğv edilməsini xahiş etmişlər, lakin cavabdeh tərəfindən heç bir tədbir görülməmişdir və verilmiş cavabda əsas olmadığından ləğv edilməsinin mümkün olmadığı göstərilmişdir. Qərarın ləğv edilməsi üçün əsaslar olduğu halda ləğv edilməmişdir və cavabdeh tərəfindən hərəkətsizliyə yol verilmişdir. Məhkəmənin 11 oktyabr 2021-ci il tarixli, 2-1(112)-5550/2021 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2- 1(103)-2965/2021 nömrəli qərardadı ilə İddiaçı3 və qeyrilərinin apellyasiya şikayəti təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 11 oktyabr 2021-ci il tarixli, 2-1(112)-5550/2021 nömrəli qərardadı ləğv edilmiş, iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. İddiaçı, həmçinin digər iddiaçıların nümayəndəsi İddiaçı3 məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək cavabdeh Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin 532 saylı, 29 dekabr 2006-cı il tarixli qərarının etibarsız hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş və həmin ərizə məhkəmə tərəfindən icraata qəbul edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı, həmçinin digər iddiaçıların nümayəndəsi İddiaçı3 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdeh və üçüncü şəxs lazımi qaydada xəbərdarlıq edilmiş, lakin cavabdehin səlahiyyətli nümayəndəsi və üçüncü şəxs məhkəməyə gəlməmiş, gəlməmələrinin üzrülü səbəbləri barədə məlumat verməmiş və işə onların iştirakı olmadan baxılmasını xahiş etməmişlər. Məhkəmə cavabdehin nümayəndəsinin və üçüncü şəxsin iştirakları olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. İş materiallarına əlavə edilmiş və məhkəmə icraatında tədqiq edilmiş: - Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2021-ci il tarixli, **********70 nömrəli məktuba əlavə edilmilş sənədlərin lazımi qaydada təsdiq edilmiş surətlərindən görünür ki, Fatmayi kənd sakini X12 Bakı şəhər Bağlar Təsərrüfatı İdarəsinə xx.xx.2005-ci il tarixli ərizə ilə müraciət edərək Goradil Bağlar sahəsində uzun müddət istifadə etdiyi bağın adına sənədləşdirilməsini xahiş etmişdir. Bakı şəhəri, Bağlar Təsərrüfatı İdarəsinin Goradil sahəsi üzrə böyük mühəndisi X28, mühəndislər X21, X29, Fatmayı kənd sakinləri X19, X23 tərəfindən tərtib edilərək imzalanmış xx.xx.2005-ci il tarixli akta əsasən X5 idarəyə verdiyi ərizəyə əsasən 1983Ç saylı bağ sahəsinə baxış keçirilmiş, müəyyən edilmişdir ki, o həmin bağ sahəsindən uzun müddətdir ki, istifadə edir. - Həmin məktuba əlavə edilmiş baş mühəndis A.Quliyev tərəfindən Goradildəki 1983Ç №-li bağ barədə arayışın lazımi qaydada təsdiq edilmiş surətindən görünür ki, X11 xahiş edir ki, uzun müddət istifadə etdikləri bu bağ sahəsinin onun adına təhkim etsinlər. 1983Ç №-li bağdan istifadə olunur. H.İddiaçı4 bu bağdan uzun müddət istifadə etməsini bağ qonşuları və Bağlar Birliyinin sahə mühəndisləri tərtib etdikləri aktda təsdiq edirlər. 0,12 hektar torpaq sahəsi olan Goradil ərazisindəki 1983Ç №-li bağın H.İddiaçı4 adına təhkim edilməsindən ötrü sənədlər Bakı şəhər icra Hakimiyyəti aparatının komissiyasında baxılmasına göndərilir. - Həmin məktuba əlavə edilmiş Bakı şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Abadlaşdırma və X8 X2 İnkişafı və İstismarı Birliyi ilə X11 arasında bağlanmış 36153 nömrəli, 24 oktyabr 2005-ci il tarixli Goradil ərazisindəki 1983ç nömrəli bağın istifadəyə verilməsi haqqında müqavilənin lazımı qaydada təsdiq edilmiş surətindən görünür ki, Birlik Binəqədi rayonunun Goradil ərazisində 0,12 hektar torpaq sahəsi olan 1983ç nömrəli bağ sahəsi 24 oktyabr 2015-ci ilədək X3 istifadəsinə verilmişdir. - Abşeron rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, AZ-İİ 046911 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X11 21 sentyabr 2010-cu ildə ölmüşdür. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Qeydiyyat və Notariat Baş İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2022-ci il tarixli, 05/4643-7-11 nömrəli məktubdan görünür ki, “Elektron notariat” informasiya sistemində aparılmış araşdırma nəticəsində müəyyən edilmişdir ki, xx.xx.2011-ci il tarixdə Abşeron rayonu 2 saylı notariat ofisində mərhum H.İbrahimovun ölümündən sonra miras qalmış əmlaka dair İddiaçı2 qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Dövlət Notariat Arxivi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2022-ci il tarixli, xx/xx-3855/11 nömrəli məktuba əlavə edilmiş Abşeron rayonu, 2 saylı dövlət notariat ofisində 17 mart 2011-ci il tarixdə 2V-01-33 reyestr nömrəsi ilə verilmiş vərəsəlik hüququ haqqında şəhadətnaməyə dair notariat işinin kserosurətindən görünür ki, xx.xx.2011-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən 21 sentyabr 2010-cu ildə vəfat etmiş X3 vərəsəsi Abşeron rayonu Fatmayı kəndində yaşayan oğlu İddiaçı2dur. - Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən X13 ünvanlanmış xx.xx.2019-cu il tarixli, **********54 nömrəli, xx.xx.2021-ci il tarixli, **********34 nömrəli məktubların surətlərindən görünür ki, müraciətlərinə baxılmışdır. Bildirilir ki, Bakı şəhəri, Binəqədi rayonu, Goradil bağ massivində yerləşən 0,12 hektar sahəsi olan 1983ç saylı bağ sahəsinin istifadəyə verilməsinə dair keçmiş X14 və İstismarı Birliyi ilə X11 arasında bağlanılmış 24 oktyabr 2005-ci il tarixli, 36153 nömrəli müqavilə İdarənin arxivində mövcuddur. - Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən iddiaçılara ünvanlanmış xx.xx.2022-ci il tarixli, **********05 nömrəli məktubdan görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Goradil qəsəbəsi, 1983ç saylı bağ sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair xx.xx.2022-ci il tarixli, ********** nömrəli təkrar müraciətlərinə tərəflərindən baxılmışdır. Bildirilir ki, qeyd olunan məsələ ilə bağlı müraciətlərinə **********57 nömrəli xx.xx.2021-ci il tarixli məktubda cavab verilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Bu məktub daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan imtina sayılmır. - Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialı tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2021-ci il tarixli, BA-01476-2021 nömrəli məktuba əlavə edilmiş Bakı şəhəri Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin “X4 istifadə etdiyi bağ-torpaq sahəsinin onun mülkiyyətinə verilməsi haqqında” 29 dekabr 2006-cı il tarixli, 532 nömrəli qərarının lazımi qaydada təsdiq edilmiş surətindən görünür ki, vətəndaş X41 ərizə ilə Bələdiyyəyə müraciət edərək Görədil bağ massivində istifadə etdiyi 1400 kvm. bağ-torpaq sahəsinin onun mülkiyyətinə verilməsini xahiş etmişdir. X30 ərizəsində göstərilənlər bələdiyyənin müvafiq qurumları tərəfindən yerində araşdırılarkən müəyyən olunmuşdur ki, Görədil bağ massivində 1400 kvm. bağ-torpaq sahəsi həqiqətən də onun istifadəsindədir və həmin sahənin onun mülkiyyətinə verilməsi mümkündür. X9 X44 Daimi Komissiyasının xx.xx.2006-cı il tarixli iclasında baxılaraq X30 Görədil bağ massivində istifadə etdiyi 1400 kvm. torpaq sahəsinin onun mülkiyyətinə verilməsi məqsədəuyğun hesab edilmişdir. Qeyd olunanları, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 47, 59-cu maddələrini, eləcə də “Bələdiyyə torpaqlarının ayrılmasında dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin 2-ci, 3-cü və 4-cü fəsillərinə əsaslanaraq Binəqədi Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 13 saylı ümumi iclası Binəqədi rayonu, Görədil bağ massivində istifadə etdiyi 1400 kvm. torpaq sahəsi əlavə edilmiş cizgiyə uyğun olaraq (hər kvm. üçün YAN ilə 2 man. 24 qəp. ödəmək şərti ilə) vət. X30 mülkiyyətinə verilməsi, Bələdiyyə mülkiyyətinin idarə edilməsi şöbəsinə X41 ilə müvafiq alqı-satqı müqaviləsinin bağlamasının tapşırılması qərara alınmışdır. - Həmin məktuba əlavə edilmiş Binqədi rayonu, Binəqədi Bələdiyyəsinin ərazisində olan torpaq sahəsinin alqı-satqı yolu ilə mülkiyyət verilməsi haqqında 30 dekabr 2006-cı il tarixli, 677 nömrəli müqavilənin lazımi qaydada təsdiq edilmiş surətindən görünür ki, həmin müqaviləyə əsasən Görədil bağ massivində 1400 kvm. torpaq sahəsi Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin ümumi iclasının xx.xx.2006-cı il tarixli, pr.13 №-li qərarına əsasən fərdi bağ evinin tikintisi üçün hər kvm.-i üçün YAN 2 manat 24 qəpik müəyyən edilməklə X1. Müqavilədə bələdiyyə sədrinin imzası və möhürü olsa da, X41 tərəfindən imzalanmamışdır. Binəqədi rayonu, Görədil bağ massivində X30 bağ sahəsi kimi istifadə etdiyi torpaq sahəsinin (1400 kvm.) situasiya planı müqaviləyə əlavə olunmuşdur. - Bakı şəhəri, Binəqədi Rayon Məhkəməsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2022-ci il tarixli, 2(001)-387/2021 nömrəli məktubdan görünür ki, Bakı şəhəri, Binəqədi Rayon Məhkəməsinin 2(001)-387/2021 saylı, 08 fevral 2021-ci il tarixli qərardadına əsasən İddiaçı3 cavabdeh X34 (müstəqil tələb irəli sürülməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi) qarşı “bağ sahəsinin boşaldılması, cavabdehin ailə üzvləri ilə birlikdə çıxarılması və cavabdehlərin öz hesabına inşa etdikləri qanunsuz tikilinin sökülməsi” barədə iddia ərizəsi baxılmamış saxlanılmış və həmin qərardaddan şikayət verilməmişdir. - Həmin məktuba əlavə edilmiş Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(001)-3657/2020 nömrəli qərardadından görünür ki, həmin qərardad ilə İddiaçı3 cavabdeh X34 (müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi) qarşı "bağ sahəsinin boşaldılması, cavabdehin ailə üzvləri ilə birlikdə çıxarılması və cavabdehlərin öz hesabına inşa etdikləri qanunsuz tikilinin sökülməsi” barədə 2(001)-3657/2020 saylı iş üzrə mütəxəssis rəyinin alınması qərara alınmışdır. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti tərəfindən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə ünvanlanmış mütəxəssis rəyinin surətindən görünür ki, iddia edilən “1983ç” saylı bağ sahəsinin nömrəsi sxematik xəritədə öz əksini tapmadığından, həmçinin bu hissədə sxematik xəritədə bağ nömrəsi qeyd olunmadığından baş sahəsinin üst-üstə düşüb-düşmədiyini və hansı bağ sahəsinə aid olub-olmadığını müəyyənləşdirmək mümkün olmamışdır. İdarənin elektron kadastr baza məlumatlarına əsasən göstərilən sahənin ətraf qonşuları “bağ massivi” kimi qeydiyyatdan keçmişdir. "xxxx" MMC-nin baza məlumatlarına əsasən müəyyən olundu ki, mübahisəli ərazi dövlət mülkiyyəti olub, yaşayış məntəqəli torpaqlarına aid edilir. - X40 və X32 Məsuliyyətli Cəmiyyəti tərəfindən məhkəməyə ünvanlanmış 166 nömrəli, 19 iyul 2022-ci il tarixli məktuba əlavə edilmiş mütəxəssis rəyindən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Görədil bağ massivində 1400 kvm. torpaq sahəsi halhazırda digər şəxsin istifadəsindədir, dövlət mülkiyyətində olan torpaq sahələri ilə üst-üstə düşür, xx.xx.2006-cı il tarixdə və hal-hazırda dövlət mülkiyyətinə aid torpaq sahəsidir. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2022-ci il tarixli, **********23 nömrəli, xx.xx.2022-ci il tarixli, **********89 nömrəli məktublardan görünür ki, elektron kadastr məlumatlarına əsasən Bakı şəhəri, Binəqədi rayonu, Göradil bağ masivvi 1983Ç, həmçinin 1983-1984 saylı bağ sahələrinin indeksləri (törəmə bağ sahələri) sxematik xəritədə göstərilməmişdir. Sorğu ilə əlaqədar olaraq Bakı şəhəri, Binəqədi rayonu, Göradil bağ massivində yerləşən 1983b, 1983a, 1983ç saylı bağ sahələrinə dair bağlanılmış müqavilələrin, eləcə də daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış 1983, 1983z saylı bağ sahələrinə dair müvafiq sənədlərin təsdiq edilmiş surəti, həmçinin sxematik xəritədən çıxarış və ortofoto məhkəməyə təqdim edilir. - Həmin məktuba əlavə edilmiş sənədlərin lazımi qaydada təsdiq edilmiş surətlərindən görünür ki, Bakı şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Abadlaşdırma və X8 X2 İnkişafı və İstismarı Birliyi ilə X11 arasında bağlanmış 36153 nömrəli, xx.xx.2005-ci il tarixli müqaviləyə əsasən Binəqədi rayonunun Goradil ərazisində 0,12 hektar torpaq sahəsi olan 1983ç nömrəli bağ sahəsi xx.xx.2015-ci ilədək X3 istifadəsinə verilmişdir. Bakı şəhər İcra Hakimiyyəti Başçısı X10 İnkişafı və İstismarı Birliyi ilə X24 arasında bağlanmış 38252 nömrəli, xx.xx.2006-cı il tarixli müqaviləyə əsasən Binəqədi rayonunun Goradil ərazisində 0,12 hektar torpaq sahəsi olan 1983a nömrəli bağ sahəsi xx.xx.2016-cı ilədək X15 istifadəsinə verilmişdir. Bakı şəhər İcra Hakimiyyəti Başçısı X10 İnkişafı və İstismarı Birliyi ilə X31 arasında bağlanmış 38659 nömrəli, xx.xx.2006-cı il tarixli müqaviləyə əsasən Binəqədi rayonunun Goradil ərazisində 0,12 hektar torpaq sahəsi olan 1983b nömrəli bağ sahəsi xx.xx.2016-cı ilədək X20 istifadəsinə verilmişdir. Bakı şəhər İcra Hakimiyyəti Başçısı X10 İnkişafı və İstismarı Birliyi ilə X25 arasında bağlanmış 21355 nömrəli, xx.xx.2006-cı il tarixli müqaviləyə əsasən Binəqədi rayonunun Goradil ərazisində 0,12 hektar torpaq sahəsi olan 1983 nömrəli bağ sahəsi xx.xx.2016-cı ilədək X16 istifadəsinə verilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2011-ci il tarixli, ********** qeydiyyat nömrəli, MA seriyalı, ******* №-li çıxarışa əsasən ünvan 9 ünvanında yerləşən sahəsi 0,118907 ha torpaq sahəsi X16 xüsusi mülkiyyətindədir. Bakı şəhər İcra Hakimiyyəti Başçısı X10 İnkişafı və İstismarı Birliyi ilə X17 arasında bağlanmış 32899 nömrəli, xx.xx.2006-cı il tarixli müqaviləyə əsasən Binəqədi rayonunun Goradil ərazisində 0,12 hektar torpaq sahəsi olan 1983z nömrəli bağ sahəsi xx.xx.2016-cı ilədək X7 istifadəsinə verilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2017-ci il tarixli, ********** qeydiyyat nömrəli, RX seriyalı, ******* №-li çıxarışa əsasən ünvan 10 ünvanında yerləşən ümumi sahəsi 252,9 kvm. olan bağ evi və sahəsi 0,12 ha torpaq sahəsi Mir-X18 xüsusi mülkiyyətindədir. - Cavabdeh tərəfindən iddiaçılara ünvanlanmış xx.xx.2021-ci il tarixli, BRB/207 nömrəli məktubun surətindən görünür ki, Binəqədi Rayon Binəqədi Bələdiyyəsinə ünvanladıqları xx.xx.2021-ci il tarixli, İ-11 nömrəli məktublarına baxılmışdır. Araşdırma zamanı müəyyən edilmişdir ki, vətəndaş X41 ilə bağlanmış 30 dekabr 2006-cı il tarixli, 677 saylı müqavilə, Binəqədi rayon Binəqədi Bələdiyyəsinin 29 dekabr 2006-cı il tarixli qərarı ilə X30 mülkiyyətinə verilmişdir. Həmin müqavilə qanunvericiliyin tələblərinə uyğun verilmiş və qüvvədədir. Müqavilənin və ya qərarın ləğv edilməsinə əsasən olmadığından qərarın və müqavilənin ləğv edilməsi mümkün olmamışdır. Əlavə məlumat üçün bildirilir ki, Bakı şəhəri İcra Hakimiyyətinin Başçısının 12 oktyabr 2005-ci il tarixli 266 saylı sərəncamı və Azərbaycan Respublikası Bakı şəhəri İHB Aparatının Abadlaşdırma və X8 Departamenti X14 və İstismarı Departamentinin 24 sentyabr 2005-ci il tarixli, 36153 saylı müqavilə ilə mübahisələndirdiyiniz torpaq sahəsi mərhum atalarının istifadəsinə verilsə də Binəqədi rayon Binəqədi Bələdiyyəsində uçota durmuşdur. Məhkəmə iddiaçının, həmçinin digər iddiaçıların nümayəndəsinin izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, iddiaçılar İddiaçı3, İddiaçı2, İddiaçı1, İddiaçı4, İddiaçı5, İddiaçı6 21 sentyabr 2010-cu ildə ölmüş X3 uşaqlarıdır. Bakı şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Abadlaşdırma və X8 X2 İnkişafı və İstismarı Birliyi ilə X11 arasında bağlanmış 36153 nömrəli, xx.xx.2005-ci il tarixli müqaviləyə əsasən Binəqədi rayonunun Goradil ərazisində 0,12 hektar torpaq sahəsi olan 1983ç nömrəli bağ sahəsi xx.xx.2015-ci ilədək X3 istifadəsinə verilmişdir. X11 həmin bağ sahəsi üzərində mülkiyyət hüquqlarını daşınmaz əmlakın dövlət reyestrində qeydə aldırmadan ölmüşdür. X3 ölümündən sonra uşaqları həmin bağ sahəsindən istifadə etməklərinə iş üzrə üçüncü şəxs X41 tərəfindən mane yaradılmışdır. Bununla bağlı İddiaçı3 cavabdeh X34 qarşı Binəqədi Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək cavabdeh X30 Bakı şəhəri, Binəqədi rayonu, Göradil ərazisində 1983 Ç ünvanda yerləşən 0,12 ha bağ sahəsindən ailə üzvləri ilə birlikdə çıxarılması, bağ sahəsinin boşaldılmasına və cavabdeh tərəfindən bağ sahəsində inşa edilmiş fərdi yaşayış evinin cavabdehin hesabına sökülməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Həmin mülki işin araşdırılması zamanı, X34 mübahisəli torpaq sahəsinin Bakı şəhəri Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin 29 dekabr 2006-cı il tarixli, 532 nömrəlı qərarı əsasında verildiyi müəyyən edilmişdir. Həmçinin məhkəmə qərardadı əsasında verilmiş mütəxəssis rəyi ilə iddia edilən “1983ç” saylı bağ sahəsinin nömrəsi sxematik xəritədə öz əksini tapmadığından, həmçinin bu hissədə sxematik xəritədə bağ nömrəsi qeyd olunmadığından baş sahəsinin üst-üstə düşüb-düşmədiyini və hansı bağ sahəsinə aid olub-olmadığını müəyyənləşdirmək mümkün olmaması, İdarənin elektron kadastr baza məlumatlarına əsasən göstərilən sahənin ətraf qonşularının “bağ massivi” kimi qeydiyyatdan keçməsi, "xxxx" MMC-nin baza məlumatlarına əsasən mübahisəli ərazinin dövlət mülkiyyəti olub, yaşayış məntəqəli torpaqlarına aid edilməsi müəyyən edilmişdir. Bundan sonra iddiaçılar hazırki iş üzrə cavabdeh Binəqədi Bələdiyyəsinə xx.xx.2021-ci il tarixli məktubla müraciət edərək qərarın bə müqavilənin ləğv edilməsini xahiş etmiş, cavabdeh isə həmin müqavilənin qanunvericiliyin tələblərinə uyğun verildiyini və qüvvədə olduğunu, müqavilənin və ya qərarın ləğv edilməsinə əsas olmadığından qərarın və müqavilənin ləğv edilməsinin mümkün olmadığını bildirmişdir. Hazırda iddiaçılar mübahisəli torpaq sahəsi ilə bağlı cavabdeh tərəfindən qəbul edilmiş qərarı inzibati icraat qaydasında mübahisələndirirlər. Məhkəmə ilk növbədə qeyd edir ki, iddiaçıların hüquqi marağı mərhum atalarına 36153 nömrəli, xx.xx.2005-ci il tarixli müqaviləyə əsasən verilmiş Binəqədi rayonunun Goradil ərazisində 0,12 hektar torpaq sahəsi olan 1983ç nömrəli bağ sahəsi üzərində hüquqların “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 22.2-ci maddəsinə uyğun olaraq daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından ibarətdir ki, bu müraciətləri mübahisəli torpaq sahəsinin digər şəxsin, yəni hazırki iş üzrə X30 istifadəsində olması əsas gətirilərək təmin edilməmişdir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun preambulasında göstərilmişdir ki, bu qanunun məqsədi inzibati orqanlar tərəfindən insan hüquq və azadlıqlarına əməl olunmasını təmin etməkdən və qanunun aliliyinə nail olmaqdan ibarətdir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun: - 2.1-ci maddəsinə əsasən müvafiq inzibati ərazi daxilində qanunvericiliklə müəyyən olunmuş qaydada dövlət mülkiyyətində saxlanılmış və xüsusi mülkiyyətə verilmiş torpaqlar çıxılmaqla qalan torpaqlar bələdiyyə torpaqlarıdır. - 4-cü maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və onlar barədə sərəncam vermək, müəyyən edilmiş qaydada bələdiyyə torpaqlarını ümumi istifadəyə, bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə, fiziki və hüquqi şəxslərin icarəsinə və Azərbaycan Respublikasının vətəndaşlarının və hüquqi şəxslərinin mülkiyyətinə vermək torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin öz inzibati əraziləri daxilində səlahiyyətlərinə aiddir. - 6.5-ci maddəsinə əsasən torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir. - 8.0-ci maddəsinə əsasən xüsusi mülkiyyətə verilən torpaq sahələrinin normaları müvafiq inzibati-ərazi vahidi üzrə adambaşına düşən orta torpaq norması, yerli şərait, əhalinin sıxlığı, torpaq ehtiyatlarının miqdarı və bu məqsədlə yaxın dövr üçün tələbat nəzərə alınmaqla aşağıdakı hədlər daxilində bələdiyyələr tərəfindən müəyyən edilir: 8.0.1. fərdi yaşayış evlərinin tikintisi üçün Bakı şəhərində tətbiq edilən 1-4-cü zonalar üzrə - 0,04 hektaradək, 5-8-ci zonalar üzrə - 0,05 hektaradək, 9-12-ci zonalar üzrə - 0,06 hektaradək, Naxçıvan, Gəncə, Sumqayıt, Şirvan, Mingəçevir, Naftalan, Xankəndi, Şəki və Yevlax şəhərlərində - 0,07 hektaradək, digər rayon mərkəzlərində -0,08 hektaradək, qəsəbə və kəndlərdə - 0,12 hektaradək; 8.0.2. fərdi bağ evlərinin tikintisi üçün - 0,12 hektaradək; 8.0.3. kənd təsərrüfatı məqsədləri üçün inzibati-ərazi vahidi üzrə adambaşına düşən orta torpaq normasının kənd təsərrüfatına az yararlı torpaqlardan - 500 mislinədək; yararsız torpaqlardan - 600 mislinədək; 8.0.4. sənaye, nəqliyyat, rabitə və digər istehsal, ticarət, ictimai-iaşə, xidmət, digər obyektlərin, habelə fərdi və kooperativ qarajların, inzibati və çoxmənzilli çoxmərtəbəli binaların tikintisi üçün - layihə sənədləri ilə tələb olunan ölçüdə. - 9.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında bələdiyyə torpaqları üzərində mülkiyyət, istifadə və icarə hüquqları bələdiyyələrin qərarı ilə bilavasitə, torpaq hərracları və ya müsabiqələri vasitəsilə satıla bilər. - 9.6-cı maddəsinə əsasən bələdiyyə tərəfindən bilavasitə satılmış torpaq sahələri və onlar üzərində istifadə və icarə hüquqlarına dair alqı-satqı aktı tərtib edilir. Həmin Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən həmin Qanunun 6.5-ci maddəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanlarının səlahiyyətlərini keçmiş Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin yerli qurumları (kənd təsərrüfatı və qeyri-kənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair) və rayon, şəhər icra hakimiyyəti orqanlarının memarlıq xidmətləri (qeyri-kənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair) həyata keçirirlər. “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşması qaydaları haqqında” Əsasnamənin (qərar qəbul edilən zaman qüvvədə olan redaksiyası): - 1-ci bəndinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqların mülkiyyət, istifadə və icarə hüququ ilə hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. - 4-cü bəndinə əsasən bələdiyyə torpaqları üzərində mülkiyyət, istifadə və icarə hüquqlarının, habelə bələdiyyə torpaqlarının satışı bələdiyyələrin qərarı ilə bilavasitə, torpaq hərracları və ya müsabiqələri vasitəsilə "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu və 10-cu maddələrinə və bu Əsasnaməyə uyğun olaraq həyata keçirilir. - 17-ci bəndinin tələbinə görə bələdiyyə hüquqi və fiziki şəxsin müraciətində göstərilmiş yerdə torpaq sahəsinin ayrılmasını məqsədəuyğun hesab etdiyi halda 5 gün müddətində müraciətdən çıxarışı torpaq sahəsinin planını (cizgisini) hazırlamaq üçün müvafiq icra hakimiyyəti orqanına göndərir. - 21-ci bəndinə əsasən müvafiq icra hakimiyyəti orqanı ayrılması nəzərdə tutulan torpaq sahəsinin planını (cizgisini) təsdiq edərək, torpaq sahəsinin normativ qiyməti barədə sənəd ilə birlikdə 10 gün müddətində bələdiyyəyə göndərir. - 22-ci bəndinə əsasən bələdiyyə müvafiq icra hakimiyyəti orqanından daxil olmuş sənədlərə baxaraq 5 gün müddətində torpaq sahəsinin mülkiyyətə, istifadəyə və ya icarəyə ayrılması barədə (torpaq sahəsi mülkiyyətə verildiyi halda dəyəri ödənildikdən sonra) qərar qəbul edir. - 23-cü bəndinə əsasən torpaq sahəsinin mülkiyyətə, istifadəyə və ya icarəyə verilməsi barədə bələdiyyənin qərarından sonra həmin sahənin sərhədləri yerdə (naturada) yerquruluşu qaydasında müəyyən edilir. - 25-ci bəndinin tələbinə görə bələdiyyələr ayrılmış torpaq sahəsi üzərində mülkiyyət, istifadə və ya icarə hüququnu təsdiq edən sənədlərin hazırlanması üçün öz qərarından və torpaq sahəsinin planından (cizgisindən) çıxarışı müvafiq icra hakimiyyəti orqanına göndərir. - 26-cı bəndinə əsasən müvafiq icra hakimiyyəti orqanı hüquqi və fiziki şəxslərin vəsaiti hesabına 10 gün müddətində torpağa mülkiyyət, istifadə və ya icarə hüququna dair sənədi (dövlət aktı və ya şəhadətnamə) hazırlayır. Müvafiq icra hakimiyyəti orqanı torpaq sahəsi üzərində hüquqları dövlət torpaq kadastrında, dövlət torpaq reyestrində qeydiyyata alır və müvafiq sənədləri torpaq mülkiyyətçilərinə, istifadəçilərinə və icarəçilərinə təqdim edir. “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşması qaydaları haqqında” Əsasnaməninin tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 06 may 2002-ci il tarixli 696 saylı Fərmanına əsasən həmin Əsasnamənin 17-ci, 18-ci, 19-cu, 21-ci, 22-ci bəndlərində nəzərdə tutulmuş “müvafıq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini (bələdiyyə qərarının verildiyi tarixdə qüvvədə olan redaksiyası) Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin yerli qurumları həyata keçirirlər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin: - 65-ci maddəsinə əsasən torpaq sahəsinin yerquruluşu planı torpaq sahəsinin müəyyən miqyasda tərtib edilmiş və planaalma aparılan anda özündə ərazinin bütün vəziyyətini (bitki örtüyü, çaylar, yollar və digər obyektlər), şərti işarələr və nişanələr vasitəsilə əks etdirən xəritədir. Torpaq ayrılması üçün sahə seçildikdə həmin sahənin istifadəyə və icarəyə verilməsi (satılması) barədə müvafiq qərar qəbul edilənə qədər onun sərhədləri yerdə (naturada) və xəritədə müəyyən edilir. Torpaq sahələrinin sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi yerquruluşu qaydasında aparılır. Torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Torpaq sahələrinin sərhədləri yerə (naturaya) keçirildikdən sonra onun sahəsi ölçülür və torpaqların istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müqavilə bağlanılır. - 67-ci maddəsinə əsasən torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. - 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Məhkəmə araşdırılması zamanı mübahisələndirilən qərar qəbul edilən zaman qanunvericiliyin yuxarıda qeyd edilən tələblərinə əməl edilməməsi (torpağın bələdiyyənin mülkiyyətində olmasını təsdiq edən sənədin mövcud olmaması, müvafiq orqanların rəylərinin alınmaması, torpaq sahəsinin qanunla müəyyən edilmiş normadan artıq ayrılması), həmçinin mübahisəli torpaq sahəsinin Göradil bağ massivinin ərazisində yerləşməklə dövlət mülkiyyətində olan torpaq sahəsi olması müəyyən edilmişdir. Məhkəmə eyni zamanda qeyd edir ki, Bakı şəhəri, ünvan 13 ünvanında yerləşən sahəsi 0,118907 ha torpaq sahəsi, Binəqədi rayonunun Goradil ərazisində 0,12 hektar torpaq sahəsi olan 1983z nömrəli bağ sahəsi dövlət mülkiyyətində olan torpaq sahəsi kimi vətəndaşların mülkiyyətinə verilmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun: - 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. - 58.1-ci maddəsinə əsasən inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. - 65.1-ci maddəsinə əsasən aşağıdakı inzibati aktlar etibarsız sayılır: 65.1.1. hansı inzibati orqan tərəfindən qəbul edildiyi məlum olmayan yazılı inzibati akt; 65.1.2. müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt; 65.1.3. qanunvericiliyə əsasən yalnız müəyyən rəsmi sənəd (rəsmi sənədin təqdim edilməsi) formasında qəbul edilə bilən, lakin həmin tələbə cavab verməyən inzibati akt; 65.1.4. maraqlı şəxsdən inzibati və ya cinayət məsuliyyətinə səbəb ola bilən hərəkətlər etməyi tələb edən inzibati akt; 65.1.5. faktiki səbəblər üzündən icrası mümkün olmayan inzibati akt; 65.1.6. kimə ünvanlandığı aydın olmayan inzibati akt. - 65.2-ci maddəsinə əsasən etibarsız inzibati akt qəbul edildiyi andan yararsız (əhəmiyyətsiz) sayılır və heç bir hüquqi nəticə yaratmır. Məhkəmə hesab edir ki, cavabdeh Binəqədi Bələdiyyəsi tərəfindən qəbul edilmiş 29 dekabr 2006-cı il tarixli, 532 nömrəli qərar bələdiyyənin mülkiyyətində olmayan torpaq sahəsi ilə bağlı qəbul edildiyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 65.1.2-ci maddəsinə əsasən etibarsız inzibati aktdır. Ona görə də müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş mübahisələndirilən inzibati akt etibarsız sayılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. - 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, toplanmış və tədqiq olunan sübutlara məcmu halda, tam, hərtərəfli, obyektiv və qərəzsiz hüquqi qiymət verərək hesab edir ki, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi Bələdiyyəsinin “X4 istifadə etdiyi bağ-torpaq sahəsinin onun mülkiyyətinə verilməsi haqqında” 29 dekabr 2006-cı il tarixli, 532 nömrəli qərarı qəbul edilən zaman qanunvericiliyin tələblərinə əməl edilmədiyindən qeyd edilən inzibati akt qanuna ziddir və ona görə də iddia tələbi təmin edilərək həmin qərar etibarsız hesab edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75.4 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi Bələdiyyəsinin “X4 istifadə etdiyi bağ-torpaq sahəsinin onun mülkiyyətinə verilməsi haqqında” 29 dekabr 2006-cı il tarixli, 532 nömrəli qərarı etibarsız hesab edilsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) verilə bilər. Hakim Şəlalə Həsənova
Məhkəmə qərarları › İş №2-1(112)-6118/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-6118/2022
15.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver