Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-612/2023 28.09.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı X6a qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi X8 Ağa qızının katibliyi, İddiaçının vəkili X2, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı X6a qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1axaraq, aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İşin halları
1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı X6a qarşı cavabdehin imtinasının əsassız hesab edilməsi, 65 yaşı tamam olduğu vaxtdan (xx.xx.2021-ci il tarixdən), xx.xx.1973-cü il tarixdən xx.xx.2005-ci il tarixədək müxtəlif təsnifatlar üzrə işlədiyi illər sığorta stajına daxil edilməklə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.1973-cü ildən xx.xx.1975-ci ilədək Azərbaycan SSRİ Tikinti Sənaye Nazirliyinin 86 nömrəli Tikinti İdarəsinin trestində kalxozda işləmişdir. xx.xx.1977-ci ildən xx.xx.1977-ci ilədək MTKK-da təhsil almışdır. xx.xx.1977-ci ildə 252 saylı Əmrlə MTKK-da dülgər-betonçu peşəsini 3-cü dərəcə ilə bitirməklə ştat üzrə işə qəbul olunmuşdur. xx.xx.1981 -ci ildə 13 saylı Əmrlə dülgərbetonçu peşəsinin 4-cü dərəcəsinə yiyələnmiş, xx.xx.1983-cü ildə 88 saylı Əmrlə dülgərbetonçu peşəsinin 5-ci dərəcəsinə yiyələnmişdir. xx.xx.1995-ci ildə işdən azad edilmişdir. xx.xx.1995-ci ildə 13/k saylı Əmrlə “Mülkitikinti” idarəsində 5-ci dərəcəli dülgər peşəsinə qəbul edilmiş, xx.xx.2002-ci ildə isə öz xahişi ilə 1/k saylı Əmrlə işdən azad edilmişdir. Bundan sonra, xx.xx.2000-ci ildə 36 saylı Əmrlə "xxxx" firmasına direktor müavini vəzifəsinə təyin edilmiş, xx.xx.2003-cü ildə 41 saylı Əmrlə işdən azad edilmişdir. Daha sonra, xx.xx.2004-cü ildə 13k saylı Əmrlə “UNİCORN” firmasına direktor müavini vəzifəsinə təyin edilmiş, xx.xx.2005-ci ildə isə öz xahişi ilə işdən azad edilmişdir. Onu da, bildirir ki, xx.xx.1975-ci ildən xx.xx.1977-ci ilədək hərbi xidmətdə olmuşdur. 1978-ci ildən 1984-cü ilədək isə Azərbaycan Dövlət Universitetində təhsil almışdır. Yuxarıda qeyd olunanlardan da, aydın olduğu kimi o, uzun illərdir ki, əmək fəaliyyəti ilə məşğul olmuşdur. O, qanunla müəyyən olunmuş qaydada əmək stajını tamamlamış, yaşa görə əmək pensiyasının müəyyən olunması üçün tələb olunan yaş həddinə çatmışdır. Belə olduğu təqdirdə o, qanunla müəyyən olunmuş qaydada yaşa görə əmək pensiyası hüququndan istifadə etmək üçün xx.xx.2021-ci il tarixində ərizə ilə müraciət etmişdir. Lakin, xx.xx.2021-ci il tarixində **********1 saylı məktubla ona yaşa görə əmək pensiyasının təyin olunmasından imtina olunmuş, ona yalnızca sosial müavinətin ödənilməsinin mümkün olduğu bildirilmişdir. Həmin imtina məktubunda xx.xx.1992-ci ildən xx.xx.1995-ci ilədək, xx.xx.1995- ci ildən xx.xx.2002-ci ilədək çalışdığı müəssisələrin arxiv sənədlərinin ünvanları bəlli olmadığından həmin illər sığorta stajına daxil edilməmişdir. Lakin, onu stajı yaşa görə əmək pensiyasının təyin olunması üçün kifayət edir. Diqqətə çatdırır ki, 25 ildən artıq müddətə çalışmış, buna görə də, yaşa görə əmək pensiyası almaq hüququ vardır. İş stajı və yaşı qanunla müəyyən olunmuş şərtlərə cavab verdiyindən o, yaşa görə əmək pensiyanın təyin olunması üçün ərizə ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin Təyinatı X6a müraciət etmişdir. xx.xx.1973-cü il tarixdən xx.xx.2005-ci il tarixədək müxtəlif təsnifatlar üzrə vəzifələrdə əmək fəaliyyəti ilə məşğul olmasına dair qeydlər əmək kitabçasında öz əksini tapmışdır. Belə ki, əmək kitabçasında qeyd olunan dövrlər ərzində daima əmək fəaliyyəti ilə məşğul olmuş və bunun məntiqi nəticəsi olaraq həmin illər işləməsinə dair vergi və sığorta tutumaları da, aparılmışdır, yəni fəaliyyəti ilə əlaqədar vergi və sığorta ödənişlərini vaxtında ödəmişdir. O, birbaşa olaraq sığorta üçün nəzərdə tutulmuş ödənişləri hesaba ödəyən vəzifəli şəxs deyil. Ödənişlər onun əmək haqqından çıxılaraq aidiyyatı üzrə sığorta hesabına yönləndirilmişdir. Nəzərə alınsa ki, belə onun adından sığorta üçün nəzərdə tutulmuş ödənişlər fərdi hesabına yönləndirilməmişdir, bu bir vətəndaş kimi onun təqsiri üzündən həyata keçirilmədiyindən hesab edir ki, cavabdehin imtinası bu hissədə də, əsassızdır. Onu da, qeyd edir ki, o, 2021-ci ilin dekabr ayında ona təyin olunmuş sosial müavinəti maddi vəziyyətindən asılı olaraq qəbul etmişdir. Belə ki, o, yaşa görə əmək pensiyasının alınmasını tələb etsə də, ona yaşa görə əmək pensiyası təyin edilməmiş, yaşa görə sosial müavinət müəyyən edilmişdir. Onda həmin dövrdə heç bir əmək fəaliyyəti ilə məşğul olmadığından məcburiyyət qarşısında qalaraq həmin sosial müavinəti qəbul etmişdir. Bütün bunlara əsasən onun bir tək ədalət mühakiməsini yerinə yetirən, qanunun aliliyini üstün tutan məhkəməyə müraciət etmək və hüquqlarının bərpasını tələb etmək qərarına gəlmişdir.
3. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək 65 yaşı tamam olduğu, xx.xx.2021-ci il tarixindən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Dəqiqləşmiş ərizə icraata qəbul edilmişdir.
Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri
4. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinin tələblərinə əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətlərinin cavabdehə təqdim edilməsi barədə sərəncam təqdim edilmiş və iddiaya qarşı yazılı münasibətin (etirazın) bildirilməsi tələb olunmuşdur.
5. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı münasibət (etiraz) təqdim edilərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Etiraza əsasən, iddiaçı Əsədov X4 Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı X6a ərizə ilə müraciət edərək ona yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Fondun Sosial ödənişlərin təyinatı X6ın xx.xx.2022-ci il tarixli **********7 nömrəli imtina məktubunda qeyd edilmişdir ki, ona yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Qeyd edilən normanın məzmunundan göründüyü kimi xx.xx.1956-cı il təvəllüdlü İddiaçı yaşa görə əmək pensiyası hüququnun yaranması üçün qanunla nəzərdə tutulan yas həddinə 65 yaşının tamam olduğu xx.xx.2021-ci il tarixdə çatmasdır. İddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi üçün isə Qanunda göstərilmiş iki şərtdən biri mövcud olmalıdır: 1) fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq (28800 manat). 2) azı 25 il sığorta stajı olduqda. Həmin Qanunun 1.0.2-ci maddəsinə uyğun olaraq sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial’sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Lakin, iddiaçının sosial sığorta stajı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsində təsbit olunmuş normada müəyyən edilmiş şərtlərdən heç birini ödəmir. Belə ki, iddiaçının mübahisəli olmayan sığorta stajı təqdim etdiyi 148302 nömrəli hərbi biletə əsasən, xx.xx.1975-ci il tarixdən xx.xx.1977-ci il tarixədək hərbi xidmət keçdiyi 2 il 12 gün, ******* nömrəli əmək kitabçasına əsasən, xx.xx.1977-ci il tarixdən xx.xx.1992-ci il tarixədək işlədiyi 14 il 4 ay müddətdir ki, ümumilikdə 16 il 4 ay 12 gün təşkil edir. İddiaçının mühahisələndirilən sığorta stajı təqdim etdiyi ******* nömrəli əmək kitabçasında qeyd olunan xx.xx.1973-cü il tarixdən xx.xx.1975-ci il tarixədək Azərbaycan SSRİ Tikinti Sənaye Nazirliyinin 86 nömrəli tikinti idarəsinin trestində kolxozda işlədiyini iddia etdiyi 2 il, xx.xx.1992-ci il tarixdən xx.xx.1995-ci il tarixədək "xxxx" Dövlət Şirkətinin 8 №-li Trestində işlədiyini iddia etdiyi 3 il 4 ay, xx.xx.1995-ci il tarixdən xx.xx.2002-ci il tarixədək “Mülkitikinti” İdarəsinin 86 saylı Tikinti İdarəsində işlədiyini iddia etdiyi 7 il 4 ay müddətdir ki, bu da, ümumilikdə 12 il 8 ay təşkil edir. İddiaçıya ünvanlanmış xx.xx.2022-ci il tarixli **********7 nömrəli imtina məktubunda qeyd edilən məsələlərə aydınlıq gətirilməsi və işin tam, hərtərəfli və obyektiv araşdırılması üçün tərəflərindən Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filiala 11,02.2022-ci il tarixli **********9 nömrəli və 28.03 2022-ci il tarixli **********7 xidməti məktublarla müraciət edilmişdir. Filial tərəfindən xx.xx.2022-ci il tarixli **********4 nömrəli və xx.xx.2022-ci il tarixli **********6 nömrəli xidməti məktublarla sözügedən məsələlərə aydınlıq gətirilmiş və bildirilmişdir ki, iddiaçının əmək kitabçasının surətində qeyd olunan xx.xx.1973-cü il tarixdən xx.xx.1975-ci tarixədək Azərbaycan SSRİ Tikinti Sənaye Nazirliyinin 86 nömrəli tikinti idarəsinin trestində kolxozda işlədiyini iddia etdiyi dövr üzrə kolxozda əmək günü norması barədə müvafiq qeydlər olmadığından həmin dövr sığorta stajına daxil edilməmişdir. Həmçinin, iddiaçının xx.xx.1992-ci il tarixdən xx.xx.1995-ci il tarixədək işlədiyini iddia etdiyi dövr üzrə "xxxx" Dövlət Şirkətinin 8 №-li Trestinin, xx.xx.1995-ci il tarixdən xx.xx.2002-ci il tarixədək işlədiyini iddia etdiyi dövr üzrə isə “Mülkitikinti “ İdarəsinin 86 saylı Tikinti İdarəsinin faktiki və arxiv sənədlərinin saxlandığı ünvan məlum olmadığından həmin dövrlərin araşdırılması və sığorta stajına daxil edilməsi mümkün olmamışdır. Bu səbəbdən, əmək kitabçasında sözügedən qeydlər mötəbər hesab edilməmiş və həmin dövrlər iddiaçının sığorta stajına daxil edilməmişdir. Qeyd edirlər ki, tərəflərindən Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinə ünvanlanan sorğuya xx.xx.2022-ci il tarixli DA-00302-2022 nömrəli cavab məktubunda qeyd edilmişdir ki, "xxxx" Dövlət Şirkətinin 8 №-li Trestinin və “Mülkitikinti” İdarəsinin 86 saylı Tikinti İdarəsinin sənədləri arxivə dövlət mühafizəsinə verilməmişdir. Həmçinin, tərəflərindən Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Dövlət Arxivinin Bakı Filialına ünvanlanan sorğuya xx.xx.2022-ci il tarixli BA-00876-2022 nömrəli cavab məktubunda qeyd edilmişdir ki, "xxxx" Dövlət Şirkətinin 8 saylı trestinin və “Mülkitikinti” İdarəsinin 86 saylı Tikinti İdarəsinin arxiv sənədləri Dövlət Arxivinin Bakı Filialına təhvil verilməmişdir. Həmçinin, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə ünvanlanan sorğuya xx.xx.2022-ci il tarixli **********89 nömrəli cavab məktubunda qeyd edilmişdir ki, ünvan 2 ünvanında yerləşən “Mülkitikinti” İdarəsi (keçmiş 86 nömrəli Tikinti İdarəsi) ərazisində məcburi köçkün ailələri məskunlaşdığından fəaliyyət göstərmir, hüquqi şəxs kimi qeydiyyatdan keçməmiş və hal-hazırda dövlət mülkiyyətində olmaqla Əmlak Məsələləri Dövlət Xidmətinin “X1 və Koordinasiya Mərkəzi” publik hüquqi şəxsin balansındadır. Qeyd edirlər ki, Sosial Ödənişlərin Təyinatı X6 xx.xx.2022-ci il tarixli **********6 nömrəli xidməti məktubuna uyğun olaraq, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı 01.01,2006-ci il tarixədək 12510,14 manat, xx.xx.2019-cu il tarixi üzrə 42,72 manat olmaqla ümumilikdə 12552,86 manat təşkil edir ki, bu məbləğ pensiya yaşının tamam olduğu tarixdə qanunvericilikdə tələb olunan 28800 manat pensiya kapitalında azdır və əmək pensiyasının minimum məbləğindən (200 manat) az olmayan pensiya təminatına imkan vermir. Əlavə olaraq Qanunun 22-1-ci maddəsinə əsasən 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2006-cı il yanvarın 1-dək olan sığorta stajı bu Qanunun 22-1.2-ci maddəsinə uyğun olaraq hesablanır. Halbuki iddiaçının fərdi şəxsi hesabında xx.xx.2006-ci il tarixdən xx.xx.2018ci il tarixədək pensiya kapitalı qeydə alınmamışdır. Həmçinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu sosial təminat hüququnun məzmununu dəfələrlə təhlil edərək qeyd etmişdir ki, Konstitusiyada təsbit olunmuş digər hüquqlarla (şəxsi, iqtisadi, siyasi və mədəni) bərabər, sosial hüquqların eyni qaydada qorunmasına və müdafiəsinə təminat verilməsinə baxmayaraq, həmin hüquqların təmin edilməsində və həyata keçiriliməsində bir sıra səciyyəvi xüsusiyyətlər mövcuddur. Belə ki, şəxsi və siyasi hüquqlardan fərqli olaraq sosial hüquqların səmərəli həyata keçirilməsi dövlətin bu hüquqları təmin edə biləcək maliyyə imkanları ilə bağlıdır. (Konstitusiya Məhkəməsinin Plenumunun “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1ci və 8.3-cü maddələrini Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair 1 dekabr 2010-cu il tarixli Qərarı). Lakin, bütün hallarda pensiya təyin edilməsi və ödənilməsinin qanunverici tərəfindən tənzimlənməsi bərabərlik hüququna, o cümlədən Konstitusiyada normativ hüquqi aktların hüquqa və haqq-ədalətə (bərabər mənafelərə bərabər münasibətə) əsaslanmalı və konstitusiyaya zidd olmaması tələblərinə uyğun həyata keçirilməlidir. Eyni zamanda, Qərarda qeyd olunur ki, sosial təminat sahəsində münasibətlərin hüququ tənzimlənməsi zamanı eyni hüquqi vəziyyətdə olan subyektlər arasında ayrı-seçkiliyə yol verilməsi belə tənzimləmənin bütün subyektlərə münasibətdə qüsurlu olmasına gətirib çıxara bilər. Beləliklə, yuxarıda qeyd edilən əsaslara görə və qanunvericiliyin tələbləri baxımından İddiaçı yaşa görə əmək pensiyası hüququ yaranmır. Qeyd edilənlərdən bir daha aydın olduğu kimi, iddia tələbi əsassızdır, cavabdeh orqanın müvafiq qərarı qanunauyğun olmuşdur.
6. Cavabdeh tərəfindən etiraza əlavə təqdim olunaraq bildirilmişdir ki, 31 may 2022-ci il tarixli **********5 nömrəli etirazda qeyd edildiyi kimi, iddiaçının mübahisələndirilən sığorta stajı təqdim etdiyi ******* nömrəli əmək kitabçasında qeyd olunan xx.xx.1973-cü il tarixdən xx.xx.1975-ci il tarixədək Azərbaycan SSRİ Tikinti Sənaye Nazirliyinin 86 nömrəli tikinti idarəsinin trestində kolxozda işlədiyini iddia etdiyi 2 il, xx.xx.1992-cİ il tarixdən xx.xx.1995-ci il tarixədək "xxxx" Dövlət Şirkətinin 8 №-li Trestində işlədiyini iddia etdiyi 3 il 4 ay, xx.xx.1995-ci il tarixdən xx.xx.2002-ci il tarixədək “Mülkitikinti" İdarəsinin 86 saylı Tikinti İdarəsində işlədiyini iddia etdiyi 7 il 4 ay müddətdir ki, bu da ümumilikdə 12 il 8 ay təşkil edir. Belə ki, iddiaçının əmək kitabçasının surətində qeyd olunan xx.xx.1973-cü il tarixdən xx.xx.1975-ci tarixədək Azərbaycan SSRİ Tikinti Sənaye Nazirliyinin 86 nömrəli tikinti idarəsinin trestində kolxozda işlədiyini iddia etdiyi dövr üzrə kolxozda əmək günü norması barədə müvafiq qeydlər olmadığından həmin dövr sığorta stajına daxil edilməmişdir. İddiaçının işlədiyini iddia etdiyi illərə dair məlumatların həqiqiliyini müəyyən etmək üçün Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinə ünvanlanan sorğuya xx.xx.2022-ci il tarixli BA-00876-2022 nömrəli cavab məktubunda qeyd edilmişdir ki, “.Azərsənayetikinti" Dövlət Şirkətinin 8 saylı trestinin və “Mülkitikinti” İdarəsinin 86 saylı Tikinti İdarəsinin arxiv sənədləri Dövlət Arxivinin Bakı Filialına təhvil verilməmişdir. Həmçinin, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə ünvanlanan sorğuya xx.xx.2022-ci il tarixli **********89 nömrəli cavab məktubunda qeyd edilmişdir ki, ünvan 3 ünvanında yerləşən “Mülkitikinti” idarəsi (keçmiş 86 nömrəli Tikinti İdarəsi) ərazisində məcburi köçkün ailələri məskunlaşdığından fəaliyyət göstərmir, hüquqi şəxs kimi qeydiyyatdan keçməmiş və halhazırda dövlət mülkiyyətində olmaqla Əmlak Məsələləri Dövlət Xidmətinin “X1 və Koordinasiya Mərkəzi" publik hüquqi şəxsin balansındadır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 87-ci maddəsində qeyd olunmuşdur ki, işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. Lakin “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.2-ci maddəsinə əsasən təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Yuxanda qeyd olunanlardan əlavə inzibati orqanda şübhə yaradan hallar İddiaçı məxsus xx.xx.1977-ci il tarixli ******* nömrəli əmək kitabçasında aşkar edilmiş aşağıdakı qeydlərdir: 1. İddiaçının xx.xx.1995-ci il tarixdə işə daxil olması barədə əmrin tarixində qaralama vardır; 2. İddiaçının xx.xx.2002-ci il tarixdə işdən azad olması barədə əmrin nömrəsi 1-dir, həmçinin qeydlər kiril qrafikalı əlifbadadır. Belə ki, iddiaçı N. Əsədov sentyabr ayında işdən azad edilməsinə baxmayaraq müvafiq əmrin nömrəsinin 1 olması qeyrimümkündür. "Azərbaycan Respublikasında dövlət dili haqqında" Azərbaycan Respublikasının 413 nömrəli Qanunu 22 dekabr 1992-ci il tarixdə qüvvəyə minmişdir. “Latın qrafikalı Azərbaycan əlifbasının bərpası haqqında” Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi qaydası barədə xx.xx.1991-ci il tarixli Qərarda 1992-ci il tarixli latın qrafikalı Azərbaycan əlifbasının bərpası sahəsində keçirilən islahatlarda “möhür, ştamp və blank şəxslərinin yenidən qurulması və bütün təşkilatların möhürlərinin, blanklarının dəyişdirilməsi” nəzərdə tutulmuşdur. Yuxarıda qeyd olunan məlumatlar əmək kitabçasındakı müvafiq qeydlərin mötəbərliyinə dair ciddi sübhə doğurur. Bu səbəbdən əmək kitabçasındakı sözügedən dövrlər iddiaçının sığorta stajına daxil edilməmişdir. Beləliklə, hazırki iş üzrə İddiaçının kifayət qədər sosial sığorta stajı və ya fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı olmadığından onun yaşa görə əmək pensiyası hüququ yaranmır.
7. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçının vəkili iddia ərizəsinə və dəqiqləşmiş ərizəyə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi.
8. Şifahi məhkəmə baxışı iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza və etiraza əlavəyə uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi.
Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər
9. Azərbaycan Respublikası vətəndaşının AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinə əsasən İddiaçı xx.xx.1956-cı il təvəllüdlüdür.
10. İddiaçının müraciətinə cavabdeh tərəfindən verilmiş 23 noyabr 2021-ci il tarixli **********1 nömrəli “Yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina olunması haqqında” imtina məktubuna əsasən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017 -ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır). Hazırda kişilərin pensiya yaşı 65 yaş müəyyən edilmişdir. Həmin Qanunun 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də, müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Təqdim etdiyi sənədlərin surətlərinə əsasən əmək fəaliyyəti dövrü, o cümlədən, xx.xx.1975-cı il tarixindən xx.xx.1977-ci il tarixinədək hərbi xidmət dövrü, eyni zamanda əmək kitabçasında qeyd edilən digər dövrlər nəzərə alınmaqla sığorta stajı 16 il 4 ay təşkil edir və bu qanunvericiliklə tələb olunan müddətdən (25 ildən) azdır. Eyni zamanda, onun fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı 16 il 4 ay sığorta stajına uyğun olaraq 12444.60 manat təşkil edir ki, bu məbləğ qanunvericiliklə tələb olunan 28800 manat pensiya kapitalından azdır və əmək pensiyasının minimum məbləğindən (200 manat) az olmayan pensiya təminatına imkan vermir. Sözügedən Qanunun 22-1,1ci maddəsinə əsasən 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2006-cı il yanvarın 1dək olan sığorta stajı Qanunun 22-1.2-ci maddəsinə uyğun olaraq hesablanır. Məlumat üçün bildirirlər ki, xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Təqdim etdiyi əmək kitabçasının surətində qeyd olunmuş xx.xx.1992-ci il tarixindən xx.xx.1995-ci tarixinədək "xxxx" Dövlət Şirkətinin 8 № Trestindəki və xx.xx.1995-ci il tarixindən xx.xx.2002-ci il tarixinədək “Mülkitikinti” idarəsinin 86 saylı Tikinti idarəsindəki əmək fəaliyyəti dövrünün araşdırılması zərurəti yaranmışdır. Bildirirlər ki, X3 və Araşdırma Şöbəsinin xx.xx.2021-ci il tarixli xidməti məruzəsinə əsasən əmək kitabçasında qeyd olunan xx.xx.1992-ci il tarixindən xx.xx.1995-ci tarixinədək "xxxx" Dövlət Şirkətinin 8 № Trestinin və xx.xx.1995- ci il tarixindən xx.xx.2002-ci il tarixinədək “Mülkitikinti” idarəsinin 86 saylı Tikinti idarəsininin faktiki və arxiv sənədlərinin saxlandığı ünvan məlum olmadığından həmin dövrlərin sosial sığorta stajının araşdırılması və sığorta stajına daxil edilməsi mümkün olmamışdır. Qeyd olunanları nəzərə alaraq bildirirlər ki, onlara yaşa görə əmək pensiyasının təyin olunması qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Əlavə olaraq bildirilmişdir ki, sığorta stajını təsdiq edən əlavə sənəd təqdim edəcəyi təqdirdə sığorta stajı qanunveriliciklə tələb olunan 25 il müddətə tamamlanarsa, əmək fəaliyyəti dövrləri zərurət olduğu halda araşdırıla bilər. Bildirirlər ki, “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 4.0.1.2-ci maddəsinə əsasən ona xx.xx.2021-ci il tarixindən 130 manat məbləğində avtomatlaşdırılmış qaydada yaşa görə sosial müavinət təyin olunmuşdur. “İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 72.1ci və 73-cü maddələrinə əsasən müraciət barəsində qəbul edilmiş qərarla razılaşmadıqda həmin qərardan inzibati və (və ya ) məhkəmə qaydasında şikayət vermək hüququ vardır.
11. İddiaçının adına 12 may 1978-ci ildə açılmış ИТ-İ seriyalı ******* nömrəli və əmək kitabçasının notarial qaydada tərcümə və təsiq edilmiş surətinə əsasən ИТ-İ seriyalı ******* nömrəli əmək kitabçasına əsasən əmək fəaliyyəti aşağıdakı kimi olmuşdur: 26 aprel 1973-cü ildən 26 aprel 1975-ci il kimi Azərbaycan SSR Tikinti Sənaye Nazirliyinin 86 nömrəli tikinti idarəsinin 8 nömrəli trestində kolxozda işləmişdir. xx.xx.1977-ci ildə 1-ci dərəcəli dülgər kimi MTKK-na göndərilib, 06 sentyabr 1977-ci ildən 16 dekabr 1977-ci ilə qədər MTKK-da təhsil alıb, xx.xx.1977-ci ildə MTKK-da dülgərbetonçu peşəsinə 3-cü dərəcə işə bitirməklə ştat üzrə qəbul olunub, xx.xx.1981-ci il tarixdə dülgər-betonçu peşəsinin 4-cü dərəcəsinə yiyələnib, xx.xx.1983-cü il tarixdə dülgər-betonçu peşəsinin 5-ci dərəcəsinə yiyələnmiş, xx.xx.1986-cı il tarixli 420 nömrəli əmr əsasında AZ SSR “TSN” Az SSR “TN” adlandırılıb, xx.xx.1991-ci il tarixli 53 nömrəli əmr əsasında "xxxx"də 8 nömrəli trest ləğv olunub və onun tərkibi 7 nömrəli trestə köçürülüb, 20 may 1993-cü il tarixli 615 nömrəli əmr əsasında "xxxx" Birliyi "xxxx" Dövlət Şirkəti adlandırılıb, 18 yanvar 1994-cü il tarixli 04 nömrəli əmr əsasında "xxxx" Dövlət Şirkətində 8 nömrəli trest yenidən yaradılıb, xx.xx.1995-ci il tarixdə "xxxx" DŞ-nin xx.xx.1995-ci il tarixli 68 saylı əmrinə əsasən 86 saylı tikinti idarəsinin ləğvi əsasında işdən azad edilib, xx.xx.1995-ci il tarixdə “Mülkitikinti” İdarəsi 86 saylı Tİ-nin hüquqi varisi kimi yeni yaradılmış MTİ-nə 5-ci dərəcəli dülgər peşəsinə qəbul edilmiş, xx.xx.2002-ci il tarixdə işdən azad edilmişdir. xx.xx.2000-ci il tarixdə "xxxx" Firmasına kommersiya işləri üzrə direktor müavini vəzifəsinə təyin edilmiş xx.xx.2003-cü il tarixdə tutduğu vəzifədən azad olunub, xx.xx.2004-cü il tarixdə "xxxx" Firmasına direktor müavini təyin edilmiş, xx.xx.2005-ci il tarixdə öz arzusu ilə işdən azad edilmişdir.
12. ЛВ seriyalı 022980 nömrəli diploma əsasən iddaçı 1978-1984-cü illərdə C.M.Kirov adına X7 Ordenli Azərbaycan Dövlət Universitetini bitirmişdir.
13. ББ seriyalı 148302 nömrəli hərbi biletə əsasən iddiaçı xx.xx.1975xx.xx.1977-ci il tarixlərdə Sovet Ordu sıralarında hərbi xidmətdə olmuşdur.
14. Məhkəmənin sorğusuna əsasən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən xx.xx.2022-ci il tarixli **********648800 nömrəli məktubla bildirilmişdir ki, dövlət reyestrində "xxxx" Dövlət Şirkətinin 8 nömrəli Tresi və “Mülkitikinti” İdarəsinin 86 saylı Tikinti İdarəsi adlı hüquqi şəxslərin dövlət qeydiyyatından keçməsi barədə məlumat mövcud deyildir.
15. Məhkəmənin sorğusuna əsasən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən 09 fevral 2022-ci il tarixli **********93 nömrəli məktubla bildirilmişdir ki, ünvan 2 ünvanında yerləşən “Mülkitikinti” İdarəsinin (keçmiş 86 nömrəli Tikinti İdarəsi) ərazisində məcburi köçkün ailələri məskunlaşdığından İdarənin özəlləşdirilməsi həyata keçirilməmişdir və hal-hazırda dövlət mülkiyyətində olmaqla Əmlak Məsələləri Dövlət Xidmətinin sərəncamındadır, "xxxx" Dövlət Şirkətinin 8 nömrəli Tresti ilə bağlı isə heç bir məlumat yoxdur.
16. Məhkəmənin sorğusuna əsasən Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi tərəfindən 02 fevral 2022-ci il tarixli DA-00195-2022 nömrəli məktubla bildirilmişdir ki, "xxxx" Dövlət Şirkətinin 8 nömrəli Trestinin və “Mülkitikinti” İdarəsinin 86 saylı Tikinti İdarəsinin sənədləri arxivə dövlət mühafizəsinə verilməyib.
17. Məhkəmənin sorğusuna əsasən Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixli **********557700 nömrəli məktubla hüquqi şəxs "xxxx" ASC-nin fəaliyyəti barədə 2015-2023-cü il tarixləri üzrə məlumatlar təqidm edilmişdir.
18. Məhkəmənin sorğusuna əsasən Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən 29 aprel 2022-ci il tarixli **********239400 nömrəli məktubla xx.xx.1999-cu il tarixdə dövlət qeydiyyatına alınmış "xxxx" ASC-nin təsis sənədləri məhkəməyə təqdim edilmişdir.
19. Məhkəmənin sorğusuna əsasən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən 09 fevral 2022-ci il tarixli **********93 nömrəli məktubla bildirilmişdir ki, “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqamı”na uyğun olaraq keçmiş Əmlak Məsələləri Dövlət Komitəsinin xx.xx.2012-ci il tarixli 407 nömrəli sərəncamı ilə "xxxx" Açıq Səhmdar Cəmiyyətinə “Təchizat” müəssisəsi qoşularaq yenidən təşkil edilmiş və səhmləri xx.xx.2015-ci il tarixində tam özəlləşdirilərək mülkiyyətçisi dəyişmişdir. Xidmətin arxivdə olan "xxxx" ASC yaradılarkən müəssisədə fəaliyyət göstərmiş özəlləşdirmə komissiyası tərəfindən tərtib olunmuş özəlləşdirmə planında (emissiya prospektində) əsas iş yeri "xxxx" ASC olmuş işçilərin siyahısında İddiaçı adı aşkar edilməmişdir.
20. İş materiallarına iddiaçı ilə eyni yerlərdə işləyən fiziki şəxslərin əmək kitabçasının təsdiq olunmuş surətləri təqdim olunmuşdur.
ƏSASLANDİRMA HİSSƏSİ:
İddianın növü və mümkünlüyü
21. Məhkəmə qeyd edir ki, hazırki iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati prosessual qanunvericiliyə əsasən hazırki tələb öhdəliyin icrası haqqında iddia növünə aiddir.
22. İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
23. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd).
24. İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malikdir.
25. Öhdəliyin icrası haqqında iddiaya münasibətdə xüsusi mümkünlük şərti məhkəməyə müraciət etməmişdən öncə müvafiq ərizə ilə inzibati orqana müraciət etməsidir ki, işdə olan sənədlərdən görünür ki, iddiaçı məhkəməyə müraciət etməmişdən öncə müvafiq ərizə ilə cavabdeh inzibati orqana müraciət etmişdir. Cavabdeh tərəfindən iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. Məhkəmə iddianı mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
26. Məhkəmə işdə iştirak etmiş proses iştirakçılarının izahatlarını dinləyib, iddia ərizəsini iş üzrə toplanmış sənədlərlə birgə tədqiq edərək, hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir.
27. Belə ki, məhkəmə işin faktiki halları ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir:
28. İddiaçı ona yaşa görə əmək pensiyasının təyin edilməsi barədə cavabdeh inzibati orqana müraciət etmiş, cavabdeh tərəfindən onun müraciətinin təmin edilməsindən ümumi iş stajının 25 ildən az təşkil etməsinə (16 il 4 ay) və fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməməsinə istinad edilməklə imtina edilmişdir.
29. Cavabdeh tərəfindən iddiaçının sığorta stajına daxil edilməyərək mübahisələndirilən dövrlər isə təqdim etdiyi əmək kitabçasında xx.xx.1992-ci il tarixindən xx.xx.1995-ci il tarixinədək "xxxx" Dövlət Şirkətinin 8 nömrəli Trestindəki və xx.xx.1995-ci il tarixindən xx.xx.2002-ci il tarixinədək “Mülkitikinti” İdarəsinin 86 saylı Tikinti İdarəsində işlədiyi dövrlər olmuşdur. Həmin dövrlərin mübahisəli dövr kimi qiymətləndirilməsinə əsas, İdarələrin faktiki və arxiv sənədlərinin saxlandığı ünvanın məlum olmaması göstərilmişdir. Həmçinin, iddiaçının xx.xx.1973-cü il tarixdən 26.4.1975-ci il tarixədək Azərbaycan SSRİ Tikinti Sənaye Nazirliyinin 86 nömrəli Tikinti İdarəsinin Trestində kolkozda işlədiyini iddia etdiyi dövr üzrə kolxozda əmək günü norması barədə müvafiq qeydlər olmadığından həmin dövrlər də, onun sığorta stajına daxil edilməmişdir.
30. Məhkəmə tərəfindən sözügedən dövrlərin araşdırılması məqsədilə aidiyyəti qurumlara müvafiq sorğular göndərilmiş, həmin sorğulara daxil olmuş cavab məktublarına və iş materiallarında olan digər sənədlərə (digər inzibati iş üzrə qanun qüvvəsini almış məhkəmə qərarına, əmək kitabçasına və s.) əsasən müəyyən edilmişdir ki, ünvan 4 ünvanında yerləşən “Mülkitikinti” İdarəsinin (keçmiş 86 nömrəli Tikinti idarəsi) ərazisində məcburi köçkün ailələri məskunlaşdığından İdarənin özəlləşdirilməsi həyata keçirilməmişdir və hal-hazırda dövlət mülkiyyətində olmaqla Əmlak Məsələləri Dövlət Xidmətinin sərəncamındadır, "xxxx" Dövlət Şirkətinin 8 nömrəli Tresti ilə bağlı isə Əmlak Məsələləri Dövlət Xidmətində heç bir məlumat aşkar edilməmişdir. Lakin, iddiaçının əmək kitabçasına baxış keçirilərkən müəyyən edilmişdir ki, iddiaçı hələ 1973-cü ildə Azərbaycan SSR Tikinti Sənaye Nazirliyinin 86 nömrəli tikinti idarəsinin 8 nömrəli trestində kolxozda işləmiş, Azərbaycan SSR Tikinti Sənaye Nazirliyi xx.xx.1986-cı il tarixdən Azərbaycan SSR “TN” adlandırılmış, xx.xx.1991-ci il tarixdə "xxxx"-də 8 nömrəli trest ləğv edilərək onun tərkibi 7 nömrəli trestə köçürülmüş, xx.xx.1993-cü il tarixli əmr əsasında "xxxx" Birliyi "xxxx" Dövlət Şirkəti adlandırılmış 18 yanvar 1994-cü il tarixli əmrlə "xxxx" Dövlət Şirkəti 8 nömrəli trest yenidən yaradılmışdır, iddiaçı "xxxx" Dövlət Şirkətinin xx.xx.1995-ci il tarixli əmrinə əsasən 86 saylı tikinti idarəsinin ləğvi əsasında işdən azad edilmişdir. Sözügedən hallar ona əsas verir ki, "xxxx" Dövlət Şirkətinin 8 nömrəli tresti elə Azərbaycan SSR Tikinti Sənaye Nazirliyində əvvəllər mövcud olmuş, lakin sonradan Azərbaycan SSR Tikinti Sənaye Nazirliyi, Azərbaycan SSR “TN”, "xxxx" Birliyi, sonuncu dəfə isə "xxxx" Dövlət Şirkəti adlandırılmışdır və həmin 8 nömrəli trest sözügedən dövrlərdə yenidən yaradılmışdır. Bundan başqa iş materiallarında iddiaçı ilə eyni müəssisədə işləmiş fiziki şəxslərin əmək kitabçaları da, mövcuddur ki, sözügedən əmək kitabçalarının mövcudluğu həmin müəssisənin həqiqətən mövcud olması dəlilini bir daha qüvvətləndirir. Digər tərəfdən iş materiallarında Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-513/2022 saylı inzibati işi üzrə çıxarılmış qərar mövcuddur ki, həmin qərarda digər bir fiziki şəxsin "xxxx" Dövlət Şirkətinin 8 nömrəli Trestində qanuni əsaslarla əmək fəaliyyətinin olması öz təsdiqini tapmışdır. Məhkəmə hazırki işdə MPM-nin 82.3-cü maddəsinin tələblərini rəhbər tutaraq hesab edir ki, həmin qərarda öz əksini tapmış məlumatlarla iddiaçının əmək kitabçasında olan "xxxx" Dövlət Şirkətinin 8 nömrəli Tresti ilə bağlı qeydlərin mötəbərliyi bir daha öz təsdiqini tapmışdır və həmin Trestin mövcudluğunun hazırki məhkəmə icraatında sübuta yetirilməsinə zərurət yoxdur.
31. “Mülkitikinti” İdarəsinin (keçmiş 86 nömrəli Tikinti idarəsi) mövcudluğu və halhazırda dövlət mülkiyyətində olması isə işin mübahisəsiz halıdır.
32. Məhkəmə eləcə də, iddiaçının xx.xx.1973-cü il tarixdən 26.4.1975-ci il tarixədək Azərbaycan SSRİ Tikinti Sənaye Nazirliyinin 86 nömrəli Tikinti İdarəsinin Trestində kolkozda işlədiyini iddia etdiyi dövr üzrə kolxozda əmək günü norması barədə müvafiq qeydlər olmadığından həmin dövrlərin iddiaçının sığorta stajına daxil edilməməsi ilə bağlı dəlilini əsassız hesab edir. Belə ki, kolxozda əmək günü norması barədə müvafiq qeydlər olmaması iddiaçının təqsiri kimi qiymətləndirilə və onun hüquqlarını məhdudlaşdıran hal kimi nəzərə alına bilməz.
33. Cavabdeh tərəfindən etiraz ərizəsində həmçinin idiaçının xx.xx.1995-ci il tarixdə işə daxil olması barədə əmrin tarixində qaralama olmasına və xx.xx.2002-ci il tarixdə işdən azad olunması barədə əmrin nömrəsinin “1” olmasına istinad edilmişdir ki, məhkəmə cavabdehin həmin dəlilinə münasibətdə qeyd edir ki, əmək kitabçasının həmin bəndindəki əmrin tarixinə edilmiş qaralama “gün” və “il” üzrə edilməmiş, yalnız “aya” edilmiş, lakin həmin qeyd edilmiş “ayın” düzgünlüyü isə işə qəbul tarixi ilə bağlı qeydlə üst-üstə düşmüşdür və “işə qəbul tarixində” hər hansı bir qaralama, düzəliş edilməmişdir. xx.xx.2002-ci il tarixdə işdən azad olunması barədə əmrin nömrəsi isə cavabdehin iddia etdiyi şəkildə “1” deyil, “1/k” olmuşdur.
34. Məhkəmə işin yuxarıda qeyd edilən hallarını, həmçinin mübahisəli dövrün iddiaçının xx.xx.2006-cı il tarixədək qeydə alınmış sığorta stajı ilə bağlı olmasını nəzərə alaraq hesab edir ki, işin yuxarıda qeyd edilən halları nəzərə alınmaqla həmin dövrlər iddiaçının sığorta stajına mübahisəsiz daxil edilməlidir.
35. Belə ki, “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 69. İş stajı, müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir, iş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır, əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda, mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikası Nazirlər Kabineti müəyyənləşdirir.
36. “İşçilərin əmək kitabçasının forması və onun tətbiqi qaydaları” haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı: Maddə 1.1 Əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir. Maddə 3.11. Əmək kitabçası işəgötürən və ya işəgötürənin müəyyən etdiyi məsul şəxs tərəfindən imzalanır. Əmək kitabçası ilk dəfə hansı işverən tərəfindən doldurulursa, onun da möhürü ilə təsdiq edilir. Hüquqi şəxs yaratmadan, sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs işçinin əmək kitabçasında aparılmış qeydləri imzası ilə təsdiq edir.
37. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin: Bənd 1. Əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Bənd 3. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır.
38. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması qaydalarının 3.1-ci bəndinə əsasən, sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq 2 hissəyə bölünür: Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. Həmin qaydaların 3.2.1-ci bəndinə əsasən, 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası üzrə PAS-a (X1) daxil edilmiş məlumatlara əsasən müəyyən edilir. 3.6-cı bəndə əsasən, qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı sığortaolunanın fərdi uçot məlumatları əsasında müəyyən olunur.
39. Göründüyü kimi, mövcud “Qaydalar”da, "Əmək pensiyaları haqqında" Qanun qüvvəyə minən günədək, yəni xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün sosial sığorta stajının əmək kitabçasına əsasən müəyyən edildiyini təsbit edilmişdir. xx.xx.2006-cı il tarixdən sonrakı dövr üçün isə sosial sığorta stajının sığortaolunanın fərdi uçot məlumatları əsasında, yəni məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi ilə müəyyən olunduğu təsbit edilmişdir.
40. Həmçinin məhkəmə qeyd edir ki, şəxsin pensiya təyin edilməsi zamanı nəzərə alınmalı olan sosial sığorta stajı (iş stajı) bir qayda olaraq uzun illər ərzində toplanır. Bu illər ərzində onun işlədiyi, təhsil aldığı, hərbi xidmətdə olduğu və s. dövrlərin pensiya hüququ verən sosial sığorta stajına hesablanması, eləcə də hansı sənədlərin iş stajını təsdiq edən sənədlər kimi nəzərə alınmasının mümkünlüyü məsələsinə münasibətdə qanunvericiliyin normaları dəyişkən ola bilər. Belə dəyişkənliyin şəxsin hüquqlarını pozmamasını təmin etmək üçün “qazanılmış hüquq” konsepsiyası tətbiq edilməlidir.
41. Qazanılmış hüquqlara münasibətdə nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya məhdudlaşdırıla bilməz. Bu, qanunvericinin sosial təminat sahəsindəki tənzimləmə müstəqilliyinin mütləq olmayıb, “qanuni gözlənti” və “hüquqi müəyyənlik” prinsipləri ilə məhdudlaşdığından irəli gəlir. Qeyd edilən prinsiplərin mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl şəxslərin artıq əldə edilmiş hüquqlarını əvəzsiz ləğv edə bilməz.
42. Bu mənada, qüvvədə olan qanunvericilik normaları iddiaçının xx.xx.2006-cı il tarixədək fəaliyyətini əmək kitabçası əsasında iş stajı kimi təsdiq edilməsinin mümkünlüyünü birmənalı nəzərdə tutur.
43. Eyni zamanda, hazırda qüvvədə olan və iddiaçının vəziyyətini yaxşılaşdıran Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel 175 saylı qərarı ilə təsdiq olunmuş Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 4.1.1-ci bəndinə əsasən 2006- cı il yanvarın 1-dək olan dövr üzrə əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda saxlanılan məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən müəyyən edilir.
44. Qanunvericiliyin qeyd olunan tələblərindən göründüyü kimi, iddiaçının 2006-cı ilə qədər olan sığorta stajı, əmək kitabçasına, əmək kitabçası olmadıqda işəgötürənin və ya dövlət arxivinin arayışlarına əsasən hesablanır.
45. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Maddənin qeyd hissəsinə əsasən, bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır.
46. Beləliklə hazırki işin hallarından müəyyən edilmişdir ki, iddiaçı xx.xx.1956-cı il təvəllüdlü olmaqla qanunvericiliklə müəyyən edilmiş pensiya yaşı həddinə 65 yaşının tamam olduğu xx.xx.2021-ci il tarixdə çatmışdır. İddiaçının cavabdeh tərəfindən mübahisələndirilməyən əmək stajı 16 il 4 ay təşkil etmiş, cavabdeh tərəfindən imtina məktubuna əsasən mübahisələndirilən, məhkəmə tərəfindən isə imtina məktubunda mübahisələndirilmiş sosial sığorta stajına daxil edilməli hesab edilən dövr isə (xx.xx.1992-xx.xx.1995, xx.xx.1995-xx.xx.2002-ci illər olmaqla) 11 il 8 ay təşkil etməklə, ümumilikdə iddiaçının 27 il 8 aydan çox əmək stajı olmuşdur. Belə olan təqdirdə məhkəmə hesab edir ki, iddiaçının 25 ildən çox iş stajının olması məhkəmə araşdırması zamanı öz təsdiqini tapdığından iddiaçının tələbi əsaslı hesab edilməklə iddia tələbi təmin edilməlidir.
47. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.
48. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatın nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir.
49. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
50. Beləliklə, göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsaslı hesab edilməklə təmin edilməlidir.
NƏTİCƏ HİSSƏSİ:
Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 73, 75, 81, 85-ci maddələrinə əsasən, məhkəmə
QƏRARA ALDİ:
İddia tələbi təmin edilsin. İddiaçı xx.xx.2021-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı X6a həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Aygün Abdullayeva