Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6123/2021 30.08.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi ilə, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Üçüncü şəxs X1 nümayəndəsi və vəkili Vəkil, Cavabdeh Bakı şəhəri, Suraxanı rayonu, Cavabdeh nümayəndəsi X6 iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri, Suraxanı rayonu, Cavabdehnə qarşı “qərarın ləğv edilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı Bakı şəhəri, Suraxanı rayonu, Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək torpaq sahəsi ayrılması barədə Suraxanı rayonu Cavabdeh 06.02.2008ci il tarixli, 12 saylı qərarını etibarsız hesab edilməsi haqqında Suraxanı rayonu Cavabdeh 30.03.2021-ci il tarixli qərarının ləğv edilməsi tələbini irəli sürmuşdür. İddia tələbi Suraxanı rayonu Cavabdeh 06.02.2008-ci il tarixli 12 saylı qərarının etibarsız hesab edilərək ləğv edilməsi haqqında Suraxanı rayonu Cavabdeh 30.03.2021-ci il tarixli qərarının ləğv edilməsi barədə qərar çıxarılması kimi dəqiqləşdirilmişdir.
2. Tələb onunla əsaslandırılmışdır ki, Suraxanı rayonu Cavabdeh 06.02.2008-ci il tarixli, 12 saylı qərarı ilə mənzil şəraitini yaxşılaşdırmaq məqsədi ilə Qaraçuxur qəsəbəsində, E.Bəkirli küçəsində abadlaşdırıb bağ sahəsi kimi istifadə etdiyi 400 kv.m torpaq sahəsi istifadəsinə verilmişdir. Sonradan həmin torpaq sahəsinə mülkiyyət hüququna dair çıxarış alıb. Çıxarış aldıqdan sonra torpaq sahəsini özgəninkiləşdirib. Lakin Suraxanı rayonu Cavabdeh 30.03.2021-ci ildə ona torpaq sahəsi ayrılması barədə həmin bələdiyyənin 06.02.2008-ci il tarixli, 12 saylı qərarını etibarsız hesab etmişdir. Etibarsızlığın səbəbləri protokoldan çıxarışda göstərilməyib. Cavabdehin 30.03.2021-ci il tarixli 03 saylı protokolu əsassız və qanunsuzdur. Belə ki, qanunverici bələdiyyələrə öz qərarını ləğv etmək səlahiyyəti verməmişdir. Bələdiyyə qərarının etibarsız hesab edilməsi məhkəmə qaydasında həyata keçirilə bilər. Hazırda Bakı Apellyasiya məhkəməsində Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-2653/2020 saylı, 21 may 2020-ci il tarixli qərarından verdiyi apellyasiya şikayətinə baxılır. Cavabdeh məhkəməni yanıltmaq üçün Suraxanı rayonu Qaraçuxur Bələdiyyəsnin 06.02.2008-ci il tarixli, 12 saylı qərarının etibarsız hesab edilməsi haqqında 30.03.2021-ci il tarixli 03 saylı protokolu məhkəməyə təqdim edib. Artıq Suraxanı rayonu Cavabdeh 06.02.2008-ci il tarixli, 12 saylı qərarı mövcud deyil. Cavabdeh 30.03.2021-ci il tarixdə torpaq sahəsi verilməsi barədə qərarla bağlı məsələyə baxarkən ona məlumat verməmişdir.
3. Bakı şəhəri Suraxanı rayonu Cavabdeh 06.02.2008-ci il tarixli №12 qərarına əsasən, vətəndaş İddiaçı Qaraçuxur qəsəbəsi, E.Bəkirli küçəsində (ayrıc aktında göstərilən yerdə) istifadə etdiyi 400 kv.m torpaq sahəsinin fərdi yaşayış evi tikintisi üçün onun adına sənədləşdirilməsi qərara alınmışdır.
4. Azərbaycan Respublikası Suraxanı rayonu Cavabdeh 30.03.2021-ci il tarixli 03 saylı iclas protokolundan çıxarışa əsasən, İddiaçı adına olan 06.02.2008-ci il tarixli 12 saylı qərarı etibarsız hesab edilərək ləğv edilmişdir.
5. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2653/2020 nömrəli iş üzrə 21.05.2020-ci il tarixli qərarı ilə Bakı şəhəri, Suraxanı rayonu, Cavabdeh 06 fevral 2008-ci il tarixli, 12 saylı qərarı ilə ayrılmış Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində yerləşən 400 kv.metr torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhəri Ərazi İdarəsinin üzərinə qoyulması barədə iddia tələbi təmin edilməmişdir. Qeyd edilən qərara əsasən müəyyən olunur ki: - Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 24 dekabr 2014-cü il tarixli, 2-1(85)- 1600/2014 saylı qərarı ilə iddia təmin edilmiş, Bakı şəhəri, Suraxanı rayonu, Cavabdeh 06 fevral 2008-ci il tarixli, 12 saylı qərarı ilə ayrılmış Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində yerləşən 400 kv.metr torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestridə qeydiyyata alınması və dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhəri Ərazi İdarəsinin üzərinə qoyulması qərara alınmışdır. - Cavabdeh tərəfindən yeni açılmış hallarla bağlı icraatın təzələnməsi haqqında ərizə ilə məhkəməyə müraciət edilmiş və Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 18.05.2017ci il tarixli, 2-1(85)-1600/2014 saylı qərardadı ilə ərizə təmin edilmiş, Sumqayıt İnzibati- İqtisadi Məhkəməsinin 2-1(85)-1600/2014 saylı, 24.12.2014-cü il tarixli qərarı ləğv edilərək iş üzrə icraat təzələnmişdir. - Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 18 may 2017-ci il tarixli qərardadı ilə iş aidiyyəti üzrə baxılması üçün 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə göndərilmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 08.05.2019-cu il tarixli, 2- 1(82)-24/2019 saylı qərarı ilə iddia təmin edilməmişdir. - Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 17 oktyabr 2019-cu il tarixli, 2-1(103)-2236/19 saylı qərardadı ilə İddiaçı apelyasiya şikayəti qismən təmin edilmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 08.05.2019-cu il tarixli, 2-1(82)- 24/2019 saylı qərarı ləğv edilmiş və iş məhkəmə icraatının davam etdirilməsi üçün məhkəməyə göndərilmişdir.
6. Tərəflərin izahatına əsasən müəyyən olunur ki, həmin qərar (Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2653/2020 nömrəli iş üzrə 21.05.2020-ci il tarixli qərarı) hazırda (2-1(103)- 1372/2020 nömrəli iş) Bakı Apellyasiya Məhkəməsinin icraatındadır.
7. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 24 dekabr 2014-cü il tarixli, 2-1(85)- 1600/2014 saylı qərarının icra olunması nəticəsində daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsaslanaraq Bakı şəhəri, Suraxanı rayonu, Qara Çuxur qəsəbəsi, Etibar Bəkirli küçəsində yerləşən 0,04 ha torpaq sahəsi X1 adına özgəninkiləşdirilmişdir.
8. Məhkəmənin hazırki iş üzrə 27.07.2021-ci il tarixli qərardadı ilə X3 hazırki iş üzrə üçüncü şəxs qismində cəlb edilmişdir.
9. Məhkəmənin hazırlıq icraatı üzrə iclasında iştirak edən iddiaçı və üçüncü şəxsin nümayəndəsi (vəkili) iddia tələbini müdafiə edərək iddianın məzmununa uyğun izahat verdi və bildirdi ki, Suraxanı rayonu Cavabdeh 06.02.2008-ci il tarixli, 12 saylı qərarı ilə Bidadi Bayramovun mənzil şəraitini yaxşılaşdırmaq məqsədi ilə Qaraçuxur qəsəbəsində, E.Bəkirli küçəsində abadlaşdırıb bağ sahəsi kimi istifadə etdiyi 400 kvm torpaq sahəsini onun istifadəsinə vermişdir. Həmin torpaq sahəsinə mülkiyyət hüququna dair çıxarış alınıb, sonra isə X4ma özgəninkiləşdirilib. Lakin Suraxanı rayonu Cavabdeh 31.03.2017ci il tarixli ərizə ilə Sumqayıt İnzibati məhkəməsinə müraciət edərək İddiaçı ayrılan torpaq sahəsinin bələdiyyənin mülkiyyətində olmadığını iddia etmişdir. 12 saylı, 06.02.2008-ci il tarixli qərarı 10 il ərzində mübahisələndirilməyib. Torpaq sahəsinə başqa şəxs iddia etmir. Cavabdeh ilkin olaraq torpaq sahəsinin bələdiyyə torpaqlarına aid olmamasını iddia etmiş, bu hal ekspertiza rəyi təkzib olunduqdan sonra, bələdiyyənin belə bir qərarı olmamasına istinad etmişdir. Əgər Bələdiyyənin belə bir qərarı yoxdursa olmayan qərarın mübahisələndirilməsi də absudddur. 12 saylı, 06.02.2008-ci il tarixli qərar Cavabdeh hüquqlarının pozmur. 30.03.2021-ci ildə Bədadi Bayramova torpaq sahəsi ayrılması barədə həmin bələdiyyənin 06.02.2008-ci il tarixli, 12 saylı qərarını etibarsız hesab edilməsi üzrə inzibati icraat başlanmamış, inzibati araşdırılma aparılmamış, İddiaçı məlumat verilməmiş, 06.02.2008-ci il tarixli, 12 saylı qərarın qəbul edilməsində iştirak etmiş bələdiyyə üzvüləri və bələdiyyənin sabiq sədri iclasa dəvət edilib dindirilməmişdir. İnzibati icraatın başlanması üçün bələdiyyənin hüququnun pozulması gərəkdir. Bələdiyyənin hüququ pozulmadığı üçün inzibati araşdırılma aparılması istisna olunur. İnzibati icraat haqqında qanunun 65-ci və 67-ci maddələrində inzibati aktın etibarsız hesab edilməsi və ləğv edilməsinin səbəbləri göstərilib. Hazırki iş üzrə 06.02.2008-ci il tarixli, 12 saylı qərarını etibarsız hesab edilməsi və ləğv edilməsi üçün İnzibati icraat haqqında qanunun 65-ci və 67-ci maddələrində göstərilən hallardan heç biri mövcud deyil. Xüsusi ilə nəzərə almaq lazımdır ki, qanunverici qanunsuz inzibati aktın ləğv olunması üçün bir il müddət müəyyən edib. Qərarın qəbil edilməsindən 12 ildən çox, qərarın qanunsuzluğunun iddia edilməsindən isə 4 ildən artı vaxt keçib. Hansı prizmadan yanaşırıq yanaşaq Suraxanı rayon Cavabdeh 30.03.2021-ci il tarixli qərarı qanunsuzdur və qanunların kobud surətdə pozulmasıdır. Məhkəmənin baxış iclasında iştirak edən iddiaçı və üçüncü şəxsin nümayəndəsi (vəkili) iddia tələbini müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etdi.
10. Məhkəmənin hazırlıq icraatı üzrə iclasında iştirak edən cavabdeh Suraxanı rayonu, Cavabdeh nümayəndəsi verdiyi izahatında bildirdi ki, İddiaçı Cavabdeh tərəfindən verilməmiş 06.02.2008-ci tarixli 12 saylı qərarla əlaqədar bələdiyyə iclasının 03 saylı 30.03.2021-ci il tarixli protokolunda aşağıdakı məsələlər müzakirə olunmuşdur: Cavabdeh 06.02.2008-ci il tarixli 12 saylı qərarı və Sumqayıt İnzibati- İqtisadi Məhkəməsinin 2-1 (85)-1600/2014 saylı inzibati iş üzrə 24.12.2014-cü il tarixli qərar əsas gətirilərək Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX tərəfindən Bakı şəhə- Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, E.Bəkirli küçəsində (Qaraçuxur - Əmircan yolunun sağ tərəfi) yerləşən 400,0 kv.m torpaq sahəsi vətəndaş X1 adına ilkin hüquqi qeydiyyata alınmasına dair 02.12.2015-ci il tarixli çıxarış (seriya RX № 0784855) və 01.12.2015-ci il tarixli (seriya A № 019262) torpaq sahəsinin planı və ölçüsü verilmişdir. Nəzərinizə çatdırmaq istəyirik ki, qeyd olunan torpaq sahəsinin bir hissəs yerli əhəmiyyətli avtomobil yolunun, eləcə də yeraltı su və magistral qaz xətlərinin mühafizə zolağında yerləşir. Sözügedən torpaq sahəsinin vətəndaş İddiaçı ayrılmasına dair, eləcə də X2 ayrılmasına dair Cavabdeh tərəfindən qərar verilmədiyini və Sumqayıt İnzibati- İqtisadi Məhkəməsinin 2-1(85 - 1600/2014 saylı inzibati iş üzrə 24.12.2014-cü il tarixli qərarının Cavabdehn n maraqlarına toxunduğunu nəzərə alaraq tərəfimizdən 75 saylı 26.04.2017-ci il tarixli məktuba müraciət edərək inzibati iş üzrə yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərzə təqdim olunmuşdur. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 18 may 2017-ci il tarixli 2-1(85)-1600/2014 sayl. qərarı ilə Cavabdeh inzibati iş üzrə yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizəsi təmin edildi və Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 24 dekabr 2014-cü il tarixli 2-1 (85)-1600/2014 saylı qərarı ləğv edildi. Həmçinin Sumqayıt İnzibati-İqtisad Məhkəməsinin 18 may 2017-ci il tarixli 2-1(85)-2334/2017 saylı qərarı ilə inzibati iş baxılmas üçün aidiyyəti üzrə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə göndərilib və 2- 1(82)- 24/2019 saylı 08.05.2019-cu il tarixli qərarla 2 saylı Bakı İnzibati-İqtisad Məhkəməsi iddianı təmin etməmişdir. Sonra Bakı İnzibati Məhəkəməsi vasitəsilə qarşı tərəf iddia qaldırmış, lakin Bakı İnzibati Məhəkəməsi 2-1(112)-2653-2020 saylı 21.05.2020-ci tarixli qərarla iddianı təmin etməmiş və bu qərardan iddiaçı apellyasiya şikayəti vermişdir. Cavabdeh tərəfindən İddiaçı adına 06 fevral 2008-ci il tarixli, 12 saylı qərar verilməmişdir. Qeyd edilən qərardan 2017-ci ildə məlumatlı olmuşlar və yeni açılmış hallarla bağlı məhkəməyə müraciət etmişlər. Həmin qərar qanunsuz olduğu üçün 30.03.2021-ci il tarixdə 03 saylı iclas protokolu əsasında həmin qərar ləğv edilmişdir. Bir daha qeyd etmək istəyir ki, mübahisəli torpaq sahəsinə dair iddiaçı ilə bələdiyə arasında qanunvericiliyin tələblərinə uyğun alqı-satqı müqaviləsi (aktı) bağlanmamışdır və sənədlərin əsilləri dəfələrlə məhəkəmə iclaslarında qarşı tərəfdən tələb edilsə də, məhkəməyə təqdim etməməişdilər. Odur ki, təklif edilmişdir ki, Cavabdeh 06.02.2008-ci il tarix 12 saylı qərarı etibarsız hesab edilərək ləğv edilsin. Bələdiyyənin üzvləri Tahir Səfərov və Eldar Mirzəliyev çıxış edərək qanunvericiliyin tələblərin pozulduğu üçün qeyd olunan qərarın ləğv edilməsini dəstəkləmişlər. Qeyd: Azərbaycan Respublikası Konstitusiyasının 150.2-ci maddəsinə əsasən bələdiyyənin qəbul etdiyi aktın icrası onun ərazisində yaşayan vətəndaşlar və onun ərazisində yerləşən hüquqi şəxslər üçün məcburidir.
11. Məhkəmənin baxış iclasında iştirak edən cavabdehin nümayəndəsi qanunvericiliyin tələblərinə uyğun olaraq iddiaçı ilə bələdiyyə arasında alqı-satqı müqaviləsi (aktı) bağlanmamasını, eləcə də yuxarıda sadalananları nəzərə alıb iddianın təmin edilməsini məhkəmədən xahiş etdi.
II. İddianın növü və mümkünlüyü
12. İddianın növü öhdəliyin icrasına dair iddiadır.
13. “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Bu normaya görə inzibati akt hakimiyyət tədbiri olmaqla aşağıdakı əlamətləri ilə səciyyələnir - inzibati orqan tərəfindən qəbul edilməli; ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmalı; ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaratmalı; qanunvericilikdə nəzərdə tutulmuş formalardan birinə uyğun olmalıdır. Beləliklə, inzibati akt hüquqi nəticələr yaradır, yəni ünvanlandığı hüquqi və ya fiziki şəxsin (şəxslərin) hüquqi vəziyyətini dəyişdirir, onun üzərinə vəzifə və öhdəliklər qoyur və ya ona bu və ya digər hüququn həyata keçirilməsinə şərait yaradır, bununla da hüquq münasibətlərinin formalaşması, mövcud münasibətlərin dəyişdirilməsi və ya onlara xitam verilməsinin faktiki əsası kimi çıxış edir (“Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında" Azərbaycan Respublikasının 2016-cı il 30 dekabr tarixli 474VQ №-li Qanununun tətbiqi ilə bağlı vergi ödəyicilərinin şəxsi hesab vərəqələrində əməliyyatların edilməsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 13 avqust 2020-ci il tarixli Qərardadı, №02, 24-cü bənd).
14. İPM-in 2.2.1-ci maddəsinə əsasən, şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
15. İPM-in 32.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər.
16. Odur ki, Suraxanı rayonu, Cavabdeh 30.03.2021-ci il tarixdə 03 saylı iclas protokolu qeyd edilən əlamətlərə malik olduğundan inzibati aktdır və hazırki iddia mübahisələndirməyə dair iddiadır.
17. İddia mümkündür.
III. Məhkəmənin mövqeyi
18. Məhkəmə ilk olaraq müəyyən etməlidir ki, iddiaçının Bakı şəhəri, Suraxanı rayonu, Cavabdeh 06 fevral 2008-ci il tarixli, 12 saylı qərarı ilə ayrılmış həmin torpaq sahəsinə dair “qanuni gözləntisi” varmı? Belə ki, X7 Presedent hüququna əsasən, məhkəmə tərəfindən dəfələrlə qeyd edilmişdir ki, “mülkiyyət” ifadəsi qanunvericinin verdiyi anlayışla məhdudlaşmır, avtonom anlayışa malikdir.
19. “Əmlak”a “mövcud əmlak” və ya aktiv, o cümlədən ərizəçinin əmlak hüquqlarından istifadəni təmin etmək üçün ən azı “qanuni gözləntisi” olan iddialar ola bilər. Səmərəli şəkildə icrası mümkün olmayan əmlakı tanıtmağa ümid, eləcə də şərtin icra edilməməsi nəticəsində uzanan şərti iddia 1 saylı Protokolun 1-ci maddəsi baxımından “əmlak” hesab edilə bilməz (Prince Hans-Adam İİ of Liechtenstein v. Germany , and Gratzinger and Gratzingerova v. the Czech Republic );
20. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir” (Saghinadze və başqaları Gürcüstana qarşı 27.5.2010 tarixli qərar [İİ Bölmə] ərizə № 18768/05).
21. X8 Konvensiyasının 1 saylı Protokolun 1-ci maddəsi üç fərqli qayda nəzərdə tutur: birinci qayda, birinci bəndin birinci cümləsində nəzərdə tutulmuşdur, ümumi xarakterə malikdir və mülkiyyətdən maneəsiz şəkildə istifadə prinsipini müəyyən edir; ikinci qayda, birinci bəndin ikinci cümləsində nəzərdə tutulmuşdur, mülkiyyətdən məhrum etməni və onun şərtlərini əhatə edir; üçüncü qayda, ikinci bənddə nəzərdə tutulmuşdur, Dövlətlərin, digər məsələlərlə yanaşı, mülkiyyətdən ictimai marağa uyğun şəkildə istifadə olunmasına nəzarət etmək hüququnu tanıyır. Bu qaydalar bir-birilə əlaqəlidir: ikinci və üçüncü qaydalar mülkiyyətdən maneəsiz istifadə hüququna müdaxilənin konkret nümunələri ilə bağlıdırlar və birinci qaydada nəzərdə tutulan prinsip əsasında təhlil edilməlidirlər.
22. Məhkəmə hazırki iş üzrə araşdırmanı X8 Konvensiyasının 1 saylı Protokolun 1-ci maddəsi üzrə araşdırma sxemi üzrə aparmağı məqsədəuyğun hesab edir. Nəticə aşağıdakı təhlildən asılı olmalıdır: 1) İş üzrə araşdırılan hüquq 1-ci maddənin mənası baxımından mülkiyyət hüququ və ya əmlaka sahiblik hüququ sayıla bilərmi? 2) Əmlaka sahiblik hüququna müdaxilə baş veribmi? 3) Həmin müdaxiləyə 1-ci maddədə yer alan üç normadan hansının əsasında baxılmalıdır? Yəni mübahisələndirilən tədbir hansı müdaxiləni təşdil edir 3.1. işin halları əmlakdan məhrum etməni əhatə edirmi? 3.2.Əgər cavab yoxsa, işin halları əmlakdan istifadəyə nəzarətlə bağlıdırmı? 3.3. Əgər cavab yoxsa, işin halları ümumi prinsiplərin işığında şərh olunmalıdırmı (dövlət hakimiyyət orqanları əmlakdan dinc istifadə etmək hüququna hörmət etmişlərmi)? 4) Müdaxilə üçün qanuni əsas varmı? 5) Mülkiyyət hüququna müdaxilə cəmiyyətin maraqlarına xidmət edirmi, yəni qanuni məqsəd daşıyırmı? 6) Müdaxilə qarşıya qoyulan məqsədə mütənasibdirmi? Yaxud başqa sözlə, həmin müdaxilə cəmiyyətin ümumi maraqlarının tələbləri ilə şəxsin əsas hüquqlarının müdafiəsi tələbləri arasında ədalətli tarazlığı qoruyub saxlayırmı?
23. Məhkəmə hesab edir ki, ləğv edilən qərara əsaslanan məhkəmə aktı iddiaçının hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və daha sonra torpaq sahəsinin özgəninkiləşdirilməi üçün əsas olmuşdur. Odur ki, məhkəmə həmin torpaq sahəsinə iddiaçının “qanuni gözləntisi” olmadığı qənaətinə gəlmək üçün əsas görmür. Mübahisələndirilən qərar onun mülkiyyət hüququna müdaxilədir. Həmin müdaxilə nə mülkiyyətdən məhrumetmə, nə də mülkiyyətdən istifadəyə nəzarət məqsədi daşıyan qanunvericilik sisteminin tərkib hissəsi kimi qiymətləndirilə bilər. Odur ki, məhkəmə hazırki müdaxiləyə mülkiyyətdən maneəsiz şəkildə istifadə prinsipinin işığında qiymət verəcəkdir. Qeyd edilən mövqe X8 Məhkəməsinin presedent hüququna uyğundur (bax: the Lithgow və başqaları Birləşmiş Krallığa qarşı 8 oyul 1986, seriya A no. 102, p. 46, § 106; Beyeler İtaliyaya qarşı 05 yanvar 2000, ərizə 33202/96 § 106).
24. Müdaxilənin qanuniliyi, qanuni məqsədlərə cavab verməsi, eləcə də iddiaçıya münasibətdə ədalətli tarazlığa riayət olunub-olunmaması məhkəmə tərəfindən qiymətləndirilməlidir.
25. Bakı şəhəri, Suraxanı rayonu, Cavabdeh 06 fevral 2008-ci il tarixli, 12 saylı qərarı ilə ayrılmış Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində yerləşən 400 kv.metr torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhəri Ərazi İdarəsinin üzərinə qoyulması tələbi irəli sürüldüyündən həmin qərarın qanuniliyi hazırda məhkəmə araşdırmasının predmetidir. Bakı şəhəri Suraxanı rayonu Cavabdeh 06.02.2008-ci il tarixli №12 qərarı Bakı şəhəri Suraxanı rayonu Cavabdeh tərəfindən qanunsuz inzibati akt hesab olunduğundan 30.03.2021-ci il tarixdə ləğv olunmuşdur.
26. Qeyd edilən Bakı şəhəri, Suraxanı rayonu, Cavabdeh 06 fevral 2008-ci il tarixli, 12 saylı qərarının qanuniliyi məhkəmə araşdırmasının predmeti ola-ola həmin aktın Bakı şəhəri, Suraxanı rayonu, Cavabdeh tərəfindən qəbul edilmədiyi bildirildiyi təqdirdə ləğv edilməsini (30.03.2021-ci il tarixdə) məhkəmə mülahizəli və ağlabatan hesab etmir.
27. Bununla belə məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Suraxanı rayonu Cavabdeh 30.03.2021-ci il tarixli 03 saylı iclas protokolundan çıxarış (qərar) qəbul edilərkən inzibati icraat haqqında qanunvericiliyin tələbləri pozulmuşdur.
28. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunundan: 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. 21.2. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə borcludur. 28.1. İnzibati icraatın başlanılması üçün əsaslar aşağıdakılardır: 28.1.1. fiziki və ya hüquqi şəxsin ərizəsi; 28.1.2. inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi; 28.1.3. inzibati aktdan şikayət verildiyi halda, inzibati şikayət. 28.2. Bu Qanunun 28.1.1-ci və 28.1.3-cü maddələrində nəzərdə tutulmuş hallarda inzibati icraat müvafiq olaraq ərizənin və ya şikayətin qeydiyyata alındığı andan başlanır. 28.3. Bu Qanunun 28.1.2-ci maddəsində nəzərdə tutulmuş hallarda inzibati icraat maraqlı şəxsə icraat haqqında məlumat verildiyi və ya maraqlı şəxsə münasibətdə ilk prosessual hərəkətin həyata keçirildiyi andan başlanır. 62.1. İnzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir.
29. Göründüyü kimi inzibati aktın qəbul edilməsi zamanı qanunvericilik müvafiq prosedur müəyyən etmişdir, yəni qanunvericiliyin tələbinə görə inzibati aktın qəbul edilməsi və ümumiyyətlə, inzibati icraatın aparılması zamanı inzibati icraatda iştirak etmək hüququna malik olan şəxsin dinlənilmək, inzibati icraat materialları ilə tanış olmaq, inzibati akt qəbul edilənədək və qəbul edildikdən sonra həmin akt barəsində qanunla müəyyən olunmuş vaxt ərzində məlumatlanmaq (tanış olmaq), həmin aktdan şikayət vermək hüquqlarının izah olunması və şikayət verə bilmək imkanlarının təmin edilməsi inzibati orqanın borcudur.
30. Məhkəmə həmin Bakı şəhəri, Suraxanı rayonu, Cavabdeh 06 fevral 2008-ci il tarixli, 12 saylı qərarın qanuniliyinə qiymət vermədən (digər məhkəmə araşdırmasının predmetidir) onun əlverişli inzibati akt olduğunu qeyd edir. Həmin inzibati akt qanunsuz hesab olunsa belə, əlverişli olduğundan ləğv edilərkən qanunun aşağıdakı tələblərinə cavab vermiş olmalıdır.
31. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 67.6-cı maddəsinə əsasən, maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. 67.7. Bu Qanunun 67.6-cı maddəsində göstərilən hallarda qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Bu zaman maraqlı şəxs xərclənmiş pul vəsaitlərinin və ya istifadə olunmuş əşyanın əvəzini ödəməyə borcludur. Ödəmənin həcmi Azərbaycan Respublikası Mülki Məcəlləsinin əsassız varlanma ilə bağlı müddəalarına uyğun olaraq müəyyən edilir. 67.12. Qanunsuz inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. Həmin qayda bu Qanunun 67.6.1-ci maddəsində nəzərdə tutulmuş hallara şamil olunmur.
32. İPM-in 14.1-ci maddəsinə əsasən, mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Qeyd edilən halları sübutetmə yükü cavabdehin üzərindədir və cavabdeh tərəfindən məhkəməyə həmin halların mövcudluğunu təsdiq edən hər hansı sübut təqdim edilməmişdir.
33. Eyni zamanda məhkəmə qeyd edir ki, qanunsuz hesab edilən inzibati akt barədə ən geci 2017-ci ildə məlumatlı olduğu təqdirdə, cavabdeh tərəfindən həmin akt 2021-ci il tarixdə ləğv edilmiş və məhkəmə araşdırması zamanı iddiaçının rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə həmin inzibati aktın qəbul edilməsinə nail olması barədə hər hansı sübut təqdim edilməmişdir.
34. Beləliklə, məhkəmə hesab edir ki, cavabdeh qurum tərəfindən qəbul edilən qərar inzibati icraat haqqında qanunvericiliyin qeyd edilən tələblərinə uyğun olmadığından iddia təmin edilməli, mübahisələndirilən qərar ləğv edilməlidir.
35. İPM-in 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
36. Göstərilənlərə əsasən və İPM-in 2.3, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
İddia təmin edilsin. İddiaçı adına olan 06.02.2008-ci il tarixli 12 saylı qərarın etibarsız hesab edilərək ləğv edilməsi haqqında Suraxanı rayonu Cavabdeh 30.03.2021-ci il tarixli 03 saylı iclas protokolundan çıxarış (qərar) ləğv edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.
Hakim Günel Sevdimalıyeva