Məhkəmə qərarları › İş №2-1(112)-613/2020

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-613/2020

09.06.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-613/2020 09.06.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi Emin Etibar oğlu Eminzadəninkatibliyi İddiaçının nümayəndəsi və vəkili Vəkil oglunun iştirakı ilə İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı X13, X9, X10, X7 və X11 üçüncü şəxslərqismində inzibati məhkəmə icraatına cəlb olunmaqla “üçüncü şəxslərin mənzildən qeydiyyatdan çıxarılması vəzifəsinin cavabdehə həvalə edilməsi barədə”iddiası üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı “üçüncü şəxslərin mənzildənqeydiyyatdan çıxarılması“ iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir. İnzibati məhkəmələrin və kommersiya məhkəmələrinin təşkili və “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 9 iyul tarixli 1632-VQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 19 iyul tarixli 1325 nömrəli Sərəncamına əsasən Bakı İnzibati Məhkəməsi təşkil edilmişdir. Bakı İnzibati Məhkəməsinin təşkil edilməsi ilə bağlı hazırkı iş “AZEMİS” Elektron Məhkəmə sistemi vasitəsi ilə icraatıma verilmişdir. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, X4, X1, X2, X3 və onların uşaqları olan xx.xx.2002-ci il təvəllüdlü X13 və xx.xx.2003-cu il təvəlüdlü X9 və xx.xx.2012-ci il təvəllüdlü Ağayeva Elvira Babək qızının Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal -2 küçəsi,ev 7, mənil 152 ünvanından yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması vəzifəsinin cavabdeh Bakı şəhəri Cavabdeh üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş, dəqiqləşdirilmiş iddia tələbi icraata qəbul edilmişdir. İddia ərizəsi və ona əlavə edilmiş sənədlərdən məlum olur ki, İddiaçı xüsusi mülkiyyət hüququ ilə ona məxsus olan Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal-2 küçəsi, ev 7, 152 saylı mənzildən üçüncü şəxslərin qeydiyyatdan çıxarılması barədə ərizə ilə Bakı şəhəri Cavabdehnə müraciət etmiş, sonuncu tərəfindən iddiaçıya ünvanlanmış formal məzmunlu cavab məktubu ilə xahişi təmin edilməmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2-1(81)- 4982/2019 saylı qərardadı ilə X13, X9 və X10 üçüncü şəxslər qismində inzibati məhkəmə icraatına cəlb edilmişlər. Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2-1(112)-613/2020 saylı qərardadı ilə X7 və X11 üçüncü şəxslərqismində inzibati məhkəmə icraatına cəlb edilmişlər. Hüquqi mübahisənin barışıq yolu ilə nizama salmaq və iş materiallarında saxlanılması mümkün olan sənədlərin məhkəməyə təqdimolunması proses iştirakçılarına təklif edilmiş, zəruri sənədlər toplanmış və iş üzrə digər qanunamüvafiq prosessual hərəkətlər edildikdən sonra işə baxılması təyin edilmişdir. İş üzrəkeçirilmiş şifahi məhkəmə baxışı iclasında iddiaçının nümayəndəsi və vəkili dəqiqləşdirilmiş iddia tələbini müdafiə edərək, məhkəməyə verdiyi izahatında bildirdi ki, Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal -2 küçəsi, ev 7, mənzil 152 İddiaçı xüsusi mülkiyyət hüququ ilə ona məxsusdur. Həmin mənzili notarial qaydada bağlanılmış xx.xx.2012-ci il tarixli alqı-satqı müqaviləsi ilə əldə etmişdir. Sözügedən mənzilin alqı-satqı sənədləri içərisində üçüncü şəxslər X1, X2, X3, X11 həmin mənzilin satılmasına etiraz etmədiyini təsdiq edən ərizə də mövcuddur. Üçüncü şəxslərlə onun arasında hər hansı qohumluq və ailə münasibəti yoxdur. Yasamal rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə X11, X1, X7, X3 mənzildən istifadə hüququna xitam verilməsi qət edilmiş və icra edilmişdir. Lakin onların uşaqları xx.xx.2002-ci il təvəllüdlü X13, xx.xx.2003-cü il təvəllüdlü X9 və xx.xx.2012-ci il təvəllüdlü X10 mənzildə qeydiyyatda qalmışlar. Həmin şəxslərin ona məxsus mənzildən qeydiyyatdan çıxarılması barədə ərizə ilə Bakı şəhəri Cavabdehnə müraciət etmiş, xahişi təmin olunmamış, ona ünvanlanmış cavab məktubunda ərizəsinin təmin edilməməsinin heç bir hüquqi əsası göstərilməmiş, yalnız məsələnin həlli üçün məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. Bu səbəbdən hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı işin qeyd edilən hallarını nəzərə alaraq, iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh Yasamal RPİ-nin nümayəndəsi və üçüncü şəxslər məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə, İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsaslanaraq, cavabdeh Yasamal RPİ-nin nümayəndəsinin və üçüncü şəxsin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının izahatını dinləyib,iş üzrə toplanmış sənədləri tədqiq edərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməlidir. İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Belə ki, iş materiallarına əlavə edilmiş: -Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli, 04 mart 2019-cu il tarixli arayışdan görünür ki, ünvan 4 ünvanda İddiaçı və xx.xx.2002-cü il təvəllüdlü X13, xx.xx.2003-cü il təvəllüdlü X9, xx.xx.2012-ci il təvəllüdlü X10, xx.xx.1975-ci il təvllüdlü X7 və xx.xx.1979-cu il təvəlüdlü X11, xx.xx.1975-ci il təvəllüdlü X8, xx.xx.1983-cü il təvəllüdlü X5 pasport qeydiyyatındadırlar; -Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(004)- 4168/2019 saylı qətnaməsi ilə İddiaçı iddiası təmin edilərək, cavabdehlər X4, X1, X2, X3 iddiaçının mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal -2 küçəsi,ev 7, 152 mənzilə istifadə hüquqlarına xitam verilmişdir; -Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestindən RX seriyalı, 093622 nömrəli çıxarışına əsasən, Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal -2 küçəsi,ev 7, 152 mənzil İddiaçı mülkiyyətinə ********** qeydiyyat nömrəsi ilə 22 sentyabr 2016-cı il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 2221 nömrəli reyestr kinabının 206605 nömrəli vərəqində qeydiyyata alınmışdır; -İş materiallarında olan 07 sentyabr 2016-cı il tarixli AN-№0517358 saylı Daşınmaz Əmlakın Alqı-Satqı Müqaviləsinə əsasən X12 Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal -2 küçəsi, ev 7, 152 mənzili İddiaçı satmışdır; - xx.xx.2016-ci il tarixdə notarial qaydada tərtib edilərək təsdiq olunmuş ərizədə X5 qeydiyyatda olduğu ünvan 4 ünvanında yerləşən mənzilin satılmasına etiraz etmədiyini bildirmişdir; -Yasamal RPİ-nin iddiaçıya ünvanladığı xx.xx.2019-cu il tarixli 48337M-3219 saylı məktubda onun Yasamal RPİ-yə ünvanladığı ərizəsinə cavab olaraq “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən ona məxsus olan mənzildə qeydiyyatda olan şəxsin qeydiyyatdan çıxarılması üçün məhkəmə orqanlarına müraciət etməsinin məqsədəmüvafiq olması iddiaçıya tövsiyə olunmuşdur. Məhkəmə qeyd edir ki, işin mübahisələndirilməyən hallarına o hallar daxildir ki, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(004)-4168/2019 saylı qətnaməsi ilə İddiaçı iddiası təmin edilərək, cavabdehlər X4, X1, X2, X3 iddiaçının mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal -2 küçəsi,ev 7, 152 mənzilə istifadə hüquqlarına xitam verilmiş, qətnamə hüquqi qüvvəsini aldıgından icra edilmiş, lakin həmin şəxslərin övladları xx.xx.2002-cü il təvəllüdlü X13, xx.xx.2003-cü il təvəllüdlü X9, xx.xx.2012-ci il təvəllüdlü X10 iddiaçıya məxsus mənzildən qeydiyyatda qalmışlar. İddiaçı mülkiyyətində olan mənzildən xx.xx.2002-cü il təvəllüdlü X13, xx.xx.2003-cü il təvəllüdlü X9, xx.xx.2012-ci il təvəllüdlü X6 qeydiyyatdan çıxarılmasını arzu edir. İddiaçı bildirir ki, uşaqların valideynləri qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi əsasında mülkiyyətində olan mənzildən qeydiyyatdan çıxarılmışlar. Cavabdehin mövqeyinə görə mənzildən qeydiyyatdan çıxmanın əsasları “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsində əksini tapmışdır. Bu maddədə nəzərdə tutulan əsasların hər hansı biri mövcud olmadığından adı çəkilən şəxslər mənzildən qeydiyyatdan çıxarıla bilməz. Qeydiyyatdan çıxarılması tələb olunan şəxslərin sənədlərindən görünür ki, onların müvafiq olaraq 17, 16 və 17 yaşları vardır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 2-ci maddəsinin 2 və 4- cü bəndlərində qeyd edilmişdir ki, on dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin-müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır. On dörd yaşından on səkkiz yaşınadək olan yetkinlik yaşına çatmayanların (tam həcmdə fəaliyyət qabiliyyəti əldə edənlər istisna olmaqla) yaşayış yeri onların qanuni nümayəndələrinin — müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin, yaxud qəyyumların və ya himayəçilərin razılığı ilə müəyyən edilir. Qanunverici on dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və on dörd yaşından on səkkiz yaşınadək olan yetkinlik yaşına çatmayanların yaşayış yerini onların qanuni nümayəndələrinin-müvafiq olaraq valideynlərinin razılığı ilə müəyyən etmişdir. İddiaçının mülkiyyətində olan mənzildə qeydiyyatda olan şəxslərin siyahısından görünür ki, uşaqların valideynləri iddiaçının mülkiyyətində olan mənzildə qeydiyyatda deyillər. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsinə əsasən, üçüncü şəxslər X4, X1, X2, X3 iddiaçının mülkiyyətində olan mənzilindən yaşayış sahəsindən istifadə hüququna xitam verilmiş və icra sənədi icra edilmişdir. Qanunvericiliyə görə on dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların yaşayış yeri onların valideynlərinin yaşayış yeri sayılır, on dörd yaşından on səkkiz yaşınadək olan yetkinlik yaşına çatmayanların (tam həcmdə fəaliyyət qabiliyyəti əldə edənlər istisna olmaqla) yaşayış yeri onların valideynlərinin razılığı ilə müəyyən edilir. Üçüncü şəxslərin (valideynlərin) yaşayış yeri iddiaçının yaşayış yeri deyildir. İddiaçının mənzilində qeydiyyatda olmayan və orada yaşamayan valideynlərin yetkinlik yaşına çatmayan uşaqlarının iddiaçının mənzilində yaşayış yeri seçməsi barədə razılığa gəlmələri də istisna edilir. İnzibati Prosessual Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İnzibati Prosessual Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Beləliklə məhkəmə toplanmış sübutlara məcmusu ilə qiymət verərək hesab edir ki, iddia təmin edilməli, xüsusi mülkiyyət hüququ ilə İddiaçı məxsus olan ünvan 7 ünvanından xx.xx.2002-cü il təvəllüdlü X13, xx.xx.2003-cü il təvəllüdlü X9, xx.xx.2012-ci il təvəllüdlü X6 qeydiyyatdan çıxarılması vəzifəsi cavabdeh Bakı şəhəri Cavabdeh üzərinə qoyulmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı məxsus olan ünvan 7 ünvanından xx.xx.2002-cü il təvəllüdlü X13, xx.xx.2003-cü il təvəllüdlü X9, xx.xx.2012-ci il təvəllüdlü X6 qeydiyyatdan çıxarılması vəzifəsi cavabdeh Bakı şəhəri Cavabdeh üzərinə qoyulsun. Məhkəmə qərarından inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada tam formada təqdim olunduğu gündən 30 (otuz) günmüddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin inzibati kollegiyasına (ünvan: ünvan 9 SƏDRLİK EDƏN Mehriban Qarayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar