Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-613/2022 09.06.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Bakı İnzibati Məhkəməsinin hakimi Həsənova Şəlalə Akif qızının sədrliyi, Bəşirli Leyla Elşad qızının katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi və vəkili X8 oğlunun və cavabdehin nümayəndəsi X1 iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı X3 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmaqla bağ sahəsi üzərində hüquqların qeydiyyata alınması tələbinə dair inzibati iş materiallarına açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı bağ massivində yerləşən sahəsi 0,12 ha olan 1133 v saylı bağ sahəsi üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmənin 31.03.2022-ci il tarixli, 2-1(112)-613/2022 nömrəli qərardadı ilə X3 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı məhkəməyə ərizə təqdim edərək göstərdi ki, Bakı şəhəri, Pirşağı bağ massivində yerləşən 1133v saylı bağ sahəsi 30 ildən artıqdır ki, onun qanuni istifadəsindədir. Bu müddət, yəni 1983-cü ildən ərzində həmin torpaq sahəsindən mübahisəsiz olaraq istifadə olunur. Ədalətli məhkəmə araşdırılmasının aparılması məqsədi ilə onun istifadəsində olan 1133v saylı bağ sahəsinə dair digər şəxs İsmayılova Sədayənin icraata cəlb edilməsi ilə bağlı köməklik göstərmişlər. Həmin şəxsin qanunsuz şəkildə qüvvədən düşmüş order əsasında istifadəsində olmayan bağ sahəsinə iddia edir. Sözügedən order və onun verilməsinə əsas olmuş müvafiq qərarın qüvvədən düşmüş hesab edilməsi ilə bağlı məhkəməyə müraciət etmişdir. 2022-ci ilin mart ayında keçirilmiş iclasda üçüncü şəxs S.İsmayılovaya ona ayrılmış bağ sahəsinin yerinin göstərilməsi barədə təklif edildi. Üçüncü şəxs sözügedən bağ sahəsinin göstərilməsindən imtina etdi. Növbəti prosesdə üçüncü heç bir hüquqmüəyyənedici sənəd məhkəməyə təqdim etməmiş və 09.06.2022-ci il tarixə, saat 11:40-a təyin edilmiş məhkəmə iclasında iştirak etməmişdir. Bu səbəbdən hazırda ona çıxarışın verilməsi ilə bağlı iddiasının baxılmasına zərurət yoxdur. Gələcəkdə qüvvədən düşmüş order barədə məhkəmənin qanuni qüvvəyə minmiş qərarı qəbul edildikdən sonra hazırki iddia ilə bağlı məhkəməyə müraciət edəcəkdir. Odur ki, iddia ərizəsinin və ona əlavə olunmuş sənədlərin geri qaytarılmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili X8 oğlu iddiaçı tərəfindən verilmiş ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X4 ərizənin təmin olunmasına etiraz etmədiyini bildirdi. Üçüncü şəxs X3 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılsa da, hər hansı üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməklə iddia geri götürülmüş sayılmalı və inzibati iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55.3-cü maddəsinə əsasən məhkəmənin tələbinə baxmayaraq, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia geri götürülmüş sayılır. Belə hallarda məhkəmə iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edir. Qanunun mənasına görə məhkəmənin tələbinə baxmayaraq, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayınmaqla hərəkətsizlik göstərərək, onun iddia ərizəsinin məhkəmədə baxılmasını və iş üzrə qərarın qəbul edilməsini istəmir. Buna görə də məhkəmə tərəfindən iddia geri götürülmüş sayılır. Məhkəmə hesab edir ki, iddiaçı öz hərəkəti ilə iradəsinə uyğun olaraq məhkəməyə iddia ərizəsinin və ona əlavə olunmuş sənədlərin geri qaytarılması barədə ərizə verdikdə də o, iddia ərizəsinin məhkəmədə baxılmasını və iş üzrə qərarın qəbul edilməsini istəmir. Həmin səbəbdən də iddiaçının iradəsinə uyğun olaraq məhkəmə iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul etməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55.5-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55.3, 55.5, 80, 81.1, 85.1-cı maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Ərizə təmin edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı X3 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmaqla bağ sahəsi üzərində hüquqların qeydiyyata alınması tələbinə dair iş üzrə iddia geri götürülmüş sayılsın və inzibati iş üzrə icraata xitam verilsin. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Şəlalə Həsənova
Məhkəmə qərarları › İş №2-1(112)-613/2022
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-613/2022
09.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver