Məhkəmə qərarları › İş №2-1(112)-6134/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-6134/2022

19.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6134/2022 19.10.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Məhkəmənin hakimi Həsənova Şəlalə Akif qızının sədrliyi, Bəşirli Leyla Elşad qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili X8 iştirakı ilə İddiaçı cavabdeh Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinə qarşı X20, X25, X21 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmaqla yaşayış yeri üzrə qeydiyyatdan çıxarılma tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.1984-cü il təvəllüdlü X9, xx.xx.1982-ci il təvəllüdlü X13, xx.xx.1957-ci il təvəllüdlü X10, xx.xx.1960-cı il təvəllüdlü X4, xx.xx.2007-ci il təvəllüdlü X5, xx.xx.1982-ci il təvəllüdlü X14, xx.xx.2007-ci il təvəllüdlü X7 mülkiyyətində olan ünvan 1dən qeydiyyatdan çıxarılmaları öhdəliyinin cavabdehə həvalə olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli, 2-1(112)-6134/2022 nömrəli qərardadı ilə X20, X25, X21, X15, X26 iş üzrə üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmuşlar. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək üçüncü şəxslər xx.xx.1984-cü il təvəllüdlü X9, xx.xx.1982-ci il təvəllüdlü X13, xx.xx.1957-ci il təvəllüdlü X10 mülkiyyətində olan ünvan 1-dən qeydiyyatdan çıxarılmaları öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş və həmin ərizə məhkəmə tərəfindən icraata qəbul edilmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə iş üzrə X4 və X14 üçüncü şəxs qismində inzibati məhkəmə icraatında iştiraklarına xitam verilmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, ünvan 1 onun xüsusi mülkiyyətindədir, üçüncü şəxslər isə həmin evdə qeydiyyatdadırlar, lakin onlar onun ailə üzvləri deyildirlər, onun evində faktiki yaşamırlar, evlə bağlı əmlak hüquqları mövcud deyildir. Üçüncü şəxslərin, eyni zamanda üçüncü şəxs X14 övladları olan azyaşlılar xx.xx.2007-ci il təvəllüdlü X5 və xx.xx.2007-ci il təvəllüdlü X7 onun evində qeydiyyatda olmaları onun yaşayış evi üzərində mülkiyyət hüquqlarını pozur. Belə ki, o mülkiyyətində olan evə dair öz mülahizəsinə uyğun sərəncam verə bilmir. O həmin şəxslərin hansı əsaslarla evə qeydiyyata düşmələrini bilmir, o, buna razılıq verməmişdir. Onu da bildirir ki, yaşayış evi xx.xx.2001-ci ildə keçmiş əri X11 tərəfindən alqı-satqı müqaviləsi (kserosurəti əlavə edilir, əsli daşınmaz əmlakın dövlət reyestri xidmətindədir) əsasında satın alınmışdır və həmin vaxt evdə heç kim qeydiyyatda olmamışdır. Bu barədə arayış təqdim edilmişdir. Ev keçmiş əri X2 mülkiyyəti kimi daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış və bu barədə qeydiyyat vəsiqəsi verilmişdir. Belə ki, həmin ev sonradan onun və keçmiş ərinin adına 2011-ci ildə daşınmaz əmlakın dövlət reyestrində paylı mülkiyyət kimi qeydə alınmışdır. xx.xx.2011-ci ildə keçmiş əri X12 öz payını ona bağışlamışdır və ev onun adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır bu barədə ******* nörnrəli çıxarış verilmişdir. xx.xx.2017-ci ildə isə ev, habelə evin altındakı və həyətyanı torpaq sahəsi onun adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış və bu barədə ******* nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Hazırda da ev və torpaq sahəsi onun mülkiyyətindədir. Evin ərinin və onun mülkiyyətində olduğu bütün müddət ərzində onlar tərəfindən üçüncü şəxslərin evə qeydiyyata alınmalarına razılıq verilməmişdir, həmin şəxslərin nəyin əsasında evə qeydiyyata düşmələri ona məlum deyildir. O, cavabdehə müraciət edərək üçüncü şəxslərin evindən qeydiyyatdan çıxarılmasını xahiş etmişdir. Lakin Suraxanı rayon Polis İdarəsi müraciətinə imtina cavabı vermişdir. Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin imtinası əsassızdır və Konstitusiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarına ziddir. Belə ki, Suraxanı rayon Polis İdarəsi qanunsuz olaraq mənzilə əmlak hüquqları olmayan üçüncü şəxslərin ona məxsus olan evdən onun ərizəsi əsasında qeydiyyatdan çıxarmamağı ilə mülkiyyətçi olaraq onun mülkiyyət hüquqlarını pozmuşdur. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili X22 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdeh və üçüncü şəxslər lazımi qaydada xəbərdarlıq edilmiş, cavabdehin səlahiyyətli nümayəndəsi və üçüncü şəxslər məhkəməyə gəlməmiş, gəlməmələrinin üzrlü səbəbləri barədə məlumat verməmiş və işə onların iştirakı olmadan baxılmasını xahiş etməmişlər. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən cavabdehin nümayəndəsinin və üçüncü şəxslərin iştirakları olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. İş materiallarında olan və məhkəmə icraatında tədqiq edilmiş: - Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş ******* nömrəli, xx.xx.2001-ci il tarixli qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Qara-Çuxur qəsəbəsi, İ.Musayev küçəsindəki 3 otaqlı, 48,7 kvm. yaşayış sahəsi, 91,1 ümumi sahəsi olan 3/4 saylı fərdi yaşayış evi X3 adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçmişdir. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ******* nömrəli, xx.xx.2011-ci il tarixli çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin 5,6,7 saylı otaqları İddiaçı, 2,3,4 saylı otaqları X3 xüsusi mülkiyyətindədir. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ******* nömrəli, xx.xx.2011-ci il tarixli çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi İddiaçı xüsusi mülkiyyətindədir. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2017-ci il tarixli, ******* nömrəli çıxarışın notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən 91,1 kvm.-lik fərdi yaşayış evi və 0,0186 ha torpaq sahəsi İddiaçı xüsusi mülkiyyətindədir. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş yaşayış yeri üzrə qeydiyyat haqqında xx.xx.2022-ci il tarixli, ******* №-li arayışdan görünür ki, xx.xx.1984-cü il təvəllüdlü X20, xx.xx.1982-ci il təvəllüdlü X25, xx.xx.1957-ci il təvəllüdlü X21, xx.xx.1960cı il təvəllüdlü X15, xx.xx.1997-ci il təvəllüdlü X23, xx.xx.2007-ci il təvəllüdlü X16, xx.xx.1982-ci il təvəllüdlü X26, xx.xx.2007-ci il təvəllüdlü X17 ünvan 1 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadırlar. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli, xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, xx.xx.1967ci il təvəllüdlü İddiaçı (xx.xx.2006-cı il tarixdən qeydiyyatdadır), xx.xx.1982-ci il təvəllüdlü X26, xx.xx.1960-cı il təvəllüdlü X15, xx.xx.2007-ci il təvəllüdlü X16, xx.xx.1982-ci il təvəllüdlü X25, xx.xx.2007-ci il təvəllüdlü X17, xx.xx.1955-ci il təvəllüdlü X27, xx.xx.1957-ci il təvəllüdlü X21, xx.xx.1984-cü il təvəllüdlü X20, xx.xx.1997-ci il təvəllüdlü X23, xx.xx.1992-ci il təvəllüdlü X24, ünvan 1 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadırlar. - Azərbaycan Respublikası Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti başçısının Qaraçuxur qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2022-ci il tarixli, 1/31 №-li məktubdan görünür ki, ünvan 1 nömrəsi ilə iki fərdi ev yerləşir. Evlərdən biri vətəndaş İddiaçı, digəri isə X18 məxsusdur. Həmin ünvanda vətəndaşlar X20, X25, X21, X15, X23, X16, X26, X17, İddiaçı və X27 qeydiyyatdadırlar. Z.B.Aslanov və ailə üzvləri Suraxanı Rayon Məhkəməsinin İş № 2- 1203/2006-cı il tarixli qətnaməsinə uyğun olaraq qeydiyyata alınmışdır. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2022-ci il tarixli, **********46 №-li məktubdan görünür ki, ünvan 1 ünvanı üzərində sorğuda sadalanan şəxslərin (X9, X13, X10, X4, X5, X14, X7) istifadə hüquqlarının dövlət reyestrində qeydə alınması ilə bağlı məlumat aşkar edilməmişdir. - Həmin məktuba əlavə edilmiş sənədlərin lazımi qaydada təsdiq edilmiş surətlərindən görünür ki, ünvan 1 ünvanında yerləşən sahəsi 48,7 kvm. olan 3 yaşayış otaqlarından, sahəsi 42,5 kvm. köməkçi sahədən ibarət fərdi yaşayış evi Bakı şəhəri, Suraxanı rayon İcra Hakimiyyətinin xx.xx.2000-ci il tarixli, 1645 nömrəli sərəncamına əsasən ilkin olaraq X19 adına daşınmaz əmlakın dövlət reyestrində xüsusi mülkiyyət hüququ ilə qeydə alınmışdır. Bakı şəhəri 37 nömrəli Dövlət Notariat Kontorunda qeydə alınmış xx.xx.2001-ci il tarixli, 117138 nömrəli alqı-satqı müqaviləsinə əsasən X31 Bakı şəhəri Tİ və MHQİ-nin 05№-li rey.kitabının 598-ci səh-də, 30/598 №-li qeydilə, 14.12.00-ci ildə verilmiş qeydiyyat vəsiqəsinə və 27.02.01 il, 30/408 №-li forma 1 üzrə arayışa əsasən özünə məxsus olan Bakı şəhəri, Qaraçuxur qəs. İ.Musayev küç., ev 3/4–də yerləşən, 286,0 kvadrat metr torpaq sahəsində yerləşən y/s 48,70 kvm., köm.s. 42,40 kvm., ü/s 98,80 kvm. olan 3 otaqdan ibarət fərdi yaşayış evini X1. - Bakı şəhəri, 37 saylı Dövlət Notariat Ofisində xx.xx.2001-ci il tarixdə 4Ə-72 reyestr nömrəsi ilə təsdiq edilmiş müqaviləyə dair notariat işinin lazımi qaydada təsdiq edilmiş surətindən görünür ki, X31 ilə X11 arasında ünvan 4 ünvanında yerləşən daşınmaz əmlakın alqı-satqısı müqaviləsi bağlanmışdır. Qaraçuxur qəsəbə üzrə nümayəndəliyi tərəfindən verilmiş 13 nömrəli, xx.xx.2001-ci il tarixli arayışa əsasən Qaraçuxur qəsəbəsi, İ.Musayev küçəsi, ev № 3/4 qeydiyyat vəsiqəsinə əsasən X19 özünə məxsusdur, bu ünvanda pasport qeydiyyatında heç kim xxxxxxx. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2022-ci il tarixli, **********56 №-li məktubdan görünür ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi İddiaçı xüsusi mülkiyyətindədir. Eyni ünvan göstəricilərinə malik hər hansı əmlakın qeydiyyata alınması ilə bağlı məlumat aşkar edilməmişdir. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2022-ci il tarixli, **********14 №-li məktubdan görünür ki, İddiaçı mülkiyyətində olan, ünvan 1 ünvanının başqa yaşayış sahəsinə verilməsi ilə bağlı hər hansı məlumat aşkar edilməmişdir. - Bakı şəhəri, Suraxanı rayon İcra Hakimiyyəti Başçısının Qaraçuxur qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 1/10 nömrəli, xx.xx.2022-ci il tarixi məktubunun surətindən görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, İlqar Musayev küçəsi ünvanında 3/4 nömrəsi ilə iki fərdi yaşayış evi yerləşir. Evlərdən biri vətəndaş İddiaçı, digəri iə X18 məxsusdur. Məlumat üçün bildirilir ki, Z.B.Aslanovun ailə üzvləri Suraxanı Rayon Məhkəməsinin İş №2-1203/2006-cı il tarixli qətnaməsinə uyğun olaraq qeydiyyata alınmışdır. vətəndaş İddiaçı və sakinlərin iştirakı ilə həmin ünvanda akt tərtib olunmuş, X9, X13 və X10 İlqar Musayev 3/4 ünvanda yaşamadıqları müəyyən edilmişdir. - Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2022-ci il tarixli, 10774K-1222 №li məktubundan görünür ki, müraciətinə əsasən araşdırma aparılmışdır. Nəzərinə çatdırılmışdır ki, vətəndaşların qeydiyyatdan çıxarılması DİO-nun səlahiyyətlərinə aid olmadığından və Azərbaycan Respublikası «Yaşayış yeri və olduğu yer üzrə qeydiyya haqqında» Qanunun 9-cu bəndinin tələbinə zidd olduğundan müraciətinin müsbət həlli mümkün deyildir. Odur ki, onun aidiyyəti üzrə məhkəmə orqanlarına müraciət etməyi tövsiyyə olunmuşdur. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, ünvan 1 ünvanında yerləşən daşınmaz əmlak ilkin olaraq xx.xx.2000-ci il tarixində daşınmaz əmlakın dövlət reyestrində X19 adına qeydiyyata alınmışdır. xx.xx.2001-ci il tarixli, 117138 nömrəli alqısatqı müqaviləsinə əsasən X31 həmin fərdi yaşayış evini iddiaçının əri X1. Fərdi yaşayış evi satılan zaman həmin ünvanda pasport qeydiyyatdına heç kim olmamışdır. Hazırda fərdi yaşayış evi İddiaçı xüsusi mülkiyyətindədir. İş üzrə üçüncü şəxslər X20, X25, X21 yaşayış yeri üzrə iddiaçının mülkiyyətində olan fərdi yaşayış evində qeydiyyatda olsalara da həmin ünvanda yaşamırlar. Hal-hazırda iddiaçı mülkiyyətində olan fərdi yaşayış evində qeydiyyatda olan, lakin həmin ünvanda yaşamayan və ailə üzvü olmayan şəxslərin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması ilə bağlı inzibati orqana müraciət etsə də onun müraciəti təmin edilməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının: - 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. - 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən mərhum edilə bilməz. «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və ya beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olunmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 29.1-ci maddəsinin tələbinə əsasən yaşayış sahəsinin mülkiyyətçisi ona mülkiyyət hüququ əsasında məxsus olan yaşayış sahəsi barəsində onun təyinatına uyğun olaraq və bu Məcəllə, həmçinin digər qanunlarla müəyyən edilmiş hüdudlarda sahiblik, istifadə və sərəncam vermək hüquqlarını həyata keçirir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. - 228.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. - 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. - 228.5-ci maddəsinin birinci cümləsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. «Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Qərarında qeyd olunur ki, 2000-ci il sentyabrın 1-dən qüvvəyə minmiş Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələri isə yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsini onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması, habelə ailə üzvləri və digər şəxslərlə mülkiyyətçi arasında bağlanan yazılı razılaşmanın notariat qaydasında təsdiqlənməsi ilə şərtləndirir. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarında qeyd olunur ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci maddələrinin mənasından göründüyü kimi yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun yaranması üçün aşağıdakı mütləq şərtlərin yerinə yetirilməsi tələb olunur: - mülkiyyətçi ilə yazılı razılaşmanın bağlanılması; - həmin razılaşmanın notariat qaydasında təsdiq edilməsi; - istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması. Belə qaydaların müəyyən edilməsi ondan irəli gəlir ki, «mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Ayrıca olaraq vurğulanmalıdır ki, mülkiyyət barəsində sərəncam verilməsi əqdlərin bağlanması yolu ilə və ya digər hüquqi aktların qüvvəsinə görə mümkündür» (R.Ağalarovun şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun qərarı). Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.5-ci maddəsinin ikinci hissəsində olan digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarında Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, MM-nin 228.5-ci maddəsində əks olunmuş «mülkiyyətçinin razılığı» müddəası həmin Məcəllənin 228.1 və 228.2-ci maddələrinin tələbləri baxımından şərh olunmalı və bu normada nəzərdə tutulmuş «mülkiyyətçinin razılığı» yazılı şəkildə bağlanan razılaşmada ifadə edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinin «mülkiyyətçinin razılığı» müddəası həmin Məcəllənin 228.2-ci maddəsində müəyyən olunan qaydaya müvafiq olaraq yazılı bağlanan notariat qaydasında təsdiqlənən razılaşmanı nəzərdə tutur. Məhkəmə qeyd edir ki, mənzildən qeydiyyatdan çıxarılması tələb edilən şəxslərin mübahisəli fərdi yaşayış yeri üzrə istifadə hüquqlarının yaranmasına dair iddiaçı ilə bağlanmış notariat qaydada təsdiq edilmiş yazılı razılaşmanın mövcud olması məhkəmə araşdırılması zamanı müəyyən edilməmişdir. Həmçinin onların həmin ünvana hansı əsaslarla qedyiyyata alınmalarını da məhkəmə araşdırılması zamanı müəyyən etmək mümkün olmamışdır. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Qanunun: - 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yeri üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycar Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. - 5-ci maddəsinə əsasən yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməlidir. Müvafiq dövlət orqan: vətəndaşı dərhal qeydə almalı və ona 10 gün ərzində “Azərbaycan Respublikası: vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq olaraq şəxsiyyət vəsiqəsi verməlidir. Yaşayış yeri üzrə qeydiyyata alınmaq üçün vətəndaş ərizə anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir 1) şəxsiyyət vəsiqəsi və ya doğum haqqında şəhadətnamə; 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında) daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunverciliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. - 9-cu maddəsinə görə müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə - yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə - müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) ömürlük azadlıqdan məhrum edildikdə - məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə - ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə, məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi) - məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiyası Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli qərarına əsasən “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Göründüyü kimi mübahisəli fərdi yaşayış evi iddiaçının mülkiyyətindədir. Belə olan halda mülkiyyətçi mülkiyyətində olan həmin yaşayış sahəsində faktiki yaşamayan və istifadə hüququ olmayan şəxslərin qeydiyyatdan çıxarılmasını tələb etmək hüququna malikdir. Mübahisəli yaşayış sahəsində qeydiyyatda olan üçüncü şəxslər qeyd olunan yaşayış sahəsində yaşamadıqlarından, həmin yaşayış sahəsi üzərində istifadə hüquqlarının mövcud olması müəyyən edilmədiyindən məhkəmə həmin şəxslərin iddiaçının mülkiyyətində olan fərdi yaşayış evindən qeydiyyatdan çıxarılmamalarını qanuna zidd və mülkiyyətçi kimi iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal qismində qiymətləndirilir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun preambulasında göstərilmişdir ki, bu qanunun məqsədi inzibati orqanlar tərəfindən insan hüquq və azadlıqlarına əməl olunmasını təmin etməkdən və qanunun aliliyinə nail olmaqdan ibarətdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. - 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. - 73.1-ci maddəsinin tələbinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək belə bir nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli, X9, X13, X10 iddiaçının mülkiyyətində olan ünvan 1 ünvanından yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmaları öhdəliyi cavabdehə həvalə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73.1, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. X9, X13, X10 ünvan 1 ünvanından yaşayış yeri üzrə qeydiyyatından çıxarılmaları öhdəliyi cavabdeh Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinə həvalə edilsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) verilə bilər. Hakim Şəlalə Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar