Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-6137/2020 06.11.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Aytən Pənah qızı Oruczadənin sədrliyi, Məhkəmə iclas katibi Yasəmən Fərman qızı Cəfərovanın katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Xətai rayon Qeydiyyat Şöbəsinə qarşı doğum haqqında akt qeydləri kitabında düzəliş edilməsinə dair iddia ərizəsinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Bakı şəhəri Xətai rayon Qeydiyyat Şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx xxxxxx 2014-cü il tarixində doğulmuş X19, xx xxxxxx 2016-cı il tarixində doğulmuş X9 və xx xxxxxxxx 2018-ci il tarixində doğulmuş X2 doğum akt qeydlərinin ana qrafasında, iddiaçının milliyətinin “alman” yazılması barədə müvafiq düzəlişlərin edilməsinin cavabdeh Xətai rayon Qeydiyyat Şöbəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı xx.xx.1985-cü ildə Özbəkistan Respublikasının Mübarək şəhərində anadan olmuş, anası Vəlizadə (qızlıq soyadı Useinqaziyeva) Mayra Nərimanovna isə xx xxxxxx 1959-cu ildə Özbəkistan Respublikası Kaşkadərya vilayəti Şəhrisabz rayonunun Kitab stansiyasında doğulmuşdur. Anasının anası, yəni iddiaçının nənəsi milliyyətcə alman olan X13 (Qotfridovna) xx.xx.1927-ci ildə X32 Sovet Sosialist Respublikasının (X1 der Wolgadeutschen) Samara vilayəti Krasnoyarsk rayonunun Alt-Urbax (Alt-Urbach) kəndində (indiki Rusiya Federasiyası, Kuybışev vilayəti) anadan olmuşdur. Nənəsinin atası milliyyətcə alman olan Şpannagel Qotfrid (Boqdan) Qotfridoviç (Boqdanoviç) isə 1901-ci ildə Saratov vilayəti Sovetskiy rayonunun Novo-Antonovskoe kəndində doğulmuş, sonradan milliyyətçə alman olan nənəsinin anası Leonhard Lidia ilə evlənmişdir. Nənəsi doğulduqdan dərhal sonra anası vəfat etdiyindən nənəsinin atası Şpannagel Qotfrid (Boqdan) Qotfridoviç (Boqdanoviç) milliyyətcə alman olan digər xanımla - X21 (İohann) ilə evlənmişdir. Nənəsi X13 (Qotfridovna) ilə babası X6 xx xxxxxxxx 1954-cü ildə nikahlarını 27 nömrə ilə qeydə aldırmaqla evlənmişlər. Nənəsi X13 (Qotfridovna) xx xxx 2010-cu il tarixdə vəfat etmişdir. İddiaçının özü də X20 ilə nikahım Bakı Nikah Evində (Səadət sarayında) xx xxxxxxxx 2012-ci ildə, 2147 nömrəsi ilə qeydə aldırmaqla ailə həyatı qurmuşdurlar. Birgə yaşadığı müddət ərzində xx xxxxxx 2014-cü ildə X19, xx xxxxxx 2016-cı ildə X9, xx xxxxxxxx 2018ci ildə isə X10 adlı üç övladı dünyaya gəlmişdir. Nənəsi X13 (Qotfridovna) ilə babası X6 ailə həyatı qurduqdan sonra iddiaçının nənəsi öz alman soyadını dəyişməmiş, nənəsi Emiliya alman əsilli olmuşdur. Belə ki, nənəsi X4 (Qotfridovnanın) pasportundan görünür ki, o, milliyyətcə alman olmuşdur. Bu fakt yuxarıda qeyd olunduğu kimi CM ******* nömrəli xx.xx.1999-cu il tarixli Özbəkistan Respublikası tərəfindən verilmiş pasportdan da açıqaşkar görünür. Həmçinin, anası Vəlizadə (Useinqaziyeva-qızlıq soyadı) Marya Nərimanovnanın adına Kaşkadərya vilayəti Şəhrisabz rayonunun qeydiyyat şöbəsi (Oktyabrskiy qəsəbə soveti) tərəfindən verilmiş xx xxxxxx 1960-cı il tarixli İİİ-ТЮ 102278 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, anası X5 xx xxxxxx 1959-cu ildə Kaşkadərya vilayəti Şəhrisabz rayonunun Kitab stansiyasında (indiki Özbəkistan Respublikasında) doğulmuş, ana qrafasında nənəsi X7 (Qotfridovna) miliyyəti alman kimi qeyd olunmuşdur. İddiaçı qeyd olunan uyğunsuzluğun aradan qaldırılması üçün rəsmi qaydada cavabdeh Xətai rayon Qeydiyyat Şöbəsinə ərizə ilə müraciət etmiş və tələb olunan bütün sənədləri təqdim etmişdir. Lakin xx.xx.2020-ci il tarixli, 03/151281 saylı cavab məktubu ilə ərizənin təmin edilməsi və imtinaya əsas kimi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas müddəalar”a istinad edilərək, doğum haqqında akt qeydində düzəliş edilməsində imtina edilmişdir. İddiaçı hesab edir ki, cavabdehin imtinası əsassızdır. Belə ki, nənəsindən davam edən sulalə olaraq iddiaçı özünü alman əsilli bilmiş, miliyyəti alman olduğu tam sübuta yetirilir. Lakin, uşaqları Xaqani, Tamerlan və Süleymanın adına verilmiş doğum haqqında şəhadətnamələrin ana qrafasında ananın, yəni iddiaçının miliyyəti azərbaycanlı olaraq qeyd olunmuşdur. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etdi. İş üzrə məhkəmə hazırlıq icraatının iclası xx xxxxxx 2020-ci il tarixə təyin edilmiş, cavabdeh inzibati orqana məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, cavabdehin səlahiyyətli nümayəndəsi məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə İnzibati Prosessual Məcəlləsinin tələblərini rəhbər tutaraq, işə cavabdehin səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iş materiallarını araşdırıb aşağ;dakı əsaslara görə hesab edir ki, iddia mümkün sayılmamalıdır. İş materiallarında olan: -AA №0510155 seriyalı nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1985-ci il tarixdə Mübarək şəhərində anadan olmuşdur. İddiaçı Bakı şəhəri, Xətai rayonu, General Mehmandarov küçəsi, 92,97 ünvanında qeydiyyatdadır. - İİİ ФД №478632 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X23 xx xxxx 1985-ci il tarixində Mubarək şəhərində anadan olmuşdur. Valideyinlər bölməsində ata qrafasında X26 (miliyyəti: azərbaycanlı), ana qrafasında X22 (miliyyəti tatar) göstərilmişdir. SSSR X35 Komissarlığı vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat şöbəsi tərəfindən verilmiş A № ******* nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq və tərcümə olunmuş surətindən görünür ki, X14 xx xxxxxx 1927-ci il tarixdə Krasnoyarsk diyarı, X31 Sovet Sosialist Respublikası, Samara vilayəti, Alt-Urbax kəndində anadan olmuş, bu haqda 1940-cı ilin aprel ayının 3-cü günündə doğum haqqında akt qeydi tərtib edilmişdir. Valideyinləri bölməsində ata qrafasında X17, ana qrafasında X21 göstərilmişdir. Özbəkistan Respublikası tərəfindən verilmiş CM ******* nömrəli, xx.xx.1999-cu il tarixli vətəndaş pasportundan görünür ki, X18 xx.xx.1927-ci il tarixdə Rusiya Federasiyası, Kuybışev vilayətində anadan olmuş, milliyəti almandır. -AZ-İ №797801 nömrəli, xx xxxxxxxx 2012-ci il tarixli nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, xx.xx.1982-ci il təvəllüdlü X20 ilə xx.xx.1985-ci il təvəllüdlü X23 arasında xx xxxxxxxx 2012-ci il tarixdə nikah bağlanmış və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 2012ci ilin sentyabr ayının 22 günündə 2147 № ilə qeyd edilmişdir. - AZ-İV № 184969 saylı doğum haqqında şəhadətnamədən görünür ki, X10 xx xxxxxxxx 2018-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. Valideyinləri bölməsində ata qrafasında X15, ana qrafasında İddiaçı göstərilmişdir. - AZ-İİİ № ******* saylı doğum haqqında şəhadətnamədən görünür ki, X19 xx xxxxxx 2014-cü il tarixdə Bakı şəhərində anadan olmuşdur. Valideyinləri bölməsində ata qrafasında X15, ana qrafasında İddiaçı göstərilmişdir. - AZ-İİİ № 874202 saylı doğum haqqında şəhadətnamədən görünür ki, X9 xx xxxxxx 2016-cı il tarixdə Bakı şəhərində anadan olmuşdur. Valideyinləri bölməsində ata qrafasında X15, ana qrafasında İddiaçı göstərilmişdir. -Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bakı şəhəri Xətai rayon Qeydiyyat Şöbəsinin xx xxxxxxxx 2019-cu il tarixli, xx/xx-2292 saylı və xx xxxx 2020-ci il tarixli, 05/151281 saylı eyni məzmunlu məktublarından görünür ki, iddiaçının milliyyətinin “azərbaycanlı”dan “alman” a düzəliş edilməsi barədə ərizəsinə baxılmış və cavab olaraq bildirilmişdir ki, iddiaçının bütün sənədlərində miliyyəti “azərbaycanlı” qeyd edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin x xxxx 2001-ci il tarixli, 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik , bərpa və ləğv qaydalarını müəyyən edən Əsas müddəalar”a əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxslərin daimi yaşayış yerində qeydiyyat şöbəsi tərəfindən həyata keçirilir. Qeydiyyat şöbəsi vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi haqqında rəy qəbul edir və vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsindən imtina edir. Doğum haqqında akt qeydində düzəliş edilməsi şöbənin tərəfindən mümkün olmadığı bildirilmiş və şöbənin akt qeydini düzəltməkdən imtina etməsindən inzibati və ya məhkəməyə şikayət vermək hüququ izah olunmuşdur. İşin faktiki hallarından görünür ki, iddiaçı anasının anasının (nənəsinin) milliyyətcə alman olmasını, həmçinin, miliyyətcə özünün alman əsilli olmasını iddia edərək, X20 ilə birgə nikahından dünyaya gəlmiş X11, X3 və X2 akt qeydlərində ana bəndində öz milliyyətinin “alman”a dəyişdirilməsini xahiş edir. Əvvələn, Məhkəmə qeyd edir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianını mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərinin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüz-lüyü nəticəsinə gələ bilər. Belə ki, İnzibati Prossessual Məcəllənin 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinin tələbinə görə Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məcəllənin qeyd olunan normaları mənası baxımından belə təfsirə malikdir ki, inzibati icraat qaydasında baxılan istənilən iddia-inzibati icraat qaydalarına müvafiq olan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən qanunla müəyyən edilən iddia müddətləri daxilində və müvafiq cavabdehlik daşıyan inzibati orqana qarşı qaldırılmalı, qanunla qorunan hüquq və azadlıqların pozuntusu sübutlar da əlavə olunmaqla əsaslandırılmalıdır ki, məhkəmə icraatı mümkün sayılıb baxıla bilsin. Əks təqdirdə, məhkəmə tərəfindən iddianın mümkün sayılmaması barədə qərardad çıxarılır. Qanunun mənasından göründüyü kimi, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddialar yalnız onların mümkünlüyü haqqında şərtlər yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlərdən biri də fiziki və ya hüquqi şəxslə inzibati orqan arasında inzibati mübahisənin yaranmasıdır Hazırki iş üzrə iddiaçının tələbi ovladlarının doğum akt qeydlərində (onun əsasında verilmiş doğum haqqında şəhadətnamədə) düzəlişlərin edilməsi ilə bağlıdır. Məhkəmə iddianın mümkünlük şərtini ödəmədiyi nəticəsinə gələrək, hesab edir ki, hazırki iddia tələbinə baxılması inzibati məhkəmənin səlahiyyətində deyildir. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” xx xxxxx 2015-ci il tarixli 4 saylı Qərarının müddəaları ilə əsaslandırır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 339.1-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanları hüquq haqqında mübahisə olmadıqda, edilmiş qeydə düzəliş və ya dəyişikliklər etməkdən imtina etdikdə hakim vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (akt kitablarında) qeydlərin düzgün olmamasının müəyyən edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 339.2-ci maddəsinə görə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabında qeydlərin düzgün olmamasının müəyyən edilməsi haqqında ərizə ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 340-cı maddəsinə əsasən ərizədə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında qeydlərin düzgün olmamasının nədən ibarət olması, nə vaxt və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan hansı orqanın edilmiş qeydi düzəltməkdən imtina etməsi göstərilməlidir. Həmin Məcəllənin 341-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında qeydin düzgün olmamasını müəyyən edən məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən qeydin düzəldilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” xx xxxxx 2015-ci il tarixli 4 saylı Qərarının 9.1-ci bəndində göstərilmişdir ki,. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını aparan orqanlar (Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin və Naxçıvan Muxtar Respublikasının ərazisində Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri, nikah evləri, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin xaricdəki konsulluq idarələri, rayon tabeli şəhərlərdə, qəsəbələrdə və kəndlərdə rayon, şəhər, şəhər rayonu icra hakimiyyətlərinin nümayəndəlikləri) tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (akt kitablarında) qeydlərin aparılması, qeydlərin aparılmasından imtina olunması və ya həmin qeydlərdə düzəlişlərin edilməsindən imtina olunması ilə bağlı maraqlı şəxslərlə həmin orqanlar arasındakı mübahisələrə (vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (akt kitablarında) qeydlərin düzgün olmamasının müəyyən edilməsi haqqında ərizələr istisna edilməklə (MPM-in XXXVİİ fəsli), habelə adın, ata adının və soyadın dəyişdirilməsindən imtina olunması ilə bağlı verilən iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Mülki Prosessual Məcəlləsinin 25.2-ci maddəsinə görə, ümumi məhkəmələr bu Məcəllənin 26.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, bu Məcəllənin 305-ci maddəsində göstərilən xüsusi icraat işlərinə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar. Şərh olunan qanunvericiliyin normalarına görə, vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişikliklərin aparılmasını zəruri edən hallar Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 2001-ci il tarixli, 52 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəalar”ın 3-cü, vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi üçün əsaslar isə bu normativ aktın 4-cü bəndində göstərilir.Şəxsin doğum akt qeydində düzəliş edilməsinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında deyil, mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Məhkəmə belə nəticəyə gəlir ki, hazırki iddiaya baxılması inzibati məhkəmənin səlahiyyətində olmadığından, İddiaçı cavabdeh Bakı şəhəri Xətai rayon Qeydiyyat Şöbəsinə qarşı doğum haqqında akt qeydləri kitabında düzəliş edilməsinə dair iddia mümkünlük şərtini ödəməməsi səbəbi ilə mümkün sayılmamalıdır. Məhkəmə xüsusi ilə vurğulamağı zəruri hesab edir ki, hazırki iddiaya baxılması inzibati məhkəmənin səlahiyyətində olsa idi belə, hətta bu haldı, iddia tələbi mümkün sayılmamalıdır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli, 145 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 2.8.1-ci bəndində göstərilmişdir ki, uşağın doğumu haqqında akt qeydində və şəhadətnamədə valideynlərin milliyyətinə dair məlumatların yazılması qaydası müvafiq qeydiyyat aparılanadək qeydiyyat şöbəsinin, konsulluq idarəsinin və icra hakimiyyəti nümayəndəliyinin vəzifəli şəxsi tərəfindən ərizəçiyə izah olunmalıdır. Qaydaların 2.24-cü bəndində göstərilmişdir ki, doğum haqqında akt qeydləri əsasında doğum haqqında şəhadətnamə verilir. İddiaçı iddia ərizəsində, həmçinin onu təmsil edən nümayəndə və Vəkil məhkəmə icraatında iştirak edərkən, İddiaçı miliyyətinin alman olmasına istinad etsə belə, təqdim olunmuş İİİ ФД №478632 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən məlum olmuşdur ki, iddiaçının İddiaçı valideyinlərinin miliyyəti alman olmamışdır.Həmin şəhadətnamə iddiaçının atası X16 miliyyətinin azərbaycanlı anası X12 miliyyətinin tatar olduğu göstərilmişdir. İddiaçının ana tərəfindən nənəsi (anasının anası) olan X8 miliyyətinin alman olması sənədlərdə öz əksini tapsa da, iddiaçının özünün alman miliyyətində olması təsdiq olunmamışdır. Məhkəmə izah edir ki, iddiaçı mübahisənin kökünü həll etmək məqsədi ilə, ilkin olaraq öz doğum haqqında akt qeydinə (doğum haqqında şəhadətnamə) düzəliş etməli, bundan sonra isə müvafiq olaraq övladlarının doğum haqqında akt qeydlərində ana qrafasında milliyyətinin alman kimi göstərilməsini tələb edə bilər. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2015-ci il tarixli 4 №-li Qərarının 15-ci bəndində nəzərdə tutulmuşdur: Azərbaycan Respublikası İPM-in 8.2-ci maddəsinə əsasən, predmet və ya ərazi aidiyyəti üzrə mübahisəyə baxılması onun səlahiyyətinə aid olmadığı hallarda, məhkəmə tərəfləri dinlədikdən sonra bağlı işi aidiyyəti üzrə müvafiq səlahiyyətli məhkəməyə göndərir. Bu zaman nəzərə alınmalıdır ki, İPM-in 8.2-ci maddəsində işin səlahiyyətli məhkəməyə göndərilməsi dedikdə, məhz inzibati mübahisə üzrə işə İPM-in müddəalarına uyğun olaraq baxmağa səlahiyyətli olan inzibati məhkəməni nəzərdə tutulur. Belə ki, mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi İPM-də nəzərdə tutulmamışdır. Bu səbəbdən mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. Mübahisənin aidiyyəti müəyyənləşdirilərkən tərəflərin, cavabdehə hələ təqdim edilməmiş iddia ərizələrinə münasibətdə isə, iddiaçının dinlənilmə hüququ məhkəmə tərəfindən təmin olunmalıdır. Odur ki, Məhkəmə hesab edir ki, iddiaçı hazırkı tələblə aidiyyəti üzrə müvafiq olaraq ümumi məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Göstərilənlərə əsasən və İPM-in 2.2-ci, 23-cü və 35-ci maddələrini rəhbər tutaraq, Məhkəmə qərara aldı: İddiaçı cavabdeh Bakı şəhəri Xətai rayon Qeydiyyat Şöbəsinə qarşı doğum haqqında akt qeydləri kitabında düzəliş edilməsinə dair iddiası mümkün sayılmasın. Qərardaddan tərəflərə təqdim edildiyi gündən 10 gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim : Aytən Oruczadə
Məhkəmə qərarları › İş №2-1(112)-6137/2020
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-6137/2020
06.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver