Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-614/2021 04.03.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əliyev Elvin Əhəd oğlunun sədrliyi ilə, İddiaçı1 (Ünvanı: Bakı şəhəri 3-cü mkr., R.Məmmədov küçəsi ev 5, mənzil 10 mənzil 119; ixtisası: müəllim; iş yeri və vəzifəsi: İbtidai metodika müəllimi) cavabdehin nümayəndəsi X1 (Ünvanı: Ağdam rayonu, Quzanlı kəndi; ixtisası: hüquqşünas; iş yeri və vəzifəsi: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Məhkəmə Mübahisələri ilə Mərkəzi Filialı, aparıcı məsləhətçi) iştirakları ilə, iddiaçılar - İddiaçı1 və İddiaçı2 cavabdeh - Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Nəsimi Rayon Xidmət nümayəndəliyinə qarşı “ailə başçısını itirməyə görə pensiyanın təyin edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, Müəyyən etdi: İddiaçı1 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Nəsimi Rayon Şöbəsinə qarşı ailə başçısını itirməyə görə pensiyanın təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi tələbi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq, işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə uyğun olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim olunmuş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdehin iddiaya qarşı yazılı münasibəti (etirazı) məhkəməyə daxil olmamışdır. Məhkəmənin xx.xx.2020-ci il tarixli qərardadı ilə İddiaçı2 iddiaçı qismində məhkəm icraatına cəlb edilmişdir. İş üzrə şifahi məhkəmə baxışı ilə bağlı iclas xx.xx.2021-ci il tarixə təyin olunmuşdur. Həmin tarixli məhkəmə iclasında iddia tələbinin “İddiaçı2 ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi və təyin edilmiş pensiyanın xx.xx.2019-cu il tarixdən hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi” kimi oxunması qərara alınmışdır. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Məhkəmə qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən öhdəliyin icrası haqqında iddia növünə aiddir. Belə ki, İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 8.1.4-cü maddəsinə əsasən digər hallarda iddialara cavabdehin yerləşdiyi yerin, yaşayış yerinin, yaşayış yerinin olmadığı hallarda olduğu yerin və ya axırıncı yaşayış yaxud olduğu yerin məhkəməsi tərəfindən baxılır. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu və cavabdehin yerləşdiyi yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə ərazi aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalıdır. Göründüyü kimi, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir. İddia ərizəsində bildirilmişdir ki, iddiaçının keçmiş həyat yoldaşı (nikah məhkəmə qaydasında pozulmuşdur) X3 xx.xx.2019-cu il tarixində vəfat etmişdir və onun iddiaçı ilə birgə nikahdan olan övladı xx.xx.2001 təvəllüdlü İddiaçı2 hazırda Bakı Dövlət Universitetində əyani təhsil alır. Bu səbəbdən iddiaçı hesab edir ki, İddiaçı2 ailə başçısını itirməyə görə pensiya təyin edilməlidir. İddiaçı cavabdeh inzibati orqana müraciət etmişdir, lakin cavabdeh onun müraciətini təmin etməkdən imtina etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsilə eyni məzmunlu izahat verərək iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddianın təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası İPM-in 62.3-cü maddəsinə əsasən iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfin izahatını dinləyib, işin materiallarını araşdıraraq aşağıdakı əsaslara görə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İ hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun preambulasında göstərilmişdir ki, bu qanunun məqsədi inzibati orqanlar tərəfindən insan hüquq və azadlıqlarına əməl olunmasını təmin etməkdən və qanunun aliliyinə nail olmaqdan ibarətdir. İddiaçı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 14.1.1.3-cü maddəsini rəhbər tutaraq İddiaçı2 ailə başçısını itirməyə görə pensiya təyin edilməsi ilə bağlı müvafiq ərizə ilə cavabdeh orqana müraciət etmiş, lakin cavabdeh orqan **********2 nömrəli, xx xxxxxxx 2019-cu il tarixli məktubu ilə onun ərizəsini təmin etməkdən imtina etmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Nəsimi Rayon Şöbəsinin **********2 nömrəli, xx xxxxxxx 2019-cu il tarixli imtina məktubundan görünür ki, Mehman Sarıyevin ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan iş stajı olmadığına görə Tünzalə Musayevanın ərizəsini təmin etmək mümkün olmamışdır. Məhkəmə prosesinin gedişatında iddiaçının keçmiş həyat yoldaşının əmək kitabçası tapılmış və staj məsələsi həll edilmişdir. Həmçinin, iş materiallarında olan Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2021-ci il tarixli **********3 nömrəli Xidməti Məktubundan görünür ki, İddiaçı2 xx.xx.2020-ci il tarixli ərizəsinə və əlavə etdiyi sənədlərə əsasən ona atası X2 vəfat etməsi ilə əlaqədar olaraq, (vəfat etmiş və ya həlak olmuş ailə başçısının təhsil müəssisələrinin əyani şöbəsində təhsil alan (lakin ən çoxu 23 yaşına çatanadək)) xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmişdir. İddiaçı2 ərizəsinə əlavə etdiyi Bakı Dövlət Universitetinin xx.xx.2020-ci il tarixli 736/EƏ nömrəli arayışında onun Ekologiya və torpaqşünaslıq fakültəsinin “Ekologiya” ixtisasının əyani şöbəsinin üçüncü kurs tələbəsi olması bildirilmişdir. Onun birinci və ikinci kurslarda (atasının vəfat etdiyi dövrdə) əyani təhsil alması barədə təsdiqedici sənədlər pensiya işində mövcud deyil. G.Sariyeva təhsil aldığı müddətin (İ kursdan hal-hazırki vaxtadək) əyani olması barədə arayış təqdim etdiyi təqdirdə ona atası M.Sarıyevin vəfat etdiyi xx.xx.2019-cu il tarixdən ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilməsi üçün müraciətinə yenidən baxıla bilər. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdirlər. Həmin Qanununun 4.1-ci maddəsinə əsasən bu Qanuna uyğun olaraq əmək pensiyasının yaşa görə əmək pensiyası, əlilliyə görə əmək pensiyası və ailə başçısını itirməyə görə əmək pensiyası növləri müəyyən edilir. Həmin Qanununun 14.1-ci maddəsinə əsasən vəfat etmiş və ya həlak olmuş ailə başçısının öhdəsində olan (vəfat edənin tam təminatında olan və ya ondan özlərinin yaşayışı üçün daimi və əsas vəsait mənbəyi kimi kömək alan) aşağıdakı ailə üzvlərinin ailə başçısını itirməyə görə əmək pensiyası hüququ vardır: 14.1.1. vəfat etmiş və ya həlak olmuş şəxslərin övladları: 14.1.1.1. 18 yaşına çatmamış; 14.1.1.2. 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan şəxs; 14.1.1.3. təhsil müəssisələrinin əyani şöbəsində təhsil alanlar, lakin ən çoxu 23 yaşına çatanadək. 14.1.2. ata, ana, ər, arvad bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş pensiya yaşına çatmışdırsa, yaxud İ və ya İİ dərəcə əlilliyi olan şəxsdirsə; 14.1.3. yaşından və əmək qabiliyyətindən asılı olmayaraq valideynlərdən biri və ya ər (arvad), yaxud baba, nənə, qardaş, bacı vəfat etmiş və ya həlak olmuş ailə başçısının 8 yaşına çatmamış uşaqlarına, qardaşlarına, bacılarına, nəvələrinə baxırsa və işləmirsə. Məhkəmə yuxarıda qeyd edilənləri nəzərə alaraq belə nəticəyə gəlir ki, İddiaçı2 xx.xx.2021-ci il tarixdən ailə başçısını itirməyə görə əmək pensiyası təyin edildiyindən, iddia tələbi “İddiaçı2 ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” hissəsində əsassızdır və təmin edilməməlidir. Həmçinin, məhkəmə qeyd edir ki, iddia tələbi “İddiaçı2 təyin edilmiş pensiyanın xx.xx.2019-cu il tarixdən hesablanaraq ödənilməsi” hissəsində təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, Bakalavriat səviyyəsi üzrə təhsil müəssisələrinə aparılan müsabiqənin nəticəsindən çıxarışa əsasən İddiaçı2 Bakı Dövlət Universitetinin Ekologiya və torpaqşünaslıq fakültəsinin Ekologiya ixtisasının əyani şöbəsinə qəbul olmuşdur. İş materiallarından görünr ki, Bakı Dövlət Universitetinin 528/EƏ nömrəli xx.xx.2019-cu il tarixli Arayışına əsasən İddiaçı2 Bakı Dövlət Universitetinin Ekologiya və torpaqşünaslıq fakültəsinin Ekologiya ixtisasının əyani şöbəsinin Azərbaycan bölməsi üzrə ikinci kurs tələbəsidir. Göründüyü kimi, iddiaçının İddiaçı2 əyani təhsil alması işin məhkəmə araşdırılması ilə öz təsdiqini tapdığından, iddia tələbi bu hisəssədə təmin edilməlidir. İPM-in 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İPM-in 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, İddiaçı2 təyin edilmiş pensiyanın xx.xx.2019-cu il tarixdən ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Nəsimi Rayon Xidmət nümayəndəliyinin üzərinə qoyulmalı, iddia qalan hissədə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və İPMin 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia qismən təmin edilir. İddiaçı2 təyin edilmiş pensiyanın xx.xx.2019-cu il tarixdən hesablanaraq ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Nəsimi Rayon Xidmət nümayəndəliyinin üzərinə qoyulur. İddia qalan hissədə təmin edilmir. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər. Hakim Elvin Əliyev
Məhkəmə qərarları › İş №2-1(112)-614/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-614/2021
04.03.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver