Məhkəmə qərarları › İş №2-1(112)-6141/2022

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-6141/2022

23.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-6141/2022 23.05.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mədətli Fərid İlham oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Teymur Budaq oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinnin Sosial Müdafiəsi Nazirliyinə qarşı “sosial müavinət hüququnun təmin edilməsi” tələbinə dair mübahisəyə dair işə şifahi məhkəmə baxışı iclasında məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinnin Sosial Müdafiəsi Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçının xx.xx.2020-ci il tarixdən layiqli həyat yaşayışının təmin edilməsi üçün işsiz kimi hər ay orta aylıq 727 manat əmək haqqı səviyyəsində yəni - 727 AZN sosial müavinətlə təmin olunması haqda işlə təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ali təhsilli mühəndis mexanikdir. 1958-ci il təvəllüdlüdür, 24 mart 2020-ci il tarixdən etibarən NK OQ ölkədə tətbiq etdiyi qeyri-qanuni koronavirus epidemiyası (COVİD-19) karantin rejimi ilə əlaqədar o qeyrirəsmi işlədiyi günəmuzd işlərindən məhrum olmuşdur. 17 aprel 2020-ci ildən “işsiz” statusu ilə yanaşı həm də iş axtaran kimi ƏƏSMN-nin internet saytında rəsmi qeydiyyata düşmüşdür. Qeydiyyata düşməsindən 16 ay keçməsinə baxmayaraq bu günə qədər ona ƏƏSMN tərəfindən heç bir layiqli iş yeri təklif olunmamışdır... Belə ki, o ya layiqli həyat səviyyəsini təmin edən işlə təmin edilməli, ya da ona layiqli sosial müavinat verilməlidir. Bu səbəbdən də ona layiqli həyat səviyyəsini və eləcə də fərdi və ictimai rifahını layiqli təmin olunması üçün orta aylıq əmək haqqı miqdarında sosial müavinat verilməlidir. Məhkəmə tərəfindən Azərbaycan Respublikası İPM-nin 13-cü maddəsinin tələblərinə əsasən məhkəmənin yardım etmək vəzifəsinə uyğun olaraq 16 aprel 2022-ci il tarixdə iddiaçıya məktub ünvanlanaraq, ki, iddia tələbinin iddiaya cavab verməli olmayan inzibati orqan olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı yönəldiyi, lakin iddiaya cavab verməli olan inzibati orqanın Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X4 göstərilməli olduğu idiaçının nəzərinə çatdırılmıdır. İddianın mümkünlük məsələsinin həlli ilə əlaqədar məhkəmə iclası 23 may 2022-ci il tarixə təyin edilmiş, iddiaçı və cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barəsində məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin iştirakı olmadan iddianın mümkünlüyü məsələsinə qiymət verilməsini mümkün hesab etmişdir. 23 may 2022-ci il tarixli məhkəmə iclasında iddiaçıya tələbinin dəqiqləşdirilməsi bir daha təklif edilsə də, iddiaçı mövcud iddia tələbinin yönəldiyi Azərbaycan Respublikası Əmək və Əhalinnin Sosial Müdafiəsi Nazirliyinə qarşı baxılmasının davam etdirilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb aşağıdakı əsaslara görə hesab edir ki, iddia mümkün sayılmamalıdır. Qaldırılan iddianın əsaslılığının araşdırılması üçün ilkin şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu isə məhkəmə tərəflərin bunu tələb edibetməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlayır. İddianın mümkünlük şərtlərinin yerinə yetirilməsi ilə bağlı sübutetmə vəzifəsi isə iddiaçının üzərinə düşür. Hazırki iddia tələbi üzrə iddiaçı xx.xx.2020-ci il tarixdən layiqli həyat yaşayışının təmin edilməsi üçün işsiz kimi hər ay orta aylıq 727 manat əmək haqqı səviyyəsində sosial müavinatlə təmin olunması barədə qərar qəbul edilməsini tələb edir. Məhkəmə hazırkı iddia tələbinin mümkünlüyü məsələsini araşdırarkən bir neçə halın mövcudluğu səbəbindən iddianın mümkünlük şərtlərinə cavab vermədiyi qənaətindədir. İlk hal üzrə iddianın mümkünlük şərtlərinə cavab vermədiyi məsələ ondan ibarətdir ki, iddia tələbi iddiaya cavab verməli olmayan inzibati orqana qarşı yönəldilmişdir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 iyun tarixli 1077 nömrəli Fərmanı ilə təsdiq edilmiş X2 Nizamnaməsinin 1.1-ci maddəsinə əsasən X4 aktiv məşğulluq tədbirlərinin təşkili, işsizlikdən sığorta vəsaitinin idarə edilməsi, işaxtaran və işsiz şəxslərin sosial müdafiəsi ilə bağlı tədbirlərin, “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əməl olunmasına nəzarətin, habelə aidiyyəti dövlət orqanları (qurumları) ilə birlikdə əmək bazarının təhlili və qeyri-formal məşğulluğun aşkar edilməsi və qarşısının alınması ilə bağlı nəzarət tədbirlərinin həyata keçirilməsi, bununla bağlı maarifləndirmə, məlumatlandırma, təbliğat işinin təşkili sahəsində (bundan sonra – müvafiq sahə) fəaliyyət göstərən publik hüquqi şəxsdir. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun: -1.0.1-ci maddəsinə görə sosial müavinətlər (bundan sonra - müavinətlər) - bu Qanunla müəyyən edilmiş qaydada ayrı-ayrı kateqoriya şəxslərə sosial yardım göstərilməsi məqsədilə aylıq və ya birdəfəlik ödənilən pul vəsaitidir. -3.1-ci maddəsinə görə Azərbaycan Respublikasının vətəndaşları bu Qanunla müəyyən olunmuş şərtlərlə və qaydada aylıq və birdəfəlik müavinət almaq hüququna malikdirlər. -4.0-cı maddəsinə əsasən bu Qanunla aşağıdakı müavinətlər təyin edilir: 4.0.1.11. “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, işsizlik müavinəti. -7.0-cı maddəsinə əsasən müavinətlər aşağıdakı hallarda təyin edilir: 7.0.10-1. işsizlik müavinəti - şəxs “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada işsiz statusu aldıqda. -9.4-cü maddəsinə görə işsizlik müavinətinin ödənilməsi müddəti “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir. -11.3-cü maddəsinə görə işsizlik müavinətinin ödənilməsinin dayandırılması və ya ona xitam verilməsi halları “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir. 24 aprel 2018-ci il tarixli 1082-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 4.0.1.11-ci, 7.0.10-1-ci, 9.4-cü və 11.3-cü maddələr ləğv edilmişdir. Hazırkı iddia tələbi üzrə iddiaçı işsiz statuslu olduğundan Konstitusiyanın 38.3, 12.1 maddələrini rəhbər tutuaraq “Sosial müavinətlər haqqında” Qanunda işsizlikdən sosial müavinət hüququnun müəyyən edilməsini, eləcə də ona layiqli həyat səviyyəsini təmin edəcək sosial müavinət verilməsi öhdəliyinin Azərbaycan Respublikası Əmək və Əhalinnin Sosial Müdafiəsi Nazirliyinin üzərinə qoyulmasını inzibati məhkəmə icraatında mübahisələndirir. Yuxarıda sadalananlara istnadən məhkəmə tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinnin Sosial Müdafiəsi Nazirliyinin tələbə cavab verməli olan orqan olmadığı müəyyən edilmişdir. Eyni zamanda, məhkəmə qeyd edir ki, iddiaçının hazırki tələbi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X1rşı yönəldiləcəyi təqdirdə belə, mümkünlük şərtlərinə cavab vermədiyi müəyyən edilmişdir. Belə ki, iş materiallarında olan Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9843/2021 saylı, 29 dekabr 2021-ci il tarixli qərarından görünür ki, istinad olunan qərar əsasında iddiaçının “işsizlikdən sığorta ödənişinin verilməsi” barədə iddia tələbi rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 07 aprel 2022-ci il tarixli, 2-1(103)- 1453/2022 saylı qərardadı ilə Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-1(112)- 9843/2021 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Göründüyü kimi iddiaçının iddia ərizəsində göstərilən tələblərə artıq bir dəfə məhkəmə icraatı qaydasında baxılaraq, həmin tələb üzrə qəbul edilmiş məhkəmə qərarı artıq qüvvəyə minmişdir. Qanunvericiliyin tələblərində barəsində məhkəmə qərarı qəbul edilmiş tələbə təkrar baxıla bilməsi nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli, 10 aprel 2015-ci il tarixli, Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini...yoxlamalıdırlar (2.3-cü bənd); İddia mümkün sayılmadıqda məhkəmə İPM-in 35.3-cü maddəsinə əsasən qərardad qəbul edir; (8.1-ci bənd) Bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir; (8.2ci bənd). Buna görə də, iddianın mümkün sayılmamasına dair qərardad yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni predmet üzrə iddia qaldırmaq imkanını istisna etmir. (8.3-cü bənd) Bunun əksinə olaraq mahiyyəti üzrə çıxarılmış qərarın hüquqi qüvvəsi iddiaçıya eyni predmet üzrə yenidən tələblə çıxış etmək imkanı vermir. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. (8.6-cı bənd); Qərarın həmçinin 15.5-ci bəndində İPM-in 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarının proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburi olduğu qeyd olunmuşdur. Qeyd olunan maddələrdə təsbit olunmuş halları müəyyən etdikdə məhkəmələr verilmiş iddianı mümkün saymamalıdırlar.(15.6-cı bənd) Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia mümkün saymamalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin iddianın mümkünlüyünü müəyyən edən 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qanunvericiliyin tələbinə əsasən, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın məhkəmə tərəfindən mümkün sayılması üçün vacib şərtlər-tərəfin məhkəməyə müraciət etməsinə əsas verən mübahisənin mövcudluğu, tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddianın subyektiv hüquqa malik olan şəxs tərəfindən verilməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Odur ki, iddia tələbi mümkün sayıla bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35.1, 80 və 85-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Fərid Mədətli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar