Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-6143/2022 11.04.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, İddiaçının iştirakı olmadan İddiaçı Cavabdehna qarşı “şikayət ərizəsinə cavab verilməməsinin qanunsuz hesab edilməsi və s.” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı məhkəməyə müraciət edərək Cavabdeh “X6 qanunsuz hərəkətləri barədə” 21 dekabr 2021-ci il tarixli şikayət ərizəsinə cavab verməməsinim qanunsuz və əsassız hesab edilməsi; “X6 qanunsuz hərəkətləri barədə” 21 dekabr 2021-ci il tarixli ərizəyə cavab verməsi vəzifəsinin Cavabdehna həvalə edilməsi barədə qərar qəbul edilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir.
2. Tələb onunla əsaslandırılmışdır ki, X6 qanunsuz hərəkətləri barədə 21 dekabr 2021-ci il tarixli şikayət ərizəsi ilə müraciət edərək X6 qanunsuz hərəkətlərinə son qoyulmasını xahiş etmişəm. 21 dekabr 2021-ci il tarixli şikayət ərizəsi 23 dekabr 2021-ci il tarixdə Cavabdehna daxil olub. İş üzrə Cavabdeh 21 dekabr 2021-ci il tarixli şikayət ərizəsinə cavab verilməsini və ərizəyə əsasən barəsində şikayət etdiyim X6 qanunsuz hərəkətlərinin araşdırılmasını təmin etməyib. Cavabdeh “X6 qanunsuz hərəkətləri barədə” 21 dekabr 2021-ci il tarixli şikayət ərizəsinə cavab verməməsi qanunsuz və əsassız hesab edilməli və “X6 qanunsuz hərəkətləri barədə” 21 dekabr 2021-ci il tarixli şikayət ərizəsinə cavab verməsi vəzifəsinin Cavabdehna həvalə edilməsi barədə qərar qəbul edilməlidir. Azərbaycan Respublikasının Prezidentinə 21 dekabr 2021-ci il tarixli şikayət ərizəsinin ünvanlanmasına əsas olan hal nümayəndəsi olduğu X5 mülkiyyətində olan və Hacıqabul rayonunun Navahi kəndində yerləşən 27,65 ha torpaq sahəsinin suvarma suyu ilə təmin edilməməsidir. Hacıqabul rayon İcra Hakimiyyətinə dəfələrlə müraciət edilməsinə baxmayaraq, İcra Hakimiyyətinin Başçısı zəruri tədbir görülməsini təmin etməyib. X3 maddi zərərə məruz qalıb. Hacıqabul rayon İcra Hakimiyyətinin Başçısı X6 qanunsuz hərəkətləri barədə şikayət ərizəsi Cavabdeh tərəfindən araşdırılmayıb. Prezidentin Administrasiyasının hərəkətsizliyi, vətəndaş müraciətlərini nəzarətə götürməməsi, problemi yerində araşdırmaması, yerli icra hakimiyyətindən hesabat xarakterli məlumatlar tələb etməməsi icra hakimiyyətinin başçısını arxayınlaşdırıb. X1 müraciətləri ilə iş şöbəsi qanunvericiliyin tələblərini pozaraq Rüstəm Xəlilovdan olan şikayəti onun özünə göndərir. Bu isə icra hakimiyyətinin başçısında arxayınlıq yaradır və nəticədə yaranmış problem həll edilmir. Ehtimal etmək mümkündür ki, bu, X1 müraciətləri ilə iş şöbəsinin müdiri Süleyman İsmayılovla İcra Hakimiyyətinin Başçısı Rüstəm Xəlilovun şəxsi razılaşmasının nəticəsidir. X4, həm də Hacıqabul rayon İcra Hakimiyyətinin vətəndaş müraciətlərinə saymaz münasibəti problemin uzun müddətdir həll edilməməsinə və nəticədə müraciətlərin təkrarlanmasına şərait yaradır. Odur ki, Cavabdeh şikayət ərizəsinə cavab verməməsi qanunsuz və əsassız hesab edilməlidir.
3. Məhkəmə tərəfindən iddiaçıya hüquqi yardım göstərilərək bildirilmişdir ki, Azərbaycan Respublikası Prezident X2 səlahiyyətlərinin həyata keçirilməsinə şərait yaradılmasını təmin etmək məqsədilə təşkil edilmişdir və Nazirlər Kabinetinin 28.08.2007-ci il tarixli 136 nömrəli qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların təsnifat siyahısı”nda nəzərdə tutulmamışdır. Qeyd olunanlar nəzərə alınaraq iddia tələbini və cavabdehi dəqiqləşdirməsi təklif olunmuş, iddia tələbinin həmin tələblərə uyğunlaşdırılmamasının onun mümkünsüzlüyünə səbəb olması izah edilmişdir.
4. Məhkəmənin hazırlıq icraatı üzrə mümkünlük iclasında iddiaçı iştirak etmir.
II. İddianın mümkünlüyü
5. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmə müdafiəsinə təminat verilir. Lakin bu hüquq mütləq hüquq deyil və müəyyən qanuni məhdudiyyətlərə (məsələn, iddia müddəti, şikayətin qəbul edilmə şərtinə cavab verməməsi və s), məruz qoyula bilər. Lakin ədalət mühakiməsi hüququ onun mahiyyətinə xələl gətirə biləcək dərəcədə məhdudlaşdırılmamalıdır.
6. Məhkəmə müdafiəsi hüququ bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə ağlabatan müddətdə baxmaq və onlara dair ədalətli qərar qəbul edərək, onların vaxtında icra edilməsi vəzifəsini müəyyən edir. Qeyd olunan hüququn vacibliyinə baxmayaraq, o mütləq deyil. Bu hüququ məhdudlaşdıran tədbirlər Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinin və 71-ci maddəsinin İİ hissəsinin, habelə “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 3-cü maddəsinin müddəaları baxımından legitim məqsədlərə nail olmaq üçün tətbiq edilməli, mütənasiblik meyarına cavab verərək onun əsas mahiyyətinə toxunmamalıdır.
7. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10.04.2015-ci il tarixli 05 nömrəli Qərarına əsasən: 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. 6.2. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. 7.İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. 16.1. İddianın mümkünlüyünə dair şərtlərə, həmçinin iddianın lazımı qaydada qaldırılması da aiddir. 16.2. İddia ərizəsi İPM-in 46.1-ci maddəsində təsbit edilmiş formal tələblərə cavab verməlidir. 16.3. Həmin normada nəzərdə tutulmuş iddia ərizəsinin məzmununa dair tələblər ərizənin verildiyi məhkəmənin adı; iddiaçı və cavabdeh fiziki şəxslərin soyadları, adları, atalarının adları, yaşayış yerləri, inzibati orqanların (hüquqi şəxslərin) adı və hüquqi ünvanları; iddiaçının (ərizəçinin) tələbi - imperativ xarakter daşıyır və verilmiş ərizələrdə bunlar göstərilməlidir. 16.4. İPM-in 46.3-cü maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin 46.1-ci maddəsində nəzərdə tutulmuş tələblərə cavab vermədikdə hakim və ya məhkəmə tərkibinə sədrlik edən tərəfindən təyin olunmuş hakim (məruzəçi hakim) iddia ərizəsini həmin tələblərə uyğunlaşdırmaq üçün ağlabatan müddət təyin edir. 16.5. Nəzərə alınmalıdır ki, həmin normanın, həmçinin dinlənilmə hüququnun təmin edilməsi məqsədi ilə iddia ərizəsindəki çatışmazlıqlar, təyin edilmiş müddət və həmin müddət ərzində çatışmazlıqların aradan qaldırılmamasının hüquqi nəticələri barədə iddiaçı bilavasitə və ya məhkəmə bildirişi vasitəsi ilə məlumatlandırılmalıdır. Bu, həm də İPM-in 11.2 və 49.2-ci maddələrinin tələblərindən irəli gəlir. Belə ki, İPM-in 11.2-ci maddəsinə əsasən, məhkəmə inzibati prosesin gedişində proses iştirakçılarından hər birinə öz mövqeyini ifadə etmək, prosessual hüquqlarını və vəzifələrini həyata keçirmək üçün tam və bərabər imkanlar yaratmağa borcludur. İPM-in 49.2-ci maddəsinə əsasən, məhkəmənin bütün sərəncamları barədə proses iştirakçılarına vaxtında məlumat verilməlidir. 16.6. İddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər.
8. Məhkəmə qeyd edir ki, iddianın lazımi qaydada qaldırılması tələbinə riayət edilməmişdir. Bununla bağlı iddiaçıya hüquqi yardım göstərilərək cavabdeh qismində göstərilən qurumun Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların təsnifatı”nda nəzərdə tutulmadığı izah olunmuşdur. Məhkəmə iddiaçıya onun niyyətinə və marağının təmin olunmasına yönəlmiş hüquqi təkliflərin verilməsini mümkün hesab etmir.
9. Məhkəmə qeyd edir ki, hazırkı tələblə iddianın mümkun sayılmaması iddiaçıya münasibətdə məhkəməyə çatımlılıq və ədalət mühakiməsi hüququn pozulması hesab edilə bilməz. Belə ki, məhkəməyə müraciət hüququ mütləq hüquq deyil.
10. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.
11. Göstərilənlərə əsasən və İPM-in 35 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.
Hakim Günel Sevdimalıyeva