Məhkəmə qərarları › İş №2-1(112)-6147/2020

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-6147/2020

16.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-6147/2020 16.10.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mədətli Fərid İlham oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Teymur Budaq oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinə (3-cü şəxs Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis Bölməsi) qarşı qərarın ləğv edilməsi barədə tələbinə dair iş üzrə iddianın mümkünlüyü məsələsinə açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinə (3-cü şəxs Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis Bölməsi) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin 09 iyun 2016-cı il tarixli, BD-053 saylı qərarının ləğv edilməsini xahiş etmişdir. İddianın mümkünlük məsələsinin həlli ilə əlaqədar məhkəmə iclası 16 oktyabr 2020ci il tarixə təyin edilmiş, həmin iclasa iddiaçı gəlmiş, cavabdeh və üçüncü şəxs isə nümayəndəsini məhkəməyə göndərməmişdir. Məhkəmə cavabdehin və üçüncü şəxsin nümayəndələrinin iştirakı olmadan iddianın mümkünlük məsələsinə baxıb qərar qəbul edilməsini mümkün hesab etmişdir. Azərbaycan Respublikası İPM-nin 13-cü maddəsinin tələblərinə əsasən məhkəmənin yardımetmək vəzifəsinə uyğun olaraq iddiaçıya 02 sentyabr 2020-ci il tarixdə məktub ünvanlanaraq, hazırki tələbinə (şikayətə) baxılmasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilən qaydalara əsasən Ümumi Məhkəmələrin səlahiyyətinə aid olduğu nəzərinə çatdırılsa da, iddiaçı tərəfindən bununla bağlı hər hansı hərəkət olunmamışdır. Məhkəmə iclasında iddiaçı iddia ərizəsinə uyğun məzmunda izahat verərək, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını araşdırıb aşağıdakı əsaslara görə hesab edir ki, iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli, 10 aprel 2015-ci il tarixli, Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini...yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. (8.6-cı bənd); İddia ərizəsinin mahiyyətindən göründüyü kimi, iddia tələbi Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 09 iyun 2016-cı il tarixli, BD-053 saylı inzibati xəta barədə qərarının ləğv edilməsindən ibarətdir. Qeyd edilən tələbə (şikayətə) baxılması isə İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilən qaydalara əsasən Ümumi Məhkəmələrin səlahiyyətinə aiddir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 3.2-ci maddəsinə əsasən, 3.2. Bu Qanun inzibati orqanların: 3.2.1. cinayət təqibi üzrə cinayət – prosessual fəaliyyətinə; 3.2.2. inzibati xətalara dair işlər üzrə fəaliyyətinə şamil olunmur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan orqanları (vəzifəli şəxsləri) müəyyən edən 40.0-cı maddəsinə əsasən inzibati xətalar haqqında işlərə rayon (şəhər) məhkəmələri tərəfindən baxılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin “İnzibati xətalar haqqında işlər üzrə qərarlardan şikayət və ya protest vermək hüququnu tənzimləyən 126.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə qərardan şikayət - səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından-yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə verilir. Göründüyü kimi qanunvericilik inzibati xəta haqqında işlərin ümumi məhkəmələrdə mübahisələndirilməsini nəzərdə tutmuşdur. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə əsasən, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər- tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 13, 35-ci, 80-cı, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına şikayət verilə bilər. Hakim Fərid Mədətli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar