Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6148/2022 14.09.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Məhkəmənin hakimi Həsənova Şəlalə Akif qızının sədrliyi, Bəşirli Leyla Elşad qızının katibliyi, iddiaçının nümayəndəsi X2 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X6 Şəxsin Sosial Ödənişlərin X1rşı qərarın ləğv edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X6 Şəxsin Sosial Ödənişlərin X1rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək pensiya işi üzrə cavabdehin “pensiyasının dayandırılması və ödənilmiş pensiya məbləğinin geri qaytarılması” barədə sərəncamının ləğv edilərək, təyin olunmuş pensiyanın əsassız dayandırıldığı tarixdən bərpa edilməsi və əsassız olaraq geri alınmış vəsaitin, həmçinin pensiyanın təyinatının dayandırıldığı tarixdən hal-hazıradək ödənilməmiş qalan pensiya məbləğinin hesablanaraq birdəfəlik ödənilməsi barədə qərar qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək cavabdeh inzibati orqanın xx.xx.2021-ci il tarixli, **********7 nömrəli qərarının ləğv edilərək ondan tutulmuş pul vəsaitinin ona geri ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş və həmin ərizə məhkəmə tərəfindən icraata qəbul edilmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ona DSMF Suraxanı rayon şöbəsi tərəfindən xx.xx.1991-ci il tarixdən yaşa görə əmək pensiyası təyin olunmuşdur. xx.xx.2021-ci il tarixli müraciətlə adiyyəti üzrə pensiyanın yenidən hesablanması baradə rəsmi olaraq ərizə ilə cavabdehə müraciət etmişdir. Cavabdehin xx.xx.2021-ci il tarixli, **********7 saylı qərarı nəticəsində məlum olmuşdur ki, (imtina məktubu xx.xx.2022-ci il tarixində poçt vasitəsilə təqdim edilmişdir) guya cavabdeh uzun illərdir ona təyin olunmuş pensiyanı artıq hesablamışdır və həmin artıq ödəməni hər ay onun pensiya məbləğindən geri tutacaqdır. Hesab edir ki, həmin qərar qanunsuz və əsassızdır. Belə ki, cavabdeh hansı əsaslarla və hansı qaydalarla ona təyin olunmuş əmək pensiyasının artıq olduğunu öz qərarında əsaslandıra bilməmişdir. Bundan başqa vətəndaşlara pensiya inzibati orqan olan DSMF-nin rayon şöbələri tərəfindən təyin olunur. Əgər orada hər hansı səhvən artıq hesablanma olubsa da bu inzibati orqan tərəfindən buraxılmış səhvdir, buna görə də vətəndaş təqsirkar deyildir. Cavabdehin buraxdığı səhvə görə vətəndaş öhdəlik daşımağa məcbur deyildir. Hesab edir ki, cavabdeh tərəfindən qəbul olunmuş xx.xx.2021-ci il tarixli, **********7 saylı qərar qanunsuz olduğu üçün ləğv olunmalıdır. Belə ki, pensiya məbləğinin miqdarı onun tərəfindən hesablanmamışdır. Lakin bütün bunlara baxmayaraq cavabdeh yuxarıda göstərdiyi işin həqiqi hallarını ətraflı araşdırmamış və nəticədə əsasız qərar qəbul edilmişdir. Ona görə də o cavabdehin xx.xx.2021-ci il tarixli **********7 saylı qərarını mübahisələndirmək qərarına gəlmişdir. Cavabdeh iddia tələbinə dair yazılı etiraz təqdim etmiş və etirazı onunla əsaslandırmışdır ki, iddiaçının iddia tələbi tam əsassızdır və aşağıda geyd olunan əsaslara qörə məhkəmə tərəfindən təmin edilməməlidir. Belə ki, İddiaçı xx.xx.1991-ci il tarixdən yaşa görə əmək pensiyası təyin olunmuş, o, xx.xx.2021 -ci il tarixdə pensiyanın yenidən hesablanması barədə cavabdeh orqana müraciət etmişdir. İddiaçı müraciətinə cavabdeh orqanın xx.xx.2021-ci il tarixli, **********7 nömrəli imtina verilmişdir. Məktubda məlumat üçün bildirilir ki, xx.xx.2006-cı il tarixinə kimi qüvvədə olan “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinə əsasən ona xx.xx.1991ci il tarixində yaşa görə əmək pensiyası təyin edilmişdir. Təqdim olunan əmək kitabçasına əsasən pensiya xx.xx.2006-cı il tarixinədək 34 il 08 ay 23 gün sosial sığorta stajı, pensiya təyin olunan tarixdən işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdiyi tarixədək fərdi hesabın sığorta hissəsində qeydə alınmış 3209,61 manat pensiya kapitalı nəzərə alınmaqla yenidən hesablanmışdır. Sözügedən Qanunun 37.3.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir. Pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir və şəxslər işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə, yaxud pensiya təyin olunduğu gündən sonra 06 il və daha çox işlədikdə həmin dövr üzrə sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya yaşından sonra işlədiyi ayların miqdarı qədər, lakin 72 aydan artıq olmamaqla azaldılaraq əmək pensiyası yenidən hesablanır. Sonrakı belə hesablamalar bu maddədə göstərilən şərt nəzərə alınmaqla hər növbəti 6 ildən bir həyata keçirilir. İddiaçının müraciəti və təqdim etdiyi sənədlər ilə əlaqədar olaraq bildirilir ki, xx.xx.2006-cı il tarixinədək 34 il 8 ay 23 gün sığorta stajına və xx.xx.2006-cı il tarixindən fərdi hesabının sığorta hissəsində qeydə alınmış 3209,61 manat pensiya kapitalına əsasən yaşa görə əmək pensiyası yenidən hesablanaraq 281,47 manat təyin edilmişdir. Əmək pensiyasının yenidən hesablanmasına dair müraciətin araşdırılması zamanı ona təyin olunmuş əmək pensiyasının məbləğinin artıq hesablanaraq ödənildiyi aşkar edilmişdir. xx.xx.2006-cı il tarixinə kimi qüvvədə olan “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununun 67-ci maddəsinə əsasən işləməyən ananın uşaqlarına qulluq etdiyi dövr hər uşağa 3 il olmaqla sığorta stajına əlavə edilir. Əlavə olaraq bildirilir ki, iddiaçının yaşa görə əmək pensiyası xx.xx.2011-ci il tarixində yenidən hesablanan zaman yuxarıda qeyd olunan maddənin tələbləri tətbiq edilmiş və əmək fəaliyyəti ilə məşğul olduğu halda ümumilikdə 5 il 6 ay övladına qulluq etdiyi üçün sığorta stajına əlavə edilmişdir. Nəticədə sığorta stajı düzgün hesablanmamış və sözügedən dövr üçün yaşa görə əmək pensiyasının məbləği 152,25 manat hesablanmalı halda 160,96 manat hesablanmışdır. Sosial Ödənişlərin X5 Filialın xx.xx.2021-ci il tarixli, № **********9 saylı qərarı ilə ona pensiyasının xx.xx.2006-cı il tarixinədək sığorta stajı 34 il 8 ay 23 gün hesablanmış və xx.xx.2021-ci il tarixli ərizəsinə əsasən yaşa görə əmək pensiyasının məbləği təqdim etdiyi sənədlər əsasında aşağıda verilmiş cədvələ uyğun olaraq yenidən hesablanmışdır: Başlanğıc tarix - xx.xx.2011, son tarix – xx.xx.2011, hesablamayadək – 160.96, hesablandıqdan sonra – 152.25; Başlanğıc tarix – xx.xx.2012, son tarix – xx.xx.2012, hesablamayadək – 166.95, hesablandıqdan sonra –157.56; Başlanğıc tarix – xx.xx.2013, son tarix – xx.xx.2013, hesablamayadək – 167.85, hesablandıqdan sonra –158.36; Başlanğıc tarix – xx.xx.2013, son tarix – xx.xx.2013, hesablamayadək – 182.85, hesablandıqdan sonra – 173.36; Başlanğıc tarix – xx.xx.2014, son tarix – xx.xx.2014, hesablamayadək – 184.84, hesablandıqdan sonra – 175.12; Başlanğıc tarix – xx.xx.2015, son tarix – xx.xx.2015, hesablamayadək – 186.03, hesablandıqdan sonra – 176.17; Başlanğıc tarix – xx.xx.2016, son tarix – xx.xx.2016, hesablamayadək – 189.47, hesablandıqdan sonra – 179.22; Başlanğıc tarix – xx.xx.2016, son tarix – xx.xx.2016, hesablamayadək – 199.47, hesablandıqdan sonra – 189.22; Başlanğıc tarix – xx.xx.2017, son tarix – xx.xx.2017, hesablamayadək – 210.57, hesablandıqdan sonra – 199.04; Başlanğıc tarix –xx.xx.2018, son tarix – xx.xx.2018, hesablamayadək –222.57, hesablandıqdan sonra – 210.38; Başlanğıc tarix – xx.xx.2020, son tarix – xx.xx.2020, hesablamayadək – 267.30, hesablandıqdan sonra – 252.67, Başlanğıc tarix –xx.xx.2021, son tarix – xx.xx.2021, hesablamayadək – 297.77, hesablandıqdan sonra – 281.47. Bu səbəbdən xx.xx.2011-ci il tarixindən xx.xx.2021-ci il tarixinədək artıq ödənilmiş 1426,88 manat vəsait bölünərək onun aylıq əmək pensiyasından tutulmaqla Dövlət Sosial Müdafiə Fondunun hesabına bərpa olunacaqdır. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 iyun tarixli, 1077 nömrəli Fərmanı ilə Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsi təsdiq edilmişdir. Həmin Nizamnamənin 3.1.18-ci bəndinə əsasən, əmək pensiyalarının, sosial müavinətlərin, ünvanlı dövlət sosial yardımının, təqaüd və kompensasiyaların, habelə Azərbaycan Respublikasının qanunları və Azərbaycan Respublikası Prezidentinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin aktları ilə nəzərdə tutulmuş digər ödənişlərin təyin edilməsi və ödənilməsi üçün əsas pötürülmüş sənədlərin (məlumatların) qanuna uyğun olmadığı, onlarda düzəliş və va təhrif olunduğu askar edildikdə, habelə həmin ödənişlərin dayandırılması üçün əsas ola hıləcək hallar olduqda ödənişi dayandırmaq, qanunla nəzərdə tutulan hallarda artıq ödənilmiş vəsaitin tutulması üçün tədbirlər görülməsini təmin etmək Fondun vəzifələrinə aid edilmişdir. Həmin Əsasnamənin 3.1.2-ci bəndinə əsasən qəbul şöbələri vasitəsilə əmək pensiyaları, sosial müavinətlər, taqaüdlər va kompensasiyalarla bağlı müraciət edən vətəndaşlar tərəfindən təqdim edilən sənədlərin Filialın Pensiya təminatı və Sosial müavinət, təqaüd va kompensasiyaların təyinatını hayata keçirən müvafiq şöbələrinə çatdırılmasını təmin etmək, 3.1.3-ci bəndinə əsasən isə, sosial ödənislərin təyin edilməsi, yenidən hesablanması və bir növdən digərinə keçirilməsi üçün əsas götürülmüş sənədlərin (məlumatların) əsaslılığının araşdırılması, sənədlərin (məlumatların) qanuna uyqun olmadığı, onların təhrif olunduğu aşkar edildikdə müvafiq tədbirlər görülməsini təmin etmək filialın vəzifələrinə aid edilmişdir. Qeyd olunanlara əsasən İddiaçı iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 iddia tələbinin məzmununa uyğun izahat verərək iddianın təmin olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdeh lazımi qaydada xəbərdarlıq edilmiş, lakin səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsi barədə məlumat verlməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. İş materiallarında olan və məhkəmə icraatında tədqiq edilmiş: - Azərbaycan Respublikası vətəndaşının AZE 00****** №-li şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1941-ci ildə Bakı şəhərində doğulmuşdur. - İddiaçıya məxsus xx.xx.1958-ci il tarixli əmək kitabçasının surətindən görünür ki, İddiaçı xx.xx.1958-ci ildən xx.xx.1977-ci ilədək Bakı Elektrik Təmiri zavodunda izolyatorçu, xx.xx.1977-ci ildən xx.xx.1978-ci ilədək “Zelenstory”da fəhlə, xx.xx.1978-ci ildən xx.xx.1991-ci ilədək Bakı Biskivit Fabtikində xadimə, xx.xx.1991-ci ildən xx.xx.1993-cü ilədək Bakı Biskivit Fabrikində qarderob qulluqçusu (34 il 8 ay 25 gün) işləmişdir. - Cavabdeh tərəfindən məhkəməyə ünvanlanmış **********3 №-li, xx.xx.2022-ci il tarixli məktuba əlavə edilmiş İddiaçı aid pensiya işinin materiallarından görünür ki, İddiaçı xx.xx.1991-ci ildən yaşa görə əmək pensiyası təyin edilmişdir. Pensiya təyin edilən zaman İddiaçı ümumi əmək stajı 33 il 7 ay 18 gün müəyyən edilmişdir. - Həmin pensiya işində olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X6 Şəxsin Sosial Ödənişlərin X5 Filialının əmək pensiyasının yenidən hesablanması haqqında xx.xx.2021-ci il tarixli, **********9 №li qərarının surətindən görünür ki, iddiaçının xx.xx.2021-ci il tarixə pensiya məbləği 297 manat 77 qəpik olmuş, yenidən hesablama ilə əsasən iddiaçıya xx.xx.2021-ci il tarixdən ömürlük olaraq 281.47 manat pensiya məbləği təyin edilmişdir. Qərar onunla əsaslandırılmışdır ki, “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunun 67-ci maddəsinə əsasən işləməyən ananın uşaqlara qulluq etdiyi müddət (hər uşağa 3 il, üst-üstə cəmi 6 il) iş stajına əlavə edilirdi. Çox uşaqlı ana kimi pensiya təyin edilərkən, 1971-1977-ci illərdə işlədiyi halda həmin dövrlərdə anadan olmuş 2 uşağına görə 5 il 6 ay sığorta stajına əlavə edilmiş və xx.xx.2011-ci il tarixdən pensiyası 39 il 2 ay sığorta stajına əsasən hesablanmışdır. İddiaçı sığorta stajı 34 il 8 ay təşkil etdiyi üçün xx.xx.2011-ci il tarixdən xx.xx.2021-ci il tarixədək artıq vermə yaranmışdır. - Həmin pensiya işində olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X6 Şəxsin Sosial Ödənişlərin X5 Filialının artıq ödənilmiş əmək pensiyası məbləğinin tutulması haqqında qərarının (xx.xx.2021-ci il tarixli, **********7 nömrəli) surətindən görünür ki, xx.xx.1941-ci il tarixində Bakı şəhərində anadan olmuş, ünvan 1 ünvanında yaşayan vətəndaş İddiaçı təyin olunmuş əmək pensiyasının məbləği 281,47 manat müəyyən olunması, xx.xx.2011-ci il tarixindən xx.xx.2021-ci il tarixinədək artıq ödənilmiş 1426,88 manat məbləğ bölünərək onun aylıq əmək pensiyasından tutulmaqla Dövlət Sosial Müdafiə Fondunun hesabına bərpa edilməsi qərara alınmışdır. - Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2021-ci il tarixli, **********7 №-li məktubdan görünür ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin 3 saylı Bakı “DOST” Mərkəzindən daxil olmuş ərizəsinə və ona əlavə olunmuş sənədlərə aidiyyəti üzrə Mərkəzi Filialda baxılmışdır. Məlumat üçün bildirilir ki, xx.xx.2006-cı il tarixinə kimi qüvvədə olan “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununun 12-ci maddəsinə əsasən ona xx.xx.1991-ci il tarixində yaşa görə əmək pensiyası təyin olunmuşdur. Azərbaycan Respublikasının Prezidentinin 06 mart 2006-cı il tarixli 377 saylı Fərmanı əsasında xx.xx.2006-cı il tarixindən qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsi tətbiq edilməklə sizin əmək pensiya ödənişiniz davam etdirilmişdir. Müraciətilə əlaqədar təqdim etdiyi əmək kitabçasına əsasən pensiyası xx.xx.2006-cı il tarixinədək 34 il 8 ay 23 gün sığorta stajı, pensiya təyin olunan tarixdən işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdiyi tarixədək fərdi hesabın sığorta hissəsində qeydə alınmış 3209,61 manat pensiya kapitalı nəzərə alınmaqla yenidən hesablanmışdır. Sözügedən Qanunun 37.3.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir. Pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir və şəxslər işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə, yaxud pensiya təyin olunduğu gündən sonra 6 il və daha çox işlədikdə həmin dövr üzrə sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya yaşından sonra işlədiyi ayların miqdarı qədər, lakin 72 aydan artıq olmamaqla azaldılaraq əmək pensiyası yenidən hesablanır. Sonrakı belə hesablamalar bu maddədə göstərilən şərt nəzərə alınmaqla hər növbəti 6 ildən bir həyata keçirilir. Müraciəti və təqdim etdiyi sənədlər ilə əlaqədar olaraq bildirilir ki, xx.xx.2006-cı il tarixinədək 34 il 8 ay 23 gün sığorta stajına və xx.xx.2006-cı il tarixindən fərdi hesabının sığorta hissəsində qeydə alınmış 3209,61 manat pensiya kapitalına əsasən yaşa görə əmək pensiyası yenidən hesablanaraq 281,47 manat təyin edilmişdir. Əmək pensiyasının yenidən hesablanmasına dair müraciətinin araşdırılması zamanı ona təyin olunmuş əmək pensiyasının məbləğinin artıq hesablanaraq ödənildiyi aşkar edilmişdir. xx.xx.2006-cı il tarixinə kimi qüvvədə olan “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununun 67-ci maddəsinə əsasən işləməyən ananın uşaqlarına qulluq etdiyi dövr hər uşağa 3 il olmaqla sığorta stajına əlavə edilir. Əlavə olaraq bildirilir ki, yaşa görə əmək pensiyası xx.xx.2011ci il tarixində yenidən hesablanan zaman yuxarıda qeyd olunan maddənin tələbləri tətbiq edilmiş və əmək fəaliyyəti ilə məşğul olduğu halda ümumilikdə 5 il 6 ay övladına qulluq etdiyi üçün sığorta stajına əlavə edilmişdir. Nəticədə sığorta stajı düzgün hesablanmamış və sözügedən dövr üçün yaşa görə əmək pensiyasının məbləği 152,25 manat hesablanmalı halda 160,96 manat hesablanmışdır. Qeyd olunanları nəzərə alaraq bildirilir ki, Sosial Ödənişlərin X5 Filialın xx.xx.2021-ci il tarixli, № **********9 saylı qərarı ilə ona pensiyasının xx.xx.2006-cı il tarixinədək sığorta stajı 34 il 8 ay 23 gün hesablanmış və xx.xx.2021-ci il tarixli ərizəsinə əsasən yaşa görə əmək pensiyasının məbləği təqdim etdiyi sənədlər əsasında yenidən hesablanmışdır. Bu səbəbdən xx.xx.2011-ci il tarixindən xx.xx.2021-ci il tarixinədək artıq ödənilmiş 1426,88 manat vəsait bölünərək onun aylıq əmək pensiyasından tutulmaqla Dövlət Sosial Müdafiə Fondunun hesabına bərpa olunacaqdır. Məhkəmə işdə iştirak edən iddiaçının nümayəndəsinin izahatını dinləyərək, təqdim edilmiş sübutları araşdıraraq aşağdakı hüququ əsaslara görə hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun: - 39.1-ci maddəsinə əsasən artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. - 39.2-ci maddəsinə əsasən bu Qanunun 39.1-ci maddəsində göstərilmiş əsaslarla əmək pensiyasından və əmək pensiyasına əlavədən tutulan məbləğ, başqa əsaslara görə tutulan məbləğlər nəzərə alınmadan, hər ay əmək pensiyaçısına ödənilməli olan məbləğin 10 faizindən az, 20 faizindən artıq ola bilməz (bu Qanunun 39.3-cü maddəsi nəzərə alınmaqla). Əmək pensiyasından və əmək pensiyasına əlavədən tutulan məbləğ əmək pensiyaçısına ödənilməli olan məbləğin 10 faizindən az olduqda (bu Qanunun 39.3-cü maddəsi nəzərə alınmaqla ) tam məbləğdə tutulur. Qanunvericiliyin tələblərindən göründüyü kimi əmək pensiyaçısına artıq məbləğ ödənilmişsə, əmək pensiyaçısının razılığı olduqda pensiyanı təyin edən orqan artıq ödənilmiş məbləği əmək pensiyaçısına ödənilməli olan məbləğin 10 faizindən 20 faizinədək miqdarda tuta bilər. Əgər əmək pensiyaçısı belə razılıq verməzsə, onda bu məbləğ məhkəmə qaydasında tutulmalıdır. Hazırki iş üzrə məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, İddiaçı xx.xx.1991-ci il tarixində cavabdeh tərəfindən yaşa görə əmək pensiyası təyin olunmuş və həmin tarixdən ödənilməyə başlamışdır. xx.xx.2021-ci il tarixədək iddiaçıya ödənilməli olan əmək pensiyasının məbləği 297,77 manat olmuşdur. İddiaçı xx.xx.2021-ci il tarixdə cavabdeh inzibati orqana müraciət edərək ona təyin edilmiş əmək pensiyasının təqdim etdiyi sənədlər əsasında yenidən hesablanmasını xahiş etmiş, cavabdeh araşdırma apararaq iddiaçının əmək pensiyasını yenidən hesablayaraq sığorta stajının səhv müəyyən edilməsi (34 il 8 ay təşkil etdiyi halda 39 il 2 ay sığorta stajı nəzərə alınmışdır) nəticəsinə gələrək iddiaçının xx.xx.2021-ci il tarixdən əmək pensiyasının 281,47 qəpik olması, xx.xx.2011-ci ildən xx.xx.2021-ci il tarixədək iddiaçıya 1426,88 manat artıq ödəmənin edilməsi nəticəsinə gəlmişdir. Cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.2021-ci il tarixli, **********7 nömrəli qərara əsasən iddiaçıya təyin olunmuş əmək pensiyasının məbləği 281,47 manat müəyyən olunmuş və xx.xx.2011-ci il tarixindən xx.xx.2021-ci il tarixinədək artıq ödənilmiş 1426,88 manat məbləğin bölünərək iddiaçının aylıq əmək pensiyasından tutulması qərara alınmışdır. Cavabdeh artıq ödənilmiş məbləğin iddiaçıya ödənilən pensiyadan tutulması barədə qərar qəbul etsə də bu zaman iddiaçının razılığını almamışdır. İddiaçının belə bir razılığının olmaması onun iddia ərizəsi ilə məhkəməyə müraciət etməsi halı ilə də təsdiqlənmişdir. Belə olan halda məhkəmə qeyd edir ki, cavabdeh inzibati orqan tərəfindən qanunvericiliklə məhkəmənin səlahiyyətinə aid edilmiş məsələ ilə bağlı qərar qəbul edilmişdir. "İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: - 58.1-ci maddəsinə əsasən inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. - 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. - 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Məhkəmə həmçinin qeyd edir ki, "İnzibati icraat haqqında” Qanunun: - 81.2-ci maddəsinə əsasən qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati akt, o cümlədən inzibati şikayət üzrə qəbul olunmuş qərar onu qəbul etmiş inzibati orqan tərəfindən icra edilir. - 82.2-ci maddəsinə əsasən inzibati aktı qəbul etmiş inzibati orqan tələbin icraya yönəldilməsi haqqında qərar qəbul edir. Bu halda tələbin icraya yönəldilməsi üçün məhkəmə qərarının qəbul edilməsi tələb olunmur. Lakin bu normalar maddənin tələbindən göründüyü kimi, qanunda başqa qayda nəzərdə tutulmadığı halda tətbiq edilir ki, belə başqa qayda "Əmək pensiyaları haqqında” Qanunun 39-cu maddəsində müəyyən edilmişdir. Eyni zamanda "İnzibati icraat haqqında” Qanunun 3.3-cü maddəsində qeyd olunur ki, Azərbaycan Respublikasının xüsusi qanunları ilə bu qanunda nəzərdə tutulmuş müddəaları tamamlayan müddəalar və ya inzibati icraatla bağlı xüsusi qaydalar müəyyən oluna bilər. O da qeyd edilməlidir ki, "İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 82-ci maddəsinin və Azərbaycan Respublikası Vergi Məcəlləsinin 52 və 90.1ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2011-ci il tarixli Qərarında oxşar məsələ ilə bağlı Konstitusiya Məhkəməsi öz mövqeyini belə ifadə etmişdir ki, " "İnzibatı icraat haqqında” Qanunun 82.2-ci maddəsində nəzərdə tutulmuş inzibati aktı qəbul etmiş inzibati orqanın tələbin icraya yönəldilməsi haqqında qərar qəbul etməsi və bunun üçün məhkəmənin qərarının tələb olunmaması məsələsinə gəldikdə isə vurğulanmalıdır ki, inzibati orqan yalnız öz səlahiyyətləri çərçivəsində qərar qəbul edə bilər. Eyni ilə vergi orqanı da öz səlahiyyətləri daxilində qərar qəbul edə və onu məhkəmə qərarı tələb olunmadan icraya göndərə bilər. Lakin Vergilər Məcəlləsinin 90.1-ci maddəsində nəzərdə tutulmuş qaydaya görə vergi öhdəliyinin yerinə yetirilməməsinə görə vergi ödəyicisinin siyahıya alınmış əmlakının hərraca çıxarılması məhkəmənin səlahiyyətinə aid edilmiş və onun qərarı əsasında həyata keçirilir. "İnzibati icraat haqqında” Qanunun 82.2-ci maddəsində nəzərdə tutulmuş prosedur vergi qanunvericiliyinin pozulmasına görə şəxsin əmlakının hərraca çıxarılmasına aid edilə bilməz.” Konstitusiya Məhkəməsi Plenumunun bu mövqeyini hazırkı işə tətbiq edən məhkəmə hesab edir ki, nə qədər ki, "Əmək pensiyaları haqqında” Qanunun 39-cu maddəsində əmək pensiyaçısının razılığı olmadıqda artıq ödənilmiş pensiya məbləğinin ona ödənilən əmək pensiyasında tutulması məhkəmənin səlahiyyətinə aid edilmiş, belə bir tutulmanın yalnız məhkəmə qərarı ilə həyata keçirilə biləcəyi müəyyən olunmuşdur, onda cavabdehin məhkəmənin səlahiyyətinə aid məsələ ilə bağlı qəbul etdiyi xx.xx.2021-ci il tarixli, **********7 nömrəli qərarı qanunsuzdur. Ona görə də iddia tələbi əsaslı sayılmaqla həmin qərar ləğv edilməli, həmin qərar əsasında iddiaçının əmək pensiyasından tutulan məbləğ iddiaçıya geri ödənilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. - 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. - 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X6 Şəxsin Sosial Ödənişlərin X5 Filialı tərəfindən qəbul edilmiş artıq ödənilmiş əmək pensiya məbləğinin tutulması haqqında xx.xx.2021-ci il tarixli, **********7 nömrəli qərar ləğv edilsin. Həmin qərar əsasında İddiaçı əmək pensiyasından tutulmuş məbləğ Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X6 Şəxsin Sosial Ödənişlərin X5 Filialı tərəfindən İddiaçı geri ödənilsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) verilə bilər. Hakim Şəlalə Həsənova
Məhkəmə qərarları › İş №2-1(112)-6148/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-6148/2022
14.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver