Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-615/2025 04.06.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinə qarşı “artıq ödənilmiş gömrük rüsumunun qaytarılması” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Cəlalov Bəhlul Məmmədcəfər oğlunun sədrliyi, Həsənov İlkin Mürşüd oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil, iddiaçının nümayəndəsi və vəkili X2, cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinə qarşı artıq ödənilmiş gömrük rüsumunun ödənilməsi tələbinə dair iddiası üzrə inzibati işə 4 iyun 2025-ci il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı MMC xx.xx.2015-ci il tarixdə Azərbaycan Respublikasının Qanunvericiliyinə uyğun olaraq qeydiyyata alınmış, ********** nömrəli VÖEN ilə fəaliyət göstərən sahibkarlıq fəaliyyəti ilə məşğul olan kommersiya hüquqi şəxsdir. İddiaçı MMC-nin ünvanına “Türkiyə Respublikasından T99JU907/10ZH907 nömrə nişanlı nəqliyyat vasitəsi və 21016677 saylı xx.xx.2021-ci il tarixli invoys sənədilə daxil olmuş “PVC pəncərələrin kənarları üçün araqatların istehsalında istifadə olunan qranulalar” yükü **********9461 sorğu nömrəli xx.xx.2021-ci il tarixli gömrük bəyannaməsi ilə Bakı Baş Gömrük İdarəsinə bəyan edilmişdir. xx.xx.2021-ci il tarixli 21016677 saylı invoys üzrə idxal olunan “X9 Stiren (SEBS) Granül ENSGFT-SD-150-50D-T2-900 Black və ENSOFT-SL-164-65A- T2-900 Black” yükü “4005 99 000 0” təsnifat kodu üzrə sinifləşdirilmiş və 15% gömrük rüsumuna cəlb edilmiş və **********9461 sorğu nömrəli gömrük bəyannaməsi ilə "Technoline-K” MMC tərəfindən 14559.35 manat əlavə ödəniləcək gömrük ödənişləri yaranmışdır. xx.xx.2022-ci il tarixli **********3363 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan olunan yük X5 İdarəsinin ekspert rəyi əsasında “Technoline-K" MMC-nin ünvanına xx.xx.2022-ci il tarixli 22017245 saylı invoysun bütün mal mövqeləri üzrə idxal olunan “Ravago Ensoft SD-150-50D-T2-900 BLACK”, “Ravago Ensoft SD-150-55D-T2-900 BLACK” və “Ravago Ensoft SL-164-65A- T2-900” adlı tərkibində kalsium karbonat (CAS 471-34-1) dolğusu, piqment, mum, ultrabənövşəyi şüaların stabilləşdirici olan polipropilen (CAS 9003-07-0) ilə modifikasiya olunmuş, ilkin formada, qara rəngli, vulkanlaşdırılmamış stirol-butadien-stirol kauçuk (CAS 66070-58-4) yükü XİF MN görə 4005 99 000 0 alt yarımmövqeyində sinifləşdirildiyi müəyyən olunmuşdur. İddiaçı tərəfindən qeyd olunan gömrük ödənişləri ödənilmişdir. İddiaçı MMC tərəfindən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə artıq ödənilmiş dövlət rüsumunun geri qaytarılması ilə bağlı 7.08.2023-cü il tarixli ərizə ilə müraciət edilmişdir. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2023-cü il tarixli məkubla iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. İddiaçının müraciətinin təmin edilməsindən imtina edilməsinin əsası kimi göstərilmişdir ki, “Komitənin tapşırığı ilə Bakı Baş Gömrük İdarəsində aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, Türkiyə Respublikasından İddiaçı MMC-nin ünvanına T99JU907/10ZH907 nömrə nişanlı nəqliyyat vasitəsi və 21016677 saylı xx.xx.2021-ci il tarixli invoys sənədilə daxil olmuş “PVC pəncərələrin kənarları üçün araqatların istehsalında istifadə olunan qranulalar” yükü **********9461 sorğu nömrəli xx.xx.2021-ci il tarixli gömrük bəyannaməsi ilə Bakı Baş Gömrük İdarəsinə bəyan edilmişdir. Sözügedən gömrük bəyannaməsi üzrə bəyan edilmiş mallara dair mal müşayiət sənədlərinin düzgünlüyünün araşdırılması zamanı bəyan edilmiş malların hansı təsnifat kodu altında sinifləşdirildiyinin müəyyən edilməsi məqsədilə Bakı Baş Gömrük İdarəsi tərəfindən X5 İdarəsinə müraciət olunmuş və X5 İdarəsindən göndərilmiş ekspert rəyinə əsasən xx.xx.2021-ci il tarixli 21016677 saylı invoys üzrə idxal olunan “X9 Stiren (SEBS) Granül ENSGFT-SD-150-50D-T2-900 Black və ENSOFT-SL-164-65A- T2-900 Black” yükünün “4005 99 000 0” təsnifat kodu üzrə sinifləşdirildiyi və 15% gömrük rüsumuna cəlb edilməli olduğu məlum olmuş və "Technoline-K” MMC tərəfindən 14559.35 manat əlavə ödəniləcək gömrük ödənişləri yarandığı üçün **********9461 sorğu nömrəli gömrük bəyannaməsi araşdırılması üçün təhqiqat şöbəsinə göndərilmişdir. Lakin "Technoline-K” MMC tərəfindən gömrük qanunvericiliyi ilə müəyyən olunmuş 14559.35 manat gömrük ödənişlərinin ödənilməsi təmin olunmadığı üçün İddiaçı MMC-nin əməlində Azərbaycan Respublikası İXM-nin 505-ci maddəsinin tərkib əlamətləri olduğundan qanunamüvafiq qaydada tədbir görülməsi məqsədilə iş aidiyyəti üzrə Bakı şəhəri Səbail rayon məhkəməsinə göndərilmişdir. Bakı şəhəri Səbail rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli 3(009)- 2264/2021 nömrəli qərarına əsasən İddiaçı MMC-nin Azərbaycan Respublikası İXM-nin 505-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək ödənilməli olan 14559.35 manat gömrük ödənişlərinin məbləğinin 70 (yetmiş) faizi məbləğdə, yəni 10192.00 (on min yüz doxsan iki) manat məbləğində cərimə tətbiq edilmişdir. Həmin qərara əsasən İddiaçı MMC tərəfindən apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsini xx.xx.2022-ci il tarixli 3(103)-338/2022 nömrəli qərarı ilə Bakı şəhəri Səbail rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli 3(009)-2264/2021 nömrəli qərarı ləğv edilərək yenidən baxılması üçün Bakı şəhəri Səbail rayon məhkəməsinə göndərilmiş və həmin məhkəmənin xx.xx.2022-ci il tarixli 3(009)-517/2022 nömrəli qərarı ilə iş üzrə icraata xitam verilmişdir. Daha sonra Bakı Baş Gömrük İdarəsi tərəfindən Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 3(009)-517/2022 nömrəli qərarından apellyasiya şikayəti verilmiş, Apellyasiya məhkəməsinin 01,06.2022-ci il tarixli 3(103)- 1441/20222 nömrəli qərarı ilə apellyasiya şikayət təmin edilməmişdir. Beləliklə, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin və Bakı Apellyasiya məhkəməsinin yuxarıda qeyd olunan qərarlarında İddiaçı MMC-nin inzibati Xətalar Məcəlləsinin 505-ci maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığı qeyd olunduğu bildirilmiş, lakin İddiaçı MMC tərəfindən xx.xx.2021 -ci il tarixli **********9461 sorğu nömrəli gömrük bəyannaməsində bəyan edilən "plastmasa daxil etməklə modifikasiya olunmuş maddələr (rezin qranulası)” yükünün təsnifat kodu ilə bağlı konkret bir hal müəyyən edilməmişdir. Belə ki, həmin Qərarda sözügedən yükün təsnifat kodunun X5 İdarəsi tərəfindən verilmiş təsnifat koduna uyğun olub-olmadığı qeyd edilmədiyi və həmin İdarənin ekspert rəyi qüvvədən düşmədiyi üçün malın təsnifat kodunun uyğunsuzluğu nəticəsində yaranan 14559.35 manat gömrük ödənişlərinin ödənilməsi İddiaçı MMC tərəfindən təmin edilməlidir. Əlavə olaraq bildiririk ki, müraciətdə qeyd olunan xx.xx.2022-ci il tarixli **********3363 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan olunan yük X5 İdarəsinin ekspert rəyi əsasında “Technoline-K" MMC-nin ünvanına xx.xx.2022-ci il tarixli 22017245 saylı invoysun bütün mal mövqeləri üzrə idxal olunan “Ravago Ensoft SD-150-50D-T2-900 BLACK”, “Ravago Ensoft SD-150- 55D-T2-900 BLACK” və “Ravago Ensoft SL-164-65A-T2-900” adlı tərkibində kalsium karbonat (CAS 471-34-1) dolğusu, piqment, mum, ultrabənövşəyi şüaların stabilləşdirici olan polipropilen (CAS 9003-07-0) ilə modifikasiya olunmuş, ilkin formada, qara rəngli, vulkanlaşdırılmamış stirol-butadien-stirol kauçuk (CAS 66070-58-4) yükü XİF MN görə 4005 99 000 0 alt yarımmövqeyində sinifləşdirildiyi müəyyən olunmuşdur. X5 İdarəsinin yuxarıda qeyd olunan ekspert rəyinə əsasən, İddiaçı MMC tərəfindən **********3363 sorğu nömrəli gömrük bəyannaməsində müvafiq düzəliş edilərək, qanunvericilik ilə nəzərdə tutulmuş gömrük ödənişləri ödənildikdən sonra sözügedən gömrük bəyannaməsi sərbəst dövriyyə üçün buraxılmış gömrük proseduru altında rəsmiləşdirilmişdir”. İddia tələbi və iddiaçının əsaslandırması: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı tərəfindən xx.xx.2021-ci il tarixli, **********3363 nömrəli YGB üzrə idxal edilən mallar üzrə ödənilmiş 15 % dərəcəsi ilə idxal gömrük rüsumunun geri qaytarılması və istehsal prosesində istifadə edilən və Türkiyə Respublikasından idxan olunan ilkin formalı “X9 Stiren” (SEBS qranul məhsulu xammalının ********** kod adı altında sinifləşdirilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir (iddia tələbi dəqiqləşdirilmişdir). İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2023-cü il tarixdə cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə müraciət edərək bildirmişik ki, İddiaçı MMC uzun müddətdir ki, respublikada istehsal fəaliyyəti ilə məşğuldur. 7 ildən çoxdur ki, Türkiyə Respublikasından ölkəyə xammal idxal edərək, böyük investisiyalar nəticəsində qurduqları istehsalat müəssisələrində yeni əmtəə istehsal edirlər. Konkret olaraq ölkəyə ilkin formalı “X9 Stiren” (SEBS) qranul məhsulu idxal edilir və həmin xammaldan istehsalatda istifadə olunur. Göründüyü kimi onlar idxal etdikləri məhsulu birbaşa satış etmir, onu istehsal prosesinin tərkib hissəsi kimi istifadə edir və onun özündən, yəni qranullardan digər bir hazır məhsul, yəni “conta” istehsal edirlər. Ona görə də, illərdir ki, həmin malı ölkəyə idxal edəndə, haqlı olaraq gömrük orqanları yağlardan alınmış sintetik kauçuk olduğu üçün ********** kod adı altında sinifləşdirmiş və rəsmiləşdirmə aparmışdır. Lakin 2021-ci ilin avqust ayından başlayaraq eyni məhsulun gömrük rəsmiləşdirilməsi zamanı problemlərlə qarşılaşıblar. Belə ki, Bakı Baş Gömrük idarəsində həmin xammalın nümunələri zərurət olmadan X8 idarəsinə göndərildi. Həmin idarə bir müddət onların idxal etdikləri xammala uyğun rəy verə bilmədi. Daha sonra uzun müzakirələrdən sonra idxal etdikləri xammalın ********** kod adı altında deyil, ********* kod adı altında rəsmiləşdirilməsinə qərar verildi. Onlar bu qərar ilə razı olmadıqda, idxal olunan məhsulun gömrük rəsmiləşdirilməsi zamanı əlavə problemlərlə qarşılaşdılar. Belə ki, müəssisələrinin İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsi ilə cərimələnməsinə dair protokol tərtib edildi. Həmin protokol tərəflərindən mübahisələndirilmiş və Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 3(103)-1441/2022 saylı qərarı ilə barələrində başladılan icraata xitam verilmişdir. Həmin qərarla müəyən olunmuşdur ki, İddiaçı MMC tərəfindən ölkəyə ilkin formalı “X9 Stiren” (SEBS) qranul məhsulu idxal edilir və idxal edilən zaman İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsinin tələbləri pozulmamışdır, yəni gömrük ödənişlərini (borcunu) ödəməkdən yayınma halı baş verməmişdir. Halbuki həmin mübahisə zamanı gömrük orqanı iddia edirdi ki, ölkəyə idxal edilən mallar əvvəllər olduğu kimi ********** kod adı ilə deyil, ********* kod adı ilə sinifləşdirilməlidir və müəssisələri tərəfindən həm 15 % dərəcəsi ilə idxal gömrük rüsumu, həm də 18 % dərəcəsi ilə X12 ödənilməlidir. Lakin yuxarıda da göstərildiyi kimi Bakı Apellyasiya Məhkəməsi tərəfindən iş üzrə icraata xitam verilmiş, yəni onların İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsi ilə nəzərdə tutulan əməli törətmədikləri müəyyən olunmuş, bir sözlə idxal olunan malın 18 % dərəcəsi ilə ƏDV ödənilməklə rəsmiləşdirilməsinin qanuni olduğu öz təsdiqini tapmışdır. Beləliklə, həmin qərar üzrə müəyyən edilmişdir ki, tərəflərindən ölkəyə idxal olunan məhsul ilkin formalı “X9 Stiren” (SEBS) qranul xammalının ********** kod adı altında sinifləşdirilməsi qanunidir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı qəti olmuşdur, ondan şikayət verilməsi nəzərdə tutulmamışdır. Lakin Bakı Baş Gömrük idarəsi tərəfindən bu günə kimi 99JU907/10ZH907 nömrə nişanlı yük avtomaşınlarında 21016677 saylı, xx.xx.2021-ci il tarixli invoys sənədi və gömrük bəyannaməsi ilə ölkəyə idxal edilən malın X10 əvəzləşdirilməsi tamamlanmamışdır. Belə ki, Bakı Baş Gömrük idarəsi tərəfindən Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 3(103)-1441/2022 saylı qərarı icra etmədiyinə görə, müəssisələri ƏDV-ni əvəzləşdirmək imkanından məhrum olmuşdur. Bundan əlavə Dövlət Gömrük Komitəsinin verdiyi rəy və cavab məktublarında istinad olunan, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2017-ci il tarixli, 500 saylı qərarı ilə təsdiq olunan “Azərbaycan Respublikasının X6 mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”nin 40-cı qrupunda olan 5(A) bəndinin, müəssisələr tərəfindən idxal edilən məhsula aid olmadığı ilk baxışdan görünür. Bu, Dövlət Gömrük Komitəsi tərəfindən göndərilən xx.xx.2022-ci il tarixli, № 1000-130/1xx-xx/016164 saylı cavab məktubundan da məlum olur. Halbuki həmin məktubla cəhd edilir ki, 40-cı qrupda olan 5(A) bəndi təhrif olunsun və X8 İdarəsinin verdiyi ********* kodu əsaslandırılsın. “Azərbaycan Respublikasının X6 mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”nin 40-cı qrupunda olan 5(A) bəndini oxuduqları zaman görünür ki, 5(A) bəndində “koaqulyasiyaya qədər və ya ondan sonra” ifadəsi işlədilir, lakin Dövlət Gömrük Komitəsi tərəfindən göndərilən xx.xx.2022-ci il tarixli, № 1000-130/1xx-xx/016164 saylı cavab məktubunda bu ifadə işlədilməmiş, ümumi kauçuk qarışıqlarından bəhs edilmişdir. Bildiririk ki, idxal edilmiş məhsulda cavab məktubunda bəhs edilən proses baş vermir. Həmçinin idxal etdikləri məhsul “qarışım halında deyil”. Bunun üçün heç də ağır kimyəvi proseslərə, analizlərə və sınaqlara ehtiyac olmadığını düşünür və bu məsələyə obyektiv yanaşılmasını xahiş edirlər. Hesab edirlər ki, sadə obyektiv yanaşma ilə idxal etdikləri məhsulun “qarışım” halında olmadığı bilinəcək və təqdim edilən ********* kodunun yanlış olduğu ortaya çıxacaq. Təqdim etdikləri 1 saylı cədvəldən də görünür ki, “qarışım’la “birləşmə”ni fərq etmək və ayırmaq elə də çətin iş deyil. Eyni xarakterli problem xx.xx.2022-ci il tarixli, **********3363 nömrəli YGB üzrə ölkəyə idxal edilən mallar üzrə də yaranmışdır. Belə ki, yenə də idxal olunan xammal eyni tərkibli və xüsusiyyətli olsa da, gömrük orqanı tərəfindən ********** kod adı altında sinifləşdirilmiş, həmçinin 15 % dərəcəsi ilə idxal gömrük rüsumu tələb edilmişdir. Bir müddət gətirilən xammalın rəsmiləşdirilməsi mümkün olmamış, daha sonra işğaldan azad edilən ərazilərdə üzərlərinə götürdükləri öhdəliklər üzrə gecikmələrin baş verməsinin qarşısını almaq məqsədilə, həmçinin nəqliyyatçı şirkət tərəfindən daxil olan etirazı nəzərə alaraq, eləcə də, digər nəzərdə tutulmayan xərclərdən qaçmaq üçün məcbur qalıb tərəflərindən həmin vəsait ödənilmiş və gömrük rəsmiləşdirilməsi tamamlanmışdır. Lakin bu barədə 08 saylı, xx.xx.2022-ci il tarixli məktubla Bakı Baş Gömrük idarəsinə müracət edərək, mallar ölkə ərazisinə idxal ounduqdan sonra ödəməli olmadıqları, ancaq məcbur qalıb ödədikləri gömrük idxal rüsumu barədə etirazları bildirmiş və həmin idxal rüsumunun geri qaytarılanmsını xahiş etmişlər. Hesab edirlər ki, həm 15 % dərəcəsi ilə idxal gömrük rüsumunun ondan alınması, həm də, gətirilən xammalın ********** kod adı altında rəsmiləşdirilməsi qanunvericiliyə ziddir və tərəflərindən ödənilən vəsait geri qaytarılmalıdır. Cavabdehin etirazları: Cavabdeh iddia tələbinə yazılı etiraz təqdim edərək iddianın rədd olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddia qaldırılanadək iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 18 fevral tarixli 25 saylı Qərarı ilə təsdiq olunmuş “Gömrük ödənişlərinin qaytarılması Qaydaları”nın 5-ci bəndində göstərilən müvafiq tələblərə cavab verən ərizə ilə inzibati orqana müraciət etməli olsa da bu müraciəti formal şəkildə etmiş, həmçinin “Gömrük ödənişlərinin qaytarılması Qaydaları’nın 5.1-cı bəndində göstərilmiş müddəti ötürmüşdür. İddia ərizəsinin tərtib edildiyi tarixdə iddiaçı artıq ödəmələrin geri qaytarılması ilə bağlı müraciət müddətini ötürdüyündən iddia təmin edilməməlidir. Eyni zamanda həmin “Qaydalar”ın 1.2-ci bəndində göstərilir ki, gömrük orqanları tərəfindən alınan vergilərin qaytarılması Azərbaycan Respublikasının Vergi Məcəlləsinə uyğun olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 23 fevral tarixli 48 nömrəli qərarı ilə təsdiq edilmiş "Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının vergi ödəyicisinə qaytarılması Qaydaları" ilə müəyyən olunmuş qaydada həyata keçirilir. İddiaçının ərizəsində ƏDV-nin əvəzləşdirilməsi barədə irəli sürdüyü tələb isə ümümiyyətlə gömrük orqanının səlahiyyətinə aid edilən bir məsələ deyildir. Bakı İnzibati Məhkəməsinin hazırkı iş üzrə xx.xx.2025-ci il tarixli qərardadı ilə iddia tələbi iddia tələbi Türkiyə Respublikasından idxan olunan ilkin formalı “X9 Stiren” (SEBS qranul məhsulu xammalının ********** kod adı altında sinifləşdirilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması hissədə mümkün sayılmamışdır. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili iddia tələbinin dəlillərinə uyğun izahat verərək, iddianın iddianın təmin edilməsini xahiş etmişlər. Məhkəmə iclasında cavabdehin nümayəndəsi etirazın dəlillərinə uyğun izahat verərək iddianın rədd edilməsini xahiş etdi. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu ərizələr ilə inzibati orqana müraciət etmiş, sonuncu müraciəti təmin etmədiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq: İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarına əsasən İddiaçı MMC-nin ünvanına “Türkiyə Respublikasından xx.xx.2021-ci il tarixli invoys sənədilə daxil olmuş “PVC pəncərələrin kənarları üçün araqatların istehsalında istifadə olunan qranulalar” yükü **********9461 sorğu nömrəli xx.xx.2021-ci il tarixli gömrük bəyannaməsi ilə Bakı Baş Gömrük İdarəsinə bəyan edilmişdir. İddiaçı idxal etdiyi “X9 Stiren (SEBS) Granül ENSGFT-SD-150-50D-T2-900 Black və ENSOFT-SL-164-65A-T2-900 Black” adlı malları X6 Mal Nomenklaturası (XİF MN) “4002 99 1 000” kodu ilə bəyan etmişdir. Lakin cavabdeh idxal olunan malların “4005 99 000 0” kodu ilə bəyan edilməli olmasını tələb etmiş və iddiaçı bununla razılaşaraq malları cavabdeh orqanın tələb etdiyi kod atında bəyan etmiş və 15% gömrük rüsumu ödəyərək mallar sərbəst dövriyyəyə buraxılmışdır. İddiaçı hazırkı tələbində idxal etdiyi mallara görə, əlavə ödədiyi 15% gömrük rüsumunun qaytarılmasını tələb edir. İddiaçı hesab edir ki, idxal etdiyi mal cavabdeh gömrük orqanının tələb etdiyi kimi, 4005 99 000 0” kodu ilə deyil, “4002 99 1 000” kodu ilə sinifləşdirilməli idi. Göründüyü kimi tərəflər arasında yaranmış mübahisə idaxl olunan malın hansı kod ilə sinifləşdirilməli olması ilə bağlıdır. Məhkəmə ilk növbədə cavabdehin etiraz ərizəsində iddiaçı tərəfindən gömrük ödənişləri ilə bağlı ərizənin forma tələblərinə əməl edilməməsi və iddiaçı tərəfindən gömrük ödənişlərinin qaytarılması ilə bağlı müddətin ötürülməsi ilə bağlı qeyd edir ki, cavabdehin bu dəlilləri əsassızdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 18 fevral tarixli 25 nömrəli qərarı ilə təsdiq edilmiş “Gömrük ödənişlərinin qaytarılması Qaydaları”na əsasən: 1.2. Gömrük orqanları tərəfindən alınan vergilərin qaytarılması Azərbaycan Respublikasının Vergi Məcəlləsinə uyğun olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 23 fevral tarixli 48 nömrəli qərarı ilə təsdiq edilmiş "Artıq ödənilmiş vergilərin, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının, faizlərin və maliyyə sanksiyalarının qaytarılması Qaydaları" ilə müəyyən olunmuş qaydada həyata keçirilir. 1.4. Gömrük orqanları tərəfindən alınan gömrük rüsumlarının, gömrük yığımlarının və haqqın qaytarılması bu Qaydalara əsasən həyata keçirilir. 2.1. Gömrük borcu üzrə ödənilmiş gömrük rüsumu aşağıdakı hallarda qaytarılır: 2.1.1. mallar qüsurlu olduqda; 2.1.2. gömrük ödənişlərinin məbləği hesablanarkən səhvə yol verildikdə; 2.1.3. “Antidempinq, kompensasiya və mühafizə tədbirləri haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulan hallarda.
4. Gömrük rüsumlarının, gömrük yığımlarının və haqqın (bundan sonra - gömrük ödənişləri) hesablanmasında səhvə yol verilməsi şəxs tərəfindən əsaslandırıldıqda və ya gömrük orqanları tərəfindən aşkar edildikdə, artıq ödənilmiş məbləğ ödəyiciyə geri qaytarılır. 5.1. Gömrük ödənişlərinin qaytarılmalı olduğunu hesab edən ödəyici və ya onun nümayəndəsi gömrük ödənişlərinin ödənildiyi tarixdən 1 (bir) il müddətində onu tətbiq edən gömrük orqanına müvafiq ərizə ilə müraciət edə bilər. 6.1. Gömrük ödənişlərinin qaytarılması barədə qərar onları tətbiq edən gömrük orqanı tərəfindən qəbul edilir. 6.2. Gömrük ödənişlərinin qaytarılması və ya bundan imtina edilməsi haqqında qərar şəxs tərəfindən ərizə gömrük orqanına daxil olduğu tarixdən 15 gün müddətində yazılı formada qəbul edilməli və dərhal icra olunmalıdır. Həmin qərardan Gömrük Məcəlləsinin 10-cu fəslində müəyyən edilmiş qaydada şikayət verilə bilər. 6.7. Gömrük orqanı Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən təsdiq edilmiş formada gömrük rüsumunun qaytarılması barədə 4 nüsxədə rəy tərtib edir. 6.8. Tərtib olunmuş rəyin 2 nüsxəsi və ərizənin surəti gömrük rüsumunun dövlət büdcəsindən qaytarılması məqsədi ilə ərizə daxil olduğu tarixdən 15 gün müddətində gömrük rüsumunun qaytarılmalı olduğu müvafiq maliyyə orqanına, 1 nüsxəsi ərizəçiyə göndərilir, 1 nüsxəsi isə gömrük orqanında qalır. 6.9. Gömrük orqanı bu Qaydaların 6.2-ci bəndində qeyd olunan gömrük yığımlarının və haqqın qaytarılması haqqında qəbul etdiyi qərarın və ərizənin surətinin 1 iş günü müddətində Komitəyə göndərilməsini təmin edir Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 23 fevral tarixli 48 nömrəli qərarı ilə təsdiq edilmiş "Artıq ödənilmiş vergilərin, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının, faizlərin və maliyyə sanksiyalarının qaytarılması Qaydaları"na əsasən: 1.2.1. vəsaitlərin büdcəyə daxil olmasını təmin edən orqanlar – tutulması gömrük orqanlarının səlahiyyətlərinə aid edilmiş yol vergisinə, ƏDV və aksizlərə münasibətdə gömrük orqanları, digər vergilərə, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta, icbari tibbi sığorta üzrə sığorta haqlarına, hesablanmış faizlərə tətbiq edilmiş maliyyə sanksiyalarına münasibətdə vergi orqanları; 3.1. Vergi ödəyicisi Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qaytarılması barədə ərizə (1 nömrəli əlavə) ilə bu Qaydaların 1.2.1-ci yarımbəndi nəzərə alınmaqla aidiyyəti üzrə vergi orqanlarına və ya gömrük orqanlarına, Özəlləşdirilməsi başa çatmış dövlət əmlakına görə ödənilmiş əmlak vergisinin qaytarılması barədə ərizə (2 nömrəli əlavə) ilə vergi orqanına, sığortaedən artıq ödənilmiş məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqlarının, faizlərin, maliyyə sanksiyalarının qaytarılması barədə ərizə (3 nömrəli əlavə) ilə vergi orqanına, sığortalı isə artıq ödənilmiş icbari tibbi sığorta haqlarının, faizlərin, maliyyə sanksiyalarının qaytarılması barədə ərizə (3 nömrəli əlavə) ilə vergi orqanına müraciət etməlidir. 3.2. Büdcəyə artıq ödəmələrin qaytarılması üçün ərizə vergi ödəyicisinin sığortaedənin və ya sığortalının qeydiyyatda olduğu vəsaitlərin büdcəyə daxil olmasını təmin edən orqanlara təqdim olunmalıdır. 4.1. Vəsaitlərin büdcəyə daxil olmasını təmin edən orqanlar Vergi Məcəlləsinin 191.5ci maddəsinə əsasən hesablanmış aksiz vergisinin icbari tibbi sığorta fonduna ödənilən hissəsi istisna olmaqla, artıq ödənilmiş, habelə rekvizitlərin səhv göstərilməsi və (və ya) bank əməliyyatlarının səhv icra olunması nəticəsində səhv ödənilmiş vergilər, faizlər və maliyyə sanksiyaları ilə bağlı aşağıdakıları yerinə yetirirlər: 4.1.1. vergi ödəyicisinin büdcəyə artıq ödəmələrini digər vergilərin, faizlərin, maliyyə sanksiyalarının və inzibati cərimələr üzrə borcların ödənilməsinə yönəldirlər; 4.1.2. vergi ödəyicisinin razılığı ilə büdcəyə artıq ödəmələri sonrakı öhdəliklər üzrə ödəmələrə yönəldirlər; 4.1.3. Bu Qaydaların 4.1.3-1-ci yarımbəndində və 4.8-ci bəndində nəzərdə tutulmuş hallar istisna olmaqla, büdcəyə artıq ödəmələrin qalan məbləğlərinin vergi ödəyicisinin yazılı və ya Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin X1 Sistemində yaradılmış “Vahid elektron lövhə” bölməsi vasitəsilə tərtib edilmiş elektron (tutulması gömrük orqanlarının səlahiyyətlərinə aid edilmiş vergilər üzrə təqdim edilmiş ərizələr istisna olmaqla) ərizəsinə əsasən 45 gün müddətində vergi ödəyicisinə qaytarılmasını təmin etmək məqsədilə bu Qaydaların 4.9-cu bəndində nəzərdən tutulmuş qaydada rəy tərtib edirlər;https://e-qanun.az/framework/2658 4.9. Vəsaitlərin büdcəyə daxil olmasını təmin edən orqanlar vergi ödəyicisinin və ya sığortaedənin büdcəyə artıq ödəmələrinin qaytarılması barədə 4 (dörd) nüsxədə rəy tərtib edirlər. İddiaçı xx.xx.2022-ci il tarixli **********3 363 sorğu nömrəli gömrük bəyannaməsinə əsasən cavabdeh tələb etdiyi kod altında gömrük rüsumlarını ödəyərək idxal edilən malların rəsmiləşdirilməsi başa çatdırılmış və sərbəst dövriyyəyə buraxılmıdır. İddiaçı isə artıq ödənilmiş rüsumun qaytarılması ilə bağlı cavabdehə xx.xx.2023-cü il tarixdə,yəni 1 il müddət keçmədən müraciət edərək 1 illik müddəti ötürməmişdir. Digər tərəfdən iddiaçı tərəfindən artıq ödənilmiş gömrük ödənişlərinin geri qaytarılması ilə bağlı hər hansı forma tələbinə riayət edilməmişdirsə, cavabdeh bu barədə iddiaçıya hüquqi yardım etməli idi. Bunun əvəzində isə, cavabdeh iddiaçıya mahiyyəti üzrə cavab vermişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun: 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur.24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. 24.5. İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə, şikayət və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz. Məhkəmə iddia tələbinə hüquqi qiymət verərək qeyd edir ki, tələb əsassızdır. Belə ki, “Gömrük tarifi haqqında” Azərbaycan Respublikası Qanununun: 1.1.2. gömrük rüsumları - malların Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilməsi və bu ərazidən aparılması zamanı gömrük orqanları tərəfindən alınan gömrük ödənişlərinin bir növü; 1.1.3. X6 mal nomenklaturası – müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, malların qrupunu, mövqeyini, yardımçı mövqeyini, alt yardımçı mövqeyini rəqəm işarəsi və ya rəqəm işarələri qrupu (kodlar) şəklində özündə birləşdirən təsnifatdır; 1.1.5. malların gömrük dəyəri - advalor gömrük rüsumu dərəcəsinin tətbiqi məqsədi ilə malların dəyərinin müəyyən edilməsi; 7.1. Malın gömrük dəyərinin müəyyən edilməsi (gömrük dəyərləndirilməsi) sistemi beynəlxalq təcrübədə qəbul olunmuş ümumi prinsiplərə (1994-cü il Tariflər və Ticarət üzrə Baş Sazişin (GATT) Vİİ maddəsinə, GATT-ın Vİİ maddəsinin Tətbiq edilməsinə dair Razılaşmaya və onun əlavələrinə) əsaslanır və gömrük ərazisinə gətirilən mallara şamil edilir. 8.1. Mal gömrük sərhədindən keçirilərkən, gömrük dəyəri bəyannaməçi tərəfindən Azərbaycan Respublikasının gömrük orqanına (bundan sonra - gömrük orqanı) bəyan edilir. 8.3. Gömrük dəyərinin bəyannaməçi tərəfindən müəyyən edilməsi bu Qanunda nəzərdə tutulmuş üsullara uyğun həyata keçirilir. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin: 1.0.17. gömrük ödənişləri – bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda gömrük orqanları tərəfindən alınan gömrük rüsumları, vergilər, gömrük yığımları, dövlət rüsumu və haqqdır; 1.0.20. gömrük rüsumları – malların gömrük ərazisinə gətirilməsi və bu ərazidən aparılması zamanı gömrük orqanları tərəfindən alınan gömrük ödənişlərinin bir növüdür; 1.0.56. vergilər – malların və nəqliyyat vasitələrinin gömrük sərhədindən keçirilməsi ilə əlaqədar alınması gömrük orqanlarına həvalə olunmuş X12, yol vergisi və aksizlər 157.1-ci maddəsinə əsasən gömrük orqanları təsdiq etdikləri gömrük bəyannaməsində göstərilən məlumatların, onunla birgə təqdim olunan sənədlərin düzgünlüyünü, müvafiq malları yoxlamaq, malların bəyan edildiyi gömrük prosedurunun tətbiqi üçün bu Məcəllənin 150.3-cü maddəsinə əsasən çatışmayan başqa sənədlərin təqdim olunmasını tələb etmək, malların gömrük ekspertizası üçün onlardan prob və nümunələr götürmək hüququna malikdirlər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 17 noyabr tarixli 500 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının X6 mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələrinin və ixrac gömrük rüsumlarının dərəcələri”: QRUP 40 KAUÇUK, REZİN VƏ ONLARDAN HAZİRLANAN MƏMULATLAR Qeydlər:
1. Kontekstdə başqa şərt qoyulmadıqda? bütün Nomenklaturanın bölmələrində “kauçuk” və “rezin” terminləri vulkanlaşdırılmış və ya vulkanlaşdırılmamış, bərk və ya qeyri-bərk aşağıdakı məmulatları bildirir: təbii kauçuku, balatanı, quttaperçanı, qvayulanı, çiklı və analoji təbii qatranları, sintetik kauçuku, yağlardan alınmış faktiki və regenerasiya olunmuş həmin materialları.
3. 4001 - 4003 və 4005 mal mövqelərində “ilkin formalar” termini aşağıdakı formaları bildirir: (a) mayelər və pastalar (lateks, prevulkanlaşdırılmış və ya prevulkanlaşdırılmamış lateks və ya digər dispersiyalar və məhlullar da daxil olmaqla); (b) qeyri-düzgün formalı bloklar, parçalar, topalar, tozlar, qranullar, qırıntılar və analoji səpələnən formalar.
4. Bu qrupa dair 1-ci qeydində və 4002 mal mövqeyində “sintetik kauçuk” termini aşağıdakıları bildirir: (a) 18-290C temperaturunda özünün əvvəlki uzunluğundan 3 dəfəyə qədər gərildikdə qırılmayan, 2 dəfəyə qədər gərildikdə isə 5 dəqiqə müddətində əvvəlki uzunluğundan 1,5 dəfədən artıq olmayan uzunluğa qayıdan, kükürdlə vulkanlaşdırıldıqda dönməz qeyritermoplastik maddəyə çevrilən doymamış sintetik maddələr. Göstərilən sınaq zamanı köndələn rabitələri yaradan maddələrin əlavə edilməsinə icazə verilir, məsələn, vulkanlaşdırma aktivləşdiriciləri və ya sürətləndiriciləri. Həmçinin 5 (B) (ii) və (iii) qeydində göstərilən maddələrin də olmasına yol verilir. Lakin köndələn rabitələrin yaranması üçün nəzərdə tutulmayan durulaşdırıcılar, plastifikatorlar və doldurucular və s. kimi istənilən maddələrin daxil edilməsinə yol verilmir; (b) tioplastlar (TM); və (c) bütün aşağıda adları çəkilən maddələr bu qeydin yuxarıda göstərilən 4(a) bəndinin vulkanlaşdırmaya, gərilməyə və ölçülərin bərpasına dair tələblərə uyğun gəldikdə, plastik kütlələrlə peyvəndetmə və ya qarışdırılma yolu ilə modifikasiya edilmiş təbii kauçuk, depolimerləşdirilmiş təbii kauçuk, doymamış sintetik maddələrin doymuş sintetik yüksəkmolekulyar polimerlə qarışıqları.
5. (A) 4001 və 4002 mal mövqelərinə koaqulyasiyaya qədər və ya ondan sonra aşağıdakılarla qarışdırılmış kauçuk və ya kauçuk qarışıqları daxil edilmir: (i) vulkanlaşdırıcı agentlər, sürətləndiricilər, ləngidicilər və ya aktivləşdiricilər (prevulkanlaşmış kauçuk lateksinin hazırlanması üçün əlavə edilən istisna olmaqla); (ii) eyniləşdirmə məqsədi üçün istifadə edilən istisna, olmaqla piqmentlər və ya digər boyayıcı maddələr; (iii) plastifikatorlar və ya doldurucular (yağla doldurulmuş kauçuk üçün mineral yağ istisna olmaqla), gücləndirici agentlər, üzvi həlledicilər və ya 5 (B) bəndində göstərilən istisna olmaqla, hər hansı bir digər maddələr; (B) Kauçuk və ya kauçuk qarışığı xam materialın əsas xassəllərini qoruduğu halda, kauçukun və ya kauçuk qarışığın tərkibində aşağıdakı maddələrin olması onların 4001 və 4002 mal mövqelərinə aid edilməsinə mane olmur: (i) emulqatorlar və ya antiadgezivlər; (ii) az miqdarda olan emulqatorların parçalanma məhsulları; (iii) çox az miqdarda olan istiliyə həssas agentlər (əsasən istiliyə həssas kauçuk latekslərinin alınması üçün istifadə olunan), kationlu səthi-aktiv maddələr (adətən elektromüsbət kauçuk latekslərinin alınması üçün istifadə olunan), antioksidantlar, koaqulyantlar, kauçuku qırıntıya çevirən agentlər, şaxtaya davamlılığı təmin edən agentlər, peptizatorlar, antikoaqulyantlar, sabitləşdiricilər, özlülüyü təmin edən agentlər və ya xüsusi təyinatlı analoji əlavələr.
9. 4001, 4002, 4003, 4005 və 4008 mal mövqelərində “lövhələr”, “vərəqlər” və “zolaqlar və ya lentlər” terminləri digər formalı parçalara kəsilmiş və ya sonrakı emala məruz qalmış materiallardan başqa, yalnız kəsilməmiş və ya düzbucaqlı (o cümlədən, kvadrat) şəklində kəsilmiş, basılmış və ya basılmamış və ya səthi digər üsullarla işlənilmiş düzgün həndəsi formalı lövhələri, vərəqləri, zolaqları və ya lentləri və blokları ifadə edir.
4002 - İlkin formalarda və ya lövhələr, vərəqlər, və ya zolaqlar, və ya lentlər şəklində, yağlardan əldə edilmiş sintetik kauçuk və faktis; ilkin formalarda və ya lövhələr, vərəqlər və ya zolaqlar və ya lentlər şəklində 4001 mal mövqeyindəki hər hansı bir məhsulun bu mal mövqeyindəki hər hansı bir məhsulla qarışıqları: … 4002 99 100 0 - – – – plastmas daxil etmək yolu ilə modifikasiya olunmuş məhsullar.
4005 - İlkin formalarda və ya lövhələr, vərəqlər və ya zolaqlar, və ya lentlər şəklində vulkanlaşdırılmamış rezin qarışığı: 4005 99 000 0 - – – digərləri. Hazırkı mübahisənin yaranmasına əsas iddiaçı tərəfindən idaxl edilən malın yuxarda qeyd edilən XİF MN cədvlənin 40-cı qrup (kauçuk, rezin və onlardan hazırlanan məmulatlar) 4002 (İlkin formalarda və ya lövhələr, vərəqlər, və ya zolaqlar, və ya lentlər şəklində, yağlardan əldə edilmiş sintetik kauçuk və faktis; ilkin formalarda və ya lövhələr, vərəqlər və ya zolaqlar və ya lentlər şəklində 4001 mal mövqeyindəki hər hansı bir məhsulun bu mal mövqeyindəki hər hansı bir məhsulla qarışıqları), yoxsa 4005 (İlkin formalarda və ya lövhələr, vərəqlər və ya zolaqlar, və ya lentlər şəklində vulkanlaşdırılmamış rezin qarışığına) aid olmasının müəyyən edilməsindən ibarətdir. Məhkəmə sorğusuna Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi X8 İdarəsinin 17 sentyabr 2024-cü il tarixli məktubunda bildirilmişdir ki, MGEİ-yə X6 Mal Nomenklaturası (XİF MN) üzrə kodunun müəyyənləşdirilməsi məqsədi ilə xx.xx.2022-ci il tarixində “Gömrük ekspertizasının aparılması Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 avqust 2013-cü il tarixli 232 nömrəli Qərarın 6-cı Maddəsinə əsasən İddiaçı MMC-nin ünvanına 22017245 nömrəli xx.xx.2022ci il tarixli invoys üzrə idxal olunan “Ravago Ensoft SD-150-50D-T2-900 BLACK” və “Ravago Ensoft SL-164-65A-T2-900” adlı yükdən nümunələr təqdim edilmişdir. XİF MNnin X7 (XİF MN ƏŞQ) 1-ci müddəasına əsasən bölmələrin, qrupların və alt qrupların adları yalnız XİF MN-dən istifadədə rahatlığı təmin etmək üçün verilir, hüquqi məqsədlər üçün XİF MN-də malların sinifləşdirilməsi mal mövqelərinə, bölmələrə və ya qruplara dair müvafiq qeydlərin mətnlərinin əsasında və bu mətnlərdə başqa hal nəzərdə tutulmadıqda, digər növbəti müddəalara uyğun həyata keçirilir. Yarımmövqe (altyarıımövqe) səviyyəsində sinifləşdirmə XİF MN ƏŞQ-nin 6-cı müddəasına əsasən həyata keçirilir. Bu müddəaya əsasən hüquqi məqsədlər üçün mal mövqelərin yarımmövqelərində malların sinifləşdirilməsi yarımmövqelərin adları və yarımmövqelərə dair qeydlərə, həmçinin, mutatis mutantis, yalnız bir səviyyədə olan yarımmövqelər müqayisəli olması şərti ilə, yuxanda göstərilən Qaydalara müvafiq həyata keçirilməlidir. Aparılmış ekspertiza nəticəsində nümunələrin qara rəngli, vulkanlaşdırılmamış sintetik kauçuk olduğu müəyyən edilmişdir. Qeyd olunmuş kauçuklar qranul formasındadır, “Azərbaycan Respublikasının X6 mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələrinin və ixrac gömrük rüsumlarının dərəcələri”nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 17 noyabr tarixli 500 nömrəli qərarının 40-cı Qrupun 3-cü Qeydinə əsasən bu forma ilkin forma hesab olunur. XİF MN üzrə 40-cı Qrupun 1-ci Qeydinə əsasən kontekstdə başqa şərt qoyulmadıqda, bütün Nomenklaturanın bölmələrində “kauçuk” termininə digər mallarla yanaşı vulkanlaşdırılmış və ya vulkanlaşdırılmamış, bərk və ya qeyri-bərk sintetik kauçuk və regenerasiya halında sintetik kauçuk aid edilir. İlkin formada sintetik kauçuk XİF MN üzrə 4002 mal mövqeyində sinifləşdirilir. Lakin 40-cı Qrupun 5-ci Qeydinin (A) bəndinə əsasən 4001 və 4002 mal mövqelərinə koaqulyasiyaya qədər və ya ondan sonra aşağıdakılarla qarışdırılmış kauçuk və ya kauçuk qarışıqları daxil edilmir: (i) vulkanlaşdırıcı agentlər, sürətləndiricilər, ləngidicilər və ya aktivləşdiricilər (prevulkanlaşmış kauçuk lateksinin hazırlanması üçün əlavə edilən istisna olmaqla); (ii) eyniləşdirmə məqsədi üçün istifadə edilən istisna, olmaqla piqmentlər və ya digər boyayıcı maddələr; (iii) plastifikatorlar və ya doldurucular (yağla doldurulmuş kauçuk üçün mineral yağ istisna olmaqla), gücləndirici agentlər, üzvi həlledicilər və ya 5 (B) bəndində göstərilən istisna olmaqla, hər hansı bir digər maddələr. Bu Qrupa dair 5-ci Qeyd digər komponentlər ilə qarışdırılmamış (4001 və 4002 mal mövqeləri) digər komponentlər ilə qarışdırılmış (4005 mal mövqeyi) ilkin formada, lövhələr, vərəqlər və ya zolaqlar və ya lentlər formasında kauçuk və ya kauçuk qarışıqlarını ayırdetmə meyarlarını müəyyən edir. Bu Qeydə əsasən qarışdırmanın koaqulyasından əvvəl və ya sonra aparılması əhəmiyyət daşımır. Lakin bu Qeyd ilə kauçuk və ya kauçuk qarışığı xam materialın əsas xassəllərini qoruduğu halda, kauçukun və ya kauçuk qarışığının tərkibində aşağıdakı maddələrin olması onların 4001 və 4002 mal mövqelərinə aid edilməsinə mane olmur. Bu maddələrə mineral yağ, emulqatorlar və ya antiadgezivlər, az miqdarda olan emulqatorların parçalanma məhsulları (adətən 5 %- dən az)), çox az miqdarda olan istiliyə həssas agentlər (əsasən istiliyə həssas kauçuk latekslərinin alınması üçün istifadə olunan), kationlu səthi-aktiv maddələr (adətən elektromüsbət kauçuk latekslərinin alınması üçün istifadə olunan), antioksidantlar, koaqulyantlar, kauçuku qırıntıya çevirən agentlər, şaxtaya davamlılığı təmin edən agentlər, peptizatorlar, antikoaqulyantlar, sabitləşdiricilər, özlülüyü təmin edən agentlər və ya xüsusi təyinatlı analoji əlavələr (adətən 2%-dən az) aid edilir. Aparılmış ekspertiza nəticəsində müəyyən olunmuşdur ki, nümunələr çoxkomponentli qarışıqdır, tərkibi stirol-butadiyen sopolimeri əsaslı vulkanizasiya olunmamış rezin qarışığına uyğundur, qara rəngli qranullardır. Kimyəvi tərkibinə nümunələr tərkibində kalsium karbonat (CAS 471-34-1) dolğusu, piqment, mum olan, ultrabənövşəyi şüaların stabilləşdiricisi olan polipropilen (CAS 9003- 07-0) ilə modifikasiya olunmuş, qara rəngli qranullar formasında, vulkanlaşdırılmamış stirol-butadiyen sopolimeri olan sintetik kauçuk qarışığıdır. Beləliklə, nümunələrin tərkibində qeyri-üzvi dolğu və piqment olmasına əsaslanaraq və 40-cı Qrupun 5-ci Qeydinin (A) bəndini rəhbər tutaraq bu qranullar XİF MN üzrə 4002 mal mövqeyindən istisna edilmişdir. Yuxarıdakıları nəzərə alaraq, “Ravage Ensoft SD-150-50D-T2-900 BLACK” və “Ravage Ensoft SL-164-65A-T2-900” adlı sintetik kauçuk qarışıqları XİF MN üzrə 4005 99 000 0 alt yarımmövqeyində sinifləşdirilmişdir və 2200-015/0xx-xx/004912 nömrəli xx.xx.2022-ci il tarixli gömrük ekspertizası rəyi verilmişdir. Məhkəmə qeyd olunan halın yoxlanılması üçün iş üzrə ekspertizanın keçirilməsini qərara almışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 12 mart 2025-ci il tarixli rəyində qeyd edilmişdir ki,
1. Tədqiqata təqdim olunmuş qara rəngli bərk və yumşaq polimer qranullar kimyəvi tərkiblərinə görə Stirol-Butadien Kauçuku əsaslı polimer materiallara uyğun gəlirlər.
2. Həmin polimer qranulların materialının mexaniki xassələrini yaxşılaşdırmaq üçün ümumi dolğu materialı qismində kalsium karbonat (CaCO3) və gil mineralları (Silisium (Si) tərkibli birləşmələr) istifadə olunmuşdur. 2.1. Mərkəzdə maddi-texniki baza olmadığından tədqiqata təqdim olunmuş polimer qranullarının tərkibində piqmentin və polipropilenlə modifikasiya olunmuş maddələrin olubolmamasını müəyyən etmək mümkün olmadı. Ekspert rəyindən də göründüyü kimi, iddiaçı tgərəfindən idaxl edilən məhsulun tərkibindən kalsium karbonat (CaCO3) və gil mineralları (Silisium (Si) tərkibli birləşmələr) istifadə olunmuşdur. Belə olan halda, cavabdehin mövqeyi əsaslı olmuşdur. Belə ki, idxal olunan malların tərkidində ümumi dolğu materialı qismində kalsium karbonat (CaCO3) materiallarından ibarət olan birləşmələrdən istifadə edilməsi, Ravage Ensoft SD-150-50D-T2-900 BLACK” və “Ravage Ensoft SL-164-65A-T2-900” adlı sintetik kauçuk qarışıqlarının XİF MN üzrə 4005 99 000 0 alt yarımmövqeyində sinifləşdirilmısi barədə cavabdehin mövqeyi əsaslıdır. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq məhkəmə hesab edir ki, iddia tələbi rədd olunmalıdır. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə,
qərara aldı:
İddia tələbi rədd edilsin. Qərardan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
Hakim Bəhlul Cəlalov