Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6155/2022 25.08.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Məmmədova Sevda Rövşən qızının katibliyi İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinn Bakı şəhəri X4 üzrə Baş İdarəsinə qarşı «qərarın ləğv edilməsi» tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinn Bakı şəhəri X4 üzrə Baş İdarəsinə qarşı «qərarın ləğv edilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsində bildirilir ki, iddiaçı (İddiaçı) ünvan 1 ünvanda yerləşən obyektdə fərdi sahibkar kimi fəaliyyət göstərir. Həmin obyektdə 15 mart 2017-ci il tarixli 014162 nömrəli müqavilə əsasında 130F01 tipli 00211086 zavod nömrəli nəzarət kassa aparatı quraşdırılmışdır. "xxxx" MMC ilə onun arasında 15 sentyabr 2021-ci il tarixdə bağlanmış AZS 4746 nömrəli təchizat və texniki xidmət müqaviləsi əsasında Dövlət Vergi Xidmətinin müəyyən etdiyi tələblərə cavab verən NKA quraşdırılmalı idi. 27 sentyabr 2021-ci il tarixdə “X6” markalı, SA**********08202021 seriyalı NKA iddiaçıya təhvil verilmişdir (təhvil-təslim aktı əlavə edilir). Proses nəzarət mexanizm qurğusunun çatışmazlığı səbəbindən uzun müddət ərzində icra olunmuşdur ("xxxx" MMC-nin 30 dekabr 2021-ci il tarixli arayış əlavə edilir). İddiaçının fəaliyyət göstərdiyi həmin obyektdə vergi orqanı əməkdaşı tərəfindən keçirilmiş oparativ vergi nəzarəti tədbiri nəticəsində 20 sentyabr 2021-ci il tarixli DVX seriyalı 007996 nömrəli “Nağd pul hesablaşmalarının aparılması qaydalarının riayət olunması vəziyyəti haqqında” akt tərtib edilmişdir. Həmin akt tərtib edilərkən iddiaçı NKA satışı ilə məşğul olan təşkilata müraciət olunduğunu, lakin texniki problemlər səbəbindən aparatın quraşdırılmasının gecikdirildiyini bildirmiş və aktı imzalamaqdan imtina etmişdir. Dövlət Vergi Xidməti Bakı şəhəri X4 üzrə Baş İdarəsi **********9873 nömrəli 4 noyabr 2021-ci il tarixli “Vergi ödəyicisinin vergi qanunverciliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərar qəbul etmiş və iddiaçını 1.000 manat məbləğində vergi məsuliyyətinə cəlb etmişdir. İddiaçı həmin qərardan Dövlət Vergi Xidmətinə şikayət göndərmişdir. Dövlət Vergi Xidmətinin **********775300 nömrəli 11 yanvar 2022-ci il tarixli qərarı ilə iddiaçının 2 dekabr 2021-ci il tarixli və 16 dekabr 2021-ci il tarixli şikayətləri təmin edilməmiş, 20 sentyabr 2021-ci il tarixli DVX serilyalı 007996 nömrəli akt əsasında qəbul edilmiş 4 noyabr 2021-ci il tarixli **********9873 nömrəli qərar dəyişdirilmədən saxlanılmışdır. İddiaçı hesab edir ki, Dövlət Vergi Xidməti Bakı şəhəri X4 üzrə Baş İdarəsinin 4 noyabr 2021-ci il tarixli **********9873 nömrəli qərarı qanunsuz olaraq çıxarılmış və vergi qanunvericiliyinin tələblərinin pozulması ilə qəbul edilmişdir. Bu səbəbdən də, həmin qərarla razılaşmır və hesab edir ki, qərar ləğv olunmalıdır. Belə ki, "xxxx" MMC tərəfindən verilmiş 30 dekabr 2021-ci il tarixli arayışdan görününr ki, "xxxx" MMC ilə onun arasında bağlanmış 15 sentyabr 2021-ci il tarixli AZS 4746 nömrəli təchizat və texniki xidmət müqaviləsi əsasında Dövlət Vergi Xidmətinin müəyyən etdiyi tələblərə cavab verən NKA 27 sentyabr 2021-ci il tarixdə iddiaçıya təhvil verilməsinə baxmayaraq, proses nəzarət mexanizm qurğusunun çatışmazlığı səbəbindən uzun müddət ərzində icra olunmuşdur. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 1 avqust 2019-cu il tarixli «Nəzarət-kassa aparatlarının istismarı Qaydaları»nın 2.9.6-cı yarımbəndinə əsasən bu Qaydaların 2.7.1-ci yarımbəndində nəzərdə tutulan müddət ərzində nəzarət mexanizmi qurğusunda olan məlumatların Nazirliyə ötürülməsi mümkün olmadıqda NKA-nın istifadəsi mümkün deyildir. Həmin qaydaların 5.1-ci bəndinə əsasən istismar zamanı NKA-da nasazlıqlar yarandıqda istifadəçi vergi orqanlarına və operatora dərhal bu barədə məlumat verir. Həmin qaydaların 5.2-ci bəndinə əsasən NKA nasaz vəziyyətdə olduqda, operator bu barədə ona çağırış verildiyi andan 36 saatdan çox olmayan vaxt ərzində NKA-nın təmirini təmin etməlidir. İddiaçı dəfələrlə "xxxx" MMC-yə NKA-nın qurğusunun nasaz olması ilə bağlı məlumat verməsə də, həmin qurğunun təmiri və ya başqası ilə əvəz edilməsi ilə bağlı heç bir tədbir görülməmişdir. Odur ki, inzibati orqan – Dövlət Vergi Xidməti Bakı şəhəri X4 üzrə Baş İdarəsinin 4 noyabr 2021-ci il tarixli **********9873 nömrəli “Vergi ödəyicisinin vergi qanunverciliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərar qanunsuzdur və ləğv edilməlidir. İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. İddiaçı hesab edir ki, Dövlət Vergi Xidməti Bakı şəhəri X4 üzrə Baş İdarəsinin 4 noyabr 2021-ci il tarixli **********9873 nömrəli “Vergi ödəyicisinin vergi qanunverciliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarından şikayət instansiyasına – Dövlət Vergi Xidmətinə şikayət göndərdiyindən, sonuncu qurumun **********775300 nömrəli 11 yanvar 2022-ci il tarixli qərarı ilə onun 2 dekabr 2021-ci il tarixli və 16 dekabr 2021-ci il tarixli şikayətləri təmin edilmədyindən, nəticədə qərarın mübahisələndirilməsi ilə bağlı qanunla nəzərdə tutulmuş müddət ötürülməmişdir. Bu səbəbdən iddiamın inzibati məhkəmə icraatında baxılması mümkündür. Gösstərilənlərə və Azərbaycan Respublikası Vergi Məcəlləsinin 15.1.14, 39.7, 50.7, 58.7, 64-cü maddələrinə, «İnzibati icraat haqqında» Azərbaycan Respublikasının Qanununun 71, 72, 89-cu maddələrinə, İPM-in 2.2.1, 32.1, 32.2.1-ci maddələrinə, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 1 avqust 2019-cu il tarixli «Nəzarət-kassa aparatlarının istismarı Qaydaları»nın 5.3, 5.4, 10.1.5-ci bəndlərinə əsaslanaraq, cavabdeh Dövlət Vergi Xidməti Bakı şəhəri X4 üzrə Baş İdarəsinin 4 noyabr 2021-ci il tarixli **********9873 nömrəli “Vergi ödəyicisinin vergi qanunverciliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarının ləğv edilməsi barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. Cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhəri X4 üzrə Baş İdarəsinin məhkəməyə ünvanlanmış 18 may 2022-ci il tarixli məktubunda iddia ilə bağlı bildirilir ki, Dövlət Vergi Xidmətinin Bakı şəhəri X4 üzrə Baş İdarəsi İddiaçı iddiasına etiraz edir. Araşdırma zamanı fərdi sahibkar İddiaçı 22 dekabr 2016-ci il tarixdə vergi ödəyicisi kimi uçota alındığı, əsas fəaliyyət növünün “İxtisaslaşdırılmış mağazalarda geyimlərin pərakəndə satışı” olduğu, ünvan 3 ünvanda yerləşən 40 kv.m sahəsi olan “Nəzrin” geyim mağazasının 29 yanvar 2017-ci il tarixdə vergi orqanında təsərrüfat subyekti kimi qeydiyyata alındığı müəyyən edilmişdir. Dövlət Vergi Xidmətinin Bakı şəhəri X4 üzrə Baş İdarəsinin “Operativ vergi nəzarətinin keçirilməsi haqqında” 15 sentyabr 2021-ci il tarixli **********8740 nömrəli qərarı əsasında 20 sentyabr 2021-ci il tarixdə İddiaçı sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu həmin obyektdə keçirilmiş operativ vergi nəzarəti tədbiri zamanı Nazirlər Kabinetinin 14 fevral 2019-cu il tarixli 52 nömrəli qərarının tələblərinə cavab verən və Dövlət Vergi Xidmətinin informasiya sisteminə real vaxt rejimində qoşulan nəzarət - kassa aparatının quraşdırılmadığı müəyyən edilmişdir. 20 sentyabr 2021-ci il tarixli DVX seriyalı 007996 nömrəli “Əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması vəziyyəti haqqında” akt tərtib edilmişdir. Vergi ödəyicisi nəzarət-kassa aparatı satışı ilə məşğul olan təşkilata müraciət etdiyini, lakin texniki problemlər səbəbindən nəzarət-kassa aparatının quraşdırılmasının gecikdirildiyini bildirmiş və bu səbəbdən aktı imzalamaqdan imtina etmişdir. Tərtib edilmiş akt əsasında Baş İdarə tərəfindən “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 4 noyabr 2021-ci il tarixli **********9873 nömrəli qərar qəbul olunaraq, iddiaçı barəsində 1.000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Baş İdarənin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarı və “Vergi borcunun, faizlərin, maliyyə sanksiyalarının məbləğlərinin, inzibati cərimələrin ödənilməsi, habelə aşkar edilmiş pozuntuların aradan qaldırılması barədə” Tələbnamə 4 noyabr 2021-ci il tarixli **********257100 nömrəli məktub ilə vergi ödəyicisinin vergi uçotu haqqında sənədlərində sonuncu ünvan kimi qeyd olunmuş ünvana və elektron qutuya göndərilmiş, məktub poçtdan geri qayıtmamış, elektron qutuda isə 12 noyabr 2021-ci il tarixdə saat 11:03-də oxunmuşdur. Vergi ödəyicisi tərəfindən operativ vergi nəzarətinin nəticələrindən 2 dekabr 2021-ci il və 16 dekanr 2021-ci il tarixli (AVİS qeydiyyatı: 2 dekabr 2021-ci il tarixli **********568400 nömrəli və 16 dekabr 2021-ci il tarixli **********728100 nömrəli) inzibati qaydada şikayətlər verilmiş və vergi orqanının 11 yanvar 2022-ci il tarixli **********775300 nömrəli qərarı ilə vergi ödəyicisinin inzibati şikayəti təmin olunmamışdır. İddiaçı ərizəsində yeni nəsil nəzarət-kassa aparatının quraşdırılması məqsədi ilə 15 sentyabr 2021-ci il tarixdə müqavilə bağlandığını, 21 sentyabr 2021-ci il tarixdə təhvil-təslim aktının tərtib edildiyini, yeni nəsil nəzarət-kassa aparatının 27 sentyabr 2021-ci il tarixdə quraşdırıldığını, həmin aparatın gec quraşdırılmasının səbəbi kimi kassa aparatının hissələrində çatışmazlıq olmasını qeyd etmişdir. Araşdırma zamanı İddiaçı Nazirlər Kabinetinin müvafiq qərarının tələblərinə uyğun olan və Dövlət Vergi Xidmətinin informasiya sisteminə real vaxt rejimində qoşulan nəzarət-kassa aparatının quraşdırılması barədə 19 mart 2021-ci il tarixdə **********335400 nömrəli bildiriş göndərildiyi, məktubun poçtdan geri qayıtmadığı, elektron qutuda isə 24 mart 2021-ci il tarixdə saat 00:06:31-də oxunduğu müəyyən edilmişdir. Bundan əlavə, "xxxx" MMC-nin Dövlət Vergi Xidmətinə təqdim etmək üçün İddiaçı verdiyi arayışda prosesin nəzarət mexanizmi qurğusu çatışmazlığı səbəbindən uzun müddətə icra olunduğu qeyd edilmişdir. İddiaçı Nazirlər Kabinetinin müvafiq tələblərinə uyğun olan və Dövlət Vergi Xidmətinin informasiya sisteminə real vaxt rejimində qoşulan nəzarət-kassa aparaatının quraşdırılması barədə 19 mart 2021-ci il tarixdə **********335400 nömrəli bildirişlə xəbərdarlıq edilməsinə baxmayaraq, qeyd olunan nəzarət-kassa aparatı vaxtında quraşdırılmamışdır. Azərbaycan Respublikası Nazirlər X2 Xidmətinin elektron informasiya sisteminə real vaxt rejimində qoşulmalı olan “Nəzarət-kassa aparatlarının tətbiqi qrafiki”nin təsdiq edilməsi haqqında 14 fevral 2019-cu il tarixli 52 nömrəli qərarına əsasən Bakı şəhərində iri ticarət mərkəzləri (“Mall” tipli), şəbəkə sistemli marketlər, yanacaqdoldurma məntəqələri 2019-cu il 1 iyul tarixədək (İ mərhələ), ixtisaslaşmış qaydada avtomobil satışını həyata keçirən vergi ödəyicisləri, şadlıq evləri 2019-cu il 1 iyul tarixədək, mebel satışı üzrə ixtisaslaşmış müəssisələr 2019-cu il 1 oktyabr tarixədək (İİ mərhələ) və ƏDV ödəyicilərinin pərakəndə ticarət və (və ya) ictimai iaşə fəaliyyəti üzrə təsərrüfat subyektləri (obyektləri) 2020-ci il 1 yanvar tarixədək (İİİ mərhələ) və digər pərakəndə ticarət və (və ya) ictimai iaşə fəaliyyəti üzrə təsərrüfat subyektləri (obyektləri) 2021-ci il 1 aprel tarixədək (İV mərhələ) yeni nəsil nəzarət-kassa aparatlarını quraşdırmalıdırlar. Bundan əlavə, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.1.8-ci maddəsinə əsasən pərakəndə ticarət, ictimai iaşə fəaliyyəti, yerləşmə vasitələri hesab edilən mehmanxana (hotel) və mehmanxana tipli digər obyektlər, tibb müəssisələri, bərbərxanalar, gözəllik salonları və kosmetoloji mərkəzlər tərəfindən göstərilən xidmətlər üzrə pul hesablaşmalarını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən meyarlara cavab verən və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) elektron informasiya sisteminə real vaxt rejimində qoşulmuş nəzarət-kassa aparatı vasitəsi ilə həyata keçirmək vergi ödəyicisinin vəzifəsi kimi müəyyən edilmişdir. Həmin Məcəllənin 16.1.9-cu maddəsinə əsasən nağd pul hesablaşmaları aparılan zaman alıcıya çek, qəbz, bank çıxarışları və digər ciddi hesabat blanklarını təqdim etmək və həmin çek, bank çıxarışları və ya ciddi hesabat blanklarında qanunvericiliklə müəyyən edilmiş məlumatların əks etdirilməsini təmin etmək vergi ödəyicisinin vəzifələrinə aid edilmişdir. Həmin Məcəllənin 50.8.5-ci maddəsinə görə malın və ya xidmətin (işin) adı, ölçü vahidi, miqdarı, bir vahidinin qiyməti və yekun məbləğ (o cümlədən ƏDV-nin və ya sadələşdirilmiş verginin məbləği) nəzarət-kassa aparatının çeklərində olmalıdır. Beləliklə, operativ vergi nəzarəti tədbiri hər hansı prosessual pozuntuya yol vermədən Azərbaycan Respublikasının Vergi Məcəlləsinin tələblərinə uyğun formada həyata keçirilmişdir. Vergi Məcəlləsinin 23.1.1-ci maddəsinə əsasən vergi orqanlarının bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada operativ vergi nəzarətini keçirmək hüququ vardır. Həmin Məcəllənin 24.0.1-ci və 24.0.2-ci maddələrinə görə vergi orqanları vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə borcludur. Həmin Məcəllənin 50.1.3-cü maddəsinə əsasən əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunmasına nəzarət operativ vergi nəzarəti zamanı həyata keçirilir. Həmin Məcəllənin 58.7-ci maddəsinin müddəalarına əsasən vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan şəxslərlə (əhali ilə) pul hesablaşmalarının aparılması qaydalarının pozulmasına, yəni vergi orqanlarında qeydiyyatdan keçirilməmiş və ya texniki tələblərə cavab verməyən nəzarət-kassa aparatlarından istifadə etməklə əhali ilə pul hesablaşmalarının aparılmasına qaydalarının pozulmasına görə vergi ödəyicisinə təqvim ili ərzində belə hallara birinci dəfə yol verildikdə 1.000 manat məbləğində, təqvim ili ərzində belə hallara ikinci dəfə yol verildikdə 3.000 manat məbləğində və təqvim ili ərzində belə hallara üç və daha çox dəfə yol verildikdə 6.000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir. Eləcə də, Nazirlər Kabinetinin 2019-cu il 1 avqust tarixli 338 nömrəli qərarı ilə təsdiq edilmiş «Nəzarət-kassa aparatlarının istismarı Qaydaları»nın 2.3.3-cü bəndinə görə Vergi Məcəlləsinin 50.8-ci maddəsində nəzərdə tutulmuş NKA çekini çap etməyə imkan verən müvafiq çap qurğusu ilə təchiz edilən NKA əhali ilə hesablaşmaların aparılmasında istifadə edilə bilər. Həmin Qaydaların 8.3.16-cı bəndinə əsasən pul hesablaşmaları aparılan zaman alıcıya çek təqdim etmək və həmin çekdə qanunvericiliklə müəyyən edilmiş məlumatların əks etdirilməsini təmin etmək istifadəçinin vəzifəsi kimi təsbit edilmişdir. Həmçinin, Nazirlər Kabinetinin 2014-cü il 3 aprel tarixli 94 nömrəli Qərarı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasında ticarət, ictimai iaşə, məişət və digər növ xidmət Qaydaları»nın 5.37-ci bəndinə görə satılan malın pulu ödənilərkən, istehlakçıya malın satıldığını təsdiq edən qanunvericilikdə nəzərdə tutulmuş qəbz, kassa çeki və ya digər yazılı sənəd verilməlidir. Göstərilənlərə və İPM-in 35.1, 68.1-ci maddələrinə əsaslanaraq, məhkəmədən İddiaçı iddiasının təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş olunur. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsində göstərilənləri təsdiqlədi və iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 iddia ilə bağlı məhkəməyə təqdim olunmuş yazılı münasibətdə göstərilənləri təsdiqlədi və iddianın təmin olunmamasını xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinə görə qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur. Heç kəs qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qanunda göstərilmiş həcmdən əlavə vergilər və başqa dövlət ödənişləri ödəməyə məcbur edilə bilməz. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 24.1-ci maddəsinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 58.1-ci maddəsinə görə inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. Həmin Qanunun 67-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.1-ci maddəsinə görə aşağıdakılar vergi ödəyicisinin vəzifələri sırasına daxildir: - (16.1.8) Məcəllənin 16.1.8.1 – 16.1.8.6-cı maddələrində göstərilən fəaliyyət növləri (qəzet və jurnalların satışı (belə satış dövriyyəsinin ümumi dövriyyədəki payı 50 faizdən çox olduqda), kənd təsərrüfatı məhsullarının bazarlarda, yarmarkalarda və səyyar qaydada satışı, səyyar, bazarlarda və digər kütləvi ticarət yerlərində piştaxtadan, avtomobildən və qoşqu vasitələrindən pərakəndə satış fəaliyyəti, qiymətli kağızların, lotereya biletlərinin, idman mərc oyunu biletlərinin və elektron idman mərc oyunu biletlərinin satışı, elektrik enerjisi, qaz, su, isti su təchizatı və mərkəzi qızdırma sistemi obyektlərinin fəaliyyəti, bu Məcəllənin 220.10-cu maddəsinə əsasən fərdi qaydada göstərilən bərbər fəaliyyəti) istisna olmaqla, pərakəndə ticarət, ictimai iaşə fəaliyyəti, yerləşmə vasitələri hesab edilən mehmanxana (hotel) və mehmanxana tipli digər obyektlər, tibb müəssisələri, bərbərxanalar, gözəllik salonları və kosmetoloji mərkəzlər tərəfindən göstərilən xidmətlər üzrə pul hesablaşmalarını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən meyarlara cavab verən və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) elektron informasiya sisteminə real vaxt rejimində qoşulmuş nəzarət-kassa aparatı vasitəsi ilə həyata keçirmək; - (16.1.9) lotereya biletlərinin, idman mərc oyunu biletlərinin və elektron idman mərc oyunu biletlərinin alışı istisna olmaqla nağd pul hesablaşmaları aparılan zaman alıcıya çek, qəbz, bank çıxarışları və digər ciddi hesabat blanklarını təqdim etmək və həmin çek, bank çıxarışları və ya ciddi hesabat blanklarında qanunvericiliklə müəyyən edilmiş məlumatların əks etdirilməsini təmin etmək. Həmin Məcəllənin 23.1.1-ci maddəsinə əsasən vergi orqanlarının bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada operativ vergi nəzarətini keçirmək hüququ vardır. Həmin Məcəllənin 24-cü maddəsinə əsasən vergi prqanları vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə; vergi qanunvericiliyinə tam və dəqiq riayət etməyə, vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləməyə və müdafiə etməyə borcludur. Həmin Məcəllənin 50.1-ci maddəsinə əsasən operativ vergi nəzarəti sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin və ya əmtəə-material ehtiyatlarının saxlanılması ilə bağlı olan anbar, ticarət və bu qəbildən olan digər binalarında (ərazilərində) (yaşayış binaları (sahələri) istisna olmaqla), nəqliyyat vasitələrində (sahibkarlıq fəaliyyəti ücün istifadə edilməyən şəxsi nəqliyyat vasitələri istisna olmaqla) həyata keçirilən və aşağıdakı məsələləri əhatə edən vergi nəzarəti formasıdır: - (50.1.3) əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması. Həmin Məcəllənin 50.6-cı maddəsinə görə operativ vergi nəzarətinin nəticələri üzrə vergi orqanının vəzifəli şəxsləri tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada akt tərtib edilir. Operativ vergi nəzarəti tədbirlərinin keçirilməsi zamanı bu Məcəllənin 39 – 43-cü və 46 – 49-cu maddələrinin müddəaları tətbiq edilir. Həmin Məcəllənin 58.7-ci maddəsinin 1 yanvar 2021-ci il tarixədək qüvvədə olan tələblərinə görə bu Məcəllənin 13.2.63-cü maddəsində nəzərdə tutulmuş ticarət fəaliyyətinin həyata keçirilməsi halı istisna olmaqla, vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan şəxslərlə (əhali ilə) pul hesablaşmalarının aparılması qaydalarının pozulmasına, yəni nəzarət-kassa aparatları və ya ciddi hesabat blankları tətbiq edilmədən (nəzarət-kassa aparatları quraşdırılmadan, qanunvericiliklə müəyyən edilmiş formalara uyğun ciddi hesabat blankları olmadan və ya nağd ödənilmiş məbləği mədaxil etmədən), vergi orqanlarında qeydiyyatdan keçirilməmiş və ya texniki tələblərə cavab verməyən nəzarət-kassa aparatlarından istifadə etməklə, qanunvericiliklə müəyyən olunmuş ciddi hesabat blanklarından istifadə etmədən və ya müəyyən olunmuş qaydada təsdiq olunmuş formalara uyğun olmayan ciddi hesabat blanklarından istifadə etməklə əhali ilə pul hesablaşmalarının aparılmasına, POS-terminalların quraşdırılması məcburi olan obyektlərdə POS-terminalların quraşdırılmaması və POS-terminallar quraşdırılmış obyektlərdə nağdsız ödənişlərin qəbulundan imtina edilməsinə və ya alıcıya təqdim edilməli olan çekin, bankların valyuta mübadilə şöbələri tərəfindən müştəriyə təqdim edilməli olan bank çıxarışlarının və ya digər ciddi hesabat blanklarının verilməməsinə və ya ödənilmiş məbləğdən aşağı məbləğ göstərilməklə verilməsinə, nəzarət-kassa aparatlarından istifadə edilməsi dayandırıldıqda əhali ilə pul hesablaşmalarının qeydiyyatının aparılması qaydalarının pozulmasına görə vergi ödəyicisinə: - (58.7.1) təqvim ili ərzində belə hallara birinci dəfə yol verildikdə 1.000 manat məbləğində; - (58.7.2) təqvim ili ərzində belə hallara ikinci dəfə yol verildikdə 3.000 manat məbləğində; - (58.7.3) təqvim ili ərzində belə hallara üç və daha çox dəfə yol verildikdə 6.000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 1 avqust tarixli 338 nömrəli Qərarı ilə təsdiq edilmiş «Nəzarət-kassa aparatlarının istismarı Qaydaları»nın 2.3.3-cü bəndinə görə Vergi Məcəlləsinin 50.8-ci maddəsində nəzərdə tutulmuş NKA çekini çap etməyə imkan verən müvafiq çap qurğusu ilə təchiz edilən NKA əhali ilə hesablaşmaların aparılmasında istifadə edilə bilər. Həmin Qaydaların 8.3.16-cı bəndinə əsasən pul hesablaşmaları aparılan zaman alıcıya çek təqdim etmək və həmin çekdə qanunvericiliklə müəyyən edilmiş məlumatların əks etdirilməsini təmin etmək istifadəçinin vəzifəsi kimi təsbit edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 52 nömrəli 14 fevral 2019-cu il tarixli qərarı ilə təsdiq edilmiş «Nəzarət-kassa aparatlarının tətbiqi qrafiki»nə əsasən Bakı şəhərində iri ticarət mərkəzləri (“Mall” tipli), şəbəkə sistemli marketlər, yanacaqdoldurma məntəqələri 2019-cu il 1 iyul tarixədək (İ mərhələ), ixtisaslaşmış qaydada avtomobil satışını həyata keçirən vergi ödəyicisləri, şadlıq evləri 2019-cu il 1 iyul tarixədək, mebel satışı üzrə ixtisaslaşmış müəssisələr 2019-cu il 1 oktyabr tarixədək (İİ mərhələ) və ƏDV ödəyicilərinin pərakəndə ticarət və (və ya) ictimai iaşə fəaliyyəti üzrə təsərrüfat subyektləri (obyektləri) 2020-ci il 1 yanvar tarixədək (İİİ mərhələ) və digər pərakəndə ticarət və (və ya) ictimai iaşə fəaliyyəti üzrə təsərrüfat subyektləri (obyektləri) 2021-ci il 1 aprel tarixədək (İV mərhələ) yeni nəsil nəzarət-kassa aparatlarını quraşdırmalıdırlar. Göründüyü kimi, vergi qanunvericiliyi müvafiq fəaliyyət növləri üzrə təsərrüfat subyektlərində əhali ilə pul hesablaşmalarının aparılması qaydaları və müvafiq kateqoriya vergi ödəyicilərinə bu qaydalara riayət etməklə fəaliyyətini nəzarət-kassa aparatı vasitəsi ilə həyata keçirmək vəzifəsi müəyyən etmiş, eləcə də bu qaydalara riayət etməyən vergi ödəyicilərinə təqvim ili ərzində belə hallara birinci dəfə yol verildikdə 1.000 manat məbləğində maliyyə sanksiyasının tətbiq olunmasını nəzərdə tutmuşdur. Hazırkı iş üzrə məhkəmə araşdırılması ilə müəyyən edilir ki, İddiaçı vergi orqanlarında vergi ödəyicisi kimi 2016-cı ildə əsas fəaliyyət növü “İxtisaslaşdırılmış mağazalarda geyimlərin pərakəndə satışı” olmaqla uçota götürülmüş və ünvan 4 ünvanında olan obyekt onun təsərrüfat subyekti kimi qeydiyyata alınmışdır. Qanunvericilik normaları fəaliyyətinin növü və obyektin yeri nəzərə alınmaqla hazırkı iddiaçını elə vergi ödəyiciləri sırasına aid etmişdir ki, onlar öz obyektlərində Azərbaycan Respublikası Nazirlər Kabinetinin 52 nömrəli 14 fevral 2019-cu il tarixli qərarı ilə müəyyən edilmiş qrafik üzrə 2021-ci il 1 aprel tarixədək yeni nəsil nəzarət-kassa aparatlarını quraşdırmaq öhdəliyi daşıyırlar. Nəzərə alınmalıdır ki, İddiaçı məxsus ünvan 4 ünvanında yerləşən təsərrüfat subyektində həmin nəzarət-kassa aparatının 20 sentyabr 2021-ci il tarixədək quraşdırılmaması faktının müəyyən ediməsi işin mübahisə olunmayan hallarına daxildir və cavabdeh inzibati orqan bu fakt barədə 20 sentyabr 2021-ci il tarixli akt əsasında 4 noyabr 2021-ci il tarixli **********9873 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məluliyyətə cəlb edilməsi haqqında” qərar qəbul etmişdir. Lakin iddiaçı 4 noyabr 2021-ci il tarixli **********9873 nömrəli qərarı mübahisələndirmək üzrə dəlil kimi onu təqdim edir ki, ona məxsus obyektdə yeni nəsil nəzarət-kassa aparatının quraşdırılması başqa hüquqi şəxslə bağladığı müqaviləyə uyğun olaraq vaxtında həyata keçirilməmişdir. Məhkəmə iddaçının bu dəlilini 4 noyabr 2019-cu il tarixli sözügedən qərarın qanunsuz qəbulunu şərtləndirən hal kimi qəbul etmir və vurğulayır ki, həmin müqavilə şərtlərini digər tərəfin vaxtında yerinə yetirməməsi vergi ödəyicisi kimi hazırkı iddiaçını əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət etmədən sahibkarlıq fəaliyyətini həyata keçirməsinə əsas vermir. Müvafiq müqavilənin şərtlərinin pozulması, o cümlədən müəyyən edilmiş öhdəliiyin vaxtında yerinə yetirilməməsi halında müqavilənin qarşı tərəfindən dəymiş ziyan mülki qaydada yetərli sübutlar əldə olunmaqla tələb oluna bilər. Belə olan halda məhkəmənin qənaətinə görə iddiaçıya münasibətdə əlverişsiz inzibati akt kimi cavabdeh inzibati orqan Dövlət Vergi Xidmətinin Bakı şəhəri X4 üzrə Baş İdarəsi tərəfindən qəbul edilmiş 4 noyabr 2021-ci il tarixli **********9873 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məluliyyətə cəlb edilməsi haqqında” qərar qanunsuz sayıla bilməz. Həmin qərar qəbul edilərkən inzibati orqan tərəfindən «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun və Vergi Məcəlləsinin müddəaları pozulmamışdır. İPM-in 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhəri X4 Baş İdarəsinə qarşı «qərarın ləğv edilməsi» tələbinə dair iddiası əsassız olduğundan, təmin edilməməlidir. Göstərilənlərə əsaslanaraq və İPM-in 14.1, 23.1, 58.7, 69, 75, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhəri X4 Baş İdarəsinə qarşı «qərarın ləğv edilməsi» tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli
Məhkəmə qərarları › İş №2-1(112)-6155/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-6155/2022
25.08.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver