Məhkəmə qərarları › İş №2-1(112)-6156/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-6156/2021

20.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6156/2021 20.10.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Məhkəmənin hakimi Həsənova Şəlalə Akif qızının sədrliyi, Bəşirli Leyla Elşad qızının katibliyi, İddiaçı Alışan oğlunun və cavabdehin nümayəndəsi X1 iştirakları ilə İddiaçı Alışan oğlunun cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı pensiyanın yenidən hesablanması tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı Alışan oğlu cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fondunun Qəbələ rayon Şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Dövlət Sosial Müdafıə Fondunun Qəbələ rayon Şöbəsində pensiya təyin edən komissiyanın 28 avqust 2020-ci il, **********4 nömrəli qərarının ləğv edərək, onun 04.04.1993-cü ildən 28.02.1997-ci ilədək Kəlbəcər rayonunda fəaliyyət göstərmiş "Şıxəli Qurbanov" adina kolxozda işlədiyi dövrün pensiya təyin edilməsi üçün sığorta stajı kimi nəzərə alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 20 noyabr 1947-ci il tarixində Kəlbəcər rayonu, Şurtan kəndində anadan olmuşdur, 1993-cü ilədək orada yaşamışdır. 1993-cü ildən məcburi köçkün olaraq Qəbələ rayonunda məskunlaşmışdır. Kəlbəcər rayonu işğal olunan ərəfədə "Şıxəli Qurbanov'’adına kolxozun bütün qoyunçuluq təsərüfatı rayondan çıxarılmış, Zərdab və Ağdaş rayonlarına köçürülmüşdür. 04.04.1993-28.02.1997-ci ilədək Kəlbəcər rayonunda fəaliyyət göstərmiş "Şıxəli Qurbanov" adına kolxozda kolxoz sədri işləmişdir. Məcburi köçkün olsa da qoyunçuluq təsərrüfatı olduğuna görə işini davam etdirmişdir. Ona aid olan 1993-1997-ci illərə aid əmək fəaliyyətinə dair sənədlərində (əmək kitabçasında) 04.04.1993-cü ildə kolxoz üzvlüyünə qəbul olunaraq 1997-ci il tarixədək kolxoz sədri seçilmişdir və 28.02.1997-ci il tarixdən 23.04.2003-cü il tarixədək Kəlbəcər rayon Şurtan kənd İcra nümayəndəsi vəzifəsində işləmişdir. Həmin tarixdən icra nümayəndəsi keçdiyinə görə və ərazi üzrə hələlik arxiv formalaşmadığından kolxoza aid sənədləri Kəlbəcər rayon İcra Hakimiyyəti nəzdində olan Kənd Təsərrüfatı idarəsinin baş mühasibi Səftər İsmayılova təhvil vermişdir. Sonra pensiyaya çıxan vaxtı o vəfat etdiyindən bəzi arxiv sənədlərini, o cümlədən həmin illərə aid sənədləri tapa bilməmişdir. Bu səbəbdən Kəlbəcər rayonunda fəaliyyət göstərmiş "Şixəli Qurbanov" adına kolxozda kolxoz sədri işlədiyi müddət 1993-1997-ci illərə aid iş stajının əmək günlərinə aid sənədləri müəyyən etmək mümkün olmamışdır. Bu gün də o yuxarıda qeyd etdiyi dövrə aid iş stajı sənədlərini (işlədiyini müddətdə faktiki iş günü normalarına dair) bərpa edə bilmir. Halhazırda yaşa görə əmək pensiyası təyin edilməsi üçün sənədlərini cavabdehə təqdim etmişdir. Cavabdehin 15 fevral 2021-ci il, **********0 saylı məktubu və DSMF Qəbələ rayon Şöbəsində pensiya təyin edən komissiyanın 28 avqust 2020-ci il, **********4 nömrəli qərarında qeyd edilmişdir ki, İddiaçı 04.04.1993-cü ildən 28.02.1997-ci ilədək Kəlbəcər rayonunda fəaliyyət göstərmiş "Şıxəli Qurbanov" adına kolxozda iş dövrü, həmin dövrə faktiki işlənmiş iş günləri və müəyyən olunmuş minimum iş günü normaları barədə məlumatın əldə olunması mümkün olmadığından, ümumi iş stajına daxil edilməsin və həmin müddətin sığorta stajına daxil edilərək pensiyanın yenidən hesablanması tələbi ilə 10.07.2020-ci il tarixdə Dövlət Sosial Müdafiə Fondu Qəbələ rayon fıllialına daxil olmuş ərizəsi təmin olunmasın. O, DSMF-nin Qəbələ rayon Şöbəsinə 04.04.1993-cü ildən 28.02.1997-ci ilədək Kəlbəcər rayonunda fəaliyyət göstərmiş "Şıxəli Qurbanov" adina kolxozda əmək fəaliyyətinə dair sənədlərini (əmək kitabçasını) təqdim etməyinə baxmayaraq həmin sənədlər nəzərə alınmamışdır. Ona görə də hüquqlarının bərpa olunması üçün məhkəməyə müraciət etməli olmuşdur. İddiaçı 17.03.2021-ci il tarixdə məhkəməyə iş üzrə cavabdeh qismində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının göstərdiyi yeni iddia ərizəsi təqdim edərək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Qəbələ rayon Şöbəsində pensiya təyin edən komissiyanın 28 avqust 2020-ci il, **********4 nömrəli qərarının ləğv edərək, onun 04.04.1993-cü ildən 28.02.1997-ci ilədək Kəlbəcər rayonunda fəaliyyət göstərmiş "Şıxəli Qurbanov" adina kolxozda işlədiyi dövrün pensiya təyin edilməsi üçün sığorta stajı kimi nəzərə alınması və əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş və həmin ərizə məhkəmə tərəfindən icraata qəbul edilmişdir. Şəki İnzibati Məhkəməsinin 17.03.2021-ci il tarixli, 2-1(116)-639/2021 nömrəli qərardadı ilə inzibati iş ərazi aidiyyəti üzrə baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilmişdir. Cavabdeh iddia tələbinə etiraz verərək etirazını onunla əsaslandırmışdır ki, iddiaçı öz ərizəsində 10.07.2020-ci il tarixdə 04.04.1993-cü il tarixdən 28.02.1997-ci il tarixədək “Şıxəli Qurbanov” adına kolxozun sədri vəzifəsində işlədiyi dövrün sosial sığorta stajına daxil edilməsi ilə əlaqədar DSMF-nin 14 saylı regional ərazi filialına müraciət etdiyini bildirmişdir. 01.09.2020-ci il tarixli, **********4 nömrəli məktubla Kəlbəcər rayonunda fəaliyyət göstərmiş “Şıxəli Qurbanov” adına kolxozda iş dövrü, həmin dövrdə faktiki iş günləri və müəyyən olunmuş iş günü normaları barədə məlumatları əldə etmək mümkün olmadığından qeyd olunan dövrün sosial sığorta stajına daxil edilməsinin mümkün olmadığı bildirilmişdir. Belə ki, “Vətəndaşların pendiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 67-ci maddəsinə əsasən, 1965-ci ildən sonrakı dövr üçün kolkozda iş stajı hesablanarkən iş vaxtı nu dövrdə müəyyən olunmus minimum əmək istirakı normasına qörə faktiki müddət üzrə nəzərə alınır. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tütulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra - sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Həmin Qanunun 1.0.2-ci maddəsinə görə sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəalliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Həmin Qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd: bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1- dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.2-ci maddəsinə görə sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 11 dekabr 2017-ci tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın (bundan sonra Qaydalar) 3-cü hissəsində sosial sığorta stajının hesablanması proseduru öz əksini tapmışdır. Qaydaların 3.1-ci bəndinə əsasən sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: Qanunun qüvvəyə mindiyi 01.01.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. Qaydaların 3.2-ci bəndinə görə 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası əsasında müəyyən edilir. Qaydaların 3.2.2-ci yarımbəndinə uyğun olaraq, əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdiq edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında sosial sığorta stajı müəyyən edilir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kolleqiyasının 11 dekabr 2017-ci il tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi" Qaydaları “Əmək pensiyaları haqqında” Qanunun qüvvəvə mindiyi qünədək sıqortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nzəərə alınması ücün iş stajının yalnız əmək kitabçasına əsasən müəyyən ediləcəyinə dair imperativ norma nəzərdə tutmur. Həmin Qaydalarda “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mündiyi günədək sıqortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nzəərə alınması üçün iş stajının əmək kitabçası ilə yanaşı əmək hüquqlarının nəzərə alınması üçün iş stajının əmək kitabçası ilə yanaşı iş yerinin xüsusiyyətlərindən asılı olaraq digər başqa sənədlər (arayışlar, məlumat vərəqi, aktlar) əsasında müəyyən edilməsinin mümkünlüyü də təsbit edilmişdir. İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydalarının təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi Qaydaları”nın 3.2-ci maddəsinə əsasən işəgötürənlər tərəfindən əmək kitabçasında aşağıdakı qeydlər aparılır: işçisinin soyadı, adı, atasının adı (işçinin soyadı, adı və atasının adı ixtisar olunmadan yazılır), doğulduğu gün, ay, il, təhsili (o cümlədən başa çatdırılmamış tam orta, orta ixtisas və ali təhsil), peşəsi, ixtisası təsdiqedici sənədlərə əsasən aparılır. İşçinin işə götürülməsi, bir işdən başqa işə keçirilməsi və işdən azad edilməsi haqqında məlumat tarixi (gün, ay, il) göstərilməklə bu qeydləri aparmağa əsas verən əmək müqaviləsinə, əmrə, sərəncama (tarixi və nömrəsi göstərilməklə, uyğun aparılır. “İş haqqında məlumat” bölməsinin 3-cü qrafasında başlıq formasında işəgötürənin tam adı yazılır. Bu başlıq altında 1-ci qrafada daxil edilən yazılışın sıra nömrəsi, 2-ci qrafada isə işçinin qəbul edildiyi tarix göstərilir. 3-cü qrafada işin adı, peşəsi, yaxud vəzifəsi, həmçinin vahid tarif cədvəli üzrə əməyin ödənilməsi dərəcəsi konkret göstərilməklə hansı sexə, şöbəyə, bölməyə, sahəyə, peşə və ya vəzifəyə təyin edilməsi yazılır. İşçinin qəbul edildiyi işin, peşənin, yaxud vəzifənin adı haqqında qeyd fəhlə peşələri və qulluqçu vəzifələri üzrə ümumrespublika təsnifatına və müvafiq sahələr üzrə fəhlə peşələrinin və qulluqçu vəzifələrinin vahid tarif ixtisas sorğu kitabçalarına və digər müvafiq sənədlərə əsasən aparılır. İşəgötürən hüquqi şəxsin adı dəyişdirildikdə, fəhlə və qulluqçuya yeni dərəcə verildikdə, ştat cədvəlində; vəzifələrdə, əmək şəraitinin şərtlərində dəyişikliklər aparıldıqda əmək kitabçasında dəyişikliklər işəgötürənin əmrinə (sərəncamına) müvafiq aparılır. Lakin 4-cü qrafada İddiaçı 28.02.1997-ci il tarixdə Kəlbəcər rayonunda fəaliyyət göstərmiş “Şıxəli Qurbanov” adına kolxozunun sədri vəzifəsindən azad edilməsinə əsas verən əmrin nömrəsi göstərilməmişdir. Bundan başqa qaydaların 3.11-ci maddəsinə əsasən əmək kitabçası işəgötürən və ya işəgötürənin müəyyən etdiyi məsul şəxs tərəfindən imzalanır. Əmək kitabçası ilk dəfə hansı işverən tərəfindən doldurulursa, onun da möhürü ilə təsdiq edilir. Hüquqi şəxs yaratmadan, sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs işçinin əmək kitabçasında aparılmış qeydləri imzası ilə təsdiq edir. Həmin Qaydaların 4.1-ci maddəsinə əsasən işçinin əmək kitabçasında işdən çıxmaq səbəbi qüvvədə olan qanunvericiliyin müddəalarına uyğun göstərilməlidir. İşəgötürənin və ya onun müəyyən etdiyi məsul şəxsin imzası və həmin müəssisənin, təşkilatın, idarənin möhürü ilə, fiziki şəxs olduqda isə tək imzası ilə təsdiq edilir. İş materiallarındakı əmək kitabçasına nəzər yetirdikdə isə məlum olur ki, İddiaçı 04.04.1993-cü il tarixdə işə götürülməsi və 28.02.1997-ci il tarixdə işdən azad edilməsinə dair qeydlər eyni imza ilə təsdiq edilməsinə baxmayaraq həmin imza səlahiyyəti olan şəxslər müxtəlif şəxslər olmuşdur. Yuxarıda qeyd olunanlardan göründüyü kimi İddiaçı 04.04.1993-cü il tarixdən 28.02.1997-ci il tarixədək “Şıxəli Qurbanov” adına kolxozun sədri vəzifəsində işlədiyi dövrün sosial sığorta stajına daxil edilməsi mümkün olmamışdır. Qeyd olunanların nəzərə alınması və İddiaçı iddia tələlbinin təmin olunmaması barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında İddiaçı Alışan oğlu iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X3 iddia tələbinə etirazın məzmununa uyğun izahat verərək iddia tələbinin rədd edilməsini xahiş etdi. İş materiallarında olan və məhkəmə icraatında tədqiq edilmiş: - Azərbaycan Respublikası vətəndaşının AA seriyalı, ******* №-li şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, İddiaçı Alışan oğlu xx.xx.1947-ci il tarixdə doğulmuşdur. - Kəlbəcər rayon İcra Hakimiyyəti Başçısının X8 Ərazi Dairəsi üzrə nümayəndiliyinin 121 №-li, 30.11.2015-ci il tarixli arayışından görünür ki, X2 nümayəndəliyin daimi qeydiyyatındadır, məcburi köçkündür. Hal- hazırda Gəncə şəhəri, Gülüstan Qəsəbəsi ADAU-6 ətrafında müvəqqəti məskunlaşıbdır. - İddiaçı Alışan oğluna məxsus əmək kitabçasının notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, iddiaçı 04.04.1993-cü ildən 28.02.1997-ci ilədək “Şixəli Qurbanov” adına kolxozun sədri vəzifəsində işləmişdir. - İddiaçı Alışan oğluna məxsus əmək kitabçasının surətindən görünür ki, iddiaçı 04.04.1993-cü ildən 28.02.1997-ci ilədək “Şixəli Qurbanov” adına kolxozun sədri, 28.02.1997-ci ildən 23.04.2003-cü ilədək Kəlbəcər rayon İcra Hakimiyyəti Başçısının Şurtan kəndi üzrə nümayəndəsi, 23.04.2003-cü ildən 10.04.2006-cı ilədək Kəlbəcər rayon Taxıl İstehsalı və Heyvandarlıq Təsərrüfatının direktoru vəzifələrində işləmişdir. - Dövlət Sosial Müdafiə Fondunun Qəbələ rayon filialında pensiya təyin edən komissiyanın **********4 №-li, 28.08.2020-ci il tarixli qərarından görünür ki, İddiaçı 04.04.1993-cü ildən 28.02.1997-ci ilədək Kəlbəcər rayonunda fəaliyyət göstərmiş “Şıxəli Qurbanov” adına kolxozda iş dövrü, həmin dövrdə faktiki işlənmiş iş günləri və müəyyən olunmuş minimum iş günü normaları barədə məlumatın əldə olunması mümkün olmadığından, ümumi iş stajına daxil edilməməsi və həmin müddətin sığorta stajına daxil edilərək pensiyasının yenidən hesablanması tələbi ilə 10.07.2020-ci il tarixdə X7 Fondu Qəbələ rayon filialına daxil olmuş ərizəsinin təmin olunmaması qərara alınmışdır. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 14 saylı regional ərazi filialı tərəfindən iddiaçıya ünvanlanan **********0 №-li, 15.02.2021-ci il tarixli məktubdan görünür ki, onun 1993-1997-cı illərdə Şixəli Qurbanov adına kolxozda işlədiyi müddətin sığorta stajı daxil edilərək pensiyanın yenidən hesablanması tələbi ilə 10.07.2020-ci il tarixdə Dövlət Sosial Müdafiə Fondu Qəbələ rayon filialına daxıl olmuş ərizəsinə filialda baxılmışdır. Pensiya işində saxlanılan sənədlər araşdırılarkən müəyvən olunmuşdur ki, 1970-1993-cü illərdə “Şıxəli Qurbanov” adına kolxozda iş dövrü Qəbələ rayon Məhkəməsinin 2(025)-159/2011 saylı Qətnaməsi, 1997-2005-ci illərdə iş dövrü isə əmək kitabçasında aparılmış qeydlər əsasında hesablanaraq ümümi iş stajı 31 il 8 ay nəzərə alınmaqla pensiyasının məbləği müəyyən olunmuşdur. Pensiya işində saxlanılan əmək kitabçasında 04.04.1993-cu il tarixdə kolxoz üzvlüyünə qəbul olunmağı və 28.02.1397-ci il tarixdə üzvlükdən azad olunmağı qeyd olunsa da işlədiyi müddətdə faktiki iş günü normalarının yerinə yetirməyi barədə hər hansı məlumat qeyd olunmamışdır. «Vətəndaşların pensiya təminatı haqqında» Azərbəycan Respublikası Qanununun 65-ci madddəsinə görə 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarak iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktiki müddət üzrə nəzərə alınır. Onun əmək kitabçasında işlədiyi dövrdə müəyyən olunmuş minimum iş günü normasının yerinə yetirməyi barədə hər hansı qeyd aparılmamış və ya bu barədə arxiv sənədləri təqdim etməmişdir. Qeyd olunan səbəbdən, 04.04.1993-cü ildən 28.02.1997-ci il Kəlbəcər rayonunda fəaliyyət göstərmiş “Şıxəli Qurbanov” adına kolxozun iş dövrü həmin dövrdə faktiki işlənmiş iş günlərı və müəyyən olunmuş minimum iş günü normaları barədə məlumatın əİdə olunması mümkün olmadığından ümumı iş stajına daxil edilməmişdir. - Kəlbəcər rayonu İcra Hakimiyyəti Başçısının 24.08.2021-ci il tarixli, AQ-1/1386 №-li məktubundan görünür ki, İddiaçı “Şıxəli Qurbanov” adına kolxozun sədri vəzifəsinə X6 üzvləri tərəfindən seçilmiş və Kolxozun sənədləri işğal zamanı Kəlbəcər rayonunda qaldığı üçün əmək kitabçasında 04.04.1993-cü ildə İddiaçı kolxoz sədri seçilməsi barədə yazılmış qeyd Kəlbəcər rayon İcra Hakimiyyəti tərəfindən rəsmiləşdirilmişdir. Həmin məktuba əlavə edilmiş Kəlbəcər rayon Dövlət Arxivinin 05.08.2021-ci il tarixli, 14 №-li məktubundan görünür ki, İddiaçı Alışan oğlunun 1993-cü il tarixdən 1997-ci il tarixə qədər Kəlbəcər rayon Şıxəli Qurbanov adına kolxozunda sədri vəzifəsində işləməsi barədə arxivdə heç bir sənəd yoxdur. Həmin kolxozun sənədləri Arxivə təhvil verilməmişdir. 28.02.1997-ci il tarixli, 31 saylı sərəncamla Kəlbəcər rayon İcra Hakimiyyəti Başçısının Şurtan kəndi inzibati ərazi dairəsi üzrə nümayəndəsi vəzifəsinə təyin edilmiş, 23.04.2003-cü il tarixli, 39 saylı sərəncamla həmin vəzifədən azad edilmişdir. Həmin tarixdə 40 saylı sərəncamla Kəlbəcər rayon Taxıl istehsalı və heyvandarlıq birliyinə direktor vəzifəsinə təyin edilmiş və 10.04.2006-cı il tarixdə 31 saylı sərəncamla işdən azad edilmişdir. Müvafiq sərəncamların lazımi qaydada təsdiq edilmiş surətləri məhktuba əlavə edilmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, təqdim edilmiş sübutları araşdıraraq aşağdakı hüququ əsaslara görə hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabilyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Məhkəmə araşdırılması zamanı müəyyən edilmidir ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçının 1970-1993-cü illərdə “Şıxəli Qurbanov” adına kolxozda iş dövrü Qəbələ rayon Məhkəməsinin 2(025)-159/2011 saylı qətnaməsi, 1997-2005-ci illərdə iş dövrü isə əmək kitabçasında aparılmış qeydlər əsasında hesablanaraq ümümi iş stajı 31 il 8 ay nəzərə alınmaqla ona yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçının 1993- 1997-cı illərdə “Şixəli Qurbanov” adına kolxozda işlədiyi müddətin sığorta stajı daxil edilərək pensiyanın yenidən hesablanması tələbi isə cavabdeh inzibati orqan tərəfindən əmək kitabçasında işlədiyi dövrdə müəyyən olunmuş minimum iş günü normasının yerinə yetirməyi barədə hər hansı qeyd aparılmaması və ya bu barədə arxiv sənədləri təqdim etməməsi, həmin dövrdə faktiki işlənmiş iş günlərı və müəyyən olunmuş minimum iş günü normaları barədə məlumatın əİdə olunması mümkün olmaması əsas gətirilərək təmin edilməmişdir. 01.01.2006-cı il tarixdən qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun: - 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıq-ları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir - 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. - Həmin maddəni qeyd hissəsinə əsasən bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. 01.01.2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun: - 67-ci maddəsinin 1-ci hissəsinə görə mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. - 67-ci maddəsinin 2-ci hissəsinə görə əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzürlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır. Yuxarıda sadalanan qanunvericilik normalarından göründüyü kimi 01.01.2006-cı il tarixədək olan sığorta stajı əmək kitabçası əsasında müəyyən olunur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 87-ci maddəsinin 1-ci hissəsinə əsasən işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında — işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi” Qaydalarının: - 1.1-ci bəndinə əsasən əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəddir. - 3.2-ci bəndinə əsasən əmək kitabçasının “İş haqqında məlumat” bölməsinin 3-cü qrafasında başlıq formasında işəgötürənin tam adı yazılır. - 3.4-cü bəndinə əsasən əmək kitabçasında işə qəbul, başqa daimi işə keçirmək, yaxud işdən azad etmək haqqında bütün qeydlər işəgötürən tərəfindən əmr (sərəncam) verildikdən 5 gündən gec olmamaq şərtilə, işdən azad etmək haqqında isə işçinin işdən çıxarıldığı gün edilir. Bütün qeydlər əmək müqaviləsinin, əmrin (sərəncamın) məzmununa uyğun olmalıdır. Gün və ay ikirəqəmli ərəb rəqəmləri ilə yazılmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əsasnamənin 25-ci bəndinə əsasən əmək fəaliyyətinin təsdiq üçün təqdim olunan sənədlər vəzifəli şəxslər tərəfindən imza edilməli və möhürlə təsdiq edilməlidir. Əmək kitabçasında olan qeydlər, həmin əmək kitabçasının doldurulma gününə qüvvədə olan idarə, müəssisə və təşkilatlarda əmək kitabçalarının doldurulma qaydaları barədə təlimatın tələblərinə müvafiq olaraq aparılmalıdır. Əmək kitabçasında və digər sənədlərdə aparılan qeydlər müəyyən edilmiş qaydalara tam riayət edilməməklə aparılan hallarda onların əmək stajının təsdiqi üçün əsas kimi qəbul edilməsinin mümkünlüyü məsələsini pensiya təyin edən orqan həll edir. Məhkəmə qeyd edir ki, İddiaçı 04.04.1993-cü ildən 28.02.1997-ci ilədək “Şixəli Qurbanov” adına kolxozun sədri vəzifəsində işləməsi faktı yalnız ona məxsus olan əmək kitabçasında edilmiş qeydlərdə öz əksini tapmışdır. 04.04.1993-cü ildə İddiaçı kolxoz sədri seçilməsi barədə yazılmış qeyd kolxozun sənədləri işğal zamanı Kəlbəcər rayonunda qaldığı üçün Kəlbəcər rayon İcra Hakimiyyətinin səlahiyyətli şəxsi “Q.Əliyev” adlı şəxs tərəfindən aparılmışdır. İddiaçı 28.02.1997-ci ildə kolxoz sədri vəzifəsindən azad edilməsi barədə qeyd isə səlahiyyəti məlum olmayan “Ə.Qarayev” tərəfindən aparılmış, həmin qeydə isə işçinin işdən azad edilməsi barədə əmrin nömrəsi, tarixi göstərilməmişdir. Bundan əlavə hər iki qeyddəki imzaların eyni şəxs tərəfindən icra edilməsi aşkar görünür. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı Alışan oğlunun 04.04.1993-cü ildən 28.02.1997-ci ilədək Kəlbəcər rayonunda fəaliyyət göstərmiş “Şıxəli Qurbanov” adına kolxozda iş dövrü, həmin dövrdə faktiki işlənmiş iş günləri və müəyyən olunmuş minimum iş günü normaları barədə məlumatın əldə olunması mümkün olmadığından, eləcə də əmək kitabçasındakı qeydlər qanunvericiliyin tələblərinə uyğun aparılmadığı üçün şübhə yaratdığından, həmin şübhələrin aradan qaldırılması mümkün olmadığından, həmin dövrün ümumi iş stajına daxil edilməməsi barədə cavabdeh inzibati orqanın gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. - 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbinin təmin edilməsi üçün hüquqi əsaslar müəyyən edilmədiyindən tələb rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi rədd edilsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) verilə bilər. Hakim Şəlalə Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar