Məhkəmə qərarları › İş №2-1(112)-6156/2025

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-6156/2025

13.03.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-6156/2025 13.03.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X5 Sabir oğlunun sədrliyi, məhkəmə iclasının katibi Zeynalova Leyla Afiq qızının katibliyi ilə iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı ərazi idarəsinə qarşı “X7 adına tərtib edilmiş 22 dekabr 2021-ci tarixli A 665238№ saylı plan-ölçünün ləğv edilməsi” tələbinə dair işə Bakı İnzibati Məhkəməsinin binasında, açıq və şifahi məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X3 adına cavabdeh tərəfindən verilmiş “Hüquqların dövlət qeydiyyatı haqqında” daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2019-cu il tarixli ********** qeydiyyat nömrəli **********72 reyestr nömrəli çıxarışın, X7 adına tərtib edilmiş 22 dekabr 2021-ci tarixli A 665238№ saylı planölçünün ləğv edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddiaçıya 11 mart 2025-ci il tarixli hüquqi yardım məktubu ünvanlanaraq Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin (bundan sonra-“İPM”) 13-cü maddəsinə müvafiq olaraq nəzərinə çatdırılmışdır ki, hazırkı iş üzrə ilkin məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, mübahisələndirilən çıxarış 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-2098/2017 saylı iş üzrə qəbul etdiyi xx.xx.2017-ci il tarixli qərarı əsasında verilmişdir. Həmin iş üzrə iddiaçı X3 iddia tələbi təmin edilərək, iddiaçıya Bakı şəhəri Binəqədi rayonu Xocəsən qəsəbəsində yerləşən torpağın mülkiyyətə verilməsinə dair JN-30160H KOD 00101036 saylı 05 may 2006-cı il tarixli şəhadətnamə əsasında keçmiş Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər şöbəsi tərəfindən dövlət qeydiyyatına alınmış 0,06 ha torpaq sahəsinin üzərində mülkiyyət hüquqlarına dair dövlət reyestrindən çıxarışın və plan-ölçünün verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər ərazi idarəsinin üzərinə qoyulmuşdur. Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-2011/2017 nömrəli iş üzrə xx.xx.2017-ci il tarixli qərarı ilə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-2098/2017 saylı iş üzrə xx.xx.2017-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Qərardan kassasiya şikayəti verilməmiş, iş 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə qaytarılmış, qərar icra olunmadığından xx.xx.2018-ci il tarixdə icra vərəqəsi verilməklə icraya yönəldilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhər ərazi idarəsi xx.xx.2018-ci il tarixdə yeni açılmış hallarla bağlı icraatın təzələnməsi haqqında ərizə ilə məhkəməyə müraciət etmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin iş üzrə xx.xx.2019-cu il tarixli qərardadı ilə ərizə təmin edilməmişdir. Nərimanov rayon İcra və probasiya şöbəsinin “Qismən icra edilmiş icra sənədinin qaytarılması haqqında” xx.xx.2019-cu il tarixli qərarı ilə icra sənədi məhkəməyə qaytarılmışdır. Qərarda qeyd edilmişdir ki, icra sənədi qismən icra edilmişdir. Belə ki, tələbkara cavabdeh təşkilat tərəfindən çıxarış təqdim olunmuşdur. Lakin planölçünün verilməsi hissəsində torpaq sahəsinin faktiki yerləşdiyi yer vətəndaş tərəfindən göstərilmədiyindən plan-ölçünün tərtib edilməsi mümkün olmamışdır. 1 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin iş üzrə xx.xx.2020-ci il tarixli qərardadı ilə ərizəçi X4 ərizəsi təmin edilmiş, Nərimanov rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2019-cu il tarixli “Qismən icra edilmiş icra sənədinin qaytarılması haqqında” qərarı ləğv edilmiş, icra sənədi üzrə icra hərəkətlərinin davam etdirilməsi qərara alınmışdır. X2 tərəfindən xx.xx.2022-ci il tarixdə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-2098/2017 saylı iş üzrə xx.xx.2017-ci il tarixli qərarından apellyasiya şikayəti verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)- 3308/2022 nömrəli iş üzrə xx.xx.2022-ci il tarixli qərardadı ilə F.Sadıqova tərəfindən verilmiş apellyasiya şikayəti mümkün sayılmamış və apellyasiya şikayətinin qəbulundan imtina edilmişdir. X2 xx.xx.2022-ci il tarixdə Bakı İnzibati Məhkəməsinə ərizə ilə müraciət edərək, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2-1(81)- 2098/2017 saylı qərarının ləğv edilməsi, onun inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(81)-2098/2017 saylı iş üzrə xx.xx.2023-cü il tarixli qərardadı ilə X1 üçüncü şəxs qismində cəlb olunmasına dair ərizəsi təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-3455/2024 nömrəli iş üzrə xx.xx.2024-cü il tarixli Qərardadı ilə ərizəçi X2 tərəfindən verilmiş şikayət qismən təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(81)-2098/2017 saylı xx.xx.2023-cü il tarixli qərardadı ləğv edilmiş, inzibati işin F.Sadıqovanın üçüncü şəxs qismində işə cəlb olunması məsələsinə qərardadın əsaslandırıcı hissəsində göstərilənlər nəzərə alınmaqla yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. İş hazırda Bakı İnzibati Məhkəməsinin icraatındadır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, hazırkı iddia ərizəsi üzrə iddiaçının tələbinə faktiki olaraq Bakı İnzibati Məhkəməsinin icraatında olan 2- 1(81)-2098/2017 saylı inzibati iş çərçivəsində hüquqi qiymət verilməlidir. Ləğv edilməsini tələb etdiyi çıxarış və plan-ölçü inzibati iş üzrə məhkəmə qərarı əsasında tərtib edildiyindən və həmin iş üzrə üçüncü şəxs qismində cəlb edilməklə qərarın ləğvedilməsi tələbinə dair ərizəsi hazırda Bakı İnzibati Məhkəməsinin icraatında olduğundan məhkəmə hesab edir ki, qeyd edilən məsələyə sözügedən iş çərçivəsində baxılmalı və hüquqi qiymət verilməlidir. Məhkəmənin yardım məktubunda iddiaçıya qeyd olunanlara yazılı münasibət bildirməsi təklif olunmuşdur. Yardım məktubu xx.xx.2025-ci il tarixdə Elektron Məhkəmə İnformasiya Sistemi üzərindən iddiaçının nümayəndəsi Nümayəndə şəxsi kabinetinə yerləşdirilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6156/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ilə iddia tələbi dəqiqləşdirilərək “X3 adına tərtib edilmiş 22 dekabr 2021-ci tarixli A 665238№ saylı plan-ölçünün ləğv edilməsi” kimi icraata qəbul edilmişdir. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdehin nümayəndəsi və üçüncü şəxs məhkəmə iclasında iştirak etməmiş və bunun üzrlü səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - “İPM”) 62.3-cü maddəsinə əsasən hazırkı işə cavabdehin nümayəndəsinin və üçüncü şəxsin iştirakı olmadan, tam, obyektiv və hərtərəfli baxılmasını mümkün hesab etmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişlərində tərəflər məhkəmə baxışı iclasına gəlmədikləri halda da onların iştirakı olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişlər. Məhkəmə iddia ərizəsini qanunvericiliyin tələbləri baxımından təhlil edərək, aşağıdakılara əsasən hesab edir ki, iddia mümkün sayılmamalıdır. İlk olaraq, inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılıq. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olubolmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddihüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün ilkin şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. İddiaçıya ünvanlanmış hüquqi yardım məktubunda da qeyd olunduğu kimi, 2-1(81)- 2098/2017 saylı iş üzrə qəbul etdiyi xx.xx.2017-ci il tarixli qərardan X2 tərəfindən apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-3308/2022 nömrəli iş üzrə xx.xx.2022-ci il tarixli qərardadı ilə F.Sadıqova tərəfindən verilmiş apellyasiya şikayəti mümkün sayılmamış və apellyasiya şikayətinin qəbulundan imtina edilmişdir. X2 xx.xx.2022-ci il tarixdə Bakı İnzibati Məhkəməsinə ərizə ilə müraciət edərək, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2-1(81)-2098/2017 saylı qərarının ləğv edilməsi, onun inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(81)-2098/2017 saylı iş üzrə xx.xx.2023-cü il tarixli qərardadı ilə X1 üçüncü şəxs qismində cəlb olunmasına dair ərizəsi təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-3455/2024 nömrəli iş üzrə xx.xx.2024-cü il tarixli Qərardadı ilə ərizəçi X2 tərəfindən verilmiş şikayət qismən təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(81)-2098/2017 saylı xx.xx.2023-cü il tarixli qərardadı ləğv edilmiş, inzibati işin F.Sadıqovanın üçüncü şəxs qismində işə cəlb olunması məsələsinə qərardadın əsaslandırıcı hissəsində göstərilənlər nəzərə alınmaqla yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. Məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən mübahisələndirilən X3 adına tərtib edilmiş xx.xx.2019-cu il tarixli ********** qeydiyyat nömrəli **********72 reyestr nömrəli çıxarış və X7 adına tərtib edilmiş 22 dekabr 2021-ci tarixli A 665238№ saylı plan-ölçü 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-2098/2017 saylı iş üzrə qəbul etdiyi xx.xx.2017-ci il tarixli qərarı əsasında verilmişdir. İddiaçının sözügedən iş üzrə üçüncü şəxs qismində cəlb edilməklə qərarın ləğv edilməsi tələbinə dair ərizəsi hazırda Bakı İnzibati Məhkəməsinin icraatında olduğundan iddia tələbinə hüquqi qiymət verilməsi yolverilməzdir. Belə ki, hazırkı tələb üzrə öz əksini tapan məsələ həmin iş üzrə ərizəyə baxılması üzrə icraat çərçivəsində həll olunmalıdır. Odur ki, hazırkı iddia ərizəsi üzrə iddiaçının tələbinə faktiki olaraq Bakı İnzibati Məhkəməsinin icraatında olan 2-1(81)-2098/2017 saylı inzibati iş çərçivəsində hüquqi qiymət verilməli olduğundan iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – “İPM”) 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. İPM-in 1.2-ci maddəsinə əsasən, bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli 5 nömrəli Qərarının 2.3, 4.2, 5.1, 6.1, 6.2 və 8.5-ci bəndləri ilə məhkəmələrin diqqətinə çatdırılmışdır ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar (2.3). Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar (4.2). İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır (5.1). İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır (6.1). İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun (6.2). İddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyildirlər və bu cür hallarda iddia mümkün sayılmamalıdır (8.5). Həmin Qərarın 15.5-ci və 15.6-cı bəndlərində qeyd olunmuşdur ki, İPM-in 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. Qeyd olunan maddələrdə təsbit olunmuş halları müəyyən etdikdə məhkəmələr verilmiş iddianı mümkün saymamalıdırlar. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsinə və vəkilinə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən qanunvericiliyin tələbləri izah edilmiş və dinlənilmə hüququ təmin olunmuşdur. İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Bununla bağlı məhkəmə tərəfindən iddiaçıya hüquqi yardım məktubu göndərilmiş, qanunvericiliyin tələbləri məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsinə izah edilmiş və dinlənilmə hüququ təmin olunmuşdur. Yuxarıda göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, iddiaçının tələbinə faktiki olaraq Bakı İnzibati Məhkəməsinin icraatında olan 2-1(81)-2098/2017 saylı inzibati iş çərçivəsində hüquqi qiymət verilməli olduğundan iddia mümkün sayılmamalıdır. İPM-in 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı : İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı ərazi idarəsinə qarşı “X7 adına tərtib edilmiş 22 dekabr 2021-ci tarixli A 665238№ saylı plan-ölçünün ləğv edilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. X6.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar