Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-616/2020 06.02.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Bakı İnzibati Məhkəməsi hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, X1 kаtibliyi, İddiaçı2 (Abşeron rayonunda qeydiyyatdadır, işləmir.) iştirakı ilə, iddiaçılar İddiaçı1, İddiaçı2, Abdülova Aygün Rahib qızının Cavabdehnə qarşı “iddiaçıların ünvan 1 ünvanına qeydiyyata alınması vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçılar İddiaçı1, İddiaçı2 və X3 cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı ünvan 1 ünvanına qeydiyyata alınması vəzifəsinin cavabdehə həvalə edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. İddiaçılar iddia tələbini onunla əsaslandırmışlar ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi iddiaçıların istifadəsindədir. İddiaçılara həmin fərdi yaşayış evində ailə üzvləri ilə birlikdə yaşayırlar. Lakin, iddiaçılar həmin fərdi yaşayış evi üzərində hüquqlarını daşınmaz əmlakın dövlət reyetsrində qeydiyyata ala bilməmişlər. İddiaçılar cavabdehə ünvan 1 ünvanına qeydiyyata alınmaları barədə cavabdehə müraciət etsələr də, cavabdeh tərəfindən ərizələrin təmin olunmasından imtina edilmişdir. Buna görə də, iddiaçılar iddia tələbinin təmin edilməsini xahiş etmişlər. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 47-ci maddəsinə əsasən verilmiş məhkəmə sərəncamı ilə iddiaya dair etirazın tələb edilməsinə baxmayaraq cavabdeh Bakı şəhər Cavabdeh iddia tələbinə etirazını məhkəməyə bildirməmişdir. Аzərbаycаn Rеspublikаsının İPM-nin 62.3-ci mаddəsinə əsаsən iştirаkı оlmаdаn işə bахılmаsının və iş üzrə qərаr qəbul еdilməsinin mümkünlüyü bаrədə хəbərdаr еdilmiş cаvаbdеh məhkəmə bахışınа öz nümаyəndəsini göndərməmiş, bunun səbəbini məhkəməyə bildirməmiş, məhkəməyə təqdim etdiyi məktubunda işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Оdur ki, məhkəmə işə cаvаbdеhin iştirаkı оlmаdаn bахmışdır. Məhkəmə, iddiaçının izahatını və çıxışını dinləyərək, iddia ərizəsini nəzərdən keçirərək, məhkəmə iclasında tədqiq olunmuş sübutları tam və hərtərəfli araşdırdıqdan sonra qiymətləndirərək hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iddia ərizəsinə əlavə edilmiş: Bakı şəhəri Cavabdeh 03 və 04 iyul 2019-cu il tarixli, 059-25439-H-3219, 059- 25486-M-3219 və 059-25125A-3219 saylı məktublarına əsasən iddiaçıların “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 5–ci maddəsinin tələblərinə uyğun olaraq qeydiyyata əsas verən sənədlərdən hər hansı birinin cavabdehə təqdim edilməyəcəyi təqdirdə onların ünvan 1 ünvanına qeydiyyata alınmalarının mümkün olmayacağı bildirilmişdir. Bakı şəhəri icra Hakimiyyətinin başçısının Aparatının Mənzil-Kommunal Təsərrüfat Departamentinin 2 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfat Birliyinin 113 saylı mənzil Kommunal İstismar Sahəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, 558 nömrəli arayışdan görünür ki, iddiaçıların heç biri ünvan 1 ünvanında qeydiyyatda deyil. Beləliklə, iş materiallarından görünür ki, iddiaçılar ünvan 1 ünvanına qeydiyyata alınmaları üçün cavabdehə müraciət etmiş, cavabdeh isə iddiaçıların müraciətini təmin etməmişdir. Hazırda iddiaçılar həmin ünvana qeydiyyata alınmaları vəzifəsinin cavabdehin üzərinə qoyulmasını tələb edir. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. Yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməlidir. Müvafiq dövlət orqanı vətəndaşı dərhal qeydə almalı və ona 10 gün ərzində “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq olaraq şəxsiyyət vəsiqəsi verməlidir. Yaşayış yeri üzrə qeydiyyata alınmaq üçün vətəndaş ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir:1) şəxsiyyət vəsiqəsi; 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. Göründüyü kimi qanunverici qeydiyyata alınmanın hansı sənədlər əsasında həyata keçirilməli olduğunu dəqiq müəyyən etmişdir və qanunun qeyd edilən maddəsinin mənasından görünür ki, şəxs, üç əsasla: mülkiyyətçi kimi, icarə və ya kirayə müqaviləsi üzrə və ya Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş başqa sənəd təqdim etdikdə həmin sənədlərdə qeyd edilən ünvana qeydiyyata alına bilər. İşin faktiki hallarına əsasən iddiaçıların heç birinin ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə qeydiyyata alınması üçün həmin evlə bağlı mülkiyyət hüququ, icarə (və ya kirayə) müqaviləsi, nə də digər qanuni əsasları mövcud deyil və bunun nəticəsi olaraq onlar cavabdeh orqana və ya məhkəməyə qanunla tələb olunan sənədləri təqdim edə bilməmişlər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumihüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Sözügedən Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq hesab edir ki, iddiaçılar İddiaçı1, İddiaçı2, Hüseynova Aygün Rahib qızının Cavabdehnə qarşı onların ünvan 1 ünvanına qeydiyyata alınması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddiası rədd edilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2-ci, 34-cü, 68-ci, 69-cu, 85-ci,110-cu maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçılar İddiaçı1, İddiaçı2, X2 Cavabdehnə qarşı onların ünvan 1 ünvanına qeydiyyata alınması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddiası rədd edilsin. Qərardan şikayət qərarın tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı şəhəri, Z.Xəlilov, 540-cı məhəllə ünvanda yerləşən Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasina Bakı İnzibati Məhkəməsi vasitəsilə verilə bilər. Hakim Miminat Hacıbəyova
Məhkəmə qərarları › İş №2-1(112)-616/2020
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-616/2020
06.02.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver