Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-616/2022 13.04.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı Şirkətinin Azərbaycan Respublikasındakı Filialının cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinə qarşı (üçüncü şəxslər: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsi) iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim: Əliyev Elvin Əhəd oğlunun sədrliyi ilə, İddiaçının vəkili: Vəkil Cavabdehin nümayəndəsi: X1, Üçüncü şəxsin nümayəndəsi: X3 iştirakları ilə, iddiaçı İddiaçı Şirkətinin Azərbaycan Respublikasındakı Filialının cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinə qarşı (üçüncü şəxslər: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsi) “qərarın ləğv edilməsi” tələbinə dair inzibati işə məhkəmənin inzibati binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: 1.İşin halları İddiaçı Şirkətinin Azərbaycan Respublikasındakı Filialının cavabdehlər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinə və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İddiaçı Şirkətinin Azərbaycan Respublikasındakı Filialı barəsində qəbul etdiyi 28.12.2020-ci il tarixli **********463900 saylı “İnzibati şikayətin təmin edilməməsi haqqında” Qərarın ləğv edilməsinə, 21 oktyabr 2020-ci il tarixində Milli Gəlirlər Baş İdarəsi **********140949 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi” haqqında Qərarı müvəqqəti idxal xüsusi gömrük proseduru altında idxal edilən mallara görə ödənilmiş ƏDV məbləğlərinin əvəzləşdirilməsi ilə bağlı hesablanmış 498,392.21 manat məbləğində əlavə vergi öhdəliyi və 249,196.16 manat məbləğində maliyyə sanksiyası hissəsində ləğv edilməsinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsi 28.01.2021-ci il tarixdə Bakı İnzibati Məhkəməsinə daxil olmuş və həmin tarixdən icraata qəbul edilmişdir. 15.07.2021-ci il tarixli məhkəmə iclasında Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin prosessual iştirakına xitam verilmişdir, həmçinin Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi hazırkı inzibati iş üzrə üçüncü şəxs qismində məhkəmə icraatına cəlb olunmuşdur. 15.07.2021-ci il tarixli məhkəmə iclasında Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsi hazırkı inzibati iş üzrə üçüncü şəxs qismində məhkəmə icraatına cəlb olunmuşdur. 13 aprel 2022-ci il tarixli məhkəmə iclasında iddiaçının nümayəndəsinin (vəkilinin) “21 oktyabr 2020-ci il tarixində Milli Gəlirlər Baş İdarəsi **********140949 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi” haqqında Qərarı müvəqqəti idxal xüsusi gömrük proseduru altında idxal edilən mallara görə ödənilmiş ƏDV məbləğlərinin əvəzləşdirilməsi ilə bağlı hesablanmış 498,392.21 manat məbləğində əlavə vergi öhdəliyi və 249,196.16 manat məbləğində maliyyə sanksiyası hissəsində ləğv edilməsi”nə dair iddia tələbinin dəqiqləşdirilməsi ərizəsi icraata qəbul edilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsi (bundan sonra - Milli Gəlirlər Baş İdarəsi) tərəfindən “X6 Grossbohrund Umwelttechnik” Şirkətinin Azərbaycan Respublikasındakı Filialında (bundan sonra - “Filial” və ya “İddiaçı”) növbədənkənar səyyar vergi yoxlaması aparılmışdır. Yoxlama 17 dekabr 2019-cu il tarixində başlamış və 21 avqust 2020-ci il tarixində başa çatdırılmışdır. Yoxlamanın nəticəsi olaraq 24 avqust 2020-ci il tarixində Milli Gəlirlər Baş İdarəsi tərəfindən **********194845 nömrəli Səyyar Vergi yoxlaması Aktı (bundan sonra - “Akt" adlandırılacaq) tərtib edilib, 26 avqust 2020-ci il tarixində Filiala çatdırılmışdır. Filial Aktda qeyd edilən kənarlaşmalardan aşağıda qeyd edilənlər ilə razılaşmayaraq, Azərbaycan Respublikasının Vergi Məcəlləsinin (bundan sonra - “Vergi Məcəlləsi”) 39.5-ci maddəsini rəhbər tutaraq, 28 Sentyabr 2020-ci il tarixli **********777100 nömrəli Etiraz məktubunu (bundan sonra - “Etiraz”) Milli Gəlirlər Baş İdarəsinə təqdim etmişdir: Müvəqqəti idxal gömrük rejimi altında idxal edilən mallara görə gömrükdə ödənilmiş ƏDV-lər üzrə ƏDV əvəzləşdirilməsı aparılmasına görə 498,392.21 manat əlavə vergi öhdəliyi və 249,196.16 manat maliyyə sanksiyası; Qeyri-rezident şirkətin göstərdiyi beynəlxalq daşıma xidmətlərinə görə əldə etdiyi gəlirlərin Azərbaycan Respublikası ərazisinə düşən hissəsindən əldə edilmiş 296,154.31 manat məbləğində olan gəlirlərin ƏDV-yə cəlb edilməməsinə görə 53,307.78 manat əlavə vergi öhdəliyi və 26,653.89 manat maliyyə sanksiyası. Etirazın məzmunu 08 oktyabr 2020-ci il tarixində Filial nümayəndələri və Milli Gəlirlər Baş İdarəsinin əməkdaşları tərəfindən onlayn video görüş vasitəsi ilə müzakirə edilmişdir. Yazılı Etirazda və video görüş zamanı Filialın öz mövqeyini qanunvericiliyə istinad edərək həm müvafiq maddələrlə, həm də iqtisadi baxımdan əsaslandırmasına baxmayaraq, Milli Gəlirlər Baş İdarəsinin əməkdaşları yalnız qeyri-rezident şirkətin göstərdiyi beynəlxalq daşıma xidmətlərinə görə əldə etdiyi gəlirlərin Azərbaycan Respublikası ərazisinə düşən hissəsindən əldə edilmiş 296,154.31 manat məbləğində olan gəlirlərin ƏDV-yə cəlb edilməməsi ilə bağlı olan əsaslandırmanı qəbul etmiş, müvəqqəti idxal gömrük rejimi altında idxal edilən mallara görə gömrükdə ödənilmiş ƏDVlər üzrə ƏDV əvəzləşdirilmə aparılması məsələsi ilə bağlı isə mövqeyinin dəyişməz olduğunu bildirmişdir. 21 oktyabr 2020-ci il tarixində Milli Gəlirlər Baş İdarəsi **********140949 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi” haqqında Qərarını Filiala (bundan sonra - “Milli Gəlirlər Baş İdarəsinin Qərarı”) göndərmiş və həmin Qərarda Filialın əsaslandırmasına öz mövqeyini yazılı olaraq bildirmişdir. Milli Gəlirlər Baş İdarəsinin Qərarında vergi orqanı Filialın müvəqqəti idxal gömrük rejimi altında idxal edilən mallara görə gömrükdə ödənilmiş ƏDVlər üzrə ƏDV əvəzləşdirilməsi aparılmasına görə hesablanan 498,392.21 manat əlavə vergi öhdəliyi və 249,196.16 manat maliyyə sanksiyası ilə bağlı etirazını qəbul etməmiş, yalnız qeyri-rezident şirkətin göstərdiyi beynəlxalq daşıma xidmətlərinə görə əldə etdiyi gəlirlərin Azərbaycan Respublikası ərazisinə düşən hissəsinin ƏDV-yə cəlb edilməməli olduğuna dair etirazını əsaslı hesab edərək hesablanmış 53,307.78 manat əlavə vergi öhdəliyini və 26,653.89 manat maliyyə sanksiyasını ləğv edərək, Qərara müvafiq düzəlişlər etmişdir. 27 oktyabr 2020-ci il tarixində Filial Milli Gəlirlər Baş İdarəsinin Qərarından Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə (bundan sonra - “Dövlət Vergi Xidməti”) şikayəti (bundan sonra - “Şikayət”) ilə müraciət etmişdir. Dövlət Vergi Xidməti tərəfindən Filialın Şikayətinə baxılsa da, Şikayət təmin edilməmiş və Şikayətdə göstərilən dəlillərə yalnız qismən münasibət bildirilməklə 28 dekabr 2020-ci il tarixində Dövlət Vergi Xidməti “İnzibati şikayətin təmin edilməməsi haqqında” **********463900 nömrəli Qərar (Bundan sonra - “Dövlət Vergi Xidmətinin Qərarı”) qəbul etmişdir. X4 Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Qərarını dəyişməz olaraq saxlamışdır. X6 və “X6 Grossbohr-Und Umvelttechnik" Şirkətinin Azərbaycan Respublikasındakı Filialı arasında bağlanılmış Xidmət Müqaviləsinə əsasən X6 Filialı işlərin icrası üçün lazım olan avadanlıqları, ehtiyat hissələri ilə, eləcə də avadanlıqların texniki xidməti və təmiri ilə təmin etməlidir. Xidmət Müqaviləsinin şərtlərinə əsasən göndərilən avadanlıqların istifadəsinə (icarəsinə) görə və qeyd olunan texniki dəstək xidmətinə görə X6 hər qazma günü üçün 11,500 avro, hər gözləmə günü üçün 8,500 avro xidmət haqqı təyin edib. Filial tərəfindən işlərin icrası üçün lazım olan mallar/avadanlıqlar 01 oktyabr 2016-cı il - 15 iyun 2017-ci il tarixinə qədər əhatə edən dövr ərzində icarə müddəti bitdikdən sonra sahibinə qaytarılması şərti ilə icarəyə götürülüb və müvəqqəti idxal şəklində Azərbaycan Respublikasının ərazisinə idxal olunub. Müvəqqəti idxal şəklində gətirilən bütün mallar sərbəst dövriyyəyə keçirilmədən X6 şirkətinə geri ixrac olunub. Qeyd olunan mallara Azərbaycan Respublikasına idxalı anında gömrük rüsumlarından və vergilərindən qismən azad edilməklə müvəqqəti idxal xüsusi gömrük proseduru tətbiq olunmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 sentyabr 2013-cü il tarixli 245 nömrəli qərarı ilə təsdiq edilmiş “Malların müvəqqəti idxal xüsusi gömrük proseduru altında yerləşdirilməsi Qaydaları”nın (bundan sonra “Qaydalar”) 7.5-ci maddəsinə və Gömrük Məcəlləsinin 194.1-ci maddəsinə əsasən həmin prosedur altında yerləşdirilmiş mallara tətbiq olunan gömrük rüsumları və vergilər üzrə aylıq ödənişlərin məbləği, onların müvəqqəti idxal xüsusi gömrük proseduru altında yerləşdirildiyi tarixdə sərbəst dövriyyəyə buraxılışı üçün ödənilməli olan gömrük rüsumlarının və vergilərin məbləğinin 3 (üç) faizi miqdarında müəyyən edilir. Filial gömrük rüsumlarından və vergilərdən qismən azad edilməklə müvəqqəti idxal xüsusi gömrük proseduru altında ödənilmiş ƏDV məbləğləri Vergi Məcəlləsinin müddəalarına əsasən ödəniş aylarında müvafiq olaraq əvəzləşdirilmişdir. Milli Gəlirlər Baş İdarəsi və Dövlət Vergi Xidməti öz Qərarlarında müvəqqəti idxal gömrük rejimi altında idxal edilən mallara görə gömrükdə ödənilmiş ƏDV məbləğlərinin Qaydaların 7.5 və 7.9 maddələrinə və Vergi Məcəlləsinin 159.3 və 176.5-ci maddəsinə istinad edərək, müvəqqəti idxal xüsusi gömrük proseduru altında yerləşdirilmiş malların ƏDV-nin məqsədləri üçün idxal malları hesab edilməməsi və ƏDV-nin vergitutma obyektini təşkil etməməsini,tətbiq olunan vergilər üzrə aylıq ödəniş məbləğlərinin əvəzləşdirilməsi vergi qanunvericiliyində nəzərdə tutulmadığını qeyd etmiş vəancaq müvəqqəti idxal edilmiş mallar sərbəst dövriyyə üçün buraxıldığı halda əvəzləşdirilə bilməsi səbəbi ilə Filial tərəfindən ödənilmiş ƏDV-lər üzrə ƏDV əvəzləşdirilməsi aparılmamalı olduğunu iddia etmişdir. Belə ki, 19.10.2020-ci il tarixli Qərar qəbul olunarkən Milli Gəlir Baş İdarəsi tərəfindən bir sıra maddi hüquq normaları düzgün tətbiq edilmədiyindən və vergi qanunvericiliyi düzgün şərh edilmədiyindən Filiala müvəqqəti idxal gömrük prosedura altında idxal edilən mallara görə gömrükdə ödənilmiş ƏDV məbləğlərinin əvəzləşdirilməsinə görə əsassız və qanunsuz olaraq 498,392.21 manat əlavə vergi öhdəliyi və 249,196.16 manat maliyyə sanksiyası hesablanmışdır. Bu səbəbdən də həm Milli Gəlirlər Baş İdarəsinin Qərarı qanunsuz və əlverişsiz inzibati aktlar hesab edilərək, müvəqqəti idxal xüsusi gömrük proseduru altında idxal edilən mallara görə ödənilmiş ƏDV məbləğlərinin əvəzləşdirilməsinə aid olan hissədə ləğv edilməli, həm də Dövlət Vergi Xidmətinin Qərarı ləğv edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə əsasən qanuna müvafiq prosessual hərəkətlər edilərək işin şifahi məhkəmə baxışı iclası 13 aprel 2022-ci il tarixə təyin edilmiş və bu barədə tərəflərə lazımi qaydada məlumat verilmişdir. 2.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili iddia ərizəsində qeyd olunanlarla eyni məzmunda izahat verərək, iddianı müdafiə etdiyini və iddianın təmin olunması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi iddianı qəbul etməyərək iddiaya qarşı yazılı etirazına uyğun izahat verərək inzibati iş üzrə iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən üçüncü şəxsin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi inzibati iş üzrə iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehin etirazı onunla əsaslandırılmışdır ki, Vergilər Nazirliyinin Milli Gəlirlər Baş İdarəsinin “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” 16.12.2019-cu il tarixli **********194792 nömrəli Qərarına əsasən "X6 Grossbohr-Und Umvelttechnik" Şirkətinin Azərbaycan Respublikasındakı Filialında vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədi ilə 01.02.2018-cı il tarixdən 01.11.2019-cu il tarixədək olan dövr əhatə olunmaqla Vergi Məcəlləsinin 38.3.4-cü maddəsinə əsasən növbədənkənar səyyar vergi yoxlaması keçirilmiş və nəticəsi 24.08.2020-ci il tarixli **********194845 nömrəli səyyar vergi yoxlaması aktı ilə rəsmiləşdirilmişdir. Səyyar vergi yoxlaması aktı əsasında İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsi tərəfindən qəbul edilmiş “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında" 19.10.2020-ci il tarixli **********140949 nömrəli Qərarı ilə Filiala 591768.83 manat vergi, 5912.75 manat faiz (Libor+4%) hesablanmış və 271233.27 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Yoxlama zamanı təqdim olunmuş müqavilələr, vergi hesabfakturaları, invoyslar, ödəniş sənədləri və digər sənədlərə əsasən Filialın təqdim etdiyi əlavə dəyər vergisi bəyannamələrinin düzgünlüyü yoxlanılmış və Vergi Məcəlləsinin 159cu, 169-cu və 175-ci maddələrinin tələblərinin pozulması səbəbindən əlavə dəyər vergisinin ümumilikdə 541906.54 manat azaldılması müəyyən edilmişdir. Həmçinin, vergi ödəyicisi tərəfindən mübahisələndirilən hal üzrə cari yoxlama ilə 2018-ci ilin 1-ci rübünün ƏDV bəyannaməsi üzrə idxalda ƏDV-yə cəlb edilmiş mallara görə ödənilmiş 498392.31 manat ƏDV məbləği əldə olunmuş sənədlərə əsasən müvəqqəti idxal gömrük rejimi (kod: 31) adı altında olduğu üçün nəzərə alınmamışdır. Vergi Məcəlləsinin 58-ci maddəsinə əsasən 498392.31 manat ƏDV-nin azaldılması nəticəsində azaldılmış vergi məbləğin 50%-i miqdarında, yəni 249196.16 manat məbləğində maliyyə sanksiyası tətbiq olunmuşdur. İddiaçı müvəqqəti idxalın ƏDV məqsədləri üçün vergituma obyekti olmaması barədə vergi orqanının mövqeyi ilə razılaşmayaraq, “müvəqqəti idxal altında gətirilən mallar Vergi Məcəlləsi ilə idxal malları hesab edilməsəydi, Gömrük Məcəlləsinə əsasən “hissəvi” ƏDV-nin ödənilməsi öhdəliyi yaranmazdı” halına istinad edir. Həmçinin, normalar arasında ziddiyyət olduğunu və bu sahədə sahə qanunvericiliyinin Gömrük Məcəlləsi olduğu və Gömrük Məcəlləsi ilə müvəqqəti idxalda “hissəvi ƏDV”-nin ödənilməsinin nəzərdə tutulduğunu bildirir. Vergi Məcəlləsinin 3.7-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vergiləri yalnız bu Məcəllə ilə müəyyən edilir, onların dəyişdirilməsi və ya ləğv edilməsi bu Məcəlləyə dəyişiklik edilməsi ilə həyata keçirilir. Həmin Məcəllənin 12.1-ci və 12.1.1-ci maddəsinə əsasən vergi o halda müəyyən edilmiş hesab olunur ki, bu zaman vergi ödəyicisi və vergitutma elementi olan vergitutma obyekti müəyyən edilmiş olsun. ƏDV üzrə vergitutma obyektinin müəyyən edilməsinin əsasları Vergi Məcəlləsinin 159- cu maddəsi ilə müəyyən edilir. Belə ki, 159.1-ci maddəyə əsasən vergi tutulan idxal vergitutma obyektidir. Vergi Məcəlləsinin 159.3-cü maddəsinə əsasən malların idxalı bu fəsilə uyğun olaraq vergidən azad edilən idxal istisna edilməklə, vergi tutulan idxal sayılır. Tranzit yük daşınması qaydasında, müvəqqəti idxal şəklində Azərbaycan Respublikası ərazisinə buraxılan mallar və ya gömrük qanunvericiliyinə uyğun olaraq daxili istehlak üçün idxal edilmiş və ya qəbul olunmuş sayılmayan mallar ƏDV-nin məqsədləri üçün idxal malları hesab edilmir. Göründüyü kimi, qanunvericiliyin tələblərinə əsasən Vergi Məcəlləsində nəzərdə tutulan ƏDV əvəzləşmə mexanizminin tətbiq olunması üçün həmin Məcəllənin müəyyən etdiyi şərtlər tam ödənilməlidir. Belə ki, ilk növbədə ƏDV üzrə vergitutma obyektinin yaranması müəyyən edilməlidir. Eyni zamanda, Vergi Məcəlləsinin 153-cü maddəsinə əsasən əlavə dəyər vergisi (bundan sonra ƏDV) vergi tutulan dövriyyədən hesablanan verginin məbləği ilə bu Məcəllənin müddəalarına uyğun olaraq verilən elektron qaimə-fakturalara və ya idxalda ƏDV-nin ödənildiyini göstərən sənədlərə müvafiq surətdə əvəzləşdirilməli olan verginin məbləği arasındakı fərqdir. Qanunvericiliyin ƏDV üçün müəyyən etdiyi anlayışdan görünür ki: ƏDV idxalda ödənilir, əvəzləşmə idxalda ödənilən sənədlərə əsaslanır. Beləliklə, müvəqqəti idxal şəklində Azərbaycan Respublikası ərazisinə buraxılan mallar ƏDV-nin məqsədləri üçün idxal malları hesab edilmir. Müvəqqəti idxal şəklində Azərbaycan Respublikası ərazisinə buraxılan mallar ƏDV-nin vergitutma obyektini təşkil etmədiyindən, müvəqqəti idxal xüsusi gömrük proseduru altında yerləşdirilmiş mallara tətbiq olunan vergilər üzrə aylıq ödəniş məbləğləri əvəzləşdirilmir. Eyni zamanda, Vergi Məcəlləsində “malların idxalı” anlayışı müəyyən edilməklə ƏDV-ni bütün hallarda idxala (azad edilən idxal istisna olmaqla) tətbiq edir. Vergi Məcəlləsinin 13.2.31-ci maddəsinə əsasən malların idxalı - gömrük qanunvericiliyinə uyğun olaraq idxal malları sayılan malların Azərbaycan Respublikası ərazisinə gətirilməsi. Müvəqqəti idxal isə Gömrük Məcəlləsinin 192-194-cü maddələri və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 sentyabr 2013-cü il tarixli 245 nömrəli qərarı ilə təsdiq edilmiş “Malların müvəqqəti idxal xüsusi gömrük proseduru altında yerləşdirilməsi Qaydaları" (bundan sonra Qaydalar) ilə tənzimlənir. Gömrük Məcəlləsinin 192.1-ci maddəsinə əsasən təkrar ixrac üçün nəzərdə tutulmuş xarici mallar müvəqqəti idxal proseduru altında yerləşdirilir. Bu mallardan bu Məcəllənin 194-cü maddəsində nəzərdə tutulmuş qaydalara uyğun olaraq gömrük rüsumlarından və vergilərdən tamamilə, yaxud qismən azad olunmaqla, habelə ticarət siyasəti tədbirləri tətbiq edilmədən gömrük ərazisində istifadə olunur. Həmin Məcəllənin 194.1-ci maddəsinə əsasən gömrük rüsumlarından və vergilərdən qismən azad edilməklə müvəqqəti idxal xüsusi gömrük proseduru altında yerləşdirilmiş mallara tətbiq olunan gömrük rüsumları və vergilər üzrə aylıq ödənişlərin məbləği, onların müvəqqəti idxal proseduru altında yerləşdirildiyi tarixdə sərbəst dövriyyəyə buraxılışı üçün ödənilməli olan gömrük rüsumlarının və vergilərin məbləğinin 3 (üç) faizi miqdarında müəyyən edilir. Həmin Məcəllənin 194.2-ci maddəsinə əsasən gömrük rüsumlarından, vergilərdən qismən azad edilməklə müvəqqəti idxal xüsusi gömrük proseduru altında yerləşdirilmiş mallara görə alınan gömrük rüsumlarının və vergilərin ümumi məbləği, onların müvəqqəti idxal proseduru altında yerləşdirildiyi tarixdə sərbəst dövriyyəyə buraxılışı üçün ödənilməli olan gömrük rüsumlarının, vergilərin məbləğindən artıq olmamalıdır. Həmin Məcəllənin 194.3-cü maddəsinə əsasən müvəqqəti idxal edilən malların gömrük rüsumlarından və vergilərdən tamamilə və ya qismən azad edilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 sentyabr 2013-cü il tarixli 245 nömrəli qərarı ilə təsdiq edilmiş "Malların müvəqqəti idxal xüsusi gömrük proseduru altında yerləşdirilməsi” Qaydalarının 7.5-ci bəndinə əsasən gömrük rüsumlarından və vergilərdən qismən azad edilməklə müvəqqəti idxal xüsusi gömrük proseduru altında yerləşdirilmiş mallara tətbiq olunan gömrük rüsumları və vergilər üzrə aylıq ödənişlərin məbləği onların müvəqqəti idxal xüsusi gömrük proseduru altında yerləşdirildiyi tarixdə sərbəst dövriyyəyə buraxılışı üçün ödənilməli olan gömrük rüsumlarının və vergilərin məbləğinin 3 (üç) faizi miqdarında müəyyən edilir. Qaydaların 7.8-ci bəndinə əsasən müvəqqəti idxal edilmiş mallar təkrar ixrac olunarkən, yaxud digər gömrük proseduru altında yerləşdirilərkən ödənilmiş aylıq ödənişlər geri qaytarılmır. Qaydaların 7.9-cu bəndinə əsasən gömrük rüsumlarının və vergilərin ödənilməsindən qismən azad edilməklə, müvəqqəti idxal edilmiş malların sərbəst dövriyyə üçün buraxılış gömrük proseduru altında yerləşdirilməsi zamanı hesablanmış gömrük rüsumlarının və vergilərin məbləğindən həmin mallara görə ödənilmiş aylıq ödənişlərin məbləği çıxılmalıdır. Qeyd edilənlərə əsasən müvəqqəti idxal şəklində Azərbaycan Respublikası ərazisinə buraxılan mallar ƏDV-nin vergitutma obyektini təşkil etmədiyindən müvəqqəti idxal xüsusi gömrük proseduru altında yerləşdirilmiş mallara tətbiq olunan aylıq ödəniş məbləğlərinin əvəzləşdirilməsi vergi qanunvericiliyində nəzərdə tutulmamışdır. Eyni zamanda, müvəqqəti idxal edilmiş mallar sərbəst dövriyyə üçün buraxıldığı halda vergi ödəyicisi tərəfindən ödənilmiş ƏDV məbləği Vergi Məcəlləsinin 176.5-ci maddəsinə əsasən əvəzləşdirilə bilər. İddiaçı əməliyyatın müvəqqəti idxal olduğunu inkar etmədən, idxalda əvəzləşməni tənzimləyən Vergi Məcəlləsinin 175.10-cu maddəsinə istinad edir. Vergi Məcəlləsinin 175.10-cu maddəsinə əsasən gömrük orqanları tərəfindən verilmiş idxalda ƏDV-nin ödənildiyini göstərən idxal sənədləri ödənişin formasından asılı olmayaraq bu maddənin məqsədləri üçün verginin əvəzləşdirilməsinə əsas verir. Beləliklə, müvəqqəti idxalda Vergi Məcəlləsinə əsasən vergitutma baxımından ƏDV-nin ödənilməsi tələbi olmadığından bu əməliyyatlar vergi tutulan əməliyyat sayılmır. Vergi Məcəlləsinin 175-ci maddəsi vergi tutulan əməliyyatlar üzrə əvəzləşməni nəzərdə tutduğundan müvəqqəti idxal rejimində ödənilən məbləğlərin əvəzləşdirilməsi qanunvericiliyə ziddir. Nəticədə, iddiaçı vergilərin və vergitutma obyektinin yalnız Vergi Məcəlləsi ilə müəyyən edilməsini, ƏDV-nin müvəqqəti idxala deyil yalnız idxal əməliyyatlarına tətbiq edilməsini, ƏDV dərəcəsinin 18% müəyyən edilməsi, ƏDV əvəzləşməsi mexanizminin Vergi Məcəlləsi ilə tənzimlənməsi barədə qanunvericiliyin aşkar müddəalarını nəzərə almayaraq, Gömrük Məcəlləsi və Vergi Məcəlləsi arasında bu sahədə ziddiyyət olduğu barədə səhv qənaətə gəlmişdir. İdxal-ixrac əməliyyatları zamanı vergi orqanlarının səlahiyyətlərinin gömrük orqanları tərəfindən həyata keçirilməsini, Gömrük Məcəlləsinə əsasən müvəqqəti idxal rejimində mallara aylıq 3% ödənişlərin tətbiq edilməsi halını əsassız olaraq Vergi Məcəlləsində nəzərdə tutulmuş ƏDV ilə eyniləşdirmiş və vergi öhdəliklərini azaltmışdır. Belə ki, qaydalara əsasən mallar müvvəqəti rejimdə saxlanılan mallar sərbəst dövriyyəyə buraxıldıqda ödənilmiş aylıq məbləğlər hesablanmış gömrük rüsumları və vergilərdən çıxılır. Mallar sərbəst dövriyyəyə buraxılmayıb, təkrar ixrac edildikdə isə ödənilmiş aylıq ödənişlər geri qaytarılmır. Ona görə də müvəqqəti idxal rejimində ödənilən məbləğlərin Vergi Məcəlləsində nəzərdə tutulan 18% dərəcə təşkil edən ƏDV ilə eyniləşdirilməsi qanunvericiliyə ziddir. Eyni zamanda müvəqqəti idxal edilmiş mallar təkrar ixrac olunarkən ödənilmiş aylıq ödənişlər Vergi Məcəlləsinin 108-ci maddəsinə əsasən vergi ödəyicisinin gəlirdən çıxılan xərclərinə aid edilir Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 3.7-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vergiləri yalnız bu Məcəllə ilə müəyyən edilir, onların dəyişdirilməsi və ya ləğv edilməsi bu Məcəlləyə dəyişiklik edilməsi ilə həyata keçirilir. Həmin Məcəllənin 1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə müəyyən olunan anlayışlar və qaydalar vergitutma məqsədi ilə müəyyən edilir və müstəsna olaraq bu Məcəllə və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktlar ilə tənzimlənən vergitutma və vergi nəzarəti ilə bağlı münasibətlər hüdudlarında tətbiq olunur.
3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər
İş materialları məhkəməyə təqdim edilmişdir. Həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. - İddiaçı Şirkətinin Azərbaycan Respublikasındakı Filialının (VÖEN **********) qeydiyyatdan keçməsinə dair Kommersiya hüquqi şəxsinin Dövlət qeydiyyatı haqqında Şəhadətnaməsinin surəti, - Gömrük bəyannamələri, - Müvəqqəti idxal gömrük rejimi altında Azərbaycan Respublikasına gətirilmiş malların icarədarı olan X6 ilə Filial arasında olan 1 may 2015-ci il tarixli xidmət müqaviləsinin surəti, - Vergilər Nazirliyinin Milli Gəlirlər Baş İdarəsinin “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” 16.12.2019-cu il tarixli **********194792 nömrəli Qərarın surəti, - 24.08.2020-ci il tarixli **********194845 nömrəli səyyar vergi yoxlaması aktı, - “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 19.10.2020-ci il tarixli **********140949 nömrəli Qərarın surəti, - Dövlət Vergi Xidmətinin “İnzibati şikayətin təmin edilməməsi haqqında” 28.12.2020-ci il tarixli **********463900 nömrəli Qərarın surəti, - 24.11.2021-ci il tarixdə məhkəməyə daxil olmuş Bakı Baş Gömrük İdarəsinin məhkəmənin sorğusuna cavab olaraq təqdim etdiyi məktub, -Dövlət Gömrük Komitəsinin məhkəminin sorğusuna cavab olaraq təqdim etdiyi 10.01.2022-ci il tarixli məktub.
ƏSASLANDİRMA HİSSƏSİ:
4. İddianın növü və mümkünlüyü Məhkəmə qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən mübahisələndirmə iddia növünə aiddir. Belə ki, İPM-in 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. İPM-in 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Məhkəmə hesab edir ki, iddiaçı hazırkı iddianın qaldırılması üçün inzibatiprosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtlərinə, o cümlədən prosessual müddətə əməl etmişdir. Məhkəmə hazırkı iddianın mübahisələndirmə iddia növünə aid olduğunu və iddiaçının hüquqi ünvanını nəzərə alaraq işə ərazi aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalı olduğunu qeyd edir. Göründüyü kimi, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir.
5. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
Məhkəmə tərəflərin izahatlarını dinləyib, sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia mahiyyəti baxımından əsassızdır. Göstərilənlrə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir. Vergilər Nazirliyinin Milli Gəlirlər Baş İdarəsinin “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” 16.12.2019-cu il tarixli **********194792 nömrəli Qərarına əsasən "X6 GROSSBOHR-UND UMVELTTECHNİK" Şirkətinin Azərbaycan Respublikasındakı Filialında vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədi ilə 01.02.2018-cı il tarixdən 01.11.2019-cu il tarixədək olan dövr əhatə olunmaqla Vergi Məcəlləsinin 38.3.4-cü maddəsinə əsasən növbədənkənar səyyar vergi yoxlaması keçirilmiş və nəticəsi 24.08.2020-ci il tarixli **********194845 nömrəli səyyar vergi yoxlaması aktı ilə rəsmiləşdirilmişdir. Səyyar vergi yoxlaması aktı əsasında İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsi tərəfindən qəbul edilmiş “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında" 19.10.2020-ci il tarixli **********140949 nömrəli Qərarı ilə Filiala 591768.83 manat vergi, 5912.75 manat faiz (Libor+4%) hesablanmış və 271233.27 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Yoxlama zamanı təqdim olunmuş müqavilələr, vergi hesab-fakturaları, invoyslar, ödəniş sənədləri və digər sənədlərə əsasən Filialın təqdim etdiyi əlavə dəyər vergisi bəyannamələrinin düzgünlüyü yoxlanılmış və Vergi Məcəlləsinin 159-cu, 169-cu və 175-ci maddələrinin tələblərinin pozulması səbəbindən əlavə dəyər vergisinin ümumilikdə 541906.54 manat azaldılması müəyyən edilmişdir. Həmçinin, vergi ödəyicisi tərəfindən mübahisələndirilən hal üzrə cari yoxlama ilə 2018-ci ilin 1-ci rübünün ƏDV bəyannaməsi üzrə idxalda ƏDV-yə cəlb edilmiş mallara görə ödənilmiş 498392.31 manat ƏDV məbləği əldə olunmuş sənədlərə əsasən müvəqqəti idxal gömrük rejimi (kod: 31) adı altında olduğu üçün nəzərə alınmamışdır. Vergi Məcəlləsinin 58-ci maddəsinə əsasən 498392.31 manat ƏDV-nin azaldılması nəticəsində azaldılmış vergi məbləğin 50%-i miqdarında, yəni 249196.16 manat məbləğində maliyyə sanksiyası tətbiq olunmuşdur. İddiaçı müvəqqəti idxalın ƏDV məqsədləri üçün vergituma obyekti olmaması barədə vergi orqanının mövqeyi ilə razılaşmayaraq, “müvəqqəti idxal altında gətirilən mallar Vergi Məcəlləsi ilə idxal malları hesab edilməsəydi, Gömrük Məcəlləsinə əsasən “hissəvi” ƏDVnin ödənilməsi öhdəliyi yaranmazdı” halına istinad edir. Həmçinin, normalar arasında ziddiyyət olduğunu və bu sahədə sahəvi qanunvericiliyinin Gömrük Məcəlləsi olduğu və Gömrük Məcəlləsi ilə müvəqqəti idxalda “hissəvi ƏDV”-nin ödənilməsinin nəzərdə tutulduğunu bildirir. Bununla bağlı məhkəmə qeyd edir ki, Vergi Məcəlləsinin 3.7-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vergiləri yalnız bu Məcəllə ilə müəyyən edilir, onların dəyişdirilməsi və ya ləğv edilməsi bu Məcəlləyə dəyişiklik edilməsi ilə həyata keçirilir. Həmin Məcəllənin 12.1-ci və 12.1.1-ci maddəsinə əsasən vergi o halda müəyyən edilmiş hesab olunur ki, bu zaman vergi ödəyicisi və vergitutma elementi olan vergitutma obyekti müəyyən edilmiş olsun. ƏDV üzrə vergitutma obyektinin müəyyən edilməsinin əsasları Vergi Məcəlləsinin 159- cu maddəsi ilə müəyyən edilir. Belə ki, 159.1-ci maddəyə əsasən vergi tutulan idxal vergitutma obyektidir. Vergi Məcəlləsinin 159.3-cü maddəsinə əsasən malların idxalı bu fəsilə uyğun olaraq vergidən azad edilən idxal istisna edilməklə, vergi tutulan idxal sayılır. Tranzit yük daşınması qaydasında, müvəqqəti idxal şəklində Azərbaycan Respublikası ərazisinə buraxılan mallar və ya gömrük qanunvericiliyinə uyğun olaraq daxili istehlak üçün idxal edilmiş və ya qəbul olunmuş sayılmayan mallar ƏDV-nin məqsədləri üçün idxal malları hesab edilmir. Göründüyü kimi, qanunvericiliyin tələblərinə əsasən Vergi Məcəlləsində nəzərdə tutulan ƏDV əvəzləşmə mexanizminin tətbiq olunması üçün həmin Məcəllənin müəyyən etdiyi şərtlər tam ödənilməlidir. Belə ki, ilk növbədə ƏDV üzrə vergitutma obyektinin yaranması müəyyən edilməlidir. Eyni zamanda, Vergi Məcəlləsinin 153-cü maddəsinə əsasən əlavə dəyər vergisi (bundan sonra ƏDV) vergi tutulan dövriyyədən hesablanan verginin məbləği ilə bu Məcəllənin müddəalarına uyğun olaraq verilən elektron qaimə-fakturalara və ya idxalda ƏDV-nin ödənildiyini göstərən sənədlərə müvafiq surətdə əvəzləşdirilməli olan verginin məbləği arasındakı fərqdir. Qanunvericiliyin ƏDV üçün müəyyən etdiyi anlayışdan görünür ki: • ƏDV idxalda ödənilir, • əvəzləşmə idxalda ödənilən sənədlərə əsaslanır. Beləliklə, müvəqqəti idxal şəklində Azərbaycan Respublikası ərazisinə buraxılan mallar ƏDV-nin məqsədləri üçün idxal malları hesab edilmir. Müvəqqəti idxal şəklində Azərbaycan Respublikası ərazisinə buraxılan mallar ƏDV-nin vergitutma obyektini təşkil etmədiyindən, müvəqqəti idxal xüsusi gömrük proseduru altında yerləşdirilmiş mallara tətbiq olunan vergilər üzrə aylıq ödəniş məbləğləri əvəzləşdirilmir. Eyni zamanda, Vergi Məcəlləsində “malların idxalı” anlayışı müəyyən edilməklə ƏDV-ni bütün hallarda idxala (azad edilən idxal istisna olmaqla) tətbiq edir. Vergi Məcəlləsinin 13.2.31-ci maddəsinə əsasən malların idxalı - gömrük qanunvericiliyinə uyğun olaraq idxal malları sayılan malların Azərbaycan Respublikası ərazisinə gətirilməsi. Müvəqqəti idxal isə Gömrük Məcəlləsinin 192-194-cü maddələri və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 sentyabr 2013-cü il tarixli 245 nömrəli qərarı ilə təsdiq edilmiş “Malların müvəqqəti idxal xüsusi gömrük proseduru altında yerləşdirilməsi Qaydaları" (bundan sonra Qaydalar) ilə tənzimlənir. Gömrük Məcəlləsinin 192.1-ci maddəsinə əsasən təkrar ixrac üçün nəzərdə tutulmuş xarici mallar müvəqqəti idxal proseduru altında yerləşdirilir. Bu mallardan bu Məcəllənin 194-cü maddəsində nəzərdə tutulmuş qaydalara uyğun olaraq gömrük rüsumlarından və vergilərdən tamamilə, yaxud qismən azad olunmaqla, habelə ticarət siyasəti tədbirləri tətbiq edilmədən gömrük ərazisində istifadə olunur. Həmin Məcəllənin 194.1-ci maddəsinə əsasən gömrük rüsumlarından və vergilərdən qismən azad edilməklə müvəqqəti idxal xüsusi gömrük proseduru altında yerləşdirilmiş mallara tətbiq olunan gömrük rüsumları və vergilər üzrə aylıq ödənişlərin məbləği, onların müvəqqəti idxal proseduru altında yerləşdirildiyi tarixdə sərbəst dövriyyəyə buraxılışı üçün ödənilməli olan gömrük rüsumlarının və vergilərin məbləğinin 3 (üç) faizi miqdarında müəyyən edilir. Həmin Məcəllənin 194.2-ci maddəsinə əsasən gömrük rüsumlarından, vergilərdən qismən azad edilməklə müvəqqəti idxal xüsusi gömrük proseduru altında yerləşdirilmiş mallara görə alınan gömrük rüsumlarının və vergilərin ümumi məbləği, onların müvəqqəti idxal proseduru altında yerləşdirildiyi tarixdə sərbəst dövriyyəyə buraxılışı üçün ödənilməli olan gömrük rüsumlarının, vergilərin məbləğindən artıq olmamalıdır. Həmin Məcəllənin 194.3-cü maddəsinə əsasən müvəqqəti idxal edilən malların gömrük rüsumlarından və vergilərdən tamamilə və ya qismən azad edilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 sentyabr 2013-cü il tarixli 245 nömrəli qərarı ilə təsdiq edilmiş "Malların müvəqqəti idxal xüsusi gömrük proseduru altında yerləşdirilməsi” Qaydalarının 7.5-ci bəndinə əsasən gömrük rüsumlarından və vergilərdən qismən azad edilməklə müvəqqəti idxal xüsusi gömrük proseduru altında yerləşdirilmiş mallara tətbiq olunan gömrük rüsumları və vergilər üzrə aylıq ödənişlərin məbləği onların müvəqqəti idxal xüsusi gömrük proseduru altında yerləşdirildiyi tarixdə sərbəst dövriyyəyə buraxılışı üçün ödənilməli olan gömrük rüsumlarının və vergilərin məbləğinin 3 (üç) faizi miqdarında müəyyən edilir. Qaydaların 7.8-ci bəndinə əsasən müvəqqəti idxal edilmiş mallar təkrar ixrac olunarkən, yaxud digər gömrük proseduru altında yerləşdirilərkən ödənilmiş aylıq ödənişlər geri qaytarılmır. Qaydaların 7.9-cu bəndinə əsasən gömrük rüsumlarının və vergilərin ödənilməsindən qismən azad edilməklə, müvəqqəti idxal edilmiş malların sərbəst dövriyyə üçün buraxılış gömrük proseduru altında yerləşdirilməsi zamanı hesablanmış gömrük rüsumlarının və vergilərin məbləğindən həmin mallara görə ödənilmiş aylıq ödənişlərin məbləği çıxılmalıdır. Qeyd edilənlərə əsasən müvəqqəti idxal şəklində Azərbaycan Respublikası ərazisinə buraxılan mallar ƏDV-nin vergitutma obyektini təşkil etmədiyindən müvəqqəti idxal xüsusi gömrük proseduru altında yerləşdirilmiş mallara tətbiq olunan aylıq ödəniş məbləğlərinin əvəzləşdirilməsi vergi qanunvericiliyində nəzərdə tutulmamışdır. Eyni zamanda, müvəqqəti idxal edilmiş mallar sərbəst dövriyyə üçün buraxıldığı halda vergi ödəyicisi tərəfindən ödənilmiş ƏDV məbləği Vergi Məcəlləsinin 176.5-ci maddəsinə əsasən əvəzləşdirilə bilər. İddiaçı əməliyyatın müvəqqəti idxal olduğunu inkar etmədən, idxalda əvəzləşməni tənzimləyən Vergi Məcəlləsinin 175.10-cu maddəsinə istinad edir. Vergi Məcəlləsinin 175.10-cu maddəsinə əsasən gömrük orqanları tərəfindən verilmiş idxalda ƏDV-nin ödənildiyini göstərən idxal sənədləri ödənişin formasından asılı olmayaraq bu maddənin məqsədləri üçün verginin əvəzləşdirilməsinə əsas verir. Beləliklə, müvəqqəti idxalda Vergi Məcəlləsinə əsasən vergitutma baxımından ƏDVnin ödənilməsi tələbi olmadığından bu əməliyyatlar vergi tutulan əməliyyat sayılmır. Vergi Məcəlləsinin 175-ci maddəsi vergi tutulan əməliyyatlar üzrə əvəzləşməni nəzərdə tutduğundan müvəqqəti idxal rejimində ödənilən məbləğlərin əvəzləşdirilməsi qanunvericiliyə ziddir. Nəticədə, iddiaçı vergilərin və vergitutma obyektinin yalnız Vergi Məcəlləsi ilə müəyyən edilməsini, ƏDV-nin müvəqqəti idxala deyil yalnız idxal əməliyyatlarına tətbiq edilməsini, ƏDV dərəcəsinin 18% müəyyən edilməsi, ƏDV əvəzləşməsi mexanizminin Vergi Məcəlləsi ilə tənzimlənməsi barədə qanunvericiliyin aşkar müddəalarını nəzərə almayaraq, Gömrük Məcəlləsi və Vergi Məcəlləsi arasında bu sahədə ziddiyyət olduğu barədə səhv qənaətə gəlmişdir. İdxal-ixrac əməliyyatları zamanı vergi orqanlarının səlahiyyətlərinin gömrük orqanları tərəfindən həyata keçirilməsini, Gömrük Məcəlləsinə əsasən müvəqqəti idxal rejimində mallara aylıq 3% ödənişlərin tətbiq edilməsi halını əsassız olaraq Vergi Məcəlləsində nəzərdə tutulmuş ƏDV ilə eyniləşdirmiş və vergi öhdəliklərini azaltmışdır. Belə ki, qaydalara əsasən mallar müvvəqəti rejimdə saxlanılan mallar sərbəst dövriyyəyə buraxıldıqda ödənilmiş aylıq məbləğlər hesablanmış gömrük rüsumları və vergilərdən çıxılır. Mallar sərbəst dövriyyəyə buraxılmayıb, təkrar ixrac edildikdə isə ödənilmiş aylıq ödənişlər geri qaytarılmır. Ona görə də müvəqqəti idxal rejimində ödənilən məbləğlərin Vergi Məcəlləsində nəzərdə tutulan 18% dərəcə təşkil edən ƏDV ilə eyniləşdirilməsi qanunvericiliyə ziddir. Eyni zamanda müvəqqəti idxal edilmiş mallar təkrar ixrac olunarkən ödənilmiş aylıq ödənişlər Vergi Məcəlləsinin 108-ci maddəsinə əsasən vergi ödəyicisinin gəlirdən çıxılan xərclərinə aid edilir. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 3.7-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vergiləri yalnız bu Məcəllə ilə müəyyən edilir, onların dəyişdirilməsi və ya ləğv edilməsi bu Məcəlləyə dəyişiklik edilməsi ilə həyata keçirilir. Həmin Məcəllənin 1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə müəyyən olunan anlayışlar və qaydalar vergitutma məqsədi ilə müəyyən edilir və müstəsna olaraq bu Məcəllə və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktlar ilə tənzimlənən vergitutma və vergi nəzarəti ilə bağlı münasibətlər hüdudlarında tətbiq olunur. "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun tələblərinə görə inzibati orqan fiziki və ya hüquqi şəxslərin ərizəsi, özünün təşəbbüsü, habelə inzibati aktdan şikayət verildiyi halda inzibati icraata başlamalı (28-ci maddə), bu barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməli (21-ci maddə), maraqlı şəxsi inzibati icraat materialları ilə tanış etməli (38-ci maddə), yazılı formada qəbul edilmiş inzibati aktı əsaslandırmalı (61-ci maddə), inzibati aktda həmin akta qarşı mümkün müdafiə vasitələrini əks etdirməlidir. Həmin Qanunun 61-ci maddəsinə əsasən yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. Əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. İnzibati akt diskresion səlahiyyətlər daxilində qəbul edildiyi halda, inzibati orqan öz mülahizələrini dəqiq və aydın şəkildə əsaslandırmalıdır. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, cavabdeh inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və maddi hüquq normalarının düzgün tətbiq edilməməsi işin məhkəmə araşdırılması ilə öz təsdiqini tapmadığından mübahisələndirilən inzibati akt əsaslıdır və ləğv oluna bilməz. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 2.0.2-ci maddəsinə inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 58.1-ci maddəsinə əsasən inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. Həmin Qanunun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İPM-in 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
NƏTİCƏVİ HİSSƏ:
Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 75 və 85.1 maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilməsin. Qərar şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər.
Hakim Elvin Əliyev