Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6160/2024 24.10.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı qərarın ləğv edilməsi tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə İşin halları: İddiaçı (bundan sonra mətndə İddiaçı MMC) cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə (bundan sonra mətndə Bakı şəhəri LGBİ) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri LGBİ tərəfindən qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023-cü il tarixli **********077700 nömrəli Qərarının 173,52 manat əlavə hesablanmış vergi hissəsində ləğv edilməsi və həmin məbləğin İddiaçı MMC-nin şəxsi hesab vərəqəsinə bərpa edilməsi öhdəliyinin cavabdeh Bakı şəhəri LGBİ-nin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri LGBİ tərəfindən 2023cü ilin iyun ayı üzrə ƏDV bəyannaməsinə 173,52 manat vergi məbləğinin hesablanması barədə “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” müvafiq olaraq xx.xx.2023-cü il tarixli **********077700 nömrəli qərar qəbul edilərək, İddiaçı MMC-yə (bundan sonra “iddiaçı”) göndərilmişdir. Qeyd edilən qərardan İddiaçı tərəfindən yuxarı vergi orqanına şikayət ünvanlanmış, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (bundan sonra “yuxarı vergi orqanı”) tərəfindən xx.xx.2023-cü il tarixində qəbul edilmiş **********367200 nömrəli qərarla iddiaçının inzibati şikayəti təmin edilməmişdir. Yuxarı vergi orqanı qərarında İddiaçının müəyyən malların (beycik, baner deyişim, stekan logolu, orsteklo kesim A4, rolap, baner deyişim, ayma alyans jurnal) təchiz edilməsi üçün alğı-satqı münasibətlərini həyata keçirdiyi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) riskli vergi ödəyici olması barədə qərar qəbul edilməsini, buna görə də, İddiaçı ilə olan müvafiq əməliyyatlarının da riskli hesab olunduğunu, nəticə etibarilə "xxxx" MMC-dən gələn e-qaimə faktura əsasında İddiaçının ƏDV-nin əvəzləşdirilməsi əməliyyatı apara bilməyəcəyini əsas gətirmiş, ümumiyyətlə müraciətin qanuni həlli ilə bilavasitə əlaqəsi olmayan maddələri qərarında sadalamaqla kifayətlənmişdir. Aşağıda qeyd edilənlərə əsasən hesab edirlər ki, yuxarı vergi orqanı tərəfindən şikayətə baxılarkən işin faktiki halları lazımınca araşdırılmamış, vergi qanunvericiliyinin və əlaqəli normativ aktların tələbləri nəzərə alınmamışdır, buna görə də, sonuncunun qərarı ləğv olunmalı, şikayət təmin olunaraq, aşağı vergi orqanın kameral vergi məbləğinin hesablanması nəticəsində İddiaçının vergidəki şəxsi-hesab vərəqəsindən silinmiş məbləğlər geri qaytarılmalıdır. Öncəliklə, qeyd edirlər ki, mövcud qanunvericiliyin müddəalarına nəzər saldıqda görünür ki, vergi ödəyicisinin riskli vergi ödəyicisi olması özlüyündə onun bütün əməliyyatlarının riskli əməliyyat kateqoriyasına daxil olmasına dəlalət edən fakt deyil. Yəni hazırki halda, İddiaçı ilə "xxxx" MMC arasındakı alğı-satqı əməliyyatları tərəflər arasında mövcud olan müqavilə (məhkəməyə təqdim ediləcək) əsasında həyata keçirilmiş, həmin sahibkardan alınan mallara münasibətdə onun tərəfindən tələblərə uyğun şəkildə elektron-qaimə fakturalar təqdim edilmişdir. Bu elektronqaimələr üzrə aparılmış alğı-satqı əməliyyatları vergi orqanının iddia etdiyi kimi “əmtəəsiz” əməliyyatlar olmamışdır. Belə ki, Əmtəəsiz əməliyyatın qanunvericiliyə əsasən konkret anlayışı vardır və vergi orqanının qərarında qeyd etdiyi kimi onlar heç də eyniləşdirilə, eyni mənalı ifadələr kimi işlədilə bilməz. Belə ki, Əmtəəsiz əməliyyatlar AR Vergi Məcəlləsinin 13.2.81-ci maddəsinə əsasən, “vergi nəzarəti tədbiri zamanı aşkarlanan, başqa əməliyyatı pərdələmək məqsədilə aparılan və faktiki olaraq mallar, işlər və xidmətlər təqdim edilmədən mənfəət əldə etmək məqsədilə rəsmiləşdirilən əməliyyatlar” deməkdir. Halbuki İddiaçı və "xxxx" MMC arasında olan əməliyyat formal və ya pərdələmə xarakteri daşımamış, faktiki olaraq mal-material alğı-satqısı baş tutmuşdur. Bununla əlaqədar, hər bir e-qaimə üzrə tərəflər arasından mal-materialın təqdim edilmiş olmasını təsdiqləyən təhvil-təslim aktları imzalanmışdır Həmin təhvil-qəbul aktların surətləri qoşmada nəzərinizə çatdırılır. Əlavə olaraq, vergi orqanı real şəkildə həyata keçirilmiş, baş tutmuş əməliyyatlarımızın əmtəəsiz əməliyyat olduğunu, yəni formal xarakter daşıdığını, əslində baş tutmadığını iddia edirsə Vergi Məcəlləsinin 94-cü maddəsinə əsasən, sübutetmə yükü onun üzərindədir, vergi orqanı isə bu faktı heç bir təsdiqedici sübutla əsaslandırmamışdır. Digər tərəfdən, vergi orqanı qərarında "xxxx" MMC tərəfindən İddiaçıya təqdim olunmuş müvafiq e-qaimələnin riskli əməliyyatların rəsmiləşdirildiyi sənəd olduğunu iddia elmişdir. “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların MeyarlaıT’nm təsdiq edilməsi haqqında Nazirlər Kabineti qərarının 3-cü maddəsində Riskli əməliyyatların kateqoriyaları açıq şəkildə təsbit edilməklə aşağıdakılardan ibarətdir: 3.1.1. vergi ödəyicilərinin təqdim etdiyi elektron qaimə-fakturalarda aldığı və ya idxal etdiyi mal çeşidlərindən fərqli mal çeşidlərinin göstərildiyi aşkar edildikdə; 3.1.2. vergi ödəyicilərinin aldığı və ya idxal etdiyi malların həcmindən artıq həcmdə mallar təqdim etməsi halı aşkar edildikdə (artıq həcmdə təqdim edilmiş mallara münasibətdə). Belə ki. İddiaçının əməliyyatlarında bu 2 kateqoriyadan heç biri müəyyən olunmamışdır, belə ki. iddiaçıya gəlmiş elektron qaimədə ona təqdim edilmiş malların həcmi, növü, miqdarı, qiyməti doğru şəkildə göstərilmiş, yəni həqiqətə uyğun olmuşdur. Vergi orqanı öz qərarında sadəcə hazırki mübahisə ilə birbaşa əlaqəsi olmadan "xxxx" MMC-nin digər sahibkarlıq subyektləri ilə aparılmış əməliyyatları ilə əlaqədar riskli vergi ödəyicisi hesab edilməsini əsaslandırmışdır. Qeyd edim ki, vergi ödəyicisinin Vergi Məcəlləsinin 16-cı maddəsində qeyd edilmiş öhdəliklərinin arasında sahibkarlıq münasibətlərinə daxil olduğu bütün subyektlərin kommersiya fəaliyyətinin xırdalıqlarına qədər araşdırılaraq, hər hansı riskli əməliyyatının olub-olmamasının müəyyən edilməsi, bir növ əməkdaşlıq etməzdən əvvəlcə şirkətlərin mühasibatlıq və vergi sənədlərinin “auditi”nin aparılması öhdəliyi müəyyən edilməmişdir. Ümumiyyətlə, kommersiya sirrini daşıdığı üçün bu sənədləri vergi ödəyicilərinin bir-birindən tələb etmək səlahiyyəti olmamışdır. Vergi ödəyicisi sadəcə digər vergi ödəyicisi ilə öz apardığı əməliyyatların həqiqiliyinə, qanunauyğunluğuna cavabdeh ola, bununla əlaqədar məsuliyyət daşıya bilər. Əks halda, "xxxx" MMC-nin bizə məlum olmayan üçüncü şəxslərlə aparılmış hər hansı riskli əməliyyatlara görə iddiaçını məsuliyyətə cəlb etmək heç bir qanunvericilik aktının tələblərinə, hüququn təməl prinsiplərinə uyğun gəlmir. Beləliklə, yuxarıda qeyd edilmiş riskli əməliyyatların meyarları ilə bağlı müddəaları hazırki mübahisəyə tətbiq etsək, İddiaçı və "Azstandart-T” MMC arasında olan əməliyyatlar riskli kateqoriyasına daxil edilə bilməz, çünki faktiki olaraq ona ödəniş formal olaraq yox, həqiqətən də təqdim etmiş olduğu malların qarşılığında edilib. Müvafiq aktlarla da bu təsdiq olunur. Vergi orqanı tərəfindən bunun əksi, yəni müqavilənin formal olduğu, iddia edildiyi kimi ödənişlərin formal olaraq edildiyi aşkara çıxarılıb sübut edilməyibsə qeyd edilən əməliyyatlar riskli kateqoriyasına daxil edilə bilməz. Həmçinin, vergi orqanının qərarında qeyd olunur ki, "xxxx" MMC-nin adı vergi orqanının qərarı ilə riskli vergi ödəyicilərinin siyahısına aid edilmişdir. Lakin Şirkətlə müqavilənin bağlanması və vergi tərəfindən riskli hesab edilən hər 3 qaiməsinin tarixi (qoşmaya əlavə edilir) gördüyünüz kimi 2023-cü ilin 13 may tarixindən əvvəlki dövrə aiddir. Halbuki, vergi orqanının öz qərarında da açıq-aydın qeyd etdiyi kimi, ”Azstandart-T" MMCnin riskli vergi ödəyicisi olması barədə xx.xx.2023-cü il tarixli **********406900 nömrəli qərar qəbul edilmişdir. O deməkdir ki, faktiki olaraq müvafiq e-qaimələr üzrə əməliyyat aparılan zaman ümumiyyətlə "xxxx" MMC riskli vergi ödəyicisi olmamışdır, buna görə də, vergi orqanının müvafiq əməliyyatları riskli kateqoriyasına daxil edərək ƏDV-nin əvəzləşdirilməsini qəbul etməməsi tamamən yanlış və qanunsuzdur. Bu şirkətlə müqavilə bağlanararaq əməkdaşlığa başlanarkən AR İN yanında DVX-nin rəsmi internet səhifəsində yerləşdirilmiş elektron resurslar (e-taxes.gov.az rəsmi internet səhifəsi) vasitəsilə bu şəxsin riskli vergi ödəyicisi olub-olmaması yoxlanılmış, müvafiq elektron informasiya sistemi tərəfindən şəxsin “riskli vergi ödəyicisi siyahısında adının olmaması" barədə məlumat verilmişdir. Belə ki, sonrakı dövrdə həmin sahibkarın əməliyyatlarının riskli olmasına görə məsuliyyət heç bir halda Şirkətin üzərinə qoyula, buna görə Şirkət vergi orqanı tərəfindən məhrumiyyətlərə məruz qoyula bilməz. Həmçinin, İddiaçı tərəfindən "xxxx" MMC-dən əldə edilmiş elektron qaimə-fakturalar ilə əlaqədar olaraq ödəniş aparılan zaman "xxxx" MMCnin riskli vergi ödəyicisi olması barədə hər-hansı məlumatın olmadığını, elektron qaiməfakturaları təqdim edən vergi ödəyicilərinin əməliyyatların aparılma tarixindən sonra riskli vergi ödəyicisi olacağı barədə hər-hansı ehtimalın olmadığını, "xxxx" MMC tərəfindən təqdim edilmiş elektron qaimə- fakturaların vergi orqanının elektron sistem tərəfindən təsdiq edildiyini, əldə edilmiş malların ƏDV məbləği ƏDV-nin sub-uçot hesabından ödənilərkən xəbərdar edici bildirişin çıxmadığını xüsusilə məhkəmənin diqqətinə çatdırmaq istəyirlər. Aydındır ki, hər bir vergi ödəyicisi e-taxes.gov.az internet səhifəsindəki elektron kabinetdən ƏDV məbləğini digər vergi ödəyicisinin ƏDV sub-uçot hesabına köçürərkən riskli vergi ödəyiciləri ilə bağlı xəbərdaredici bildiriş çıxır. İddiaçıda isə bu cür bildiriş çıxmamışdır, çünki ən sadə izahla "xxxx" MMC həmin vaxtda riskli vergi ödəyicisi olmamışdır. Bütün bunlara əsasən, hesab edirlər ki, birmənalı şəkildə vergi orqanının qərarı qanunsuzdur və ləğv olunaraq, İddiaçının şəxsi hesab vərəqəsindən silinmiş məbləğ geri qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş və cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdehin etirazları: Cavabdeh inzibati orqan Bakı şəhəri LGBİ tərəfindən təqdim olunmuş iddiaya dair **********158700 saylı xx.xx.2024-cü il tarixli yazılı münasibətdə (etiraz) göstərilmişdir ki, cavabdeh iddiaçının ərizəsində qeyd etdikləri ilə razılaşmayaraq iddiaya etiraz edir. Aparılmış araşdırma zamanı 2023-cü ilin iyun ayı üzrə təqdim edilmiş ƏDV bəyannaməsində (04.2023) əvəzləşmə üçün təqdim edilmiş EBCN seriyalı 099273, EBDD seriyalı 033364 nömrəli və (05.2023) əvəzləşmə üçün təqdim edilmiş EBDF seriyalı 574675 nömrəli elektron qaimə-fakturalar üzrə aparılan əməliyyatlar riskli hesab olunduğundan əvəzləşdirilməyə əsas vermir. Qeyd edilən elektron qaimə-faktura üzrə müvafiq olaraq 45.18 manat, 121.5 manat və 6.84 manat ƏDV məbləğinin əvəzləşdirildiyini nəzərə alaraq cari ay üçün təqdim edilmiş bəyannamənin 324-cü sətrində bərpa edilən ƏDV məbləğinin 0.0 manat olması nəticəsində cəmi 173,52 manat kənarlaşma yaranmışdır. Qeyd edilənlər vergi ödəyicisi tərəfindən hesablanmalı vergi məbləğinin azaldılması kimi qiymətləndirilmiş və müəyyən edilmiş kənarlaşma ilə əlaqədar vergi ödəyicisinə xx.xx.2023-cü il tarixli **********629300 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” məktub göndərilmişdir. Lakin, vergi ödəyicisi məktubda qeyd olunan müddət ərzində yaranmış uyğunsuzluğun səbəbi ilə bağlı əsaslandırılmış izahat, cəmiyyətin hesablaşma hesabında apardığı əməliyyatlar, mövcud qanunvericiliyin tələblərinə uyğun tərtib edilmiş sənədləri təqdim etmədiyinə görə Vergi Məcəlləsinin 37-ci, 67-ci, 83-cü maddələrinə əsasən vergi ödəyicisinin 2023-cü ilin iyun ayı ƏDV bəyannaməsi üzrə 173,52 manat əlavə vergi məbləği hesablanmış, bu barədə vergi ödəyicisinə xx.xx.2023-cü il tarixli **********077700 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərar göndərilmişdir. Qərardan narazı qalan iddiaçı tərəfindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq olaraq şikayət verilmiş və nəticə olaraq, İnzibati şikayətin təmin edilməməsi haqqında xx.xx.2023-cü il tarixli **********367200 nömrəli Qərar göndərilmişdir. Qeyd olunanlara əsasən iddia tələbinin təmin olunmaması xahiş edilmişdir. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar olunmuş iddiaçı nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etmədiyindən və iddiaçının nümayəndəsi və vəkili Vəkil ərizə ilə məhkəməyə müraciət edərək, işə onların iştirakı olmadan baxılmasını xahiş etdiyindən, məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclaslarında iştirak etmiş iddiaçının nümayəndəsi və vəkili Vəkil iddianı müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdehin nümayəndəsi X2 iddianı qəbul etməyərək, məhkəməyə təqdim edilmiş iddia tələbinə dair yazılı etirazda qeyd olunanların nəzərə alınmaqla məhkəmədən iddianın təmin olunmamasını xahiş etdi. ƏSASLANDİRMA HİSSƏSİ İddianın növü və mümkünlüyü. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanununun 2.0.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs inzibati orqan hesab olunur. İPM-nin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Həmin Məcəllənin 32.2-ci maddəsinə əsasən aşağıdakı inzibati aktlar mübahisələndirmə haqqında iddianın predmeti ola bilər: 32.2.1. barəsində məhkəməyə şikayət verilməmiş inzibati akt; 32.2.2. barəsində şikayət verildiyi hallarda, şikayət instansiyasının qərarı ilə dəyişdirilmiş inzibati akt (şikayət instansiyası tərəfindən qərar qəbul edildikdən sonrakı formada ilkin inzibati akt); 32.2.3. şikayət instansiyası tərəfindən şikayətə baxma qaydasında qəbul edilmiş və ilk dəfə olaraq üçüncü şəxs üçün öhdəlik yaradan qərar (inzibati akt). Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İPM-in 38.1-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbulu nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçının hüququnun həqiqətən pozulub-pozulmaması iddianın mümkünlüyü ilə deyil, əsaslılığı ilə bağlı məsələdir və ikinci mərhələdə (əsaslılıq mərhələsində) yoxlanılmalıdır. Qanunverici orqan mübahisələndirmə haqqında iddianın qaldırılmasını müddətə tabe tutmuş və müddətin başlanğıcını aşağıdakı kimi müəyyən etmişdir:
1. inzibati aktın təqdim (elan) olunduğu vaxtdan 30 gün müddətində;
2. şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində (İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsi). İddiaçı hazırki iddia ilə məhkəməyə qanunla müəyyən edilmiş müddətdə, mübahisələndirilən inzibati aktdan verilmiş İnzibati şikayət üzrə qəbul edilmiş xx.xx.2023cü il tarixli qərarın təqdim olunduğu vaxtdan 30 gün müddətində yəni, xx.xx.2024-cü il tarixdə (məhkəməyə göndərilməsi üçün poçta təqdim olunmuşdur) müraciət etmişdir.
İddia mümkündür.
Faktiki hallar və sübutlar:
Bakı şəhər LGBİ tərəfindən İddiaçı MMC-yə (VÖEN: **********) ünvanlanmış “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” **********629300 №li 05 avqust 2023-cü il tarixli məktubda (Bəyannamə adı: Əlavə dəyər vergisi; Vergi dövrü: İyun 2023; Bəyannamənin, hesabatın növü: Cari) göstərilmişdir ki, tərəflərindən (vergi ödəyicisi) 19 iyul 2023-cü il tarixində təqdim olunmuş bəyannamədə, hesabatda aşağıda göstərilən səbəbdən (səbəblərdən) kameral vergi yoxlamasının aparılması mümkün olmamışdır: Səbəblər:
1. Təqdim edilmiş bəyannamənin 7 nömrəli əlavəsində qeyri-rezidentin büdcəyə ödədiyi ƏDV məbləğləri barədə məlumatın yekununda göstərilmiş xidmətlər və ya görülmüş işlərə görə ödənilmiş ƏDV məbləği 402,75 manat təşkil etməsinə baxmayaraq, həmin dövr üçün qeyri-rezidentdən tutulmuş və dövlət büdcəsinə ödənilərək ödəyicinin şəxsi hesab vərəqəsində işlənilmiş olan məbləğin 0,00 manat göstərilməsi nəticəsində 402,75 manat məbləğində kənarlaşma yaranmışdır. 2 .Tərəflərindən ƏDV bəyannaməsində ( 04.2023 ) əvəzləşmə üçün təqdim edilmiş EBCN seriyalı 099273 nömrəli elektron qaimə-faktura üzrə aparılan əməliyyatlar riskli hesab olunduğundan əvəzləşdirilməyə əsas vermir. Qeyd edilən elektron qaimə-faktura üzrı 45.18 manat ƏDV məbləğinin tərəfinizdən əvəzləşdirildiyini nəzərə alaraq cari ay üçün təqdim edilmiş bəyannamənin 324-cü sətrində bərpa edilən ƏDV məbləğinin 0.0 manat olması nəticəsində 45.18 manat kənarlaşma yaranmışdır. 3 .Tərəflərindən ƏDV bəyannaməsində (05.2023) əvəzləşmə üçün təqdim edilmiş EBDF seriyalı 574675 nömrəli elektron qaimə-faktura üzrə aparılan əməliyyatlar riskli hesab olunduğundan əvəzləşdirilməyə əsas vermir. Qeyd edilən elektron qaimə-faktura üzrı 6.84 manat ƏDV məbləğinin tərəfinizdən əvəzləşdirildiyini nəzərə alaraq cari ay üçün təqdim edilmiş bəyannamənin 324-cü sətrində bərpa edilən ƏDV məbləğinin 0.0 manat olması nəticəsində 6.84 manat kənarlaşma yaranmışdır.
4. Tərəflərindən ƏDV bəyannaməsində (04.2023) əvəzləşmə üçün təqdim edilmiş EBDD seriyalı 033364 nömrəli elektron qaimə-faktura üzrə aparılan əməliyyatlar riskli hesab olunduğundan əvəzləşdirilməyə əsas vermir. Qeyd edilən elektron qaimə-faktura üzrı 121.5 manat ƏDV məbləğinin tərəflərinddən əvəzləşdirildiyini nəzərə alaraq cari ay üçün təqdim edilmiş bəyannamənin 324-cü sətrində bərpa edilən ƏDV məbləğinin 0.0 manat olması nəticəsində 121.5 manat kənarlaşma yaranmışdır. Bununla əlaqədar olaraq kameral vagi yoxlamasının başa çatdırılması üçün aşağıdakı zəruri sənədləri (məlumatları) təqdim etməyiniz tələb olunmuşdur: Sənədlər:
1. Həmin dövr üçün dəqiqləşdirilmiş Əlavə dəyər vergisi bəyannaməsi. Bakı şəhər LGBİ-nin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” **********077700 №-li, xx.xx.2023-cü il tarixli qərarla İddiaçı MMC barəsində İyun 2023-cü il əlavə dəyər vergisi üzrə təqdim edilmiş bəyannamə, hesabat üzrə vergi ödəyicisi tərəfindən hesablanmış vergi və ya sığorta haqqı - - 21725,40 manat, vergi orqanı tərəfindən aparılmış kameral yoxlama nəticəsində müəyyən edilmiş vergi və ya sığorta haqqı - -21551,88 manat, əlavə hesablanmış vergi və ya sığorta haqqı məbləği 173,52 manat vergi borcu müəyyən edilmişdir. Hesablamaya səbəb - Sair. Vergi ödəyicisi tərəfindən ƏDV bəyannaməsində (05.2023) əvəzləşmə üçün təqdim edilmiş EBDF seriyalı 574675 nömrəli elektron qaimə-faktura üzrə aparılan əməliyyatlar riskli hesab olunduğundan əvəzləşdirilməyə əsas vermir. Qeyd edilən elektron qaimə-faktura üzrı 6.84 manat ƏDV məbləğinin vergi ödəyici tərəfindən əvəzləşdirildiyini nəzərə alaraq cari ay üçün təqdim edilmiş bəyannamənin 324-cü sətrində bərpa edilən ƏDV məbləğinin 0.0 manat olması nəticəsində 6.84 manat kənarlaşma yaranmışdır. Vergi ödəyicisi tərəfindən ƏDV bəyannaməsində (04.2023) əvəzləşmə üçün təqdim edilmiş EBCN seriyalı 099273 nömrəli elektron qaimə-faktura üzrə aparılan əməliyyatlar riskli hesab olunduğundan əvəzləşdirilməyə əsas vermir. Qeyd edilən elektron qaimə-faktura üzrı 45.18 manat ƏDV məbləğinin tərəfinizdən əvəzləşdirildiyini nəzərə alaraq cari ay üçün təqdim edilmiş bəyannamənin 324-cü sətrində bərpa edilən ƏDV məbləğinin 0.0 manat olması nəticəsində 45.18 manat kənarlaşma yaranmışdır. Tərəfinizdən ƏDV bəyannaməsində (04.2023) əvəzləşmə üçün təqdim edilmiş EBDD seriyalı 033364 nömrəli elektron qaiməfaktura üzrə aparılan əməliyyatlar riskli hesab olunduğundan əvəzləşdirilməyə əsas vermir. Qeyd edilən elektron qaimə-faktura üzrı 121.5 manat ƏDV məbləğinin tərəfinizdən əvəzləşdirildiyini nəzərə alaraq cari ay üçün təqdim edilmiş bəyannamənin 324-cü sətrində bərpa edilən ƏDV məbləğinin 0.0 manat olması nəticəsində 121.5 manat kənarlaşma yaranmışdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “İnzibati şikayətin təmin edilməməsi haqqında” **********367200 №-li, xx.xx.2023-cü il tarixli qərarı ilə İddiaçı MMC-nin kameral vergi yoxlaması ilə hesablanmış vergi məbləğinin azaldılması barədə xx.xx.2023-cü il tarixli inzibati şikayətin təmin edilməməsi, Bakı şəhəri LGBİ-nin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023-cü il tarixli **********077700 nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılması, Bakı şəhəri LGBİ-yə "xxxx" MMC tərəfindən təqdim edilmiş xx.xx.2023-cü il tarixli, EBDF seriyalı, 574679 nömrəli elektron qaimə-faktura üzrə aparılmış əməliyyatın riskli (əmtəəsiz) əməliyyatlar olduğunu nəzərə alaraq İddiaçı MMC tərəfindən təqdim edilmiş ƏDV bəyannaməsində əvəzləşdirilmiş 59,4 manat (əsas məbləği 330,0 manat) ƏDV məbləğinə görə Vergi Məcəlləsinin 37-ci maddəsinə əsasən kameral vergi yoxlaması keçirilməsi məsələsinə baxılmasının tapşırılması qərara alınmışdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 5 saylı Ərazi Vergilər İdarəsinin “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” xx.xx.2023-cü il tarixli **********406900 №li Qərarından görünür ki, qeyd olunan qərarla vergi ödəyicisi "xxxx" MMC-nin (**********) riskli vergi ödəyicisi hesab edilməsi və riskli vergi ödəyiciləri suyahısına daxil edilməsi qərara alınmışdır.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Vergi Məcəlləsi. Maddə 13. Bu Məcəllədə istifadə edilən əsas anlayışlar. ... 13.2.4. vergi ödəyicisi - bu Məcəlləyə uyğun olaraq müəyyən edilmiş vergitutma obyektlərindən vergini ödəməli olan istənilən şəxs. ... Maddə 37. Kameral vergi yoxlaması. 37.1. Kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan digər sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. 37.2. Kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən bu Məcəllənin 72-ci maddəsində nəzərdə tutulmuş vergi bəyannaməsinin, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışın təqdim edildiyi tarixdən mənfəət və gəlir vergisi bəyannaməsinə (ödəmə mənbəyində tutulan gəlirlər üzrə və xüsusi notariusun gəlir vergisi bəyannaməsi istisna olmaqla) münasibətdə 60 iş günü müddətində, digər bəyannamələrə, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışlara münasibətdə isə 30 iş günü müddətində keçirilir. Xaricdən əldə olunan gəlirlər üzrə xarici dövlətlərin səlahiyyətli orqanlarından müvafiq məlumatlar daxil olduğu halda kameral vergi yoxlaması bu Məcəllənin 85.4-cü maddəsində göstərilən dövr üzrə məlumatlar daxil olduğu tarixdən 90 iş günü müddətində keçirilir. Bu müddət başa çatdıqdan sonra bu maddənin birinci və ikinci cümləsində nəzərdə tutulmuş bəyannamə, cari vergi ödəmələrinin hesablanması haqqında arayış və ya xaricdən əldə olunan məlumatlar, habelə bu Məcəllənin 37.2-1-ci maddəsində göstərilən bildiriş üzrə verilmiş dəqiqləşdirilmiş bəyannamə üzrə yenidən kameral vergi yoxlaması keçirilə bilməz. 37.2-1. Kameral vergi yoxlaması başa çatdıqdan sonra vergi orqanı verginin hesablanması üçün əlavə sənəd və ya mənbəyi məlum olan digər məlumat aşkar etdikdə, vergi ödəyicisinə 5 iş günü müddətində bu Məcəllənin 72.5-ci maddəsində nəzərdə tutulmuş dəqiqləşdirilmiş hesabatın 10 iş günü müddətində təqdim edilməsi barədə bildiriş göndərir. 37.3. Kameral yoxlama aparmaq üçün vergi ödəyicisi tərəfindən təqdim olunmuş bəyannamə və cari vergi ödəmələrinin hesablanması haqqında arayışla bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə, vergi orqanı vergi ödəyicisindən əlavə məlumat, sənəd və izahat tələb edir. 37.4. Kameral yoxlama nəticəsində vergi bəyannaməsində və ya cari vergi ödəmələrinin hesablanması haqqında arayışda vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir. Bu maddənin birinci hissəsində göstərilən hallarda və (və ya) kameral yoxlama aparmaq üçün vergi bəyannaməsi, sənədlər və məlumatlar üzrlü əsas olmadan təqdim edilmədikdə, vergi orqanının bu Məcəllənin 67-ci maddəsinə müvafiq olaraq vergiləri hesablamaq hüququ vardır. ... Maddə 67. Vergitutma obyektinin ayrı-ayrı hallarda müəyyən edilməsi qaydaları 67.1. Bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, uçotu və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini aşağıda göstərilən əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır: 67.1.1. vergi ödəyicisi tərəfindən vergi orqanına əvvəlki hesabat dövrləri üçün təqdim edilmiş vergi bəyannamələri; 67.1.2. vergi ödəyicisinin gəlirləri, o cümlədən satışdankənar gəlirləri barədə rəsmi məlumatlar; 67.1.3. vergi ödəyicisinin xərcləri, o cümlədən fərdi istehlakı üçün malların (daşınar və daşınmaz əmlakın), işlərin və xidmətlərin alınmasına çəkilən xərcləri barədə rəsmi məlumatlar; 67.1.4. vergi ödəyicisinin mülkiyyətində və ya istifadəsində olan maddi və qeyrimaddi əmlak barədə rəsmi məlumatlar; 67.1.5. vergi ödəyicisi tərəfindən istehsal olunmuş və (və ya) təqdim edilmiş malların (işlərin, xidmətlərin) fiziki həcmi barədə rəsmi məlumatlar; 67.1.6. vergi ödəyicisinin idxal-ixrac əməliyyatları barədə rəsmi məlumatlar; 67.1.7. vergi ödəyicisinin bank hesablarındakı vəsaitlər, o cümlədən bank hesablarındakı vəsaitlərin hərəkəti barədə alınan rəsmi məlumatlar; 67.1.8. vergi ödəyicisində aparılmış xronometraj müşahidələrin nəticələri; 67.1.9. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlar, o cümlədən vergi orqanı tərəfindən həyata keçirilən vergi nəzarəti tədbirləri zamanı əldə edilmiş vergi ödəyicisinin sahibkarlıq fəaliyyəti ilə bağlı qanunla nəzərdə tutulmuş qaydada rəsmiləşdirilməyən əməliyyatlar üzrə məlumatlar. 67.14. Bu Məcəllənin 67.1-ci maddəsində göstərilən hallarda vergi ödəyicisinin gəlirlərini və ya xərclərini müəyyən etmək mümkün olduqda mənfəət (gəlir) vergisi bu Məcəllənin 83.9-cu maddəsinə əsasən hesablanır. ... Maddə 72. Vergi hesabatının tərtib edilməsi və verilməsi qaydası. 72.1. Bu Məcəllənin məqsədləri üçün vergi hesabatı vergi bəyannaməsindən ibarətdir. 72.2. Bu Məcəlləyə və ona müvafiq olaraq qəbul edilmiş qanunlara uyğun olaraq vergi hesabatını verməyə borclu olan vergi ödəyiciləri vergi hesabatını bu Məcəllədə göstərilən müddətlərdə müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi formada və yerdə vergi orqanına verməlidirlər. Vergi hesabatları vergi ödəyicisi tərəfindən şəxsən və ya hesabatın təqdim edilməsi təsdiq oluna bilən hər hansı digər üsulla (rabitə təşkilatına təhvil verilməsi və ya müvafiq qanunvericiliyə uyğun olaraq elektron sənəd formasında göndərilməsi də daxil olmaqla) təqdim edilə bilər. Vergi hesabatının elektron sənəd formasında göndərilməsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həyata keçirilir. Vergi hesabatını elektron sənəd formasında təqdim edən vergi ödəyicilərinə bu Məcəllənin 72.3-cü, 72.4-cü 72.6.3-cü və 72.6.4-cü maddələrinin müddəaları şamil edilmir. 72.6. Vergi orqanı tərəfindən vergi hesabatının onun barəsində kameral vergi yoxlaması aparıldıqdan sonra və ya hər hansı digər hərəkətlərin həyata keçirilməsi ilə qəbul edilməsinin şərtləndirilməsi yolverilməzdir və qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Vergi orqanı tərəfindən vergi hesabatı yalnız aşağıdakı hallardan biri olduqda qəbul edilmir: 72.6.1. vergi ödəyicisinin eyniləşdirmə nömrəsi göstərilmədikdə və ya səhv göstərildikdə; 72.6.2. vergi dövrü əks olunmadıqda; 72.6.3. vergi ödəyicisi olan hüquqi şəxs tərəfindən kağız daşıyıcı vasitəsi ilə verilən vergi hesabatı imzalanmadıqda və möhürlə təsdiq olunmadıqda; 72.6.4. vergi ödəyicisi olan fiziki şəxs tərəfindən vergi hesabatı imzalanmadıqda. 72.6.5. Vergi ödəyicisi olan hüquqi və fiziki şəxslər tərəfindən elektron sənəd formasında göndərilən vergi hesabatı müvafiq qanunvericiliyin və ya qaydaların tələlərinə uyğun olmadıqda. 72.7. Bu Məcəlləyə və ya digər qanunvericilik aktlarına müvafiq olaraq vergi orqanına təqdim edilmiş vergi hesabatı bu Məcəllənin 72.6.1-72.6.5-ci maddələrində müəyyən edilmiş hallarda qəbul edilmədikdə, hesabatın vergi orqanına daxil olduğu gündən 3 iş günü ərzində vergi ödəyicisinə bu barədə, habelə aşkar edilmiş dəqiqsizliklər aradan qaldırılaraq vergi orqanına təqdim edilməsi barədə bildiriş göndərilir. ... Maddə 83. Vergi orqanları tərəfindən vergilərin hesablanması. 83.1. Bu Məcəllədə vergi məbləğinin hesablanması konkret hesabat dövrü üçün vergi ödəyicisinin ödəməli olduğu vergi məbləğinin vergi orqanının uçot sənədlərində qeyd edilməsi deməkdir. Hesablanmış vergi məbləğlərinin vergi orqanları tərəfindən bu Məcəllə ilə müəyyən edilmiş hallarda yenidən hesablanaraq uçot sənədlərində qeyd edilməsi də vergilərin hesablanması deməkdir. 83.2. Vergi orqanının bu Məcəlləyə uyğun olaraq vergi ödəyicisinin vergi öhdəliklərini aşağıdakı məlumat mənbələrindən birinə və ya bir neçəsinə əsaslanaraq hesablamaq hüququ vardır: 83.2.1. vergi ödəyicilərinin vergi bəyannamələrində olan məlumata;
Maddə 175. Büdcəyə ödəmələr müəyyən edilərkən əvəzləşdirilən ƏDV. 175.1. Bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, ƏDV tutulan əməliyyatlar üçün malların (işlərin, xidmətlərin) alışı zamanı ödənilmiş ƏDV məbləği əməliyyatın dəyəri alıcının bank və digər ödəniş hesabından həmin malları (işləri, xidmətləri) təqdim edən şəxsin bank və digər ödəniş hesabına, ƏDV məbləği ƏDV-nin depozit hesabına ödənildikdə əvəzləşdirilir. Bu maddənin məqsədləri üçün malların (işlərin, xidmətlərin) barter edilməsi, təqdim edilmiş malların (işlərin, xidmətlərin) dəyəri üzrə yaranmış maliyyə öhdəliklərinin qarşılıqlı şəkildə əvəzləşdirilməsi və ya notariusun depozit hesabı vasitəsilə həyata keçirilən əməliyyatlar üzrə əməliyyatın dəyərinin notariusun bankda açdığı depozit hesabına ödənilməsi həmin əməliyyatın ƏDV-siz dəyərinin malları (işləri, xidmətləri) təqdim edən şəxsin bank və digər ödəniş hesabına ödənilməsinə bərabər tutulur. Bu zaman əvəzləşdirilən ƏDV-nin vaxtı aşağıdakı kimi müəyyənləşdirilir: 175.1.1. hesabat dövrü ərzində həyata keçirilmiş sayılan mal göndərilməsini, iş görülməsini, yaxud xidmət göstərilməsini nəzərdə tutan əməliyyatlar üzrə -alınmış elektron qaimə-faktura üzrə malların (işlərin, xidmətlərin) dəyərinin və ona mütənasib ƏDV məbləğinin tam ödənildiyi vaxt; 175.1.2. hesabat dövrü ərzində malların idxalı üzrə - bu Məcəllənin 170-ci maddəsinə uyğun olaraq. 175.1.3. vergi ödəyicisinə verilmiş elektron qaimə-faktura üzrə iki və ya daha çox ödəmə aparılarsa, hər ödəmə ödəniş miqdarında ayrıca əməliyyat üçün həyata keçirilmiş sayılır. Vergi ödəyicisinə verilmiş elektron qaimə-faktura üzrə alınmış malların (iş və xidmətlərin) dəyəri ödənilən gündən bir iş günü müddətində, ƏDV-nin məbləği bu Məcəllə ilə və müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada ödənilməlidir. Bu zaman malların (iş və xidmətlərin) dəyəri üzrə iki və ya daha çox ödəmə aparılarsa, ƏDV-nin məbləği aparılmış ödəniş məbləğinə uyğun olaraq ƏDV-nin depozit hesabına ödənilməlidir. Mallar, işlər və xidmətlərlə bağlı xərclər istehsal məsrəflərinə aid edilmirsə də, belə mallar, işlər və xidmətlər vergi ödəyicisinin kommersiya fəaliyyəti üçün istifadə edilməli olduqda və ya istifadə edildikdə bu Məcəllənin 175.1-ci, 175.1.1-ci və 175.1.2-ci maddələrinin müddəaları tətbiq olunur. 175.9. Qəbzlər, çeklər və nağd qaydada aparılan əməliyyatların rəsmiləşdirildiyi sənədlər, habelə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilən qaydada tərtib edilməyən elektron qaimə-fakturalar bu maddənin məqsədləri üçün verginin əvəzləşdirilməsinə əsas vermir. 175.11. Əmtəəsiz və (və ya) riskli əməliyyatların rəsmiləşdirildiyi əməliyyatlar çərçivəsində əldə edilmiş sənədlər bu Məcəllənin 175-ci maddəsinin məqsədləri üçün verginin əvəzləşdirilməsinə əsas vermir.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”. - 1.1. Bu Meyarlar Azərbaycan Respublikasının Vergi Məcəlləsinin (bundan sonra - Vergi Məcəlləsi) 13.2.82-ci maddəsinə uyğun olaraq hazırlanmışdır və riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların meyarlarını müəyyən edir. - 1.3. Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların meyarlarına cavab verən və əmtəəsiz və (və ya) riskli əməliyyatlar apardığına görə barəsində Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə uyğun olaraq riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar qəbul edilmiş vergi ödəyicilərinə dair məlumatlar Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəsmi internet saytında dərc edilir. - 1.4. Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə uyğun olaraq riskli vergi ödəyicisi olması barədə qərar çıxarılmış vergi ödəyicilərinə dair məlumat vergi ödəyiciləri tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsi portalında elektron qaimə-faktura sistemi vasitəsilə aparılan əməliyyatlar zamanı xəbərdarlıq xarakterli bildirişlərdə əks olunur. - 2.1. Aşağıdakı meyarlardan ən azı birinə cavab verən vergi ödəyicisi riskli vergi ödəyicisi hesab olunur: - 2.1.1. bu Meyarların 3-cü hissəsində nəzərdə tutulan riskli əməliyyatları aparan şəxs olduqda; - 2.1.2. aparılmış vergi nəzarət tədbirləri çərçivəsində vergi ödəyicisinin əmtəəsiz əməliyyatlar aparması aşkar edildikdə; - 2.1.3. idxalatçının, istehsalçının və ya idxalatçı olmayan ticarət fəaliyyəti həyata keçirən şəxsin vergi orqanında qeydiyyatda olan anbarı (o cümlədən icarəyə götürdüyü anbarı) və ya digər təsərrüfat subyekti (obyekti) olmadıqda və yaxud qeydiyyatda olan anbarın və ya digər təsərrüfat subyektinin (obyektinin) sahəsi ilə idxal və ya əldə edilən malların həcmi uyğunluq təşkil etmədikdə (digər şəxslər üçün sifariş əsasında gətirilən və bilavasitə sifarişçilərə təhvil verilən (sifarişçi vergi ödəyicisi olduqda VÖEN-i, fiziki şəxs olduqda adı, soyadı, atasının adı və FİN-i) mallar və hər bir sifarişçi üzrə sifarişin məbləği barədə məlumatların vergi orqanına təqdim edildiyi hallar istisna olmaqla); - 2.1.4. vergi ödəyicisi tərəfindən əldə edilmiş və fəaliyyət növünə (fəaliyyət növlərinə) uyğun olmayan malların (vergi ödəyicisi tərəfindən öz təsərrüfat fəaliyyətində istifadə edilməsi üçün əldə etdiyi ofis ləvazimatları, inventar və digər bu kimi aktivlər istisna olmaqla) vergi nəzarəti zamanı sənədləşdirilmədən təqdim edilməsi aşkar edildikdə; - 2.1.5. vergi ödəyicisinin satış məqsədləri üçün son 6 ay üzrə (vergi ödəyicisinin malların mövsümi xarakterindən asılı olaraq, habelə əvvəlcədən sifariş edilən və müqavilədə (razılaşmada) müəyyən edilən müddətdə təhvil verilməsi nəzərdə tutulan hallar istisna olmaqla) idxal etdiyi və ya əldə etdiyi malların həcmi onun müvafiq dövr üzrə dövriyyəsindən azı 3 dəfə artıq olduqda; - 2.1.6. bu Meyarların 2.1.1-2.1.5-ci yarımbəndləri ilə müəyyən edilmiş riskli vergi ödəyicisi olan fiziki şəxsin icra orqanının rəhbəri və ya təsisçisi olduğu hüquqi şəxs; - 2.1.7. bu Meyarların 2.1.1-2.1.5-ci yarımbəndləri ilə müəyyən edilmiş riskli vergi ödəyicisi olan hüquqi şəxsin icra orqanının rəhbərinin və ya təsisçisinin təsis etdiyi və ya icra orqanının rəhbəri olduğu hüquqi şəxs; - 2.1.8. beşdən çox hüquqi şəxsin icra orqanının rəhbəri olan fiziki şəxslər və onların icra orqanının rəhbəri olduğu hüquqi şəxslər. - 3.1. Vergi ödəyicisinin apardığı aşağıdakı əməliyyatlar riskli əməliyyat hesab olunur: - 3.1.1. vergi ödəyicilərinin təqdim etdiyi elektron qaimə-fakturalarda aldığı və ya idxal etdiyi mal çeşidlərindən fərqli mal çeşidlərinin göstərildiyi aşkar edildikdə; - 3.1.2. vergi ödəyicilərinin aldığı və ya idxal etdiyi malların həcmindən artıq həcmdə mallar təqdim etməsi halı aşkar edildikdə (artıq həcmdə təqdim edilmiş mallara münasibətdə).
İPM: İPM-nin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
Məhkəmənin mövqeyi. Məhkəmə iddiaçının və cavabdehin nümayəndələrinin izahatlarını dinləyib və işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Hazırkı mübahisəyə münasibətdə iddiaçının hüquqi marağı cavabdehin onun barəsində qəbul etdiyi “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023-cü il tarixli **********077700 nömrəli qərarının ləğv edilməsinə yönəlmişdir. Məhkəmə araşdırması zamanı müəyən olunmuşdur ki, cavabdeh vergi orqanı tərəfindən mübahisələndirilən qərarın qəbul olunmasına əsas uçot-baza məlumatlarının araşdırılması zamanı Cəmiyyət tərəfindən xx.xx.2023- cü il tarixli, EBCN seriyalı, 099273 nömrəli, xx.xx.2023-cü il tarixli, EBDD seriyalı, 033364 nömrəli, xx.xx.2023-cü il tarixli, EBDF seriyalı, 574675 nömrəli elektom qaimə-fakturalara əsasən "xxxx" MMC-dən (VÖEN: **********) 964,0 manat (ƏDV-si 173,52 manat) dəyərində mallar (beycik, baner deyişim, stekan logolu, orsteklo keşim A4, rolap, baner deyişim, ayma alyans jurnal) alındığı müəyyən edilməsi, vergi ödəyicisi tərəfindən xx.xx.2023-xx.xx.2023-cü il tarixlərində 32809,78 manat (ƏDV-siz) dəyərində mallar (albatros zerf, emporium sebeke stiker, Forex+ vinil, tax free zerf.emporium blotter, A1 kağız, A5 kağız, bogca jurnal və s.) təqdim edildiyi, qeyd olunan malların vergi ödəyicisinin alışı və idxalında müəyyən edilmədiyi və bu səbəbdən yuxarıda qeyd edilən əməliyyatların Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın 2.1.1, 2.1.3 və 3.1.1-ci maddələrinə uyğun olaraq vergi orqanı tərəfindən "xxxx" MMC-nin təqdim etdiyi elektron qaimə- fakturalarda aldığı və ya idxal etdiyi mal çeşidlərindən fərqli mal çeşidlərinin göstərildiyi aşkar edildiyi üçün vergi ödəyicisinin apardığı əməliyyatların riskli əməliyyat hesab edilərək Cəmiyyətin riskli vergi ödəyicisi olması barədə xx.xx.2023-cü il tarixli **********406900 nömrəli qərarın qəbul edilməsi olmuşdur. İş materiallarından da göründüyü kimi "xxxx" MMC ilə "xxxx" MMC arasında mübahisələndirilən qərarın qəbul olunmasına əsas olmuş əməliyyatlar sonuncunun riskli vergi ödəyicisi hesab edilməsi və riskli vergi ödəyiciləri siyahısına daxil edilməsindən əvvəl həyata keçirilmişdir. Həmin müəssisənin riskli vergi ödəyicisi hesab edilməsi və riskli vergi ödəyiciləri siyahısına daxil edilməsi isə iddiaçıya yalnız Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”ına əsasən, riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların meyarlarına cavab verən və əmtəəsiz və (və ya) riskli əməliyyatlar apardığına görə barəsində Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə uyğun olaraq riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar qəbul edilmiş vergi ödəyicilərinə dair məlumatlar Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəsmi internet saytında dərc edildikdən məlum ola bilərdi. Lakin cavabdeh vergi orqanı tərəfindən qeyd olunan hallar nəzərə alınmadan hazırda mübahisələndilən qərarlar qəbul edilmişdir. Halbuki, Vergi Məcəlləsinin: - 3.8-ci maddəsinə əsasən, heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. - 24.0 və 24.1-ci maddələrinə görə, vergilərin düzgün hesablanması vergi orqanlarının vəzifəsidir. - 53.3-cü maddəsinə əsasən Bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. - 54.0.1-ci maddəsinə əsasən vergi qanunvericiliyi ilə bağlı hüquqpozuntusu hadisəsinin olmaması olduqda, şəxs vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilə bilməz. İstinad olunan normalardan göründüyü kimi əksi sübut olunmayanadək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Bu zaman konkret sübutlar, dəlillərə istinad olunmalı, başqa sözlə vergi orqanı ehtimallara, fərziyələrə əsasən vergi ödəyicisini məsuliyyətə cəlb edə bilməz. İPM-in 14.1-ci maddəsinə əsasən, mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Göründüyü kimi, hazırkı iş üzrə sübutetmə vəzifəsi cavabdehin üzərinə düşür. Cavabdehin etirazında sübutetmə vasitələri kimi istinad etdiyi hallar isə aktların qəbul edilməsini zəruri edən faktiki şərtləri ödəmir və yalnız ehtimal xarakteri daşıyır. Başqa sözlə, cavabdeh inzibati orqan mübahisələndirilən qərarın qəbulunu zəruri edən faktiki şərtləri sübut edə bilməmişdir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 70.1-ci maddəsinə əsasən maddəsinə əsasən, inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur.
NƏTİCƏVİ HİSSƏ
Şərh olunanlara əsasən və İPM-nin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:
İddia təmin edilsin. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən İddiaçı (VÖEN: **********) barəsində qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023-cü il tarixli **********077700 nömrəli Qərarı 173,52 manat əlavə hesablanmış vergi hissəsində ləğv edilsin və həmin məbləğin İddiaçı şəxsi hesab vərəqəsinə bərpa edilməsi öhdəliyi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin üzərinə qoyulsun. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Nəriman Abıyev