Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6162/2022 13.06.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, İddiaçı, Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Cavabdeh publik hüquqi şəxsin Sosial Ödənişlərlə Təyinat üzrə Mərkəzi Filialın nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Cavabdeh Sosial Ödənişlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “qərarın ləğvi, pensiyanın bərpa edilməsi və pensiya fərqinin ödənməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüququn qısa xülasəsi
1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək əmək pensiyasının düzgün hesablanaraq ödənilməsi və bu günə kimi pensiyasından tutulmuş məbləğlərin ona geri qaytarılması vəzifəsinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Cavabdeh üzərinə qoyulması tələbini irəli sürmüşdür.
2. Tələb onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Cavabdeh Nəsimi Rayon Xidmət Nümayəndəliyinə ərizə ilə müraciət edərək ali təhsil aldığı 1972-1976-cı illərin də stajına daxil edilərək pensiyasının yenidən hesablanması və artırılmasını xahiş edib. Qeyd olunan qurumdam ona pensiyasının yanlış hesablandığı, ona artıq məbləğdə pensiya ödənildiyi qeyd edilmiş və hər ay müəyyən məbləğdə pensiyasından artıq ödənilmiş məbləğə görə tutulacağı bildirilmişdir. Cavab belə əsaslandırılmışdır ki, Əmək pensiyaları haqqında Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə əsasən əlilliyə görə əmək pensiyası İ qrup əlillərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda teyin edilir. İİ və İİİ qrup əlillərə əlilliyə görə emək pensiyası fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə əmək qabliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. xx.xx.2013-cü il tarixdən işlədiyiniz halda Əmək pensiyasının yığım hissəsi hesablanıb verilmiş, eyni zamanda işdən azad edildiyiniz xx.xx.2019-cu il tarixdə əmək pensiyanızm məbləği-səhv olaraq hesablanmış və nəticədə 3417.5,1 manat artıq ödəmə aşkarlanmışdır. xx.xx.2021-ci il tarixdən əmək pensiyanızın məbləği məbləği 377.10 manat təşkil edir. Qeyd olunan məsələdən nazirliyə şikayət yazıb, ona heç bir cavab verilməyib. Daha sonra isə məsələ ilə razılaşmasa da xahiş edib ki, tutulan məbləği azaltsınlar. Lakin indi isə növbəti ayın pensiyasını aldığı zaman pensiyasından 122 manat (əvvəl 97 manat tutulurdu) tutublar. Qaynar xətdən ona bildirilib ki, pensiya məbləği yenidən səhv hesablanıb, pensiyası 377 yox, 322 manatdır. O hər dəfə şikayət, xahiş yazdıqca pensiyası səhv hesablanıb əsası ilə azaldılır. Qeyd olunan borc əsassız hesablanmış, 3417,51 manat heç bir məhkəmə və inzibati qərar olmadan hər ay pensiyasından tutulur. Ona verilmiş imtina məktubu imzasız, möhürsüz və adi ağ kağızdadır. İnzibati orqan onun pensiya məbləğini necə hesablaması, borc məbləğinin necə yaranmış olması və hansı əsasla onun almalı olduğu məbləğdən tutulması barədə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Cavabdeh onun pensiyasından heç bir inzibati və məhkəmə qərarı olmadan pul tutur.
3. İddiaçının müraciətlərinə cavab olaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Cavabdeh tərəfindən bildirilmişdir ki, ona xx.xx.1990-cı il tarixindən əlilliyə görə əmək pensiyası təyin edilmişdir. Pensiyası xx.xx.2013-cü il tarixli müraciətinə və işləməkdə davam etdiyi halda işləməyən əmək pensiyaçısı kateqoriyasına keçməyi barədə təqdim etdiyi arayışa əsasən texniki səhvə yol verilərək yenidən hesablanmışdır. Nəticədə ona artıq pensiya vəsaiti ödənilmişdir. Artıq ödənilmiş pensiya məbləği “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 39.1-ci maddəsinə əsasən pensiyasından tutulur.
4. İddiaçının müraciətinə cavab olaraq Sosial ödənişlərin Təyinatı üzrə Mərkəzi Filial tərəfindən bildirilmişdir ki, Əmək pensiyaları haqqında Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə əsasən əlilliyə görə əmək pensiyası İ qrup əlillərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. İİ və İİİ qrup əlillərə əlilliyə görə əmək pensiyası fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə əmək qabliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. Məlumat ücün bildiririk ki, xx.xx.2013-cü il tarixdən işlədiyi halda əmək pensiyasının yığım hissəsi hesablanıb verilmiş, eyni zamanda işdən azad edildiyi xx.xx.2019-cu il tarixdə əmək pensiyasının məbləği səhv olaraq hesablanmış və nəticədə 3417.51 manat artıq ödəmə aşkarlanmışdır. xx.xx.2021-ci il tarixdən əmək pensiyasının məbləği 377.10 manat təşkil edir.
5. İddiaçı yuxarı inzibati orqana dəfələrlə inzibati şikayət vermişdir.
6. İddiaçının ərizəsi əsasında Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Cavabdeh Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı nəzərə alınmaqla iddia tələbi 01 dekabr 2020-ci il tarixdən əmək pensiyasından aparılmış tutulmalara dair hərəkətlərin qanunsuz hesab edilməsi və həmin tarixdən tutulmuş əmək pensiyası məbləğinin geri qaytarılması kimi dəyişdirilmişdir.
7. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Cavabdeh Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən iddiaya yazılı etiraz təqdim edilərək bildirilmişdir ki, İddiaçı Vahab qızına İİ dərəcəli əlillik müəyyən edilməklə xx.xx.1990-ci il tarixindən əlilliyə görə əmək pensiyası təyin edilmişdir. xx.xx.2011-ci il tarixdən əlillik səbəbi “Ümumi xəstəliklə əlaqədar” olmaqla, müddətsiz İ dərəcəli əlillik müəyyən edilmişdir. “Əmək pensiyaları haqqında” Qanunun 1.0.10-ci maddəsinə əsasən, pensiya kapitalı - müvafiq olaraq fərdi hesabın sığorta hissəsində qeydə alınan və fərdi hesabın yığım hissəsində toplanan vəsaitlərin məbləğidir. Həmin Qanunun 1.0.13-cü maddəsinə əsasən, fərdi hesabın yığım hissəsində toplanan pensiya kapitalının gözlənilən pensiya ödənişi müddətinin aylarının sayına nisbəti şəklində hesablanan məbləğdir. Qanunun 37.3.2-ci maddəsinə əsasən, əlilliyə görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış məbləği tam ödənilir. Əlilliyə görə pensiya təyin edilmiş şəxs işləməkdə davam edərsə, onun pensiya təyin olunduqdan işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdiyi tarixədək olan dövr üzrə toplanan pensiya kapitalına və həmin kateqoriyaya keçdiyi tarixdəki yaşına müvafiq tələb olunan sığorta stajına əsasən bu Qanunun 13-cü maddəsinə uyğun olaraq əmək pensiyasının sığorta hissəsi yenidən hesablanır. İddiaçı xx.xx.2013-cü il tarixdən işlədiyi halda əmək pensiyasının yığım hissəsi hesablanıb verilmiş, eyni zamanda işdən azad edildiyi xx.xx.2019-cu il tarixdə əmək pensiyası məbləği səhv olaraq hesablanmış və nəticədə 3417.51 manat artıq ödəmə yaranmışdır. Bundan əlavə, İddiaçı pensiyasından 422 manat (əvvəl 97 manat) tutulduğunu iddia edir. Lakin İddiaçı əmək pensiyasından tutulmanın məbləği 67.01 manat təşkil edir (PAS-dan çıxarış əlavə edilmişdir). Qanunun 39.2-ci maddəsinə əsasən, bu Qanunun 39.1-ci maddəsində göstərilmiş əsaslarla əmək pensiyasından və əmək pensiyasına əlavədən tutulan məbləğ, başqa əsaslara görə tutulan məbləğlər nəzərə alınmadan, hər ay əmək pensiyaçısına ödənilməli olan məbləğin 10 faizindən az, 20 faizindən artıq ola bilməz (bu Qanunun 39.3-cü maddəsi nəzərə alınmaqla). Əmək pensiyasından və əmək pensiyasına əlavədən tutulan məbləğ əmək pensiyaçısına ödənilməli olan məbləğin 10 faizindən az olduqda (bu Qanunun 39.3-cü maddəsi nəzərə alınmaqla ) tam məbləğdə tutulur. Tutulma məbləği (67.01 manat) hər ay İddiaçı ödənilməli olan məbləğin 20 faizini təşkil edir. Yuxarıda qeyd olunanlardan belə nəticəyə gəlinir ki, cavabdehin imtinası qanuni və əsaslı olmuşdur. Həmçinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu sosial təminat hüququnun məzmununu dəfələrlə təhlil edərək qeyd etmişdir ki, Konstitusiyada təsbit olunmuş digər hüquqlarla (şəxsi, iqtisadi-siyasi və mədəni) bərabər, sosial hüquqların eyni qaydada qorunmasına və müdafiəsinə təminat verilməsinə baxmayaraq, həmin hüquqların təmin edilməsində və həyata keçirilməsində bir sıra səciyyəvi xüsusiyyətlər mövcuddur. Lakin bütün hallarda pensiya təyin edilməsi və ödənilməsinin qanunverici tərəfindən tənzimlənməsi bərabərlik hüququna, o cümlədən Konstitusiyada normativ hüquqi aktların hüquqa və haqq-ədalətə (bərabər mənafelərə bərabər münasibətə) əsaslanmalı və Konstitusiyaya zidd olmaması tələblərinə uyğun həyata keçirilməlidir Eyni zamanda, Qərarda qeyd olunur ki, sosial təminat sahəsində münasibətlərin hüquqi tənzimlənməsi zamanı eyni hüquqi vəziyyətdə olan subyektlər arasında ayrıseçkiliyə yol verilməsi belə tənzimləmənin bütün subyektlərə münasibətdə qüsurlu olmasına gətirib çıxara bilər. Qeyd olunanlardan bir daha aydın olduğu kimi iddia tələbi əsassız və qanunsuzdur, bu səbəbdən də cavabdeh orqanın iddiaçının müraciətinə ilə bağlı verdiyi imtina qanuna uyğun olmuşdur.
8. İddiaçıya xx.xx.1990-cı il tarixindən əlilliyə görə əmək pensiyası təyin edilmişdir.
9. İddiaçının pensiya işindən görünür ki, xx.xx.2020-ci il tarixdə pensiyasının yenidən hesablanması barədə (pensiya məbləğinin artırılması məqsədilə) DSMF-nin Bakı şəhəri Nəsimi rayon şöbəsinə müraciət etmişdir.
10. Cavabdeh Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2020-ci tarixli **********0 nömrəli qərarı ilə iddiaçının pensiyası yenidən hesablanmış, həmin tarixə aldığı 348,65 manat pensiya məbləği azaldılaraq 338,51 manat müəyyən olunmuşdur. Qərarda pensiyanın təyin olunduğu tarix xx.xx.2011-ci il olaraq göstərilmişdir. Qərarın qeyd hissəsinə əsasən xx.xx.2013-cü il tarixdən xx.xx.2017-ci il tarixinədək, xx.xx.2019cu il tarixdən xx.xx.2020-ci il tarixədək (3417,51 manat) artıqalmanın tutulması qərara alınmışdır.
11. Cavabdeh Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2021-ci il tarixli **********0 nömrəli qərarı ilə iddiaçının pensiyası yenidən hesablanmış, həmin tarixə aldığı 352,59 manat pensiya məbləği azaldılaraq 322,29 manat, yenidən hesablamanın ödəniş tarixi xx.xx.2021-ci il tarixdən müəyyən olunmuşdur. Qərarda pensiyanın təyin olunduğu tarix xx.xx.2011-ci il olaraq göstərilmişdir. Qərarın qeyd hissəsinə əsasən vətəndaş işləməyən əmək pensiyaçısı kateqoriyasına keçmədiyi halda pensiya kapitalına əsasən səhvən yenidən hesablama aparıldığına görə (xx.xx.2013xx.xx.2021) artıq ödənilmiş vəsaitin aylıq pensiya məbləğindən tutularaq bərpa edilməsi qərara alınmışdır.
12. Pensiya təyinatı altsistemindən çıxarışdan görünür ki, sonuncu dəfə iddiaçıya 348,65 manat pensiya xx.xx.2020-ci il tarixdə ödənmiş, xx.xx.2021-ci il tarixdən etibarən hər ay əmək pensiyasından 67,01 manat tututlma həyata keçirilir.
13. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə iddiaçının ərizəsi əsasında iddia tələbi əmək pensiyasından tutulmanın qanunsuz hesab edilməsi, əmək pensiyasının yenidən hesablanması haqqında xx.xx.2020-ci il tarixli və xx.xx.2021-ci il tarixli qərarların ləğv edilərək xx.xx.2020-ci il tairxədək aldığı pensiya məbləğinin bərpa edilməsi və yaranmış fərqin ödənməsi kimi dəyişdirilmişdir.
14. Məhkəmənin hazırlıq icraatı üzrə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verdi və şifahi məhkəmə dinləmələrinin onun iştirakı olmadan keçirilməklə tələbinin təmin edilməsini xahiş etdi. Şifahi məhkəmə dinləmələri iddiaçı iştirak etmiş və tələbini müdafiə etmişdir.
15. Məhkəmənin hazırlıq icraatı üzrə iclasında, eləcə də şifahi məhkəmə dinləmələri zamanı iştirak edən cavabdehin nümayəndəsi iddiaya yazılı etirazın məzmununa uyğun izahat verdi.
II. İddianın növü və mümkünlüyü
16. “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Bu normaya görə inzibati akt hakimiyyət tədbiri olmaqla aşağıdakı əlamətləri ilə səciyyələnir - inzibati orqan tərəfindən qəbul edilməli; ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmalı; ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaratmalı; qanunvericilikdə nəzərdə tutulmuş formalardan birinə uyğun olmalıdır. Beləliklə, inzibati akt hüquqi nəticələr yaradır, yəni ünvanlandığı hüquqi və ya fiziki şəxsin (şəxslərin) hüquqi vəziyyətini dəyişdirir, onun üzərinə vəzifə və öhdəliklər qoyur və ya ona bu və ya digər hüququn həyata keçirilməsinə şərait yaradır, bununla da hüquq münasibətlərinin formalaşması, mövcud münasibətlərin dəyişdirilməsi və ya onlara xitam verilməsinin faktiki əsası kimi çıxış edir (“Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında" Azərbaycan Respublikasının 2016-cı il 30 dekabr tarixli 474VQ №-li Qanununun tətbiqi ilə bağlı vergi ödəyicilərinin şəxsi hesab vərəqələrində əməliyyatların edilməsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 13 avqust 2020-ci il tarixli Qərardadı, №02, 24-cü bənd).
17. İPM-in 2.2.1-ci maddəsinə əsasən, şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
18. İPM-in 32.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia vasitəsilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər.
19. İPM-in 37-ci maddəsinə əsasən, bir-biri ilə əlaqəli olduğu, bir cavabdehə yönəldiyi və bu Məcəllədə nəzərdə tutulmuş eyni məhkəməyə aid olduğu hallarda bir neçə iddia tələbi iddiaçı tərəfindən bir iddiada birləşdirilə bilər.
20. İddia tələbinin əmək pensiyasından tutulmanın qanunsuz hesab edilməsi, xx.xx.2020-ci il tarixədək aldığı pensiya məbləğinin bərpa edilməsi və yaranmış fərqin ödənməsi hissəsi, əmək pensiyasının yenidən hesablanması haqqında xx.xx.2020-ci il tarixli və xx.xx.2021-ci il tarixli qərarların icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılmasıdır.
21. Hazırki iddia mübahisələndirmə növündə iddiadır. Mübahisələndirilən qərarlar bir-biri ilə əlaqəlidir, tələb bir cavabdehə yönəldib və eyni məhkəməyə aiddir. Həmin qərarların iddiaçıya təqdim edilməsi müəyyən edilmir. Qeyd edilən qərarlar məhkəmə icraatı zamanı təqdim olunmuşdur. İddia mümkündür.
II. Məhkəmənin mövqeyi
22. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunundan: 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. 21.2. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə borcludur. 62.1. İnzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir.
23. Göründüyü kimi inzibati aktın qəbul edilməsi zamanı qanunvericilik müvafiq prosedur müəyyən etmişdir, yəni qanunvericiliyin tələbinə görə inzibati aktın qəbul edilməsi və ümumiyyətlə, inzibati icraatın aparılması zamanı inzibati icraatda iştirak etmək hüququna malik olan şəxsin dinlənilmək, inzibati icraat materialları ilə tanış olmaq, inzibati akt qəbul edilənədək və qəbul edildikdən sonra həmin akt barəsində qanunla müəyyən olunmuş vaxt ərzində məlumatlanmaq (tanış olmaq), həmin aktdan şikayət vermək hüquqlarının izah olunması və şikayət verə bilmək imkanlarının təmin edilməsi inzibati orqanın borcudur.
24. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunundan: 67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır.
25. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunundan: 39.1. Artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur.
26. Qanunvericinin mövqeyinə əsasən, inzibati orqan tərəfindən əmək pensiyaçısının əmək pensiyasından tutulma haqqında qərar yalnız onun razılığı olduqda qəbul oluna bilər.
27. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 39.1-ci maddəsinə əsasən, artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. Məhkəmə hesab edir ki, qeyd edilən normaya əsasən artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin tələb edilməsi pensiyanın hüququ olmayan şəxsə təyin edilməsi halında deyil (“İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 67.6-cı maddəsində nəzərdə tutulmuş hallara istinad edildiyi hallar istisna olmaqla), pensiyanın hesablanması zamanı yol verilmiş texniki xəta və ya yanlış riyazi hesablama zamanı mümkün hesab edilə bilər.
28. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 67.6-cı maddəsinə əsasən, maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda.
29. Məhkəmə hesab edir ki, müvafiq əsaslar olduqda pensiyanın hüququ olmayan şəxsə təyin edilməsi halında vurulmuş zərərin əvəzi hüquqi və ya fiziki şəxsin öz işçisi tərəfindən törədilmiş mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyəti qaydasında tələb oluna bilər.
30. X4 Məhkəməsinin presedent hüququna əsasən: - Məhkəmə bir daha xatırladır ki, 1 saylı Protokolun 1-ci maddəsi konkret məbləğdə pensiya almaq hüququna təminat vermir, bununla belə, pensiyanın bütünlüklə məhrum edilməsi 1 saylı Protokolun 1-ci maddəsinin müddəalarını poza bilər və əksinə, pensiyaya və ya müvafiq müavinətlərə ağlabatan azalmaların bunu etməməsi ehtimalı var. Bununla belə, ədalətli tarazlıq testi mücərrəd olaraq yalnız məruz qalan azalmanın məbləğinə və ya faizinə əsaslana bilməz. Bir sıra işlərdə Məhkəmə bütün müvafiq elementləri konkret hallara uyğun qiymətləndirməyə cəhd göstərmişdir (bax: Stefanetti və başqaları § 59; Domalewski Polşaya qarşı (kk.), №. 34610/97, AİHM 1999V). Bununla da, Məhkəmə hüququn itirilməsinin ayrı-seçkilik xarakteri kimi amillərinə əhəmiyyət vermişdir (Kjartan Asmundsson, § 43); keçid tədbirlərinin olmaması (bax: Moskal işi § 74, burada ərizəçi praktiki olaraq bir gündən digərinə yeganə gəlir mənbəyini təşkil edən erkən pensiya pensiyasının tamamilə itirilməsi ilə üzləşdi və dəyişikliyə uyğunlaşmağın perspektivləri zəif idi); şərtin özbaşınalığı (Klein, § 46), eləcə də ərizəçinin vicdanlılığı (bax: Moskal, § 44) (Béláné Nagy Macarıstana qarşı №. 53080/13, 2016 § 113); - Hər hansı xüsusi formada müavinətlərin və ya pensiyaların verilməsi üçün daxili hüquqi şərtlər dəyişdikdə və bu şərtlərin dəyişməsi səbəbindən müvafiq şəxs artıq onları tam təmin etmədikdə, milli qanunvericiliyə əsasən kifayət qədər müəyyən edilmiş, maddi marağın mövcudluğunu yoxlamaq üçün işin fərdi halları, xüsusən də dəyişikliyinin xarakteri ciddi nəzərdən keçirilməlidir. Konvensiyanı özündə birləşdirən əsas dəyərlərə aid hüquqi müəyyənlik və qanunun aliliyi tələbləri bunlardır (Béláné Nagy Macarıstana qarşı №. 53080/13, 2016 § 89); - Məhkəmə əvvəllər qərara almışdır ki, əlavə pensiya müavinətlərinin dəyişdirilməsi və ya dayandırılması “nə özgəninkiləşdirmə, nə də əmlakın istifadəsinə nəzarət tədbiri” təşkil etmir (bax: Aizpurua Ortiz və başqaları İspaniyaya qarşı, № 42430/05, § 48, 2 fevral 2010) və pensiyanın müsadirə yolu ilə azaldılması “nə istifadəyə nəzarət, nə də əmlakdan məhrumetmə”dir (bax: X1rşı (dek.), № 6223/04, AİHM 2005-Xİ ). Məhkəmə hesab edir ki, bu işdə ərizəçinin mülkiyyət hüquqlarına müdaxilə yuxarıda qeyd olunan birinci qaydaya, yəni mülkiyyətdən dinc istifadənin ümumi prinsipinə əsasən nəzərdən keçirilməlidir (Lakiçeviç və digərləri v. Monteneqro və Serbiya, № 27458/06 § 64, 13 dekabr 2011-ci il və Panfile işi § 19) (Fabian Macarıstana qarşı №. 53080/13, 2016 § 64); - Moskal Polşaya qarşı məhkəmə işindən (Ərizə № 10373/05; xx.xx.2009-cu il tarixli qərar): Ərizəçi vicdanla və qüvvədə olan qanuna uyğun olaraq erkən pensiya təyin edilməsi üçün müraciət etmişdir. Səlahiyyətli orqanlar onun müavinət almaq hüququnu təsdiq edən kimi, o, bu qərarı düzgün hesab etməkdə və həyatını buna uyğun təşkil etməkdə haqlı idi. O, pensiya hüququnun səhvən verildiyini dərk edə bilməzdi. Onu pensiya almaq hüququndan məhrum edən qərar onun mülkiyyətinə müdaxilə idi. Müdaxilə qanuni idi və hakimiyyətin səhvini düzəltmək və sosial təminat sisteminin layiq olmayan benefisiarlarına dövlət vəsaitinin vaxtında məhdudiyyət olmadan subsidiya verməyə çağırılmamasını təmin etmək üçün qanuni məqsəd güdürdü. Proporsionallığa gəldikdə, pensiya təyini qərarı müəyyən müddətdə qüvvədə qalmışdı və şübhəsiz ki, ərizəçiyə və onun ailəsinə təsir göstərmişdir. Bununla belə, səhv aşkar edildikdə, müavinətin ödənilməsinin dayandırılması barədə qərar nisbətən tez və dərhal qüvvəyə minir. Ərizəçidən səhvən ödənilmiş pensiyanın qaytarılması tələb olunmaması bu qərarın nəticələrini kifayət qədər yumşaltmadı. Onun pensiya hüququ məhkəmələr tərəfindən cəmi iki ildən sonra müəyyən edilib və bu müddət ərzində o, heç bir pensiya almayıb. Mülkiyyət hüquqları kontekstində yaxşı idarəetmə prinsipinə xüsusi əhəmiyyət verilməli idi. Dövlət orqanlarının, xüsusən də rifah müavinətləri kimi fərdlər üçün həyati əhəmiyyət kəsb edən məsələlərə baxarkən son dərəcə diqqətli davranması arzu edilirdi. Öz səhvlərini aşkar edərək, səlahiyyətli orqanlar öz vəzifələrini vaxtında, lazımi və ardıcıl şəkildə yerinə yetirməmişlər. Ümumi prinsip olaraq, dövlət orqanlarının öz səhvlərini, hətta öz səhlənkarlıqlarından irəli gələn səhvləri düzəltməyə mane olmamalıdır. Başqa cür yanaşma əsassız varlanma doktrinasına zidd olardı. Sosial müdafiə fonduna töhfə verən digər şəxslərə, xüsusən də qanunla müəyyən edilmiş tələbləri yerinə yetirmədiklərinə görə müavinətdən məhrum edilmiş şəxslərə qarşı da ədalətsizlik olardı. Nəhayət, bu, özlüyündə ictimai maraqlara zidd olan qıt dövlət resurslarının yersiz bölüşdürülməsinə sanksiya tətbiq etmək deməkdir. Lakin üçüncü şəxsin təqsiri olmadan, səlahiyyətli orqanların özləri tərəfindən səhvə yol verilmişsə, müavinət alanın üzərinə düşən yükün həddən artıq olub-olmadığını müəyyən etmək üçün fərqli proporsional yanaşma tətbiq edilməli idi. Etiraz edilən tədbir nəticəsində ərizəçi praktiki olaraq bir gündən digər günə onun yeganə gəlir mənbəyi olan erkən pensiya pensiyasının tam itirilməsi ilə üzləşmişdi. Üstəlik, onun yeni iş tapmaqda xeyli çətinlik çəkməsi riski var idi. Yalnız üç ildən sonra o, yeni müavinət əldə edə bildi (əvvəlki tarifdən 50% az). Buna görə də, cəmiyyətin ümumi mənafeyinin tələbləri ilə fərdin əsas hüquqlarının müdafiəsi tələbləri arasında ədalətli tarazlıq təmin edilməmişdir və ərizəçinin üzərinə qoyulan yük həddindən artıq olmuşdur.
III. Qeyd edilənlərin hazırki işə tətbiqi
31. İş materiallarına əsasən müəyyən olunur ki, iddiaçıya xx.xx.1990-cı il tarixindən əlilliyə görə əmək pensiyası təyin edilmişdir.
32. Cavabdehin iddiaçının müraciətinə cavabında bildirir ki, iddiaçının pensiyası xx.xx.2013-cü il tarixli müraciətinə və işləməkdə davam etdiyi halda işləməyən əmək pensiyaçısı kateqoriyasına keçməyi barədə təqdim etdiyi arayışa əsasən texniki səhvə yol verilərək yenidən hesablanmışdır.
33. Cavabdehin yazılı etirazında bildirilir ki, xx.xx.2013-cü il tarixdən işlədiyi halda əmək pensiyasının yığım hissəsi hesablanıb iddiaçıya verilmiş, eyni zamanda işdən azad edildiyi xx.xx.2019-cu il tarixdə əmək pensiyası məbləği səhv hesablanmışdır. Eləcə də əmək pensiyasından tutulmanın məbləği 67,01 manatdır.
34. Məhkəmə qeyd edir ki, xx.xx.2013-cü ildən xx.xx.2019-cu il tarixlərində iddiaçının əmək pensiyasının yığım hissəsinin hesablanıb verilməsi, eləcə də işləməyən əmək pensiyaçısı kateqoriyasına keçməyi barədə 2013-cü ildə təqdim etdiyi arayış iddiaçının pensiya işinə əsasən müəyyən olunmur. Eyni zamanda xx.xx.2019-cu il tarixdə əmək pensiyası məbləğinin səhv hesablanmasının nədən ibarət olması nə iddiaya yazılı etirazda, nə də mübahisələndirilən qərarlarda göstərilmir.
35. Odur ki, məhkəmə hesab edir ki, cavabdeh həmin aktların qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməmişdir.
36. Mübahisələndirilən xx.xx.2020 və xx.xx.2021-ci il tarixli qərarların qəbul olunması ilə bağlı inzibati icraatın aparılması zamanı inzibati icraatda iştirak etmək hüququna malik olan şəxs kimi iddiaçının dinlənilmək, inzibati icraat materialları ilə tanış olmaq, inzibati akt qəbul edilənədək və qəbul edildikdən sonra həmin akt barəsində qanunla müəyyən olunmuş vaxt ərzində məlumatlanmaq (tanış olmaq) hüquqlarının təmin edildiyi iş materiallarına, eləcə də iddiaçının pensiya işinə əsasən müəyyən olunmur.
37. Qeyd edildiyi kimi qanunvericinin mövqeyinə əsasən, inzibati orqan tərəfindən əmək pensiyaçısının əmək pensiyasından tutulma haqqında qərar yalnız onun razılığı olduqda qəbul oluna bilər. İşin hallarına əsasən iddiaçının belə bir yazılı razılığı olduğu müəyyən olunmur.
38. Hazırki işdə mübahisələndirilən inzibati aktların qəbul edilməsi zamanı cavabdeh qurumun qeyd edilən normalara riayət etdiyi müəyyən olunmur.
39. Odur ki, mübahisələndirilən inzibati akt qanunsuz əlverişsiz inzibati aktdır.
40. Məhkəmə eyni zamanda qeyd edir ki, iddiaçı “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 67.6-cı maddəsində nəzərdə tutulan halların mövcudluğu sübut edilməmiş və həmin hallara istinad edilməmişdir.
41. Odur ki, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir.
42. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununa əsasən: - 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. - 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. - 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. - 19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. - 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. - 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz.
43. Məhkəmə hesab edir ki, artıq ödənilmiş pensiya məbləğinin tutulması iddiaçının fərdi hallarına uyğun olaraq (yaşı və digər gəlirlərinin müəyyən olunmaması) cəmiyyətin ümumi mənafeyinin tələbləri ilə fərdin əsas hüquqlarının müdafiəsi tələbləri arasında ədalətli tarazlıq pozulmasına və vətəndaşın üzərinə həddindən artıq yük qoyulması ilə nəticələnə bilər.
44. İPM-in 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
45. Göstərilənlərə əsasən və İPM-in 2.3, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İddia tələbi təmin edilsin. Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Cavabdeh publik hüquqi şəxsin Sosial Ödənişlərlə Təyinat üzrə Mərkəzi filialının İddiaçı barəsində qəbul etdiyi əmək pensiyasının yenidən hesablanması haqqında xx.xx.2020-ci il tarixli və xx.xx.2021-ci il tarixli qərarları ləğv edilsin. İddiaçı xx.xx.2020-ci il tarixədək aldığı pensiya məbləği bərpa edilərək əmək pensiyasından xx.xx.2021-ci il tarixdən aparılan tutulma qanunsuz hesab edilsin və yaranmış fərqin ödənməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Cavabdeh publik hüquqi şəxsin Sosial Ödənişlərlə Təyinat üzrə Mərkəzi filialının üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.
Hakim Günel Sevdimalıyeva