Məhkəmə qərarları › İş №2-1(112)-6162/2023

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-6162/2023

08.08.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-6162/2023 08.08.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, İmanova Fəridə Sultan qızının katibliyi ilə, tərəflərin iştirakı olmadan, İddiaçı cavabdeh Təhsildə X1rşı “cavabdehin 16 noyabr 2022-ci il tarixli imtinasının qanunsuz hesab edilməsi, iddiaçıya Rusiya Federasiyası Tver Dövlət Texniki Universiteti tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 106904 ******* nömrəli diplomun, verilən ixtisasın tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Təhsildə X1rşı “cavabdehin 16 noyabr 2022-ci il tarixli imtinasının qanunsuz hesab edilməsi, iddiaçıya Rusiya Federasiyası Tver Dövlət Texniki Universiteti tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 106904 ******* nömrəli diplomun, verilən ixtisasın tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi” barədə iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Məhkəmə, işdə olan sənədləri araşdıraraq belə qənaətə gəlir ki, iş üzrə icraata xitam verilməlidir. Belə ki, iddia ərizəsindən göründüyü kimi iddiaçının tələbi cavabdehin 16 noyabr 2022-ci il tarixli imtinasının qanunsuz hesab edilməsi, iddiaçıya Rusiya Federasiyası Tver Dövlət Texniki Universiteti tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 106904 ******* nömrəli diplomun, verilən ixtisasın tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsindən ibarətdir. İş materiallarında olan Təhsildə Keyfiyyət Təminatı Agentliyinin Bakı İnzibati Məhkəməsinə ünvanladığı xx.xx.2023-cü il tarixli, 3-29-61/2-584/2023 nömrəli məktubuna əsasən, İddiaçı Rusiya Federasiyası Tver Dövlət Texnki Universiteti tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 106904 ******* nömrəli diplom üzrə əldə etdiyi kvalifikasiyanın tanınması barədə qərar qəbul edilmiş, tanınma haqqında elektron şəhadətnamə ərizəçinin şəxsi kabineti vasitəsilə ona təqdim olunmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 39.3-cü maddəsinə görə məhkəmə tərəfindən müəyyən olunmuş müddət ərzində inzibati akt qəbul edildikdə və ya şikayət təmin olunduqda iş üzrə icraata xitam verilir. Həmin Məcəllənin 67.1-ci maddəsinə əsasən, mübahisə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək, cavabdeh (inzibati orqan) iddiaçının tələbinin təmin olunduğu yeni inzibati akt qəbul etməyə və ya qanunda nəzərdə tutulmuş başqa tədbir görməyə haqlıdır. Cavabdeh iddiaçının tələbinin təmin olunması ilə bağlı niyyəti barədə məhkəməyə yazılı məlumat verir. Bu məqsədlə inzibati orqan əvvəl məhkəməyə təqdim olunmuş sənədləri geri tələb edə bilər. Həmin Məcəllənin 67.2-ci maddəsinə əsasən, sədrlik edən hakim iddiaçının tələbinin təmin olunduğu yeni inzibati aktın qəbul edilməsi və ya qanunda nəzərdə tutulmuş başqa tədbirin görülməsi, habelə bu barədə məhkəməyə müvafiq məlumatın verilməsi üçün cavabdehə müddət təyin edə bilər. Sənədlərin geri qaytarılmasını məqsədəuyğun hesab etmədiyi hallarda, məhkəmə inzibati orqanın bu barədə müraciətini təmin etməyə bilər. Həmin Məcəllənin 67.3-cü maddəsində qeyd edilmişdir ki, bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir, Rusiya Federasiyası Tver Dövlət Texniki Universiteti tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 106904 ******* nömrəli diplomun, verilən ixtisasın tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi təmin olunduğu üçün, işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı üçün hazırki vəziyyətdə işin icraatına Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 67.3cü maddəsinə əsasən xitam verilməlidir. Göstərilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 39, 67, 80 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Təhsildə X1rşı “cavabdehin 16 noyabr 2022-ci il tarixli imtinasının qanunsuz hesab edilməsi, iddiaçıya Rusiya Federasiyası Tver Dövlət Texniki Universiteti tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 106904 ******* nömrəli diplomun, verilən ixtisasın tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi” barədə iddia ərizəsi üzrə iş üzrə icraata xitam verilsin. Qərardad tərəfə rəsmi təqdim olunduqdan sonra 10 gün müddətində ondan Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Miminat Hacıbəyova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar