Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6168/2024 13.08.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, İddiaçı nümayəndəsi (vəkili) X11 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın və texniki pasportun verilməsi” haqqında iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək ünvan 1-də yerləşən 510 saylı mənzilə dair mülkiyyət hüququnun Daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, Daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdeh orqan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Tələb onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.1993-cü ildən xx.xx.2010-cu ilədək X10 (hazırki adı Azərbaycan Dövlət Neft Şirkətinin) tabeliyində olan idarə və təşkilatlarda işləmişdir. İddiaçı işlədiyi dövr ərzində işinə məsuliyyətlə yanaşmışdır. Ona görə də rəhbərlik tərəfindən dəfələrlə mükafatlandırılmışdır. “Azneft” İB tərəfindən işçilərinin mənzil şəraitinin yaxşılaşdırılması üçün müxtəlif tədbirlər görülmüş, işçilər mənzil ilə təmin olunmuşdur. Ona görə də “Azneft” İB-nin Sosial Xidmətlər İdarəsi tərəfindən verilmiş xx.xx.2005-ci il tarixli, 25 №-li order əsasında ünvan 1 ünvanında yerləşən keçmiş yataqxana binasındakı 510 nömrəli mənzil iddiaçıya ayrılmışdır. Belə ki, Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin 37/1 saylı, xx.xx.2023-cü il tarixli sərəncamına əsasən iddiaçı ilə 1 saylı Xüsusi Təyinatlı MKTB-nin 141 saylı MKİS ilə aramızda ünvan 1, mənzil 510 ilə bağlı kirayə müqaviləsi bağlanmışdır. İddiaçı uzun müddətdir ki, yuxarıda qeyd olunan ünvanda yerləşən mənzildə qeydiyyatda olmaqla yaşayır. Mənzilin bütün kommunal xidmətləri iddiaçının adına rəsmiləşdirilmişdir. İddiaçı ünvan 1-də yerləşən 510 saylı mənzilə dair mülkiyyət hüququnun Daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını, sözügedən mənzil ilə bağlı adına Daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi ilə bağlı cavabdeh orqan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etsə də, cavabdeh orqan iddiaçı ilə 1 saylı Xüsusi Təyinatlı MKTB-nin 141 saylı MKİS arasında kirayə müqaviləsinin bağlanılması ilə bağlı Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti tərəfindən verilmiş 37/1 saylı sərəncamın xx.xx.2023-cü il tarixdə verilməsini əsas gətirərək yuxarıda qeyd olunan mənzil ilə bağlı iddiaçının mülkiyyət hüququnun Daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata almaqdan, sözügedən mənzil ilə bağlı iddiaçının adına Daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsindən imtina etmişdir (mənə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktub). Ona görə də hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. İddiaçı qeyd edir ki, cavabdeh orqanın ünvan 1-də yerləşən 510 saylı mənzil üzərində iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata almaqdan imtina etməsi qanunvericilikdə təsbit olunmuş normaların tələblərinə ziddir. Ona görə də iddiaçı hesab edir ki, bu öhdəlik cavabdehin üzərinə məhkəmə qərarı əsasında qoyulmalıdır.
3. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanan xx.xx.2023-cü il tarixli məktubda qeyd olunmuşdur ki, Bakı şəhəri, Nizami rayonu, Kamil Balakişiyev küçəsi, 25 saylı evin, 510 saylı mənzilinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə uyğun hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Qeyd olunan mənzilə dair Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin 37/1 saylı sərəncamı xx.xx.2023-cü il tarixdə verilmişdir. Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.11 -ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsasdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2015-ci il 24 fevral tarixli 1198- İVQD nömrəli Qanununun tətbiqi haqqında Azərbaycan Respublikasının Prezidentinin Fərmanının 2.1-ci bəndinə əsasən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.11-ci maddəsində “müvafiq icra hakimiyyəti orqanı” dedikdə “yerli icra hakimiyyəti orqanları” nəzərdə tutulur. “Mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən vətəndaş yaşadığı mənzili (evi) özəlləşdirmək barədə müvafiq icra hakimiyyəti orqanına verdiyi ərizəyə mənzili özəlləşdirməyə razılıqları barədə ərizəçi ilə birlikdə yaşayan həmin mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam olmuş, həmçinin müvəqqəti olaraq başqa yerə getməsi ilə əlaqədar mənzil sahəsinə (evə) hüququ saxlanılan şəxslərin ərizəsi; mənzilə (evə) hüququ olan şəxslər və mənzilin (evin) kommunal-məişət vəziyyəti barədə mənzil istismar təşkilatının arayışı (2 №-li forma); mənzil sahəsinə dair order və ya mənzil kirayə müqaviləsi, yaxud onun verilməsinə dair sərəncam əlavə edilməlidir.
4. Cavabdeh tərəfindən təqdim edilmiş iddiaya yazılı etiraza əsasən bildirilmişdir ki, İddiaçı ünvan 1-də yerləşən 510 saylı mənzilə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, sözügedən mənzil ilə bağlı onun adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair iddiası etirazla qarşılanır. İddiaçı iddia tələbində qeyd olunanlar ilə bağlı ********** daxil olma nömrəli, xx.xx.2023-cü il tarixli ərizə ilə İdarəyə müraciət etmiş və xx.xx.2023-cü il tarixli, **********15 xaricolma nömrəli məktublarla cavab verilmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, Bakı şəhəri, Nizami rayonu, Kamil Balakişiyev küçəsi, 25 saylı evin, 510 saylı mənzilinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə uyğun hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Qeyd olunan mənzilə dair Bakı Şəhər İcra Hakimiyyəti MənzilKommunal Təsərrüfatı Departamentinin 37/1 saylı sərəncamı xx.xx.2023-cü il tarixdə verilmişdir. Məlumat üçün bildiririk ki, İdarənin mütəxəssisləri tərəfindən mənzilə texniki baxış keçirilən zaman müəyyən edilmişdir ki, mənzilin faktiki sahəsi 19.5 kv.m olmaqla 5 mərtəbəli binanın 5-ci mərtəbəsində yerləşir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.11-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsasdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2015-ci il 24 fevral tarixli 1198-İVQD nömrəli Qanununun tətbiqi haqqında Azərbaycan Respublikasının Prezidentinin Fərmanının 2.1-ci bəndinə əsasən “Daşınmaz
əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.11-ci maddəsində “müvafiq icra hakimiyyəti orqanı” dedikdə “yerli icra hakimiyyəti orqanları” nəzərdə tutulur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər.
5. “Azneft” İB Sosial Xidmətlər İdarəsi tərəfindən verilmiş xx.xx.2005-cı il tarixli, 25 nömrəli Orderə əsasən Sosial Xidmətlər İdarəsi tərəfindən ünvan 2 ünvanında yerləşən mənzil (su bağlar yataqxanası) bir nəfər ailə tərkibi ilə İddiaçı ayrılmışdır.
6. Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfat Birliyi 141 saylı İstismar Sahəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 477 nömrəli Arayışda qeyd edilmişdir ki, İddiaçı K.Balakişiyev küçəsindəki 25 №-li evin 510 №-li mənzilində 5-ci mərtəbəsində 18 kv.metr sahəsi olan 1 otaqlı mənzilində yaşayır. İddiaçı – özü – xx.xx.1948 (doğulduğu il) – xx.xx.2005 (qeydiyyata alındığı tarix)
7. Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Birliyinin “Bakı şəhəri, Nizami rayonu, Kamil Balakişiyev küçəsi, 25 saylı evin 510 saylı mənzilinə İddiaçı adına kirayə müqaviləsinin bağlanması haqqında” xx.xx.2023-cü il tarixli, 37/1 nömrəli Sərəncamına əsasən Bakı şəhəri, Nizami rayonu, Kamil Balakişiyev küçəsində yerləşən 25 saylı evin yaşayış sahəsi 18,0 kv.metr olan 1 otaqlı 510 saylı mənzilinə İddiaçı adına daimi kirayə müqaviləsi bağlanmışdır və o həmin mənzilin kirayəşisi hesab olunmuşdur.
8. Cavabdeh tərəfindən məhkəməyə ünvanlanan xx.xx.2024-cü il tarixli məktuba əsasən ünvan 1 ünvanına dair müvafiq sənədlərin təsdiq edilmiş surəti və məlumatı cədvəl şəklində məhkəməyə təqdim edilmişdir:
9. ünvan 1, mənzil 401 nömrəli mənzilə münasibətdə məhkəmə müəyyən edir: - Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Sosial İnkişaf İdarəsi Mənzil Kommunal Ümumi Yaşayış Qeydiyyat Qeydiyyat Ünvan sahəsi/əsas Hüquq sahibi(ləri) sahəsi nömrəsi tarixi sahə 1 ünvan 1, mənzil 310 19.9 18.5 X19 ********** xx-xx-2014
2 ünvan 1, mənzil 307 19.7 18.5 X27 ********** xx-xx-2015
3 ünvan 1, mənzil 311 19.5 18.2 X5 ********** xx-xx-2015
4 ünvan 1, mənzil 408 19.3 18 X6 ********** xx-xx-2016
5 ünvan 1, mənzil 419 19.3 18 X20 ********** xx-xx-2016
6 ünvan 1, mənzil 227 19 17.9 X33 ********** xx-xx-2016
7 ünvan 1, mənzil 309 18.5 17.4 X28 ********** xx-xx-2017
8 ünvan 1, mənzil 406 19.3 18 X12 ********** xx-xx-2022
9 ünvan 1, mənzil 412 19.3 18 X2 ********** xx-xx-2019
10 ünvan 1, mənzil 305 19.3 18 X3 ********** xx-xx-2015
11 ünvan 1, mənzil 514 23.2 22.1 X13 ********** xx-xx-2018
12 ünvan 1, mənzil 507 19 17.7 X29 ********** xx-xx-2017
13 ünvan 1, mənzil 423 19.3 18 X19 ********** xx-xx-2014
14 ünvan 1, mənzil 417 19.1 18 X39 ********** xx-xx-2015
15 ünvan 1, mənzil 413 19.3 18 X34 ********** xx-xx-2019
16 ünvan 1, mənzil 503 19.2 18 X40 ********** xx-xx-2020
17 ünvan 1, mənzil 312 19.4 18.3 X14 ********** xx-xx-2023
18 ünvan 1, mənzil 401 19.4 18.3 X35 ********** xx-xx-2018
19 ünvan 1, mənzil 18 27.3 25.2 X30 ********** xx-xx-2020
20 ünvan 1, mənzil 501 19.4 18.3 X36 ********** xx-xx-2022
21 ünvan 1, mənzil 515 18.3 17 X21 ********** xx-xx-2018
22 ünvan 1, mənzil 415 19.4 18.3 X31 ********** xx-xx-2017
23 ünvan 1, mənzil 325 19.3 18 X41 ********** xx-xx-2022
24 ünvan 1, mənzil 18B 15.7 14.4 X30 ********** xx-xx-2020
Xidmətlər Departamenti tərəfindən verilmiş xx.xx.2008-ci il tarixli, 188 nömrəli Orderə əsasən Mənzil Kommunal Xidmətlər Departamenti tərəfindən ünvan 3 ünvanında yerləşən sahəsi 18,0 kv.m olan mənzil bir nəfər ailə tərkibi ilə X22 ayrılmışdır. - Bakı Şəhər İcra Hakimiyyəti Başçısının Aparatı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin “Bakı şəhəri, Nizami rayonu, Kamil Balakişiyev küçəsi, 25 saylı evin 401-ci mənzilinə S.L.Şəmmədlinin adına icarə müqaviləsinin bağlanması haqqında” xx.xx.2013-cü il tarixli, 48/1 nömrəli Sərəncamına əsasən Bakı şəhəri, Nizami rayonu, Kamil Balakişiyev küçəsində yerləşən 25 saylı evin yaşayış sahəsi 18,0 kv.metr olan 1 otaqlı 401 saylı mənzilinə X15 adına icarə müqaviləsi bağlanmışdır və o həmin mənzilin icarədarı hesab olunmuşdur. - Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən Çıxarışa əsasən ünvan 1, 401 saylı mənzilə dair xüsusi mülkiyyət hüququ (tam) X15 adına qeydiyyata alınmışdır.
10. ünvan 1, mənzil 309 nömrəli mənzilə münasibətdə məhkəmə müəyyən edir: - Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Sosial İnkişaf İdarəsi Mənzil Kommunal Xidmətlər Departamenti tərəfindən verilmiş xx.xx.2007-ci il tarixli, 365 nömrəli Orderə əsasən Mənzil Kommunal Xidmətlər Departamenti tərəfindən ünvan 4 ünvanında yerləşən sahəsi 18,0 kv.m olan mənzil bir nəfər ailə tərkibi ilə X16 ayrılmışdır. - Bakı Şəhər İcra Hakimiyyəti Başçısının Aparatı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin “Bakı şəhəri, Nizami rayonu, Kamil Balakişiyev küçəsi, 25 saylı evin 309 saylı mənzilinə N.B.Mirzəyevin adına kirayə müqaviləsinin bağlanması haqqında” xx.xx.2016-cı il tarixli, 76 nömrəli Sərəncamına əsasən Bakı şəhəri, Nizami rayonu, Kamil Balakişiyev küçəsində yerləşən 25 saylı evin yaşayış sahəsi 18,0 kv.metr olan 1 otaqlı 309 saylı mənzilinə X7 adına kirayə müqaviləsi bağlanmışdır və o həmin mənzilin kirayəçisi hesab olunmuşdur. - Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən Çıxarışa əsasən ünvan 1 (yataqxana), 309 saylı mənzilə dair xüsusi mülkiyyət hüququ (tam) X7 adına qeydiyyata alınmışdır.
11. ünvan 1, mənzil 408 nömrəli mənzilə münasibətdə məhkəmə müəyyən edir: - “Azneft” İB Sosial Xidmətlər İdarəsi tərəfindən verilmiş xx.xx.2003-cü il tarixli, 05 nömrəli Orderə əsasən Sosial Xidmətlər İdarəsi tərəfindən ünvan 2 ünvanında yerləşən 408 saylı mənzil (yataqxana) bir nəfər ailə tərkibi ilə X23 ayrılmışdır. - Bakı Şəhər İcra Hakimiyyəti Başçısının Aparatı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin “Bakı şəhəri, Nizami rayonu, Kamil Balakişiyev küçəsi, 25 saylı evin 408-ci mənzilinə C.R.Xəlilovun adına icarə müqaviləsinin bağlanması haqqında” xx.xx.2014-cü il tarixli, 24/2 nömrəli Sərəncamına əsasən Bakı şəhəri, Nizami rayonu, Kamil Balakişiyev küçəsində yerləşən 25 saylı evin yaşayış sahəsi 18,0 kv.metr olan 1 otaqlı 408 saylı mənzilinə 2 nəfər olmaqla (özü və otaq yoldaşı) X17 adına icarə müqaviləsi bağlanmışdır və o həmin mənzilin icarədarı hesab olunmuşdur. - Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən Çıxarışa əsasən ünvan 1, 408 saylı mənzilə dair xüsusi mülkiyyət hüququ (tam) X18 adına qeydiyyata alınmışdır.
12. ünvan 1, mənzil 307 nömrəli mənzilə münasibətdə məhkəmə müəyyən edir: - Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Sosial İnkişaf İdarəsi Mənzil Kommunal Xidmətlər Departamenti tərəfindən verilmiş xx.xx.2008-ci il tarixli, 67 nömrəli Orderə əsasən Mənzil Kommunal Xidmətlər Departamenti tərəfindən ünvan 5 ünvanında yerləşən sahəsi 18,0 kv.m olan mənzil X8 ayrılmışdır. - Bakı Şəhər İcra Hakimiyyəti Başçısının Aparatı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin “Bakı şəhəri, Nizami rayonu, Kamil Balakişiyev küçəsi, 25 saylı evin 307 saylı mənzilinə S.Ə.Şükürlünün adına kirayə müqaviləsinin bağlanması haqqında” xx.xx.2015-ci il tarixli, 07/6 nömrəli Sərəncamına əsasən Bakı şəhəri, Nizami rayonu, Kamil Balakişiyev küçəsində yerləşən 25 saylı evin yaşayış sahəsi 18,0 kv.metr olan 1 otaqlı 307 saylı mənzilinə 4 nəfər olmaqla (özü və 2 otaq yoldaşı) X4 adına kirayə müqaviləsi bağlanmışdır və o həmin mənzilin kirayəçisi hesab olunmuşdur. - Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən Çıxarışa əsasən ünvan 1, 307 saylı mənzilə dair xüsusi mülkiyyət hüququ (tam) X4 adına qeydiyyata alınmışdır. - Daşınmaz Əmlakın Alqı-Satqı Müqaviləsinə əsasən satıcı X24 mülkiyyətində olan ünvan 1, 307 saylı mənzili alıcı X9 mülkiyyətinə vermişdir. - Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən Çıxarışa əsasən ünvan 1, 307 saylı mənzilə dair xüsusi mülkiyyət hüququ (tam) X9 adına qeydiyyata alınmışdır.
13. Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfat Departamenti tərəfindən məhkəməyə ünvanlanan məktubda qeyd edilmişdir ki, Bakı şəhəri, Nizami rayonu, Kamil Balakişiyev küçəsində yerləşən 25 saylı evin 510 saylı mənzilinə dair kirayə müqaviləsinin İddiaçı adına bağlanılması barədə Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin xx.xx.2023-cü il tarixli, 37/1 saylı sərəncamının təsdiq edilmiş surəti və həmin sərəncamın verilməsinə əsas olan sənədlərin kserosurəti Sizə göndərilir. Əlavə olaraq bildirirk ki, Bakı şəhəri, Nizami rayonu, Kamil Balakişiyev küçəsində yerləşən 25 saylı binanın qəzalı hesab edilməsi barədə Fövqəladə Hallar Nazirliyi tərəfindən rəy verilməmişdir.
14. Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfat Departamenti 1 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyi tərəfindən məhkəməyə ünvanlanan xx.xx.2024-cü il tarixli məktubda qeyd edilmişdir ki, Birliyin balansında olan və Nizami rayonu ərazisində yerləşən K.Balakişiyev küçəsi 25 saylı binanın texniki vəziyyəti ilə bağlı tərəfimizdən FHN TTNDA-nə müraciət olunub, lakin həmin instansiyadan binanın qəzalı vəziyyətdə olması ilə bağlı rəy və aktı yoxdur.
15. İddiaçı məxsus əmək kitabçasının surəti iş materiallarına əlavə olunmuşdur.
16. Şifahi məhkəmə dinləmələri zamanı (məhkəmə baxış iclasında) iştirak edən iddiaçının nümayəndəsi (vəkili) iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi.
II. İddianın növü və mümkünlüyü
17. “İnzibati icraat haqqında” Qanunun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur.
18. İddianın növü öhdəliyin icrasına dair iddiadır.
19. İddia mümkündür.
III. Məhkəmənin mövqeyi
20. X45 Presedent hüququna əsasən, məhkəmə tərəfindən dəfələrlə qeyd edilmişdir ki, “mülkiyyət” ifadəsi qanunvericinin verdiyi anlayışla məhdudlaşmır, avtonom anlayışa malikdir.
21. “Əmlak”a “mövcud əmlak” və ya aktiv, o cümlədən ərizəçinin əmlak hüquqlarından istifadəni təmin etmək üçün ən azı “qanuni gözləntisi” olan iddialar ola bilər. Səmərəli şəkildə icrası mümkün olmayan əmlakı tanıtmağa ümid, eləcə də şərtin icra edilməməsi nəticəsində uzanan şərti iddia 1 saylı Protokolun 1-ci maddəsi baxımından “əmlak” hesab edilə bilməz (Lixtenşteyn kralı Hans-Adam İİ Almaniyaya qarşı; Gratzinger and Gratzingerova Çexiyaya qarşı).
22. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir” (Saghinadze və başqaları Gürcüstana qarşı 27.5.2010 tarixli qərar [İİ Bölmə] ərizə № 18768/05).
23. Məhkəmənin presedent hüququna əsasən “əsaslı mübahisə” və ya “tutarlı iddia”nın mövcudluğu P(1)-1-lə mühafizə olunan “qanuni gözlənti”ni müəyyən etmək üçün meyar deyil. Məhkəmə nəzərə alır ki, iddianın mahiyyətində əmlak marağı olduqda “aktiv” kimi o zaman qiymətləndirilə bilər ki, milli hüquqda kifayət qədər əsası olsun, məsələn, yerli məhkəmənin presedent hüququna əsasən təsdiq edilmiş olsun (Kopecky v. Slovakia, Vilho Eskelinen and others v. Finland).
24. Milli qanunvericiliyin şərhi və tətbiqi barədə mübahisə olduqda və ərizəçinin təqdimatları yerli məhkəmələr tərəfindən rədd edildikdə, “qanuni gözlənti”nin yaranmasından söz gedə bilməz (X1 qarşı, § 65; Kopecky Slovakiyaya qarşı, § 50).
25. X64 Konvensiyasının 1 saylı Protokolun 1-ci maddəsi üç fərqli qayda nəzərdə tutur: birinci qayda, birinci bəndin birinci cümləsində nəzərdə tutulmuşdur, ümumi xarakterə malikdir və mülkiyyətdən maneəsiz şəkildə istifadə prinsipini müəyyən edir; ikinci qayda, birinci bəndin ikinci cümləsində nəzərdə tutulmuşdur, mülkiyyətdən məhrum etməni və onun şərtlərini əhatə edir; üçüncü qayda, ikinci bənddə nəzərdə tutulmuşdur, Dövlətlərin, digər məsələlərlə yanaşı, mülkiyyətdən ictimai marağa uyğun şəkildə istifadə olunmasına nəzarət etmək hüququnu tanıyır. Bu qaydalar bir-birilə əlaqəlidir: ikinci və üçüncü qaydalar mülkiyyətdən maneəsiz istifadə hüququna müdaxilənin konkret nümunələri ilə bağlıdırlar və birinci qaydada nəzərdə tutulan prinsip əsasında təhlil edilməlidirlər.
26. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139-1-ci maddəsində və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8-ci maddəsinə əsasən müəyyən edilir.
27. Mülki Məcəllənin 139-1-ci maddəsinə əsasən: 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi;
28. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının qanunundan: 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi;
29. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının qanununun 5-ci maddəsinə əsasən, mənzillər (evlər), özəlləşdirilməsi üçün müraciət edilən anda mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan onun yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı ilə onlardan birinin mülkiyyətinə və ya bir neçəsinin və yaxud bütün ailə üzvlərinin ümumi (paylı, birgə) mülkiyyətinə verilə bilər.
30. Məhkəmə qeyd edir ki, Azneft” İB Sosial Xidmətlər İdarəsi tərəfindən verilmiş xx.xx.2005-cı il tarixli, 25 nömrəli Orderə əsasən Sosial Xidmətlər İdarəsi tərəfindən ünvan 2 ünvanında yerləşən mənzil (su bağlar yataqxanası) bir nəfər ailə tərkibi ilə İddiaçı ayrılmışdır. Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Birliyinin “Bakı şəhəri, Nizami rayonu, Kamil Balakişiyev küçəsi, 25 saylı evin 510 saylı mənzilinə İddiaçı adına kirayə müqaviləsinin bağlanması haqqında” xx.xx.2023-cü il tarixli, 37/1 nömrəli Sərəncamına əsasən Bakı şəhəri, Nizami rayonu, Kamil Balakişiyev küçəsində yerləşən 25 saylı evin yaşayış sahəsi 18,0 kv.metr olan 1 otaqlı 510 saylı mənzilinə İddiaçı adına daimi kirayə müqaviləsi bağlanmışdır və o həmin mənzilin kirayəçisi hesab olunmuşdur. Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfat Birliyi 141 saylı İstismar Sahəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 477 nömrəli Arayışa əsasən də müəyyən edilir ki, İddiaçı xx.xx.2005-ci il tarixdən Bakı şəhəri, Nizami rayonu, K.Balakişiyev küçəsindəki 25 №-li evin 5-ci mərtəbəsində 18 kv.metr sahəsi olan 1 otaqlı 510 №-li mənzilində mənzilində qeydiyyatda olmaqla yaşayır.
31. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, iddiaçıya münasibətdə Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Birliyinin Sərəncamı xx.xx.2023-cü il tarixdə qəbul edilmiş olsa da, həmin mənzilə dair hüquq münasibətləri 2009-cu il oktyabrın 1-dək yaranmış, iddiaçı həmin mənzildə ailə üzvləri ilə birlikdə qeydiyyata alınmaqla xx.xx.2005-ci il tarixdən etibarən yaşamışdır.
32. Belə olan təqdirdə məhkəmə hesab edir ki, həmin mənzil “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının qanununun təsir dairəsinə düşməklə faktiki olaraq iddiaçıya əvəzsiz olaraq istifadəsinə verilmişdir. Qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, iddiaçı ilə müvafiq icra arasında xx.xx.2012-ci il tarixli sərəncamı faktiki olaraq yeni Mənzil Məcəlləsi qəbul edilən tarixədək (2009-cu il oktyabrın 1-dək) yaranmış münasibətlərin sənədləşdirilməsidir. Belə ki, həmin mənzil artıq qeyd edilən tarixə qədər iddiaçının istifadəsində olduğundan dövlət tərəfindən əvəzsiz olaraq iddiaçıya verilmişdir.
33. Bakı şəhəri, Nizami rayonu, K.Balakişiyev küçəsi, ev 25 ünvanında yerləşən binanın qəzalı vəziyyətdə olub-olmamasına münasibətdə məhkəmə müəyyən edir: - Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfat Departamenti tərəfindən məhkəməyə ünvanlanan məktubda qeyd edilmişdir ki, Bakı şəhəri, Nizami rayonu, Kamil Balakişiyev küçəsində yerləşən 25 saylı evin 510 saylı mənzilinə dair kirayə müqaviləsinin İddiaçı adına bağlanılması barədə Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin xx.xx.2023-cü il tarixli, 37/1 saylı sərəncamının təsdiq edilmiş surəti və həmin sərəncamın verilməsinə əsas olan sənədlərin kserosurəti Sizə göndərilir. Əlavə olaraq bildirirk ki, Bakı şəhəri, Nizami rayonu, Kamil Balakişiyev küçəsində yerləşən 25 saylı binanın qəzalı hesab edilməsi barədə Fövqəladə Hallar Nazirliyi tərəfindən rəy verilməmişdir. - Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfat Departamenti 1 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyi tərəfindən məhkəməyə ünvanlanan xx.xx.2024-cü il tarixli məktubda qeyd edilmişdir ki, Birliyin balansında olan və Nizami rayonu ərazisində yerləşən K.Balakişiyev küçəsi 25 saylı binanın texniki vəziyyəti ilə bağlı tərəfimizdən FHN TTNDA-nə müraciət olunub, lakin həmin instansiyadan binanın qəzalı vəziyyətdə olması ilə bağlı rəy və aktı yoxdur. - Eyni zamanda binanın qəzalı vəziyyətdə olmasına dair hər hansı məlumat mövcud deyildir.
34. Digər tərəfdən məhkəmə nəzərə alır ki, analoji hüquq müəyyənedici sənədlər (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Sosial İnkişaf İdarəsi Mənzil Kommunal Xidmətlər Departamenti tərəfindən verilmiş Order və Bakı Şəhər İcra Hakimiyyəti Başçısının Aparatı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin Sərəncamı) əsasında Bakı şəhəri, Nizami rayonu, K.Balakişiyev küçəsi, ev 25 ünvanında yerləşən digər mənzillər üzərində mülkiyyət hüquqları qeydiyyata alınmış şəxslər mövcuddur. Belə ki, ünvan 1 ünvanında yerləşən mənzillərə dair mülkiyyət hüquqlarının qeydiyyata alınması üçün əsas olmuş sənədlər və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlar, eləcə də bu barədə cədvəl şəklində tərtib olunmuş məlumat cavabdeh tərəfindən məhkəməyə təqdim edilmişdir: Odur ki, iddiaçıya münasibətdə fərqli rəftar bərabərlik hüququnun pozulması ilə nəticələnə bilər və bu səbəbdən yolverilən hesab edilməməlidir.
35. Beləliklə, iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək məhkəmə hesab edir ki, iddiaçının qeyd edilən mənzilə mülkiyyət hüququnun tanınması üçün “qanuni gözləntisi” var.
36. İddiaçının hüquqlarının dövlət qeydiyyatından cavabdeh qurumun imtinası qanunun güddüyü məqsədə mütənasib olmamaqla iddiaçının üzərinə həddən artıq yük qoymuşdur.
37. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsindən: Xidmətin vəzifələri: 3.0.23. daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri, torpaq sahələrinin planını və ölçüsünü tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün kadastr planlarını hazırlamaq;
38. Odur ki, məhkəmə hesab edir ki, cavabdehin imtinası (hərəkətləri) qanuna ziddir və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir.
39. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia təmin edilsin. ünvan 1 ünvanında yerləşən 510 saylı mənzil üzərində İddiaçı mülkiyyət hüquqlarını daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alaraq adına çıxarışın və texniki pasportun verilməsi vəzifəsi cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
Hakim Günel Sevdimalıyeva