Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-617/2021 27.01.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Aytən Pənah qızı Oruczadənin sədrliyi, Məhkəmə iclas katibi Cəfərova Yasəmən Fərman qızının katibliyi, İddiaçı vəkili Vəkil, Cavabdeh Аzərbаycаn Rеspublikаsı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sоsiаl Müdаfiə Fоndunun X5 üzrə Mərkəzi Filialının nümayəndəsi və vəkili Novruzov Dünyamin Məmmədəli oğlunun iştirаkları ilə, İddiаçı İddiaçı cаvаbdеh Аzərbаycаn Rеspublikаsı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sоsiаl Müdаfiə Fоndunun X5 üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” barədə iddia tələbi üzrə inzibati işə məhkəmə binаsındа, аçıq məhkəmə iclаsındа bахаrаq, MÜƏYYƏN ETDİ: İddiaçı cаvаbdеh Аzərbаycаn Rеspublikаsı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sоsiаl Müdаfiə Fоnduna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin xx.xx.2020-ci il tarixli, **********2 saylı məktubun əsassız və qanunsuz hesab edilməsi, xx.xx.1983-cü il tarixli NT-1 ******* saylı əmək kitabçasında işlədiyi vəzifələrin üzən həyətə aid olması,1979-cu ilin yanvar ayından xx.xx.1981-ci il tarixədək Masallı rayonu, sabiq Şaumyan adına çayçılıq-südçülük sovxozunun 9 saylı briqadasında fəhlə işlədiyi müəyyən edilməsi və xx.xx.2006-cı il tarixədək ümümi iş stajı 25 ildən artıq təşkil etməsi əsas götürülməklə iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun əsl Cavabdeh ilə əvəz edilməsini xahiş etmiş və Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli 2-1(112)-2998/2020 saylı qərardadı ilə ərizə icraata qəbul edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul olunduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, əmək kitabçasında əks edilməmiş, Masallı rayonu, sabiq Şaumyan adına çayçılıq-südçülük sovxozunda işlədiyi müddətin əmək stajına hesablanmaqla ona 57 yaşı tamam olduğu vaxtdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş, iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövət Sosial Müdafiə Fondun Xüsusi Şərtlərlə təyinat idarəsinin rəisi Zəka Mirzəyevin xx.xx.2020-ci il tarixli **********2 saylı məktubu ilə cavabdeh güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair xx.xx.2019cu il tarixli ərizəyə cavab olaraq təqdim edilmiş xx.xx.1983-cü il tarixli NT-10618147 saylı əmək kitabçasında işlədiyi vəzifələrin üzən həyətə aid olub-olmaması barədə hər hansı bir məlumat qeyd edilmədiyini və xx.xx.2006-cı il tarixədək ümumi iş stajın 25 ildən az təşkil etdiyi əsas götürməklə ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina edilmişdir. Cavabdeh imtinanı əsası olaraq məktubunda AR Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 saylı qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə əmək pensiyası hüquq verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısına” istinad etmişdir. Əmək kitabçasında yalnız işçilərin işə götürülmə və işdən azad edilməsinə dair qeydlər əks etdirilir. Heç bir işçinin əmək kitabçasında işlədiyi vəzifəsinin (yəni gəmi kapitanın) üzən həyətə aid olub-olmaması barədə hər hansı bir məlumat qeyd edilmir və edilməli olması qanunvericilikdə nəzərdə tutulmamışdır. Cavabdeh bununla bağlı məlumatı əldə etmək üçün ən azından “Əmək pensiyaları haqqında” AR qanunun 9.1-ci maddəsinə müvafiq olaraq AR Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 saylı qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın 21 və 21.2 “b” yarımbəndi ilə müəyyən edilmiş qaydalara diqqət yetirməli idi. Həmin qaydalara görə onun 1983-cü ildən bu günədək ilədiyi və əmək kitabçasında öz əksini tapmış (Cənub-3, Ağdərə-8, Cənnub-22, Cənub-9, Orion-6, Qaradağ-8, A.Kərimov, Bunkerovşik-7, Raman, Lutoqa, Uluçay) gəmilərin heç bir limanı akvatoriyasında işləyən liman gəmiləri, yardımçı-xidmət gəmiləri, xidmət və şəhərətrafı və şəhərdaxili yol gəmilərinə aid olmaması müəyyən edilmir. Bununla əlaqədar cavabdehə təqdim edilmiş və hazırki iddia ərizəsinə əlavə edilmiş “xxxx “ QSC-nin Xəzər X7nın rəisi Taqət Qurbanovun xx.xx.2019-cu il tarixli 01/03/1-437- 221 saylı məktub və həmin məktuba əlavə edilmiş arxiv arayışı ilə təsdiq olunur ki, əmək kitabçasında qeyd edilmiş 1983-cü ildən bu günədək işlədiyi gəmilərin heç biri (Cənub-3, Ağdərə-8,Cənub-22, Cənub-9, Orion-6, Qaradağ-8, A.Kərimov Bunkerovşik-7, Raman, Lutoqa, Uluçay) liman akvatoriyasında işləyən liman gəmiləri, yardımçı-xidmət gəmiləri, xidmət və şəhərətrafı və şəhərdaxili yol gəmilərinə aid deyildir. AR Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 saylı qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın 21 və 21.2 “b” yarımbəndi ilə müəyyən edilmiş qaydaların pozulması ilə verilmiş imtina məktubu əsassız və qanunsuz hesab edilməlidir. Cavabdehin digər əsası kimi istinad etdiyi əmək kitabçasına görə xx.xx.2006-cı il tarixədək ümumi iş stajının 25 ildən az təşkil etdiyi göstərmişdir. Bu əsas həqiqətə uyğun deyildir. Belə ki, əmək kitabçasında əks edilmiş əmək stajın 1983-cü ildən öz əksini tapmış olsa da, lakin onun iş stajı 1979-cu ilin yanvar ayından başlaması cavabdehə təqdim etdiyi Masallı rayon Dövlət Arxivinin xx.xx.2019-cu il tarixli, M-532 saylı məktubu və həmin məktuba əlavə edilmiş arxiv arayışı ilə təsdiq olunur. Həmin sənədlərlə məlum olunur ki, o 1979-cu ilin yanvar ayından 445 saylı əmrlə Masallı rayonu, Şaumyan adına çayçılıq-südçülük sovxozunun 9 saylı briqadasında fəhlə işləmiş və xx.xx.1979-cu ildə 787 saylı əmrlə işdən azad edilmiş, daha sonra isə xx.xx.1980-ci il tarixdən 494-3 saylı əmrlə sovxozun 9 saylı briqadasında fəhlə kimi işə qəbul edilmiş və xx.xx.1981-ci ildə 349 saylı əmrlə hərbi xidmətə çağırılmağı ilə əlaqədar işdən azad edilmişdir. 1981-ci ilin aprel ayından 1983-cü ilin aprel ayınadək isə müddətli hərbi xidmətdə qulluq etmişdir. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsi xahiş edilmişdir. İş üzrə şifahi məhkəmə baxış iclası xx.xx.2021-ci il tarixə təyin olunmuşdur. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sоsiаl Müdаfiə Fоndunun X5 üzrə Mərkəzi Filialının nümayəndəsi və vəkili Novruzov Dünyamin Məmmədəli oğlu təmsil etdiyi qurumun imtinasının əsaslı olduğunu bildirdi və mübahisənin ədalətli həll olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iş materiallarını tam, obyektiv və hərtərəfli araşdıraraq, tərəflərin izahatlarını dinləyərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarına əlavə edilmiş: -0******* saylı şəxsiyyət vəsiqəsinə əsasən, İddiaçı oğlu Azərbaycan Respublikasının vətəndaşıdır, xx.xx.1962-ci il təvəllüdlüdür, ünvan 1 ünvanında qeydiyyatdadır. -iddiaçının əmək kitabçasının surətindən görünür ki, iddiaçı: -xx xxx 1981-ci ildən xx xxx 1983-ci ilədək hərbi xidmətdə olmuş, xx.xx.1983-cü ildə S.Bağırov gəmisinə 2-ci dərəcəli matros peşəsinə qəbul edilmiş, xx.xx.1984-cü ildə “SLV- 363” gəmisinə 1-ci dərəcəli matros peşəsinə keçirilmiş, xx.xx.1993-cü ildə “Cənub-3” gəmisinə kapitanın baş köməkçisi təyin edilmiş, xx.xx.1994-cü ildə Ağdara 8 gəmisinə, xx.xx.1996-cı ildə “Cənub-22” gəmisinə kapitanın böyük köməkçisi, xx.xx.1998-ci ildə “Cənub-9” gəmisinə kapitan, xx.xx.1999-cu ildə m/k-1014 gəmisinə kapitan, xx.xx.2000-cı ildə Orion 6 gəmisinə kapitan keçirilmiş, xx.xx.2004-cü ƏM-nin 69 maddəsinin 3-cü bəndi ilə işdən azad edilmiş, xx.xx.2004-cü ildə BUE Kaspian Şirkətinin gəmilərində kapitanın 2ci köməkçisi vəzifəsinə təyin edilmiş, xx.xx.2008-ci ildə işdən azad edilmiş, 2.07.2008-ci ildə BUE kaspian şirkətinin gəmilərində kapitanın baş köməkçisi vəzifəsinə təyin edilmiş, xx.xx.2010-cu ildə işdən azad edilmiş, xx.xx.2010-cu ildə “Qaradağ” gəmisinə kapitan təyin edilmiş, xx.xx.2010-cu ildə işdən azad edilmiş, xx.xx.1010-cu ildə Caspian Marine Services LTD şirkətinə Qobustan şərnişin gəmisinə gəmi kapitanı rütbəsinə qəbul edilmiş, xx.xx.2010-cu ildə əmək müqaviləsinə xitam verilmiş, xx.xx.2011-ci ildə Caspian Marine Services Limited” şirkətində “Qobustan” sərnişin gəmisinə gəmi kapitanı rütbəsinə qəbul edilmiş, xx.xx.2011-ci ildə əmək müqaviləsinə xitam verilmiş, xx.xx.2011-ci ildə “A.Kərimov” gəmisinə kapitanın böyük köməkçisi vəzifəsinə, xx.xx.2011-ci ildə “Bunkerovşik-7” gəmisinə kapitan, xx.xx.2012-ci ildə “Taman” gəmisinə kapitan vəzifəsinə keçirilmiş, xx.xx.2012-ci ildə əmək müqaviləsinə xitam verilmiş, xx.xx.2012-ci il tarixdə “Taman” gəmisinə kapitan vəzifəsinə xx.xx.2012-ci ildə Lütoqa gəmisinə 1-ci dərəcəli matros peşəsinə, xx.xx.2013-cü ildə “Ulluçay” gəmisinə kapitanın böyük köməkçisi vəzifəsinə keçirilmiş, xx.xx.2014-cü ildə əmək müqaviləsinə xitam verilmişdir.xx.xx.2019-cu ildə “xxxx” MMC-də “Maru” gəmisinin kapitanı vəzifəsinə işə qəbul edilmişdir. -НЗ№ ******* nömrəli hərbi biletin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, iddiaçı Masallı rayon hərbi komissarlığı nəzdindəki çağırış komissiyası tərəfindən hərbi xidmətə yararlı sayılaraq sıravi qismində həqiqi hərbi xidmətə çağırılmış, xx xxx 1981-ci il tarixdə hərbi xidmətə daxil olmuş və xx xxx 1983-cü il tarixdə həmin hərbi hissədən tərxis olunmuşdur. -“xxxx” QSC Xəzər X7nın EN 01/02-706, xx.xx.2019-cu il tarixli arxiv arayışından görünür ki, xx.xx.1962-cı il təvəllüdlü İddiaçı o həqiqətən hərbi xidmətini bitirdikdən sonra xx.xx.1983-cü ildə Cənub rayon X7 t/x “S.Bağırov gəmisinə 2-ci dərəcəli matros peşəsinə (xx.xx.1983-cü il tarixli 164-k nömrəli əmr) işə qəbul edilmişdir. Hərbi xidmət müddəti: xx.xx.1981-xx.xx.1983-cü il h/b HZ №4404930. xx.xx.1984-cü ildə t/x “SLV-363” gəmisinə 1-ci dərəcəli matros peşəsinə (xx.xx.1984-cü il tarixli 201-k nömrəli əmr) keçirilmişdir. xx.xx.1993-cü ildə Bakı Dənizçilik məktəbini bitirdikdən sonra “Cənub-3” gəmisinə kapitanın böyük köməkçisi vəzifəsinə təyin edilmişdir. xx.xx.1994-cü ildə “Ağdərə-8” gəmisinə kapitanın böyük köməkçisi vəzifəsinə, xx.xx.1996-cı ildə b/k “Cənub-22” gəmisinə kapitanın böyük köməkçisi, xx.xx.1998-ci ildə b/k “Cənub-9” gəmisinə kapitan, xx.xx.2000-cı ildə “Orion-6” gəmisinə kapitan vəzifəsinə keçirilmişdir. xx.xx.2004-cü ildə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü bəndinə əsasən işdən azad edilmişdir.xx.xx.2010-cu ildə “Qaradağ-8” gəmisinə kapitan vəzifəsinə işə qəbul edilmişdir. xx.xx.2010-cu ildə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü bəndinə əsasən (öz xahişi ilə) işdən azad edilmişdir.xx.xx.2011-ci ildə “A.Kərimov” gəmisinə kapitanın böyük köməkçisi vəzifəsinə işə qəbul edilmişdir. xx.xx.2011-ci ildə “Bunkerovşik-7” gəmisinə kapitan, xx.xx.2012-ci ildə “Taman” gəmisinə kapitan vəzifəsinə keçirilmişdir. xx.xx.2012-ci ildə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü bəndinə əsasən əmək müqaviləsinə xitam verilmişdir. xx.xx.2012-ci ildə t/x “Taman” gəmisinə kapitan vəzifəsinə işə qəbul edilmişdir. xx.xx.2012cı ildə t/x "Lütoqa" gəmisinə 1-ci dərəcəli matros peşəsinə, xx.xx.2013-cü ildə “Uluçay” gəmisinə kapitanın böyük köməkçisi vəzifəsinə keçirilmişdir. xx.xx.2014-cü ildə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü bəndinə əsasən əmək müqaviləsinə xitam verilmişdir. Yuxarıda adı çəkilən gəmilər daim liman akvatoriyasında işləyən liman gəmiləri, yardımçı-xidmət gəmiləri, xidmət, şəhərətrafı və şəhərdaxili yol gəmilərinə aid deyildir. Bu peşələr “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə müvafiq olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 №-li qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələri və göstəricilərin siyahısı”nın 21-ci bəndinin 21.2 “B” yarımbəndi ilə müəyyən edilmiş qaydalara əsasən əmək şəraitinə görə güzəştli şərtlərlə əmək pensiyası hüququ verilir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli 539 nömrəli Fərmanına əsasən “Xəzərdənizneftdonanma” idarəsi xx.xx.2007-ci ildən Xəzər X7 adlandırılmışdır. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2013-cü il tarixli 6 nömrəli və xx.xx.2014-cü il tarixli 213 nömrəli Sərəncamlarına əsasən Azərbaycan Dövlət X4 və Xəzər X7nın yenidən təşkil yolu ilə “xxxx” QSC yaradılmışdır. -Azərbaycan Respublikasının Milli X6 rayon İcra Hakimiyyəti Masallı rayon Dövlət Arxivinin xx xxxxxxx 2019-cu il tarixli 532 nömrəli arxiv arayışından görünür ki, İddiaçı xx.xx.1979-cu il tarixli 445 saylı əmrlə, sabiq Şaumyan adına çayçılıq-südçülük sovxozunun 9 saylı briqadasına, mövsümü olaraq, fəhlə qəbul edilmiş, xx.xx.1979-cu il tarixli 727 saylı əmrlə işdən azad edilmişdir. xx.xx.1980-ci il tarixli 494-3 saylı əmrlə sovxozun 9 saylı briqadasına fəhlə qəbul edilmiş, xx.xx.1981-ci il tarixli 349 saylı əmrlə hərbi xidmətə çağırılması ilə əlaqədar işdən azad edilmişdir. Məhkəmə sorğusu əsasında “xxxx” QSC Xəzər X7 tərəfindən 12 noyabr 2020-ci il tarixli EN 01/02-366 saylı arayışında qeyd edilmişdir ki, “SLV-363”, “Cənub-3”, “Ağdərə-8”, “Cənub-9”, “Orion-6”, “Cənub-5”, “Ağdərə-1”- Xəzər X7nın gəmilərinə aiddir və bu gəmilər kiçik qrup insanların, yüklərin daşınması, gəmilərin dizel yanacağı ilə təchiz edilməsi və gəmilərin yedəklənməsi üçün nəzərdə tutulmuşdur. Bu gəmilərin işi-donanmaya həvalə edilmiş istehsalat tapşırıqlarını və planı yerinə yetirməkdən ibarətdir. Onlar üzən heyət olaraq daim liman akvatoriyasında işləyən liman gəmiləri, yardımçı-xidmət gəmiləri, xidmət, şəhərətrafı və şəhərdaxili yol gəmiləri hesab edirmirlər. “Ağdərə-1” və “Ağdərə-8” gəmiləri kiçik qrup insanların, kiçik həcmli yüklərin daşınması və həmçinin kiçik gəmilərin yedəklənməsi üçün nəzərdə tutulmuşdur. “Orion-6” gəmisi adamların və yüklərin daşınması üçün nəzərdə tutulmuşdur. “Cənub-3”, “Cənub-9”, “Cənub-22” yedək gəmiləri özü hərəkət etməyən üzən vasitələrin yedəklənməsi, müxtəlif təyinatlıq kiçik həcmli yüklərin daşınması üçün nəzərdə tutulmuşdur. “SLV-363” gəmiləri dizel yanacağı ilə təchiz edir. -Məhkəmə sorğusu əsasında Masallı Rayon Dövlət Arxivindən tələb edilmiş xx.xx.2019-cu il tarixli 532 saylı arxiv arayışının verilməsinə əsas olan sənədlər- sabiq Şaumyan adına sovxozun əmr və əmək haqqı hesablaşma kitablarının surəti təqdim edilmiş, həmin sənədlərdən də görünür ki, İddiaçı işlədiyi müddətlərdə-1979-cu ilin iyun, iyul, avqust, 1980-cı ilin iyun, iyul, avqust, sentyabr, oktyabr, noyabr, dekabr və 1981-ci ilin yanvar, fevral, mart, aprel aylarında, ümumilikdə 1 il 2 ay əmək haqqı almışdır. -Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu X5 İdarəsinin xx xxxxxx 2020-ci il tarixli, **********2 saylı məktubunun surətindən görünür ki, iddiaçının müraciətinə cavab olaraq bildirilmişdir ki, idarəyə təqdim olunmuş xx xxxxxx 1983-cü il tarixli İT-İ ******* nömrəli əmək kitabçasında işlədiyi vəzifələrin üzən həyətə aid-olub-olmaması barədə hər hansı məlumat qeyd edilməmişdir. Bundan başqa onun xx xxxxxx 2006-cı il tarixinədək ümumi iş stajı 25 ildən az təşkil etmişdir. Qeyd olunanları nəzərə alaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. Beləliklə, Məhkəmə iş materiallarından müəyyən etdi ki, iddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır, təvəllüdü xx.xx.1962-cı ildir, iddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsini xahiş etmiş, lakin ona imtina verilərək bildirilmişdir ki, işlədiyi sahələr üzən heyətə aid olmadığından və ümumilikdə 2006-cı ilədək ümumi iş stajı 25 il təşkil etmədiyindən müraciətindən imtina olunmuşdur. Məhkəmə vurğulamağı zəruri hesab edir ki, vətəndaşa, yəni hazırki iddiaçıya ümumiyyətlə, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün hərbi və işlədiyi illər daxil olmaqla, pensiya təyin olunmasına əsas verən iş stajının nə qədər təşkil etdiyi və iddiaçının xüsusi sahələrdə işlədiyi illər müəyyən edilməlidir. “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsində qeyd edilir ki, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun xx xxxxxx 1999-cu il tarixinə olan redaksiyasına görə 13-cü maddəsində müəyyən olunmuşdur ki, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər – istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər – 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa. «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə» Azərbaycan Respublikasının xx xxxx 1997-ci il tarixli Qanunun 1-ci bəndinə əsasən, bu Qanunun 13-cü maddədə nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılır. Qanunvericiliyin sözügedən müddəalarının tətbiqi ilə bağlı olaraq Məhkəmə qeyd edir ki, sözügedən normaların tələblərindən göründüyü kimi, iddiaçıya 57 yaşından güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunması üçün onun xx.xx.2006-cı il tarixədək 25 ildən çox ümumi iş stajı olmalı və bundan 12 il 6 aydan çoxunu Nazirlər Kabinetinin xx xxxx 1993-cü il tarixli 320 saylı Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin 2 №-li Siyahısında nəzərdə tutulan peşə və ya vəzifədə işləməlidir. “Əmək pensiyaları haqqında” Qanunun 23.2-ci maddəsinə görə 1992-ci ilin yanvarın 1- dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan ümumi qaydada sığorta stajına daxil edilir. Məhkəmə ilk öncə qeyd etmək istəyir ki, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilərkən, onun hərbi xidmət illəri də sosial sığorta stajına da daxil edilməlidir. Belə ki, iddiaçının hərbi xidmət keçərkən qüvvədə olan Dövlət pensiyalarının təyini və ödənilməsi” Qaydalarının 109-cu bəndinə əsasən keçmiş SSRİ Silahlı Qüvvələrində hərbi xidmət iş stajına aid edilməlidir. «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikasının Qanunun 67- ci maddəsinin v) bəndinə əsasən də hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti iş stajına daxil edilir. Qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 23.2- ci maddəsinə əsasən də 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı ümumi qaydada sığorta stajına daxil edilir. İddiaçı tərəfindən təqdim olunmuş hərbi biletindən görünür ki, iddiaçı xx xxx 1981ci il tarixdən xx xxx 1983-cü il tarixədək hərbi xidmətdən keçmişdir. 2 il 24 gün təşkil edən xidmət illəri, iddiaçının sosial sığorta stajına əlavə edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə «Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı» təsdiq edilmişdir. İstinad edilən siyahıda hər bir istehsalat, işlər, peşələr və vəzifələr müvafiq qaydada bölmələr və kodlar üzrə təsnifatlaşdırılmışdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 87-ci maddəsinə görə işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında – işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. İşəgötürən 5 gündən artıq işləyən bütün işçilərin əmək kitabçasında onların işə qəbul edilməsi, başqa daimi işə keçirilməsi, əmək müqaviləsinə xitam verilməsi barədə müvafiq qeydləri yazmalıdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 17 nömrəli xx xxxxxx 2017-ci il tarixli qərarı ilə təsdiq edilmiş “«Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsassən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.1-ci bəndinə əsasən sığortaolunanların qazanmış olduqları pensiya hüququqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı əhatə etdiyi dövr üzrə 2 hissəyə -Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı və Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı dövrlərinə bölünür. Həmin Qaydaların 3.2-ci bəndinə görə 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmişməlumatlaraəsasən müəyyən edilir: əmək kitabçası, əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı, mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işləyən şəxsi işəgötürənin arayışı, hərbi qulluqçuların, xüsusi rütbəli şəxslərin, prokurorluq və ədliyyə orqanları işçilərinin xidmət müddətinə dair məlumat vərəqi, qrup əlilə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa, habelə ahıl şəxslərə qulluq edilməsi müddətini təsdiq edən akt, sosial sığorta stajına güzəştlə daxil edilən dövrləri təsdiq edən sənədlər. Göründüyü kimi, mövcud "Qaydalar" "Əmək pensiyası haqqında” Qanun qüvvəyə minən günədək sığortaolunanların iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Lakin, dəqiqləşdirici arayışa o halda ehtiyac yaranır ki, xalq təsərrüfatının ayrı-ayrı sahələri üzrə imtiyazlı pensiya və ya xidmət illərinə görə pensiya hüququnu müəyyən etmək üçün lazım olan faktlar barədə tam məlumat əmək kitabçasında olmasın. Beləliklə, mövcud "Qaydalar" "Əmək pensiyası haqqında” Qanun qüvvəyə minən günədək sığortaolunanların iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Bundan əlavə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 1992-cı il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1 -ci bəndinə əsasən əmək stajı iş. xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3cü bəndinə əsasən ış stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə üzvlərin üzvlük kitabçaları nəzərə alınır. Azərbaycan Respublikası Prezidentinin xx xxxx 2016-cı il tarixli 976 saylı Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu haqqında» Əsasnamənin 1.1-ci bəndinə görə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu məcburi dövlət sosial sığortası, əhalinin əmək pensiyaları, sosial müavinətlər, təqaüdlər, kompensasiyalar və sosial yardımlarla təmin edilməsi, ahılların, əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların sosial reabilitasiyası, çətin həyat şəraitində olan şəxslərə sosial xidmət sahəsində tədbirləri həyata keçirən icra hakimiyyəti orqanıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə «Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı»nda nəqliyyat bölməsində dəniz və çay donanması bəndində 23003010 kod altında üzən heyət- Dəniz, çay donanmasının və balıqçılıq sənayesi donanmasının gəmi heyəti (daim liman akvatoriyasında işləyən liman gəmiçiləri, yardımçı-xidmət gəmiləri, xidmət, şəhərətrafı və şəhərdaxili yol gəmiləri istisna olunmaqla)” güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən peşə iş kimi nəzərə alınmışdır. İşin hallarından da görünür ki, cavabdehin mübahisələndirdiyi məsələyə “xxxx” QSC tərəfindən xx xxxxxx 2020-ci il tarixdə verilmiş arayışında aydınlıq gətirilərək müəyyən olunmuşdur ki, iddiaçının xx.xx.1983-xx.xx.2004-cü il tarixinə kimi işlədiyi (20 il 5 ay 6 gün) sahələr güzəştli sahəyə- üzən heyətə aiddir. Həmçinin, iddiaçının sovxozda işlədiyi və əmək haqqı aldığı 1 il 2 ay, hərbi xidmət dövrü 2 il 24 gün və peşəsi üzrə işlədiyi müddət nəzərə alınmaqla xx.xx.2006-cı ilədək pensiya təyininə imkan verən ümumi stajı 25 ildən (25 il 07 ay 12 gün) çoxdur. Məhkəmə qeyd edir ki, müvafiq dövr üzrə iş stajı arxiv arayışında, həmçinin, İddiaçı məxsus əmək kitabçasında əksini tapmışdır və həmin əmək kitabçasında göstərilən müvafiq qeydlər onların həqiqətə uyğun olmadığı cavabdeh inzibati orqan Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sоsiаl Müdаfiə Fоndunun X5 üzrə Mərkəzi Filialı tərəfindən sübuta yetirilmədiyindən, mötəbər hesab olunur. Nəzərə alınmalıdır ki, inzibati icraatda ərizəçinin (yəni iddiaçının) üzərinə əmək kitabçasındakı qeydlərdə əks olunan məlumatların həqiqiliyinin sübut olunması vəzifəsi qoyula bilməz. Bu, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinin tələblərinə zidd sayılır. Bundan başqa nəzərə alınmalıdır ki, əmək qanunvericiliyinin yuxarıda sadalanan normaları mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq bütün qurumlarda işləmiş sığortaolunanlara əmək pensiyası hesablanarkən onun işlədiyi və əmək kitabçasında öz əksini tapmış hər hansı işin müddətini də nəzərdə tutur. Beləliklə, iddiaçıya pensiya hüququ yarandığı xx.xx.2019-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməlidir. Məhkəmə araşdırması ilə sübut olunmuşdur ki, ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi iddiaçının ona pensiya təyin olunması ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu isə iş materialları ilə təsdiq olunmur (İPM- 14.3). Bu səbəbdən cavabdehin imtinası qanuna zidd olmuş və iddiaçının hüquqlarını pozmuşdur (İPM-73.1), imtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır («inzibati icraat haqqında» AR Qanunu, 17-ci maddə) Əsas sosial-iqtisadi hüquqlardan biri olan sosial təminat hüququ Konstitusiyanın 38ci maddəsində təsbit olunmuşdur Həmin maddənin İ hissəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Bu hüquq həmçinin insan hüquqları üzrə bir sıra beynəlxalq-hüquqi sənədlərdə də öz əksini tapmışdır. Belə ki, “İnsan hüquqları haqqında” Ümumi Bəyannamənin 22-ci maddəsinə uyğun olaraq, hər bir insanın cəmiyyətin bir üzvü kimi, sosial təminat, milli səylər və beynəlxalq əməkdaşlıq əsasında, hər bir ölkənin strukturuna və ehtiyatlarına müvafiq olaraq, ləyaqətinin qorunması, şəxsiyyətinin azad inkişafı üçün zəruri olan iqtisadi, sosial və mədəni hüquqlarını həyata keçirmək hüququ vardır. “İqtisadi, sosial və mədəni hüquqlar haqqında” Beynəlxalq Paktın 9-cu maddəsində nəzərdə tutulmuşdur ki, hər bir şəxsin sosial təminat hüququ var. Konstitusiyada əksini tapan sosial təminat hüququ Əsas Qanunun 38-ci maddəsinin İİİ hissəsinə müvafiq olaraq qanunla müəyyən edilmiş hallarda və hədlərdə pensiya almaq hüququnu da ehtiva edir. Pensiya hüququ sosial təminatın tərkib hissəsi və onun qanunla müəyyən olunmuş ən mühüm formasıdır. Hər kəsin pensiya hüququ sosial təminat hüququnun subyektiv hüquq növü kimi çıxış edir Azərbaycan Respublikasının Konstitusiyasının 71-ci maddəsinin 2-ci hissəsinə əsasən, insan və vətəndaş hüquqlarının və azadlıqlarının, o cümlədən sosial təminat hüququnun həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Azərbaycan Respublikasının İPM-nin 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Göstərilənlərə əsasən, Məhkəmə iş üzrə sübutlara məcmu qaydada qiymət verərək, qanunvericilik normalarını rəhbər tutaraq hesab edir ki, İddiaçı iddiası təmin edilməli, iddiaçıya pensiya hüququ yarandığı xx.xx.2019-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sоsiаl Müdаfiə Fоndunun X5 üzrə Mərkəzi Filialına həvalə edilməlidir. Azərbaycan Respublikasının İPM-nin 110-1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə, işdə iştirak edən şəxslərə aid edilir. Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2-ci, 34-cü, 52-ci, 68ci, 69-cu, 85-ci və 110-cu maddələrini rəhbər tutaraq, Məhkəmə QƏRARA ALDİ: İddiaçı iddiası təmin edilsin. İddiaçı pensiya hüququ yarandığı xx.xx.2019-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sоsiаl Müdаfiə Fоndunun X5 üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə
Məhkəmə qərarları › İş №2-1(112)-617/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-617/2021
27.01.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver