Məhkəmə qərarları › İş №2-1(112)-6172/2023

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-6172/2023

18.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-6172/2023 18.05.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, iddiaçı "xxxx" mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinin nümayəndəsi və vəkili Vəkil, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi X7, üçüncü şəxs X2 nümayəndəsi X4 iştirakları ilə, iddiaçı "xxxx" mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı X5 üçüncü şəxs qismində göstərilməklə “çıxarışın və texniki pasportun ləğv edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti (bundan sonra mətndə "xxxx" MMC) cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra mətndə DƏDKR 1 saylı Bakı Ərazi İdarəsi) qarşı X5 üçüncü şəxs qismində göstərilməklə çıxarışın və texniki pasportun ləğv edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi və s. tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh DƏDKR 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsi, 2942-ci məhəllə, ev 53 ünvanındakı adıçəkilən çoxmənzilli yaşayış binasında yerləşdiyi girişi, mərtəbəsi və zirzəmi hissəsi göstərilməyən 342,60 kv. m-lik qeyri-yaşayış sahəsi üzrə üçüncü şəxs X2 adına xüsusi mülkiyyət hüququ barədə aparılmış qeydiyyatın ləğv edilməsi, eləcə də həmin qeyriyaşayış sahəsi üzrə cavabdeh tərəfindən X2 adına verilmiş ********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın və bununla bağlı xx.xx.2022-ci il tarixli Texniki pasportun ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh DƏDKR 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən üçüncü şəxs X2 adına verilmiş ********** qeydiyyat nömrəli, xx.xx.2022ci il qeydiyyat tarixli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa əsasən Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsi, 2942-ci məhəllə, ev 53 ünvanında yerləşən 342,60 kv.m-lik dəqiq ünvanı göstərilməyən qeyriyaşayış sahəsi üzrə İ.H.Hüseynəliyevin adına xüsusi mülkiyyət hüququ barədə qeydiyyat aparılmışdır. Lakin həmin ünvan 4 girişli (10 mərtəbə qeyri-yaşayış sahəsi) yüksək mərtəbəli çoxmənzilli yaşayış binasının ünvanıdır. Qeyd olunan Çıxarışda həmin qeyriyaşayış sahəsinin hansı girişdə (blokda) və hansı mərtəbədə yerləşdiyi göstərilmir. Belə ki, Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsi, 2942-ci məhəllə, ev 53 ünvanında yerləşən adıçəkilən yüksək mərtəbəli çoxmənzilli yaşayış binasının 4 girişi (bloku) var. Qeyri-yaşayış sahəsi üzrə X2 adına verilmiş xx.xx.2022-ci il tarixli Texniki Pasportdan aydın olur ki, sözügedən qeyri-yaşayış sahəsi çoxmənzilli yaşayış binasının zirzəmisində yerləşir, ancaq aydın olmur ki, hansı girişin hansı zirzəmisi hissəsində yerləşir. Əslində isə qanunvericiliyin tələblərinə əsasən adıçəkilən çoxmənzilli yaşayış binasında Texniki Pasportda nəzərdə tutulan zirzəmi sahəsi də daxil olmaqla bütün zirzəmilər binanın ümumi əmlakına aiddir. Həmin zirzəmilərdə çoxmənzilli yaşayış binasına ümumi xidmət edən kommunikasiya xətləri (su, kanalizasiya, elektrik, qaz) yerləşir. Beləliklə, qeyd olunan zirzəminin 342,60 kv.m-lik hissəsinin bir şəxsin xüsusi mülkiyyətinə verilməsi mənzil mülkiyətçilərinin qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarını pozur və bu da öz növbəsində Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 35, 43, 119 və 123-cü maddələrinin tələblərinin kobud surətdə pozulması deməkdir. "xxxx" MMMC-nin Nizamnaməsi xx.xx.2020-ci il və U1.06.2021 -ci il tarixli ümumi yığıncağın Qərarları ilə təsdiq edilmiş, 25 iyun 2021-ci il tarixli, №1121-MM8-0211 sayla AR ƏN-də qeydiyyata alınmış, həmin tarixdən adıçəkilən çoxmənzilli yaşayış binasının idarəçiliyi "xxxx" MMMCyə keçmişdir. Yanğın təhlükəsizliyi haqqında Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinə əsasən yanğın təhlükəsizliyi tələblərinə riayət etmək, yanğın təhlükəsizliyinin təmin edilməsi tədbirlərini işləyib hazırlamaq və həyata keçirmək müəssisələrin vəzifələrinə aid edilmişdir. Həmçinin, sözügedən Qanunun 7-ci maddəsinə əsasən öz mülkiyyətində (istifadəsində) olan binalarda və tikililərdə yanğın təhlükəsizliyi normalarına, standartlarına və qaydalarına ciddi riayət edilməsi vətəndaşların vəzifələrindəndir. Yuxarıda qeyd olunanlar İqtisadiyyat Nazirliyinin siyahı üzrə mənzil mülkiyətçilərinin müştərək cəmiyyətlərinə, o cümlədən "xxxx" MMMC-yə ünvanladığı 19 aprel 2022-ci il tarixli məktubunda da öz əksini tapır. Göründüyü kimi, adıçəkilən mənzil mülkiyyətçilərinin AR Konstitusiyasında, Mənzil Məcəlləsində və “Yanğın təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası Qanununda nəzərdə tutulan hüquqları birbaşa pozulmuşdur. Cavabdeh tərəfindən Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsi, 2942-ci məhəllə, ev 53 ünvanındakı adıçəkilən çoxmənzilli yaşayış binasının hansı girişinin hansı zirzəmi hissəsində yerləşdiyi göstərilməyən 342,60 kv.m-lik qeyri-yaşayış sahəsi üzrə üçüncü şəxs X2 adına xüsusi mülkiyyət hüququ barədə aparılmış qeydiyyatın ləğv edilməsi, eləcə də həmin qeyri-yaşayış sahəsi üzrə DƏDKR 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən X2 adına verilmiş ********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il qeydiyyat tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış və bununla bağlı xx.xx.2022-ci il tarixli Texniki Pasportun ləğv edilməsi barədə xx.xx.2022- ci il tarixli ərizə ilə cavabdehə müraciət edilmişdir. Lakin cavabdeh xx.xx.2023-cü il tarixli cavab məktubu ilə iddiaçının xx.xx.2022-ci il tarixli ərizədə göstərilən tələblərini yerinə yetirməkdən imtina etmiş, məhkəməyə müraciət olunmasını bildirmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin (bundan sonra İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra, X5 inzibati məhkəmə icraatına zəruri cəlb etmə qaydasında üçüncü şəxs qismində cəlb olunmuş, İPM-in 47-ci maddəsinə uyğun olaraq, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdeh inzibati orqana və üçüncü şəxsə təqdim edilmiş və cavabdehdən və üçüncü şəxsdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh DƏDKR 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixdə məhkəməyə ünvanlanmış iddia ərizəsinə dair yazılı etirazda göstərilmişdir ki, iddiaçı müvafiq tələblə xx.xx.2022-ci il tarixdə 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmiş, bununla bağlı iddiaçıya xx.xx.2023-cü il tarixli **********39 nömrəli məktub ünvanlanmışdır. İddia tələbində qeyd olunan **********84-05301-083005 reyestr nömrəli ünvan 3 ünvanında yerləşən qeyri-yaşayış sahəsi "xxxx" MTK üzvlərinin ümumi iclasının 91 saylı protokolundan çıxarışı və xx.xx.2022-ci il tarixli maliyyə arayışı əsasında X2 adına ilkin qeydiyyatdan keçmişdir. Müvafiq inzibati orqan mülki hüquqi münasibəti, yəni mülki-hüquqi hərəkətin nəticəsini təsdiq edir. Bu isə DƏDRX-də qeydiyyata alınan daşınmaz əmlakın mülkiyyətçisinin mülkiyyət hüququ və digər məhdud əşya hüququnun prezumpsiyasını yaradır. Beləliklə, daşınmaz əmlakın icarəsi nəticəsində daşınmaz əmlakın dövlət reyestrində aparılan qeydiyyat inzibati orqanın fəaliyyətinin ümumi (publik) hüquqa aid olan hərəkəti hesab edilsə də, təbiətinə görə daha çox mülki xarakterli münasibətlərin nəticəsi kimi ifadə olunur. Üçüncü şəxsin iddiaya dair yazılı mülahizəsi məhkəməyə təqdim olunmamışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı "xxxx" MMC-nin nümayəndəsi və vəkili Vəkil iddiaya uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunması barədə qərar çıxarılmasını xahiş etdi. Cavabdeh DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi X10 iddianı qəbul etməyərək, yazılı etiraza uyğun izahat verərək məhkəmədən iddianın mümkün sayılmamasını xahiş etdi. Üçüncü şəxs X2 nümayəndəsi X8 iddianı qəbul etməyərək, mübahisəli daşınmaz əmlakın qanuni əsaslarla əldə etdiklərini bildirərək, məhkəmədən iddianın təmin olunmamasını xahiş etdi. İPM-nin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli, 10 aprel 2015-ci il tarixli, Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib - edilmədiyini yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar (8.6-cı bənd); Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır (9-cu bənd)”. Müvafıq Plenum qərarındakı hüquqi mövqelərə görə işə baxan məhkəmələr icraatın bütün mərhələlərində iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcud olubolmadığını yoxlamalıdırlar. Məhkəmə iddia ərizəsini və iş materiallarında olan digər sənədləri nəzərdən keçirərək və işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, hesab edir ki, iddia mümkün sayılmamalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan: Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən verilmiş Qeyri-Kommersiya Hüquqi şəxslərin Dövlət qeydiyyatı haqında 1121-MM8-0211 №-li qeydiyyat şəhadətnaməsinin surətindən müəyyən olunur ki, "xxxx" MMMC 25 iyun 2021-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır. 25 iyun 2021-ci il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən təsdiq olunmuş "xxxx" MMMC-yə məxsus 1121-MM8-0211 qeydiyyat nömrəli nizamnamənin surətindən müəyyən olunur ki, "xxxx" MMMC müstəqil təsərrüfat subyekti olmaqla ünvan 4 ünvanında yerləşən yaşayış binasının sahə mülkiyyətçilərinin ümumi yığıncağının qərarına əsasən yaradılmışdır və öz fəaliyyətini Azərbaycan Respublikasının Konstitusiyasına, Azərbaycan Respublikasının “Mülki Məcəllə”inə, Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına və bu Nizamnaməyə uyğun olaraq həyata keçirir (Nizamnamənin 1.1-ci bəndi). Azərbaycan Respublikası Ədiyyə Nazirliyi X1 Reyestrindən Çıxarışın surətindən müəyyən olunur ki, "xxxx" MMMC xx.xx.2021-ci il tarixdə (qeydiyyat № 1121-MM8-0211) hüquqi ünvanı ünvan 6i qaydalaral: AZ 1129, Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsi, 263, M 7, m2 ) üzrə, yaşayış binasının birgə idarə etmək, binanın ümumi əmlakının istismarını, ona sahibliyi, ondan istifadəni və qanunvericilikdə müəyyənləşdirilmiş hədlərdə barəsində sərəncam verilməsi növündə fəaliyyət göstərməsi qeyd olunmuşdur. DƏDKR 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş Texniki pasportun surətindən müəyyən olunur ki, X3 məxsus ünvan 7 ünvanında yerləşən qeyri yaşayış sahəsinin ümumi sahəsi 327,5 kv. metr, əsas sahəsi 327,5 kv. metr, istilik qovşağı 15,1 kv. metr cəmi 342,6 kv. metr qeyd olunmuşdur. DƏDKR 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş çıxarışın surətindən müəyyən olunur ki, Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsi, 2942-ci məhəllə, ev 53 ünvanında yerləşən ümumi sahəsi 342.60 kv. metr olan qeyri-yaşayış sahəsi xüsusi mülkiyyət hüququ ilə xx.xx.2022-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə X2 adına qeydə alınmışdır. Azərbaycan Respublikasının İqtisadiyyat Naziriyi tərəfindən Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətlərinə ünvanlanmış 19 aprel 2022-ci il tarixli məktubunda idarəetməni həyata keçirdikləri çoxmənzilli binalarda ümumi paylı mülkiyyət hüququ ilə sahə mülkiyyətçilərinə məxsus olan ümumi əmlakdan istifadə zamanı qanunvericiliyin, xüsusilə də Mənzil Məcəlləsinin tələblərinə ciddi şəkildə əməl olunması, məktubda qeyd oluna halların qarşısının alınması və aradan qaldırılması istiqamətində tədbirlərin görülməsinin zəruri olduğu bildirilmişdir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və reyestri publik hüquqi şəxsi tərəfindən "xxxx" MMMC-yə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubda bildirilmişdir ki, "xxxx" MMMC-nin ünvan 8 ünvanda yerləşən qeyri-yaşayış sahəsinə dair X2 adına verilmiş dövlət reyestrindən çıxarışın və texniki pasportun ləğv edilməsi ilə bağlı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə ünvanladığı xx.xx.2022-ci il tarixli müraciətinə baxılmışdır. Sözügedən qeyri-yaşayış sahəsi üzərində hüquqlar müvafiq hüquqmüəyyənedici sənədlər təqdim edilməklə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.3-cü və 2.4-cü maddələrinə əsasən daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər və hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Məhkəmənin iş üzrə müvafiq (mübahisələndirilən çıxarışın və texniki pasportun verilməsinə əsas olan sənədlərin təqdim olunmasına dair) sorğusuna cavab olaraq DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubu ilə məhkəməyə təqdim olunmuş "xxxx" MTK üzvlərinin xx.xx.2022-ci il tarixli ümumi iclasının 91 saylı protokolundan çıxarışdan müəyyən olunur ki, X5 MTK-nın üzvü qəbul olunmaqla, "xxxx" MTK-nın ünvan 3 ünvanda Giriş 1 qeyri-yaşayış, zirzəmi mərtəbəsi, ümumi sahəsi 400 kv. metr olan qeyri-yaşayış (zirzəmi) sahəsinin payçısı olması təsdiq edilmişdir. "xxxx" MTK tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli maliyyə arayışının surətindən müəyyən olunur ki, X5 ünvan 3 ünvanda yerləşən "xxxx" MTK tərəfindən inşa edilən çoxmərtəbəli yaşayış binasında giriş 1 qeyri-yaşayış, zirzəmi mərtəbəsi, ümumi sahəsi 400 kv. metr olan qeyriyaşayış (zirzəmi) sahəsinin dəyərini tam ödəmişdir. İddiaçının hazırki iddia tələbi ilə bağlı müraciətinə cavabdeh DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubu ilə bildirilmişdir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.3 və 2.4-cü maddələrinə əsasən daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər və hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll olunur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununa əsasən: 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. 2.3. Daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. 2.4. Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. 12.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Çıxarışda daşınmaz əmlakın reyestr nömrəsi göstərilməlidir. Çıxarış qeydiyyat orqanının vəzifəli şəxslərinin müvafiq elektron imzası ilə təsdiqlənməklə “Elektron hökumət” portalında yerləşdirilir və hüquq sahibinin elektron üsulla real vaxt rejimində əldə etməsi imkanı təmin olunur. Hüquq sahibinin istəyindən asılı olaraq çıxarış elektron üsulla (o cümlədən elektron poçt ünvanı vasitəsilə) hüquq sahibinə göndərilir. İddia ərizəsində iddiaçı tələbinin hüquqi əsası kimi Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 35, 43, 119 və 123-cü maddələrinin tələblərinə istinad etmişdir. Qeyd olunan maddələrə görə: 35.1. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçilərinə həmin binada mənzillərin hissəsi olmayan və binada birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan obyektlər (o cümlədən, mənzillərarası pilləkən meydançaları, pilləkənlər, liftlər, lift şaxtası və ya digər şaxtalar, dəhlizlər, texniki mərtəbələr, çardaqlar, mühəndis qurğuları olan zirzəmilər, həmin binada birdən artıq sahəyə xidmət edən avadanlıq (texniki zirzəmi), habelə binanın daşıyıcı və daşıyıcı olmayan konstruksiyalarını ayıran dam örtükləri, binada sahələrin daxilində və onların hüdudlarından kənarda yerləşən və birdən artıq sahəyə xidmət edən mexaniki, elektrik, sanitar-texniki və digər avadanlıq, yaşıllaşdırma və abadlaşdırma elementləri də daxil olmaqla binanın yerləşdiyi torpaq sahəsi, binaya xidmət etmək, onun istismarı və abadlaşdırılması üçün nəzərdə tutulmuş həmin torpaq sahəsində yerləşən obyektlər) (bundan sonra – çoxmənzilli binanın ümumi əmlakı) ümumi paylı mülkiyyət hüququ ilə mülkiyyətçilərə məxsusdur. Çoxmənzilli binanın yerləşdiyi torpaq sahəsinin sərhədi və ölçüləri torpaq qanunvericiliyinin və şəhərsalma fəaliyyəti haqqında qanunvericiliyin tələbləri nəzərə alınmaqla müəyyən edilir. 35.2. Çoxmənzilli binanın sahə mülkiyyətçiləri ümumi mülkiyyətə sahiblik edir, ondan istifadə edir və bu Məcəllə və mülki qanunvericiliklə müəyyən edilmiş hədlərdə barəsində sərəncam verir. 35.3. Çoxmənzilli binada ümumi mülkiyyətin azaldılmasına yalnız həmin binanın yenidən qurulması yolu ilə binanın bütün sahə mülkiyyətçilərinin razılığı ilə yol verilir. 43.2.2. çoxmənzilli binanın yerləşdiyi torpaq sahəsindən istifadə hədləri haqqında, o cümlədən ondan istifadəyə məhdudiyyətlər tətbiq edilməsi haqqında qərar qəbul etmək çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının səlahiyyətlərinə aiddir. 119.1. Çoxmənzilli binada daşınmaz əmlak kompleksini birgə idarə etmək, çoxmənzilli binanın ümumi əmlakının istismarını, ona sahibliyi, ondan istifadəni və qanunvericiliklə müəyyənləşdirilmiş hədlərdə barəsində sərəncam verilməsini təmin etmək məqsədi ilə çoxmənzilli binanın sahə mülkiyyətçilərinin könüllü birliyi mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti hesab edilir. 123.0.7. sahə mülkiyyətçilərinin çoxmənzilli binanın ümumi əmlakına sahiblik, ondan istifadə və qanunvericiliklə müəyyən edilmiş hədlərdə barəsində sərəncam vermək hüquqlarının həyata keçirilməsini çətinləşdirən və maneçilik törədən üçüncü şəxslərin hərəkətlərinin qarşısının alınması və ya bu kimi hərəkətlərə son qoyulması üçün zəruri tədbirlər görmək mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin vəzifəsidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair 19 may 2014-cü il tarixli qərarında göstərilmişdir ki; - Əmlak hüquqları ilə bağlı mübahisələrdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri tərəfindən verilən Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə müvafiq olaraq daşınmaz əmlaka hüquqların təsdiq edilməsi barədə hüquqi akt hesab edildiyindən, həmin işlərə mülki məhkəmə icraatı qaydasında baxılır. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri tərəfindən verilən Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış ilə bağlı inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən irəli gələn mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” 04 nömrəli, 10 aprel 2015-ci il tarixli, Qərarının 17-ci bəndində göstərilmişdir ki, Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz. Bu qəbildən olan mübahisələrin məhkəmə aidiyyəti məsələsinin həlli qaldırılmış iddianın hüquqi təbiətindən, onun mülki-hüquqi və ya inzibatihüquqi tələb olmasından asılıdır. İddia tələblərinin hüquqi təbiətini müəyyənləşdirərkən isə mübahisənin mahiyyəti təhlil edilərək daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlərə və (və ya) inzibati orqanın hərəkətlərinə qiymət verilməlidir. Əgər qeydiyyat mülki-hüquqi əqdlərin (alqı-satqı, bağışlama, vərəsəlik şəhadətnaməsi və s.) əsasında aparılmışdırsa, bu halda, daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyat onun aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlər mübahisələndirilməklə həyata keçirilməli və belə işlərə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Reyestrdəki qeydiyyat inzibati akt əsasında aparıldıqda və iddianın faktiki əsasını bu aktın qanunsuzluğu təşkil etdikdə iddiaçı əvvəlcə özünün hüquqi marağına uyğun olaraq müvafiq aktı qəbul etmiş orqana qarşı iddia qaldırmaqla inzibati məhkəmə icraatı qaydasında həmin inzibati aktı mübahisələndirməlidir. Belə iddia uğurlu olarsa, daha sonra qeydiyyatı aparmış orqana müraciət edilməklə reyestrdəki qeydin dəyişdirilməsi tələb oluna və müvafiq olaraq qeydiyyat orqanının hərəkətindən narazı qalınan halda isə inzibati məhkəməyə müraciət edilə bilər. Konkret mübahisənin hallarından asılı olaraq bəzən inzibati aktın və mülki-hüquqi əqdin hər ikisi reyestrdəki qeydiyyatın aparılması üçün birgə hüquqi əsas təşkil edirlər. Bu kimi hallarda iddiaçının hüquqi marağı və iddia tələblərinin hüquqi təbiəti nəzərə alınmaqla inzibati aktın mübahisələndirilməsinə inzibati məhkəmə icraatı qaydasında, mülki-hüquqi əqdin mübahisələndirilməsinə isə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Reyestrdəki qeydiyyat hər hansı mülki-hüquqi əqdə və ya inzibati akta əsaslanmadan aparılmışdırsa, bu hal, inzibati orqanın ümumi (publik) hüquqdan irəli gələn səlahiyyətlərinin icrası çərçivəsində həyata keçirilən faktiki xarakterli fəaliyyətin nəticəsidir. Bu qaydada aparılmış qeydiyyatın mübahisələndirilməsi zamanı inzibati orqanın publik hüquqdan irəli gələn vəzifə və səlahiyyətlərinin qanuni və əsaslı olaraq həyata keçirilibkeçirilmədiyinə qiymət verilməli olduğu üçün həmin mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat mülki-hüquqi əqdə və yaxud inzibati akta əsaslansa da, iddiaçı həmin hüquq müəyyənedici sənədləri deyil, onlardan irəli gələn qeydiyyatın özünün inzibati orqan tərəfindən düzgün aparılmadığını mübahisələndirdiyi hallarda da işə inzibati məhkəmələrdə baxılmalıdır. Məhkəmə hesab edir ki, hazırda iddiaçı tərəfindən irəli sürülmüş tələb təbiətinə görə daha çox mülki xarakterli münasibətlərdən irəli gəldiyindən, yəni qeydiyyatı mübahisələndirilən daşınmaz əmlakın Mənzil Məcəlləsinin tələblərinə görə yaşayış binasının tərkib hissəsinin mülkiyyətçilərinə məxsus olması əsası ilə daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyat onun aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlər mübahisələndirilməklə həyata keçirilməli və bu halda hazırki mübahisəyə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-nin 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə əsasən, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər- tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” 04 nömrəli, 10 aprel 2015-ci il tarixli, Qərarının 15.3-cü bəndində göstərilmişdir ki, bu səbəbdən mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. Mübahisənin aidiyyəti müəyyənləşdirilərkən tərəflərin, cavabdehə hələ təqdim edilməmiş iddia ərizələrinə münasibətdə isə, iddiaçının dinlənilmə hüququ məhkəmə tərəfindən təmin olunmalıdır. İPM-nin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati və iqtisadi mübahisələrə dair işlər üzrə məhkəmə vasitəsilə verilir. İddiaçıya izah olunur ki, daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyatın ləğvi ilə bağlı onun aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədləri mübahisələndirilməklə ümumi yurisdiksiyalı məhkəməyə müraciət etmək hüququ vardır. Göstərilənlərə əsasən və İPM-nin 23, 35, 45, 38, 81, 83 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı "xxxx" mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı X5 üçüncü şəxs qismində göstərilməklə “çıxarışın və texniki pasportun ləğv edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verilə bilər. Hakim: Nəriman Abıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar