Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6173/2023 15.11.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, İddiaçı, İddiaçının vəkili Vəkil iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlilliyin təyinat tarixinin dəyişdirilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçı (bundan sonra – İddiaçı) cavabdehlər Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, əlilliyinin yeni təyinat tarixinin dəyişdirilməsi, əlilliyinin bitdiyi tarix ilə yeni təyinat tarixi arasında dövr üzrə pensiya ödənişinin hesablanaraq verilməsi vəzifələrinin cavabdehlər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı daha sonra iddianın dəyişdirilməsi barədə ərizələr təqdim edərək, yekunda Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun cavabdehlərin siyahısından çıxarılmasını, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə əlilliyinin tarixinin 24 noyabr 2021-ci il tarixdən təyin edilməsi öhdəliyini müəyyən edən qərarın qəbul edilməsini xahiş etmiş, iddianın dəyişdirilməsi məhkəmə tərəfindən qəbul edilmişdir. İddiaçı tələbini bununla əsaslandırmışdır ki, o, uzun illərdir ki, gözdən əlil kimi aldığı travma nəticəsində baş beyin xəstəlikləri, epilepsiya, korluq, ürəyin hipertenziv xəstəliyi, hipertoniya xəstəliyindən əziyyət çəkir. Ona dəfələrlə təkrar olaraq ikinci dərəcəli əlillik təyin edilmişdir. xx.xx.2021-ci il tarixdə əlilliyinin müddəti bitmiş və o, müvafiq olaraq qeydiyyatda olduğu Bakı 19 nömrəli Birləşmiş Şəhər Xəstəxanasına müraciət etmişdir. Həmin tibb müəssisəsi tərəfindən ilk növbədə ona stasionar müalicə olunmağı bildirilmiş və o, göndəriş əsasında X3 təxminən 10 gün müalicə olunmuşdur. Bakı 19 nömrəli Birləşmiş Şəhər Xəstəxanası tərəfindən ona dair göndəriş TSEK-ə elektron formada göndərilmiş, lakin natamam doldurulma səbəbindən xx.xx.2022-ci il tarixdə tibb müəssisəsinə geri qaytarılmışdır. Göndərişin natamam doldurulması birbaşa tibb müəssisəsinin səhvi olmuşdur. Z.Əliyeva adına Göz institutunun tibbi rəyi əlavə olunmamışdır. Bu barədə ona sms bildiriş də göndərilmişdir. Daha sonra həmin tibb müəssisəsinin baş həkimi ona yenə də əlavə stasionar müalicə təyin etmiş, həmin xəstəxanada 14 gün stasionar müalicədə olmuşdur. Həmin tibb müəsissəsi hər dəfə onun barəsində məlumatları yanlış və natamam doldurmuş, nəticədə göndəriş hər dəfəsində tibb müəssisəsinə geri qaytarılmışdır. xx.xx.2022-ci il tarixli Tibbi Sosial Ekspert Komissiyasının cavabında isə əlavə ixtisaslaşmış stasionar müalicəyə ehtiyacın olduğu qeyd olunmuşdur. Halbuki, o, müxtəlif vaxtlarda dövlət və özəl tibb müəssisələrində (X5, Respublika Klinik Xəstəxanası, Medera Hospital, Respublika Neyro cərrahiyyə Xəstəxanası) müalicə almışdır. Göründüyü kimi, müvafiq tibb müəssisəsi səhlənkarlıqla onun barəsində bildirişi natamam göndərmiş və TSEK tərəfindən qəsdən imtinada konkret hansı müayinələrin aparılmalı olduğu qeyd edilməmişdir. Bütün bunlardan sonra ona xx.xx.2022-ci ildə, təxminən müraciət tarixindən 1 il sonra ikinci dərəcə əlillik təyin edilmişdir. Əlillik müddətinin qurtarması ilə bağlı ona yenidən əlilliyin təyinatı süni surətdə uzadılmış, burada müraciət edən şəxs kimi onun heç bir təqsiri və qanunsuz hərəkət və hərəkətsizliyi olmamışdır. Tibb müəssisəsinin göndərişləri hər dəfəsində natamam adı ilə geri göndərilsə də, hansı müayinələrin aparılmalı olduğu bildirilməmiş, sanki gizlədilmişdir. O, işləmir, həyat yoldaşı vəfat etmişdir, bu yaxınlarda oğlunu müddətli həqiqi hərbi xidmətə yola saldığı üçün tək yaşayır. Əlilliyinin gecikdirildiyi dövrdə qohumlardan aldığı borclar hesabına yaşamışdır. Cavabdeh məhkəməyə təqdim etdiyi iddiaya yazılı etirazında göstərmişdir ki, iddiaçının əlillik vəziyyətinə xx.xx.2016-cı il tarixli elektron təyinatla baxılmış və “Səbəbi: Ümumi xəstəlik; X1 XİX Sinif – Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => T90-T98 – Travmaların, zəhərlənmələrin və xarici səbəblərin digər təsirlərinin nəticələri => T90 – Başın...Diaqnozun mətni: Keçirilmiş kəllə beyin travmasının qalıq əlamətləri. Postravmatik. ensefalopatıya. A.N.S.OS Xarici paralitik çəpgözlük Meyar: 2.2. İkinci dərəcə əlillik => 2.2.12. Sinir sisteminin müxtəlif (travma, infeksiya, xroniki intoksikasiya və ya qan dövranı pozğunluqları mənşəli), kəskin nəzərə çarpan vegetativ əlamətlərlə keçən fu...” səbəbi ilə 5 il müddətinə əlillik dərəcəsi verilmişdir. Bakı X2 xx.xx.2022-ci il tarixli göndərişi əsasında baxılmış və “X1 XİX Sinif - Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => T90-T98 - Travmaların, zəhərlənmələrin və xarici səbəblərin digər təsirlərinin nəticələri => T90 – Başın...Diaqnozun mətni: Başın dəqiqləşdirilməmiş travmaların nəticələri, Keçirilmiş kəlləbeyin travması, baş beyinin silkələnməsindən sonrakı qalıq əlaməti. X4 23.11.21 tarixli 8973 nömrəli xəstəlik tarixindən çıxarışa əsasən. Ağırlaşma S06 Kəllədaxili travma, Postravmatik ensefalopatiya. kəllədaxili hipertenziya. Sağ gicgah nahiyyəsinin plastikası. Yanaşı xəstəliklər F48.0 Nevrasteniya. Asteno-nevrotik sindrom. Yanaşı xəstəliklər H50.9 Dəqiqləşdirilməmiş çəpgözlük. OS- xarici çəpgözlük. Yanaşı xəstəliklər H52.2 Astiqmatizm, OD-mürəkkəb miopik astiqmatizm. Yanaşı xəstəliklər H18.8 Buynuz qişanın digər dəqiqləşdirilmiş xəstəlikləri, OS-buynuz qişanın çapığı. Yanaşı xəstəliklər M42 Onurğanın osteoxondrozu. Bel oma fəqərələrinin osteoxondrozu Mərkəzə göndərilməninİİmtina edilmənin səbəbi: Göndərişin natamam doldurulması - Səbəb Səhiyyə Nazirliyinin reyestrində Z.Əliyeva adına göz institutunun tibbi rəyi yoxdur." səbəbi ilə imtina verilmişdir. Bakı X2 xx.xx.2022-ci il tarixli göndərişi əsasında baxılmış və “X1 XİX Sinif - Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => T90- T98 - Travmaların, zəhərlənmələrin və xarici səbəblərin digər təsirlərinin nəticələri => T90 – Başın...Diaqnozun mətni: Başın dəqiqləşdirilməmiş travmaların nəticələri Keçirilmiş kəllə-beyin travması, baş beyinin silkələnməsindən sonrakı qalıq əlaməti. Sağ gicgah nahiyyəsinin plastikası. Onurğanın osteoxondrozu Bel oma fəqərələrinin osteoxondrozu. Afakiya.Monokulyar korluq. Asteno-nevrotik sindrom. Xarici çəpgözlük, zədədən sonrakı vəziyyət. Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Əlavə müalicəyə ehtiyacın olması - Səbəb: Əlavə ixtisaslaşmış stasionar müalicəyə ehtiyacı vardır." səbəbi ilə imtina verilmişdir. Bakı X2 xx.xx.2022-ci il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Ümumi xəstəlik => Gözdən əlilliyi olan şəxs Diaqnozun mətni: Başın dəqiqləşdirilmiş travmaların nəticələri, Keçirilmiş KBT. Baş beyinin əzilməsi qalıq əlamətləri. Kompleks parsial qıcolma tutmaları ilə müşahidə olunan lokalizə olunmuş (fokal) (parsial) simptomatik epilepsiya və epileptik sindromlar, Simptomatik epilepsiya. Monokulyar korluq. Viz OD-0,8 (onda səkkiz), Viz OS – işıq duyğusu. Yapışan leykoma, Ürəyin hipertenziv xəstəliyi, Hipertoniya xəstəliyi İİ mərhələ. Travmatik subaraxnoidal qansızma, Postravmatik ensefalopatiya. Sağ gicgah nahiyyəsinin plastikası. Meyar: OFP 65% olmaqla müddətsiz əlillik verilmişdir. Göründüyü kimi, İddiaçı Bakı X2 xx.xx.2022-ci il tarixli göndərişi əsasında əlilliyinin qiymətləndirilməsi zamanı ona “Göndərişin natamam doldurulması - Səbəb: Səhiyyə nazirliyinin reyestrində Z.Əliyeva adına göz institutunun tibbi rəyi yoxdur” səbəbi ilə imtina verilmişdir, yəni həmin vaxt üçün göstərilən səbəbə görə qiymətləndirmə aparmaq mümkün olmamışdır. Qiymətləndirmə göstərilən səbəb aradan qalxdıqdan sonra isə ona tibb müəssisəsinin xx.xx.2022-ci il tarixli göndərişi əsasında həmin tarixdən müddətsiz əlillik dərəcəsi verilmişdir. Bu səbəbdən də, iddiaçının əlilliyin təyinat tarixinin xx.xx.2022-ci il tarixdən qeyd olunması tələbi əsassız və qanunsuzdur. Belə ki, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.3-1-ci bəndinə əsasən Əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. Məhkəmə iclasında iştirak edən iddiaçı və onun vəkili iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etdilər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, tərəfə təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədiyi halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). Məhkəmə tərəfi dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarından müəyyən olunur ki: - İddiaçı əlillik vəziyyətinə 19 saylı Birləşdirilmiş Şəhər Xəstəxanasının xx.xx.2006-cı il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Ümumi xəstəlik, X1: XİX Sinif - Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => S00-S09 - Başın travmaları => S06 - Kəllədaxili travma => S06.8 - Digər kəllədaxili travmalar Diaqnozun mətni: Keçirilmiş kəllə beyin travmasının qalıq əlamətləri. Postravmatik.ensefalopatiya.A.N.S.OS Xarici paralitik çəpgözlük Meyar: 2.3. Üçüncü dərəcə əlillik => DİGƏR: Kəllə beyin travması." səbəbi ilə 1 il müddətinə əlillik dərəcəsi verilmişdir. - Bakı 17 nömrəli Şəhər Poliklinikasının xx.xx.2014-cü il tarixli göndərişi əsasında iddiaçının əlilliyi yenidən qiymətləndirilmiş və “Səbəbi: Ümumi xəstəlik; X1 XİX Sinif - Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => S00-S09 - Başın travmaları => S06 - Kəllədaxili travma => S06.8 - Digər kəllədaxili travmalar Diaqnozun mətni: Keçirilmiş kəllə beyin travmasının qalıq əlamətləri. Postravmatik.ensefalopatiya.A.N.S.OS Xarici paralitik çəpgözlük Meyar: 2.3. Üçüncü dərəcə əlillik => DİGƏR: Keçirilmiş kəllə beyin travması” səbəbi ilə 1 il müddətinə əlillik dərəcəsi verilmişdir. - Bakı X2 xx.xx.2015-ci il tarixli göndərişi əsasında baxılmış iddiaçının əlillik vəziyyəti təkrar qiymətləndirilmiş və “ Səbəbi: Ümumi xəstəlik; X1 XİX Sinif-Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => T90-T98 - Travmaların, zəhərlənmələrin və xarici səbəblərin digər təsirlərinin nəticələri => T90 - Başın ... Diaqnozun mətni: Keçirilmiş kəllə beyin travmasının qalıq əlamətləri. Postravmatik. ensefalopatiya. A.N.S.OS Xarici paralitik çəpgözlük, Meyar: 2.2. İkinci dərəcə əlillik => 2.2.12. Sinir sisteminin müxtəlif (travma, infeksiya, xroniki intoksikasiya və ya qan dövranı pozğunluqları mənşəli), kəskin nəzərə çarpan vegetativ əlamətlərlə keçən fu...” səbəbi ilə 1 il müddətinə əlillik dərəcəsi verilmişdir. - xx.xx.2016-cı il tarixli elektron təyinatla iddiaçıya “Səbəbi: Ümumi xəstəlik; X1 XİX Sinif – Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => T90- T98 – Travmaların, zəhərlənmələrin və xarici səbəblərin digər təsirlərinin nəticələri => T90 – Başın...Diaqnozun mətni: Keçirilmiş kəllə beyin travmasının qalıq əlamətləri. Postravmatik.ensefalopatıya.A.N.S.OS Xarici paralitik çəpgözlük Meyar: 2.2. İkinci dərəcə əlillik => 2.2.12. Sinir sisteminin müxtəlif (travma, infeksiya, xroniki intoksikasiya və ya qan dövranı pozğunluqları mənşəli), kəskin nəzərə çarpan vegetativ əlamətlərlə keçən fu...” səbəbi ilə 5 il müddətinə əlillik dərəcəsi verilmişdir. - iddiaçının əlillik müddəti bitdikdən sonra onun əlillik vəziyyətinə Bakı X2 xx.xx.2022ci il tarixli göndərişi əsasında baxılmış və “X1 XİX Sinif - Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => T90-T98 - Travmaların, zəhərlənmələrin və xarici səbəblərin digər təsirlərinin nəticələri => T90 – Başın...Diaqnozun mətni: Başın dəqiqləşdirilməmiş travmaların nəticələri, Keçirilmiş kəllə-beyin travması, baş beyinin silkələnməsindən sonrakı qalıq əlaməti. X4 23.11.21 tarixli 8973 N-li xəstəlik tarixindən çıxarışa əsasən. Ağırlaşma S06 Kəllədaxili travma, Postravmatik ensefalopatiya. kəllədaxili hipertenziya. Sağ gicgah nahiyyəsinin plastikası. Yanaşı xəstəliklər F48.0 Nevrasteniya. Asteno-nevrotik sindrom. Yanaşı xəstəliklər H50.9 Dəqiqləşdirilməmiş çəpgözlük. OS- xarici çəpgözlük. Yanaşı xəstəliklər H52.2 Astiqmatizm, OD-mürəkkəb miopik astiqmatizm. Yanaşı xəstəliklər H18.8 Buynuz qişanın digər dəqiqləşdirilmiş xəstəlikləri, OS-buynuz qişanın çapığı Yanaşı xəstəliklər M42 Onurğanın osteoxondrozu. Bel oma fəqərələrinin osteoxondrozu Məzkəzə göndərilmənin İ İmtina edilmənin səbəbi: Göndərişin natamam doldurulması - Səbəb Səhiyyə nazirliyinin reyesterində Z.Əliyeva adına göz institutunun tibbi rəyi yoxdur." səbəbi ilə imtina verilmişdir. - Daha sonra Bakı X2 xx.xx.2022-ci il tarixli göndərişi əsasında iddiaçının əlillik vəziyyətinə yenidən baxılmış və “X1 XİX Sinif - Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => T90-T98 - Travmaların, zəhərlənmələrin və xarici səbəblərin digər təsirlərinin nəticələri => T90 – Başın...Diaqnozun mətni: Başın dəqiqləşdirilməmiş travmaların nəticələri Keçirilmiş kəllə-beyin travması, baş beyinin silkələnməsindən sonrakı qalıq əlaməti. Sağ gicgah nahiyyəsinin plastikası. Onurğanın osteoxondrozu Bel oma fəqərələrinin osteoxondrozu. Afakiya.Monokulyar korluq. Astenonevrotik sindrom. Xarici çəpgözlük, zədədən sonrakı vəziyyət. Məzkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Əlavə müalicəyə ehtiyacın olması - Səbəb: Əlavə ixtisaslaşmış stasionar müalicəyə ehtiyacı vardır." səbəbi ilə imtina verilmişdir. - Bakı X2 xx.xx.2022-ci il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Ümumi xəstəlik => Gözdən əlilliyi olan şəxs Diaqnozun mətni: Başın dəqiqləşdirilmiş travmaların nəticələri, Keçirilmiş KBT. Baş beyinin əzilməsi qalıq əlamətləri.Kompleks parsial qıcolma tutmaları ilə müşahidə olunan lokalizə olunmuş (fokal) (parsial) simptomatik epilepsiya və epileptik sindromlar, Simptomatik epilepsiya. Monokulyar korluq. Viz OD-0,8 (onda səkkiz), Viz OS – işıq duyğusu. Yapışan leykoma, Ürəyin hipertenziv xəstəliyi, Hipertoniya xəstəliyi İİ mərhələ. Travmatik subaraxnoidal qansızma, Postravmatik ensefalopatiya. Sağ gicgah nahiyyəsinin plastikası. Meyar: OFP 65% olmaqla müddətsiz əlillik verilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, İddiaçı əlillik vəziyyəti X2 H00017369İGT nömrəli göndərişi əsasında xx.xx.2022-ci il tarixində qiymətləndirilmiş və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na uyğun olaraq ümumi xəstəlik-gözdən əlilliyi olan şəxs səbəbindən müddətsiz orqanizmin funksiyalarının 65 faiz pozulması barədə qərar qəbul edilmişdir. İddiaçı hazırda onun əlilliyinin müddətinin xx.xx.2021-ci ildə bitdiyini, bundan sonra dəfələrlə göndəriş verilməsinə baxmayaraq cavabdehin əsassız olaraq əlilliyin təyinindən imtina etdiyini, yalnız xx.xx.2022-ci il tarixdə əlilliyi müəyyən olunduğunu bildirməklə ona əlilliyin xx.xx.2021-ci il tarixdən təyin edilməsini xahiş edir. Məhkəmə qeyd edir ki, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən 10 (on) iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 (on beş) iş günü müddətinə uzadılmaqla keçirilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. Həmin Qanunun 3.3-cü maddəsinə görə şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) (“orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi qismində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi nəzərdə tutulur) tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. Qanunun 3.3-1-ci maddəsinə görə isə əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. İşdin yuxarıda sadalanan hallarından görünür ki, iddiaçıya təyin edilmiş əlilliyin müddəti xx.xx.2021-ci ildə bitmiş, onun barəsində xx.xx.2022-ci il tarixdə verilmiş göndəriş əsasında cavabdeh xx.xx.2022-ci il tarixdə, xx.xx.2022-ci il tarixdə verilmiş göndəriş əsasında isə xx.xx.2022-ci il tarixdə əlilliyin təyin edilməsindən imtina barədə qərara qəbul etmişdir. Belə olan halda aydındır ki, hazırkı mübahisəyə münasibətdə iddiaçının hüquqi marağı, xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək əlilliyi olan şəxs sayılması, nəticədə bu dövr üzrə ona pensiya ödənişinin həyata keçirilməsi barədədir. Bununla bağlı ilk öncə qeyd edilməlidir ki, iddiaçıya əlilliyin təyin edilməsindən imtina barədə xx.xx.2022-ci il və xx.xx.2022-ci il tariuxli qərarlar “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinin məzmununa uyğun olaraq inzibati akt hesab edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş Əlilliyin qiymətləndirilməsi Qaydasının 3.4-cü bəndinə görə əlilliyin qiymətləndirilməsi barədə qərardan şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə verilir. “İnzibati icraat haqqında” Qanunun 64-cü maddəsinə görə, inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır (64.1). İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır (64.2). Qeyd edilməlidir ki, cavabdehin yuxarıda göstərilən xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli imtina qərarları məhkəmə qaydasında iddiaçı tərəfindən mübahisələndirilməmiş, məhkəmə tərəfindən bununla bağlı iddiaçıya hüquqi yardlm göstərilsə də, iddiaçı tələbini müvafiq qaydada dəyişdirməkdən imtina etmiş, bununla da iddiaçı ona əlillik təyin edilməsindən imtina olunması barədə cavabdehin xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli qərarlaından İPM-in 38-ci maddəsi ilə müəyyən edilmiş müddətdə iddia ilə məhkəməyə müraciət etməmişdir. Cavabdehin xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli imtinaları, inzibati akt olaraq ləğv edilməmiş (dəyişdirilməmiş, qüvvədə olma müddəti qurtarmamış və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilməmiş) və hazırda da qüvvədədir, bu səbəbdən iddiaçıya əlilliyin xx.xx.2021-ci il tarixdən təyin edilməsi, yəni onun həmin tarixdən xx.xx.2022-ci il tarixədək əlilliyi olan şəxs sayılması barədə tələbi qanunvericiliyin bəhs olunan tələbləri baxımından əsaslı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33.1, 52, 68, 69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Səlma Salahova
Məhkəmə qərarları › İş №2-1(112)-6173/2023
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-6173/2023
15.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver