Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6174/2025 20.05.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏSİ hаkim Hаcıbəyоvа Miminаt Tаcib qızının sədrliyi, Qurbanlı Elnur Qubad oğlunun katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə1 Cavad oğlunun iştirаkı ilə, iddiаçı İddiaçı cаvаbdеh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinə qarşı əmək müqaviləsinə xitam verilməsi haqqında məlumatın e-gov.az portalındakı şəxsi kabinetinə yerləşdirilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddia ərizəsi üzrə inzibati işə məhkəmə binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq MÜƏYYƏN ETDİ: TƏSVİRİ HİSSƏ İ.Mübahisənin predmeti
1. İddiаçı İddiaçı Bаkı İnzibаti Məhkəməsində cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinə qarşı qaldırdığı iddiası- əmək müqaviləsinə xitam verilməsi haqqında məlumatın e-gov.az portalındakı şəxsi kabinetinə yerləşdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasından ibarətdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, M.Ə.Rəsulzadə bələdiyyəsinin "Yerli vergilər və ödənişlər şöbəsi”nin vergi müfəttişi X4 xx.xx.2024-cü il tarixdə ev şəraitində yaşadığı ünvanda vəfat etmişdir. Lakin onun ölməsi barədə tibbi arayış olmadığından mərhumun qızı Sevinc Məmmədova “şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə ölməsi faktının müəyyən ediməsi” barədə ərizə ilə Binəqədi rayon Məhkəməsinə müraciət etmişdir. Binəqədi rayon Məhkəməsinin 2(001)-3983/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi əsasında ərizə təmin edilmiş, V.B.Məmmədovun ev şəraitində ölməsi faktı müəyyən edilmişdir. Bundan sonra Binəqədi rayon Qeydiyyat Şöbəsi tərəfindən AZ-İİ 403136 №li, xx.xx.2024-cü il tarixli ölüm haqqında şəhadətnamə verilmişdir, ölüm haqqında şəhadətnamə xx.xx.2024-cü il tarixdə bələdiyyəyə təqdim edilmiş və xx.xx.2024cü il tarixli, 05/35 №li əmrlə X4 bələdiyyə işçilərinin siyahı tərkibindən çıxarılmışdır. Bununla belə M.Ə.Rəsulzadə bələdiyyəsinin e-gov.az portalındakı şəxsi kabinetində V.B.Məmmədovun siyahı tərkibindən çıxarılması ilə bağlı əməliyyat aparılması mümkün olmamışdır. Odur ki, iddiaçı tərəfindən X5 Xidmətinin Bakı şəhər İdarəsinə xx.xx.2024-cü il tarixli, 03/815 nömrəli məktubla müraciət edilərək bələdiyyənin mərhum işçisi X4 ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsinə köməklik göstərilməsi xahiş edilmişdir. Lakin X5 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən müraciətə xx.xx.2024-cü il tarixli, 3-17- 5/2-70095/2024 nömrəli məktubla cavab verilərək, xitam əmrlərinin geri tarixə daxıl edilməsinə səlahiyyət verilməsinin Xidmətin vəzifəsi olaraq müəyyən edilmədiyini bildirmiş, bununla bağlı məhkəməyə müraciət edilməli olduğu tövsiyyə edilmişdir.Halbuki Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti haqqında Əsasnamənin 3.1.1-ci maddəsinə əsasən əmək müqaviləsinə xitam verilməsinin elektron qaydada qeydiyyata alınması məqsədi ilə mərkəzləşdirilmiş elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsilə məlumatın daxil edilməsi Xidmətin vəzifəsi olaraq müəyyən edilmişdir. Cavabdeh məktubunda “xitam əmrlərinin geri tarixə daxil edilməsi" məsələsini imtina cavabının əsası olaraq vurğulamışdır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 49.5-ci maddəsinə əsasən əmək müqaviləsinə xitam verilməsi bu barədə əmrin işəgötürən tərəfindən elektron informasiya sisteminə daxil edilərək gücləndirilmiş elektron imza ilə imzalandığı tarixdən hüquqi qüvvəyə minir. Bu Məcəllənin 74-cü maddəsinin 1-ci hissəsinin “e” bəndi ilə əmək müqaviləsinə xitam verilməsi tarixi əmək müqaviləsinə xitam verilməsi barədə əmrin imzalandığı tarixdən əvvəlki tarixə müəyyən edilə bilər. Əmək Məcəlləsinin 74.1-ci maddəsinin “e” bəndinə əsasən işçi vəfat etdikdə, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə xəbərsiz itkin düşmüş və ya ölmüş elan edildikdə tərəflərin iradəsindən və ya istəyindən asılı olmayaraq əmək müqaviləsinə xitam verilir. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. 3.Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun qaydada verilmiş məhkəmə sərəncamına əsasən cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti məhkəməyə iddia tələbinə etirazını təqdim edərək göstərmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 16 fevral tarixli, 386 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti haqqında Əsasnamə“yə əsasən Xidmət mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən Azərbaycan Respublikasının hüquqi şəxsləri, xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri və fiziki şəxslər tərəfindən Azərbaycan Respublikasının Əmək Məcəlləsinə və Azərbaycan Respublikasının əmək qanunvericiliyi sisteminə daxil olan digər normativ hüquqi aktların tələblərinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən icra hakimiyyəti orqanıdır. Azərbaycan Respublikasının Əmək Məcəlləsində, o cümlədən sözügedən Əsasnamədə xitam əmrlərinin ləğv olunması Xidmətin vəzifəsi olaraq müəyyən edilməmişdir.Qeyd olunanlara əsasən, Xidmətin hərəkət və ya hərəkətsizliyi nəticəsində İddiaçı hər hansı hüquqları və qanunla qorunan mənafeləri pozulmamışdır və iddia ərizəsində göstərilən tələb Xidmətin səlahiyyətlərinə aid olmadığından belə bir vəzifə Xidmətin üzərinə qoyula bilməz. Cavabdeh qeyd edilənlərə əsasən iddianın mümkün sayılmamasını xahiş etmişdir.
ƏSASLANDİRMA HİSSƏSİ
Məhkəmə qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən öhdəliyin icrası haqqında iddia növünə aiddir. İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciətdən əvvəl cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. İİ. İddianın növü və mümkünlüyü
4. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır:..2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia); Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. - 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. - 8.1.2.-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikasının xaricdə yerləşən diplomatik nümayəndəlikləri və konsulluqlarının səlahiyyətinə aid olan ərazilərdə Azərbaycan Respublikasına qarşı iddialara müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur; Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu və iddiaçının və cavabdehin hüquqi ünvanlarıını nəzərə alaraq hesab edir ki, işə aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalıdır. Hazırda iddiaçının - öhdəliyin icrası növündə olan- iddiası ümumi və xüsusi mümkünlük şərtlərinə cavab verir. Belə ki, iddiaçı cavabdehə müraciət etmiş və ona imtina edilmiş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur.
İİİ. Mübahisə ilə bağlı işin faktiki vəziyyəti
5. Аzərbаycаn Rеspublikаsının İnzibati Prosessual Məcəlləsinin 62.3-ci mаddəsinə görə iştirаkı оlmаdаn işə bахılmаsının və iş üzrə qərаr qəbul еdilməsinin mümkünlüyü bаrədə хəbərdаr еdilmiş cavabdeh məhkəmə bахışınа öz nümаyəndəsini göndərməmişdir. Odur ki, məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxmışdır. İddiaçının nümayəndəsi iddia ərizəsində göstərilən məzmunda çıxış edərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. 7.Məhkəməyə təqdim edilmiş: Bakı şəhəri Binəqədi rayon məhkəməsinin 2(001)-3983/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə xx.xx.1966-cı il tarixdə Ermənistan SSR-nin Yexeqnadzor rayonunda doğulmuş X2 xx.xx.2024-cü il tarixdə Bakı şəhərində ev şəraitində ölməsi faktı müəyyən edilmişdir. AZ-İİ №403136 nömrəli, xx.xx.2024-cü il tarixli “Ölüm haqqında şəhadətnamə”sinə əsasən X4 xx.xx.2024-cü ildə ölmüşdür, bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2024-cü ildə qeyd edilmişdir. Binəqədi rayonu M.Ə.Rəsulzadə Bələdiyyəsinin 05/35 nömrəli, xx.xx.2024-cü il tarixli əmrinə əsasən M.Ə.X1 vergilər və ödənişlər şöbəsinin vergi müfəttişi X4 xx.xx.2024-cü il tarixdə vəfat etməsi ilə əlaqədar olaraq Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 74-cü maddəsinin “e” bəndinə əsasən həmin tarixdən bələdiyyənin siyahı tərkibindən çıxarılmış hesab edilmişdir. İddiaçının cavabdehə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubuna əsasən bələdiyyənin mərhum işçisi X4 ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsinə köməklik göstərilməsi xahiş edilmişdir. X5 Xidməti Bakı şəhər İdarəsinin iddiaçıya ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubuna əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində, o cümlədən “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti haqqında Əsasnamə”də xitam əmrlərinin geri tarixə daxil edilməsinə səlahiyyət verilməsinin Xidmətin vəzifəsi kimi müəyyən edilməməsi əsası ilə iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir.
İV. Məhkəmənin mövqeyi 8.Məhkəmə, iddiaçının nümayəndəsinin çıxışını nəzərə alaraq, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi əsaslıdır.
9. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin preambulasına əsasən Azərbaycan Respublikasının bağladığı və ya tərəfdar çıxdığı beynəlxalq müqavilələrə, X3 konvensiyalarına və digər beynəlxalq hüquq normalarına uyğun olaraq əmək münasibətlərinin yaranması, dəyişdirilməsi, onlara xitam verilməsi və bu münasibətlərin iştirakçılarının hüquqlarının mühafizəsi sahəsində işçilərin, işəgötürənlərin, habelə müvafiq dövlət hakimiyyəti orqanlarının hüquqlarını, vəzifələrini tənzim edən normalar təsbit edilir. Həmin Məcəllənin 3-cü maddəsinin 3-cü bəndinə əsasən işəgötürən – tam fəaliyyət qabiliyyətli olub işçilərlə əmək müqaviləsi (kontrakt) bağlamaq, ona xitam vermək, yaxud onun şərtlərini dəyişdirmək hüququna malik mülkiyyətçi və ya onun təyin (müvəkkil) etdiyi müəssisənin rəhbəri, səlahiyyətli orqanı, habelə fiziki şəxsdir. Həmin Məcəllənin 49-cu maddəsinin 5-ci bəndinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinə xitam verilməsi bu barədə əmrin (sərəncamın, qərarın) işəgötürən tərəfindən elektron informasiya sisteminə daxil edilərək gücləndirilmiş elektron imza ilə imzalandığı tarixdən hüquqi qüvvəyə minir. Əmək müqaviləsinə xitam verilməsi tarixi əmək müqaviləsinə xitam verilməsi barədə əmrin (sərəncamın, qərarın) imzalandığı tarixdən əvvəlki tarixə (bu Məcəllənin 74-cü maddəsinin 1-ci hissəsinin “e” bəndi ilə xitam verilən və həmin maddənin 1-1-ci hissəsi ilə xitam verilmiş hesab edilən hallar istisna olmaqla) müəyyən edilə bilməz. Həmin Məcəllənin 68-ci maddəsinin 1-ci bəndinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər, 2-ci bəndinə əsasən əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: a) tərəflərdən birinin təşəbbüsü; b) əmək müqaviləsinin müddətinin qurtarması; c) əmək şəraitinin şərtlərinin dəyişdirilməsi; ç) müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63cü maddəsinin ikinci hissəsində göstərilən işçilər); d) tərəflərin iradəsindən asılı olmayan hallar; e) tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar. Həmin Məcəllənin 74-cü maddəsinin 1-ci bəndinə əsasən tərəflərin iradəsindən və ya istəyindən asılı olmayaraq əmək müqaviləsinə aşağıdakı hallarda xitam verilir:.. e) işçi vəfat etdikdə, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə xəbərsiz itkin düşmüş və ya ölmüş elan edildikdə; Həmin Məcəllənin 83-cü maddəsinin 1-ci bəndinə əsasən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara uyğun olaraq xitam verilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir, 2-ci bəndinə əsasən elektron sənəd formasında bağlanılmış əmək müqavilələrinə xitam verilən zaman bu barədə işəgötürənin əmri (sərəncamı, qərarı) elektron informasiya sistemində gücləndirilmiş elektron imza ilə imzalanaraq işçinin informasiya sistemində yaradılan elektron kabinetində yerləşdirilir. 10.İşin mübahisəsiz halı ondan ibarətdir ki, X2 iddiaçı ilə əmək münasibətləri olmuşdur və həmin şəxs xx.xx.2024-cü ildə vəfat etmişdir, onun ölüm faktı məhkəmə qətnaməsi ilə müəyyən edilmişdir, X4 haqqında ölüm haqqında şəhadətnamə təqdim edildikdən sonra iddiaçı tərəfindən qeyd edilən şəxslə əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 74-cü maddəsinin 1-ci bəndinin “e” yarımbəndinə əsasən xitam verilməsi barədə xx.xx.2024-cü ildə əmr imzalanmışdır, lakin əmək müqaviləsinə xitam verilməsi haqqında məlumatın iddiaçı tərəfindən işçinin (X2) informasiya sistemində yaradılan elektron kabinetinə yerləşdirilməsi mümkün olmamışdır. 11.Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən iddiaçı ilə X4 arasında əmək münasibətlərinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 74-cü maddəsinin 1-ci bəndinin “e” yarımbəndinə əsasən xitam verilməsi haqqında məlumatın vəfat etmiş X2 informasiya sistemində yaradılmış elektron kabinetinə yerləşdirilməsi mümkün olmadığı üçün iddiaçı həmin məsələnin həllinin cavabdehin üzərinə qoyulmasını təəb etməkdə haqlıdır.
12. Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 16 fevral tarixli 386 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti haqqında” Əsasnamənin 1.1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti (bundan sonra – Xidmət) mülkiyyət və təşkilatı-hüquqi formasından asılı olmayaraq Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən Azərbaycan Respublikasının hüquqi şəxsləri, xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri və olan fiziki şəxslər (bundan sonra – işəgötürənlər) tərəfindən Azərbaycan Respublikasının Əmək Məcəlləsinə və Azərbaycan Respublikasının əmək qanunvericiliyi sisteminə daxil olan digər normativ hüquqi aktların tələblərinə (bundan sonra - əmək qanunvericiliyi) əməl olunmasına dövlət nəzarətini həyata keçirən icra hakimiyyəti orqanıdır. Həmin Əsasnamədə göstərilir: 3.1. Bu əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq Xidmətin vəzifələri aşağıdakılardır: 3.1.1. öz səlahiyyətləri daxilində əmək qanunvericiliyinə əməl olunması sahəsində, o cümlədən işçilərlə əmək münasibətlərinin əmək müqaviləsi (kontraktı) əsasında tənzimlənməsi, əmək müqaviləsinin (kontraktının) bağlanılmasının, ona dəyişiklik edilməsinin və ya xitam verilməsinin elektron qaydada qeydiyyata alınması məqsədi ilə mərkəzləşdirilmiş elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsilə daxil edilməsi, əməyin ödənilməsi, məzuniyyət və istirahət hüququnun təmin edilməsi, əməyin mühafizəsi, texniki təhlükəsizlik, əmək şəraiti, əmək xəsarəti ilə əlaqədar ödənclərin ödənilməsi, işçilərin və iş yerlərinin attestasiyası, işçilərin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortası, iş prosesində əmək və əməyin mühafizəsi tələblərinə (iş davamiyyəti, əməyin təhlükəsizliyi, əməyin gigiyenası, qadınların, əlilliyi olan şəxslərin, yaşı 18-dən az olan şəxslərin əməyindən istifadə olunması və s.) riayət edilməsi üzrə dövlət nəzarətini həyata keçirmək; 13.“İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun 2.0.1-ci maddəsinə əsasən inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir; Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir; Həmin Qanunun 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 24-cü maddəsində göstərilir: 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur.24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz.24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir.24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. 14.Hal-hazırda iddiaçının hüquqi marağı iddiaçı ilə X4 arasında əmək münasibətlərinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 74-cü maddəsinin 1-ci bəndinin “e” yarımbəndinə əsasən xitam verilməsi haqqında məlumatın vəfat etmiş X2 informasiya sistemində yaradılmış elektron kabinetinə yerləşdirilməsinə nail olmaqdan ibarətdir.Çünki iddiaçı vəfat etmiş əməkdaşı ilə əmək müqaviləsinə xitam verilməsi barədə əmr olduğu halda bu barədə məlumatı müvafiq infomasiya sisteminə yerləşdirə bilməmişdir, odur ki, ilkin olaraq cavabdehə, daha sonra isə müraciəti təmin edilmədikdə məhkəməyə bu barədə müraciət etmişdir, cavabdeh isə öz etirazını onunla əsaslandırmışdır ki, inzibati orqan kimi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin əmək müqavilələrinə xitam verilməsi vəzifəsi yoxdur. Halbuki iddiaçı vəfat etmiş əməkdaşı ilə əmək müqaviləsinə xitam verilməsini deyil, yalnız özünün verdiyi əmr əsasında əmək müqaviləsinə xitam verilməsi barədə məlumatın vəfat etmiş X2 informasiya sistemində yaradılmış elektron kabinetinə yerləşdirilməsini xahiş etmişdir. Göründüyü kimi cavabdeh hətta iddiaçının müraciətinin, hazırda isə məhkəmədəki tələbinin mahiyyətini belə anlamadan, bununla da əslində iddiaçının tələbinin mahiyyəti üzrə inzibati araşdırma aparmağa cəhd belə göstərmədən iddiaçının müraciətinin təmin edilməsindən imtina etmiş, inzibati orqan kimi “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu ilə onun üzərinə qoyulmuş vəzifələrini yerinə yetirməmişdir. 15.Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Sözügedən Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
16. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 17.Məhkəmə yuxarıda göstərilən bütün hallara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, iddiаçı İddiaçı xx.xx.2024-cü il tarixli, 05/35 nömrəli əmrinə əsasən İddiaçı Yerli vergilər və ödənişlər şöbəsinin vergi müfəttişi işləmiş X2 xx.xx.2024-cü il tarixdə vəfat etməsi ilə əlaqədar bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 74-cü maddəsinin “e” bəndinə əsasən xx.xx.2024-cü il tarixdən xitam verilməsi barədə məlumatın X2 informasiya sistemində yaradılan elektron kabinetində yerləşdirilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin üzərinə qoyulmalıdır. 18.Azərbaycan Respublikiasının İnzibati Prosessual Məcəlləsinin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 19.“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə tərəflər, dövlət rüsumu ödəməkdən azad olunurlar.
NƏTİCƏVİ HİSSƏ 20.Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İPM-nin 2, 34, 68, 69, 85, 110cu maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
İddia tələbi təmin edilsin. İddiаçı İddiaçı xx.xx.2024-cü il tarixli, 05/35 nömrəli əmrinə əsasən İddiaçı Yerli vergilər və ödənişlər şöbəsinin vergi müfəttişi işləmiş X2 xx.xx.2024-cü il tarixdə vəfat etməsi ilə əlaqədar bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 74-cü maddəsinin “e” bəndinə əsasən xx.xx.2024-cü il tarixdən xitam verilməsi barədə məlumatın X2 informasiya sistemində yaradılan elektron kabinetində yerləşdirilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.
Hakim Miminat Hacıbəyova