Məhkəmə qərarları › İş №2-1(112)-6175/2023

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-6175/2023

17.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-6175/2023 17.02.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, Məhkəmə iclas katibi Hüseynova Sevinc Nizami qızının katibliyi ilə, Tərəflərin iştirakı olmadan, İddiaçılar İddiaçı1 oğlunun və digərlərinin cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə qarşı “cavabdehin hərəkətinin qanunsuz hesab edilməsi və sair” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçılar İddiaçı1 oğlu, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı14, İddiaçı5 İbrahi, İddiaçı6, İddiaçı15, İddiaçı7, İddiaçı8, İddiaçı9, İddiaçı10, İddiaçı11, İddiaçı12 və İddiaçı13 (bundan sonra – iddiaçılar) cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Konstitusiyasının 49-cu maddəsində nəzərdə tutulmuş sərbəst toplaşmaq azadlığını pozan cavabdeh Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2022-ci il tarixli, 1-706/2-003/2 saylı məktubunun qanunsuz hesab edilməsi, həmin hüququn təmin edilməsinin cavabdehə həvalə edilməsi, vurulmuş mənəvi zərərin əvəzi olaraq hər iddiaçıya 10.000 manat pul tutulması və Bakı şəhər Yasamal Rayon Polis İdarəsinin piketin keçirilməsinə dair müdaxiləsinin qanunsuz hesab edilməsini xahiş etmişlər. İddia tələbi bununla əsaslandırılmışdır ki, ünvan 1 ünvanda yerləşən yaşayış binasının birinci mərtəbəsində yerləşən “Uğur” market adlı ticarət obyektinin sahibi X1 tərəfindən ticarət obyektinə dair satılan mallara kassa aparatlarının olmasına baxmayaraq hər hansı bir kassa çeki verilmir, bununla da dövlət büdcəsinə ödənilməli olan vəsaitlərdən açıq aşkar yayınmalar baş verir. Dəfələrlə rəsmi qurumlara müraciət etsələr də, müraciətlərə vergi orqanlarının biganəliyi onları məyus edir. Həmin orqanın VÖEN-i **********-13001-dir. Məcburiyyət qarşısında qalıb piket keçirmək qərarına gəlmişlər. Bakı şəhər İcra Hakimiyyəti 08 dekabr 2022-ci il tarixli məktubla bildirmişdir ki, onların Bakı Şəhər İcra Hakimiyyətinə daxil olmuş, piket keçirilməsi haqqında müraciətlərinə baxılmış, planlaşdırdıqları piketin keçirilməsini məqsədəuyğun hesab etməmişlər. Eyni zamanda Bakı şəhər Yasamal rayon Polis İdarəsi şifahi olaraq telefonla icazəsiz aksiya keçirəcəkləri təqdirdə məsuliyyət barədə xəbərdar etmişdir. Hesab edirlər ki, cavabdehin hərəkətləri qanunsuzdur. Cavabdeh iddiaya yazılı münasibətini məhkəməyə təqdim etməmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada iddiaçılara məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasında iştirak etməmişdirlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, tərəflərə təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 62.3-cü maddəsi). Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 saylı qərarında qeyd edilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. Buna görə də məhkəmə ilk növbədə hazırkı iddianın mümkünlüyünü yoxlayaraq qeyd edir ki, iş materiallarına əsasən iddiaçılar piket keçirilməsi ilə bağlı cavabdehə müraciət etmiş, cavabdeh iddiaçıların bu müraciətini xx.xx.2022-ci il tarixli 1-706/2-003/2 nömrəli məktubla cavablandırmışdır. Həmin məktubda cavabdeh göstərmişdir ki, iddiaçıların müraciəti “Sərbəst toplaşmaq azadlığı haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin İ hissəsinin və 9-cu maddəsinin İİİ hissəsinin tələblərinə cavab vermir. Şikayətə səbəb olan məsələ ilə bağlı aksiya keçirmək deyil, aidiyyəti orqanlara müraciət etmək tövsiyə edilir. Yuxarıda qeyd olunanları nəzərə alaraq, 13 dekabr 2022-ci il tarixində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin inzibati binasının və Bakı şəhəri, Yasamal rayonu, M.A.Əliyev küçəsi 45 nömrəli binanın qarşısında planlaşdırlan piketin keçirilməsi məqsədəuyğun hesab edilməmişdir. İddiaçılar hazırda bu imtina ilə razılaşmırlar və məhkəmədən:

1. cavabdehin imtinasının qanunsuz sayılması və həmin hüququn təmin edilməsinin cavabdehə həvalə edilməsini;

2. vurulmuş mənəvi zərərin əvəzi olaraq hər iddiaçıya 10.000 manat pul tutulmasını;

3. Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin piketin keçirilməsinə dair müdaxiləsinin qanunsuz hesab edilməsini xahiş edirlər. a) Cavabdehin imtinasının qanunsuz sayılması və həmin hüququn təmin edilməsinin cavabdehə həvalə edilməsi: Məhkəmə iddia tələbinin bu hissəsi ilə bağlı qeyd edir ki, İPM-nin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkindirməyə dair iddia mümkün sayılır. İPM-in 36.1-ci maddəsinə əsasən, müəyyən etmə və ya tanınma haqqında iddia vasitəsi ilə iddiaçı hər hansı hüquq münasibətinin mövcud olması və ya olmamasının, yaxud inzibati aktın etibarsızlığının tanınmasını məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 36.2-ci maddəsinə əsasən, müəyyən etmə və ya tanınma haqqında iddia vasitəsi ilə iddiaçı artıq icra olunmuş inzibati aktın qanunsuz sayılmasını məhkəmədən tələb edə bilər. İddiaçıların məhkəməyə müraciət etdiyi zaman, cavabdeh inzibati orqan tərəfindən artıq icra olunmuş inzibati aktın qəbul edilməsi müəyyən edilmədiyindən hazırkı məzmunda iddia mümkünsüzdür. Bundan başqa, «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 saylı qərarının 6.1 və 6.2-ci bəndlərinə əsasən iddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olubolmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edibetmədiyi yoxlanılmalıdır. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. Həmin qərarın 7-ci bəndinə əsasən iddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. İşdən görünür ki, iddiaçılar fəaliyyət göstərən vergi ödəyicisi tərəfindən əhali ilə pul hesablaşmalarının aparılması qaydalarını pozulmasından narazıdırlar. Məhkəmə qeyd edir ki, Vergi Məcəlləsinin 50.1-ci maddəsinə əsasən operativ vergi nəzarəti sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin və ya əmtəə-material ehtiyatlarının saxlanılması ilə bağlı olan anbar, ticarət və bu qəbildən olan digər binalarında (ərazilərində) (yaşayış binaları (sahələri) istisna olmaqla), nəqliyyat vasitələrində (sahibkarlıq fəaliyyəti ücün istifadə edilməyən şəxsi nəqliyyat vasitələri istisna olmaqla) həyata keçirilən və aşağıdakı məsələləri əhatə edən vergi nəzarəti formasıdır: 50.1.3. əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması; Həmin Məcəllənin 50.2-ci maddəsinə əsasən operativ vergi nəzarətinin həyata kecirilməsi ücün əsaslar aşağıdakılardır: 50.2.2. vergi orqanları tərəfindən mənbəyi bəlli mənbələrdən əldə etdikləri məlumatlar; 50.2.4. vergi orqanlarının bu Məcəllənin 50.1-ci maddədə göstərilən məsələlər barədə qanunvericiliyin sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslər tərəfindən pozulması barədə kifayət qədər əsası olduqda; Məhkəmə qeyd edir ki, hazırkı halda iddiaçıların arzuladıqları məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitəsi piket keçirmək deyil, yuxarıda qeyd olunan normalara uyğun müvafiq yoxlama tədbirlərinin həyata keçirilməsi üçün bu sahədə nəzarəti həyata keçirən inzibati orqana müraciət edilməsidir. b) Vurulmuş mənəvi zərərin əvəzi olaraq hər iddiaçıya 10.000 manat pul tutulması «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 saylı qərarında qeyd edilmişdir ki, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. İddiaçıların onlara dəymiş mənəvi ziyanın cavabdehdən tutulmasından ibarət tələbi kompensasiyanın ödənilməsi tələbinə dair iddiadır ki, yuxarıda da qeyd olunduğu kimi digər mümkünlük şərtləri ilə yanaşı bu iddia, yəni inzibati orqanların qanunsuz qərarları və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyanın əvəzinin ödənilməsinə dair iddianın qaldırıla bilməsi üçün tələb olunan mümkünlük şərtlərindən biri zərərçəkmiş şəxsin vurulmuş zərərin əvəzinin ödənilməsinə dair ərizə ilə əvvəlcə müvafiq inzibati orqana müraciət etməsidir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 89.1-ci maddəsinə əsasən inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. Həmin Qanunun 89.2-ci maddəsinə əsasən maraqlı şəxs kompensasiyanın ödənilməsindən imtina olunması haqqında inzibati orqanın qərarından müvafiq məhkəməyə şikayət verə bilər. Lakin iş materiallarından iddiaçıların mənəvi zərərin ödənilməsi tələbi ilə bağlı məhkəməyə müraciət etməzdən öncə inzibati orqana müraciət etməsi müəyyən olunmur. Belə olan halda, aydın olur ki, hazırkı iddia bu hissədə də mahiyyəti üzə baxılması üçün tələb olunan mümkünlük şərtlərinə cavab vermir. c) Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin piketin keçirilməsinə dair müdaxiləsinin qanunsuz hesab edilməsi; Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun sözügedən qərarının 2.3-cü bəndində qeyd edilir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. İddia ərizəsi İPM-in 46.1-ci maddəsində təsbit edilmiş formal tələblərə cavab verməlidir. Həmin normada nəzərdə tutulmuş iddia ərizəsinin məzmununa dair tələblər - ərizənin verildiyi məhkəmənin adı; iddiaçı və cavabdeh fiziki şəxslərin soyadları, adları, atalarının adları, yaşayış yerləri, inzibati orqanların (hüquqi şəxslərin) adı və hüquqi ünvanları; iddiaçının (ərizəçinin) tələbi - imperativ xarakter daşıyır və verilmiş ərizələrdə bunlar göstərilməlidir. Lakin iddia ərizəsindən görünür ki, iddiaçının üçüncü tələbi, yəni piketin keçirilməsinə dair müdaxilənin qanunsuz hesab edilməsi Bakı şəhəri Yasamal rayon Polis İdarəsinə yönəlmiş iddia olsa da, iddia ərizəsində cavabdeh qismində həmin orqan deyil, yalnız Bakı Şəhər İcra Hakimiyyəti göstərilmişdir. Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin piketin keçirilməsinə dair müdaxiləsinin qanunsuz hesab edilməsi tələbinə dair iddiaya Bakı Şəhər İcra Hakimiyyəti cavab verməli orqan olmadığından iddia bu hissədə də mümkünsüzdür. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35, 80 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı:

İddia mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasına (ünvan: ünvan 3alahova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar