Məhkəmə qərarları › İş №2-1(112)-6177/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-6177/2025

21.08.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6177/2025 21.08.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “qərarın ləğv edilməsi və göndəriş əsasında əlilliyin müəyyən olunması” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Cəlalov Bəhlul Məmmədcəfər oğlunun sədrliyi, Həsənov İlkin Mürşüd oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “qərarın ləğv edilməsi və göndəriş əsasında əlilliyin müəyyən olunması” tələbinə dair iddiası üzrə inzibati işə 21 avqust 2025-ci il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı (bundan sonra – iddiaçı) xx.xx.1963-cü ildə doğulmuşdur. İddiaçının barəsində Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası xx.xx.2016-cı il tarixli, 962 nömrəli Qərarına əsasən iddiaçının döyüş zonasında hərbi xidmət keçərkən xx.xx.1992-ci ildə aldığı və xx.xx.1992-ci ildən xx.xx.1992-ci ilə kimi Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Neyrocərrahlıq xəstəxanasında müayinə və müalicə olunduğu travma - diaqnoz: “Qapalı kəllə beyin travması. Beyin silkələnməsi” (Azərbaycan Respublikası SHXÇDX-nin Bakı ş, Suraxanı rayon idarəsinin xx.xx.2013-cü il tarixli 2436 nömrəli göndərişi, xx.xx.2013-cü il tarixli 415 nömrəli arayışı, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Neyrocərrahlıq xəstəxanası tərəfindən verilmiş xx.xx.1992-ci il tarixli çıxarış epikrizi, xəstəlik tarixindən çıxarışlar, Bakı şəhəri Suraxanı rayon məhkəməsinin xx.xx.2016-cı il tarixli Qərardan, MN MHHK-nın həkim mütəxəssisi - nevropatoloqun və cərrahın rəyləri ilə təsdiq edilir)“ HƏRBİ TRAVMADİR, AZƏRBAYCAN RESPUBLİKASİNİN MÜDAFİƏSİ ZAMANİ ALİNMİŞDİR”. İddiaçıya xx.xx.2016-cı il tarixdə ilkin qiymətləndirmə nəticəsində 5 il müddətinə Azərbaycan Respublikasının ərazi bütovlüyünün müdafiəsi ilə əlaqədar ikinci dərəcəli əlillik təyin edilmişdir. Diaqnoz – Baş beynin sıxılması. Baş beynin (kötüyün) əzilməsi, keçirilmiş kəllə beyin travmasının qalıq əlamətləri. Postravmatik ensefalopatiya. Nevrastexniya, qabarıq şəkilli asteno-nevrotik sindrom. Vegetativ (avtonom) sinir sisteminin digər rubrikalarda təsnif olunan xəstəliklər zamanı başqa pozğunluqları, vegatativ distaniya, vegatativ paraksizimlər. Bel oma fəqərələrinin osteoxondrozu, kökcük ağrı sindromu. XBT kodu G93.5 – Baş beyin sıxılması, Meyar bənd 2.2.9. İddiaçı göndəriş əsasında xx.xx.2021-ci il tarixdə Agentlikdə əyani müayinə olunmuş və diaqnozun əlillik əlaməti təyin etməməsi əsası ilə ona əlillik təyin edilməsindən imtina edilmişdir. İddiaçı Bakı Baş Səhiyyə İdarəsinin V00201311ZZX nömrəli, xx.xx.2024-cü il tarixli göndərişi əsasında 2.12.2024-cü il tarixdə əyani müayinə olunmuş və diaqnoz Diaqnoz əlillik əlaməti təyin etməməsi əsas ilə ona əlillik təyin edilməsindən imtina edilmişdir. Həmin göndərişdə iddiaçının əsas diaqnozu – “Əsas diaqnoz: “S06.3 Baş beynin ocaqlı travması, Keçirilmiş qapalı kəllə beyin travmasının davamlı qalıq əlamətləri” qeyd edilmişdir. İddia tələbi və iddiaçının əsaslandırması, cavabdehin etirazları və digər prosessual hərəkətlər: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasına (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin ona əlillik təyin edilməsindən imtina edilməsinə dair xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsi və ona xx.xx.2024-cü il tarixli göndəriş əsasında Azərbaycan Respublikasının ərazi bütovlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlqədar orqanizmin funksiyalarının müvafiq faiz dərəcəsi ilə müddətsiz əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. (İddia tələbi dəqiqləşdirilmişdir). İşin yuxarıda qeyd edilən hallarına istinadən tələb onunla əsaslandırılmışdır ki, 1992ci ilin fevral ayında Ağdam, mart ayından isə Suraxanı Hərbi Komissarlığı tərəfindən Azərbaycan Respublikasının ərazi bötüvlüyü uğrunda gedən döyüşlərdə iştirak etmək üçün hərbi xidmətə çağırılmışdır. 8.05.1992-ci il tarixdə Şuşa şəhərində döyüş zamanı yaralanmışdır. Bu faktı təsdiq edən Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Hərbi Həkim Komissiyasının 6.10.2016-cı il tarixli 962 №-li Qərarıdır. Aldığı travma sağlamlığına ciddi zədə vurub və digər xəstəliklərə də yol açmışdır. Həmin müddətdən sonra daimi ambulator müalicələr almışdır. Müxtəlif illərdə də respublikanın müxtəlif xəstəxanalarında stasionar müayinə və müalicələr alınmışdır. Stasionar müalicələr: xx.xx.2021-ci tarixdən, xx.xx.2021-ci il tarixədək X4 PHŞ, xx.xx.2022 - xx.xx.2022-ci il tarixədək Veteranlar xəstəxanası, xx.xx.2019 - xx.xx.2019-cu il tarixədək. Respublika Klinik Xəstəxanası, xx.xx.2021 - xx.xx.2021-ci il tarixədək Respublika Psixiatriya Xəstəxanası xx.xx.2022 xx.xx.2022-ci il tarixdədək X4. xx.xx.2023 -xx.xx.2023-cü il tarixədək Respublika Psixiatriya Xəstəxanası. Müayinələr: xx.xx.2022 Sab. Tibb Mərkəzində, xx.xx.2022 BMP, xx.xx.2022- ci il STM, xx.xx.2024 MRT STM. xx.xx.2023 Bakı Respublika Psixiatriya xəstəxanası PHŞ. xx.xx.2024 Respublika Klinik Xəstəxanası xx.xx.2024 M.Ə.Mirqasımov adına RKX. xx.xx.2024-cü il Sabunçu TM xx.xx.2024-cü il tarixdə Respublika Neyrocərrahiyyə Xəstəxanası. Ona AR ƏƏSMN yanında DTSE və RX-nin xx.xx.2016-cı il tarixli qərarı ilə, xx.xx.2016-cı ildən xx.xx.2021-ci il tarixədək İİ qrup əlillik dərəcəsi verilmişdir. Əsas diaqnoz: Qapalı kəllə beyin travması, Beyin silkələnməsi mərmi partlaması nəticəsində qalıqlar (1992). Sənəddə: AR MN MHHK xx.xx.2016-cı 962 saylı qərarı ilə "HƏRBİ TRAVMADİR, AZƏRBAYCAN RESPUBLİKASİNİN MÜDAFİƏSİ ZAMANİ ALİNMİŞDİR." Beş illik əlillik müddəti bitdikdən sonra Suraxanı rayon 23 saylı Hövsan Şəhər Poliklinikasının Həkim-Məsləhət Komissiyasının rəyi ilə forma 88 tərtib olunub və TSEK-sına göndərilmişdir. Dekabr 2024-cü il tarixdə ona imtina cavabı verilmişdir. TSEK-nin qərarına tamamilə qanunsuz öz əsassız sayır. Cavabdeh iddiaya yazılı etirazını məhkəməyə təqdim edərək iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Etirazda işin faktiki halları və qanunvericilik normaları sadalanmış, lakin etirazda iddia tələbinin rədd olunması ilə bağlı etirazın dəlilləri göstərilməmişdir. Tərəflərin iştirakı və izahatları: İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və göstərilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və səbəbləri barədə məhkəməyə hər hansı məlumat verilməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Hazırki iddianın növü məcburetmə haqqında iddiadır. İPM-in 2.1 və 2.2.2-ci maddələrinə görə inzibati məhkəmə icraatında inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) baxılır. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçıya əlillik təyin edilməsindən imtina edilməsi barədə SMS bildiriş xx.xx.2024-cü il tarixdə ona göndərilmiş, iddiaçı 9.01.2025-ci il tarixdə məhkəməyə müraciət etmişdir. İddiaçı prosessual müddətin bərpası barədə ərizə də təqdim etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2025, 2-1(112)-6177/2025 nömrəli qərardadı ilə, ərizə təmin edilmiş və iddiaçı təərfindən buraxılmış prosessual müddət bərpa edilməsi qərara alınmışdır. Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq: İşin hallarına görə, iddiaçı İ Qarabağ müharibəsi zamanı döyüşlərdə iştirak edərkən 1992-ci il tarixdə qapalı kəllə beyin travması almış və Müdafizə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən qəbul edilmiş qərarda “Hərbi Travmadır Azərbaycan Respublikasının müdafiəsi zamanı alnmışdır” kimi qeyd edilmişdir. İddiaçıya xx.xx.2016-cı il tarixdə ilkin qiymətləndirmə nəticəsində 5 il müddətinə Azərbaycan Respublikasının ərazi bütovlüyünün müdafiəsi ilə əlaqədar ikinci dərəcəli əlillik təyin edilmişdir. Diaqnoz – Baş beynin sıxılması. Baş beynin (kötüyün) əzilməsi, keçirilmiş kəllə beyin travmasının qalıq əlamətləri. Postravmatik ensefalopatiya. Nevrastexniya, qabarıq şəkilli asteno-nevrotik sindrom. Vegetativ (avtonom) sinir sisteminin digər rubrikalarda təsnif olunan xəstəliklər zamanı başqa pozğunluqları, vegatativ distaniya, vegatativ paraksizimlər. Bel oma fəqərələrinin osteoxondrozu, kökcük ağrı sindromu. XBT kodu G93.5 – Baş beyin sıxılması, Meyar bənd 2.2.9. Əlillik müddəti qurtardığından iddiaçı göndəriş əsasında xx.xx.2021-ci il tarixdə Agentlikdə əyani müayinə olunmuş və diaqnozun əlillik əlaməti təyin etməməsi əsası ilə ona əlillik təyin edilməsindən imtina edilmişdir. İddiaçı Bakı Baş Səhiyyə İdarəsinin V00201311ZZX nömrəli, xx.xx.2024-cü il tarixli göndərişi əsasında 2.12.2024-cü il tarixdə əyani müayinə olunmuş və diaqnoz diaqnozun əlillik əlaməti təyin etməməsi əsas ilə ona əlillik təyin edilməsindən imtina edilmişdir. Həmin göndərişdə iddiaçının Əsas diaqnoz: “S06.3 Baş beynin ocaqlı travması, Keçirilmiş qapalı kəllə beyin travmasının davamlı qalıq əlamətləri. Ağırlaşma: G45.0 Vertebrobazilyar arterial system sindromu, Vertebo – barilyar arterial system sindromu; Ağırlaşma: M24.5 Oynaqların kontreakturası, Sağ dirəsk oynağının açıcı bükücü konturakturası (bükmə 85 dərəcə açma 125 dərəcə); Ağırlaşma: T90.5 Kəllədaxili travmaların nəticələri, Kəllə daxili travma; Ağırlaşma: İ67.8 Beyin damarlarının digər dəqiqləşdirirlməmiş zədələnmələri, Baş beynin xronik işemiyası; Ağırlaşma: M19.2 Digər ikincili artroz, Sağ dirsək oynağının artrozu; Ağırlaşma: G31 Sinir sisteminin başqa rubrikalarda təsnif olunmayan digər degenerative xəstəlikləri, Kartikal atforiya.; Ağırlaşma: R52.1 Müalicəyə tabe olmayan daimi ağrı, Daimi ağrı sindromu; Ağırlaşma: G93 Baş beynin digər zədələnmələri, Postravmatik ensefolopatiya; Ağırlaşma: M47.8 Digər spondilyozlar, Bel fəqərələrinin spandiliozu M24.5-Onurğanın hərəkət məhdudluğu; Ağırlaşma: M62.5 Əzələnin başqa rubrikalarda təsnif olunmayan atrofiyası və üzülməsi, Əzələ gücünün azalması, atrofiyası; Ağırlaşma: M81.2 Hərəkətsizliklə bağlı osteoporoz, Dirsək sümüyün osteoparozu; Ağırlaşma: G90 Vegetativ (avtonom) sinir sisteminin pozğunluqları, Vegetativ damar distoniyası; Ağırlaşma: S42.4 Bazu sümüyünün aşağı ucunun sınığı, Sağ bzu sümüyünün distal 1/3-nin qeyri düzgün bitişmiş sınığı; Ağırlaşma: M21.0 Digər rubrikalarda təsnif olunmayan valqus deformasiya, Sağ dirsək oynağının valqus deformasiyası; Ağırlaşma: M41: Skolioz, Bel fəqərələrinin sağ tərəfli skoliozu; Yanaşı xəstəliklər: F07.0 Üzvi mənşəli şəxsiyyət pozuntusu, Üzvi şəxsiyyət pozuntusu; Yanaşı xəstəliklər: F06.7: Yüngül koqnitiv pozuntu, Yaddaşın enməsi ilə MMSE-24; Yanaşı xəstəliklər: İ11: Ürəyin hipertenziv xəstəliyi, Arterial hipertenziya İİ mərhələ” diaqnozları qeyd edilmişdir. Hazırda iddiaçının hüquqi marağı xx.xx.2024-cü il tarixli göndəriş əsasında ona, Azərbaycan Respublikasının Ərazi Bütövlüyünün müdafiəsi ilə əlqədar orqanizmin funksiyalarının müvafiq faiz dərəcəsi ilə əlilliyin təyin edilməsinə yönəlmişdir. Cavabdeh isə bildirir ki, iddiaçıda olan diqanoz əlillik əlaməti təyin etmir. Məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin qiymətləndirilməsi Qaydasına əsasən: 1.6. Əlilliyin səbəbinin, dərəcəsinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır (hazırkı redaksiyası: 1.6. Orqanizmin funksiyalarının pozulması faizinin, səbəbinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır.). 1.8. Əlillik Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda nəzərdə tutulan insanın həyat fəaliyyətinin əsas kateqoriyaları və onların məhdudlaşma dərəcələri və “Əlilliyin müəyyən olunması meyarları”na Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə əsasən müəyyən olunur. Həmin Meyarlara əsasən: 3.1. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra – xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir: 3.1.1. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİİ dərəcə məhdudlaşması halında – 81-100 faiz; 3.1.2. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİ dərəcə məhdudlaşması halında – 61-80 faiz; 3.1.3. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İ dərəcə məhdudlaşması halında – 31-60 faiz. 3.2. Xəstəliklərin, zədələrin və çatışmazlıqların adları, onların ağırlıq dərəcəsi mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının klinik funksional xüsusiyyətləri, XBT-10, orqanizmin funksiyalarının pozulması faizi və müddəti bu Meyarlara Əlavədə müəyyən edilmişdir. XBT-10 – xəstəliklərin və sağlamlıqla bağlı problemlərin beynəlxalq statistik təsnifatı, X baxış. Hazırkı işin hallarından müəyyən edillir ki, iddiaçının müraciətinə əsasən Bakı Baş Səhiyyə İdarəsinin V00201311ZZX nömrəli, xx.xx.2024-cü il tarixli göndərişi əsasında iddiaçının əlillik vəziyyətinə baxılmış və “Əsas diaqnoz: “S06.3 Baş beynin ocaqlı travması, Keçirilmiş qapalı kəllə beyin travmasının davamlı qalıq əlamətləri. Ağırlaşma: G45.0 Vertebrobazilyar arterial system sindromu, Vertebo – barilyar arterial system sindromu; Ağırlaşma: M24.5 Oynaqların kontreakturası, Sağ dirəsk oynağının açıcı bükücü konturakturası (bükmə 85 dərəcə açma 125 dərəcə); Ağırlaşma: T90.5 Kəllədaxili travmaların nəticələri, Kəllə daxili travma; Ağırlaşma: İ67.8 Beyin damarlarının digər dəqiqləşdirirlməmiş zədələnmələri, Baş beynin xronik işemiyası; Ağırlaşma: M19.2 Digər ikincili artroz, Sağ dirsək oynağının artrozu; Ağırlaşma: G31 Sinir sisteminin başqa rubrikalarda təsnif olunmayan digər degenerative xəstəlikləri, Kartikal atforiya.; Ağırlaşma: R52.1 Müalicəyə tabe olmayan daimi ağrı, Daimi ağrı sindromu; Ağırlaşma: G93 Baş beynin digər zədələnmələri, Postravmatik ensefolopatiya; Ağırlaşma: M47.8 Digər spondilyozlar, Bel fəqərələrinin spandiliozu M24.5-Onurğanın hərəkət məhdudluğu; Ağırlaşma: M62.5 Əzələnin başqa rubrikalarda təsnif olunmayan atrofiyası və üzülməsi, Əzələ gücünün azalması, atrofiyası; Ağırlaşma: M81.2 Hərəkətsizliklə bağlı osteoporoz, Dirsək sümüyün osteoparozu; Ağırlaşma: G90 Vegetativ (avtonom) sinir sisteminin pozğunluqları, Vegetativ damar distoniyası; Ağırlaşma: S42.4 Bazu sümüyünün aşağı ucunun sınığı, Sağ bzu sümüyünün distal 1/3-nin qeyri düzgün bitişmiş sınığı; Ağırlaşma: M21.0 Digər rubrikalarda təsnif olunmayan valqus deformasiya, Sağ dirsək oynağının valqus deformasiyası; Ağırlaşma: M41: Skolioz, Bel fəqərələrinin sağ tərəfli skoliozu; Yanaşı xəstəliklər: F07.0 Üzvi mənşəli şəxsiyyət pozuntusu, Üzvi şəxsiyyət pozuntusu; Yanaşı xəstəliklər: F06.7: Yüngül koqnitiv pozuntu, Yaddasın enməsi ilə MMSE-24; Yanaşı xəstəliklər: İ11: Ürəyin hipertenziv xəstəliyi, Arterial hipertenziya İİ mərhələ” diaqnozları qoyulmuşdur. Cavabdeh həmin göndəriş əsasında iddiaçının əyani müayinəsini aparmış və diaqnozun əlillik əlaməti təyin etməməsi əsası ilə iddiaçıya əlillik təyin edilməsindən imtina etmişdir. Məhkəmə ilk növbədə qeyd edir ki, hazırkı əlilik təyinatı iddiaçının ilkin əlilliyi deyildir. İddiaçı İ Qarabağ müharibəsi zamanı döyüşdə iştirak edərkən 19992-ci ildə travma almış və həmin tarixdən onda müxtəlif xəstəliklər yaranmışdır. İddiaçıya xx.xx.2016-cı il tarixdə ilkin qiymətləndirmə nəticəsində 5 il müddətinə Azərbaycan Respublikasının ərazi bütovlüyünün müdafiəsi ilə əlaqədar ikinci dərəcəli əlillik təyin edilmişdir. Ali Məhkəmənin İnzibati Kollegiyasının 2-1(102)-1908/2024 nömrəli iş üzrə, xx.xx.2024-cü il tarixli və 2-1(102)-1637/2024 nömrəli iş üzrə, xx.xx.2024-cü il tarixli qərardadlarında məhkəmə kollegiyası qeyd etmişdir ki, “...kassasiya instansiyası məhkəməsinin analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlarda formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, cavabdeh hər bir halda əlilliyin müəyyən olunması məsələsinə fərdi yanaşmalı, iş üzrə müəyyən olunmuş hallara obyektiv qiymət verməlidir. Bu zaman iddiaçının dəyişməyən xəstəliyi, habelə ötən müddət ərzində xəstəliyinin ağırlaşması, eyni zamanda, iddiaçıya həmin diaqnoz əsasında müvafiq əlillik dərəcəsinin artıq bir neçə dəfə təyin olunduğu da cavabdeh tərəfindən nəzərə alınmalıdır”. Bundan başqa, cavabdehin 2.12.2024-cü il tarixli qərarında qeyd edilmişdir ki, iddiaçının əlillik vəziyyəti tibb müəssisəsinin 0027003AAEFZ nömrəli göndərişi əsasında xx.xx.2021-ci il tarixdə qiymətləndirilmiş və Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərarı verilmişdir. Yenidən əlillik vəziyyətinin qiymətləndirməsi üçün tibb müəssisəsinin yeni göndərişi rəsmiləşdirilmiş, qərar verilməsi üçün Agentliyə göndərilmişdir. Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2016-cı il tarixli 962 nömrəli Qərar verilmişdir. Həmin qərarda “Qapalı kəllə beyin travması. Beyin silkələnməsi” diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi Travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı başağrıları, yuxusuzluq, əsəbilik, yaddaşsızlıqda şikayətlənmiş, ürəkdöyünməsinin normadan aşağı olduğunu, qanında qatılaşma olduğunu bildirmişdir. Anamnestik məlumatlarında 1992-ci ildə bel və baş nahiyəsində yaralandığını, sakitləşdirici kimi medikamentoz preparatlardan “Depakin” qəbul etdiyini, əsəbləşən zaman soyuq tər gəldiyini, özündə olmadığını bildirmiş, halhazırda aktiv əmək müqaviləsi olduğunu, işdəkilərin onu sadəcə yola verdiklərini ifadə etmişdir. Müayinə zamanı 1 saylı Psixiatriya Xəstəxanasında müalicə aldığı zaman həkiminin adını xatırlamadığını bildirmiş, lakin 1992-ci ildə baş vermiş yaralanma haqqında məlumat vermişdir. Psixi statusunda zahirən səliqəli ünsiyyətə həvəslə daxil olmuş, bələdliyi zamana və məkana görə qorunmuş, tənqidi tam izlənilmişdir. İntellektual mnestik sferası yaşam tərzinə və təhsilinə uyğun olmuş, qabarıq asteno-nevrotik əlamətlər izlənilmiş, ruhi xəstəlik əlamətləri müşahidə edilməmişdir. Respublika Psixiatriya Xəstəxanasının xx.xx.2021-xx.xx.2021 -ci il tarixli Çıxarışda diaqnoz “Üzvi (travma mənşəli). Şəxsiyyət pozuntusu, tez-tez baş verən dekompensasiyalar, yaddaş-intelektin enməsi ilə” kimi qeyd olunsa da, klinik olaraq öz təsdiqini tapmamışdır. Müharibə Veteranları Respublika Xəstəxanasının xx.xx.2022-xx.xx.2022-ci il tarixli 1407 nömrəli Çıxarışda diaqnoz “Postkontuzion sindrom. Posttravmatik ensefalopatiya. Kəllədaxili hipertenziya. Baş beynin məhdud atrofiyası. Koqnitiv funksiyanın pozulması. Vegetativ sinir sisteminin digər pozulması. Boyun şöbəsinin C6-C7 fəqərəarası disklərin radikulopatiya zədələnməsi. Üzvi mənşəli şəxsiyyət pozulması (posttravmatik)" kimi qeyd olunsa da, obyektiv müayinə zamanı öz təsdiqini tapmamışdır. X3 xx.xx.2022-xx.xx.2022ci il tarixli 7537 nömrəli Xəstəlik tarixindən Çıxarışda diaqnoz “Keçirilmiş qapalı kəllə beyin travması. Baş beyin silkələnməsindən sonrakı davamlı qalıq əlamətləri (1992). Posttravmatik ensefalopatiya, kəllədaxili hipertenziya. Baş beynin məhdud atrofiyası. Koqnitiv funksiyaların pozulması. Vegetativ sinir sisteminin digər pozulmaları. Boyun şöbəsinin C6-C7 fəqərəarası disklərin radikulopatiyası. Bel şöbəsinin L3-L4, L4-L5, L5-S1 fəqərəarası disklərin diskopatiyası, zədələnmələri. Hipertoniya xəstəliyi İİ mərhələ. Üzvi (travma) mənşəli şəxsiyyət pozuntusu. Baş beynin damar paroksizmaları” kimi qeyd olunsa da, klinik olaraq öz təsdiqini tapmamışdır. X3 xx.xx.2022-ci il tarixli MRT müayinəsinin nəticəsi “Kortikal sulkus və qirusların dərinliyi və genişliyi artmışdır (kortikal atrofiya). Periventrikulyar sahələrdə aterosklerotik ensefalopatiyaya uyğun işıqlanma sahələri izlənilir. Periventrikulyar sahələrdə dərin ağ maddə içərisində bir neçə ədəd mikroangiopatik ocaqlar izlənilir. Yan mədəciklər assimetrikdir (S>D). Sağ maksilyar sinusda 20x36mm ölçüsündə retension kist aşkar olunur” kimi qeyd olunsa da, klinik olaraq öz təsdiqini tapmamışdır. Anamnestik məlumatlarda və obyektiv müayinələrin nəticələrində əlillik təyinatına əsas verə biləcək nevroloji, psixoproduktiv əlamətlər və davranış pozuntusu əlamətləri aşkar edilməmişdir. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə məhkəmə-tibbi ekpertizası təyin edilərək Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-X2 ekspertlərinə tapşırılmışdır. Məhkəməyə təqdim edilmiş xx.xx.2025-ci il tarixli, 2062 №-li ekspert rəyində qeyd edilmişdir ki, İddiaçı hal-hazırda “Üzvi (kəllə-beyin travması nəticəsində) şəxsiyyət pozuntusu” (F07.0) aşkar olunur. İddiaçının əlillik vəziyyətinin qiymətləndirilməsi ilə bağlı müvafiq tibb müəssisəsində tərtib edilmiş göndərişdə qeyd edilən diaqnoz Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na Əlavədə aşağıdakı kimi öz əksini tapmışdır:

7. Psixi və davranış pozuntuları … üzvi mənşəli şəxsiyyət pozuntusu - F07.0 Bakı Baş Səhiyyə İdarəsinin V00201311ZZX nömrəli, xx.xx.2024-cü il tarixli göndərişi əsasında iddiaçının əlillik vəziyyətinə baxılmış və Əsas diaqnoz: “S06.3 Baş beynin ocaqlı travması, Keçirilmiş qapalı kəllə beyin travmasının davamlı qalıq əlamətləri. Ağırlaşma: G45.0 Vertebrobazilyar arterial system sindromu, Vertebo – barilyar arterial system sindromu; Ağırlaşma: M24.5 Oynaqların kontreakturası, Sağ dirəsk oynağının açıcı bükücü konturakturası (bükmə 85 dərəcə açma 125 dərəcə); Ağırlaşma: T90.5 Kəllədaxili travmaların nəticələri, Kəllə daxili travma; Ağırlaşma: İ67.8 Beyin damarlarının digər dəqiqləşdirirlməmiş zədələnmələri, Baş beynin xronik işemiyası; Ağırlaşma: M19.2 Digər ikincili artroz, Sağ dirsək oynağının artrozu; Ağırlaşma: G31 Sinir sisteminin başqa rubrikalarda təsnif olunmayan digər degenerative xəstəlikləri, Kartikal atforiya.; Ağırlaşma: R52.1 Müalicəyə tabe olmayan daimi ağrı, Daimi ağrı sindromu; Ağırlaşma: G93 Baş beynin digər zədələnmələri, Postravmatik ensefolopatiya; Ağırlaşma: M47.8 Digər spondilyozlar, Bel fəqərələrinin spandiliozu M24.5-Onurğanın hərəkət məhdudluğu; Ağırlaşma: M62.5 Əzələnin başqa rubrikalarda təsnif olunmayan atrofiyası və üzülməsi, Əzələ gücünün azalması, atrofiyası; Ağırlaşma: M81.2 Hərəkətsizliklə bağlı osteoporoz, Dirsək sümüyün osteoparozu; Ağırlaşma: G90 Vegetativ (avtonom) sinir sisteminin pozğunluqları, Vegetativ damar distoniyası; Ağırlaşma: S42.4 Bazu sümüyünün aşağı ucunun sınığı, Sağ bzu sümüyünün distal 1/3-nin qeyri düzgün bitişmiş sınığı; Ağırlaşma: M21.0 Digər rubrikalarda təsnif olunmayan valqus deformasiya, Sağ dirsək oynağının valqus deformasiyası; Ağırlaşma: M41: Skolioz, Bel fəqərələrinin sağ tərəfli skoliozu; Yanaşı xəstəliklər: F07.0 Üzvi mənşəli şəxsiyyət pozuntusu, Üzvi şəxsiyyət pozuntusu; Yanaşı xəstəliklər: F06.7: Yüngül koqnitiv pozuntu, Yaddasın enməsi ilə MMSE-24; Yanaşı xəstəliklər: İ11: Ürəyin hipertenziv xəstəliyi, Arterial hipertenziya İİ mərhələ” diaqnozları göstərilmişdir. Göründüyü kimi, cavabdehin imtinası əsassızdır. Məhkəmə qeyd edir ki, iddiçıda olan üzvi mənşəli şəxsiyyət pozuntusu iş materiallarında olan iddiaçıya dair tibbi sənədlərdə və keçirilmiş ekspertiza rəyi ilə öz təsdiqini tapır. Həmin diaqnoz Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda əks olunmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 921/2025 nömrəli iş üzrə, xx.xx.2025-cü il tarixli qərardadında məhkəmə kollegiyası qeyd etmişdir ki, “...kassasiya şikayətinin məhkəmələr tərəfindən cavabdehin səlahiyyəti ilə bağlı əsassız qərar qəbul edilməsi dəlilinə münasibətdə kassasiya instansiyası məhkəməsinin analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlarda formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, (Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-1428/2024 nömrəli 2-1(102)-1218/2024 nömrəli, 2-1(102)- 1148/2024 nömrəli, 2-1(102)-522/2024 nömrəli 2-1(102)- 2378/2023 nömrəli qərarları; 2- 1(102)-2458/2024 nömrəli 2-1(102)-2702/2024 nömrəli 2-1(102)- 2636/2024 nömrəli qərardadları) iddiaçının faktiki sağlamlıq vəziyyətinin obyektiv göstəricilər əsasında cavabdeh tərəfindən qiymətləndirilməsi, həm də qiymətləndirmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə tələb olunan xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh tərəfindən şəxsə əlillik dərəcəsinin təyin edilməsindən imtinası məhkəmə tərəfindən tam şəkildə yoxlanıla bilər. Əlavə olaraq, iddiaçıda olan xəstəliklərin (ağırlaşmaların) əlilliyə əsas verməməsi ilə bağlı cavabdeh orqanın təkrarlanan dəlilinə münasibətdə qeyd edilməlidir ki, kassasiya instansiyası məhkəməsinin analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlarda formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, (Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-1218/2024 nömrəli, 2- 1(102)-764/2024 nömrəli, 2-1(102)- 671/2024 nömrəli, 2-1(102)-437/2024 nömrəli, 2- 1(102)-2500/2023 nömrəli, 2-1(102)-2378/2023 nömrəli qərarları; 2-1(102)-2458/2024 nömrəli 2-1(102)-2636/2024 nömrəli 2-1(102)-2702/2024 nömrəli 2-1(102)-2950/2024 nömrəli 2-1(102)-3098/2024 nömrəli qərardadları) tibb müəssisəsi tərəfindən tərtib edilmiş Forma 88-də əks olunmuş xəstəliklərin şəxsdə aşkar edilməsi və həmin xəstəliklərin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”də və (və ya) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarları”nda əks olunması əlilliyin təyininə hüquqi və faktiki olaraq əsas yaradır. Hazırkı iş üzrə göndərişdə göstərilmiş, apellyasiya məhkəməsinin qərarında sadalanmış iddiaçıya məxsus tibbi sənədlərdə mövcud olan və ekspert rəyində də təsdiqlənmiş diaqnoz əlillik təyinatına əsas verir”. Göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, hazırkı iş üzrə iddiaçı arzuladığı inzibati aktın qəbulunu konkret halda zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmiş, cavabdeh inzibati orqan isə iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. Qanunvericiliklə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmamış, cavabdehin imtinası qanunauyğun olmamışdır. İmtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır. İPM-in: 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır;

NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə,

qərara aldı:

İddia təmin edilsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X1 Eldar Alməmməd oğluna əlillik təyin edilməsindən imtina edilməsinə dair 2.12.2024-cü il tarixli qərarı ləğv edilsin. İddiaçı xx.xx.2024-cü il tarixli, V00201311ZZX nömrəli göndəriş əsasında Azərbaycan Respublikasının ərazi bütovlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlqədar orqanizmin funksiyalarının müvafiq faiz dərəcəsi ilə əlilliyin təyin edilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Bəhlul Cəlalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar