Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6185/2020 11.09.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qarayeva Mehriban Cəfər qızının sədr--liyi Emin Etibar oğlu Eminzadənin katibliyi iddiaçının vəkili və nümayəndəsi Vəkil cavabdehin nümayəndəsi X4 iştirakı ilə İddiaçı cavabdeh Azərbay-can Res--pub-likası Əmlak Mə-sə--lə--ləri Dövlət Komitəsinin yanında Daşın-maz Əmlakın Dövlət Reyestri Xidmə-ti-nin 1 saylı Bakı ərazi idarəsinə qarşı “qeydiyyatın ləğv edilməsi barədə” iddiası üzrə işə məhkəmənin binasın-da (ünvan: Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: 2 saylı Bakı İnzibati-iqtisadi Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2-1(82)- 894/2019 saylı qərarı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışa əsasən mülkiyyət hüququna dair qeydiyyatın ləğv edilməsi barədə” iddiası təmin edilərək, RX seriyalı, ******* nömrəli çıxarışa əsasən İddiaçı mülkiyyətində olan, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Əhmədbəy Ağayev küçəsi, 23/3 saylı fərdi yaşayış evinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 322 saylı, xx xxxxxxx 2015-ci il tarixli qərarına və Bakı şəhəri Sabunçu rayon məhkəməsinin xx.xx.2017-ci il tarixli qərardadı ilə təsdiq edilmiş barışıq sazişinin şərtlərinə müvafiq olaraq İddiaçı ilə Bakı şəhəri Sabunçu rayon icra Hakimiyyəti arasında bağlanmış müqaviləyə əsasən (pilot layihə çərçivəsində) sökülərək tikinti sahəsindən kənarlaşdırıldığına görə, həmin fərdi yaşayış evi üzərində İddiaçı mülkiyyət hüququna dair aparılmış 4 nömrəli reyestr kitabının 301 nömrəli vərəqindəki xx.xx.2017-ci il tarixli, ********** nömrəli qeydiyyatın ləğv edilməsi öhdəliyinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi qərara alınmış və qərar qanuni qüvvəsini alandan sonra cavabdeh tərəfindən icra edilmişdir. X5 xx.xx.2019-cu il tarixdə ərizə ilə 2 saylı Bakı İnzibati-iqtisadi Məhkəməsinə müraciət edərək, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2- 1(82)-894/2019 saylı qərarı qanunla qorunan maraqlarına toxunduğu üçün onun həmin iş üzrə üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsini xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-894/2019 saylı, xx xxxxxx 2019cu il tarixli qərardadı ilə ərizə təmin edilməmişdir. Həmin qərardaddan ərizəçi X5 tərəfindən apelyasiya şikayəti verilərək, qərardadın ləğv edilməsi və ərizənin təmin olunması xahiş edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-717/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadı ilə ərizəçi X3 apelyasiya şikayəti qismən təmin edilmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-1(82)-894/2019 saylı qərardadı ləğv edilmiş və işin materiallarının X3 inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilməsi barədə ərizəsinə yenidən baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İş materialları Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra X3 inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilməsi barədə ərizəsinə baxılmış, məhkəmənin 2- 1(82)-894/2019 saylı, xx.xx.2020-ci il tarixli qərardadı ilə X3 ərizəsi təmin edilmiş, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı ərazi idarəsinə qarşı “çıxarışa əsasən mülkiyyət hüququna dair qeydiyyatın ləğv edilməsi barədə” iddiası üzrə X5 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2-1(82)-894/2019 saylı qərarı ləğv edilmiş və işə mahiyyəti üzrə baxılması təzələnmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki,DƏDRX-nin Bakı şəhəri ərazi idarəsi tərəfindən verilmiş RX seriyalı, ******* nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında’’ daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Əhmədbəy Ağayev küçəsi, 23/3 saylı fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə dövlət reyestrində 4 nömrəli reyestr kitabının 301 nömrəli vərəqində xx.xx.2017-ci il tarixdə ********** nömrə ilə qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Nazirlət Kabinetinin 322 saylı, xx xxxxxxx 2015-ci il tarixli qərarına və Bakı şəhəri Sabunçu rayon məhkəməsinin xx.xx.2017-ci il tarixli qərardadı ilə təsdiq edilmiş barışıq sazişinin şərtlərinə müvafiq olaraq iddiaçı ilə Bakı şəhəri Sabunçu rayon İcra Hakimiyyəti arasında bağlanmış müqaviləyə əsasən (pilot layihə çərçivəsində) həmin fərdi yaşayış evi tamamilə sökülmüşdür. Hazırda həmin ev faktiki olaraq mövcud deyildir və yerində icra hakimiyyəti tərəfindən tikinti işləri həyata keçirilir. İddiaçı ərizə ilə cavabdeh orqana müraciət edərək, RX seriyalı, ******* nömrəli çıxarışa əsasən Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Əhmədbəy Ağayev küçəsi, 23/3 saylı fərdi yaşayış evinin tam mülkiyyət hüququ üzrə iddiaçıya məxsus olması barədə 4 nömrəli reyestr kitabının 301 nömrəli vərəqindəki xx.xx.2017-ci il tarixli, ********** nömrəli qeydiyyatının ləğv edilməsini, qeydiyyatın reyestrdən silinməsini və bu barədə ona rəsmi məlumat verilməsini xahiş etmiş, cavabdehin **********61 saylı, xx.xx.2018-ci il tarixli cavab məktubu ilə ona imtina edilmiş, əsas kimi qeyd olunan daşınmaz əmlak üzərinə həbs qoyulması haqqında Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 8(008)-1817/2015 nömrəli, xx.xx.2017-ci il tarixli və 2(008)- 10713/2017 nömrəli, xx.xx.2017-ci il tarixli qərardadı, məhkəmə mübahisəsinin mövcudluğu barədə isə Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 2(008)-10713/2017 saylı bildirişinin daxil olduğu göstərilmişdir. Mübahisə ilə bağlı keçirilmiş hazır-lıq icra-atında işin halları və müba-hi-sə-nin vəziy-yə-ti müzakirə edilmiş, hüquqi mübahi-sə--nin barışıq yolu ilə niz-a-ma salmaq və iş ma-te---riallarında saxlanılması mümkün olan sənəd-lə-rin məhkəməyə təqdimolun-ması pro-ses işti-rak-çılarına tək-lif edilmiş, zəruri sənəd-lər toplan-mış və iş üzrə digər qanuna-müvafiq prosessual hərəkətlər edildikdən sonra işə baxılması təyin edilmişdir. xx xxxxxxxx 2020-ci il tarixdə keçirilmiş şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçının nümayəndəsiiddia tələbini müdafiə edərək, iddia ərizəsində yazılanlara uyğun olaraq izahat verdi və əlavə olaraq bildirdi ki, onun tərəfindən məhkəməyə təqdim edilmiş məhkəmə qərardadlarından da göründüyü kimi ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin üzərində hər hansı yüklülük də qalmamışdır. Beləliklə, cavabdehin imtinasında göstərdiyi hal da tam olaraq aradan qalxmışdır. Nümayəndə izahatının sonunda iddianın təmin edilməsi barədə qərar qəbul edil-məsini məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi məhkəməyə verdiyi izahatında bildirdi ki, daşınmaz əmlak səbəbindən asılı olmayaraq məhv olduqda qeydiyyat öz hüquqi mənasını itirir. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün sənədlərin qəbulu, yoxlanılması və verilməsinin prosedur qaydalarına müvafiq olaraq məhv olunmuş daşınmaz əmlakın qeydiyyatının ləğvi Mülki Məcəlləsinin 150-ci maddəsinə uyğun olaraq aparılır. Daşınmaz əmlak üzərində mülkiyyət hüququ yüklü deyildirsə və belə əmlak mülkiyyətçinin iradəsi ilə sökülüb tam məhv edilmişdirsə, onun ərizəsi əsasında ləğv edilir və ərizəyə daşınmaz əmlak üzərində mülkiyyət hüququnu təsdiq edən sənədin əsli və dövlət rüsumunun ödənilməsi barədə sənəd əlavə olunur. Əgər daşınmaz əmlak tikintisinə icazə tələb olunan obyektdirsə, yerli icra hakimiyyəti orqanı tərəfindən onun sökülməsinə verilmiş icazə əsasında ərazi idarəsi mülkiyyət hüququnun qeydiyyatını ləğv edir. Məhv olmuş daşınmaz əmlak üzərində mülkiyyət hüququnun qeydiyyatı ləğv edildikdən sonra ərizəçiyə bildiriş verilir. Qanunverici eyni zamanda məhv olunmuş daşınmaz əmlakın qeydiyyatının ləğvi ilə bağlı maraqlı şəxslərin də ərizə ilə qeydiyyat orqanına müraciət etmək hüququnu tanımışdır. Belə ki, Mülki Məcəlləsinin 150-ci maddəsində qeyd edilmişdir ki, əgər daşınmaz əmlak məhv olduqda qeydiyyat hər cür hüquqi mənasını itirərsə, maraqlı şəxs qeydiyyatın ləğvini tələb edə bilər. Lakin daşınmaz əmlak üzərinə həbs qoyulması haqqında Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 8(008)-1817/2015 nömrəli, xx.xx.2017-ci il tarixli və 2(008)-10713/2017 nömrəli, xx.xx.2017-ci il tarixli qərardadı, məhkəmə mübahisəsinin mövcudluğu barədə isə Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 2(008)-10713/2017 saylı bildirişi daxil olduğu üçün məsələnin həllindən imtina edilmiş və bu barədə **********61 saylı, xx.xx.2018-ci il tarixli cavab məktubu ilə iddiaçıya məlumat verilmişdir. Daha sonra qanuni qüvvəsini almış məhkəmə qərarının icra edilməsi ilə müvafiq qeydiyyat ləğv edilmişdir. Sonradan isə ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin üzərinə qoyulmuş həbslər də qanuni qüvvəsini almış məhkəmə qərardadına əsasən götürülmüşdür. Cavabdehin nümayəndəsi sonda işin göstərilən hallarını nəzərə alaraq, məsələnin həllini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, üçüncü şəxs təyin edilmiş məhkəmə iclasına gəlməmiş, səbəbləri barədə məhkəməyə məlumat verilməmişdir. Üçüncü şəxsin vəkili X1 xx.xx.2020-ci il tarixdə məhkəməyə təqdim edilmiş eyni tarixli ərizəsində diz qapağından əməliyyat olunduğu üçün xx.xx.2020-ci il tarixə təyin edilmiş məhkəmə iclasının başqa vaxta keçirilməsi xahiş edilmişdir. Ərizəyə üzrlü səbəblərin mövcudluğunu təsdiq edən sübut əlavə edilmədiyindən xx.xx.2020-ci il tarixli məhkəmə iclas protokolu ilə üçüncü şəxsin vəkilinin vəsatəti təmin edilməmişdir. Məhkəmə, İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsaslanaraq, üçüncü şəxsin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə, proses iştirakçılarının izahatını dinləyib, iş üzrə toplanmış sənədl-əri təd-qiq edərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş: - DƏDRX tərəfindən verilmiş RX seriyalı, ******* saylı çıxarışdan görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Ə.Ağayev küçəsi 23/3 saylı fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ əsasında İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 4 nömrəli reyestr kitabının 301 nömrəli vərəqində qeydiyyata alınmışdır. - Bakı şəhəri Sabunçu rayon İcra Hakimiyyəti tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2018-ci il tarixli məktubda qeyd edilmişdir ki, Sabunçu rayonu, ünvan 4 saylı ünvanda yerləşən İddiaçı məxsus fərdi yaşayış evinin sökülməsi əsasları barədə məlumatın verilməsi ilə əlaqədar müraciətə baxılmışdır. Bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 322 saylı, xx xxxxxxx 2015-ci il tarixli qərarına və Sabunçu rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərardadı ilə təsdiq edilmiş barışıq sazişinin şərtlərinə müvafiq olaraq ona məxsus Sabunçu rayonu, ünvan 4 saylı ünvanda yerləşən fərdi yaşayış evi sökülmüşdür. - **********029 saylı ərizənin notarial qaydada təsdiq edilmiş surətindən aydın olur ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Əhmədbəy Ağayev küçəsi, ev 23/3 saylı yerləşən fərdi yaşayış evi söküldüyünə görə qeydiyyatın ləğv edilməsi İddiaçı tərəfindən xahiş edilmişdir və gələcəkdə onun bu halla bağlı heç bir iddia və tələbi olmayacaqdır. - DƏDRX-in 1 saylı Bakı ərazi idarəsi tərəfindən iddiaçıya ünvanlanmış **********39 saylı, xx.xx.2018-ci il tarixli məktubdan müəyyən edilir ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Əhmədbəy Ağayev küçəsi, 23/3 saylı fərdi yaşayış evinə dair ********** nömrəli, xx.xx.2017-ci il tarixli qeydiyyatın ləğv edilməsi ilə bağlı ********** nömrəli, xx.xx.2018-ci il tarixli ərizəyə baxılmışdır. Bununla əlaqədar bildirilmişdir ki, sözügedən fərdi yaşayış evinə dair RX ******* seriya nömrəli, xx.xx.2017-ci il tarixli dövlət reyestrindən çıxarışın əsli ilə 1 saylı Bakı Ərazi İdarəsinə müraciət edilməsi məqsədəuyğundur. - DƏDRX 1 saylı Bakı ərazi idarəsi tərəfindən iddiaçıya ünvanlanmış **********61 saylı, xx.xx.2018-ci il tarixli cavab məktubundan müəyyən edilir ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Ə.Ağayev küçəsi 23/3 saylı fərdi yaşayış evinə dair ********** qeydiyyat nömrəli çıxarışın ləğv edilməsi ilə bağlı ərizəyə baxılmış, aparılan araşdırma zamanı qeyd olunan daşınmaz əmlak üzərinə həbs qoyulması haqqında Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 8(008)-1817/2015 nömrəli, xx.xx.2017-ci il tarixli və 2(008)- 10713/2017 nömrəli, xx.xx.2017-ci il tarixli qərardadı, məhkəmə mübahisəsinin mövcudluğu barədə isə Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 2(008)-10713/2017 saylı bildirişi daxil olduğu müəyyən edildiyindən, ərizənin icrası mümkün olmamışdır. - Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 8(008)-1016/2019 saylı, xx.xx.2019-cu il tarixli qərardadından aydın olur ki, Sabunçu rayon Məhkəməsinin 8(008)-1817/2015 saylı, xx.xx.2017-ci il tarixli qərardadı ilə ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin üzərinə qoyulmuş həbs götürülmüşdür. - Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 8(103)-98/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadından müəyyən edilir ki, tələbkar X3 şikayəti təmin edilməmiş, Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 8(008)-1016/2019 saylı, xx.xx.2019-cu il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 150.1-ci maddəsinə əsasən, əgər daşınmaz əmlak tam məhv olarsa və bunun nəticəsində onun qeydiyyatı hər cür hüquqi mənasını itirərsə, maraqlı şəxs məhkəmə qaydasında qeydiyyatın ləğvini tələb edə bilər. Daşınmaz əmlakın məhv olması daşınmaz əmlakın dövlət reyestrini tərtib edən müvafiq icra hakimiyyəti orqanının vəzifəli şəxsi tərəfindən təsdiqlənməlidir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 18.1-ci maddəsinə əsasən, məhv olunmuş daşınmaz əmlakın qeydiyyatının ləğvi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 150-ci maddəsinə uyğun olaraq aparılır. Azərbaycan Respublikası Prezidentinin x xxx 2015-ci il tarixli 516 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Əsasnaməsinin 3.0.16-cı bəndinə əsasən məhv olmuş daşınmaz əmlak üzərində mülkiyyət hüququnun qeydiyyatını ləğv etmək Xidmətin vəzifəsidir. «İnzibati icraat haqqında» Qanunun 15.1-ci maddəsinə görə qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya digər öhdəliklərin qoyulması qadağandır. Həmin Qanunun 20.2-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, inzibati orqan onun səlahiyyətlərinə aid olan məsələlər üzrə müvafiq qərar qəbul etməyə və ya məlumat verməyə borcludurlar. Azərbaycan Respublikasının qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatımexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Məhkəmə, yuxarıda sadalanan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, sökülərək məhv edilmiş və bunun nəticəsində qeydiyyatı hər cür hüquqi mənasını itirən daşınmaz əmlakların qeydiyyatının ləğvi barədə iddiaçının müraciəti təmin edilməmiş, vətəndaşın öz istəyi ilə məhv edilmiş əmlakın qeydiyyatının ləğvi prosedurunu əlaqəsi olmayan hazırkı məsələyə tətbiq etməklə məsələnin həllindən yayınmışdır. İnzibati Prosessual Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkə-mə icraatında tədqiq olunmuş və barələrində proses iştirak-çıları-nın öz mülahizə-lərini bil-dirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslan-dırıl-malıdır. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək hesab edir ki, iddia təmin edilməli, RX seriyalı, ******* nömrəli çıxarışa əsasən İddiaçı mülkiyyətində olan, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Əhmədbəy Ağayev küçəsi, 23/3 saylı fərdi yaşayış evinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 322 saylı, xx xxxxxxx 2015-ci il tarixli qərarına və Bakı şəhəri Sabunçu rayon məhkəməsinin xx.xx.2017-ci il tarixli qərardadı ilə təsdiq edilmiş barışıq sazişinin şərtlərinə müvafiq olaraq İddiaçı ilə Bakı şəhəri Sabunçu rayon İcra Hakimiyyəti arasında bağlanmış müqaviləyə əsasən (pilot layihə çərçivəsində) sökülərək tikinti sahəsindən kənarlaşdırıldığına görə, həmin fərdi yaşayış evi üzərində İddiaçı mülkiyyət hüququna dair aparılmış 4 nömrəli reyestr kitabının 301 nömrəli vərəqindəki xx.xx.2017-ci il tarixli, ********** nömrəli qeydiyyatın ləğv edilməsi öhdəliyi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı ərazi idarəsinə həvalə edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllə-sinin 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. RX seriyalı, ******* nömrəli çıxarışa əsasən İddiaçı mülkiyyətində olan, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Əhmədbəy Ağayev küçəsi, 23/3 saylı fərdi yaşayış evinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 322 saylı, xx xxxxxxx 2015-ci il tarixli qərarına və Bakı şəhəri Sabunçu rayon məhkəməsinin xx.xx.2017-ci il tarixli qərardadı ilə təsdiq edilmiş barışıq sazişinin şərtlərinə müvafiq olaraq İddiaçı ilə Bakı şəhəri Sabunçu rayon İcra Hakimiyyəti arasında bağlanmış müqaviləyə əsasən (pilot layihə çərçivəsində) sökülərək tikinti sahəsindən kənarlaşdırıldığına görə, həmin fərdi yaşayış evi üzərində İddiaçı mülkiyyət hüququna dair aparılmış 4 nömrəli reyestr kitabının 301 nömrəli vərəqindəki xx.xx.2017-ci il tarixli, ********** nömrəli qeydiyyatın ləğv edilməsi öhdəliyi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı ərazi idarəsinə həvalə edilsin. Qərardan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin inzibati kollegiya-sına (ünvan: Bakı şəhəri, Zahid Xəlilov küçəsi, 540-cı məhəllə) apelyasiya şikayəti verə bilər. SƏDRLİK EDƏN MEHRİBAN QARAYEVA
Məhkəmə qərarları › İş №2-1(112)-6185/2020
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-6185/2020
11.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver