Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-6187/2021 30.12.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, Əsədova Türkanə Malik qızının katibliyi, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, iddiaçı X3” MMC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinə qarşı “cavabdehin 29.12.2020-ci il tarixli **********143230 nömrəli qərarın ləğv edilməsi” tələbinə dair iddianın inzibati məhkəmə icratının mümkünlüyü məsələsinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinə qarşı “cavabdehin 29.12.2020-ci il tarixli **********143230 nömrəli qərarın ləğv edilməsi və həmin işə baxılanadək növbədənkənar səyyar yoxlamasının dayandırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Daha sonra iddiaçı iddianın dəqiqləşdirilməsi barədə ərizəsini təqdim edərək cavabdehin 29.12.2020-ci il tarixli **********143230 nömrəli qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi xidmətinin Milli Gəlirlər Baş İdarəsinin 29.12.2020-ci il tarixli **********143230 nömrəli qərarı ilə İddiaçındə Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinin tələblərinə əsasən müəssisənin noyabr 2017-ci il tarixdən oktyabr 2020-ci il tarixədək olan fəaliyyət dövrü üzrə vergilər və digər icbari ödənişlərə qair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədi ilə növdənkənar səyyar vergi yoxlması təyin edilmişdir. Lakin hazırda növbədənkənar səyyar vergi yoxlamasının həyata keçirilməsi qərarı ilə bağlı şikayət həm vergi orqanına, həmçinin Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsinə verilmişdir. Belə ki, “X4” MMC-nin vergi və maliyyə məsələləri üzrə məsul şəxs sayılan Beyaz Bağırzadə noyabr ayının 1-dən analıq məzuniyyətə çıxmış və noyabr ayının 30-da ana olmuşdur. Bu səbəbdən də 29.12.2020-ci il tarixli **********143231 nömrəli qərar iddiaçı tərəfindən heç bir icraata qəbul edilməmiş və alınması ilə bağlı imza ata bilmədiyimizdən növbədənkənar səyyar yoxlamanın dayandırılması ilə bağlı müraciətlərinə baxaraq 01.02.2021-ci il tarixdən **********144217 saylı qərar ilə səyyar vergi yoxlamasının dayandırılmasını ( təxirə salınması) haqqında qərar qəbul etmişdir. 27.02.2021-ci ildə vergi orqanına müraciət edərək 29.12.2020-ci il tarixli **********143231 nömrəli qərarı vergi və maliyyə məsələləri üzrə məsul şəxs tərəfindən oxuduqdan sonra həmin qərara münasibət bildirərək növbədənkənar səyyar vergi yoxlaması Azərbaycan Respublikasının Vergi Məcəlləsinin (bundan sonra, “Vergi Məcəlləsi”) 38.3.5-ci maddəsi əsasında “vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı məlumat əsasında vergi ödəyicisinin gəlirlərinin və ya vergitutma obyektinin gizlədilməsinin (azaldılmasının) əlamətləri müəyyən edildikdə, halının bizə təqdim edilmədiyini və bu səbəbdən də növbədənkənar vergi yoxlaması ilə bağh **********143231 saylı, 29.12.2021-ci il tarixli qərarın ləğv edilməsinə və yeni qərar əsasında növbəti səyyar vergi yoxlamasının təyin edilməsinə dair göstəriş verilməsini bildirmişlər. 03.03.2021-ci il tarixində vergi orqanının əməkdaşları ofisə gələrək **********143230 saylı 29.12.2021-ci il tarixli qərarın imzalanmasını tələb etmişlər. Direktor isə bildirmişdir ki, həmin qərar ona birbaşa təqdim edilməmiş, izah edilməmiş və eyni zamanda qeyd edilmiş halın qərarda açıqlanmadığından növbədənkənar səyyar yoxlamanın başlanılmasında etiraz edərək həmin qeydləri qərar və təqdimatda yazaraq imzalamışdır. Buna baxmayaraq “Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında 04.03.2021 tarixli **********145180 nömrəli qərar qəbul edilərək İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin 1-ci müavini tərəfindən çıxarılmış 29.12.2020 tarixli **********143230 nömrəli qərar əsasında cəmiyyəti üzrə keçirilən səyyar vergi yoxlaması zamanı səyyar vergi yoxlaması zamanı yoxlamanın predmetinə aid olan və vergilərin hesablanması üçün tələb olunan vergi ödəyicisi tərəfindən təqdim olunan sənədlərin və əşyaların öyrənilməsinə əlavə vaxt tələb olunduğu halda vergi qanunvericiliyinin pozulması halları olduğuna, onların öyrənilməsinə əlavə vaxt tələb olunduğuna və bu pozuntuların araşdırılması bilavasitə sənədlərlə (əşyalarla) bağlı olduğuna görə Azərbaycan Respublikası Vergi Məcəlləsinin 23-cü və 43-cü maddələrini əsas tutaraq cəmiyyətə 04.03.2021-ci il tarixli 2**********145180 nömrəli Qərar ilə həmin qərarda göstərilmiş sənədlərin götürülməsi göstəriş verilmişdir. Cəmiyyət 04.03.2021-ci il tarixli **********145180 nömrəli qərara etiraz edərək, 29.12.2020 tarixli **********143230 nömrəli qərarı 4 mart 2021-ci ildə imzalayaraq, həmin qərar əsasında növbədənkənar səyyar yoxlamanın keçirilməsi ilə razı olmadıqlarını yazılı olaraq qeyd etmişlər. Eyni zamanda 27.02.2021-ci il tarixində **********789700 saylı elektron məktublarına cavab verilməsini xahiş etmişlər. Həmin məktuba isə 12 mart 2021-ci il tarixində cavab verilərək AR. V.M-nin 38.3.5-ci maddəsi ilə göstərilmiş halın səbəbi izah edilmişdir. Eyni zamanda Vergi Orqanı 15 mart 2021-ci ildə sənədlərin və nümunə kimi əşyaların verilməsindən imtina barədə aktı tərtib etmişdir. Halbuki 15 mart 2021-ci iddiaçı vergi orqanı əməkdaşlarına növbədənkənar səyyar yoxlamanın qanuna uyğun olmayaraq açıldığı və ləğv edilməsi ilə bağlı məktub və şikayət yazıldığını şifahi olaraq bildirmişdir. Belə ki, 12 mart 2021-ci ildə Vergi orqanı növbədənkənar səyyar vergi yoxlamasının həyata keçirilməsi ilə bağlı səbəbi elektron məktub ilə cavablandırmışdır. Lakin 4 mart 2021-ci il tarixli 2**********145180 nömrəli Qərar ilə vergi qanunvericiliyinin pozulması hallan olduğuna görə sənədlərin götürülməsi qərarının verilməsi AR. V.M-nə və “Səyyar vergilərin keçirilməsi” qaydalarının birbaşa pozulmasıdır. Eyni gündə (4 mart 2021-ci ildə) şirkətin bəzi sənədləri növbəti səyyar yoxlamanın başladılması ricası ilə əməkdaşlara təqdim etsələrdə həmin gündə də vergi qanunvericiliyi pozulması halı ilə bağlı qərar qəbul edilməsi növbədənkənar yoxlamanın qanuni yolla aparılmasına dair şübhələrin yaranmasının bir başa sübutudur. Bundan əlavə olaraq 16 mart 2021- ci il tarixində səyyar vergi yoxlamasının keçirilməsi müddətinin artırılması ilə **********145448 saylı Qərarın verilməsi absurddur. Çünki iddiaçı tərəfindən növbədənkənar səyyar yoxlamanın keçirilməsi ilə bağlı heç bir sənəd təqdim edilməmişdir. 15 mart 2021-ci ildə isə sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında” 04.03.2021-ci il tarixli **********145180 nömrəli Qərara əsasən 15.03.2021-ci il tarixdə cəmiyyətin faktiki ünvanında həyata keçirilmiş sənədlərin və nümunə kimi əşyaların götürülməsi zamanı tərtib edilmiş “Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında Protokol” və “Sənədlərin və nümunə kimi əşyaların verilməsindən imtina barədə AKT”ı iddiaçıya təqdim etmək məqsədi ilə ofisə yaxınlaşmışlar. Direktor isə növbədənkənar səyyar yoxlamanın keçirilməsi ilə bağlı səbəbi cəmiyyətə 12 mart 2021-ci il tarixində açıqladığını və həmin məktubun hələ oxunub araşdırılmadığını bu səbəbdən də hazırda yoxlamanın başlanılması üçün sənədlər iddiaçı tərəfindən təqdim edilməyəciyi bildirilmişdir. 17 mart 2021-ci il tarixində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinə Şikayət yazaraq növbədənkənar səyyar vergi yoxlaması Azərbaycan Respublikasının Vergi Məcəlləsinin (bundan sonra, “Vergi Məcəlləsi”) 38.3.5-ci maddəsi əsasında “vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı məlumat əsasında vergi ödəyicisinin gəlirlərinin və ya vergitutma obyektinin gizlədilməsinin (azaldılmasının) əlamətləri müəyyən edildikdə, 2017-ci ilin mənfəət bəyannaməsinə əsaslanmışdır. Halbuki heç bir açıqlama tələb etmədən və ya sənəd mübadiləsi olmadan təqdim edilən və kameral yoxlama tərəfindən izlənilmiş 2017-ci ilin mənfəət bəyannaməsində açıq göstərilmiş məbləğlərin növbədənkənar səyyar vergi yoxlaması üçün əsas ola bilməzdir. Buna baxmayaraq 17 mart 2021-ci ildə iddiaçı tərəfindən yazılan şikəyət və 22 mart 2021-ci il etiraza cavab vermədən, 18 mart 2021-ci il tarixində Bakı İnzibati İqtisad Məhkəməsinə müraciət edərək Sənədlərin götürülməsi ilə bağlı cəmiyyətimizə qarşı iddia qaldırmışdır. Qeyd edilən məsələ onu göstərir ki, növbəti səyyar yoxlamanın keçirilməsi ilə bağlı bildirişlər vaxtında onalra verilmədiyindən növbədənkənar səyyar yoxlama keçirilməsi üçün vaxt itirilmədən 29 dekabr 2020-ci ildə müraciət edərək 30 dekabr 2020-ci il tarixli “Növbədənkənar səyyar yoxlamanın keçirilməsi” ilə bağlı qərar verilmişdir. Görünür ki, vergi orqanı yuxarıdakı uğursuzluqları aradan qaldırmaq üçün “Növbədənkənar səyyar yoxlamanın keçirilməsi” üçün tamamilə əsassız bir qərar vermişdir və bunu əsaslandırmaq üçün bəzi haqsız məsələləri qaldırmışdır. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh vəsatət təqdim edərək iddianın mümkün sayılmamasını xahiş etmişdir. Vəsatət onunla əsaslandırılmışdır ki, mübahisələndirilən səyyar vergi yoxlamasının keçirilməsi haqqında qərar iddiaçı üçün özü-özlüyündə hüquqi qüvvəyə malik deyil və ya gələcəkdə hüquqi qüvvəyə minəcək hər hansı müəyyən nəticə yaratmamışdır. Əksinə həmin qərar məzmunu etibarilə vergi və ya digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması ilə bağlıdır. Başqa sözlə, vergi ödəyicisi üçün hüquqi nəticələr yoxlamaya başlama barədə qərarla deyil, yoxlamanın nəticəsində qəbul ediləcək vergi məsuliyyətinə cəlb etmə və ya vergi məsuliyyətinə cəlb etməkdən imtina barədə qərarla yaranır. Səyyar vergi yoxlaması barədə qərar rəsmi, müəyyən formalı hüquqi sənəd kimi vergi ödəyicisində vergi məsuliyyətinə cəlb ediləcəyi gözləntisi yaratsa da, faktiki olaraq bu cür gözlənti müəyyən (konkret) hüquqi nəticə hesab edilə bilməz. Vergi orqanı tərəfindən qəbul edilmmiş səyyar vergi yoxlamasının keçirilməsi haqqında qərar səyyar vergi yoxlamasının keçirilməsinə yönələn və vergi ödəyicisi üçün nəticələr yaradan qərarın qəbul edilməsinə əsas olan qərar olduğuna görə inzibati akt hesab edilə bilməz. Göründüyü kimi, iddiaçının mübahisələndirdiyi səyyar vergi yoxlamasının keçirilməsi haqqında qərar inzibati aktı səciyyələndirən əlamətlərin hamısını özündə ehtiva etmir və həmin qərar mübahisələndirmə haqqında iddianın predmeti ola bilməz. Cavabdeh iddiaya dair etiraz təqdim edərək iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı iddia ərizəsində, təyin edilmiş növbədənkənar səyyar vergi yoxlamasının qanuna uyğun olmadığını, istinad edilən Vergi Məcəlləsinin 38.3.5-ci maddəsində nəzərdə tutulmuş halın onlara izah edilmədiyi və bu səbəbdən qərarın ləğv olunmalı olduğunu bildirmişdir. Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə əsasən vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı məlumat əsasında vergi ödəyicisinin gəlirlərinin və ya vergitutma obyektinin gizlədilməsinin (azaldılmasının) əlamətləri müəyyən edilməsi növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsi üçün əsasdır. Belə ki, cəmiyyət tərəfindən vergi orqanına təqdim edilmiş bəyannamələr araşdırılarkən müəyyən edilmişdir ki, 2017-ci ilin mənfəət vergisi bəyannaməsi kassa metodu ilə təqdim edilmişdir. Bəyannamənin 1 nömrəli əlavəsində daxil olmuş pul vəsaitləri 10.892.842,41 manat olduğu halda, bəyannamənin 200-203-cü sətrlərinin cəmi üzrə hesabat dövrü üçün 6.112.515,63 manat məbləğində gəlir bəyan edildiyi müəyyən edilmişdir. Vergi ödəyicisinin bəyannamə məlumatları mənbəyi bəlli olan məlumatlar hesab edildiyindən vergi ödəyicisinin bəyan etdiyi gəlirlərlə hesabına faktiki daxil olmuş vəsait arasında yaranmış 4.780.326,78 manat məbləğində fərqin aydınlaşdırılması üçün Vergi Məcəlləsinin 37.2-ci maddəsinə əsasən kameral vergi yoxlamasının keçirilməsinin mümkünsüzlüyünü nəzərə alaraq həmin Məcəllənin 38.3.5-ci maddəsinə əsasən növbədənkənar səyyar vergi yoxlaması təyin edilmişdir. Bu hal vergi ödəyicisinin vergi orqanına ünvanladığı sorğuya cavab olararaq 12.03.2021-ci il tarixli **********558900 nömrəli məktubla izah edilmişdir. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, İqtisadiyyat Nazirliyi tərəfindən “yoxlama.gov.az” saytında ilkin olaraq 25.01.2021-ci il tarixində növbəti səyyar vergi yoxlamasının keçiriləcəyi barədə bildiriş təqdim edilsə də, sonradan bu bildiriş növü orada saxlanılaraq daha bir “növbədənkənar səyyar vergi yoxlaması” qeyd edilmişdir. Bununla bağlı bildirilir ki, Baş İdarəsinin “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” 29.12.2020-ci il tarixli **********143230 nömrəli qərarına əsasən növbədənkənar səyyar vergi yoxlaması təyin edilmişdir. Bu hal həm də “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarış”da öz əksini tapmışdır. Məhkəmə iş materiallarını nəzərdən keçirdikdən sonra hesab edir ki, iddia ərizəsi mümkün sayılmamalıdır. İddia ərizəsindən göründüyü kimi iddia tələbi “cavabdehin 29.12.2020-ci il tarixli **********143230 nömrəli qərarın ləğv edilməsindən ibarətdir. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 62.1–ci maddəsinə əsasən hər bir vergi ödəyicisinin və ya başqa vəzifəli şəxsin vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət etmək hüququ vardır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.1.-ci maddəsinə əsasən, şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İddiaçının iddiası mübahisələndirmə iddia növünə aiddir. Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İnzibati Prosessual Məcəllənin 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsi) əməl olunmalıdır. İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 23.1.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək vergi orqanlarının hüquqlarına aid edilmişdir. Həmin Məcəllənin 38.1-ci maddəsinə əsasən, səyyar vergi yoxlaması, o cümlədən elektron audit vergi orqanının qərarına əsasən həyata keçirilir. Səyyar vergi yoxlaması növbəti və növbədənkənar ola bilər. Həmin Məcəllənin 38.3-cü maddəsinə əsasən, növbədənkənar vergi yoxlaması vergi orqanları tərəfindən aşağıda göstərilən hallarda keçirilə bilər: 38.3.1. verginin hesablanması və ödənilməsi üçün zəruri olan vergi hesabatı sənədləri müəyyən edilmiş müddətdə və bu barədə vergi orqanının xəbərdarlığından sonra da təqdim edilmədikdə; 38.3.2. vergi yoxlamasının nəticələri üzrə tərtib edilmiş aktda dürüst olmayan və (və ya) təhrif olunmuş məlumatlar aşkar edildikdə; 8.3.3. ƏDV üzrə artıq ödənilmiş vergi, faiz və maliyyə sanksiyası digər vergilərin, faizlərin və maliyyə sanksiyalarının ödənilməsi hesabına və ya sonrakı öhdəliklər üzrə ödəmələrin hesabına aid edildikdə. Bu halda növbədənkənar vergi yoxlaması yalnız vergi ödəyicisinin ƏDV-yə cəlb edilən əməliyyatları üzrə aparıla bilər; 38.3.4. artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qaytarılması barədə vergi ödəyicisinin ərizəsi daxil olduqda; 38.3.5. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı məlumat əsasında vergi ödəyicisinin gəlirlərinin və ya vergitutma obyektinin gizlədilməsinin (azaldılmasının) əlamətləri müəyyən edildikdə; 38.3.6. cinayət prosesual qanunvericiliyinə uyğun olaraq məhkəmənin və ya hüquq mühafizə orqanlarının vergi yoxlamalarının keçirilməsi barədə müvafiq qərarı olduqda; 38.3.7. bu Məcəllənin 42.4-cü maddəsində göstərilən sənədlər həmin maddədə göstərilən müddətdə təqdim edilmədikdə və ya dürüst olmayan, yaxud təhrif olunmuş məlumatlar təqdim edildikdə; 38.3.8. vergi ödəyicisi olan hüquqi şəxsin ləğv edilməsi, yenidən təşkil edilməsi və ya fiziki şəxsin hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətinə xitam verilməsi barədə müraciəti olduqda; 38.3.8-1. vergi ödəyicisi riskli vergi ödəyicisi olduğu halda; 38.3.9. aşağıdakı hallarda bu Məcəllənin 85-ci maddəsində göstərilən müddətlərdən asılı olmayaraq, əvvəlki səyyar vergi yoxlaması ilə yoxlanılan dövr əhatə edilməklə yuxarı vergi orqanının qərarı əsasında; 38.3.9.1. vergi yoxlamasının nəticələri ilə razılaşmayan vergi ödəyiciləri növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsini yazılı şəkildə tələb etdikdə; Vergi qanunvericiliyin qeyd olunan tələblərindən göründüyü kimi, Məcəllənin 38.3.1- 3.9-cu və növbədənkənar səyyar vergi yoxlaması keçirmək vergi orqanının hüququdur. İddiaçı tərəfindən ləğvi tələb olunan cavabdeh vergi orqanının 29.12.2020-ci il tarixli **********143230 qərarında növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsinin əsası kimi Vergi Məcəlləsinin 38.3.5-ci maddəsində nəzərdə tutulan əsas göstərilmişdir. “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinə əsasən, inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; Həmin Qanunun 2.0.11.-ci maddəsinə əsasən, əlverişsiz (yükləyici) inzibati akt maraqlı şəxsi hüquqdan məhrum edən və ya onun hüququnu məhdudlaşdıran, yaxud onun üzərinə müəyyən vəzifə (vəzifələr) qoyan akt. Cavabdehin növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsi barədə 29.12.2020-ci il tarixli **********143230 nömrəli qərarı, subyektiv baxımdan, vergi qanunvericiliyin tələbləri qaydasında, vergi orqanın hüquqları çərçivəsində qəbul edilən inzibati akt olmaqla, iddiaçı üçün iddiaçının hər hansı bir vergi məsuliyyətinə cəlb edən və onun hüquqlarını məhdudlaşdıran əlverişsiz inzibati akt deyildir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının cavabdeh vergi orqanının qərarının ləğv edilməsi haqqında iddiası məhkəmə icraatını mümkün edən faktiki şərtlər mövcud deyil. Beləliklə, məhkəmə iddianın mümkünlük şərtlərini yoxlayarkən müəyyən etmişdir ki, iddiaçı X3” MMC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinə qarşı “cavabdehin 29.12.2020-ci il tarixli **********143230 nömrəli qərarın ləğv edilməsi” barədə iddiası mümkünlük şərtlərinə cavab vermir. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 35-ci, 38-ci, 80-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı X3” MMC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinə qarşı “cavabdehin 29.12.2020ci il tarixli **********143230 nömrəli qərarın ləğv edilməsi” barədə iddiası mümkün sayılmasın. Qərardad tərəfə rəsmi təqdim olunduqdan sonra 10 gün müddətində ondan Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Miminat Hacıbəyova
Məhkəmə qərarları › İş №2-1(112)-6187/2021
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-6187/2021
30.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver