Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6188/2021 07.12.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mədətli Fərid İlham oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Teymur Budaq oğlunun katibliyi ilə, İddiaçının nümayəndəsi X3 (Bakı şəhəri, Nərimanov rayonu, Aşıq Qərib küçəsi ev 88 mənzil 3 ünvanında qeydiyyatda olan) iştirakı ilə İddiaçı ASC-nin cavabdeh Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinə (üçüncü şəxslər X5, X10, X6 və X4 cəlb olunmaqla) qarşı üçüncü şəxslərin qeydiyyatdan çıxarılması tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) şifahi, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC cavabdeh Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, 3-cü şəxslər X5, X10, X6 və X2 Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəs., Qabil Süleymanov küçəsində yerləşən 0,71 ha torpaq sahəsində yerləşən 5 otaqlı 76,69 kv.m ümumi, 59,84 kv.m yaşayış sahəsindən ibarət 46 nömrəli evin 23 nömrəli mənzilindən pasport qeydiyyatdan çıxarılması vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı bildirir ki, "xxxx" İKB ASC (“Yelo Bank “ ASC ) ilə X16 arasında bağlanmış kredit müqaviləsinin təminatı olaraq ipoteka qoyulmuş, X11 məxsus, Bakı şəhəri , Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Qabil Süleymanov küçəsində yerləşən 0.71 ha torpaq sahəsində yerləşən 5 otaqlı, 76.69 kv.m ümumi, 59.84 kv.m yaşayış sahəsindən ibarət 46 nömrəli evin 23 nömrəli mənzilinə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin 30 aprel 2012-cu il tarixli 2(108)-01/2012 saylı qətnaməsinə əsasən tutma yönəldilmişdir. Əmlaka dair "xxxx" İKB ASC-nin mülkiyyət hüquqları 24 oktyabr 2018-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə DƏDRX-da qeydə alınmış və bankın adına RX Seriyalı ******* nömrəli çıxarış alınmışdır. İddia ərizəsinə əlavə edilmiş AR DİN Yaşayış yeri üzrə qeydiyyat haqqında 16.07.2020-ci il tarixli № ******* arayışdan göründüyü kimi, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Qabil Süleymanov küçəsində yerləşən 0,71 ha torpaq sahəsində yerləşən 5 otaqlı, 76.69 kv.m ümumi, 59.84 kv.m yaşayış sahəsindən ibarət 46 nömrəli evin 23 nömrəli mənzilində X5, X10, X6 və X4 qeydiyyatda olmaqla yaşayırlar. Əmlakın "xxxx" İKB ASC (İddiaçı ASC)-nin mülkiyyətinə keçməsinə baxmayaraq, cavabdehlər mənzildən çıxmaqdan imtina edirlər. “Yelo Bank “ASC -nin Binəqədi rayon Polis idarəsinə 05.03.2021-ci il tarixli KBD-3798 №-li X5, X10, X6 və X2 Banka məxsus olan Bakı şəhəri , Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Qabil Süleymanov küçəsində yerləşən 0.71 ha torpaq sahəsində yerləşən 5 otaqlı, 76.69 kv.m ümumi, 59.84 kv.m yaşayış sahəsindən ibarət 46 nömrəli evin 23 nömrəli mənzilindən qeydiyyatdan çıxarılmaq barədə müraciətinə 18.03.2021-ci il tarixli 059-10337 №li cavab məktubu ilə imtina edilmişdir. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Üçüncü şəxslər X5, X10, X6 və X2 iddia ərizəsinə dair etirazı məhkəməyə daxil olmuşdur. Etiraz onunla əsaslandırılmışdır ki, "xxxx" X1 2 saylı filialının iddia tələbi üzrə Şərur Rayon Məhkəməsi 2(110)-103/2011 №.-li mülki iş üzrə 10 avqust 2011-ci il tarixli qətnaməsi ilə iddiaçı “Nikoyl" X1 2 Saylı filialının iddiasını təmin edərək cavabdeh X9 onunla yaşayan ailə üzvləri ilə birlikdə və həmin ünvanda yaşayan digər şəxslərin həmin mənzildən çıxarılmasını qət edib. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollenıyası 2(108)-01/2012 №-li mülki iş üzrə 30 aprel 2012-ci il tarixli qətnaməsi ilə cavabdehin apellyasiya şikayətini təmin etməmiş, iddianı qismən təmin edərək cavabdeh X9 ailə üzvləri ilə birlikdə Binəqədi rayonu Biləcəri qəsəbəsi Q.Süleymanov küçəsi ev 46 mənzil 23-dən mənzil satıldıqdan ən geci bir ay müddətində tutuduqları yaşayış sahəsindən çıxarılmaqlarını qəl edib. X13 Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası 2(108)-01/2012 №-li mülki iş üzrə 30 aprel 2012-ci il tarixli qərardadı ilə Şərur Rayon Məhkəməsinin 10 Avqust 2011-ci il tarixli 2(110)-103/2011 №-li qətnaməsinin digər şəxslərin Bakı şəhər, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Q.Süleymanov küçəsində istifadədə olan 0,71 ha torpaq sahəsində yerləşən 46 nömrəli 5 mərtəbəli binada yerləşən 76,69 kvadratmetr ümumi, 59,84 kv.metr yaşayış sahəsindən ibarət 5 (beş) otaqlı, 23 saylı mənzildən çıxarılmları tələbinə dair hissəsi ləğv edilib. Qətnamənin icrası Bakı Şəhəri Binəqədi rayon İcra və Probasiya Şöbəsinə tapşırılıb. X16 qətnamənin icrası ilə əlaqədar qeydiyyatda olduqları ünvan 3 ünvandakı 23 saylı mənzili ailə üzvləri ilə birlikdə tərk edərək yaşayış sahəsindən çıxıb. Sonra ünvan 3 ünvandakı 23 saylı mənzili "xxxx" X1 (hazırki İddiaçı ASC) mülkiyyətinə keçib. İddiaçı iddia ərizəsinin 1-ci vərəqinin 3 və 4-cü abzaslarında qeyd edib ki, iddia ərizəsinə əlavə edilmiş AR DİN Yaşayış yeri üzrə qeydiyyat haqqında 16.07.2020-ci il tarixli № ******* arayışdan göründüyü kimi Bakı şəhər. Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Qabil Süleymanov küçəsində yerləşən 0,71 ha torpaq sahəsində yerləşən 5 otaqlı, 76,69 kv.m ümumi, 59,84 kv.m yaşayış sahəsindən ibarət 46 nömrəli evin 23 nömrəli mənzildə X7, X12, X6 və X4 qeydiyyatda olmaqla yaşayırlar. Əmlakın "xxxx" İKB ASC-nin ("Yelo Bank” ASC) mülkiyyətinə keçməsinə baxmayaraq cavabdehlər mənzildən çıxmaqdan imtina edirlər. İddiaçı həmçinin iddia ərizəsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 203.3.1-ci maddəsinə və İpoteka haqqında Azərbaycan Respublikası Qanunun 59.3-cü maddəsinə istinad edib. Lakin iddiaçının qanunun həmin normalarına istinad etməsi uğursuz olub. Əslində üçüncü şəxslər qeydiyyatda olduqları adı çəkilən mənzildən məcburi şəkildə çıxarılıblar və mənzildən çıxarılmaqları qanunsuz olub. Belə ki, 2019-cu ilin dekabr ayında isə üçüncü şəxslər ailəsi ilə birlikdə istifadə və yaşamaq hüququnu olduğu göstərilən mənzildən "Nikoyl” İKB ASC-nin problemli kreditlər departamentinin əməkdaşları, Binəqədi Rayon İcra və Probasiya Şöbəsinin icra məmurları, sahə müvəkkili və polis əməkdaşları tərəfindən məcburi qaydada çıxarılmışdır. Həmin vaxt üşüncü şəxslər həmin şəxslərə ünvan 3 ünvandakı 23 saylı mənzildən çıxarılmaqların qanunsuz olduğunun, bu barədə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(108)-01/2012 №-li mülki iş üzrə 30 Aprel 2012-ci il tarixli qərardadının qüvvədə olduğunu bildirsələr də, onların sözlərinə heç bir məhəl qoyulmadı və bildirildi ki, İpoteka haqqında Azərbaycan Respublikasının Qanununun 59.4-cü maddəsinin tələbinə görə onlar ailəlikcə mənzili tərk etməlidirlər. Məcburiyyət və təyziq qarşısında qaldıqları üçün mənzili tərk elədilər. Halbuki, İpoteka haqqında Azərbaycan Respublikası Qanunun 59.3-cü maddəsinə əsasən mənzildən istifadə hüquqlarına xitam verilə bilməz. Bankın əməkdaşları, Binəqədi Rayon İcra və Probasiya Şöbəsinin icra məmurları, sahə müvəkkili və polis əməkdaşları Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası 2(108)-01/201 2 №-li mülki iş üzrə 30 Aprel 2012 ci il tarixli qərardadının qüvvədə olduğunu və tutma yönəldildiyi mənzil üzrə həmin mənzildən onların tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürməməklərinə baxmayaraq, üçüncü şəxslər təziq vasitəsi ilə mənzildən qanunsuz çıxarılıblar. İddiaçı onların qeydiyyatdan çıxarılmaqları ilə əlaqədar iddia ərizəsində “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında”Azərbaycan Respublikasının Qanununun 9.5-ci maddəsinin istinad edib. Həmin maddənin tələbinə görə müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə yaşayış sahəsindən çıxarıldıqda və ya vaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında qeydiyyatdan çıxarılır. Göründüyü kimi üçüncü şəxslərin Bakı şəhər, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Qabil Süleymanov küçəsində yerləşən, 0,71 ha torpaq sahəsində yerləşən 5 otaqlı, 76,69 kv.m ümumi, 59,84 kv.m yaşayış sahəsindən ibarət 46 nömrəli evin 23 nömrəli mənzildən çıxarılmaqları qanunsuz olub. Həmin mənzildən istifadə hüququna xilam verilməsi barədə məhkəmənin hansısa qanuni qüvvəyə minmiş qətnaməsi yoxdur. Bu səbəbdən də üçüncü şəxslər İddiaçı ASC-nin iddia ərizəsinin təmin olunmamasını xahiş etmişdirlər. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsində göstərilən qaydada iddia ərizəsinə münasibət bildirmək üçün sərəncam göndərilmiş, lakin cavabdeh tərəfindən iddia ərizəsinə qarşı hər hansı münasibət məhkəməyə təqdim edilməmişdir. Şifahi məhkəmə baxışı iclasında iddiaçının nümayəndəsi X.Hüseynov iddia ərizəsinə uyğun məzmunda izahat verərək, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh və üçüncü şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq, şifahi məhkəmə baxışı iclasına gəlməmişlər. Cavabdeh məhkəməyə məktub ünvanlayaraq, işə nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə İddiaçının nümayəndəsinin izahatını dinləyərək, iş materiallarını araşdıraraq, mövcud maddi və prosessual hüquq normalarını tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş 24 oktyabr 2018-ci il tarixli ********** qeydiyyat nömrəli Çıxarışın notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəs., Qabil Süleymanov küçəsi, ev 46, ünvanında yerləşən 23 saylı mənzil "xxxx" İKB ASC-nin adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçmişdir və bu barədə iddiaçı çıxarış əldə etmişdir. -Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyası tərəfindən qəbul edilən 30 aprel 2012-ci il tarixli Qətnamədən grünür ki, X16 onunla yaşayan ailə üzvləri ilə birlikdə Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Q.Süleymanov küçəsində istifadədə olan 0,71 ha torpaq sahəsində yerləşən 46 nömrəli, 5 mərtəbəli binada yerləşən 76,69 kv.metr ümumi, 59,84 kv.m yaşayış sahəsindən ibarət 5 otaqlı 23 saylı mənzildən həmin mənzil satıldıqda ən geci bir ay müddətində tutduqları həmin yaşayış sahəsindən çıxarılmaları qət edilmişdir. -Cavabdeh tərəfindən verilmiş 18.03.2021-ci il tarixli, 059-10337 saylı imtina məktubundan görünür ki, iddiaçının müraciətinə baxılmış, X5, X10, X6 və X2 ünvan 4 ünvanından qeydiyyatdan çıxarılması ilə əlaqədar “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanunun 9-cu maddəsinə müvafiq olaraq əlaqədar məhkəməyə müraciət etməsi bildirilmişdir. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən 16.07.2020-ci il tarixdə verilmiş ******* saylı arayışdan görünür ki, 17.01.1958-ci il təvəllüdlü X5, 06.07.1988-ci il tavallüdlü X10, 15.06.1986-cı il təvəllüdlü X6 və 02.06.1965-ci il təvəllüdlü X4 "xxxx" İKB ASC-nin mülkiyyətçisi olduğu ünvan 4 ünvanında qeydiyyatdadır. Məhkəmə araşdırması dövründə Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəs., Qabil Süleymanov küçəsi, ev 46 ünvanında yerləşən 23 saylı mənzilin hal-hazırda kimin mülkiyyətində olmasına dair məlumatın, həmçinin Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəs., Qabil Süleymanov küçəsi, ev 46 ünvanında yerləşən 23 saylı mənzil üzərində İddiaçı ASC-nin mülkiyyət hüququnun qeydiyyata alınmasına əsas olmuş sənədlərin təsdiq olunmuş surəti sorğu əsasında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yannda Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsindən tələb edilmişdir. Sorğuya cavab olaraq məhkəməyə təqdim olunan 03 noyabr 2017-ci il tarixli, hərracın yekunları üzrə əmlakın alqı-satqı müqavilədən görünür ki, müqavilə Azərbaycan Respublikası Mülki Məcəlləsinin, "İcra Haqqında" Azərbaycan Respublikası Qanununun və "İpoteka haqqında" Azərbaycan Respublikasının Qanununun tələbləri qaydasında, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2 (108)-01/2012 saylı, 30.04.2012-ci il tarixli icra vərəqəsinin, Binəqədi rayon icra şöbəsinin 17/68-3096-10 saylı, 31.07.2017 ci il tarixli sifariş məktubunun və "xxxx" ASC-nin müvafiq məktubunun icrasına əsasən bağlanmışdır. Hərrac təşkilatçısı; "Daşınar və Daşınmaz Əmlakların Satışı X23" MMC-nin direktoru G.N.Mustafayeva və əldə edən (tələbkar); "xxxx" Açıq Səhmdar Cəmiyyətinin etibarnamə əsasında nümayəndəsi X14 arasında Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Q.Süleymanov küçəsində yerləşən 46 saylı evin 23 saylı mənzili barədə alqı-satqı Müqaviləsi bağlanmışdır. Beləliklə işin hallarından görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Q.Süleymanov küçəsində yerləşən 46 saylı evin 23 saylı mənzil "xxxx" İKB Açıq Səhmdar Cəmiyyətinin xüsusi mülkiyyətindədir. "xxxx" İKB ASC qeyd olunan mənzili X8 hərracda alqı-satqı yolu ilə almışdır. İddiaçı üçüncü şəxslərin mənzildən qeydiyyatdan çıxarılmasını tələb edir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27-ci maddəsinə əsasən fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Həmin Qanunun 5-ci maddəsinə əsasən, yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməlidir. Həmin Qanunun 9-cu maddəsinin 1-ci bəndinə əsasən, şəxs yaşayış yerini dəyişdikdə-yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq dövlət orqanının məlumatına əsasən müvafiq dövlət orqanı tərəfindən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Məhkəmə hesab edir ki, X5, X10, X6 və X4 iddiaçıya məxsus ünvan 5 ünvanında yaşamadıqları halda üçüncü şəxslərin həmin ünvanda formal olaraq qeydiyyatda qalması iddiaçının mülkiyyətçi kimi öz əmlakı üzərində sərbəst sərəncam vermək hüququnu məhdudlaşdırır. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin tələbindən göründüyü kimi, yaşayış yerini dəyişdirmiş şəxs yeni yaşayış yeri üzrə qeydiyyata alınmalı olduğundan, iddiaçının iş üzrə üçüncü şəxslərin Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Q.Süleymanov küçəsi, ev 46, ünvanında olan 23 saylı mənzildən qeydiyyatdan çıxarılması vəzifəsinin cavabdehə həvalə edilməsinə dair tələbi qanuni və əsaslı hesab edilərək təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsində göstərilir ki, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33.1, 52, 58, 68-69, 75.4, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı ASC-nin iddiası təmin edilsin. 3-cü şəxslər X5, X10, X6 və X2 Bakı şəhəri, ünvan 6 ünvandan qeydiyyatdan çıxarılması vəzifəsi Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verə bilərlər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid Mədətli
Məhkəmə qərarları › İş №2-1(112)-6188/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-6188/2021
07.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver