Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6195/2022 04.04.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, məhkəmə iclas katibi Quliyeva Rəşidə Paşa qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili X3, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi X4 iştirakları ilə, İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı reyestrdən çıxarışın və texniki pasportun verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçı X8 (İddiaçı (bundan sonra mətndə İddiaçı MMC) etibarnamə üzrə nümayəndəsi) cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra mətndə DƏDKR 1 saylı Bakı Ərazi İdarəsi) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında mülkiyyətdə olan 4,5414 ha torpaq sahəsində inşa edilmiş daşınmaz əmlak kompleksini mövcud vəziyyətdə İddiaçı MMC-nin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi vəzifəsinin cavabdeh DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinə həvalə olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Sonradan İddiaçı MMC məhkəməyə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 54-cü maddəsinə əsasən iddianın dəyişdirilməsi (tələbin dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək, məhkəmədən, ünvan 1 ünvanında mülkiyyətdə olan 4,5414 ha torpaq sahəsində inşa edilmiş daşınmaz əmlak kompleksini mövcud vəziyyətdə İddiaçı MMC-nin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsinə dair cavabdeh DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə öhdəlik qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ünvan 2 ünvanında mülkiyyətdə olan 4,5414 ha torpaq sahəsi Seriya № RX 0351197, qeydiyyat nömrəsi **********, 07.03.2014-ci il tarixli çıxarışa əsasən İddiaçı MMC-nin mülkiyyətindədir. Qeyd edilən ünvanda “Auto Azərbaycan" MMC tərəfindən qeyri-yaşayış sahələrinin rekonstruksiya olunaraq, yenidən tikintisinə başlanılmış və hal-hazırda tikinti işləri başa çatmışdır. 13.12.2021-ci il tarixdə “Auto Azərbaycan" MMC tərəfindən yuxarıda qeyd edilən daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı müraciət edilmişdir. DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən müraciətə baxılmış və 22.12.2021-ci il tarixli **********41 nömrəli cavab məktubu ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtina edilmişdir. İmtinanın səbəbi kimi təqdim olunan sənədlərin qanunvericiliyin tələblərinə uyğun olmaması göstərilmişdir. Hesab edirlər ki, DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinin 22.12.2021-ci il tarixli **********41 nömrəli məktubunda qeyd edilən əsaslara görə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtina edilməsi tamamilə əsassızdır. İPM-nin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin 28 fevral 2022-ci il tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş, cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, həmçinin, tərəflər işin halları, mübahisənin vəziyyəti ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. Cavabdeh etirazı onunla əsaslandırmışdır ki, İddiaçı MMC-nin ünvan 1 ünvanında mülkiyyətdə olan 4,5414 ha torpaq sahəsində inşa edilmiş daşınmaz əmlak kompleksini mövcud vəziyyətdə İddiaçı MMC-nin adına daşınmaz əmlakin dövlət reyestrində qeydiyyata alınmasına, dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsinə dair cavabdehin üzərinə öhdəlik qoyulmasına dair iddiası etirazla qarşılanır. İddiaçı müvafiq tələblə ********** nömrəli, 13.12.2021-ci il tarixli ərizə ilə 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılmış araşdırma zamanı məlum olmuşdur ki, qeyri-yaşayış binasına dair tikintiyə icazə, istismara icazə sənədləri təqdim edilməmişdir. Həmçinin layihədə qeyd olunmuş tikilinin inşası tam başa çatdırılmamışdır. Bundan əlavə, qeyri-yaşayış binasının bir hissəsi sənəd üzrə olan torpaq sahəsindən kənarda inşa edilmişdir. Qeyd olunanlarla yanaşı qeyri-yaşayış binasının yerləşdiyi torpaq sahəsi "xxxx"nın xeyrinə ipoteka ilə yüklü edilmişdir. Bu səbəblərdən ərizənin icrası İdarə tərəfindən mümkün olmamış və bu barədə iddiaçıya **********41 saylı, 22.12.2021-ci il tarixli cavab məktubu ünvanlanmışdır. Qeyd olunanlara əsasən məhkəmədən iddianın təmin olunmaması xahiş olunmuşdur. Məhkəmə iclasında iştirak etmiş İddiaçı MMC-nin nümayəndəsi və vəkili X6 iddia tələbini müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddia tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak etmiş cavabdeh DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi X7 iddianı qəbul etməyərək və etiraza uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmamasını xahiş etdi. Məhkəmə iş materiallarını araşdıraraq və mövcud qanunvericiliyi təhlil edərək, hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan: Azərbaycan Respublikası Vergilər Nazirliyi tərəfindən verilmiş 31.01.014-cü il tarixli **********582600 №-li “Kommersiya hüquqi şəxslərinin Dövlət Reyestrindən çıxarışın” notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, İddiaçı MMC 09.07.1996cı il tarixdə 301118 (hazırki qeydiyyat VÖEN **********) qeydiyyat nömrəsi ilə hüquqi şəxs kimi dövlət qeydiyyatına alınmışdır. İddiaçı MMC Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatı İdarəsi tərəfindən 26.11.2012ci il tarixdə ********** nömrəsi ilə dövlət qeydiyyatına alınmış “H.N Tandem” məhdud məsuliyyətli cəmiyyətinin ona qoşulması nəticəsində yenidən təşkil edilmişdir və onun hüquqi varisidir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi tərəfindən 15.12.2021-ci il tarixdə verilmiş **********734300 saylı çıxarışın surətindən müəyyən olunur ki, İddiaçı MMC 09.07.1996-cı il tarixdə 301118 (hazırki qeydiyyat VÖEN **********) qeydiyyat nömrəsi ilə hüquqi şəxs kimi dövlət qeydiyyatına alınmışdır. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən verilmiş 20.12.2010-cu il tarixli 022632 nömrəli lisenziyanın surətindən müəyyən olunur ki, "xxxx" məhdud məsuliyyətli cəmiyyətinə “Dövlət standartlarına uyğun olaraq, İ və İİ məsuliyyət səviyyəli bina və qurğuların layihələndirilməsi”ni həyata keçirməyə 5 (beş ) il müddətinə icazə verilmişdir. “H.N.Tandem” məhdud məsuliyyətli cəmiyyətinin sifarişi əsasında ("xxxx" MMC tərəfindən hazırlanmış) ünvan 1 ünvanında yerləşən “Autocity” layihəsinin surətindən müəyyən olunur ki, layihə 06.08.2013-cü il tarixdə Bakı şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsi ilə razılaşdırılmışdır. Bakı şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən Bakı şəhər Nizami rayon İcra Hakimiyyətinə ünvanlanmış 06.08.2013-cü il tarixli 18/03-8/1864 №li məktubda bildirilmişdir ki, Bakı şəhər Nizami rayon İcra Hakimiyyətinin 11.07.2013-cü il tarixli, 03/1052 saylı razılıq məktubu nəzərə alınaraq, "xxxx" MMC-yə məxsus (Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyesrtindən 09.01.2013-cü il tarixli, ******* saylı çıxarış) ünvan 4 ünvanda yerləşən torpaq sahəsində qeyri-yaşayış sahələrinin rekonstruksiya olunaraq, yenidən tikintisinə dair təqdim olunmuş memarlıq- planlaşdırma həlli layihəsi ("xxxx" MMC-nin işi, LBM F.Məmmədov) Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin müsbət rəyinin alınması şərti ilə razılaşdırılır. Obyektin lisenziya əsasında memarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslər tərəfindən hazırlanmış işçi layihəsi Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət X1 Dövlət Ekspertiza Baş İdarəsində ekspertiza edildikdən sonra memarlıq-planlaşdırma bölməsi razılaşdırılması üçün Memarlıq və Şəhərsalma Baş İdarəsinə təqdim olunmalıdır. Sənədləşdirmə işləri Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinə uyğun aparılmalıdır. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X5 X2 Ekspertiza Baş İdarəsi tərəfindən sifarişçi "xxxx" MMC-nin sifarişinə (Layihəçi “Ayan-A Y.İ MMC) verilmiş 10.01.2014-cü il tarixli 17258 saylı rəyin surətindən müəyyən olunur ki, ünvan 5 ünvanında yerləşən qeyri-yaşayış sahələrinin rekonstruksiya olunaraq, yenidən tikintisi üzrə işçi layihəsi bu rəyin 4-cü bölməsinin tələbinin yerinə yetirilməsi və bütün işlərin icrasının Azərbaycan Respublikasının qanunvericiliyində müəyyənləşdirilmiş qaydada həyata keçirilməsi şərti ilə razılaşdırılmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* №li çıxarışın notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, ünvan 1 ünvanında yerləşən 4,5414 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ ilə 07.03.2014-cü il tarixdə ********** qeydiyyat nömrəsi ilə İddiaçı MMC-nin adına Daşınmaz əmlakın dövlət reyestrində 484 nömrəli reyestr kitabının 45767 nömrəli vərəqində qeydiyyata alınmışdır. "xxxx" ASC tərəfindən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı şəhər Ərazi İdarəsinə ünvanlanmış 30.03.2022-ci il tarixli 31-4393/2022 saylı məktubda qeyd olunmuşdur ki, "xxxx" ASC (bundan sonra “Bank”) ilə İddiaçı MMC (bundan sonra “İpoteka qoyan”) arasında bağlanmış 01.07.2021-ci il tarixli, RQ-724/İP-001 saylı İpoteka müqaviləsinə əsasən sonuncuya məxsus, reyestr nömrəsi **********23 olan, ünvan 1 ünvanında yerləşən torpaq sahəsi (bundan sonra “İpoteka predmeti”) Bank qarşısında mövcud olan öhdəliklərin təminatı qismində Bankın ipoteka hüququ ilə yüklü edilmişdir. İpoteka qoyan Banka müraciət edərək İpoteka predmeti üzərində Bankın ipoteka hüququ saxlanılmaq şərtilə, həmin İpoteka predmetinin üzərində rekonstruksiya olunaraq, yeni tikintisinə başlanılmış və hal-hazırda tikintisi başa çatmış qeyri-yaşayış sahəsinin mülkiyyət hüququnu təsdiq edən çıxarışın dəyişdirilməsinə razılıq verilməsini xahiş etmişdir. Sözügedən dəyişikliyə dair ipoteka müqaviləsinə əlavə sazişin rəsmiləşdiriləcəyi barədə, 29.03.2022-ci il tarixli müvafiq iltizam alınmışdır. İpoteka qoyanın müvafiq müraciətini nəzərə alaraq, İpoteka predmeti üzərində Bankın ipoteka hüququnun saxlanılması şərtilə, həmin İpoteka predmetinin üzərində rekonstruksiya olunaraq, yeni tikintisinə başlanılmış və hal-hazırda tikintisi başa çatmış qeyri-yaşayış sahəsinin mülkiyyət hüququnu təsdiq edən çıxarışın dəyişdirilməsinə etiraz etmədiklərini bildirmişlər. İddiaçının hazırki tələblə bağlı inzibati orqana etdiyi müraciətə cavab olaraq, DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş **********41 №li 22.12.2021-ci il tarixli məktubla bildirilmişdir ki, qeyri-yaşayış binasına dair tikintiyə icazə, istismara icazə sənədləri təqdim edilməmişdir. Həmçintn layihədə qeyd olunmuş tikilinin inşası tam başa çatdırılmamışdır. Bundan əlavə, qeyri-yaşayış binasının bir hissəsi sənəd üzrə olan torpaq sahəsindən kənarda inşa edilmişdir. Qeyd olunanlarla yanaşı qeyri-yaşayış binasının yerləşdiyi torpaq sahəsi Azərbaycan Beynəlxalq Bankının xeyrinə ipoteka ilə yüklü edilmişdir. Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın imtinası qanunsuz və əsassızdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1 hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o, cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 240.1-ci maddəsinə əsasən torpaq sahəsinin mülkiyyətçisi şəhərsalma və tikinti normalarını və qaydalarını, habelə torpaq sahəsinin təyinatı ilə bağlı tələbləri gözləmək şərti ilə sahədə binalar və qurğular ucalda bilər, onları yenidən qura və ya uçura bilər, öz sahəsində başqa şəxslərin tikinti aparmasına icazə verə bilər. Həmin Məcəllənin 240.2-ci maddəsinə əsasən orpaq sahəsinin mülkiyyətçisi özünə tmənsub sahədə ucaldılmış və ya yaradılmış binaya, qurğuya və digər daşınmaz əmlaka mülkiyyət hüququ əldə edir. Həmin Məcəllənin 240.3-cü maddəsinə əsasən mülkiyyətçinin özünə mənsub torpaq sahəsində özbaşına tikinti aparmasının nəticələri bu Məcəllənin 180-ci maddəsi ilə müəyyənləşdirilir. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 102.2.-ci maddəsinə əsasən obyekt şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun tikildiyi halda müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum (reklam qurğularına münasibətdə isə müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum) tərəfindən tikinti obyektinin istismarına icazə verilir. İstismara icazə tikinti obyekti müayinə edildikdən (tikinti obyektinə baxış keçirildikdən) və onun müəyyən edilmiş tələblərə uyğunluğu təsbit edildikdən sonra verilir. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən: Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır (maddə 2.1). Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır (maddə 2.2). Həmin Qanunun 4.2-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindikdən sonra daşınmaz əmlaka hüquqların məhdudlaşdırılmasının (yüklülüyünün) dövlət qeydiyyatı üçün həmin daşınmaz əmlak üzərində mövcud olan hüquqlar dövlət reyestrində qeydiyyata alınmalıdır. Həmin Qanunun 5-ci maddəsinə əsasən daşınmaz əmlakın təsvirini, dövlət qeydiyyatına alınmış hüquqları və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayış hüquq sahibinə, onun tərəfindən vəkil edilmiş şəxsə, hüquq sahibinin əmlakına qanun və ya vəsiyyət əsasında vərəsəlik hüququ olan şəxslərə qanunla nəzərdə tutulmuş səlahiyyətlərin yerinə yetirilməsi ilə əlaqədar müvafiq dövlət orqanlarına və bələdiyyələrə verilir. Həmin Qanunun 8.0.10.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair-tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsasdır. Həmin Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.3-cü maddəsinə əsasən, daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Həmin Məcəllənin 178.2-ci maddəsinə əsasən yeni yaranmış daşınmaz əmlaka mülkiyyət hüququ onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əmələ gəlir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli Qərarında göstərilir ki, “Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər hansı fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir”. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 4 may tarixli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamənin 1.1-ci bəndinə əsasən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti daşınmaz əmlakın dövlət reyestrinin tərtib edilməsini və aparılmasını təmin edən icra hakimiyyəti orqanıdır. Əsasnamə"nin 3.0.11 və 3.0.24-cü bəndlərinə əsasən: hüquqların dövlət qeydiyyatını rəsmiləşdirmək məqsədi ilə dövlət reyestrindən çıxarış vermək; inventarlaşdırma işlərinin aparılması nəticəsində hüquqların dövlət qeydiyyatı üçün zəruri olan texniki sənədlərin tərtib edilməsini təmin etmək Xidmətin vəzifəsidir. Beləliklə iş materiallarından da göründüyü kimi, iddiaçı xüsusi mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 4,5414 ha torpaq sahəsində mövcud qeyri-yaşayış sahəsində müvafiq orqanlarla razılaşdırmaqla yenidən quraşdırma işləri aparmışdır. Hazırda iddiaçı qanunvericiliyin yuxarıda qeyd olunan tələblərinə uyğun olaraq yenidən inşa edilmiş daşınmaz əmlaka dair mülkiyyət hüququnun Daşınmaz əmlakın Dövlət reyestrində qeydiyyata alınmasını tələb edir. Cavabdehin imtinasından və iddiaya dair etirazından isə görünür ki, iddiaçının müraciətindən imtina olunarkən “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsində hüquqların dövlət qeydiyyatına alınması üçün müəyyən olunmuş əsaslardan heç biri qeyd olunmadan, yalnız formal mülahizələrə istinad olunmuşdur. Halbu ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Həmin Qanunun 15.2-ci maddəsinə əsasən qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. İPM-nin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin olunmalı, DƏDRX Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* №li çıxarışa əsasən 07.03.2014-cü il tarixdə ********** qeydiyyat nömrəsi ilə xüsusi mülkiyyət hüququ ilə İddiaçı MMC-nin adına Daşınmaz əmlakın dövlət reyestrində 484 nömrəli reyestr kitabının 45767 nömrəli vərəqində qeydiyyata alınmış ünvan 1 ünvanında yerləşən, 4,5414 ha torpaq sahəsində inşa edilmiş daşınmaz əmlak kompleksinin mövcud vəziyyətdə İddiaçı MMC-nin adına xüsusi mülkiyyət hüququ ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla, daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi öhdəliyi cavabdeh DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* №li çıxarışa əsasən 07.03.2014-cü il tarixdə ********** qeydiyyat nömrəsi ilə xüsusi mülkiyyət hüququ ilə İddiaçı adına Daşınmaz əmlakın dövlət reyestrində 484 nömrəli reyestr kitabının 45767 nömrəli vərəqində qeydiyyata alınmış ünvan 1 ünvanında yerləşən 4,5414 ha torpaq sahəsində inşa edilmiş daşınmaz əmlak kompleksinin mövcud vəziyyətdə İddiaçı adına xüsusi mülkiyyət hüququ ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla, daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Nəriman Abıyev
Məhkəmə qərarları › İş №2-1(112)-6195/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-6195/2022
04.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver