Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6195/2025 27.02.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, məhkəmə iclas katibi İbazadə Aytən Əhəd qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X5 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı məhkəməyə müraciət edərək 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməmiş məbləğ fərqinin hesablanaraq ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.
2. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasinin təyin edilməsi ilə bağlı ƏƏSMN-yi yanında DSMF-un Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət etsə də, cavabdeh bundan imtina etmişdir. İmtinaya səbəb kimi göstərilmiş cavabdehin münasibəti: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına 23 iyul 2024-cü il tarixində daxil olmuş ərizənizə və ona əlavə olunmuş sənədlərə aidiyyəti üzrə baxılmışdır. Bildiririk ki, "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrində, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin Qanunun 7- ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 7-ci maddəsinə əsasən 65 yaşına çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Eyni zamanda bildiririk ki, Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filial əsasnaməsinə uyğun olaraq öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezdentinin fərmanlarını və sərancamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əsasnaməsini və Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsini, Nazirliyin normativhüquqi aktlarını, əmək və əhalinin sosial müdafiəsi nazirinin əmr və sərəncamlarını, X4 qərarlarını, X4 sədrinin sərəncam və əmrlərini rəhbər tutur. Qanunun 9.1-ci madddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı"nin nəqliyyat bölməsinin (21) dəmiryol nəqliyyatı, dəmiryol lokomotiv briqadalarının fəhlələri və ayrı-ayrı kateqoriyalı işçilər bəndində (21.4) refrijerator qatarlarının (seksiyaların) mexanikləri vəzifəsi nəzərdə tutulmuşdur. Mərkəzi Filiala təqdim ediyiniz "xxxx" QSC-nin sizə dair xx.xx.2024-cü il tarixli 13-1/2-1-973/1-42/2024 nömrəli arayışında xx.xx.1992-xx.xx.2002-ci il, xx.xx.2003-xx.xx.2003-cü il, xx.xx.2005-xx.xx.2018-ci il və xx.xx.2018-xx.xx.2019-cu il tarixləri arasındakı dövrlər ərzində Yeni-Ələt refrijerator vaqon deposunda, Şərq vaqon deposunda, "xxxx" MMC Şərq vaqon deposunda refrijerator seksiyalarının rəhbər mexaniki vəzifəsində işlədiyiniz qeyd olunmuşdur. İşlədiyiniz vəzifə sözügedən arayışda istinad edilən, yuxarıda qeyd olunan Qərarla təsdiq edilmiş Siyahıda nəzərdə tutulan vəzifəyə uyğun deyil. Bu səbəbdən də sizin güzəştli iş stajınız 12 il 6 aydan az (6 il 18 gün (xx.xx.1981-xx.xx.1981-ci il, xx.xx.1986-xx.xx.1987-ci il, xx.xx.2002-xx.xx.2003-cü il, xx.xx.2003-xx.xx.2005-ci il və xx.xx.2019-xx.xx.2023-cü il tarixləri arasındakı dövrlər)) təşkil edir. Qeyd olunanları nəzərə alaraq, sizə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Müraciətinizə baxılmasının bu məktubda əks olunan nəticəsi ilə bağlı qərarla razı olmadığınız təqdirdə 30 gün müddətində yuxarı inzibati orqana və ya məhkəməyə müraciət etmək hüququnuz vardır. Hesab edir ki, cavabdehin gəldiyi bu nəticə əsasızdır. Odur ki, qanunvericiliyin tələblərini nəzərə alaraq cavabdehin imtinasındakı iddiaların əsassız olduğunu hesab edir. İlk növbədə "xxxx" QSC-nin Nazirlər Kabinetinin hal-hazırda qüvvədə olan 12 saylı Qərarına əsasən tərtib olunmuş xx.xx.2024-cü il tarixli Şəxsin güzəştli şərtlərlə əmək pensiyası hüququ verən işdə çalışmasına dair Arayışa əsasən, verilir İddiaçı ondan ötrü ki, o, “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda nəzərdə tutulmuş aşağıdakı vəzifələrdə qeyd edilən tarixlər arasındakı dövrlər ərzində işləmişdir. İşlədiyi müvafiq vəzifələr üzrə sosial sığorta (əmək) stajı 30 il 1 ay 16 gün təşkil edir. İşlədiyi refrijerator seksiyaların rəhbər mexaniki, böyük mexaniki və mexaniki vəzifələrinin əsas xüsusiyyətləri refrijerator hərəkət heyətinə məxsus avadanlığın fasiləsiz, texniki cəhətdən düzgün istismarının, etibarlı işinin, onların saz vəziyyətdə, tələb olunan səviyyədə saxlanmasının təmin edilməsi üçün baxış, sınaq və profilaktik təmir üzrə işlərin yerinə yetirilməsindən ibarət olmaqla, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda 21.4-cü bəndin 27-ci abzasına uyğundur. İddiaçı müvafiq strukturlarda çalışdığı refrijerator seksiyaların rəhbər mexaniki, böyük mexaniki və mexaniki vəzifələri üzrə iş yerlərində aparılmış attestasiyanın nəticələrinə müvafiq olaraq zərərli əmək şəraitinə görə əmək haqlarına əlavə müəyyən edilməmişdir. Beləliklə yuxarıda adları göstərilən iş yerlərində zərərli sahədə əmək fəaliyyəti ilə məşğul olmağı ilə bağlı həmin müəssələr tərəfindən tərtib olunmuş və Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın təsdiq edilməsi barədə 23 yanvar 2007-ci il tarixli, 12 saylı Qərarına müvafiq verilmiş güzəştli arayış mövcuddur hansı ki, cavabdeh bütün bunları sosial sığorta stajına daxil etməmişdir. Belə ki, cavabdehin gəldiyi nəticəyə görə bu cür münasibət bildirməsi qanunvericiliyin tələbləri ilə ziddiyyət təşkil edir. Odur ki, bütün bu qeyd edilənləri nəzərə alaraq hesab edir ki, cavabdehin imtinası qanunvericiliyin tələbləri baxımından əsasız olduğuna görə hüquqlarının pozulduğuna gətirib çıxarmış bu da öz növbəsində qanuna ziddir. Azərbaycan Dəmir yolları QSC Yeni-Ələt refrijerator vaqon deposu raisi A.Q. Ağayev tərəfindən "03" yanvar 2012-ci il tarixli təsdiq edilmiş “Refrijerator seksiyası rəhbar mexanikinin vəzifə borcu” barədə təlimatına əsasən Refrijerator seksiyası rəhbar mexanikinin vəzifə borcu: rəhbar mexanik deponun səlahiyyətli nümayəndəsi sayılır, refrijerator seksiyasının istismarına cavabdehdir və briqadanın rəhbəri sayılır. işə gedərkən baş idarənin seksiyalara texniki xidmət və istismarına dair göstərişlərini yerinə yetirir. Briqadaya rəhbərlik edir, seksiyalara xidmət vaxtı əmək intizamım yerinə yetirməsini tələb edir. Briqada üzvlərinə təhlükəsizlik texnikasına istehsalat sanitariyasına və yanğın təhlükəsizliyinə nəzarət edir. Xidməti vaqonun sanitar texniki vəziyyətdə normaya uyğun saxlanılmasını təmin edir. Vaqonlardan düzgün və bərabər istifadəsinə nəzarət edir. Yükləmə vaxtı vaqonların işıqlanmasını təmin edir. Mexanikdən avadanlıqların düzgün istifadə olunmasını və saxlanılmasını tələb edir. Yük boşaldıqdan sonra, vaqonların təmizlənməsini stansiya işçilərindən tələb edir. Təmizlənmə keyfiyyətsiz aparıldıqda stansiya rəisinə ölçü götürmək üçün müraciət edir. Yanacaqdan normaya uyğun istifadəsini və qənaitini təmin edir. Texniki sənədləri səliqəli saxlayır,ehtiyyat hissələrin, materialların, yanacağın, yağın və soyuducu qazın istifadə olunmasını hesabatını aparır. Ref. seksiyanın vaxtında təchizat olunmasını təmin edir. Ref. seksiyanın təchizat və təmirdən sonra göndərilmək üçün stansiya növbətçisinə xəbərdarlıq edilir. Vaqonlarda təyin olunmuş rejimə nəzarəti təmir edir, avadanlıqlar xarab olduqda, rejimi təyin edə bilmədikdə təlimata uyğun ölçü götürülür. Avadanlıqlar saz vəziyyətdə olduqda, rejimi saxlaya bilmədikdə, növbəti stansiyaya teleqramla müraciət edir, (tez xarab olan yüklərin daşınması qaydaları) yükün sonra daşınması haqqında xüsusi komisiya tələb edir. Teleqramın surəti həmin dəmir yolunun yük daşıma xidmətinə göndərilir. Ref. seksiya vaxtı-vaxtında texniki xidməti və cari təmiri təmin edir. Depo va ya cari təmirdən sonra, seksiyanın qəbulunda iştirak edir, bütün növ görülən işlərin keyfiyyətli olmasını və təmirdən tam ekipirovka olmasını tələb edir. Mexanik xəstələndikdə və ya seksiyadan qaldıqda təcili olaraq depo rəhbərliyinə, stansiya rəisinə və xətti polisə teleqramla məlumat verir. Əmək və istehsalat intizamı pozulduqda, lazımı hallarda briqada üzvlərinin təhlükəsizliyini təmin etmək və növbə çağırmaq üçün qeydiyyatda olduğu depoya xəbərdarlıq edir. Lazım olduqda mexaniki əvəz edir. İxtisas tələbi: Ali, orta, xüsusi təhsilli olan", "Hərəkətdə olan izotermik tərkib və soyuducu təsərrüfatı", "Soyuducu və kompressor maşını və qurğusu"," Elektrik stansiyası sistemi, "Dəqiq ölçü cihazları, daxili yanma mühərrikləri" ixtisasını qurtarmış kadrlar. Beləliklə analoji işlərlə bağlı Azərbaycan Respublikasının Ali Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyi mövcuddur ki, buda bir daha sübut edir ki, cavabdehin gəldiyi nəticə əsasız olmuşdur. Belə ki, işlədiyi dövrdə qüvvədə olmuş Qanunun qeyd olunan müddəalarına əsasən güzəştli şərtlərlə pensiya təyin olunması üçün 3 şərt ödənilməlidir: 25 il ümumi iş staj olmalıdır; Ümumi iş stajının ən azı 12 il 6 ayı xüsusi iş stajı olmalıdır; 60 yaş olmalıdır. Göründüyü kimi iddiaçının 25 ildən artıq ümumi iş stajı, 12 il 6 ay güzəştli iş stajı olduğu halda qanunvericiliyin tələblərinə əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ yaranır.
3. Cavabdehin xx.xx.2024-cü il tarixli imtina məktubunda bildirilmişdir ki, ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrində, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 7-ci maddəsinə əsasən 65 yaşına çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Eyni zamanda bildiririk ki, Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialın əsasnaməsinə uyğun olaraq öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezdentinin fərmanlarını və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əsasnaməsini və Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsini, Nazirliyin normativ-hüquqi aktlarını, əmək və əhalinin sosial müdafiəsi nazirinin əmr və sərəncamlarını, X4 qərarlarını, X4 sədrinin sərəncam və əmrlərini rəhbər tutur. Qanunun 9.1-ci maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın nəqliyyat bölməsinin (21) dəmiryol nəqliyyatı, dəmiryol lokomotiv briqadalarının fəhlələri və ayrı-ayrı kateqoriyalı işçilər bəndində (21.4) refrijerator qatarlarının (seksiyaların) mexanikləri vəzifəsi nəzərdə tutulmuşdur. Mərkəzi Filiala təqdim ediyiniz "xxxx" QSC-nin sizə dair xx.xx.2024-cü il tarixli 13-1/2-İ-973/1-42/2024 nömrəli arayışında xx.xx.1992-xx.xx.2002-ci il, xx.xx.2003-xx.xx.2003-cü il, xx.xx.2005-xx.xx.2018ci il və xx.xx.2018-xx.xx.2019-cu il tarixləri arasındakı dövrlər ərzində Yeni-Ələt refrijerator vaqon deposunda, Şərq vaqon deposunda, "xxxx" MMC Şərq vaqon deposunda refrijerator seksiyalarının rəhbər mexaniki vəzifəsində işlədiyiniz qeyd olunmuşdur. İşlədiyiniz vəzifə sözügedən arayışda istinad edilən, yuxanda qeyd olunan Qərarla təsdiq edilmiş Siyahıda nəzərdə tutulan vəzifəyə uyğun deyil. Bu səbəbdən də sizin güzəştli iş stajınız 12 il 6 aydan az (6 il 18 gün (xx.xx.1981-xx.xx.1981-ci il, xx.xx.1986-xx.xx.1987-ci il, xx.xx.2002-xx.xx.2003-cü il, xx.xx.2003-xx.xx.2005-ci il və xx.xx.2019-xx.xx.2023-cü il tarixləri arasındakı dövrlər)) təşkil edir. Qeyd olunanları nəzərə alaraq, sizə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir.”
4. Cavabdeh iddia tələbinə dair etirazında qeyd etmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın nəqliyyat bölməsinin (21) dəmiryol nəqliyyatı, dəmiryol lokomotiv briqadalarının fəhlələri və ayrı-ayrı kateqoriyalı işçilər bəndində (21.4) refrijerator qatarlarının (seksiyaların) mexanikləri vəzifəsi nəzərdə tutulmuşdur. İddiaçı C.X2 təqdim etdiyi sənədlərdə qeyd edilən məlumatlara əsasən, “Azərbaycan Dəmir Yolları’’ QSC-nin iddiaçıya dair xx.xx.2024-cü il tarixli 13-1/2-İ-973/1-42/2024 nömrəli arayışında xx.xx.1992-xx.xx.2002-ci il, xx.xx.2003-xx.xx.2003-cü il, xx.xx.2005xx.xx.2018-ci il və xx.xx.2018-xx.xx.2019-cu il tarixləri arasındakı dövrlər ərzində Yeni-Ələt refrijerator vaqon deposunda, Şərq vaqon deposunda, "xxxx" MMC Şərq vaqon deposunda refrijerator seksiyalarının rəhbər mexaniki vəzifəsində işlədiyi qeyd olunmuşdur. İddiaçı işlədiyi vəzifə sözügedən arayışda istinad edilən, yuxarıda qeyd olunan Qərarla təsdiq edilmiş Siyahıda nəzərdə tutulan vəzifəyə uyğun deyildir. Bu səbəbdən də İddiaçı güzəştli iş stajı 12 il 6 aydan az (6 il 18 gün (xx.xx.1981-xx.xx.1981-ci il, xx.xx.1986-xx.xx.1987-ci il, xx.xx.2002-xx.xx.2003-cü il, xx.xx.2003-xx.xx.2005-ci il və xx.xx.2019-xx.xx.2023-cü il tarixləri arasındakı dövrlər)) təşkil etmişdir. Qeyd olunanları nəzərə alaraq, İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir.
5. " Azərbaycan Dəmir yolları” QSC-nin xx.xx.2024-cü il tarixli arayışında qeyd olunur ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda nəzərdə tutulmuş aşağıdakı vəzifələrdə qeyd edilən tarixlər arasındakı dövrlər ərzində işləmişdir: Vəzifəyə təyin Vəzifədən İşdən azad 1 edilmə (başqa azad olunduğu Çalışdığı struktur Vəzifə( peşənin) işə keçirilmə) edilməyə ; İşə başladığı (başqa işə vahidi adı barədə əmrin dair əmrin tarix keçirildiyi) tarixi tarixi və tarix və nömrəsi nömrəsi refrijerator
1. Yeni-Ələt refrijerator seksiyaların xx.xx.1981 xx.xx.1981 xx.xx.1981 xx.xx.1981 vaqon deposu mexaniki 942 114
refrijerator Yeni-Ələt refrijerator seksiyaların xx.xx.1986 xx.xx.1937 xx.xx.1586 xx.xx.1987 2 vaqon deposu mexaniki 853 208
refrijerator 3 Yeni-Ələt refrijerator xx.xx.1992 xx.xx.2002 seksiyaların xx.xx.1992 xx.xx.2002 vaqon deposu 344 133 rəhbər mexaniki Yeni-Ələt refrijerator refrijerator vaqon deposu seksiyaların xx.xx.2002
4. 30 12.2002 mexaniki 199
refrijerator | Yeni-Ələt refrijerator seksiyaların xx.xx.2003
5. xx.xx.2003 vaqon deposu rəhbər mexaniki 138
refrijerator Yeni-Ələt refrijerator xx.xx.2003
6. seksiyaların xx.xx.2003 vaqon deposıı mexaniki 152
refrijerator xx.xx.2005 Yeni-Ələt refrijerator xx.xx.2018 seksiyaların xx.xx.2005 xx.xx.2018
7. vaqon deposu 08 374 rəhbər mexaniki refrijerator Şərq vaqon deposu seksiyaların xx.xx.2018 xx.xx.2018 xx.xx.2018 xx.xx.2018 8. rəhbər mexaniki 341 637 "xxxx" MMC-nin Şərq refrijerator
9. vaqon deposu seksiyaların xx.xx.2018 18- - xx.xx.2018 rəhbər mexaniki AEXP-598 "xxxx" MMC-nin Şərq refrijerator xx.xx.2019 xx.xx.2023 vaqon deposu seksiyaların 19-AEXP- 23-AEXP- xx.xx.2019
10. xx.xx.2023 böyük mexaniki 610/1 020
7. Məhkəmənin sorğusuna əsasən "xxxx" Qapalı Səhmdar Cəmiyyəti xx.xx.2025-ci il tarixli məktubunda bildirilmişdir ki, İddiaçı ADY-nin Yeni Ələt refrijerator vaqon deposunda xx.xx.1981-ci il tarixindən xx.xx.1981-ci il tarixinədək, xx.xx.1986-cı il tarixindən xx.xx.1987-ci il tarixinədək, xx.xx.2002-ci il tarixindən xx.xx.2003-cü il tarixinədək və xx.xx.2003-cü il tarixindən xx.xx.2005-ci il tarixinədək çalışdığı refrijerator seksiyaların mexaniki vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda 21.4-cü bəndin 27-ci abzasında qeyd olunmuş “refrijerator qatarlarının (seksiyaların) mexanikləri” vəzifəsi ilə uyğunluq təşkil edir. İddiaçı ADY-nin Yeni Ələt refrijerator və Şərq vaqon depolarında xx.xx.1992-ci il tarixindən xx.xx.2002-ci il tarixinədək, xx.xx.2003-cü il tarixindən xx.xx.2003-cü il tarixinədək, xx.xx.2005-ci il tarixindən xx.xx.2018-ci il tarixinədək və xx.xx.2018-ci il tarixindən xx.xx.2019-cu il tarixinədək çalışdığı refrijerator seksiyaların rəhbər mexaniki və Şərq vaqon deposunda xx.xx.2019-cu il tarixindən xx.xx.2023-cü il tarixinədək işlədiyi refrijerator seksiyaların böyük mexaniki vəzifələri isə Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli qərarının 1-1-ci hissəsi nəzərə alınmaqla həmin qərarla təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 21.4-cü bəndinin 27-ci abzasında qeyd olunmuş “refrijerator qatarlarının (seksiyaların) mexanikləri” vəzifəsi ilə uyğunluq təşkil edir. Göstərilənləri nəzərə alaraq, müvafiq qərarın 1-1-ci hissəsi ilə adıçəkilən siyahıda ümumi adla göstərilmiş peşələrdə və vəzifələrdə işləyən bütün adlardan (kiçik, böyük, baş, köməkçi və s.) olan işçilərin güzəştli pensiya hüququna malik olduğu müəyyən edilmişdir. Həmçinin İddiaçı yuxarıda göstərilən dövr ərzində işlədiyi müvafiq vəzifələr üzrə güzəştli iş stajı 30 il 11 ay 16 gün təşkil edir. İddiaçı işlədiyi refrijerator seksiyaların mexaniki, rəhbər mexaniki və böyük mexanikinin vəzifə təlimatlarının surəti məhkəməyə qoşmada təqdim edilmişdir.
8. Məhkəmənin iclasında iştirak edən iddiaçının vəkili iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etdi.
9. Məhkəmənin iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya yazılı etirazın məzmununa uyğun izahat verərək iddianın təmin olunmamasını xahiş etdi.
II. İddianın növü və mümkünlüyü
10. İddianın növü öhdəliyin icrasına dair iddiadır.
11. Belə ki, əsas sosial-iqtisadi hüquqlardan biri olan sosial təminat hüququ Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsində təsbit olunmuşdur. Həmin maddəyə əsasən, hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir (Konstitusiyanın 38-ci maddəsinin İ və İİİ hissələri).
12. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır (Konstitusiyanın 12-ci maddəsinin İ hissəsi və 16-cı maddəsinin İ hissəsi).
13. Konstitusiyanın 71-ci maddəsinin İİ hissəsinə müvafiq olaraq, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz.
14. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 31.1-ci maddəsinə əsasən, əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. 2019cu il yanvarın 1-dən etibarən əmək pensiyaları bu Qanunun 22-1-ci maddəsinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən avtomatlaşdırılmış qaydada təyin edilir. Həmin Məcəllənin 31.1-1-ci maddəsinə əsasən, bu Qanunun 31.1-ci maddəsinin ikinci cümləsinə uyğun olaraq əmək pensiyalarının avtomatlaşdırılmış qaydada təyinatı, həmçinin bu Qanunun 37.3.1-ci və 37.3.2-ci maddələrinə əsasən əmək pensiyalarının avtomatlaşdırılmış qaydada yenidən hesablanması müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sistemi vasitəsilə həyata keçirilir.
15. Konstitusiya ayrılmaz insan hüquq və azadlıqlarını müdafiə etmək vəzifəsini dövlətin üzərinə qoyur. Bu da öz növbəsində, pensiya təminatı sahəsində hüquqi müəyyənlik və vətəndaşların qanuna və dövlətə etimadı prinsiplərinə uyğun olaraq pensiyaların yalnız səlahiyyətli orqanlar tərəfindən və qanuna müvafiq təyin edilməsini, pensiya hüququnun yaranmasını təsdiq edən sənədlərin hazırlanması və pensiya məbləğinin hesablanmasının dəqiq və aydın aparılmasını təmin edən hüquqi tənzimləmə sisteminin yaradılmasını ehtiva edir (“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı).
16. Odur ki, bu qəbildən olan nəzəri baxımdan iddia məcburetmə iddiası kimi qəbul edilərsə, iddiaçının fundamental konstitusyon hüququ iddia müddəti ilə əsassız olaraq məhdudlaşdırılmış olar. Bu isə dövlətin ali məqsədi ilə uzlaşa bilməz və qarşıya qoyulmuş məqsədlərə uyğun hesab edilə bilməz. Digər tərəfdən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 31.1-ci maddəsi əmək pensiyasının avtomatlaşdırılmış qaydada təyin edilməsini nəzərdə tutur. Bu hərəkətin lazımi qaydada həyata keçirilməməsi öhdəliyin icrası haqqında iddia kimi nəzərdən keçirilməlidir.
17. İddiaçının güzəştli şərtlərlə pensiya təyin edilməsinə dair müraciətinə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən xx.xx.2024-cü il tarixli məktubla imtina edilmişdir.
18. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X5 şəxsinin İdarə Heyətinin 23 iyul 2020-ci il tarixli **********1 nömrəli qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X5 şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı haqqında Əsasnaməsinin 1.1-ci bəndinə əsasən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X5 şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı (bundan sonra-Filial) “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu və 20-ci maddələrində nəzərdə tutulan şəxslərin pensiyalarının təyin edilməsini, hərbi qulluqçuların və Qanunun 3.3-cü maddəsinə uyğun olaraq hərbi qulluqçulara bərabər tutulan xüsusi rütbəli şəxslərin dövlət sosial sığorta sistemində fərdi uçotunu və onlara məcburi dövlət sosial sığorta haqqı hesabına müavinətlərin hesablanıb ödənilməsini, habelə məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqları üzrə daxil olan ödənişlərin uçotunun aparılması mərkəzləşdirilmiş qaydada həyata keçirən ixtisaslaşdırılmış struktur qurumudur. Əsasnamənin 1.6-cı bəndinə əsasən Filial Bakı şəhərində yerləşir. Beləliklə, filial inzibati orqandır.
19. İPM-in 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanının hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia), 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
20. İPM-in 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.
21. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13-cü maddəsinə əsasən konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir.
22. Məhkəmə qeyd edir ki, inzibati icraat çərçivəsində “inzibati aktın qəbulu”ndan imtina, “inzibati aktın qəbulu ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi”ndən imtinadan inzibati münasibətlərin bəzi səciyyəvi xüsusiyyətləri istisna olmaqla mahiyyət etibarı ilə (hər ikisi publik hüquq sahəsində inzibati orqanın imtinası və ya hərəkətsizliyindən yaranır) fərqlənmir. Həmin münasibətlər oxşar olduğundan, onlardan yaranan mübahisələr də oxşar qiymətləndirilir. Belə olan halda, “qanunun analogiyası”ndan istifadə zəruridir. Məhkəmənin qənaətinə görə inzibati məhkəmə icraatında “öhdəliyin icrası haqqında” iddialarda da İPMin 73.1-ci maddəsi tətbiq oluna bilər.
23. İddia mümkündür.
III. Məhkəmənin mövqeyi
24. İddiaçı xx.xx.1957-ci il təvəllüdlüdür, əmək fəaliyyətinə xx.xx.1973-cü il tarixdə başlamışdır.
25. Məhkəmə ilk növbədə qeyd edir ki, iddiaçının ümumi iş stajı bağlı mübahisə yoxdur.
26. Cavabdeh iddiaçının güzəştli iş stajının 6 il 18 gün mövcud olduğunu əsas gətirmişdir. Belə ki, cavabdeh tərəfindən "xxxx" QSC-nin güzəştli arayışlarına əsasən xx.xx.1981xx.xx.1981-ci il, xx.xx.1986-xx.xx.1987-ci il, xx.xx.2002-xx.xx.2003-cü il, xx.xx.2003xx.xx.2005-ci il və xx.xx.2019-xx.xx.2023-cü il tarixləri arasındakı dövrlər tarixlərdə güzəştli əmək şəraitində işlədiyi 6 il 18 gün müddəti güzəştli iş stajına daxil edilmiş, xx.xx.1992xx.xx.2002-ci il, xx.xx.2003-xx.xx.2003-cü il, xx.xx.2005-xx.xx.2018-ci il və xx.xx.2018xx.xx.2019-cu il tarixlərdə işlədiyi dövr güzəştli iş stajına əlavə edilməmişdir.
27. İddiaçının güzəştli iş stajına münasibətdə məhkəmə qeyd edir: - iddiaçının əmək kitabçasından görünür ki, iddiaçı Yeni Ələt refrijerator və Şərq vaqon depolarında xx.xx.1992-ci il tarixindən xx.xx.2002-ci il tarixinədək refrijerator seksiyaların rəhbər mexaniki, xx.xx.2002-ci il tarixindən Yeni Ələt refrijerator vaqon deposunda refrijerator seksiyasının mexaniki, xx.xx.2003-cü il tarixindən refrijerator seksiyaların rəhbər mexaniki, xx.xx.2003-cü il tarixindən refrijerator seksiyaların mexaniki, xx.xx.2005ci il tarixindən refrijerator seksiyaların rəhbər mexaniki, xx.xx.2018-ci il tarixindən xx.xx.2018-ci il tarixinədək Şərq vaqon deposunda refrijerator seksiyaların rəhbər mexaniki, xx.xx.2018-ci il tarixindən ADY Ekspress” MMC-də refrijerator seksiyaların rəhbər mexaniki, xx.xx.2019-cu il tarixindən xx.xx.2023-cü il tarixinədək refrijerator seksiyaların böyük mexaniki vəzifələrində işləmişdir.
28. Cavabdeh tərəfindən isə iddiaçının mübahisələndirilən (xx.xx.1992-xx.xx.2002-ci il, xx.xx.2003-xx.xx.2003-cü il, xx.xx.2005-xx.xx.2018-ci il və xx.xx.2018-xx.xx.2019) illərdə işlədiyi vəzifənin güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən siyahıda nəzərdə tutulmadığı və çalışdığı vəzifənin işəgötünənin arayışında istinad olunan Siyahısının nəqliyyat bölməsinin (21) dəmiryol nəqliyyatı, dəmiryol lokomotiv briqadalarının fəhlələri və ayrı-ayrı kateqoriyalı işçilər bəndində (21.4) refrijerator qatarlarının (seksiyaların) mexanikləri vəzifəsinə aid olmamasını əsas gətirmişdir.
29. Məhkəmə ilk növbədə qeyd edir ki, cavabdeh inzibati orqan iddiaçının çalışdığı refrijerator seksiyaların mexaniki vəzifəsini, eyni zamanda refrijerator seksiyaların böyük mexaniki vəzifəsini güzəştli peşə hesab etməsinə baxmayaraq, refrijerator seksiyaların rəhbər mexaniki vəzifəsini güzəştli pensiya hüququ verən peşələrin siyahısına aid etməməkdə haqlı olmamışdır. Məhkəmə hesab edir ki, cavabdehin imtinası əsassız olmuşdur.
30. Belə ki, inzibati orqan peşəsi və vəzifəsi ilə bağlı, xüsusilə də peşənin adı və aid olduğu fəaliyyət sahəsi ilə bağlı məlumatların sadəcə olaraq ifadə tərzinə istinad etməklə kifayətlənməməli, həm də həmin peşə və ya vəzifə üzrə şəxsin icra etdiyi əmək funksiyalarının və gördüyü işlərin məzmununu, peşə və vəzifənin xarakterini və bunun üzərindən onların fəaliyyət sahəsi baxımından universal keyfiyyətə malik ola biləcəyini də araşdırmağa və nəzərə almağa borcludur.
31. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, işəgötürən hüquqi şəxs - "xxxx" QSC tərəfindən təqdim edilən vəzifə təlimatlarından bəlli olur ki, iddiaçının Şərq vaqon deposunda xx.xx.2019-cu il tarixindən xx.xx.2023-cü il tarixinədək işlədiyi refrijerator seksiyaların böyük mexaniki vəzifəsi - Refrijerator seksiyalarına texniki xidmət göstərmək və istismarına dair göstərişləri yerinə yetirmək; Briqadaya rəhbərlik etmək, seksiyalara xidmət vaxtı əmək intizamının yerinə yetirilməsini tələb etmək; Briqada üzvlərinin təhlükəsizlik texnikasına, istehsalat sanitariyasına və yanğın təhlükəsizliyinə nəzarət etmək; Xidməti vaqonun sanitar texniki vəziyyətdə normaya uyğun saxlanılmasını təmin etmək; Vaqonların düzgün və bərabər istifadəsinə nəzarət etmək; Yüklənmə vaxtı vaqonların işıqlanmasını təmin etmək; Yüklər vaqonlara yükləndikdən sonra, həmin yük üçün zəruri temperaturun müəyyənləşdirilməsini təmin etmək, temperaturuna riayət etməklə daşınmasını və yüklər yolda olduğu müddət ərzində və son təhvil stansiyasına çatdırılanadək yol boyunca nəzarətdə saxlamaq; Mexanikdən avadanlıqların düzgün istifadə olunmasını və saxlanılmasını tələb etmək; Yük boşaldıqdan sonra, vaqonların təmizlənməsini stansiya işçilərindən tələb etmək; Yanacaqdan normaya uyğun istifadəsini və qənaətini təmin etmək; Texniki sənədləri səliqəli saxlamaq, ehtiyyat hissələrin, materialların, yanacağın, yağın və soyuducu qazın istismar olunması hesabatını aparmaq; Refrijerator seksiyasının vaxtında təchizat olunmasını təmin etmək; Vaqonlarda təyin olunmuş rejimə nəzarəti təmin etmək, avadanlıqlar xarab olduqda, rejimi təyin edə bilmədikdə təlimata uyğun ölçü götürmək; Avadanlıqlar saz vəziyyətdə olduqda, rejimi saxlaya bilmədikdə, növbəti stansiyaya teleqramla müraciət etmək, yükün sonra daşınması haqqında xüsusi komissiya tələb etmək, teleqramın surətini dəmir yolunun yük daşıma xidmətinə göndərmək, Əmək və istehsalat intizamı pozulduqda briqada üzvlərinin təhlükəsizliyini təmin etmək və növbə çağırmaq üçün qeydiyyatda olduğu depoya xəbərdarlıq etmək, ehtiyac olduqda mexaniki əvəz etmək ilə əhatələnən işlərdir və güzəştli əmək pensiyası hüququna əsas olan xüsusiyyətlərə sahibdir.
32. "xxxx" QSC tərəfindən verilən refrijerator seksiyaların rəhbər mexanikinin vəzifə borcundan görünür ki, iddiaçının "xxxx" QSC-nin Yeni Ələt refrijerator və Şərq vaqon depolarında xx.xx.1992-ci il tarixindən xx.xx.2002-ci il tarixinədək, xx.xx.2003-cü il tarixindən xx.xx.2003-cü il tarixinədək, xx.xx.2005-ci il tarixindən xx.xx.2018-ci il tarixinədək və xx.xx.2018-ci il tarixindən xx.xx.2019-cu il tarixinədək işlədiyi refrijerator seksiyaların rəhbər mexaniki vəzifələrində - başlıca vəzifə öhdəliyi işə gedərkən baş idarənin seksiyalara texniki xidmət və istismarına dair göstərişlərini yerinə yetirmək, briqadaya rəhbərlik etmək, briqada üzvlərinə təhlükəsizlik texnikasına, istehsalat sanitariyasına və yanğın təhlükəsizliyinə nəzarət etmək, xidməti vaqonun sanitar texniki vəziyyətdə normaya uyğun saxlanılmasnı təmin etmək, vaqonlardan düzgün və bərabər istifadəsinə nəzarət etmək, yükləmə vaxtı vaqonların işıqlanmasını təmin etmək, Yanacaqdan normaya uyğun istifadəsini və qənaitini təmin etmək, ref. seksiyanın vaxtında təchizat olunmasını təmin etmək, vaqonlarda təyin olunmuş rejimə nəzarəti təmir etmək, avadanlıqlar xarab olduqda, rejimi təyin edə bilmədikdə təlimata uyğun ölçü götürmək, avadanlıqlar saz vəziyyətdə olduqda, rejimi saxlaya bilmədikdə növbəti stansiyaya teleqramla müraciət edb (tez xarab olan yüklərin daşınması qaydaları) yükün sonra daşınması haqqında xüsusi komisiya tələb etmək, ref. seksiya vaxtlı-vaxtında texniki xidməti və cari təmiri təmin etmək, depo və ya cari təmirdən sonra, seksiyanın qəbulunda iştirak etmək, lazım olduqda mexaniki əvəz etmək və s.dən ibarət olmuşdur.
33. İddiaçının həmin vəzifələrdə başlıca xidməti “vaqonlarda təyin olunmuş rejimə nəzarəti təmir etmək, ref. seksiyanın vaxtında təchizat olunmasını təmin etmək, seksiyalara texniki xidmət göstərmək, istehsalat sanitariyasına və yanğın təhlükəsizliyinə nəzarət etmək, yanacaqdan normaya uyğun istifadəsini və qənaitini təmin etmək, xidməti vaqonun sanitar texniki vəziyyətdə normaya uyğun saxlanılmasnı təmin etmək, lazım olduqda mexaniki əvəz etmək - vaqonların boşaldıb təmizlənməsində iştirak, lazımi temperaturu saxlamaq, yanacağın qədərin ölçmək və s.” olduğu müəyyən olunur.
34. Göründüyü kimi, iddiaçının işlədiyi refrijerator seksiyaların rəhbər mexaniki vəzifəsinin əmək funksiyaları, eləcə də texniki nəzəri bilikləri refrijerator seksiyaların mexaniki və refrijerator seksiyaların böyük mexaniki vəzifəsinin əmək funksiyaları, texniki nəzəri bilikləri ilə eynilik təşkil etdiyindən ona bərabər tutularaq güzəştli şərtlə yaşa görə əmək pensiyası hüququ verən peşədə iş stajı olmuşdur.
35. Belə ki, iddiaçının xx.xx.1992-xx.xx.2002-ci il, xx.xx.2003-xx.xx.2003-cü il, xx.xx.2005xx.xx.2018-ci il və xx.xx.2018-xx.xx.2019-cu il illəri əhatə edən dövrlərdə "xxxx" QSC - Yeni Ələt refrijerator və Şərq vaqon depolarında işlədiyi refrijerator seksiyaların rəhbər mexaniki vəzifəsi - 2 №-li Siyahının XXVİİİ. Nəqliyyat bölməsindəki 23001000 şifrəli “1. Dəmiryol nəqliyyatı. Dəmiryol lokomotiv briqadalarının fəhlələri və ayrı-ayrı kateqoriyalı işçilər” yarımbölməsində şifrə 23001000—23598 ilə göstərilmiş “erefrijerator qatarların (seksiyaların) mexanikləri” peşəsinə, həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 saylı qərarının “21. Nəqliyyat” bölməsinin “21.4. Dəmiryol nəqliyyatı. Dəmiryol lokomotiv briqadalarının fəhlələri və ayrı-ayrı kateqoriyalı işçilər” yarımbölməsində “refrijerator qatarlarının (seksiyaların) mexanikləri” vəzifəsinə uyğun gəlməklə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən vəzifələrdir.
36. Beləliklə, iddiaçının güzəştli şərtlərlə pensiya hüququ verən peşədə qanunvericiliklə tələb olunan 12 il 6 ay müddətindən çox müddətdə işləməsi əmək kitabçası, işəgötürən müəssisə - "xxxx" QSC-nin arayışı ilə təsdiqlənir.
37. Nəticə etibarı ilə iddiaçının xx.xx.1992-xx.xx.2002-ci il, xx.xx.2003-xx.xx.2003-cü il, xx.xx.2005-xx.xx.2018-ci il və xx.xx.2018-xx.xx.2019-cu il tarixlərdə işlədiyi müddət nəzərə alındığı təqdirdə, ən azı 25 il ümumi və 12 il 6 ay güzəştli iş stajı mövcuddur.
38. İddiaçı xx.xx.1957-ci il təvəllüdlüdür və 60 yaşının tamam olduğu xx.xx.2017-ci il tarixdən güzəştli şərtlərlə pensiya təyin edilməsi hüququna malikdir.
39. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 9.1-ci maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır.
40. 13 may 2022-ci il tarixli 530-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 9.1-ci maddə qeyd edilən yeni redaksiyada verilmişdir.
41. Qanunun 7-ci maddəsində isə qeyd olunur ki, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır.
42. İddiaçı xx.xx.1957-ci il təvəllüdlüdür və güzəştli şərtlərlə pensiya təyininə dair xx.xx.2024cü ildə müraciət etmişdir.
43. Məhkəmə hesab edir ki, cavabdeh orqanın pensiya təyinindən imtinası nəticəsində iddiaçının qanunla qorunan hüquqları pozulmuşdur, cavabdeh orqanın iddiaçıya güzəştli şərtlərlə pensiya təyin edilməsindən imtinası əsassızdır və məhkəmənin mövqeyi nəzərə alınmaqla iddiaçıya güzəştli şərtlərlə pensiya təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır.
44. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinə əsasən, əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir.
45. Nəzərə alınmalıdır ki, iddiaçının pensiya hüququ xx.xx.2017-ci il tarixdən yaranmasına baxmayaraq, xx.xx.2024-cü il tarixə qədər pensiya təyinatı üçün müraciət etmədiyindən xx.xx.2017-ci il tarixdən xx.xx.2021-ci il tarixə qədər olan dövr üçün pensiya fərqinin ödənilməsi hüququnu itirmişdir.
46. Odur ki, məhkəmə hesab edir ki, iddia təmin edilməli, iddiaçıya xx.xx.2017-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməli, “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinə və Ali Məhkəmənin İnzibati Kollegiyasının 8 oktyabr 2020ci il tarixli qərardadına uyğun olaraq pensiya təyinatı üçün müraciət etdiyi tarixdən əvvəlki 3 il üçün pensiya fərqi iddiaçıya ödənilməli, pensiya məbləğinin ödənilməsi həmin vaxtdan təmin edilməlidir. Ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin tələblərinə uyğun olaraq ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilməlidir.
47. İPM-in 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
48. İPM-in 52-ci maddəsinə əsasən, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.
49. Göstərilənlərə əsasən və İPM-in 2.2, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İddia təmin edilsin. İddiaçı 60 yaşının tamam olduğu xx.xx.2017-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. İddiaçı xx.xx.2021-ci tarixdən hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.
Hakim Ləman Musayeva