Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6197/2022 13.07.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi X6 Ağa qızının katibliyi, İddiaçının nümayəndəsi X3 iştirakı ilə, İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Cavabdeh MMC-yə qarşı “sənədlərin götürülməsi” tələbi barədə inzibati mübahisəyə dair işə Bakı şəhərində məhkəmənin binasında şifahi açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində qeyd olunan sənədlərin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə təqdim edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş idarəsinin “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” xx.xx.2021-ci il tarixli **********151016 nömrəli qərarı ilə Cavabdeh MMC-də (VÖEN: **********) növbəti səyyar vergi yoxlaması (yoxlanılan dövr: xx.xx.2018-xx.xx.2021) təyin edilmişdir. Vergi Məcəlləsinin 42-ci maddəsinə əsasən vergi ödəyicisinə müəyyən edilmiş qaydada xx.xx.2021-ci il tarixli **********151106 nömrəli “SVY-nın keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında” Tələbnamə təqdim edilmişdir. Lakin, səyyar vergi yoxlaması zamanı “Ukrayna Ticarət Evi" MMC-nin direktoru X1 tam təqdim etməmişdir və yoxlama ilə əhatə edilən dövrə aid (xx.xx.2018-xx.xx.2021) aşağıda qeyd olunan sənədlər yoxlamaya qismən təqdim edildiyi üçün yoxlamanın keçirilməsi mümkün olmamışdır. Aşağıdakı sənədlərin yoxlama ilə əhatə edilən dövr (xx.xx.2018-ci il tarixdən xx.xx.2021-ci il tarixədək) üzrə imzalanmış və möhürlənmiş kağız daşıyıcıda və ya gücləndirilmiş elektron imza ilə təsdiq edilmiş elektron surəti: 1.1. Yoxlanılan dövrlər üzrə bütün gəlir və xərc hesablarının hərəkəti (excel faylda); 1.2. Yoxlama ilə əhatə edilən hər bir il üzrə dövriyyə qalıq cədvəli (excel faylda); 1.3. Yoxlama ilə əhatə edilən dövr üzrə elektron formatda yerli və xarici bank hesablarının hərəkəti (excel faylda);1.4. Yoxlama dövrünü əhatə edən bütün dövrlər üzrə aylıq, rüblük və illik bəyannamələrin hesablama faylları (rəqəmlərin götürüldüyü uçot hesabları göstərilməklə); 1.5. Yoxlama dövrün əvvəlinə və sonuna qalıqlar göstərilməklə malların hərəkəti barədə məlumat (excel faylda); 1.6. Müştəri və podratçılarla olan əməliyyatların xarakteri barədə məlumat, onlarla bağlanmış müqavilələr və onların bütün əlavələrinin surəti; 1.7. Yoxlama ilə əhatə edilən dövrdə bağlanmış və ya həmin dövrü əhatə edən qeyri- rezidentlərlə bağlanmış müqavilələr (PDF faylda); 1.8. Malların təqdim edilməsi, işlərin görülməsi və xidmətlərin göstərilməsini təsdiq edən sənədlər, təhvil-təslim aktları, invoyslar, hesab-fakturalar, üzləşmə aktları və s.; 1.9. Yoxlama ilə əhatə edilən dövr üzrə debitor və kreditor borclar üzrə adlı siyahılar; 1.10. Azərbaycan Respublikasındakı əməliyyatlarla əlaqədar filial və ya nümayəndəliyin baş ofisi tərəfindən təqdim edilmiş invoysların, təhvil-qəbul aktlarının təsdiq olunmuş surətləri; 1.11. Yoxlama ilə əhatə edilən dövrlər üzrə aktivlərin ilkin dəyərini, ilin əvvəlinə olan qalıq dəyərini, alınmış və satılmış aktivləri, il ərzində əsas vəsaitə əlavə edilmiş təmir xərclərini, il ərzində vergi məqsədləri üçün tətbiq edilmiş amortizasiya dərəcələrini, ilin sonunda amortizasiya məbləğlərini və qalıq dəyərlərini göstərməklə əsas vəsait/qeyri- maddi aktivlərin reyestri (excel faylda); 1.12. Yoxlanılan dövrlər üzrə icarədə olan əsas vəsaitərin siyahısı; 1.13. Yoxlama ilə əhatə edilən dövrdə bağlanmış və ya həmin dövrü əhatə edən əmlakın sığortası üzrə sığorta polisləri (PDF faylda); 1.14. Müəssisədə çalışmış xarici əməkdaşların vətəndaş olduğu ölkədə vergi orqanlarına və ya onu əvəz edən qurumlara təqdim etdikləri illik fərdi bəyannamələrin təsdiq olunmuş surətləri; 1.15. Yoxlanılan dövrlər üzrə işçilərin əldə etdiyi bütün mükafatlar, faydalar və ŞGV-ni və SSH-ni göstərməklə əmək haqqı cədvəlləri (aylıq əsasda excel faylda), əmək müqaviləsi bildirişləri, ezamiyyə sənədləri; Yoxlamanın predmetinə aid olan xx.xx.2018-ci il tarixdən xx.xx.2021 -ci il tarixədək olan dövr üzrə aşağıdakı sənədlərin imzalanmış və möhürlənmiş kağız daşıyıcıda və ya gücləndirilmiş elektron imza ilə təsdiq edilmiş elektron surəti: y' 2.1. Vergi ödəyicisinin dövlət qeydiyyatı və uçot, habelə təşkilatı-struktur dəyişiklikləri barədə məlumat və sənədlər; 2.2. Vergi ödəyicisinin İT sistemi ilə əlaqədar sorğu üzrə cavablar; 2.3. Vergi ödəyicisinin sahibkarlıq fəaliyyəti ilə əlaqədar sorğu üzrə cavablar; 2.4. Yoxlama ilə əhatə edilən dövr üzrə elektron formatda nağd dövriyyələrin hərəkəti; 2.5. Vergi ödəyicisin aid olduğu şirkətlər qrupunun təşkilati strukturu; 2.6. İştirak payı göstərilməklə Azərbaycan Repsublikasının hüdudlarından kənarda yerləşən hər-hansı törəmə müəssisə(lər) barədə məlumat; 2.7. İpoteka predmeti olan bütün aktivlərin mülkiyyət sənədlərinin surəti; 2.8. Vergi Məcəlləsinin 18-ci maddəsinə əsasən vergi ödəyicisi ilə qarşılıqlı surətdə asılı şəxs hesab olunan bütün şəxslərin siyahısı; 2.9. Vergi ödəyicisinin ən son nizamnamə və ya əsasnaməsinin surəti; 2.10. Yoxlama ilə əhatə edilən dövrlər üzrə hüquqi şəxs vergi ödəyicisinin təsisçilərində olan bütün dəyişikliklər; 2.11. Ünvanı və təyinatı göstərilməklə vergi ödəyicisinin faktiki istifadəsində olan təsərrüfat obyektlərinin (subyektləri) siyahısı; 2.12. Dəyəri 10000 (on min) manatdan yuxarı olan bütün borc və kredit müqavilələri; 2.13. Dəyəri 2000 (iki min) manatdan yuxarı olan bütün sığorta polisləri; 2.14. Yoxlama ilə əhatə edilən dövr üzrə qeydiyyatda olan bütün NKA üzrə Z- hesabatları (aylar üzrə). Tələbnamədə göstərilən sənədlər tam təqdim edilmədiyi üçün, xx.xx.2021-ci il, xx.xx.2021-ci il və xx.xx.2022-ci il tarixlərdə Azərbaycan Respublikası Vergi Məcəlləsinin 42.2-ci maddəsinə uyğun olaraq sənədlərin qismən təqdim edilməsi barədə iki nüsxədən ibarət Akt tərtib edilmişdir. Yoxlamanın aparılması üçün zəruri olan sənədlər təqdim edilmədiyindən Vergi Məcəlləsinin 43-cü maddəsində nəzərdə tutulmuş qaydada “Sənədlərin və nümunə kimi əşyaların götürülməsi” haqqında xx.xx.2022-ci il tarixli **********153510 nömrəli Qərar çıxarılmışdır. Lakin, vergi ödəyicisi xx.xx.2022-ci il tarixli **********153510 nömrəli “Sənədlərin və nümunə kimi əşyaların götürülməsi” haqqında Qərarda qeyd olunan sənədlərdən yoxlamaya zəruri hesab edilən sənədləri tam təqdim etməmişdir. Qeyd olunanları nəzərə alaraq, xx.xx.2021-ci il tarixində Vergi Məcəlləsinin 43.10-cu maddəsinə əsasən iki nüsxədən ibarət sənədlərin qismən təqdim olunması barədə Akt tərtib olunmuşdur. Vergi Məcəlləsinin 43.11-ci maddəsinə əsasən vergi ödəyicisi bu maddədə nəzərdə tutulmuş qaydada sənədləri və əşyaları vermədiyi halda, həmin sənədlərin və nümunə kimi əşyaların götürülməsi səyyar vergi yoxlamasını bilavasitə həyata keçirən vergi orqanının əsaslandırılmış müraciətinə əsasən məhkəmənin qərarı ilə həyata keçirilir. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsində göstərilən qaydada iddia ərizəsinə münasibət bildirmək üçün sərəncam göndərilməsinə baxmayaraq, cavabdeh tərəfindən iddiaya qarşı hər-hansı bir münasibət təqdim edilməmişdir. İşdə iştirak edən şəxslərə məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi gəlməmişdir. Məhkəməyə gəlməməsinin səbəbi barəsində isə hər hansı bir məlumat verməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə işə şifahi məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etmişdir. İş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan sənədlərdən müəyyən edilir ki: - "Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” xx.xx.2021-ci il tarixli **********151016 nömrəli qərarı ilə vergi ödəyicisi olan cavabdehin fəaliyyəti üzrə Vergi Məcəlləsinin 23, 36, 38-ci maddələrinə əsasən səyyar vergi yoxlaması (yoxlanılan dövr: sentyabr 2018 – avqust 2021) təyin edilmişdir; - “Növbəti səyyar vergi yoxlamasınn keçirilməsi haqqında” **********664200 nömrəli, xx.xx.2021-ci il tarixli bildiriş cavabdehə göndərilmişdir. - "Vergi yoxlamasının keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında” **********151106 nömrəli xx.xx.2021-ci il tarixli Tələbnamə cavabdehə təqdim edilmişdir; - xx.xx.2021-ci il tarixdə tərtib edilmiş “Sənədlərin təqdim edilməsindən imtina barədə” aktda tələbnamədə qeyd edilən müddətin bitməsinə baxmayaraq cavabdeh tərəfindən tələbnamədə göstərilən yoxlamanın predmetinə aid olan sənədlərin təqdim edilməməsi göstərilmişdir; - xx.xx.2021-ci il tarixdə tərtib edilmiş “Sənədlərin təqdim edilməsindən imtina barədə” aktda tələbnamədə qeyd edilən müddətin bitməsinə baxmayaraq cavabdeh tərəfindən tələbnamədə göstərilən yoxlamanın predmetinə aid olan sənədlərin təqdim edilməməsi göstərilmişdir; - xx.xx.2022-ci il tarixdə tərtib edilmiş “Sənədlərin təqdim edilməsindən imtina barədə” aktda tələbnamədə qeyd edilən müddətin bitməsinə baxmayaraq cavabdeh tərəfindən tələbnamədə göstərilən yoxlamanın predmetinə aid olan sənədlərin təqdim edilməməsi göstərilmişdir; - 27 oktyabr 2021-ci il tarixli, KY211686392 nömrəli sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarışda göstərilmişdir: Azərbaycan Respublikası Vergilər Nazirliyi tərəfindən "xxxx" MMC barəsində yoxlama müddəti: xx.xx.2021-xx.xx.2021ci il; yoxlanılan dövr: xx.xx.2018-xx.xx.2021-ci il; yoxlamanın növü: növbəti səyyar vergi yoxlaması. - İddiaçı tərəfindən “Sənədlərin göndərilməsi barədə” xx.xx.2021-ci il tarixli, **********149600 nömrəli; xx.xx.2021-ci il tarixli, **********574100 nömrəli; xx.xx.2022-ci il tarixli, **********604300 nömrəli məktublar göndərilmişdir. - İddiaçı tərəfindən “Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında” xx.xx.2022-ci il tarixli **********153510 nömrəli qərar və xx.xx.2022-ci il tarixli, **********154048 nömrəli qəbul edilmişdir. Məhkəmə işin faktiki halları ilə bağlı qanunvericiliyin aşağıda sadalanan normalarına istinad etməyi zəruri hesab edir: "İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.6-cı maddəsinə görə inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. İnzibati Prosessual Məcəllənin 2.1-ci maddəsinə görə Qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin: -42.1 -ci maddəsinə əsasən səyyar vergi yoxlamasını keçirən vergi orqanının vəzifəli şəxsi bu Məcəllənin 38.1-ci maddəsinə uyğun olaraq vergi ödəyicisinə göndərdiyi bildirişlə birlikdə yoxlama üçün zəruri olan sənədləri, habelə elektron faylları vergi ödəyicisindən bu Məcəllə ilə müəyyən edilmiş qaydada tələb edə bilər. Sənədlərin və ya elektron faylların verilməsi barəsində tələb yönəldilən şəxs həmin sənədləri və ya elektron faylları 15 iş günü müddətində vergi orqanına təqdim etməlidir. Operativ vergi nəzarəti tədbirlərinin keçirilməsi zamanı sənədlərin və ya elektron faylların verilməsi barədə tələb yönəldilən şəxs həmin sənədləri və ya elektron faylları 1 iş günü ərzində təqdim etməlidir. Sənədlərin lazımi qaydada təsdiq edilmiş surətləri təqdim edilir. -42.3-cü maddəsinə görə səyyar vergi yoxlaması üçün zəruri olan vergi orqanı tərəfindən tələb edilən sənədlərin və ya elektron faylların vergi ödəyicisi tərəfindən vergi orqanına verilməsindən imtina edilməsi və ya bu Məcəllənin 42.1 -ci maddəsində göstərilən müddətdə təqdim edilməməsi qanunla müəyyən edilmiş qaydada məsuliyyətə səbəb olur. Bu maddədə göstərilən qaydada sənədlərin və ya elektron faylların təqdim edilməsindən imtina edildikdə, səyyar vergi yoxlamasını həyata keçirən vergi orqanının vəzifəli şəxsi bu Məcəllənin 43-cü maddəsində nəzərdə tutulmuş qaydada sənədlərin götürülməsini həyata keçirə bilər. -43.1 -ci maddəsinə görə sənədlərin və nümunə kimi əşyaların götürülməsinə səyyar vergi yoxlaması və operativ vergi nəzarəti keçirildikdə yol verilir. -43.11 -ci maddəsinə əsasən vergi ödəyicisinin bu maddədə nəzərdə tutulmuş qaydada sənədləri və əşyaları vermədiyi halda həmin sənədlərin və nümunə kimi əşyaların götürülməsi səyyar vergi yoxlamasını bilavasitə həyata keçirən vergi orqanının əsaslandırılmış müraciətinə əsasən məhkəmənin qərarı ilə həyata keçirilir. İş üzrə təqdim olunmuş sübutlarla müəyyən olunur ki, vergi orqanının Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2021-ci il tarixli **********151016 nömrəli qərarı ilə cavabdeh "Ukrayna Ticarət Evi” MMC (VÖEN **********) növbəti səyyar vergi yoxlaması (yoxlanılan dövr: sentyabr 2018- avqust 2021) təyin edilmiş, vergi orqanı Vergi Məcəlləsinin 42-ci maddəsinə əsasən vergi ödəyicisinə müəyyən edilmiş qaydada xx.xx.2021 tarixli **********151106 nömrəli “Vergi yoxlamasının keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında” Tələbnamə təqdim etmiş, lakin tələbnamə üzrə tələb olunan sənədlər vergi orqanına tam təqdim edilməmişdir. Yoxlama ilə əhatə edilən dövrə aid sənədlər təqdim edilmədiyi üçün yoxlamanın keçirilməsi mümkün olmamışdır. Yoxlamanın aparılması üçün zəruri olan sənədlər təqdim edilmədiyindən Vergi Məcəlləsinin 43-cü maddəsində nəzərdə tutulmuş qaydada “Sənədlərin və nümunə kimi əşyaların götürülməsi” haqqında xx.xx.2022-ci il tarixli **********153510 nömrəli qərar qəbul edilmiş, vergi ödəyicisi adıçəkilən qərarda yoxlamaya zəruri hesab edilən sənədləri təqdim etməmiş, bu barədə sonuncu dəfə xx.xx.2022-ci il tarixdə “Sənədlərin və nümunə kimi əşyaların verilməsindən imtina barədə” Akt tərtib olunmuşdur. Hazırkı iddiaçı vergi orqanı cavabdeh "Ukrayna Ticarət Evi” MMC-dən sənədlərin götürülməsi tələbi ilə hazırkı iddianı qaldırmışdır. Məhkəmə tərəfindən sübut qismində qəbul edilmiş, iş materiallarında olan sənədlərə əsasən müəyyən edilir ki, növbəti səyyar vergi yoxlamasının keçirilməsi üçün zəruri olan sənədlər iddiaçı Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən qanunla müəyyən edilmiş qaydada cavabdehdən tələb edilsə də, cavabdeh tərəfindən vergi orqanına tələb olunan sənədlər tam təqdim edilməmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 23.1-ci maddəsinə görə vergi orqanlarının hüquqları aşağıdakılardır: 23.1.1. bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək; 23.1.2. vergi ödəyicilərində bütün maliyyə sənədlərini, mühasibat kitablarını, hesabatları, smetaları, nağd vəsaitləri, qiymətli kağızları və başqa qiymətliləri, bəyannamələri və vergilərin hesablanması və ödənilməsi ilə bağlı olan digər sənədləri qanunvericiliklə müəyyən edilmiş qaydada yoxlamaq, habelə yoxlamaların keçirilməsi zamanı yoxlamaya aid olan məsələlərlə bağlı vergi ödəyicilərindən və ya onun vəzifəli şəxslərindən lazımi izahatlar, arayışlar və məlumat almaq, habelə mühasibat uçotu elektron formatda aparıldığı halda elektron auditin məqsədləri üçün vergi ödəyicisinin və onun filiallarının elektron daşıyıcılarındakı məlumatlarının verilməsini, həmin məlumatlara birbaşa və ya məsafədən çıxış imkanının yaradılmasını tələb etmək. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə işin hallarını, yuxarıda qeyd olunan qanunvericilik aktlarının tələblərini, eləcə də vergi orqanı tərəfindən həyata keçirilən növbəti səyyar vergi yoxlamasının tam, hərtərəfli və obyektiv aparılması zəruriliyini nəzərə alaraq hesab edir ki, iddiaçının tələbi təmin olunmalı, cavabdeh "Ukrayna Ticarət Evi” MMC-dən səyyar vergi yoxlamasının aparılması üçün zəruri olan sənədlər həmin qurumdan götürülməlidir. İnzibati Prosessual Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Məhkəmə tədqiq edilmiş sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, vergi orqanı təyin edilmiş səyyar vergi yoxlamasının keçirilməsi üçün qanuna müvafiq qaydada cavabdehdən sənədləri tələb etsə də, həmin sənədlər cavabdeh tərəfindən təqdim olunmamışdır. Sənədələrin təqdim edilmədiyi iş materiallarında olan sənədlərlə təsdiq olunur. Belə olan halda, sözügedən sənədlərin əldə edilməsi qanunvericiliyə görə məhkəmə qərarı ilə həyata keçirilməlidir. Odur ki, Vergi Məcəlləsinin 43.11 -ci maddəsinin dispozitiv şərtlərinə riayət edildiyi müəyyən olunduğu üçün iddia təmin edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 36, 52, 58, 68-69, 75.4-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia tələbi təmin edilsin. Səyyar vergi yoxlamasının keçirilməsi üçün zəruri olan bütün gəlir və xərc hesablarının hərəkəti (excel faylda); Yoxlama ilə əhatə edilən hər bir il üzrə dövriyyə qalıq cədvəli (excel faylda) Yoxlama ilə əhatə edilən dövr üzrə elektron formatda yerli və xarici bank hesablarının hərəkəti (excel faylda); Yoxlama dövrünü əhatə edən bütün dövrlər üzrə aylıq, rüblük və illik bəyannamələrin hesablama faylları (rəqəmlərin götürüldüyü uçot hesabları göstərilməklə); Yoxlama dövrün əvvəlinə və sonuna qalıqlar göstərilməklə xammal-material hərəkəti barədə məlumat (excel faylda); Müştəri və podratçılarla olan əməliyyatların xarakteri barədə məlumat, onlarla bağlanmış müqavilələr və onların bütün əlavələrinin surəti; Yoxlama ilə əhatə edilən dövrdə bağlanılmış və ya həmin dövrü əhatə edən qeyri-rezidentlərlə bağlanılmış müqavilələr (PDF faylda); Malların təqdim edilməsi, işlərin görülməsi və xidmətlərin göstərilməsini təsdiq edən sənədlər, təhvil-təslim aktları, invoyslar, hesabfakturalar, üzləşmə aktları; Yoxlama ilə əhatə edilən dövr üzrə debitor və kreditor borclar üzrə adlı siyahılar; Azərbaycan Respublikasındakı əməliyyatlarla əlaqədar filial və ya nümayəndəliyin baş ofisi tərəfindən təqdim edilmiş invoysların, təhvil-qəbul aktlarının təsdiq olunmuş surətləri; Yoxlama ilə əhatə edilən dövrlər üzrə aktivlərin ilkin dəyərini, ilin əvvəlinə olan qalıq dəyərini, alınmış və satılmış aktivləri, il ərzində əsas vəsaitə əlavə edilmiş təmir xərclərini, il ərzində vergi məqsədləri üçün tətbiq edilmiş amortizasiya dərəcələrini, ilin sonunda amortizasiya məbləğlərini və qalıq dəyərlərini göstərməklə əsas vəsait/qeyri-maddi aktivlərin reyestri (excel faylda); Yoxlanılan dövrlər üzrə icarədə olan əsas vəsaitərin siyahısı; Yoxlama ilə əhatə edilən dövrdə bağlanmış və ya həmin dövrü əhatə edən əmlakın sığortası üzrə sığorta polisləri (PDF faylda); Müəssisədə çalışmış xarici əməkdaşların vətəndaş olduğu ölkədə vergi orqanlarına və ya onu əvəz edən qurumlara təqdim etdikləri illik fərdi bəyannamələrin təsdiq olunmuş surətləri; Yoxlanılan dövrlər üzrə işçilərin əldə etdiyi bütün mükafatlar, faydalar və ŞGV-ni və SSH-ni göstərməklə əmək haqqı cədvəlləri (aylıq əsasda excel faylda), əmək müqaviləsi bildirişləri, ezamiyyə sənədləri; Yoxlamanın predmetinə aid olan xx.xx.2018-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan dövr üzrə aşağıdakı sənədlərin imzalanmış və möhürlənmiş kağız daşıyıcıda və ya gücləndirilmiş elektron imza ilə təsdiq edilmiş elektron surəti: Vergi ödəyicisinin dövlət qeydiyyatı və uçot, habelə təşkilatı-struktur dəyişiklikləri barədə məlumat və sənədlər; Vergi ödəyicisinin İT sistemi ilə əlaqədar sorğu üzrə cavablar; Vergi ödəyicisinin sahibkarlıq fəaliyyəti ilə əlaqədar sorğu üzrə cavablar; Yoxlama ilə əhatə edilən dövr üzrə elektron formatda nağd dövriyyələrin hərəkəti; Vergi ödəyicisin aid olduğu şirkətlər qrupunun təşkilati strukturu; İştirak payı göstərilməklə Azərbaycan Repsublikasının hüdudlarından kənarda yerləşən hər-hansı törəmə müəssisə(lər) barədə məlumat; İpoteka predmeti olan bütün aktivlərin mülkiyyət sənədlərinin surəti; Vergi Məcəlləsinin 18-ci maddəsinə əsasən vergi ödəyicisi ilə qarşılıqlı surətdə asılı şəxs hesab olunan bütün şəxslərin siyahısı; Vergi ödəyicisinin ən son nizamnamə və ya əsasnaməsinin surəti; Yoxlama ilə əhatə edilən dövrlər üzrə hüquqi şəxs vergi ödəyicisinin təsisçilərində olan bütün dəyişikliklər; Ünvanı və təyinatı göstərilməklə vergi ödəyicisinin faktiki istifadəsində olan təsərrüfat obyektlərinin (subyektləri) siyahısı; Dəyəri 10000 (on min) manatdan yuxarı olan bütün borc və kredit müqavilələri; Dəyəri 2000 (iki min) manatdan yuxarı olan bütün sığorta polisləri; Yoxlama ilə əhatə edilən dövr üzrə qeydiyyatda olan bütün NKA üzrə Z-hesabatlari (aylar üzrə) surətinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə verilməsi öhdəliyi Cavabdeh MMC-yə həvalə edilsin. Qərardan tərəflərə təqdim olunduğu gündən 30 gün müddətində, Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qərar qanuni qüvvəyə minir. Hakim Aygün Abdullayeva
Məhkəmə qərarları › İş №2-1(112)-6197/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-6197/2022
13.07.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver