Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-620/2021 05.03.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Aytən Pənah qızı Oruczadənin sədrliyi, Məhkəmə iclas katibi Cəfərova Yasəmən Fərman qızının katibliyi, İddiaçı Azərbaycan Respublikasının Vəkillər X4 nümayəndəsi X21 qızının, Cavabdehniın nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı Azərbaycan Respublikasının Vəkillər X4 Cavabdeh qarşı “vəkil Cavabdeh Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvlüyündən xaric edilməsi” tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) şifahi, açıq məhkəmə baxış iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikasının Vəkillər X10 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, fərdi qaydada fəaliyyət göstərən vəkil Cavabdeh Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvlüyündən xaric edilməsi tələbi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbayan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul olunduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, X2 fərdi qaydada fəaliyyət göstərən vəkil Cavabdeh məsuliyyətə cəlb edilməsi ilə bağlı müvafiq tədbirlər görülməsinə dair ərizə ilə Azərbaycan Respublikası Vəkillər Kollegiyasına müraciət etmişdir. Vəkillər X9 xx xxxxxxxx 2019-cu il tarixli qərarı ilə, vətəndaş Rühsarə Qurbanovanın ərizəsi üzrə intizam icraatı başlanılaraq, araşdırılması üçün Vəkillərin İntizam Komissiyasına göndərilmişdir. X3 və vəkil Cavabdeh intizam araşdırmasında iştirak edərək müraciətlə bağlı izahatlarını və izahatlarda istinad etdikləri hallarla bağlı müvafiq sənədləri Vəkillərin İntizam Komissiyasına təqdim etmişlər. X14 müraciətini onunla əsaslandırmışdır ki, Cavabdeh onunla vicdanlı, dürüst rəftar etməmiş və onun marağını lazımınca müdafiə etməyərək vəkil adına uyğun hərəkət etməmişdir. Ona görə də, hesab edir ki, bir vəkil kimi Cavabdeh öz hərəkətlərinə görə məsuliyyət daşımalıdır. Vətəndaş X1 xx xxxxxx 2019-cu il tarixli iclasında iştirak edərək, müraciətinə uyğun izahat vermiş və vəkil Cavabdeh intizam məsuliyyətinə cəlb olunaraq barəsində ciddi tədbir görülməsini xahiş etmişdir. Vəkil Cavabdeh Vəkillərin İntizam komissiyasının xx xxxxxx 2019-cu il tarixli iclasına dəvət edilsə də, o, Azərbaycan Respublikasının hüdudlarından kənarda olması səbəbindən həmin iclasda iştirak edə bilməyəcəyini bildirmiş və buna görə də, onun barəsində aparılan intizam icraatına baxılması təxirə salınmışdır. Komissiyanın xx xxxxxx 2019-cu il tarixli iclasına da dəvət edilməsinə baxmayaraq, o, gəlməmiş və gəlməməyinin səbəbləri barədə komissiyaya hər hansı bir məlumat verməmişdir. Vəkil Cavabdeh Vəkillər Kollegiyası Maliyyə və Təchizat Şöbəsinin rəisi Elçin Paşayevin onun üzvlük haqqı borcu ilə əlaqədar xx xxxxxxx 2019-cu il tarixli arayışındakı xüsusatlar üzrə intizam icraatı materialları ilə tanış olmasına baxmayaraq, izahatında Vəkillər Kollegiyasına ödənilməli olan üzvlük haqqı borcunu 6 aydan artıq müddətə ödəməməsinin səbəbləri ilə bağlı münasibət bildirməmiş və bununla əlaqədar komissiyaya hər hansı bir sübut təqdim etməmişdir. Həmçinin, Rəyasət Heyəti vasitəsi ilə İntizam araşdırmasına təqdim edilmiş Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Maliyyə və Təchizat Şöbəsinin rəisi Elçin Paşayevin imzaladığı xx xxxxxx 2019-cu il tarixli arayışdan görünür ki, Bakı şəhərində fərdi qaydada fəaliyyət göstərən vəkil Cavabdeh tərəfindən xx.xx.2019-cu il tarixində 2015-ci il üzrə 80,0 manat, 2016-cı il üzrə 50,0 manat, 2017-ci il üzrə 75,0 manat, 2018-ci il üzrə 60,0 manat və 2019-cu il tarixindən xx.xx.2019-cu il tarixinədək əhatə olunan müddət üzrə 50,0 manat olmaqla ümumilikdə 315,0 manat vəkillərin sığorta bank hesabına gəlirin 2 % -i ödənilmişdir. Eyni zamanda, həmin arayışda göstərilmişdir ki, vəkil Cavabdeh xx.xx.2019cu il tarixinə Vəkillər Kollegiyasına ödənilməli olan üzvlük haqqı üzrə 480,80 manat borcu vardır. Azərbaycan Respublikası Vəkillər X4 xx.xx.2019-cu il tarixli qərarına əsasən xx.xx.2019-cu il tarixdən Bakı şəhərində fəaliyyət göstərən vəkillər üzvlük haqqının 8 manat hissəsindən azad edilərək üzvlük haqqı 60 manat müəyyən edilmişdir. Araşdırma ilə vəkil Cavabdeh tərəfindən Vəkillər Kollegiyasına üzvlük haqqının altı aydan artıq müddətdə, yəni 8 ay (480 manat: 60 = 8 ay) üzrsüz səbəbdən ödənilmədiyi müəyyən edilmişdir. Müraciətlərlə bağlı aparılmış araşdırmanın nəticəsinə dair Vəkillərin İntizam Komissiyası tərəfindən xx xxxxxx 2019-cu il tarixdə müvafiq rəy tərtib edilərək baxılması üçün Vəkillər X6 təqdim edilmişdir. Vəkillərin İntizam Komissiyasının həmin rəyi ilə fərdi qaydada fəaliyyət göstərən vəkil Cavabdeh tərəfindən “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanunun 1-ci maddəsinin İİ, İİİ hissələrinin, 5-ci maddəsinin İ hissəsinin, 16-cı maddəsinin 1-ci hissəsinin, 18-ci maddəsinin, "Vəkillərin Davranış Qaydaları haqqında“ Əsasnamənin 1.2, 1.5, 2.2, 2.3, 2.4, 4.2, 4.4,4.5-ci bəndlərinin və və Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Nizamnaməsinin 5.13-cü bəndinin tələblərinin pozulması halları müəyyən edilmiş və rəy baxılması üçün Vəkillər X6 təqdim edilmişdir. Vəkillər X10 hesab etmişdir ki, vəkil Cavabdeh hüquqi yardım göstərdiyi şəxs tərəfindən ona 3000 (üç min) manat ödənilmədiyi halda, guya bu məbləğin ödənilməsinə dair qəbz tərtib edib məhkəməyə sübut kimi təqdim etməklə və ərizəçinin iddia tələbinin əsası kimi məhkəmə baxışının sonunadək bu sübuta istinad edərək bu günədək həmin qəbzlə bağlı məhkəməyə hər hansı bir məlumat verməməklə məhkəməyə bilərəkdən yanlış məlumat vermişdir. Bundan əlavə, vəkil Cavabdeh ərizəçinin iddia tələbi üzrə mülki işə məhkəmə baxışı üzrə məhkəmə iclaslarında, daha dəqiq desək, məhkəmənin xx xxxxxx 2018-ci il tarixli iclasında üzürsüz səbəblərdən iştirak etməmiş, belə ki, o, həmin məhkəmə iclasının təxirə salınmasına dair məhkəməyə teleqram göndərsə də, teleqramda göstərdiyi üzrlü səbəblə bağlı nə məhkəməyə, nə də İntizam araşdırmasına hər hansı bir sübut təqdim etməmişdir. Vəkil Cavabdeh hüquqi yardım göstərilməsinə dair müqavilə üzrə ödənişləri “MC Donalds” və “Mado” kafelərində almaqla və aldığı məbləğlərə dair mühasibat uçotu qaydalarının tələblərinə uyğun mədaxil sənədlərini lazımi qaydada rəsmiləşdirməməklə, vəkilliyin nüfuzunu aşağı sala biləcək və vəkil etikasına uyğun olmayan hərəkətlər nümayiş etdirmişdir. Həmçinin, Vəkillər X9 xx xxxxxxxx 2019-cu il tarixli iclasında vəkil Cavabdeh vəkillərin sığorta bank hesabına ödənilməli olan aylıq gəlirinin 2 %-ni və Vəkillər Kollegiyasına üzvlük haqqı ilə yaranmış borcunu ödəməsinə dair xəbərdarlıq edilməsinə baxmayaraq, o, vəkillərin sığorta bank hesabına olan borcunu ödəmiş, lakin üzvlük haqqı borcunu ödəməmişdir. Bununla da, vəkil Cavabdeh Vəkillər Kollegiyasına üzvlük haqqını altı aydan artıq müddətdə üzrsüz səbəbdən ödəməmişdir. Vəkillər X10 vəkil Cavabdeh bu hərəkətlərini vəkil etikasına və vəkillik fəaliyyətinə uyğun olmayan hərəkətlər kimi qiymətləndirmişdir. Qeyd edilənlərə əsasən, Azərbaycan Respublikası Vəkillər X9 xx xxxxxx 2019-cu il tarixli iclasında peşə borcunu həyata keçirərkən “Vəkillər və vəkillik fəaliyyəti” haqqında Qanunun və Vəkillər Kollegiyasının Nizamnaməsinin, digər qanunvericilik aktlarının, “Vəkillərin Davranış Qaydaları haqqında” Əsasnamənin tələblərini, o cümlədən, vəkil etikası normalarını pozduğundan, fərdi qaydada fəaliyyət göstərən vəkil Cavabdeh Vəkillər Kollegiyası üzvlüyündən xaric olunmasına dair məhkəməyə iddia ərizəsi ilə müraciət edilməsi və məhkəmə qərarı qanuni qüvvəyə minənədək onun vəkillik fəaliyyətinin dayandırılması qərara alınmışdır. Yuxarıda qeyd edilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.1ci maddəsinin, “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 11, 22 və 23-cü maddələrinin tələblərini rəhbər tutaraq, fərdi qaydada fəaliyyət göstərən vəkil Cavabdeh Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvlüyündən xaric edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. İş üzrə Cavabdeh iddiaya dair yazılı etiraz verərək bildirmişdir ki, 2014-cü ildən Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvüdür və həmin ilin sentyabr ayından 2019-cu ilin noyabrın sonunadək Bakı şəhərində fərdi qaydada vəkillik fəaliyyəti göstərmişdir. Bu müddət ərzində o, əsasən stateji məhkəmə çəkişmələri ilə məşğul olmuş, siyasi səbəblərdən həbs olunmuş şəxslərin müdafiəsini həyata keçirmişdir. 2019-cu ilin may ayından o, Gəncə işi kimi tanınan cinayət işinə dörd təqsirləndirilən şəxsin müdafiəçisi kimi qoşulmuş, Gəncə işi üzrə digər qrupun işi üzrə istintaqı gedən zaman Vəkillər Kollegiyasından ona bildirmişlər ki, barəsində X14nın şikayəti daxil olub. O, şikayətlə tanış olmaq üçün VK-na gələcəyini bildirmiş lakin zəng vuran şəxs- İntizam Komissiyasının üzvü İlhamə Həsənova bildirmiş ki, ehtiyac yoxdur, şikayətin şəklini telefonla çəkib göndərəcək və s. Lakin o, bir neçə gün sonra VK-na getmiş və şikayətin surətini və intizam işi üzrə digər sənədlərin surətlərini ona təqdim edilməsini xahiş etmiş. X5 bildirmişlər ki, şikayətin surəti ona verilə bilməz və o, onu yalnız orada oxuya bilər. Ona bir qovluq təqdim olunmuş, orada R.Qurbanovanın əlyazması olan şikayət və onun Yasamal rayon məhkəməsində olan mülki işi üzrə məhkəmə sənədləri vardı. O, şikayəti oxumuş və bir neçə gün sonra şikayətlə bağlı yazılı izahatını təqdim etmiş. O, üzvlük haqqının ödənilməməsi ilə bağlı bildirir ki, Vəkillər Kollegiyası tərəfindən ona heç vaxt üzvlük haqqı borcunun olması barədə deyilməyib. İddia ərizəsində göstərilir ki, guya o intizam icraatı materialları ilə tanış olmuş və orada üzvlük haqqına dair yaranmış borc barədə Maliyyə şöbəsinin müraciəti olub. Bu yalandır. O, intizam materialları ilə tanış olanda həmin materiallar yalnız X14nın əl yazma ilə rus dilində şikayəti və Yasamal rayon məhkəməsinin mülki iş üzrə iş materiallarından ibarət idi, başqa heç bir sənəd yox idi. O, intizam icraatı materiallarının surətini tələb edəndə isə ona bildirilmiş ki, surətlər və ümumiyyətlə heç bir sənəd vəkilə verilmir. İntizam Komissiyasının üzvü İlhamə Həsənova ilə dəfələrlə telefonda danışmış və o, yalnız vətəndaşın şikayəti barədə, şikayətin məzmunu, izahat verilməsinin qaydası və vaxtı və s. danışıb, heç bir dəfə də olsun üzvlük haqqı barədə söhbət olmayıb. Bundan başqa, iddia ərizəsinin özündə də göstərilirki, o, xx xxxxxxxx 2019-cu ildə (yəni intizam icraatı gedən vaxt) mühasibət şöbəsində olmuş və 315 manat vəkillərin sığorta haqqını ödəmiş. Həmin vaxt da ona nədənsə üzvlük haqqı üzrə borcunun olması barədə heç bir söz deyilməyib. Ondan əvvəl mühasibət şöbəsindən ona zəng vurulub və deyilib ki, sığorta haqqı borcu var və onu ödəməlidir. Bundan başqa, Rəyasət Heyətinin iclasından bir həftə əvvəl, xx xxxxxx 2019-cu il tarixdə o Kapital bankda order markası üçün 200 manat ödəmiş və Kollegiyaya gedərək bank qəbzini verib marka almış. Həmin an da ona üzvlük borcu barədə heç nə deyilməyib. Əgər ona üzvlük haqqı üzrə borcunun olması deyilsəydi, o, gedib ödəyərdi. Bundan başqa, iş materiallarında olan VK-na təqdim etdiyi izahatdan da görünür ki, izahatın yalnız vətəndaş R.Qurbanovanın şikayəti ilə bağlıdır. İzahatda bir kəlmə də olsun üzvlük haqqına dair münasibət yoxdur. Əgər ona üzvlük haqqının ödənilməməsi bildirilsəydi və bununla bağlı intizam icraatının aparıldığı deyilsəydi, o, izahatında o barədə də yazardı. Üzvlük haqqı üzrə borcunun olmasını və bunun vəkillikdən xaric edilməyinin əsası olduğunu o, VK RH-nin xx xxxxxx 2019-cu il tarixli qərarının qəbul edilməsindən sonra, mediadan bilmiş. 2019-cu ilin fevral ayında banka gedərək 6 aylıq üzvlük haqqı ödəmiş ki, birdən ödəməyi unutsa bunu ona qarşı istifadə edib intizam tədbiri görərlər. Lakin məlum olur ki, o, diqqətsizliyə yol vermiş və fikir verməmiş ki, ödədiyi pul növbəti altı ay üçün yox, əvvəlki altı ayın üzvlük haqqı olub. Yəni hər altı ayın sonunda ödəməyini unutmuş. Beləcə, diqqətsizliyi nəticəsində borc yaranıb. xx xxxxxx 2019-cu il tarixdə, artıq barəsində vəkillikdən xaric edilmə ilə bağlı qərar verilməsi barədə KİV-də xəbərlərdən bilmiş ki, üzvlük haqqı üzrə borcu var imiş. Dərhal Vəkillər Kollegiyasına getmiş və hesabından çıxarış verilməsini xahiş etmiş. Çıxarışdan həqiqətən də fevral ayından bəri borc yığılmasını görmüş və növbəti gün-xx xxxxxx 2019-cu il tarixdə həmin borcu bank vasitəsi ilə ödəmiş və bank qəbzini Vəkillər Kollegiyasına təqdim etmiş. Hal hazırda heç bir borcu yoxdur, müvafiq olaraq VK Rəyasət Heyətinin onun vəkillik fəaliyyətinə xitam verilməsi üçün göstərdiyi bu əsas mövcud deyil. Vətəndaş R.Qurbanovanın şikayətinə dair isə qeyd edilir ki, R.Qurbanovaya hüquqi yardım göstərilməsinə dair aralarında belə razılığa gəlmişlər ki, məhkəməyə hazırlıq işlərinin görülməsi (notariusa ərizə, sorğular və s.) və birinci instansiya məhkəməsində icraat üçün 1500 (min beş yüz) manat ödəniş edəcək, sonrakı instansiyalar üçün isə hər instansiyaya min manat. R.Qurbanova üçün bu məbləğ çox olduğundan belə razılaşılıb ki, hər üç instansiyada işi o, aparsa və pulun hamısını əvvəldən ödəsə, üç instansiya üçün 3000 (üç min) manat ödəyəcək (yəni birinci instansiya üçün də 1500 yox, 1000 manat). Həmçinin bildirmişdi ki, vəkilə ödədiyi pulu qarşı tərəfdən tələb etmək fikrindədir və bu tələb iddia ərizəsinə daxil edilməlidir. O isə bildirib ki, onda üç min manatın hamısını birdəfəlik ödəsin ki, o, həmin məbləğə qəbz yazsın və məhkəməyə sübut kimi təqdim etsin. Bu şəkildə razılaşmışlar. xx xxx 2018-ci il tarixdə R.Qurbanova xahiş edib ki, görüşmək üçün Nərimanov metrosu tərəfə gəlsin, çünki o Nərimanov metrosunun yaxınlığında işləyir və işdən uzun müddətə çıxa bilmir. O, razılaşmış və rəfiqəsi Rövşanə Rəhimova ilə birlikdə orada yerləşən Mado kafesinə getmişdir. R.Qurbanova 1000 (bir min) manat ödəmiş. O, isə ona 3000 manata razılaşdıqlarını və məhkəməyə maddi ziyan tələbini əsaslandırmaq üçün qəbzi təqdim etməli olduqlarını xatırladıb. Digər tərəfdən, razılıqları da ondan ibarət idi ki, pulun hamısını birdəfəlik verirsə, onda o, birinci instansiya üçün min manata razıdır, yox əgər hər instansiyanı ayrıca verəcəksə, 1500 manat almalıdır. R.Qurbanova pulun qalan hissəsini qısa zamanda ödəyəcəyini bildirmiş, onun xahişi ilə üç min manata qəbz yazmışdır. O vaxt onun ağlına da gəlmirdi ki, xanım onu aldadıb pulu ümumiyyətlə gətirməyəcək, qalan iki min manatdan yalnız bir dəfə 200 manat sorğuların göndərilməsi üçün ödəmiş, bundan sonra heç nə ödəməmişdir. O, düşünürdü ki, onsuzda iş hələ gedir, bəlkə imkanı yoxdur, tələsdirməsin. 31 may tarixdə Yasamal rayon məhkəməsinə vərəsəlik şəhadətnaməsinin və onun əsasında verilmiş çıxarışın etibarsız sayılması tələbi ilə iddia ərizəsi vermiş, cavabdeh qismində Qurbanovanın bacısı, 31 saylı notariat kontorun notariusu və DƏDRX qoyulmuş, digər tələblərlə yanaşı R.Qurbanovanın tapşırığına uyğun olaraq vəkilə ödənilmiş məbləğin cavabdehlərdən tutulması tələbini qoymuşdur. Maddi ziyanın sübutu kimi isə R.Qurbanovanın ona 3000 manat ödəməsi barədə qəbzin sadə surətini iddia ərizəsinə əlavə etmiş ki, əslini sonrakı iclaslarda, məbləğ tam ödəniləndən sonra təqdim edər. Hüquqi yardımın göstərilməsi üçün üzərinə düşən bütün hərəkətləri etmiş: ilk gündən iddianın təmini tədbiri barədə ərizə vermiş, sorğular və vəsatətlər vermiş, məlum olanda ki, ev artıq satılıb, iddia ərizəsini dəyişdirilməsinə dair və yeni cavabdehin cəlb edilməsi barədə ərizələr vermiş, daşınmaz əmlakın qiymətləndirilməsinə dair ekspertizanın keçirilməsini tələb etmiş və s. Bundan başqa, qanunsuz hərəkətə yol vermiş notarius barəsində AR Ədliyyə Naziri Fikrət Məmmədova, Qeydiyyat və Notariat Baş idarəsinin rəisi İlqar Məmmədova, AR Baş Prokurorunun yanında korrupsiya ilə mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyevə şikayətlər yazmış və xanım o şikayətləri öz adından göndərmişdir. Həmin şikayətlərdə notariusun bu işdə etdiklərini bildirmiş və qanunsuz əməllərinə görə cəzalandırılmasını xahiş etmiş. Nəticədə notarius çağırılıb izahatı alınıb və ona töhmət verilib. Həmçinin, heç vaxt qeyri-prosesual münasibətlərdə iştirak etməmiş, bu onun üçün prinsip məsələsi olduğunu bildirmişdir. Sonuncu iclasda çıxış etməli idi, R.Qurbanova ona zəng vurub deyib ki, iclası təxirə saldırsın. O, isə deyib ki, zatən xəstədir, anqina olmuş və məhkəməyə səhhətinlə əlaqədar iştirak edə bilməyəcəyi barədə teleqram göndərmiş və iclasın təxirə salınmasını xahiş etmişdir. Növbəti gün məlum olub ki, hakim onun teleqramını alıb və iclası iki saat sonraya təxirə salıb, nahar fasiləsindən sonra isə iddianın təmin olunmamasına dair qətnamə qəbul edib. O, R.Qurbanovaya bildirmiş ki, bu tamamilə qanunsuz qərardır, həm maddi, həm prosessual qanunvericiliyin tələblərinə ziddir və o qərarı əldə edən kimi apellyasiya şikayəti verəcək. R.Qurbanova da onunla razılaşmış amma sonradan onunla birdə əlaqə saxlamamışdır, o təsadüfən bilmiş ki, başqa vəkillə işini davam etdirir. Yuxarıda göstərilənlərdən aydın olur ki, R.Qurbanovanın şikayəti tamamilə əsassızdır, onun xeyrinə etdiyi hər şeyi niyəsə ona qarşı yönəltməyə cəhd edir. Bunun səbəbi ona aydın deyil, əksinə, o, ona pretenziya etməlidir ki, onunla üç min manata işin bütün mərhələlərini razılaşıb sonra aldatdı. Onun texniki xarakterli xırda qüsur sayıla biləcək bu hərəkəti nəticəsində özündən başqa heç kimə ziyan dəyməyib, ziyanın və ümumiyyətlə hər hansı bir nəticənin olmadığı yerdə isə bundan ona qarşı istifadə olunması açıq aydın ona qarşı qərəzli münasibətdən və vəkillikdən xaric edilməyi barədə siyasi sifarişin nə yolla olur olsun icra etmək niyyətini göstərir. Yasamal rayon məhkəməsi iddia tələblərini, o cümlədən hüquqi yardım üçün R.Qurbanovanın ödəyəcəyi məbləğin qarşı tərəfdən tutularaq Qurbanovaya ödənilməsi tələbini təmin etməmişdir. Məhkəmə bu hissədə bildirirmişdir ki, bu tələb heç bir sübuta əsaslanmır, məhkəməyə sübut kimi təqdim olunan qəbz sadə surətdir, qanunla isə sənədin əsli və ya notarial qaydada təsdiq olunmuş surəti təqdim olunmalıdır. Bu səbəbdən məhkəmə təqdim edilmiş surəti ümumiyyətlə sübut kimi qəbul etməyib. Yəni məhkəməyə saxta sübut təqdim etməyindən söhbət gedə bilməz, məhkəmənin özü bu surəti sübut saymayıb və qəbul etməyib. Vəkillər Kollegiyasının onun guya məhkəməyə saxta sənəd təqdim etməyini iddia ərizəsində və KİV-nə verdiyi bütün rəsmi açıqlamalarında israrla qeyd etməsi onun təqsirsizlik hüququnun pozulmasıdır. Məhkəməyə saxta sənəd təqdim etmə cinayət əməlidir və Kollegiya rəhbərliyinin ona qarşı nifrətindən yaranan ehtimalları ilə yox, qüvvəyə minmiş məhkəmə hökmü ilə müəyyən edilir. Onun həmin əməlin törətməyinə dair və ya hər hansı bir hüququpozma etdiyinə dair heç bir məhkəmə qərarı yoxdur və olmayıb. Odur ki, barəsində “məhkəməyə saxta sənəd təqdim edib" iddiası ümumiyyətlə əsassızdır və cəmiyyətdə nüfuzunu aşağı salmaq üçün Kollegiya tərəfindən ona atılan böhtandır, digər tərəfdən vəkillik fəaliyyətinə xitam verilməsi üçün qanuni əsasların olmadığı halda uydurma bir əsas kimi istifadə olunur. Vəkillik fəaliyyəti dövründə barəsində heç vaxt intizam tədbiri olmayıb. Daha doğrusu, ümumiyyətlə barəsində şikayət daxil olmayıb və R.Qurbanova ondan şikayət edən ilk müvəkkildir. Eyni ilə, üzvlük haqqının ödənilməməsi halı da ilk dəfədir baş verib. Qeyd edilməlidir ki, Vəkillər və Vəkillik Fəaliyyəti Haqqında Azərbaycan Respublikası Qanununun 22-ci maddəsinin 3-cü hissəsinə əsasən vəkil haqqında intizam tənbehi intizam pozuntusunun aşkar edildiyi gündən altı ay, törədildiyi gündən isə bir il müddətində tətbiq edilə bilər. Hazırkı işdən görünür ki, ona xx xxx 2018-ci il tarixdə olmayan bir pozuntuya görə xx xxxxxx 2019-cu il tarixdə yəni, bir il altı aydan sonra cəza verilib ki, bu da tamamilə qanunsuzdur. Qeyd edilənlərə əsasən ididanın təmin edilməməsi xahiş edilmişdir. İş üzrə şifahi məhkəmə baxış iclası xx xxxx 2021-ci il tarixə təyin olunmuşdur. Şifahi məhkəmə baxış iclasında iştirak edən iddiaçının nümayəndəsi X17 iddia ərizəsinin məzmununa uyğun həmçinin, əlavə izahat verərək, bildirmişdir ki, cavabdeh üzvlük haqqının ödənilməsi ilə bağlı əvvəlcədən ona məlumat verilmədiyini, üzürlü səbəbdən həmin məbləği ödəməyi unutduğunu bildirsə də, qeyd edilməlidir ki, “Vəkillər və Vəkillik fəliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda göstərilir ki, Vəkillər Kollegiyasının vəsaiti ona daxil olan üzvlük haqqından yaranır. Üzvlük haqqını altı aydan artıq müddətdə üzrsüz səbəbdən ödənilməməsi Vəkilin fəaliyyətinə xitam verilməsi üçün əsaslardan biridir. Qanunda vəkillərin üzvlük haqqını ödəmələri ilə bağlı əvvəlcədən xəbərdarlıq edilmələri kimi norma nəzərdə tutulmayıbdır. Cavabdeh tərəfindən üzvlük haqqının ödənilməsinin unudulması üzürlü hal sayıla bilməz. Digər tərəfdən cavabdeh “Vəkillər və Vəkillik fəliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun 22-ci maddəsinin 3-cü hissəsinə istinad edərək, olmayan intizam pozuntusunun xx xxx 2018-ci il tarixdə baş verdiyi halda, yəni 3000 manatlıq tərtib edildiyi vaxtdan 1 il 6 aydan çox müddət keçdikdən sonra cəzalandırılması dəlili də əsassızdır, belə ki, həmin qəbz iş materiallarında saxlanılıb, xx.xx.2018-ci il tarixdə qətnamə elan edildiyi vaxtda da qəbz iş materiallarında olub və iddiaçı tərəfindən çıxış edən hazırki cavabdeh həmin vaxtadək iddia tələbinin tam təmin edilməsini, həmçinin, qəbzdə qeyd edilən 3000 manat məbləğin qarşı tərəfdən tutularaq iddiaçıya ödənilməsini tələb edib. Qeyd edilənlərə əsasən idida tələbinin əsaslı olduğunu bildirərək, təmin edilməsini məhkəmədən xahiş etdi. Şifahi məhkəmə baxış iclasında iştirak edən cavabdeh nümayəndəsi və vəkili Vəkil iddia tələbinə dair verilmiş etiraz ərizəsinə uyğun həmçinin, əlavə izahat verərək, bildirmişdir ki, cavabdeh barəsində hazırki hadisəyədək heç vaxt intizam icraatı başlanılmayıb, onun barəsində heç bir müvəkkili tərəfindən şikayət daxil olmayıb, heç bir vaxt ona hər hansı bir töhmət verilməyibdir. Üzvlük haqqı ilə bağlı borcunun olmasına dair VK tərəfindən heç bir zaman ona xəbərdarlıq edilməyib, hətta izahatı alınan zamanı da üzvlük haqqı üzrə borcun olması barədə məlumatlı olmayıb, sadəcə unutqanlığa yol verib, növbəti üzvlük haqqının ödəmək adı ilə ödəniş həyata keçirib, lakin bu məbləğin əvvəlki 6 aylıq üzvlük haqqı olmasını bilməyib, üzvlük haqqı borcu barədə barəsində VK RH qərarını mətbuatdan eşitdikdə məlumatlı olub, Qərardan dərhal sonra xx xxxxxx 2019-cu il tarixdə banka gedərək üzvlük haqqı üzrə borcunu tam ödəyibdir, hazırda heç bir borcu yoxdur. X16 şikayət ərizəsi üzrə isə bir daha qeyd edilməlidir ki, 3000 manatlıq ödənişin olmasına dair qəbz saxta sübut hesab edilə bilməz. Belə ki, X14nın müraciəti əsasında Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Preventiv tədbirlər və təhqiqat idarəsində araşdırma aparılmış, xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikası CPM 39.1.2.-ci maddəsinə əsasən cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Göründüyü kimi, saxta sübut təqdim etmək cinayət əməlidir və bununla bağlı məhkəmə hökmü olmalıdır. Belə bir məhkəmə hökmü yoxdur. Bununla yanaşı, qeyd edilən qəbz xx xxx 2018-ci il tarixlidir və qəbzin tərtibindən 1 il 6 aydan çox müddət keçəndən sonra VK Vəkillərin İntizam Komissiyası rəy tərtib edibdir. Bu da qanunvericiliyə ziddir. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməməsini xahiş etdi. Məhkəmə iş materiallarını tam, obyektiv və hərtərəfli araşdıraraq, tərəflərin izahatlarını dinləyərək hesab edir ki, iddia təmin edilməlidir. İddianın mümkünlüyü : Baxılan işdə iddianın ümumi mümkünlük şərtləri mövcuddur. Tərəflər arasında olan münasibətlər vəkillik təsisatı üzrə idarəetmə münasibətləri üçün xarakterik olduğundan məhkəmə hazırki mübahisənin inzibati mübahisə olması qənaətinə gəlir. Belə ki, iddiaçı vəkillik təsisatı üzrə yeganə idarəetmə səlahiyyətlərinə malikdir və onun Rəyasət Heyətinin kollegiya üzvlüyündən xaric etmə səlahiyyətinin müstəsna daşıyıcısı olduğuna görə, cavabdehin kollegiya üzvlüyündə xaric edilməsinə dair məhkəməyə müraciət edilməsi və məhkəmə qərarının qanuni qüvvəyə minənədək onun fəaliyyətinin dayandırılması barədə qərarı ümumi (publik) hüquq sahəsinə aid olan və belə mahiyyət kəsb edən hakimiyyət tədbirli qərar kimi səciyyələndirilməlidir. İddianın əsaslılığı : İddia mümkün olmaqla yanaşı, həm də mahiyyəti üzrə əsaslıdır. Məhkəmə gəldiyi nəticəni aşağıdakı sübutlarla əsaslandırır: İş materiallarına əlavə edilmiş sənədlər: Azərbaycan Respublikası Vəkillər Kollegiyası Vəkillərin İntizam Komissiyasının xx xxxxxx 2019-cu il tarixli rəyindən görünür ki, X2 fərdi qaydada fəaliyyət göstərən vəkil X8 məsuliyyətə cəlb edilməsi ilə bağlı müvafiq tədbirlər görülməsinə dair ərizə ilə müraciət etmiş, həmin ərizə ilə əlaqədar VK RH-nin xx xxxxxxxx 2019-cu il tarixli qərarı ilə intizam icraatı başlanılaraq, araşdırma üçün Vəkillərin İntizam Komissiyasına göndərilmişdir. Bundan başqa, Vəkillər Kollegiyası Maliyyə və Təchizat Şöbəsinin rəisi Elçin Paşayev vəkil Cavabdeh üzvlük haqqı borcu ilə əlaqədar xx xxxxxxx 2019-cu il tarixli arayışla VK RH-nə müraciət etmişdir. Həmin arayışla əlaqədar Rəyasət Heyətinin xx xxxxxxx 2019-cu il tarixli qərarı ilə intizam icraatı başlanılaraq, X2nın ərizəsi üzrə əvvəl başlanılmış intizam icraatı ilə bir icraatda birləşdirilərək, araşdırılması üçün Vəkillərin İntizam Komissiyasına göndərilmişdir. Həmin intizam icraatı üzrə araşdırmanın nəticəsinə dair Vəkillərin İntizam Komissiyası tərəfindən xx xxxxxx 2019-cu il tarixli rəy tərtib olunaraq Azərbaycan Respublikası Vəkillər X6 təqdim olunmuşdur. Azərbaycan Respublikası Vəkillər X9 27 noyabr 2019-cu tarixli 20 saylı iclas protokolundan çıxarışdan görünür ki, X7 müraciəti və Vəkillər X9 Maliyyə və təchizat şöbəsinin rəisi Elçin Paşayevin xx.xx.2019-cu il tarixli arayışı əsasında başlanmış intizam icraatı üzrə “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin İİ,İİİ hissələrinin, 5-ci madəsinin İ hissəsinin, 16-cı maddəsinin İ hissəsinin, 18-ci maddəsinin, “Vəkillərin davranış qaydaları haqqında Əsasnamə”nin 1.2, 1.5, 2.2, 2.3, 4.2, 4.4, 4.5-ci bəndlərinin və Vəkillər Kollegiyasının Nizamnaməsinin 5.13-cü bəndinin tələblərini pozduğuna görə Cavabdeh Vəkillər Kollegiyası üzvlüyündən xaric edilməsi ilə bağlı məhkəməyə müraciət edilməsi və iş üzrə məhkəmə qətnaməsi qanuni qüvvəyə minənədək, onun vəkillik fəaliyyətinin dayandırılması qərara alınmışdır. İş materiallarına X7 müraciəti və başlanılmış intizam icraatı ilə əlaqədar olaraq vəkil Cavabdeh xx xxxxxx 2019-cu il tarixinli yazılı izahatı əlavə edilmişdir. İşin araşdırılmış hallarından aydın görünür ki, iddiaçı Azərbaycan Respublikasının Vəkillər X10 cavabdehin vəkillik fəaliyyətinə xitam verilməsi üçün iki əsas göstərilir: 1) altı aydan çox müddətdə üzvlük haqqının ödənilməməsi; 2) vəkil etikasına uyğun olmayan və vəkilliyin nüfuzunu aşağı sala biləcək davranış, yəni hüquqi yardım göstərdiyi şəxs tərəfindən 3000 manat ödənilmədiyi halda, həmin məbləğin ödənilməsinə dair qəbz tərtib etməklə, məhkəmə baxışının sonunadək həmin qəbzə istinad etməklə, məhkəməyə yalnış məlumat verməsi, hüquqi yardım göstərməsinə dair müqavilə üzrə ödənişləri müxtəlif kafelərdə almaqla və aldığı məbləğlərə dair mühasibat uçotu qaydalarının tələblərinə uyğun mədaxil sənədlərini lazimi qaydada rəsmiləşdirməməsi, mülki iş üzrə məhkəmə baxışının xx xxxxxx 2018-ci il tarixli iclasında məhkəməyə üzrlü səbəbdən iştirak edə bilməməsinə dair teleqram göndərsə də, teleqrama hər hansı bir sübut əlavə etməməsi. Məhkəmə ilk öncə iddia tələbinin birinci dəlilini araşdırır. İddiaçının iddia tələbinin əsasında duran birinci hal cavabdeh tərəfindən 8 ay ərzində (6 aydan çox müddətdə) üzvlük haqqının ödənilməməsi ilə bağlıdır. Cavabdeh bu dəlilə münasibətdə qeyd edir ki, üzvlük haqqının ödənilməməsi unutqanlıqdan baş vermiş, 2019cu ilin fevral ayında 6 aylıq üzvlük haqqının ödənişini etmiş, bu ödənişin növbəti altı aylıq ödəniş olduğunu zənn etmişdir. Həmçinin, onun üzvlük haqqı borcu barədə VK tərəfindən məlumatlandırılmadığını, intizam icraatı gedişatında sığorta haqqı ödədiyini, order markası üçün 200 manat ödəniş etdiyini, bu zaman da üzvlük haqqı üzrə borc barədə məlumatı olmadığını, həmçinin, VK RH-nin xx xxxxxx 2019-cu il tarixli qərarından sonra məlumatlı olduğunu və xx xxxxxx 2019-cu il tarixdə üzvlük haqqını ödədiyini bildirir. Göründüyü kimi, cavabdeh ödəməli olduğu üzvlük haqqını üzrsüz səbəbdən 6 aydan artıq müddətdə ödəməmişdir. Məhkəmə araşdırması zamanı cavabdeh üzvlük haqqının üzürlü səbəbdən ödəmədiyini sübuta yetirə bilməmişdir. Vəkillər Kollegiyası tərəfindən borc barədə məlumatlandırılmaması dəlilinə münasibətdə isə Məhkəmə qeyd edir ki, qanunvericilikdə vəkilin üzvlük haqqı üzrə borc barədə məlumatlandırılması nəzərdə tutulmamışdır. Bununla yanaşı Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasında qeyridövlət, müstəqil, özünü idarə edən və bütün vəkillərin daxil olduğu Vəkillər Kollegiyası fəaliyyət göstərir. Vəkillər Kollegiyasının vəsaiti ona daxil olan üzvlük haqqından yaranır. Deməli, üzvlük haqqının ödənişi Vəkillər Kollegiyasının üzvü kimi hər bir vəkilin vəzifəsidir. Bununla əlaqədar Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Vəkillər Kollegiyası üzvlərinin ümumi yığıncağının (konfransının) xx xxxxxx 2004-cü il tarixli qərarına əsasən, Vəkillər Kollegiyasının üzvləri tərəfindən Vəkillər Kollegiyasına ödənilməli olan üzvlük haqqının miqdarı minimum əmək haqqının 40%-i həcmində müəyyən edilmişdir. “Minimum əmək haqqının artırılması haqqında" Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2013-cü il tarixli Sərəncamına əsasən minimum əmək haqqının məbləği 2013cü il sentyabr 1-dən 105 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2017-ci il tarixli Sərəncamına əsasən, minimum əmək haqqının məbləği 2017-ci il yanvar ayının 1-dən 116 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2017-ci il tarixli Sərəncamına əsasən, minimum əmək haqqının məbləği 2018-ci il yanvar ayının 1-dən 130 manat müəyyən edilmişdir. Belə olan halda Vəkillər Kollegiyasına ödənilməli olan aylıq üzvlük haqqının miqdarı xx xxxxxxxx 2013-cü il tarixdən xx xxxxxx 2017-ci il tarixədək 42 manat (105 x 40%=42), xx xxxxxx 2017-ci il tarixdən xx xxxxxx 2018-ci il tarixədək 46,4 manat (116 x 40%=46,4) və xx xxxxxx 2018-ci il tarixdən 52 manat (130 manat x 40%=52) təşkil etmişdir. İş materiallarından aydın görünür ki, cavabdehin xx.xx.2019-cu il tarixə Vəkillər Kollegiyasına üzvlük haqqı üzrə 480,80 manat (8 aylıq) borcu olmuşdur. Məhkəmə iddia tələbinin ikinci dəlilini araşdırır. Cavabdeh iddiaçının 2-ci dəlilinə münasibətdə qeyd edir ki, o, R.Qurbanova ilə mülki işin hər 3 instansiyada aparılması üçün 3000 manata razılaşmış, 1000 manat, daha sonra 200 manat ödəniş edilsə də, R.Qurbanova məbləğin qalan hissəsini sonradan ödəyəcəyini bildirmiş, ona inanaraq, həmin məbləğin qarşı tərəfdən alınması məqsədilə maddi ziyan tələbini əsaslandırmaq üçün 3000 manatın ödənilməsinə dair qəbzi məhkəməyə təqdim etmiş, lakin iddia tələbi təmin edilməmiş, məhkəmə tərəfindən də həmin qəbz sübut kimi qəbul edilməmişdir. Belə olan halda saxta sübut təqdim etmədən söhbət gedə bilməz, sübutun saxtalaşdırılması cinayət əməlidir, buna dair məhkəmə hökmü mövcud deyildir. Həmçinin, qeyd edilən qəbz xx.xx.2018-ci il tarixə aiddir. Vəkil haqqında intizam tənbehi törədildiyi gündən 1 il müddətində tətbiq edilə bilər. VK RH tərəfindən isə 1 il 6 ay keçdikdən sonra barəsində qərar qəbul edilmişdir. Alınan məbləğlərin müxtəlif kafelərdə alınması, hüquqi yardım göstərdiyi şəxsin xahişi ilə olub, belə ki, R.Qurbanova işlədiyi üçün iş yerinə yaxın olan kafelərdə görüşməyi təklif edib, onun xahişi ilə kafedə görüşərək, ödənişləri qəbul edibdir. Mülki iş üzrə məhkəmə baxışının xx xxxxxx 2018-ci il tarixli iclasında üzrlü səbəbdən iştirak edə bilməmişdir, bununla yanaşı R.Qurbanova ona zəng edərək, işini tapşırtdırmaq üçün məhkəmə iclasının başqa vaxta təxirə salınmasını xahiş etmişdir. Məhkəmə iddiaçının tələbinin 2-ci dəlilinə və cavabdehin həmin dəlilinə olan əsaslarına münasibətdə qeyd edir ki, iddiaçının bu dəlili əsaslıdır. Belə ki, cavabdeh mülki məhkəmə icraatı zamanı hüquqi yardım göstərdiyi şəxs tərəfindən ona 3000 manat ödənilmədiyi halda, bu məbləğin ödənilməsinə dair qəbz tərtib edərək məhkəməyə təqdim etməklə və məhkəmə baxışının sonunadək bu sübuta istinad edərək məhkəməyə bilərəkdən yalnış məlumat vermiş, hüquqi yardım göstərilməsinə dair müqavilə üzrə aldığı məbləğlərə dair mühasibat uçotu qaydalarının tələblərinə uyğun mədaxil sənədlərini lazımi qaydada rəsmiləşdirməməklə, vəkilliyin nüfuzunu aşağı sala biləcək və vəkil etikasına uyğun olmayan hərəkətlər nümayış etdirmişdir. Məhkəmə onu da nəzərə çatdırır ki, burada söhbət saxta sənədin təqdim edilməsindən getmir. Belə ki, mülki iş üzrə işdə iştirak edən şəxs və ya onun nümayəndəsi tərəfindən sübutların saxtalaşdırılması cinayət əməlidir və şəxsin sübutları saxtalaşdırmaqda təqsirli olması yalnız məhkəmə hökmü ilə müəyyən oluna bilər. Hazırki halda isə belə bir məhkəmə hökmü mövcud deyildir. Lakin bir vəkil kimi cavabdeh qanunvericiliklə müəyyən olunmuş vəzifələr daşıyır, peşə fəaliyyətini həyata keçirərkən vəkil qanunun tələblərini icra etməli, vəkil etikasına riayət etməli, hüquq müdafiə fəaliyyəti ilə bir araya sığmayan hərəkətlərə yol verməməli, öz peşə borcunu yerinə yetirərkən dürüstlük və ləyaqətlilik nümayiş etdirməli, yalan danışmamalıdır. Məhkəmə həmçinin, cavabdehin 3000 manatlıq qəbzin xx xxx 2018-ci il tarixli olmasına, həmin qəbzin tərtibindən, yəni, əgər pozuntu varsa onun törədilməsindən 1 il 6 aydan çox müddət keçdikdən sonra VK RH tərəfindən qərarının qəbul edilməsi dəlilinə münasibətdə qeyd edir ki, “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunun 22-ci maddəsinin 3-cü bəndinə əsasən vəkil haqqında intizam tənbehi intizam pozuntusunun aşkar edildiyi gündən altı ay, törədildiyi gündən isə bir il müddətində tətbiq edilə bilər. Lakin hazırki işin araşdırılmış hallarından, tərəflərin məhkəmə araşdırması zamanı verdiyi izahatlardan məlum olur ki, cavabdeh xx xxx 2018ci il tarixli qəbzi xx xxx 2018-ci il tarixli iddia ərizəsinə qoşma olaraq Yasamal Rayon Məhkəməsinə təqdim etmiş, iddia tələbində həmin qəbzə istinad etməklə, qarşı tərəfdən qəbzdə qeyd edilmiş məbləğin tutularaq həmin iş üzrə iddiaçıya ödənilməsini tələb etmiş, iş üzrə məhkəmə iclaslarında öz tələbini tam müdafiə etmiş və sonuncu, yəni xx xxxxxx 2018-ci il tarixli məhkəmə iclasında da həmin qəbz iş materiallarında olmuş, qəbzin iş materiallarından çıxarılmasına dair vəsatət təqdim edilməmişdir. Yuxarıda qeyd olunan sübutlarla yanaşı, məhkəmə qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarına diqqət çəkir: “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun: 1-ci maddəsinin İİ hissəsinə əsasən vəkillik qanunun aliliyi, müstəqillik, demokratizm, humanizm, ədalət, aşkarlıq və konfidensiallıq prinsipləri əsasında fəaliyyət göstərir. Həmin maddənin İİİ hissəsinə əsasən, Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna, Azərbaycan Respublikasının prosessual qanunvericiliyinə və Azərbaycan Respublikasının digər qanunlarına əməl edilməsi vəkilliyin əsaslarını təşkil edir. 5-ci maddəsinin 1-ci hissəsinə əsasən, vəkillik fəaliyyəti vəkil etikasına riayət edilməklə həyata keçirilir. 16-cı maddəsinin 1-ci hissəsinə əsasən, peşə fəaliyyətini həyata keçirərkən vəkil qanunun tələblərini icra etməli, vəkil etikasına riayət etməlidir; yalnız qanunun tələblərini rəhbər tutmalıdır. 18-ci maddəsinə əsasən, vəkil peşə fəaliyyətini həyata keçirərkən bu Qanunla müəyyən edilmiş qaydada öz vəzifələrini mükəmməl icra etməli, vəkil sirrindən özünün şəxsi və başqalarının tamahkarlıq və digər məqsədləri üçün istifadə etməməli, hüquq müdafiə fəaliyyəti ilə bir araya sığmayan hərəkətlərə, qanunsuz hərəkətlərin törədilməsinə çağırışlara, insanın şərəf və ləyaqətini alçaldan kobud, təhqiramiz hərəkətlərə və sözlərə yol verməməli, məhkəmə iclasını aparan hakimə mane olmamalı, bu iclasda çıxış edənlərin sözlərini kəsməməli, iclasın iş qaydasını pozmamalı və Vəkillər Kollegiyasının Ümumi yığıncağı tərəfindən qəbul olunmuş “Vəkillərin davranış qaydaları haqqında” Əsasnamə ilə müəyyən edilmiş vəkil etikasının digər tələblərinə riayət etməlidir. “Vəkillərin davranış qaydaları haqqında” Əsasnamənin: 1.2-ci bəndinə əsasən, hər bir vəkil qanunun aliliyi, insan hüquqlarını, demokratik prinsipləri və yüksək davranış qaydalarını rəhbər tutaraq, bu Əsasnamənin müddəalarına əməl etməyə borcludur. 1.5-ci bəndinə əsasən, vəkillərin davranışı “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunu, vəkilin fəaliyyətini tənzimləyən digər normativhüquqi aktlar, Vəkillər Kollegiyasının Nizamnaməsi və bu Əsasnamə ilə tənzimlənir. 2.2-ci bəndinə əsasən, vəkil öz peşə borcunu yerinə yetirərkən dürüstlük və ləyaqətlilik nümayiş etdirməli, yalan danışmamalı, hədə-qorxu gəlməməli, təhdid etməməli, digər şəxslərin ağır maddi və sair vəziyyətindən yararlanmamalı, öz peşə və şəxsi məqsədlərinə çatmaq üçün digər qanunsuz vasitələrdən istifadə etməməlidir. Şəxsin, cəmiyyətin və dövlətin maraqları naminə vəkil öz vəzifələrini səmərəli yerinə yetirməyə borcludur. Vəkil peşə fəaliyyətini həyata keçirməklə bağlı hər bir şəxs üçün vicdanlılıq nümunəsi olmalıdır. Vəkil hər hansı şəxsə hüquq pozuntusunun törədilməsi istiqamətində yazılı və ya şifahi məsləhətlər verməməli və onu digər qanunsuz hərəkətlərə sövq etməməlidir. Peşə fəaliyyətini həyata keçirərkən vəkil qanunvericiliyə və bu Əsasnamənin tələblərinə zidd vasitə və üsullardan istifadə edə bilməz. 2.3-cü bəndinə əsasən, vəkil öz fəaliyyətini Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş hüquq və vəzifələri çərçivəsində və yüksək peşəkarlıq səviyyəsində yerinə yetirməyə borcludur. Vəkil öz davranışı və peşəkar fəaliyyəti ilə cəmiyyətin vəkilliyə olan inamını artırmalıdır. 4.2-ci bəndinə əsasən, məhkəmə icraatının ədalətli həyata keçirilməsi üçün vəkil qanunauyğun davranış nümayiş etdirməlidir. 4.4-cü bəndinə əsasən, vəkil heç vaxt məhkəməyə, ibtidai istintaq və təhqiqat orqanına bilərəkdən yanlış və ya çaşdırıcı məlumat verməməlidir. 4.5-ci bəndinə əsasən, vəkil qabaqcadan müəyyən olunmuş məhkəmə iclasında, ibtidai istintaq və təhqiqat orqanlarında keçirilən istintaq hərəkətlərində vaxtında iştirak etməli, üzrlü səbəb və əsas olmadan məhkəmə proseslərinin və istintaq hərəkətlərini süni şəkildə uzadılmasına səbəb olmamalıdır. Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Nizamnaməsinin 5.13-cü bəndinə əsasən, Vəkillər Kollegiyasının üzvləri vəkillik fəaliyyətini tənzimləyən qanunların və bu Nizamnamənin tələblərinə, vəkillərin davranış qaydalarına əməl etməli, Ümumi yığıncağın (Konfransın) qərarlarını yerinə yetirməlidirlər. Beləliklə, Məhkəmə hesab edir ki, Cavabdeh peşə borcunu həyata keçirərkən “Vəkillər və vəkillik fəaliyyəti” haqqında Qanunun, "Vəkillərin Davranış Qaydaları haqqında” Əsasnamənin və Vəkillər Kollegiyasının Nizamnaməsinin yuxarıda göstərilən tələblərini pozduğuna görə iddia tələbi əsaslıdır. “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun: 22-ci maddəsinə əsasən: İ. Vəkil peşə borcunu həyata keçirərkən bu qanunun və digər qanunvericilik aktlarının tələblərinin, Vəkillərin davranış qaydaları haqqında Əsasnamənin, o cümlədən vəkil etikası normalarının pozulması halları aşkar olunduqda, o, intizam məsuliyyətinə cəlb edilir. İİ.Vəkil yalnız vəkillərin İntizam Komissiyasının rəyinə əsasən Vəkillər X10 tərəfindən intizam məsuliyyətinə cəlb edilir. İV.Vəkillər barəsində intizam icraatı Vəkillər X10ndə başlanır. V. İntizam komissiyası intizam icraatının başlandığı gündən bir ay müddətində, bir qayda olaraq, vəkilin iştirakı ilə araşdırma aparır və müvafiq rəyini Rəyasət Heyətinə təqdim edir. Vİİİ. Vəkillər Kollegiyasından xaric edilməyə səbəb ola biləcək əsaslar olduqda İntizam Komissiyasının rəyi əsasında Vəkillər X10 məsələnin həlli üçün məhkəməyə müraciət edərək həmin məsələ ilə bağlı məhkəmə qərarı qanuni qüvvəyə minənədək vəkilin fəaliyyətini dayandıra bilər. Həmin Qanunun 23-cü maddənin İ hissəsinin 9-cu abzasına əsasən üzvlük haqqını altı aydan artıq müddətdə üzürsüz səbəbdən ödəmədikdə, vəkilin fəaliyyətinə xitam verilə bilər. Həmin maddənin İİ hissəsinə əsasən, bu maddənin İ hissəsinin 7-ci və 9-cu abzaslarında nəzərdə tutulmuş hallarda vəkillərin fəaliyyətinə xitam verilməsi yalnız vəkilin Kollegiyadan xaric olunması barədə məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında həyata keçirilə bilər. Beləliklə, Məhkəmə qeyd edilən normaların tələblərindən çıxış edərək, hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, cavabdeh Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvlüyündən xaric edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, Məhkəmə hesab edir ki, iddiaçı Azərbaycan Respublikasının Vəkillər X4 iddia tələbi əsaslı olduğundan təmin edilməli, vəkil Cavabdeh Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvlüyündən xaric edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 34.1, 52, 58, 68-69, 75.4, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏRARA ALDİ: İddiaçı Azərbaycan Respublikasının Vəkillər X4 iddia tələbi təmin edilsin. Fərdi qaydada fəaliyyət göstərən vəkil Cavabdeh Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvlüyündən xaric edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verə bilərlər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Aytən Oruczadə
Məhkəmə qərarları › İş №2-1(112)-620/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-620/2021
05.03.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver