Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6202/2022 20.07.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi, Əsgərzadə Qələmzər Nizami qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “hüququn məxsus olması haqqında arayışın verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.1997-ci il tarixli, 980 saylı sərəncamı ilə 89 saylı Bağ Tikinti Kooperativinin (ВТК) tərkibində mərhum X3 ayrılmış olan sahəsi 1200 kv.m. təşkil edən Bakı şəhəri, Binəqədi rayonu, Goradil bağ massivində yerləşən 541a saylı bağ sahəsinin mərhum X2 adına mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə daşınmaz əmlakın dövlət reyestrindən müvafiq hüquqi sənədin və texniki sənədin (torpaq sahəsinin planı və ölçüsü) verilməsi öhdəliyinin cavabdeh 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Binəqədi rayonu, Goradil bağ massivində yerləşən 541a saylı bağ sahəsi iddiaçının ailəsinin istifadəsində olmuşdur. Belə ki, Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.1997-ci il tarixli, 980 saylı sərəncamı ilə 89 saylı Bağ Tikinti Kooperativinin (ВТК) tərkibində olan sahəsi 0,12 ha olmaqla (1200 kv.m.) 541a saylı bağ sahəsi mərhum həyat yoldaşı X3 ayrılmışdır. Bununla bağlı onlara müvafiq order də verilmişdir. O zamandan fasiləsiz olaraq bağ sahəsi istifadələrində olmuşdur. 26 aprel 2003-cü il tarixdə həyat yoldaşı X6 vəfat etmişdir. 2016-cı ildə mərhumun adına vərəsəliyin rəsmiləşdirilməsi məqsədilə notariat orqanına müraciət etmişdir. Ərizəsi əsasında vərəsəlik işi açılmış və mərhumun adına Goradil bağ massivində yerləşən 541a saylı bağ sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün notariat orqanı tərəfindən rəsmi məktub verilmişdir. Bağ sahəsi ilə bağlı verilmiş olan order iddiaçıya naməlum olan şəraitdə itdiyi üçün orderin əsli əsasında sənədləşdirmənin aparılmasına nail ola bilməmişdir. Buna görə də bağ sahəsinin ayrılmasına dair hüquqmüəyyənedici sənədi vermiş təşkilata - Bakı Şəhər İcra Hakimiyyətinə müraciət etmişdir. Müraciətə cavab olaraq, Bakı Şəhər İcra hakimiyyəti Aparatının xx.xx.2016-cı il tarixli, İ-103-112 saylı arxiv arayışı göndərilmişdir. Həmin arxiv arayışında, yuxarıda bəhs edilən sərəncamdan çıxarışa istinadən, Goradildəki 541a saylı bağ sahəsinin Ə.İ.İsmayılovun istifadəsinə verildiyi müəyyən olunur. Bundan əlavə, eyni ünvanda yerləşən və ara sərhədləri şərti olan 541 saylı bağ sahəsi ilə bölgü sxemi tərtib edilərək, notarial qaydada təsdiq edilmişdir. Bu bölgü sxemi əsasında 541 saylı bağ sahəsi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Bundan sonra dəfələrlə cavabdeh təşkilata ərizə ilə müraciət etmək istəsə də hər dəfə orderin olmadığı səbəbindən ərizənin qəbul edilməsindən imtina edilmiş, hər dəfə müxtəlif səbəblər sadalanmışdır. Məsələn, order itdiyi üçün ilk növbədə ərizə verərək, idarənin arxiv məlumatları arasında orderin olub-olmaması haqda məlumat almağın zəruri olduğu bildirilirdi. Təşkilatdan yazılı məlumat alıb yenidən həmin məlumatın eyni təşkilata təqdim edilməsinin absurd olduğunu bildirsə də bunun mənası olmamışdır. Yekunda, xx.xx.2021-ci il tarixdə zəruri saydıqları ərizəni verərək, **********71 saylı, 11 mart 2021-ci il tarixli cavab məktubunu almışdır. Məktubda bağ sahəsinin ayrılmasına dair orderin İdarənin arxivində olmamasına dair məlumat təkrarlanmışdır. Bu məktubu da alaraq, yenidən ərizə vermək üçün cavabdeh təşkilata müraciət etmişdir. Ərizənin qəbulundan qəti şəkildə imtina edilərək, orderin olmadığı haqda səbəb göstərilmişdir. **********52 saylı, xx.xx.2021-ci il tarixli cavab məktubunda bildirilir ki, bağ sahəsinə dair sənədlərin əsli ilə müraciət edəcəyi təqdirdə, müraciətdə qeyd olunan məsələyə qanunamüvafıq qaydada baxılacaq. Cavabdehin bu imtinası hüquqlarını pozur. Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.1997-ci il tarixli, 980 saylı sərəncamı ilə 89 saylı Bağ Tikinti Kooperativinin (ВТК) tərkibində olmaqla mərhum həyat yoldaşı X3 ayrılmış 541a saylı bağ sahəsi dövlət tərəfindən mərhum həyat yoldaşının əvəzsiz olaraq mülkiyyətinə verilmişdir. Eyni zamanda, torpaq ayrılmasına dair mövcud olan sənədlər hüquqların dövlət qeydiyyatına alınması üçün əsas hesab edilir. Bir qayda olaraq bağ sahəsinin nömrəsi yalnız orderdə əks edilmiş olduğundan, konkret hansı kooperativ üzvünə hansı bağ sahəsinin ayrılmış olmasını digər əsasla müəyyən etmək çətindir. Lakin indiki halda, bağ sahəsi əvvəl digər şəxsin istifadəsində olmuş, sonradan Bakı Şəhər İcra Hakimiyyəti Başçısının sərəncamı ilə addan-ada keçirilmişdir. Bu səbəbdən addan-ada keçirilən bağ sahəsinin nömrəsi sərəncamda əks olunmuşdur. Beləliklə, bəhs edilən 89 saylı ВТК nəzdində olan bağ sahələrindən məhz 541a saylı bağ sahəsinin mərhum həyat yoldaşına ayrılmış bağ sahəsi olduğu mübahisəsizdir. Bundan əlavə, bağ sahəsi ilə qonşu olan və yaxın qohumuna məxsus olan 541 saylı bağ sahəsi mövcuddur. 541 saylı bağ sahəsi ilə sərhədləri şərtidir. Bu səbəbdən 541 saylı bağ sahəsinin qeydiyyata alınması zamanı qeydiyyat orqanı tərəfindən notarial qaydada təsdiq edilmiş bölgü sxemi tələb edilmişdir. Həmin bölgü sxemi hərəsi bir bağ sahəsinə aid olmaqla iki nüsxədə tərtib edilərək notarial qaydada təsdiqlənmişdir. Həmin bölgü sxemi əsasında 541 saylı bağ sahəsi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Bölgü sxemində 541a saylı bağ sahəsi kimi göstərilən ərazi, sxematik xəritəyə əsasən digər bağ sahəsinə aid olduğu təqdirdə, qeydiyyat orqanı tərəfindən qəbul edilməzdi, yaxud bu əsasla qeydiyyatdan imtina edilməli idi, çünki başqa bağ sahəsiə aid ərazinin hüquqları olmayan şəxs tərəfindən bölgüsünə razılıq verilməsi heç bir hüquqi nəticə doğurmamalıdır. Beləliklə, hüquqların qeydiyyata alınması üçün müraciət edilən torpaq sahəsinin məhz 541a saylı bağ sahəsi olması işin mübahisəsiz halıdır. Torpaq sahəsinin formasından, tərtib edilən bölgü sxemindən, eləcə də ətraf bağların quruluşundan, həmin sahədə yalnız bir bağ sahəsinin yerləşməsinin mümkün olduğu aşkar görünür. Bəhs edilən bağ sahələri quruluş olaraq ilkin 2500 kv.m. sahədə nəzərdə tutulmuş bağ sahəsi olmaqla, sonradan hərəsi 1200 kv.m. ölçüdə iki bağ sahəsinə (541 və 541a) bölünmüş və qalan 100 kv.m. hissə arxadakı bağ sahəsinə yol olaraq nəzərdə tutulmuşdur. Bağ sahələrinin bu formada bölgüsü klassik bölgü forması adlandırıla bilər və bağ massivlərində ilkin olaraq 2500 kv.m. kimi nəzərdə tutulmuş və sonradan iki müstəqil sahəyə bölünmüş bağ sahələrinin hamısında rast gəlinən praktikadır. Bu da Bakı Şəhər Xalq Deputatları Sovetinin 6/333 saylı, 14 iyun 1988-ci il tarixli Qərarı ilə bağ sahələrinə 1200 kv.m. limit müəyyən edilmiş olması ilə bağlıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdehin yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, İddiaçı mərhum Ə.İ.İsmayılovun adına 89 saylı ВТK nəzdində Bakı şəhəri, Binəqədi rayonu, Göradil bağ massivində yerləşən 541a nömrəli bağ sahəsinə dair məlumatın və 89 saylı ВТK üzvlərinin siyahısında Ə.İ.İsmayılovun adının olub-olmamasına dair xx.xx.2021-ci il tarixli ərizə ilə İdarəyə müraciət etmişdir. Bununla əlaqədar olaraq bildirilmişdir ki, arxiv qovluğunda mövcud olan 89 nömrəli ВТK üzvlərinin siyahısında Ə.İ.İsmayılovun adı aşkar olunmamışdır. Həmçinin bildirilmişdir ki, Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.1996-cı il tarixli, 980 saylı sərəncamına əsasən Ə.İ.İsmayılova 89 nömrəli ВТK nəzdində Göradil bağ massivində 541a nömrəli bağ sahəsinin ayrılmasına dair məlumat mövcuddur. Lakin 89 nömrəli ВТK nəzdində X3 Göradil bağ massivində 541a nömrəli bağ sahəsinin ayrılmasına dair order İdarənin arxivində aşkar edilməmişdir. Daha sonra iddiaçı tərəfindən hüquq sahibi X1 miras qalmış Bakı şəhəri, Binəqədi rayonu, Göradil qəsəbəsində yerləşən “541a” nömrəli bağ sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ********** nömrəli xx.xx.2021-ci il tarixli ərizə ilə İdarəyə müraciət etmişdir. Aparılan araşdırma zamanı müəyyən edilmişdir ki, bağ sahəsinə dair sənədlərin əsli ilə Əmlak Xidmətləri Məkanına (Nizami rayonu, X.R.Ulutürk küçəsi 20) müraciət ediləcəyi təqdirdə iddiaçının müraciətində qeyd olunan məsələyə qanunamüvafiq qaydada baxılacaqdır. Həmçinin iddiaçı tərəfindən təqdim edilmiş Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.1996-cı il tarixli, 980 saylı sərəncamının arxiv arayışında torpaq sahəsinin ölçüsü qeyd edilməmişdir. Lakin İdarənin mütəxəssisləri tərəfindən müvafiq daşınmaz əmlaka yerli baxış zamanı məlum olmuşdur ki, bağ sahəsinin faktiki ölçüsü 1149,0 kv.m-dir. Bu barədə iddiaçıya **********52 qeydiyyat nömrəli, xx.xx.2021-ci il tarixli məktub ünvanlanmışdır. “Yerli İcra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli Sərəncamı ilə yerli icra hakimiyyəti orqanlarının, o cümlədən Bakı Şəhər İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək, onların yalnız arxivlərinin Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə verilməsi qərara alınmışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.7-ci maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıqyoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan hesab olunur. İdarə daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23-cü maddəsinə əsasən İdarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasın! (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Yuxarıda qeyd olunanlara əsasən, iddia tələbinin rədd edilməsi xahiş edilir. İddiaçının vəkili və nümayəndəsi xx.xx.2022-ci il tarixli məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.1997-ci il tarixli, 980 saylı sərəncamı ilə 89 saylı ВТК tərkibində mərhum X3 ayrılmış olan sahəsi 1200 kv.m. təşkil edən Göradil bağ massivində yerləşən 541a saylı bağ sahəsinə mülkiyyət hüququnun mərhum Ə.İ.İsmayılova məxsus olması haqqında arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin eyni tarixli qərardadı ilə iddia tələbi dəqiqləşdirilmiş şəkildə icraata qəbul edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı tərəf iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X7 iddiaya etiraz edərək tələbin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməməlidir. İş materiallarında olan elektron məhkəmə informasiya sistemindən əldə edilmiş AZE seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsi məlumatından görünür ki, xx.xx.1957-ci il təvəllüdlü İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş ünvan 2unun Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə ünvanladığı xx.xx.2016-cı il tarixli məktubunda 449 nömrəli məktubunda bildirlilmişdir ki, xx.xx.2003-cü ildə vəfat etmiş X2 miras əmlaka dair qalmış vərəsəlik hüququ haqqında şəhadətnaməınin verilməsi ilə bağlı Bakı şəhər 19 saylı notariat kontoruna həyat yoldaşı İddiaçı tərəfindən müraciət daxil olmuşdur. X4 vəfat etməsi ilə əlaəqdar vərəsənin ərizəsi əsasında xx.xx.2012-ci il tarixdə vərəsəlik işi açılmış və vərəsələrin dairəsi müəyyən olunmuşdur. Qanunvericiliyin tələblərinə uyğun olaraq müvafiq sənədləşmə aparılması üçün Bakı şəhəri, Binəqədi rayonu, Göradil 541A saylı bağ sahəsində yerləşən torpaq sahəsinə və daşınmaz əmlaka dair çıxarış və texniki pasportu mərhum X2 adına verməyinizi xahiş edirik. Məhkəmənin sorğusuna cavab olaraq Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.2022ci il tarixli, 7-1286/17 nömrəli arxiv arayışında qeyd edilmişdir ki, Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1996-cı il tarixli, 980 №-li Bağ sahələrinin ayrılması və ada keçirilməsi barədə sərəncamından çıxarışa əsasən 2. Goradildəki 541a №-li bağ 89 №-li ВТK tərkibində Ə.İ.İsmayılovun istifadəsinə verilmişdir. Məhkəmənin sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli, **********03 nömrəli məktubunda bildirilmişdir ki, Bakı şəhəri, Binəqədi rayonu, Göradil qəsəbəsi, 541a nömrəli bağ sahəsinin ayrılmasına dair sənəd İdarənin arxivində aşkar edilməmişdir. Həmin məktubla təqdim edilmiş Bakı şəhəri, Binəqədi rayonu, Göradil qəsəbəsində yerləşən 541 saylı bağ sahəsinə dair hüquqmüəyyənedici sənədlərin surətindən görünür ki: - Bağın icarəyə verilməsi haqqında 10959 nömrəli, 12 iyul 1996-cı il tarixli müqavilənin surətinə əsasən Bakı şəhər İcra Hakimiyyətinin Bağlar Təssərüfatının məsələləri üzrə komissiyasının xx.xx.1996-cı il tarixli 725 nömrəli protokolu əsasında Bağlar Təsərrüfatı İdarəsi tərəfindən Göradil qəsəbəsində 0.12 ha 541 nömrəli bağ sahəsi, sahəsi 18,93 kv.m olan 1 otaqdan ibarət bina icarə üçün icarədar X9 icarəyə verilmişdir. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışdan görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Göradil kəndi, 541 saylı bağ sahəsi xüsusi mülkiyyət hüququ ilə X8 adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2017-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialının xx.xx.2022-ci il tarixli, BA-03409-2022 nömrəli məktubunda bildirilmişdir ki, Göradil 89 saylı BTK-nın üzvlərinin adlı siyahısı keçmiş Bakı şəhər XDS İK-nin (indiki Bakı Şəhər İH) arxiv fondu üzrə xx.xx.1989-cu il tarixli, 6/249 saylı qərarında mövcuddur. Lakin həmin qərara əlavə edilmiş Göradil 89 saylı BTK-nin üzvlərinin siyahısında vət. İddiaçı barədə heç bir məlumat yoxdur. Məktuba Bakı şəhər XDS İK-nin (indiki Bakı şəhəri İH) arxiv fondu üzrə xx.xx.1989-cu il tarixli, 6/249 saylı qərarının birinci və sonuncu vərəqlərinin, o cümlədən 89 nömrəli Göradil Bağ-tikinti kooeprativi üzvlərinin siyahısının təsdiq edilmiş surətləri təqdim edilmişdir. Məhkəmənin sorğusuna cavab olaraq Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.2022ci il tarixli, 7-2932/17 nömrəli məktubunda bildirilmişdir ki, Göradil 89 nömrəli ВТK üzvlərinin adlı siyahısı, onun yaradılması və ВТK-ya torpaq ayrılması ilə bağlı sənəd əldə etməyiniz üçün həmin qərarın düzgün tarixini və nömrəsini bildikdən sonra müraciətinizə baxıla bilər. Eyni zamanda nəzərinizə çatdırılır ki, cizgi, sxem, ayrıc aktı kimi sənədlər Bakı Şəhər İcra Hakimiyyətinin arxivində saxlanılmır. Məhkəmənin sorğusuna cavab olaraq Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.2022ci il tarixli, 7-2931/17 nömrəli arxiv arayışında qeyd edilmişdir ki, Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1996-cı il tarixli, 980 №-li Bağ sahələrinin ayrılması və ada keçirilməsi barədə sərəncamından çıxarışa əsasən 2. Goradildəki 541a №-li bağ 89 №-li ВТK tərkibində Ə.İ.İsmayılovun istifadəsinə verilmişdir. Bildirilir ki, Göradil bağlar sahəsində yerləşən 541a nömrəli bağ sahəsinin 89 nömrəli ВТK tərkibində ilkin olaraq hər hansı fiziki şəxsin adına ayrılması barədə BŞİH-nin arxivində məlumat yoxdur. Məhkəmənin sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli, **********71 nömrəli məktubu ilə göndərilmiş Bakı şəhəri, Binəqədi rayonu, Göradil bağ massivində yerləşən 541a saylı bağ sahəsinin texniki vəziyyətini əks etdirən müayinə aktının təsdiq edilmiş surətindən görünür ki, torpaq sahəsi: hüquq müəyyənedici sənəd üzrə “-“ , faktiki “1149,0 kv.m.”. Torpaq sahəsinin sərhədləri və qonşuluqları: Bağ sahəsi 541 saylı bağ sahəsi ilə bir hasar daxilindədir. 541 saylı bağ sahəsi özəldir. İcazəsiz tikililər: sahədə bir mərtəbəli ev var. Qeyd: Bağ sahəsinə dair hüquq müəyyənedici (order və ya icarə müqaviləsi) təqdim edilmədiyindən sənəd üzrə sahə məlum deyil. Həmin sahədən 541 saylı bağa keçid yolu nəzərə alındıqdan sonra sahə 1149,0 kv.m. qalır. Həmin sahənin koordinatları əlavə olundu. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin iddiaçıya ünvanladığı xx.xx.2021-ci il tarixli, **********71 nömrəli məktubunda bildirilmişdir ki, sizin mərhum Ə.İ.İsmayılovun adına 89 saylı ВТK nəzdində Bakı şəhəri, Binəqədi rayonu, Göradil bağ massivində yerləşən 541a nömrəli bağ sahəsinə dair məlumatın və 89 saylı ВТК üzvlərinin siyahısında Ə.İ.İsmayılovun adının olub-olmamasına dair xx.xx.2021-ci il tarixli ərizənizə baxılmışdır. Bununla əlaqədar olaraq bildirilir ki, arxiv qovluğunda mövcud olan 89 nömrəli ВТK üzvlərinin siyahısında Ə.İ.İsmayılovun adı aşkar olunmamışdır. Həmçinin bildirilir ki, Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.1996-cı il tarixli, 980 saylı sərəncamına əsasən Ə.İ.İsmayılova 89 nömrəli ВТK nəzdində Göradil bağ massivində 541a nömrəli bağ sahəsinin ayrılmasına dair məlumat mövcuddur. Lakin 89 nömrəli ВТK nəzdində X3 Göradil bağ massivində 541a nömrəli bağ sahəsinin ayrılmasına dair order İdarənin arxivində aşkar edilməmişdir Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin iddiaçıya ünvanladığı xx.xx.2021-ci il tarixli, **********52 nömrəli məktubunda bildirilmişdir ki, hüquq sahibi X1 miras qalmış Bakı şəhəri, Binəqədi rayonu, Göradil qəsəbəsində yerləşən 541A nömrəli bağ sahəsi üzərində hüquqların daşınmaz əmlkaın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ********** nömrəli xx.xx.2021-ci il tarilxi müraciətinizə tərəfimizdən baxılmışdır. Müradciətinizlə əlaqədar olaraq bildiririk ki, bağ sahəsinə dair sənədlərin əsli ilə Əmlak Xidmətlər Məkanına müraciət ediləcəyi təqdirdə müraciətinizdə qeyd olunan məsələyə qanunamüvafiq qaydada baxılacaqdır. Beləliklə, hazırkı işdən müəyyən olunur ki, xx.xx.2003-cü ildə vəfat etmiş X2 vərəsəsi olaraq Bakı şəhəri, Binəqədi rayonu, Göradil qəsəbəsi, 541a nömrəli bağ sahəsinə hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı cavabdeh orqana müraciət etmiş, cavabdeh orqan imtinasında, eləcə də hazırkı iddiaya etirazında bağ sahəsinə dair hüquqmüəyyənedici sənədlərin təqdim edilməməsi əsası ilə müraciətin təminindən imtina etmişdir. Hazırkı tələbində iddiaçı cavabdehin imtinasının qanunsuz olmasını iddia edərək sözügedən bağ sahəsinə hüquqların mərhum X3 məxsus olması barədə arayış verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını inzibati məhkəmə icraatında mübahisələndirir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu Qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənədin qəbul edilməsi əsasında aparılır. İstinad olunan normalardan müəyyən edildiyi kimi öhdəliyin icrası haqqında iddialarla bağlı mübahisələrə baxılarkən müəyyən edilməli olan xüsusi mümkünlük şərtlərindən biri kimi iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsidir. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə bağlı müvafiq qaydada cavabdehə müraciət etmişdir. İddia mahiyyət üzrə əsassızdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 22.2-ci maddəsinə əsasən müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 05 oktyabr 2015-ci il tarixli 319 nömrəli Qərarı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında Təlimat”ın 7.2-ci bəndinə əsasən “Daşınmaz Əmlakın dövlət reyestri haqqında” AR Qanununun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs bu əmlak barədə məlumatın dövlət reyestrinə daxil edilməsi və (və ya) onun üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün zəruri sənədlərlə ərazi idarəsinə müraciət etmədən öldükdə, həmin sənədlər onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələri tərəfindən təqdim edildikdə, bu Təlimatın 7.1-ci bəndində göstərilən qaydada elekton çıxarış tərtib edilir. Sadalanan normalardan müəyyən olunur ki, daşınmaz əmlak üzərində hüququn ölmüş şəxsə məxsus olması barədə arayış dövlət qeydiyyatını həyata keçirən orqan tərəfindən vərəsənin müraciəti əsasında əmlak üzərində hüquq sahibi olan şəxsin hüquqlarının dövlət qeydiyyatına alınması üçün müraciət etmədən öldüyü halda verilir. Dolayısı ilə müvafiq arayışın verilməsi üçün ilk növbədə vəfat etmiş şəxsin müvafiq əşya üzərində qanun, müqavilə və s. əsasında əmələ gəlmiş əmlak hüquqları (mülkiyyət, sahiblik, istifadə, məhdud əşya hüquqları və s.) mövcud olmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0-cı maddəsinə görə daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıqyoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış. Həmin Qanunun: -10.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. Ərizədə hüquq əldə edən fiziki şəxsin soyadı, adı, atasının adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənəd, hüquqi şəxsin isə tam adı, ünvanı, qeydiyyatı haqqında şəhadətnamə, icra hakimiyyəti orqanının tam adı və ünvanı, xahişin məzmunu və əlavə olunan sənədlər göstərilməlidir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. -10.2-ci maddəsinə görə qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. -11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Göründüyü kimi qanunun tələbinə əsasən bağ sahələrinə mülkiyyət hüququnun qeydiyyatının aparılması üçün tələb olunan sənədlər sırasında ilkin torpaqayırma sənədləri, yəni icarə müqaviləsi, order, sərəncam və ya kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq üzvlərin iclas protokolundan çıxarış hüquqmüəyyənedici sənəd qismində çıxış edir. Hazırkı iş üzrə iddia olunan 541a saylı bağ sahəsi ilə bağlı Bağlar İdarəsi ilə bağlanmış müqavilə, order, sərəncam, üzvlük kitabçası və ya kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq üzvlərin iclas protokolundan çıxarış təqdim olunmamışdır. Dövlət arxivindən əldə edilmiş 89 nömrəli Göradil Bağ-tikinti kooeprativi üzvlərinin siyahısının X5 adı qeyd olunmamışdır. İş üzrə yalnız 89 №-li ВТK tərkibində Göradil bağlar sahəsində 541a nömrəli bağ sahəsinin X5 istifadəsinə verilməsinə dair Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1996-cı il tarixli, 980 №-li sərəncamından çıxarış mövcuddur. Həmin sərəncama ayrılmış bağ sahəsinin yerləşmə cizgisi əlavə edilməmiş və ən əsası sərəncamda istifadəyə verilmiş 541a nömrəli bağ sahəsinin ölçüsü qeyd edilməmişdir. Məhkəmə sözügedən xx.xx.1996-cı il tarixli, 980 №-li sərəncamının bağ sahəsinin ada keçirilməsi barədə olduğunu nəzərə alaraq verdiyi sorğulara cavabında ilkin olaraq həmin bağın kimin adına ayrılması və bağın sahəsi, ölçüsü ilə bağlı ilkin hüquqmüəyyənedici sənədləri əldə etməsi mümkün olmamışdır. Bundan əlavə təqdim olunmuş bağların sxematik xəritəsində 541 nömrəli bağ sahəsi göstərilmiş, 541a nömrəli bağ nömrəsi əks olunmamışdır. İddiaçı mübahisə predmeti olan 541a saylı bağ sahəsinin qonşuluğunda yerləşən 541 saylı bağ sahəsinin qeydiyyata alınması zamanı qeydiyyat orqanı tərəfindən notarial qaydada təsdiq edilmiş bölgü sxemi əsasında 541 saylı bağ sahəsi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındığı, bununla da bölgü sxemində 541a saylı bağ sahəsi kimi göstərilən ərazinin qəbul edildiyini iddia etmişdir. Bununla əlaqədar qeyd edilməlidir ki, cavabdehin mütəxəssisi tərəfindən keçirilmiş yerli müayinə zamanı naturada göstərilən bağ torpaq sahəsinin 541 saylı bağ sahəsi ilə bir hasar daxilində yerləşdiyi, bağ sahəsinə dair hüquqmüəyyənedici sənəd təqdim edilmədiyindən sənəd üzrə sahənin məlum olmadığı, faktiki sahənin isə 1149,0 kv.m olduğu qeyd edilmişdir. İş materiallarında Binəqədi rayonu, Goradil kəndində yerləşən 541 və 541a saylı bağ sahələrinin bölgü sxemi təqdim edilsə də bölgü sxem hüququn qeydiyyata alınması üçün sənəd hesab olunmur. Adıçəkilən sənəd 541a saylı bağın deyil, 541 saylı bağın qeydiyyatı zamanı texniki sənəd kimi qəbul edilmişdir. 541 saylı bağ sahəsi ilə bağlı isə Bağlar İdarəsi ilə X11 arasında müqavilə bağlanmışdır ki, həmin müqavilədə bağın ölçüsü 0.12 ha göstərilmişdir. Başqa sözlə, 541 saylı bağ sahəsi ilə bağlı Bağlar idarəsi ilə xx.xx.1996-cı il tarixli müqavilə bağlandığı halda həmin tarixə yaxın vaxtda xx.xx.1996-cı ildə X10 ilə 541a saylı bağ sahəsinə dair Bağlar İdarəsi ilə müqavilə bağlanmamış və ya bağa dair order təqdim edilməmişdir. Beləliklə, hazırkı halda iddiaçının iddia olunan bağ torpaq sahəsi ilə bağlı yeganə sənədi Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1996-cı il tarixli, 980 №-li sərəncamından çıxarışdır ki, həmin çıxarışda da bağın yeri, onun iddiaçının qeyd etdiyi kimi 2500 kv.m. sahənin bölünməsi nəticəsində 541a saylı bağ sahəsi kimi ayrılması barədə hər hansı qeydlər edilməmiş, eyni zamanda sərəncamda 541a saylı bağın ölçüsü göstərilməmişdir. 9 noyabr 1991-ci il tarixdə qəbul edilmiş Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 23-cü maddəsinə əsasən vətəndaşların, müəssisələrin və təşkilatların mülkiyyətinə, sahibliyinə, istifadəsinə və icarəsinə torpaq sahəsi verilməsi rayon, şəhər xalq deputatları Sovetlərinin qərarı ilə yer quruluşu sənədlərinə uyğun olaraq torpağayırma qaydasında həyata keçirilir. Torpaq sahəsinin məqsədli təyinatı torpağayırma aktında göstərilir. Həmin Məcəllənin 29-cu maddəsinə görə müvafiq rayon, şəhər xalq deputatları Soveti tərəfindən verilmiş torpaq sahələri üzərində vətəndaşların, idarələrin, müəssisələrin və təşkilatların mülkiyyət, sahiblik, istifadə və icarə hüquqları yer quruluşu orqanları yerdə (naturada) sahənin hüdudlarını müəyyən etdikdən və müvafiq sənədləri rəsmiləşdirib verdikdən sonra qüvvəyə minir. Azərbaycan Respublikasının 25 iyun 1999-cu il tarixli 695-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş qüvvədə olan Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Sadalanan normalardan müəyyən olunur ki, hər iki dövr qanunvericiliyinə əsasən torpaqayırma prosesi torpaq sahəsinin şəxsin istifadəsinə verilməsi barədə ilkin torpaqayırma sənədlərinin tərtib edilməsi və torpaq sahəsinin həmin hüquqmüəyyənedici sənədlərə uyğun olaraq naturada təhvil verilməsini nəzərdə tutur. Hazırkı iş üzrə iddia edilən torpaq sahəsi ilə bağlı mərhum Ə.İ.İsmayılova aid Qanunun 8.0.7-ci maddəsində sadalanan torpaqayırma sənədləri təqdim edilməmiş, mübahisəli sahənin faktiki ölçüsünün ilkin torpaqayırma sənədlərinə uyğunluğunu müəyyən etmək mümkün olmamışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15.1-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. İnzibati Prosessual Məcəllənin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Hazırkı iş üzrə inzibati orqanın imtina ilə bağlı hərəkətləri qanuni olmuş, iddiaçı tələbinin edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. İnzibati Prosessual Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “hüququn məxsus olması haqqında arayışın verilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova
Məhkəmə qərarları › İş №2-1(112)-6202/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-6202/2022
20.07.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver