Məhkəmə qərarları › İş №2-1(112)-6207/2022

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-6207/2022

05.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-6207/2022 05.12.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, Məhkəmə iclas katibi Hüseynova Sevinc Nizami qızının katibliyi ilə, Tərəflərin iştirakı olmadan, İddiaçı Cavabdehnə qarşı “müharibə veteranı adı və vəsiqəsinin verilməsi” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı (bundan sonra – iddiaçı) cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Aparatı nəzdində Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiyaya qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, şikayətinin əsaslı sayılması və Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Aparatı nəzdində Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiyanın vəzifəli şəxslərinin ona qarşı yol verdikləri pozuntuların aradan qaldırılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəyişdirilməsi barədə ərizələr təqdim edərək, cavabdeh qismində Azərbaycan Respublikası Müdafiə Nazirliyini göstərməklə hazırki iş üzrə ona müharibə veteranı adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulmasını xahiş etmişdir. Məhkəmənin 2-N(NN2)-6207/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə iddianın dəyişdirilməsi qəbul edilmiş, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Aparatı nəzdində Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiyanın cavabdeh qismində prosessual iştirakına xitam verilmiş, Cavabdeh qismində hazırkı inzibati məhkəmə icraatına cəlb edilərək iddia tələbi “İddiaçı müharibə veteranı adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulması” şəklində qəbul edilmişdir. İddiaçı tələbini bununla əsaslandırmışdır ki, onun müharibə veteranı adının və vəsiqəsinin verilməsi ilə əlaqədar Azərbaycan Respublikası Müdafiə Nazirliyinə etdiyi müraciətlərə həmin nazirliyin aparatı nəzdində Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiyanın katibi Elbrus Mehdixanov xx.xx.202N-ci il tarixli N/M-N6275 və xx.xx.202N-ci il tarixli 4/3-369 nömrəli məktubları ilə rədd qərarı vermiş və heç bir əsas göstərilmədən bildirmişdir ki, ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi ilə əlaqədar göndərilən sənədlərə Komissiyanın xx.xx.20N9-cu il tarixli iclasında baxılmış və 626 nömrəli protokol ilə barəsində müsbət qərar qəbul edilməmişdir. O, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissə komandirinin xx.xx.N992-ci il tarixli 70 nömrəli əmrinə əsasən döyüş əməliyyatları rayonuna gəlmişdir. Bundan əlavə Müdafiə Nazirliyi İşlər İdarəsinin Mərkəzi Arxivindən alınmış xx.xx.20N9-cu il tarixli, 9/2-NNN24 nömrəli arxiv arayışından görünür ki, xidmətini davam etdirmək üçün gəlmiş İddiaçı N nömrəli hərbi hissə komandirinin 2N avqust N992-ci il tarixli, 49 nömrəli əmri ilə xx.xx.N992-ci ildən hərbi hissənin şəxsi heyətinin siyahısına, bütün növ təminatlarına salınmaqla “baş çavuş” hərbi rütbəsi verilərək Mi-24-də atıcı vəzifəsinə təyin olunmuşdur. N nömrəli hərbi hissə komandirinin N oktyabr N992-ci il tarixli əmrində onun gəlmiş hesab edilməsi barədə məlumat vardır. O, 46-cı maddənin "j" bəndinə əsasən tərxis olunduğuna görə N nömrəli hərbi hissə komandirinin N9 noyabr N992-ci il tarixli, 93 nömrəli əmrilə şəxsi heyətin siyahısından və bütün növ təminatlardan çıxarılaraq qeydiyyata düşmək üçun rayon hərbi komissarlığına göndərilmişdir. İşə əlavə edilmiş xx.xx.20N9-cu il tarixli, 9/2-NNN24 nömrəli arxiv arayışından da görünür ki, o, N992-ci ilin oktyabr ayının 9-da döyüş əməliyyatları rayonunda iştirak etmişdir, N nömrəli hərbi hissəyə qayıtmışdır və hərbi borcunu yerinə yetirmişdir. Cavabdeh məhkəməyə təqdim etdiyi xx.xx.2022-ci il tarixli, NN/3955 saylı vəsatətlə iş üzrə icraata xitam verilməsini xahiş etmiş və göstərmişdir ki, Bakı İnzibati Məhkəməsində İddiaçı Cavabdehnə qarşı “müharibə veteranı adının və vəsiqəsinin verilməsi” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə baxılaraq, 2-N(NN2)-225N/2020 nömrəli, N0 noyabr 2020-ci il tarixli qərar qəbul edilmişdir. Məhkəmə iddia ərizəsini və iş materiallarını araşdıraraq iddianın təmin edilməməsi qənaətinə gəlmişdir. Bakı İnzibati Məhkəməsinin N0 noyabr 2020-ci il tarixli, 2-N(NN2)-225N/2020 saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin 2-N(N03)-NN03/202N nömrəli, xx.xx.202N-ci il tarixli qərarı ilə təmin edilməmiş və Bakı İnzibati Məhkəməsinin N0 noyabr 2020-ci il tarixli, 2-N(NN2)-225N/2020 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55.4-cü maddəsinə əsasən “eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa, hakim iş üzrə icraata xitam verir”. Azərbaycan Respublikası MPM-nin 432-ci maddəsinin tələblərinə əsasən sözügedən iddia tələbinə dair yeni açılmış halların təqdim edilmədiyini, əvvəllər baxılarkən məlum olmayan həlledici materiallar aşkar edilmədiyi və digər bu kimi halların mövcud olmadığını nəzərə alaraq işə yenidən baxılması mümkünsüz hesab edilir. İddiaçı məhkəmə dəftərxansı vasitəsi ilə ərizə təqdim edərək məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, tərəflərə təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, İPM-in 35.N-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun N0 aprel 20N5-ci il tarixli 5 saylı qərarında qeyd edilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Hazırkı iddianın mümkünlüyünü yoxlayan məhkəmə qeyd edir ki, işdə olan Bakı İnzibati Məhkəməsinin 2-N(NN2)-225N/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarından görünür ki, İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona müharibə veteranı adının və müvafiq vəsiqənin verilməsini xahiş etmiş, məhkəmənin həmin qərarı ilə iddia təmin edilməmişdir. Həmin qərarda məhkəmə qeyd etmişdir ki, “Məhkəmə işdə olan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddiaçının Azərbaycan Respublikası ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etməsi, eləcə də hərbi xidmətdən ehtiyata və ya istefaya buraxılması təsdiq olunmadığından, iddia təmin edilə bilməz.” Həmin qərardan iddiaçı tərəfindən apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-N(N03)-NN03/202N saylı, xx.xx.202N-ci il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-N(NN2)- 225N/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Görünüdüyü kimi, iddiaçı hazırda ona müharibə veteranı adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etsə də, yuxarıda sadalananlardan görünür ki, iddiaçı daha əvvəl bu tələblə məhkəməyə müraciət etmiş, məhkəmə isə iddianı təmin etməmişdir. İPM-in 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. Bu norma məhkəmə aktının qanuni qüvvəsi ilə əlaqədardır və əvvəlki prosesdə müəyyən edilmiş halın sonrakı məhkəmə üçün preyudisial əhəmiyyətə malik olmasını göstərir. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Həmin Məcəllənin 233.3-cü maddəsinə görə, qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. Məhkəmə qeyd edir ki, preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsidir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir. Preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Məhz qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, hazırkı iddiaya daha əvvəl baxılmaqla yekun qiymət verildiyindən artıq həmin mübahisə eyni tərəflər arasında hər hansı bir məhkəmədə mübahisə predmeti ola və baxıla bilməz. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun N0 aprel 20N5-ci il tarixli 5 saylı qərarında da göstərilmişdir ki, İPM-in 45.5.N-ci maddəsinə görə iddia ilə bağlı işin məhkəmənin icraatında olduğu müddətdə tərəflərdən heç biri eyni iddia ilə başqa məhkəməyə müraciət edə bilməz. İPM-in 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. Qeyd olunan maddələrdə təsbit olunmuş halları müəyyən etdikdə məhkəmələr verilmiş iddianı mümkün saymamalıdırlar. İPM-in 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35, 80 və 85.N-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra N0 gün müddətində ondan Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (ünvan: ünvan 2alahova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar