Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6209/2020 18.11.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əliyev Elvin Əhəd oğlunun sədrliyi ilə, İddiaçı (ünvanı: ünvan 1 mənzil 12; ixtisası: Azərbaycan Milli Konservatoriyasının tələbəsi) iştirakı ilə, iddiaçı - İddiaçı cavabdeh - Təhsil Nazirliyinə 3-cü şəxs - Azərbaycan Milli Konservatoriyası qarşı “iddiaçının müvafiq elektron informasiya sistemində qeydiyyata alınması” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Təhsil Nazirliyinə qarşı Azərbaycan Respublikasinin Nazirlər Kabinetinin Sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərclərinin ödənilməsi barədə qanununa uyğun olaraq iddiaçının ailəsinin sosial baxımdan həssas ailə qrupuna aid olunması tələbinə dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin iş üzrə sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilərək cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdehin iddiaya qarşı münasibəti (etirazı) məhkəməyə daxil olmamışdır. xx.xx.2020-ci il tarixli məhkəmə iclasında Azərbaycan Milli Konservatoriyası 3-cü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. İş üzrə şifahi məhkəmə baxışı ilə bağlı iclas xx.xx.2020-ci il tarixə təyin olunmuşdur. Həmin tarixli məhkəmə iclasında iddiaçının “İddiaçı sosial baxımdan həssas əhali qrupuna aid edilən ailə üzvü kimi X1 sistemində qeydiyyata alınması öhdəliyinin cavabdeh Təhsil Nazirliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsi”nə dair iddianın dəqiqləşdirilməsi barədə ərizəsi icraata qəbul edilmişdir. Məhkəmə qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən öhdəliyin icrası haqqında iddia növünə aiddir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 8.1.1-ci maddəsinə əsasən daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu və daşınmaz əmlakın yerləşdiyi yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalıdır. Göründüyü kimi, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir. İddia ərizəsində bildirilmişdir ki, İddiaçı Azərbaycan Milli Konservatoriyasında ödənişli əsaslarla təhsil alır. Ailəsinin sosial durumu yaxşı olmadığından Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx xxxxx 2020-ci il tarixli 138 nömrəli Qərarına əsasən Azərbaycan Respublikası Təhsil Nazirliyinin rəsmi saytında “Sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərclərinin ödənilməsi sistemi” böləsinə müraciət etmişdir. X6 birinci qrup gözdən əlildir. X5 isə rəsmi olaraq xəstəbaxıcısı olduğuna görə işləmir. Təhsil Nazirliyi iddiaçının müraciətini təmin etməkdən imtina etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şifahi məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar olunmuş cavabdehin nümayəndəsi və 3-cü şəxsin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və iştirak etməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası İPM-in 62.3-cü maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfin izahatını dinləyərək, iddia ərizəsini və işin materiallarını araşdıraraq aşağıdakı əsaslara görə hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarından görünür ki, İddiaçı xx.xx.2001-ci il tarixdə Bakı şəhərində doğulmuşdur. İş materiallarından müəyyən edilir ki, İddiaçı Azərbaycan Milli Konservatoriyasında ödənişli əsaslarla təhsil alır. İş materiallarından görünür ki, iddiaçı hazırkı tələblə cavabdeh inzibati orqana elektron qaydada müraciət etmişdir. İş materiallarından görünür ki, Təhsil Nazirliyi iddiaçının elektron müraciətinə imtina cavabı verərək bildirmişdir ki, iddiaçının anası Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx xxxxx 2020-ci il tarixli 138 nömrəli Qərarının 1-ci bəndində nəzərdə tutulan sosial baxımdan həssas əhali qrupuna aid deyildir. Məhkəmə aşağıda qeyd edilənlərə əsaən hesab edir ki, cavabdehin imtinası əsassızdır və iddiaçının hüquqlarını pozur. Belə ki, iş materiallarından görünür ki, “e-sosial.az” elektron sistemdən çıxarışdan görünür ki, iddiaçının anası X2 Alt Sistemində işsiz kimi qeydiyyata alınmışdır. İş materiallarından görünr ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 11 saylı Zona Tibbi Sosial X4 əsasən iddiaçının X6 İ dərəcə əlilliyi olan şəxsdir. Göründüyü kimi, iddiaçının atasının İ dərəcə əlil olması, həmçinin anasının işsiz kimi qeydiyyatda olması iş materialları ilə öz təsdiqini tapmışdır. “Təhsil haqqında” Azərbaycan Respublikası Qanunun 14.8-ci maddəsinə əsasən təhsil müəssisəsində təhsil dövlət hesabına və (və ya) ödənişli əsaslarla həyata keçirilir. Həmin Qanunun 14.17-1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında fəaliyyət göstərən bütün təhsil müəssisələri “X3 Sistemi”nə qoşulmalıdırlar. “Sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərclərinin ödənilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 138 nömrəli Qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının təhsil müəssisələrində normativ təhsil müddətində ödənişli əsaslarla əyani təhsil alan (təkrar ali və orta ixtisas təhsili istisna olmaqla) və sosial baxımdan aşağıdakı həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin 2020-ci ildə tədris semestrləri (yarımillikləri) üçün təhsil haqqı xərcləri dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin: 1.1. ünvanlı dövlət sosial yardımı alanlar; 1.2. hər iki valideyni (tək valideyni olduqda isə həmin şəxs) və ya qanuni nümayəndələri aşağıdakı kateqoriyaların hər hansı birinə aid olanlar: 1.2.1. İ və İİ dərəcə əlilliyi olan şəxslər; 1.2.2. işsiz kimi qeydiyyatda olanlar; 1.2.3. yaşa görə əmək pensiyaçıları; 1.2.4. yaşa görə sosial müavinət alanlar. Həmin Qərarın 3-cü bəndinə əsasən Azərbaycan Respublikasının Təhsil Nazirliyi təhsil müəssisələri (tabeliyindən və mülkiyyət formasından asılı olmayaraq) tərəfindən təqdim edilən məlumatlar əsasında normativ təhsil müddətində ödənişli əsaslarla əyani təhsil alan və sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələri Azərbaycan Respublikası Təhsil Nazirliyinin “X3 Sistemi” vasitəsilə müəyyən edərək, bu Qərarın icrasını təmin etməlidirlər. Göstərilənlərə əsasən, məhkəmə belə qənaətə gəlir ki,iddiaçının tələbə olması, onun atasının İ dərəcə əlil olması, həmçinin anasının işsiz kimi qeydiyyatda olması iş materialları ilə öz təsdiqini tapdığından, iddiaçı sosial baxımdan həssas əhali qrupuna aiddir. Odur ki, hazırkı iddia əsaslıdır və təmin edilməlidir. İPM-in 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İPM-in 68.1-ci maddəsinin tələbinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilərək, İddiaçı sosial baxımdan həssas əhali qrupuna aid edilən ailə üzvü kimi X1 sistemində qeydiyyata alınması öhdəliyi cavabdeh Təhsil Nazirliyinin üzərinə qoyulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İPM-in 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia təmin edilir. İddiaçı sosial baxımdan həssas əhali qrupuna aid edilən ailə üzvü kimi X1 sistemində qeydiyyata alınması öhdəliyi cavabdeh Təhsil Nazirliyinin üzərinə qoyulur. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər. Hakim Elvin Əliyev
Məhkəmə qərarları › İş №2-1(112)-6209/2020
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-6209/2020
18.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver