Məhkəmə qərarları › İş №2-1(112)-621/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-621/2021

21.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-621/2021 21.04.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, İsmayılov Teymur Rauf oğlunun katibliyi, iddiaçı Həmzəyeva Elmira Məhəmmədovnanın (Zaqatala rayonu, Əliabad qəsəbəsində qeydiyyatdadır, ixtisası mühəndis) cаvаbdеhin nümayəndəsi Şükürova Arzu Elşad qızının (Abşeron rayonunda qeydiyyatdadır, ixtisası hüquqşünas, baş məsləhətçi vəzifəsində işləyir) iştirаkı ilə, iddiaçı Həmzəyeva Elmira Məhəmmədovnanın cavabdeh Təhsildə Keyfiyyət Təminatı Agentliyinə qarşı diplomun tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Həmzəyeva Elmira Məhəmmədovna cavabdeh Təhsildə Keyfiyyət Təminatı Agentliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçının adına verilmiş 106305 ******* nömrəli, 23.04.2019-cu il tarixli magistrdiplomun ölkə ərazisində tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 2019-cu ildə Rusiya Federasiyasında Tolyatti Dövlət Universitetininin magistratura pilləsini 44.04.01 “Pedaqoji təhsil (profil riyazi təhsil)” ixtisası üzrə bitirmişdir. Tədris forması – distant təhsil texnologiyalarının tətbiqi ilə yazışma olmuşdur.İddiaçı 12 avqust 2019-cu ildə diplomunun Azərbaycan Respublikasında tanınması üçün Nostrifikasiya və Akkreditasiya İdarəsinə elektron ərizə təqdim etmişdir. Lakin ona Azərbaycan Respublikasının dövlət sərhəddini daha çox keçməli olduğu bildirilərək rəsmi olaraq nostrifikasiyadan imtina edilmişdir.İddiaçı cavabdehin imtinasını qanunsuz hesab edir.İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikasının Təhsil Nazirliyinin Təhsildə Keyfiyyət Təminatı Agentliyinin nümayəndəsinin iddiaya dair etirazında qeyd edilmişdir ki, Agentlikdə iddiaçının sənədləri araşdırılarkən iddiaçının təqdim etdiyi diplomun Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13.05.2003-cü il tarixli, 64 nömrəli qərarı ilə təsdiq olunmuş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya) qaydaları”na uyğun gəlmədiyi müəyyən edilmişdir. Bununla əlaqədar ekspert rəyində qeyd edilmişdir ki, həmin iddiaçının təhsil aldığı təhsil müəssisəsinin normativi üzrə orada təhsil almaq üçün tələb olunan müddətin qarşılığında iddiaçı həmin ölkədə qısa müddət ərzində olmuşdur (İ il – gəlməyib; İİ il – akademik məzuniyyət; İİİ il – gəlməyib; İV il – 1 ay). Göründüyü kimi, iddiaçı təhsil aldığı dövr ərzində tədris prosesində 1 ay iştirak etmişdir. Qeyd edilən ali təhsil müəssisəsinin diplomunda normativ müddətin tələbinə faktiki riayət edilməmişdir və qısa müddət ərzində diploma əlavədə qeyd olunan tədris yükünü yerinə yetirmək qeyri-mümkündür.Cavabdeh göstərilənlərə əsasən iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək əlavə bildirmişdir ki, onun təhsili qiyabi formasında distant təhsil texnologiyalarının tətbiqi ilə olmuşdur ki, distant təhsil də “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanunun 13cü maddəsinə əsasən tanınır.İddiaçının ixtisası üzrə rus dilində müxtəlif məqalələri də dərc edilmişdir ki, bu da onun həqiqətən də ali təhsil almasını təsdiq edir.Həmçinin cavabdehin etirazda göstərdiyi “Milli Kvalifikasiya Çərçivəsinin 6-ci səviyyəsi tibb təhsili diplomu üçün nəzərdə tutulur.Halbuki iddiaçının təhsili tibb təhsili deyildir.İddiaçı İddiaçı çıxışının sonunda iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi A.Şükürova iddiaya dair etirazda göstərilənlərə uyğun izahat verərək, iddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə, proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanmış sənədləri tədqiq edərək hesab edir ki, iddia tələbi əsaslıdır. Belə ki, iş materiallarında olan: Ali Təhsil Federal Dövlət Büdcə Təhsil Müəssisəsi “Tolyatti Dövlət Universiteti” tərəfindən verilmiş 106305 ******* nömrəli, 30 aprel 2019-cu il tarixli diploma əsasən İddiaçı Məhəmmədovna “44.04.01 Pedaqoji təhsil hazırlıq istiqaməti” üzrə magistr proqramını öyrənmişdir və ona magistr ixtisası verilmişdir. Ali Təhsil Federal Dövlət Büdcə Təhsil Müəssisəsi “Tolyatti Dövlət Universiteti”nin 106305 ******* nömrəli, 30 aprel 2019-cu il tarixli magistr diplomunun əlavəsinə əsasən həmin universitetdə iddiaçının təhsil aldığı fənnlərin siyahısı və akademik saatların miqdarı göstərilmişdir. “Sərhədkeçmə məlumatlarının sorğulanması” haqqında sənədə əsasən iddiaçı 23.03.2019-cu ildən 25.04.2019-cu ilə qədər Rusiya Federasiyasının ərazisində olmuşdur. İddiaçının cavabdehə ünvanlanmış elektron müraciətində iddiaçı Ali Təhsil Federal Dövlət Büdcə Təhsil Müəssisəsi “Tolyatti Dövlət Universiteti” tərəfindən iddiaçıya 2019-cu ildə verilmiş diplomun ölkə ərazisində tanınmasını xahiş etmişdir. Cavabdehin iddiaçıya ünvanlanmış 30.01.2020-ci il tarixli məktubuna əsasən iddiaçının elektron müraciətinə elektron xidmət vasitəsilə cavab verilmişdir, məktuba əlavə edilmiş elektron cavaba əsasən iddiaçıya Ali Təhsil Federal Dövlət Büdcə Təhsil Müəssisəsi “Tolyatti Dövlət Universiteti” tərəfihndən verilmiş diplomun tanınmasından həmin ölkədə iddiaçının qısa müddətdə olması əsası ilə imtina edilmişdir. İddiaçı ilə Ali Təhsil Federal Dövlət Büdcə Təhsil Müəssisəsi “Tolyatti Dövlət Universiteti” arasında imzalanmış 05.02.2018-ci il tarixli “Ödənişli təhsil xidmətlərinin göstərilməsi haqqında” müqavilənin 1.4-cü bəndində iddiaçının həmin təhsil müəssisəsində magistr təhsili almasının forması kimi “qiyabi distant tədris texnologiyalarından istifadə etməklə” göstərilmişdir. Rusiya Federasiyası Təhsil və Elm Sahəsində Nəzarət Federal Xidmətinin 2300 nömrəli, 03 avqust 2016-cı il tarixli lisenziyasına,3012 nömrəli, 06.03.2019-cu il tarixli “Dövlət akkreditasiyası haqqında şəhadətnamə”yə əsasən iddiaçının təhsil aldığı Ali Təhsil Federal Dövlət Büdcə Təhsil Müəssisəsi “Tolyatti Dövlət Universiteti” iddiaçının magistr təhsili aldığı istiqamət üzrə ali təhsil vermə fəaliyyətinin göstərilməsi üçün müvafiq lisenziyaya malikdir və dövlət akkreditasiyasından keçmişdir. Azərbaycan Respublikası Təhsil Nazirliyinin 001779 və 001542 nömrəli şəhadətnamələrinə əsasən iddiaçı 09.06.2005-ci ildə Rusiya Federasiyasının Tolyatti Dövlət Universitetini bitirmiş, və ona mühəndis elektromexanik ixtisas dərəcəsi verilmişdir, həmin dövrdə iddiaçıya Rusiya Federasiyasının Tolyatti Dövlət Universitetinin verdiyi mütəxəssis diplomu Azərbaycan Respublikasında tanınmışdır Beləliklə, iş materiallarından görünür ki, iddiaçı 2005-ci ildə Rusiya Federasiyasının Tolyatti Dövlət Universitetini bitirmiş və ona mühəndis elektromexanik ixtisas dərəcəsinin verilməsi haqqında diplom Azərbaycan Respublikasında tanınmışdır, sonradan iddiaçı Rusiya Federasiyasının Ali Təhsil Federal Dövlət Büdcə Təhsil Müəssisəsi “Tolyatti Dövlət Universiteti”ndə “pedaqoji təhsil hazırlıq istiqaməti” üzrə magistr təhsilini almışdır və ona 106305 ******* nömrəli, 30 aprel 2019-cu il tarixli diplom verilmişdir. İddiaçı həmin diplomun tanınması barədə cavabdehə müraciət etsə də müraciəti Rusiya Federasiyasının ərazisində təhsil müddəti ərzində qısa müddətdə olması əsası ilə təmin edilməmişdir.Odur ki, iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır, 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir, İİ hissəsinə əsasən hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın, İİİ hissəsinə əsasən hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır, İV hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. İddiaçının iddiası ilə bağlı məhkəmə ilkin olaraq onu qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 148-ci maddəsinin 2-ci hissəsinə əsasən Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr Azərbaycan Respublikasının qanunvericilik sisteminin ayrılmaz tərkib hissəsidir. Azərbaycan Respublikası Konstitusiyanın 151-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının qanunvericilik sisteminə daxil olan normativ-hüquqi aktlar ilə (Azərbaycan Respublikası Konstitusiyası və referendumla qəbul edilən aktlar istisna olmaqla) Azərbaycan Respublikasının tərəfdar cıxdığı dövlətlərarası müqavilələr arasındakı ziddiyyət yaranarsa, həmin beynəlxalq müqavilələr tətbiq edilir. “Azərbaycan Respublikası Hökuməti və Rusiya Federasiyası Hökuməti arasında təhsil, elmi dərəcə və elmi adlar haqqında sənədlərin qarşılıqlı tanınması sahəsində əməkdaşlıq haqqında” Sazişin 6-cı maddəsinə əsasən dörd ildən az olmayan əyani təhsil alındıqdan sonra, müvafıq olaraq Azərbaycan Respublikası və Rusiya Federasiyasında verilən bakalavr dərəcəsinin alınmasını təsdiq edən ali ixtisas təhsilinin birinci pilləsi haqqında diplom və bakalavr dərəcəsinin alınmasını təsdiq edən ali peşə təhsili haqqında diplom, müvafiq olaraq Rusiya Federasiyasında və Azərbaycan Respublikasında tanınır və onların sahiblərinə Azərbaycan Respublikasının qanunvericiliyinə və Rusiya Federasiyasının qanunvericiliyinə əsasən və qəbul edən ali məktəbin tələblərinə uyğun olaraq magistr hazırlanma proqramı üzrə və mütəxəssis hazırlanma proqramı üzrə ali təhsillərini davam etdirmək hüququ verir. İşə qəbul zamanı bu diplomların sahiblərinin peşə hazırlığı həmin sənədlərdə göstərilmiş hazırlıq istiqaməti (ixtisası) və kvalifıkasiyaya uyğun olaraq tanınır, həmin Sazişin 9-cu maddəsinə əsasən altı ildən az olmayan əyani təhsil alındıqdan sonra, müvafiq olaraq Azərbaycan Respublikası və Rusiya Federasiyasında verilən magistr dərəcəsinin alınmasını təsdiq edən ali ixtisas təhsili haqqında diplom və magistr dərəcəsinin alınmasını təsdiq edən ali peşə təhsili haqqında diplom, müvafiq olaraq Rusiya Federasiyasında və Azərbaycan Respublikasında Azərbaycan Respublikasının qanunvericiliyinə və Rusiya Federasiyasının qanunvericiliyinə əsasən və qəbul edən ali təhsil müəssisəsinin, yaxud elmi müəssisənin tələblərinə uyğun olaraq təhsilin davam etdirilməsi zamanı tanınır. İşə qəbul zamanı bu diplomların sahiblərinin peşə hazırlığı həmin sənədlərdə göstərilmiş hazırlıq istiqaməti (ixtisası) və kvalifikasiyaya uyğun olaraq tanınır. Belə olan halda qeyd edilən dövlətlərarası sazişin tələblərinə əsasən iddiaçının iddia tələbində göstərilən ali magistr təhsili haqqında diplom Azərbaycan Respublikasının ərazisində tanınmalıdır, belə ki, iddiaçının magistr təhsili aldığı təhsil müəssisəsi lazımi lisenziyaya malikdir, akkreditasiyadan keçmişdir, iddiaçı da altı ildən az olmayan ali təhsil almışdır. Cavabdeh iddiaçının magistr ali təhsil haqqında diplomunun tanınmamasının əsası kimi iddiaçının təhsil müəssisəsinin yerləşdiyi Rusiya Federasiyasında qısa müddətdə olmasını göstərmişdir ki, məhkəmə bunu da əsassız hesab edir. Belə ki, iddiaçı ilə Ali Təhsil Federal Dövlət Büdcə Təhsil Müəssisəsi “Tolyatti Dövlət Universiteti” arasında bağlanmış “Ödənişli təhsil xidmətlərinin göstərilməsi haqqında” müqavilədə iddiaçının magistr təhsilini qiyabi şəkildə distant tədris texnologiyalarından istifadə etməklə alacağı razılaşdırılmışdır ki, belə olan halda iddiaçının təhsil alması üçün Azərbaycan Respublikasının ərazisindən kənara çıxması və Universitetin yerləşdiyi ölkəyə getməsi tələb olunmur. “İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən, inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyət; Həmin Qanunun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Məhkəmə onu da qeyd edir ki, cavabdeh iddiaçının magistr diplomunda və diploma əlavədə göstərilən məlumatların mötəbər olmamasını sübuta yetirməmişdir. Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 29 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş «Təhsildə X2 Nizamnaməsi”nin 1-1-ci bəndinə əsasən Təhsildə Keyfiyyət Təminatı Agentliyi (bundan sonra – Agentlik) mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq, Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrinin akkreditasiyası və xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası), xarici ölkələrdə verilən təhsil haqqında sənədlərin tanınması, habelə peşə təhsili üzrə qeyri-formal və informal təhsil formaları vasitəsilə əldə edilmiş bilik, bacarıq, səriştə və təcrübənin qiymətləndirilməsi və tanınması məqsədilə imtahan keçirilməsi və peşə ixtisasını təsdiq edən dövlət təhsil sənədinin verilməsi sahəsində (bundan sonra – müvafiq sahədə) fəaliyyət göstərən publik hüquqi şəxsdir. Həmin Nizamnamənin 2.2.2-ci bəndinə əsasən cavabdeh xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınmasını və ekvivalentliyinin müəyyən edilməsini (nostrifikasiyasını) həyata keçirir. Həmin Nizamnamənin 3.1.4-cü bəndinə əsasən xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) ilə bağlı ekspertizanı təşkil etmək cavabdehin vəzifələrinə aid edilmişdir. Аzərbаycаn Rеspublikаsının İnzibаti-Prоsеssuаl Məcəlləsinin 2.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia); Həmin Məcəllənin 34.1-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Həmin Məcəllənin 68.1. –ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə, toplanmış sübutlara məcmu qiymət verərək hesab edir ki, iddiaçının iddia tələbi əsaslı olduğu üçün təmin edilməli, iddiaçıya Ali Təhsil Federal Dövlət Büdcə Təhsil Müəssisəsi “Tolyatti Dövlət Universiteti” tərəfindən verilmiş 106305 ******* nömrəli, 30 aprel 2019-cu il tarixli magistr diplomunun Azərbaycan Respublikasında tanınması və ekvivalentliyi haqqında şəhadətnamənin verilməsi vəzifəsi cavabdehə həvalə edilməlidir. Аzərbаycаn Rеspublikаsının İnzibаti-Prоsеssuаl Məcəlləsinin 110.1-ci mаddəsinə əsаsən, prоsеssuаl хərclər ödənilmiş tələblərə münаsib оlаrаq işdə iştirаk еdən şəхslərə аid еdilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə -vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikasının İPM-nin 2, 34, 68, 69, 85, 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. İddiaçı İddiaçı Ali Təhsil Federal Dövlət Büdcə Təhsil Müəssisəsi “Tolyatti Dövlət Universiteti” tərəfindən verilmiş 106305 ******* nömrəli (qeydiyyat nömrəsi 415/9), 30 aprel 2019-cu il tarixli magistr diplomunun Azərbaycan Respublikasında tanınması və ekvivalentliyi haqqında şəhadətnamənin verilməsi vəzifəsi Təhsildə Keyfiyyət Təminatı Agentliyinə həvalə edilsin. Qərardan rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (ünvan: ünvan 2 Hakim Miminat Hacıbəyova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar