Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6211/2021 26.10.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Pərviz Aktiv oğlunun sədrliyi, məhkəmə iclas katibi Əhmədov Rəşad Əhməd oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Xətai Rayon Polis İdarəsinə qarşı (üçüncü şəxslər Məmmədova (Əliyeva) Gülnar Ağalar qızı, X8, X9) “qeydiyyatdan çıxarılma” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhəri Xətai Rayon Polis İdarəsinə qarşı (üçüncü şəxslər Məmmədova (Əliyeva) Gülnar Ağalar qızı, X8, X9) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin hərəkətini qanunsuz hesab edərək, 15.08.1984-cü il təvəllüdlü Əliyeva Gülnar Ağalar qızının və uşaqları 19.06.2013-cü il təvəllüdlü X4 və 15.08.2015-ci il təvəllüdlü X5 mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, Sarayevo küçəsi, 38 saylı evin 71 saylı mənzilindən qeydiyyatlarının ləğv olunması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ona məxsus ünvan 1 ünvanından Məmmədova (Əliyeva) Gülnar Ağalar qızının, X4 və X5 qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdeh Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil izahatında bildirdi ki, Bakı şəhəri, Xətai rayonu, Sarayevo küçəsi, 38 saylı evin 71 saylı mənzili iddiaçının mülkiyyətindədir. İddiaçının oğlu X7 29.02.2012-ci il tarixində Əliyeva Gülnar Ağalar qızı ilə rəsmi nikaha girməklə ailə qurmuşlar və iddiaçının mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, Sarayevo küçəsi, 38 saylı evin 71 saylı mənzilində yaşamağa başlamışlar. 2012-ci ilin sonlarında isə Əliyeva Gülnar Ağalar qızı iddiaçının mülkiyyətində olan həmin mənzilə qeydiyyata düşmüşdür. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-7439/2018 saylı, 24.09.2018-ci il tarixli qətnaməsi ilə Əliyeva Gülnar Ağalar qızı ilə X7 arasında bağlanmış 29.02.2012-ci il tarixli nikahın pozulması və uşaqları X4 və X5 analarının himayəsində qalmaları qət edilmişdir. Bundan sonra iddiaçının oğlu ilə Əliyeva Gülnar Ağalar qızı arasında ailə münasibətlərinə son qoyulmuşdur. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2895/2019 saylı, 04.09.2019-cu il tarixli qətnaməsi ilə Əliyeva Gülnar Ağalar qızının iddiaçının mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, Sarayevo küçəsi, 38 saylı evin 71 saylı mənzilindən əşyaları ilə birlikdə çıxarılması və mənzilin iddiaçıya təhvil verilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-2349/2020 saylı, 13.03.2020-ci il tarixli qətnaməsi ilə Xətai Rayon Məhkəməsinin 2(011)-2895/2019 saylı, 04.09.2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)- 5157/2020 saylı, 01.12.2020-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2 (103)-2349/2020 saylı, 13.03.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanmışdır. Məhkəmə qətnaməsi icra olunaraq, Əliyeva Gülnar Ağalar qızı əşyaları ilə birlikdə iddiaçının mülkiyyətində olan həmin mənzildən çıxarılmş və mənzil iddiaçıya təhvil verilmişdir. X12 Ağalar qızı hal-hazırda iddiaçının mənzilində pasport qeydiyyatında qalır və bu da mülkiyyətçi kimi iddiaçının hüquqlarını pozur. İddiaçı 03.04.2021-ci il tarixli ərizə ilə cavabdehə müraciət edərək, Əliyeva Gülnar Ağalar qızının və uşaqları X4 və X5 mülkiyyətində olan həmin mənzildən qeydiyyatdan çıxarılmalarını xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Polis İdarəsi iddiaçıya 08.04.2021-ci il tarixli imtina məktubu verərək, qeydiyyatdan çıxma barədə məhəmə qətnaməsi olarsa, bunun mümkün ola biləcəyini qeyd etmişdir. Ona görə də iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehə və üçüncü şəxslərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də, məhkəmə baxışı iclasına cavabdehin nümayəndəsi və üçüncü şəxslər gəlməmişlər. Cavabdeh məhkəməyə ərizə ilə müraciət edərək işə onların nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə şifahi məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsinin və üçüncü şəxslərin iştirakı olmadan baxılmasını və məhkəmə qərarının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Polis İdarəsi tərəfindən İddiaçı ünvanlanmış 08.04.2021-ci il tarixli məktubda qeyd edilir: Sizin 03.04.2021-ci il tarixində Xətai RPİ-nə ünvanladığınız müraciətinizə Qeydiyyat məsələləri bölməsində baxıldı. Müraciətinizdə, X1, X4 və X5 Xətai rayonu, Sarayevo küçəsi, ev 38, mənzil 71 ünvanından qeydiyyatdan çıxarılmasını xahiş etmisiniz. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun 9-cu maddəsinə əsasən müvafiq dövlət orqanı tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1. Yaşayış yerini dəyişdikdə yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq dövlət orqanının məlumatına əsasən; 2. Başqa ölkədə yaşayış yeri seçdikdə müvafiq dövlət orqanının məlumatına əsasən; 3. Öldükdə və ya məhkəmə qətnaməsi əsasında ölmüş elan edildikdə ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 4. Yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə - məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında. Qanunda göstərilən sənədlərdən hər hansı birini təqdim etdiyiniz halda keçmiş sakinlərin qeydiyyatdan çıxarılma məsələsi müsbət həll oluna bilər. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışın notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, Sarayevo küçəsi, 38 saylı evin 71 saylı mənzilinə xüsusi mülkiyyət hüququ (tam) İddiaçı adına 04.10.2012-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli 15.02.2021-ci il tarixli arayışın surətindən görünür ki, X3 (15.08.1984), X8 (15.08.2015), X9 (19.06.2013) ünvan 1 ünvanında qeydiyyatdadırlar. İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-7439/2018 saylı 24.09.2018-ci il tarixli qətnaməsinin təsdiq edilmiş surətindən görünür ki, Əliyeva Gülnar Ağalar qızının cavabdeh X6 qarşı nikahın pozulması və aliment tələbinə dair iddiası təmin edilmiş, Əliyeva (Məmmədova) Gülnar Ağalar qızı ilə X7 arasında 29 fevral 2012-ci il tarixdə Bakı şəhəri Binəqədi rayonu qeydiyyat şöbəsində 218 nömrəli akt qeydi ilə rəsmiləşdirilmiş nikahın pozulması, 19.06.2013-cü il təvəllüdlü X4 və 15.08.2015-ci il təvəllüdlü X5 anaları Əliyeva Gülnar Ağalar qızının yanında qalmaları, 19.06.2013-cü il təvəllüdlü X4 və 15.08.2015-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün X2 20.08.2018-ci il tarixdən başlayaraq, hər ay hər uşağa görə 154 manat məbləğində olmaqla 308 manat məbləğində sabit pul şəklində alimentin tutularaq Əliyeva Gülnar Ağalar qızına ödənilməsi qət edilmişdir. Qətnamə 25.10.2018-ci il tarixdə qanuni qüvvəyə minmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)- 5157/2020 saylı 01.12.2020-ci il tarixli qərarından görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2895/2019 saylı 04.09.2019-cu il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, Sarayevo küçəsində yerləşən 38 saylı evin 71 saylı mənzilin, cavabdeh Əliyeva Gülnar Ağalar qızı həmin mənzildən əşyaları ilə birlikdə çıxarılmaqla, iddiaçıya təhvil verilməsi, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2349/2020 saylı 13.03.2020-ci il tarixli qətnaməsi ilə G.Əliyevanın apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2895/2019 saylı 04.09.2019-cu il tarixli qətnaməsi onun apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-5157/2020 saylı 01.12.2020-ci il tarixli qərarı ilə cavabdeh Əliyeva Gülnar Ağalar qızının kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2349/2020 saylı 13.03.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış 24.05.2021-ci il tarixli **********27 nömrəli məktubdan görünür ki, ünvan 1 ünvanı üzərində sorğuda qeyd olunan şəxslərin istifadə hüquqlarının qeydiyyata alınmasına dair məlumat aşkar edilməmişdir (Əliyeva (Məmmədova) Gülnar Ağalar qızı, X8, X9). İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış 24.05.2021-ci il tarixli **********30 nömrəli məktubdan görünür ki, ünvan 1 ünvanı hazırda İddiaçı mülkiyyətindədir. Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinə əsasən mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur; 29-cu maddəsinin İ və İİ bəndlərinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 1 nömrəli protkolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 27.1-ci maddəsinə əsasən fıziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır; 27.2-ci maddəsinə əsasən on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır; 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur; 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın; 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun: 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır; 2-ci maddəsinə əsasən şəxsin yaşayış yeri - tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür; 5-ci maddəsinin 2-ci hissəsinə əsasən yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməlidir; 9-cu maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə - yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə - müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) ömürlük azadlıqdan məhrum edildikdə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə - ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə - məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 sentyabr 2020-ci il Qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Məhkəmə tərəfindən müəyyən edildi ki, Bakı şəhəri, Xətai rayonu, Sarayevo küçəsi, 38 saylı evin 71 saylı mənzili İddiaçı xüsusi mülkiyyətindədir. Əliyeva Gülnar Ağalar qızı iddiaçının oğlu X7 ilə rəsmi nikah münasibətlərində olmuş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-7439/2018 saylı 24.09.2018-ci il tarixli qətnaməsinə əsasən Əliyeva (Məmmədova) Gülnar Ağalar qızı ilə X7 arasında olan nikah pozulmuş, 19.06.2013-cü il təvəllüdlü X4 və 15.08.2015-ci il təvəllüdlü X5 anaları Əliyeva Gülnar Ağalar qızının yanında qalmaları qət edilmişdir və həmin qətnamə 25.10.2018-ci il tarixdə qanuni qüvvəyə minmişdir. Həmçinin Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2895/2019 saylı 04.09.2019-cu il tarixli qətnaməsinə əsasən İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, Sarayevo küçəsində yerləşən 38 saylı evin 71 saylı mənzilin, cavabdeh Əliyeva Gülnar Ağalar qızı həmin mənzildən əşyaları ilə birlikdə çıxarılmaqla, İddiaçı təhvil verilməsi qət edilmişdir və həmin qətnamə yuxarı instansiya məhkəmələri tərəfindən dəyişdirilmədən saxlanılmışdır. Göründüyü kimi, qanuni qüvvəyə minmiş məhkəmə qətnamələrinə əsasən X4 və X5 yaşayış yeri anaları Məmmədova (Əliyeva) Gülnar Ağalar qızının yaşayış yeri müəyyən edilmişdir və Məmmədova (Əliyeva) Gülnar Ağalar qızının Bakı şəhəri, Xətai rayonu, Sarayevo küçəsində yerləşən 38 saylı evin 71 saylı mənzilindən əşyaları ilə birlikdə çıxarılmaqla, həmin mənzilin İddiaçı təhvil verilməsi qət edilmişdir. Hazırda üçüncü şəxslər həmin mənzildə qeydiyyatda olsalar da, orada yaşamırlar. Mənzildə qeydiyyatda olan üçüncü şəxslər yaşayış yerini dəyişmələrinə baxmayaraq, mənzildən qeydiyyatdan çıxmamışlar. Üçüncü şəxslər iddiaçıya məxsus mənzildə formal qeydiyyatdadırlar, hazırda faktiki olaraq həmin ünvanda yaşamırlar, daimi yaşamaq üçün başqa ünvana köçmüşlər. Həmçinin üçüncü şəxslərin mübahisələndirilən ünvana istifadə hüquqları qeydiyyata alınmamışdır. Məhkəmə qeyd edir ki, üçüncü şəxslər iddiaçının mülkiyyətində olan mənzildə formal olaraq qeydiyyatda qalmışlar və bu, iddiaçının mülkiyyət hüququnu məhdudlaşdırır. Bu səbəbdən də cavabdehin imtinası əsassızdır və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Bu baxımdan məhkəmə hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsində göstərilir ki, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 34.1, 52, 58, 68, 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanından Məmmədova (Əliyeva) Gülnar Ağalar qızının, X5 və X4 qeydiyyatdan çıxarılması öhdəliyi cavabdeh Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin üzərinə qoyulsun. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Pərviz Hüseynov
Məhkəmə qərarları › İş №2-1(112)-6211/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-6211/2021
26.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver