Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6212/2025 13.03.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, məhkəmə iclas katibi İbazadə Aytən Əhəd qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X2 və Uçotun Təşkili Baş İdarəsinə qarşı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarın ləğv edilməsi” iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İ. Mübahisəli hüququn qısa xülasəsi
1. İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X2 və Uçotun Təşkili Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X2 və Uçotun Təşkili Baş İdarəsi tərəfindən qəbul edilmiş “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2024-cü il tarixli **********9626 nömrəli qərarın ləğv ediməsini xahiş etmişdir.
2. Tələb onunla əsaslandırılmışdır ki, cavabdeh tərəfindən “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulnasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2024-cü tarixli **********9626 saylı qərar qəbul edilmiş və həmin qərar ilə 1000 manat məbləğində vergi məsuliyyətinə cəlb edilmişdir. Aşağıda qeyd olunanlara əsasən cavabdeh vergi orqanı tərəfindən qəbul edilmiş qərar qanunsuz və əsassız hesab edir: İlk öncə nəzərinizə çatdırır ki, qərar prosessual pozuntular ilə qəbul edilmişdir. X2nə əsas olmadan qərar qəbul edilmişdir. Belə ki, Vergi Məcəlləsinin 50.2-ci maddəsində X2nin həyata keçirilməsi ücün əsaslar aşağıdakılardır: a) vergi orqanı tərəfindən keçirilən səyyar vergi yoxlaması zamanı aşkar edilmiş faktlar; b) vergi orqanları tərəfindən mənbəyi bəlli mənbələrdən əldə etdikləri məlumatlar; c) vergi ödəyicisi tərəfindən vergi qanunvericiliyinin pozulması hallarının aradan qaldırılması barədə vergi orqanlarının tələblərini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə; d) vergi orqanlarının bu Məcəllənin 50.1-ci maddədə göstərilən məsələlər barədə qanunvericiliyin sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslər tərəfindən pozulması barədə kifayət qədər əsası olduqda; e) vergi ödəyicisi riskli vergi ödəyicisi olduğu halda. X2nin həyata keçirilməsi üçün əsaslar qərarda mənbəyi bəlli olan mənbələrdən əldə etdikləri məlumatlar və müşahidələr nəticəsində müəyyən edilən nöqsanlar qeyd olunmuş lakin mənbəyi bəlli olan məlumatın məlum olmaması qərarın əsassız olmasının sübutudur. Belə ki, qərarda obyektdə müşahidə zamanı aşkar olunmuş mənbəyi bəlli olan məlumata istinad olunur. Hesab edir müşahidə aktlaşdırılmadan, daha doğrusu sənədləşdirilməyən müşahidə mənbəyi bəlli olan məlumat olaraq qəbul edilməsi qanunsuz və əsazsızdır. Bundan başqa hesab edir Vergi Məcəlləsində qeyd olunan mənbəyi bəlli mənbələr ifadəsi müşahidə ola bilməz və həmçinin bu vergi orqanının özü tərəfindən aparılan müşahidəyi nəzərdə tutmur. Hər bir halda vergi orqanı tərəfindən bununla bağlı bir sənəd də təqdim edilməmiş və mənbəyi məlum olan sənədin olması da məlum deyildir. Hesab edir inzibati orqan hər bir halda qərarını əsaslandırmalıdır. Lakin qeyd olunan qərarda əsaslar qeyri müəyyəndir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 61-ci maddəsinə əsasən yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. Əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən, istinad olunan qanunlar və digər normativ-hüquqi aktlar göstərilməlidir. Vergi Məcəlləsinin 24.1.2-ci maddəsinə əsasən vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləmək və müdafiə etmək vergi orqanlarının vəzifəsidir. X2 zamanı video çəkiliş aparılmamışdır. Dövlət vergi orqanları tərəfindən X2 tədbirlərinin həyata keçirilməsi haqqında qaydaların 1.14-cü maddəsinə əsasən nəzarət tədbirləri zamanı zərurət yarandıqda, foto və video çəkilişdən istifadə olunmalıdır. Bu məqsədlə vergi ödəyicisindən və ya onun səlahiyyətli nümayəndəsindən iltizam alınmalıdır. Vergi ödəyicisi və ya onun səlahiyyətli nümayəndəsi belə iltizamı verməkdən imtina etdikdə, çəkilişin aparılmaması barədə vergi nəzarətini həyata keçirən vergi orqanının əməkdaşları tərəfindən vergi ödəyicisinin və ya onun səlahiyyətli nümayəndəsinin iştirakı ilə sərbəst formada akt tərtib edilir. Lakin, tədbir zamanı yuxarda qeyd olunan qaydaların tələbləri gözlənilməmiş. Bundan başqa İnzibati Prosessual Məcəlləsinin 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. İşin halları ilə bağlı ilk öncə bildirir ki, X2 zamanı NKA-dan istifadə edilmiş və müvafiq çek vergi işçilərinə təqdim edilmişdir. Belə ki, akt tərtib olunan yəni xx.xx.2024-cü il tarix saat 15:00 radələrində sahibkarlıq fəaliyyəti ilə məşqul olduğu obyektə sonradan ona məlum olan vergi işçiləri daxil oldu və 15 manat dəyərində ipone 13 pro telefonu üçün kablo və 10 manat dəyərinə adapter seçdilər. Daha sonra mal alan vergi işçisi tərəfindən 25 manat ödəniş təqdim olundu, lakin qısa müddət sonra pul vahidi dəyişdirilərək 100 manat təqdim olunmuşdur ki, tərəfindən artıq satış kassaya mədaxil edilmişdir. Bu qanunsuz yoxlama ilə bağlı vergi orqanına xx.xx.2024-cü il tarixdə məktubla müraciət edərək bu haqda məlumat vermişdir və nəzərə alınmasını xahiş etmişdir. Lakin, haqqında məsuliyyət qərarı qəbul edildi. Tərtib olunan xx.xx.2024-cü il tarixli aktdan göründüyü kimi, alınan mallar vergi işçiləri tərəfindən alınmışdır, lakin aktda müştəri tərəfindən alınmış mala görə geyd olunmuşdur. Bundan başqa həmin akta ödəniş həm 25 manat həmdə 100 manat qeyd olunmuşdur. Lakin, yuxarda qeyd olunan qanunsuz akt araşdırılmadan Vergi Məcəlləsinin müvafiq maddəsi əsas gətirilərək məsuliyyətə cəlb edilmişdir. Yuxarda qeyd olunanlara əsaslanaraq, hesab edir qərar qanunsuz və əsassızdır. Prosessual pozuntular ilə qəbul edilən qərar hər bir halda qanunsuzdur və ləğv olunmalıdır. Bu fakt vergi orqanı tərəfindən onun üzərinə qoyulmuş vəzifənin tələblərinə əməl olunmadığını təsdiq edir. Belə ki, İnzibati icraat haqqında qanunun 67-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. İnzibati Prosessual Məcəlləsinin 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Vergi Məcəlləsinin 36.2-cimaddəsinə əsasən vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəlişəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. Vergi Məcəlləsinin 3-cü maddəsinə əsasən vergilər iqtisadi cəhətdən əsaslandırılmalı və hər kəsin konstitusiya hüquqlarının və azadlıqlarının həyata keçirilməsinə maneçilik törədən vergilərin müəyyən edilməsinə yol verilmir. Həmin Məcəllənin 53.3-cü maddəsinə əsasən vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Vergi Məcəlləsinin 3.8-ci maddəsinin tələblərinə görə heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. Hamçinin qeyd edilən Məcəllənin 3.11-ci Vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları, vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. Qeyd edilən məcəllənin 54.0.2-ci maddəsinin tələbinə görə vergi qanunvericiliyi ilə bağlı hüquqpozuntusunda şəxsin təqsirinin olmaması Vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb olunması istisna edən hallardan biridir.
3. Cavabdehin iddiaya yazılı etirazında qeyd edilmişdir ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X2 və Uçotun Təşkili Baş İdarəsinin xx.xx.2024-cü il tarixli **********4303 nömrəli “X2nin həyata keçirilməsi haqqında” Qərarına əsasən iddiaçının fəaliyyət göstərdiyi ünvan 1 ünvanında yerləşən telefon satışı mağazasında X2 tədbiri keçirilmiş, əhali ilə pul hesablaşmalarına əməl edilməsi vəziyyəti yoxlanılmış və nöqsan aşkar edilərək nəticəsi xx.xx.2024-cü il tarixli DVX seriyalı 044866 nömrəli aktla rəsmiləşdirilmişdir. İddiaçı X2nin keçirilməsi haqqında qərar və çıxarışla tanış olmuş, aktın bir nüsxəsini qəbul etsə də, heç bir səbəb göstərmədən aktı imzalamaqdan imtina etmişdir. Vergi ödəyicisi tərəfindən Vergi Məcəlləsinin 58.7.1-ci maddəsində göstərilən pozuntuya təqvim ili ərzində birinci dəfə yol verildiyi müəyyən olunmuşdur. Tərtib edilmiş akt əsasında Bakı şəhəri Operativ Nəzarəti və Uçotun təşkili Baş İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixli **********9626 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərar qəbul olunaraq vergi ödəyicisinə 1000 (bir min) manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Qeyd olunan Qərar və “Vergi borcunun, faizlərin, maliyyə sanksiyalarının məbləğlərinin, inzibati cərimələrin ödənilməsi, habelə aşkar edilmiş pozuntuların aradan qaldırılması barədə” Tələbnamənin surətləri xx.xx.2024-cü il tarixli **********682600 nömrəli məktubla vergi ödəyicisinin vergi uçotu haqqında sənədlərində sonuncu ünvan kimi qeyd olunmuş ünvana və elektron qutusuna göndərilmişdir. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, "X2 zamanı NKA-dan istifadə edilmiş və müvafiq çek vergi işçilərinə təqdim edilmişdir." Pozuntunun yaranmasına səbəb nəzarət-kassa aparatının istifadə edilməməsi olmamışdır. Belə ki, xx.xx.2024-cü il tarixdə saat 14:50-də ünvan 1 ünvanında yerləşən iddiaçıya məxsus telefon satışı mağazasında keçirilən X2 zamanı müştəri tərəfindən 1 ədəd İphone 13 üçün kabro və 1 ədəd adapter başlığının alışı həyata keçirilmiş və bunların cəmi 25 manat (15 manat kabro, 10 manat adapter başlığı) etmişdir. Müştəri tərəfindən tam olaraq 100 manat verilmişdir ki, məhsulun dəyəri olan 25 manat ödənilsin. Obyektdə olan işçi tərəfindən 100 manat götürülərək həmin məbləğdən manat ödəniş kimi qəbul edilmiş, 75 manat qalıq qaytarılmış və məhsulun çeki müştəriyə təqdim edilmişdir. Lakin təqdim edilən nəzarətkassa aparatının çekində qalıq qaytarılan 75 manatın əks etdirilmədiyi müəyyən olunmuşdur. Bununla da Vergi Məcəlləsinin 50.8.11-ci maddəsinin tələbləri pozulmuşdur. Vergi Məcəlləsinin 50.8-ci maddəsinə əsasən nəzarət-kassa aparatının çeklərində aşağıdakı məlumatlar olmalıdır: 50.8.1. vergi ödəyicisinin adı; 50.8.2. VÖEN; 50.8.3. çekin vurulmasının tarixi və saatı; 50.8.4. təsərrüfat subyektinin (obyektinin) adı, vergi orqanındakı uçot kodu və yerləşdiyi ünvan; 50.8.5. malın və ya xidmətin (işin) adı, ölçü vahidi, miqdarı, bir vahidinin qiyməti və yekun məbləğ (o cümlədən ƏDV-nin və ya sadələşdirilmiş verginin dərəcəsi və məbləği); 50.8.6. cari növbə ərzində vurulmuş çeklərin sayı və çekin nömrəsi; 50.8.7. nəzarət-kassa aparatının markası və zavod nömrəsi. 50.8.8. nəzarət-kassa aparatının fiskal rejiminin nişanı (əlaməti). 50.8.9. malın sürətli məlumat kodu (X4); 50.8.10. ödənilmiş məbləğ; 50.8.10-1.avans (beh) ödənişi çekində avans (beh) üzrə ödənilmiş məbləğ; 50.8.11. müştəriyə qaytarılan məbləğ (malın və ya xidmətin (işin) dəyərindən artıq ödənilən hissə üzrə); 50.8.12. nisyə satış zamanı ödəniləcək məbləğ (qalıq borc); 50.8.13. ödənişin forması və üsulu (nağd, nağdsız, bonus, hədiyyə kartı); 50.8.14. çekin növü (satış, geri qaytarma, ləğvetmə, avans (beh) ödənişi, nisyə satış üzrə ödəniş); 50.8.15. nəzarət mexanizmi qurğusunun qeydiyyat nömrəsi; 50.8.16. geri qaytarma, ləğv etmə və satış (avans üzrə) çeklərində həmin çeklərlə bağlı olan müvafiq çeklər üzrə fiskal əlamətlərdə təsvir olunan simvollar (unikal identifikator); 50.8.17. nisyə satış üzrə ödəniş çekində nisyə satış üzrə ödəniləcək məbləğin və ödəniş üzrə ardıcıllığın nömrəsi, habelə satış (nisyə) çeki üzrə fiskal əlamətlərdə təsvir olunan simvollar (unikal identifikator); 50.8.18. yanacaq doldurma məntəqələri tərəfindən vergi ödəyicilərinə yanacaq kartı (talon) əsasında təqdim edilən yanacağa görə satış çekində alıcının nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanı. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, "Akt tərtib olunan vaxt, yəni xx.xx.2024-cü il tarix saat 15:00 radələrində sahibkarlıq fəaliyyəti ilə məşğul olduğum obyektə sonradan mənə məlum olan vergi işçiləri daxil oldu və 15 manat dəyərində iphone 13 pro telefonu üçün kablo və 10 manat dəyərinə adapter seçdilər. Daha sonra mal alan vergi işçisi tərəfindən 25 manat ödəniş təqdim olundu, lakin qısa müddət sonra pul vahidi dəyişdirilərək 100 manat təqdim olundu ki, tərəfimizdən artıq satış kassaya mədaxil edilmişdir." Yuxarıda qeyd olunanların əksinə bildiririk ki, iddiaçı yoxlama zamanı özünün aşkar edilmiş qanun pozuntusuna haqq qazandırmaq üçün etirafedici ifadələr işlətmiş (başqa mağazalarda da belə halların olduğunu, lakin onlara cərimə yazılmadığını bildirmişdir) və iddiaçının dedikləri yoxlama zamanı aparılan video görüntülərdə qeydə alınmışdır (video görüntülər disk şəklində iş materiallarına əlavə olunur). Lakin hazırda iddiaçı iddia ərizəsində həqiqətə uyğun olmayan, yoxlama zamanı söylədikləri ilə ziddiyyət təşkil edən məlumatlar verərək məhkəmə tərəfindən ədalətli qərarın qəbul edilməsinə mane olmağa çalışır. Göründüyü kimi X2 tədbiri hər hansı prosessual pozuntuya yol verilmədən, Azərbaycan Respublikasının Vergi Məcəlləsinin tələblərinə uyğun formada həyata keçirilmişdir. Vergi Məcəlləsinin 23.1.1-ci maddəsinə əsasən vergi orqanlarının bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada X2ni keçirmək hüququ vardır. Həmin Məcəllənin 24.1.1-ci və 24.1.2-ci maddələrinə görə vergi orqanları vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə borcludur. Həmin Məcəllənin 50.1.3-cü maddəsinə əsasən əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunmasına nəzarət X2 zamanı həyata keçirilir. Həmin Məcəllənin 50.3-cü maddəsinə əsasən X2 vergi orqanının əsaslandırılmış qərarına əsasən həyata keçirilir. Həmin qərarda vergi ödəyicilərinin yerləşdiyi ərazi, habelə X2 ilə əhatə olunmalı olan məsələ (məsələlər), X2nin müddəti və X2ni həyata keçirən vergi orqanının vəzifəli şəxsi (şəxsləri) göstərilir. Həmin Məcəllənin 50.6-cı maddəsinə əsasən X2nin nəticələri üzrə vergi orqanının vəzifəli şəxsləri tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada akt tərtib edilir. X2 tədbirlərinin keçirilməsi zamanı bu Məcəllənin 39-43-cü və 46-49-cu maddələrinin müddəaları tətbiq edilir. Həmin Məcəllənin 58.7-ci maddəsinin müddəalarına əsasən vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan şəxslərlə (əhali ilə) pul hesablaşmalarının aparılması qaydalarının pozulmasına, yəni vergi orqanlarında qeydiyyatdan keçirilməmiş və ya texniki tələblərə cavab verməyən nəzarət-kassa aparatlarından istifadə etməklə əhali ilə pul hesablaşmalarının aparılmasına qaydalarının pozulmasına görə vergi ödəyicisinə təqvim ili ərzində belə hallara birinci dəfə yol verildikdə 1000 manat məbləğində, təqvim ili ərzində belə hallara ikinci dəfə yol verildikdə 3000 manat məbləğində və təqvim ili ərzində belə hallara üç və daha çox dəfə yol verildikdə 6000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir. Eyni zamanda bildiririk ki, “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulnasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2024-cü tarixli **********9626 saylı qərarın ləğv edilməsi ilə bağlı iddianın qaldırılması üçün qanunvericilikdə müəyyən edilmiş prosessual müddət iddiaçı tərəfindən ötürülmüşdür. Belə ki, “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulnasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2024-cü tarixli **********9626 saylı qərar xx.xx.2024-cü il tarixli **********682600 nömrəli bildirişlə xx.xx.2024-cü il tarixdə iddiaçının elektron kabinetinə göndərilmiş və xx.xx.2024-cü il tarixdə saat 22:42:08-da iddiaçı tərəfindən oxunmuşdur. İddiaçı isə sözügedən qərarın ləğv edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə xx.xx.2025-ci il tarixdə müraciət etmişdir. Məlum olduğu kimi, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli 5 nömrəli qərarında qeyd edilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Eyni zamanda, adıçəkilən Plenum qərarının 9-cu bəndində qeyd edilmişdir ki, məhkəmələr tərəfindən İnzibati-Prosessual Məcəllədə nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Vergi Məcəlləsinin 70.2-1ci maddəsinə əsasən sənədlər (onların surətləri) vergi orqanı tərəfindən poçt rabitəsi vasitəsilə vergi ödəyicisi olan hüquqi şəxsin dövlət qeydiyyatı haqqında sənədlərində və ya vergi ödəyicisi olan fiziki şəxsin uçot sənədlərində sonuncu ünvan kimi qeyd olunmuş ünvanına göndərildikdə - poçta təqdim edildiyi gündən 5 iş günü keçdikdən sonra, elektron üsulla göndərilmiş inzibati akt isə göndərildiyi gündən 3 iş günü keçdikdən sonra maraqlı şəxsə təqdim olunmuş sayılır. Vergi Məcəlləsinin 70.2-1-ci maddəsinə əsasən sənədlər (onların surətləri) vergi orqanı tərəfindən vergi ödəyicisinə aşağıdakı formalardan birinə uyğun göndərildikdə (verildikdə), lazımi qaydada çatdırılmış sayılır: (70.2-1.1.) vergi ödəyicisinə (onun səlahiyyətli nümayəndəsinə) şəxsən verildikdə – şəxsən verildiyi gün; (70.2-1.2.) poçt rabitəsi vasitəsilə vergi ödəyicisi olan hüquqi şəxsin dövlət qeydiyyatı haqqında sənədlərində və ya vergi ödəyicisi olan fiziki şəxsin uçot sənədlərində sonuncu ünvan kimi qeyd olunmuş ünvanına göndərildikdə – poçta təqdim edildiyi gündən 5 iş günü keçdikdən sonra; (70.2-1.3.) elektron üsulla elektron kabinetinə göndərildikdə – elektron üsulla göndərildiyi gündən 3 iş günü keçdikdən sonra. (70.2-2.) Sənədlər (onların surətləri) bu Məcəllənin 70.2-1.1-ci maddəsinə əsasən şəxsən verildikdə, vergi ödəyicisinə (onun səlahiyyətli nümayəndəsinə) verilmə tarixini təsdiq edən üsulla təqdim edilir. Həmin Məcəllənin 70.3-cü maddəsinə əsasən vergi hesablamalarına dair sənədlərin və ya vergi qanunvericiliyinə əsasən tərtib edilən digər sənədlər öz məzmununa və mahiyyətinə görə vergi qanunvericiliyinə uyğun gəlirsə və vergi hesablanılan və ya bu sənədlərin aid olduğu şəxs hamı üçün aydın şəkildə göstərilmişdirsə, həmin sənədlər etibarsız və ya prosessual pozuntularla tərtib edilmiş sayıla bilməz: Yuxarıda sadalanan hallar iddiaçı tərəfindən iddianın qaldırılması üçün qanunvericilikdə müəyyən edilmiş prosessual müddətin ötürülməsi faktını təsdiqləyir. İnzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılıq. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olub-olmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddi-hüquqi tələbinin olubolmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün ilkin şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunun məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlayır. Bu baxımdan mübahisələndirmə haqqında iddianın mümkün sayılması üçün: 1. Mübahisə inzibati məhkəmələrin səlahiyyətinə aid olmalı; 2. Əlverişsiz inzibati akt olmalı; 3. İddia qanunla nəzərdə tutulmuş müddətdə verilməli; 4. İddiaçının hüquqlarının pozulması əsaslandırılmalı; 5. Qanunla tələb olunduqda digər əlavə şərtlərə əməl olunmalıdır. Həmçinin qeyd etmək istəyirik ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “T.İdrisovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məkəməsinin İnzibati- İqtisadi Kollegiyasının xx.xx.2014-cü il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2015-ci il tarixli Qərarına əsasən, mübahisələndirmə haqqında iddia ümümi mümkünlük şərtləri ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İPMin 38.1-ci maddəsi) əməl olunmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Yuxarıda göstərilənlərə əsasən vergi orqanının hüquq və vəzifələrini icra edərək iddia ərizəsinə münasibət bildirilməklə sadalanan faktlara və hüquq normalarına əsaslanaraq məhkəmədən İddiaçı iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilir.
4. Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarışa əsasən, AZ1005, ünvan 2 ünvanında yerləşən telefon satışı mağazasında cavabdeh tərəfindən Vergi Məcəlləsinin 50.2.2-ci maddəsinə əsasən X2 təyin edilmişdir.
5. xx.xx.2024-cü il tarixli **********4303 nömrəli X2nin həyata keçirilməsi haqqında İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X2 və Uçotun Təşkili Baş İdarəsinin qərarında qeyd edilmişdir ki, VÖEN: ********** üzrə İddiaçı aid AZ1005, Bakı şəhəri, Səbail rayonu, Yusif Məmmədəliyev ev 19 yerləşən telefon satışı mağazasında nağd pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması məsələsi üzrə xx.xx.2024 il tarixdən – xx.xx.2024-cü il tarixədək (xx.xx.2024-ci il tarixi daxili olmaqla) X2nin aparılmasına dair qərar qəbul edilmişdir.
6. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X2 və Uçotun Təşkili Baş İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli 044866 nömrəli əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması vəziyyəti haqqında akta qeyd edilmişdir ki, VÖEN: ********** üzrə İddiaçı aid AZ1005, ünvan 2 yerləşən telefon satışı mağazasında xx.xx.2024-cü il tarixdə saat 14:50-də OVN-i zamanı müştəri tərəfindən 1 ədəd İphone 13 üçün kabro və 1 ədəd adapter başlığının cəmi 25 manat etmişdir. Müştəri tərəfindən 100 manat ödənildi, 25 manat ödənildi çeki edildi. Aparılmış araşdırma zamanı NKA çeki veriləndə, çekə baxış zamanı Çekin VM-nin 50.8.11-ci maddəsinin tələblərinə cavab vermir. Belə ki, geri qaytarılmış 75 manat NKA çekində əks olunmamışdır.
7. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X2 və Uçotun Təşkili Baş İdarəsinin tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli **********9626 nömrəli vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulnasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarda qeyd edilmişdir ki, vergi ödəyicisi İddiaçı barəsində Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.7-ci maddəsinə əsasən əhali ilə pul hesablaşmalarının aparılması qaydalarının pozulması təqvim ili ərzində birinci dəfə yol verdiyinə görə 1000 manat məbləğində vergi məsuliyyətinə cəlb edilməsi haqqında qərar qəbul edilmişdir.
8. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək iddia tələbinin təmin edilməsini xahiş etdi.
9. Məhkəmənın şifahi məhkəmə dinləməsi zamanı (məhkəmə baxış iclası) iştirak edən cavabdehin nümayəndəsi mübahisələndirilən qərarın məzmununa uyğun izahat verməklə onun iddianın təmin olunmamasını xahiş etdi.
İİ. İddianın növü və mümkünlüyü
10. İPM-in 2.2.1-ci maddəsinə görə şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
11. Məhkəmə ilk növbədə qeyd edir ki, mübahisələndirilən qərar inzibati aktdır.
12. “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Bu normaya görə inzibati akt hakimiyyət tədbiri olmaqla aşağıdakı əlamətləri ilə səciyyələnir - inzibati orqan tərəfindən qəbul edilməli; ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmalı; ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaratmalı; qanunvericilikdə nəzərdə tutulmuş formalardan birinə uyğun olmalıdır. Beləliklə, inzibati akt hüquqi nəticələr yaradır, yəni ünvanlandığı hüquqi və ya fiziki şəxsin (şəxslərin) hüquqi vəziyyətini dəyişdirir, onun üzərinə vəzifə və öhdəliklər qoyur və ya ona bu və ya digər hüququn həyata keçirilməsinə şərait yaradır, bununla da hüquq münasibətlərinin formalaşması, mövcud münasibətlərin dəyişdirilməsi və ya onlara xitam verilməsinin faktiki əsası kimi çıxış edir (“Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında" Azərbaycan Respublikasının 2016-cı il 30 dekabr tarixli 474VQ №-li Qanununun tətbiqi ilə bağlı vergi ödəyicilərinin şəxsi hesab vərəqələrində əməliyyatların edilməsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 13 avqust 2020-ci il tarixli Qərardadı, №02, 24-cü bənd).
13. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 05 nömrəli Qərarına əsasən: İnzibati orqan tərəfindən qəbul edilmiş istənilən aktı inzibati akt hesab etmək olmaz. “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsində təsbit edildiyi kimi, qəbul edilmiş akt yalnız o, zaman inzibati akt kimi qiymətləndirilə bilər ki, o inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədi və hakimiyyət səlahiyyətlərinin tətbiqi ilə əlaqədar qəbul edilsin və ünvanlandığı şəxslər üçün müəyyən hüquqi nəticələr yaratsın. 14.1. İnzibati aktlar hüquqi status yaratmaq, dəyişdirmək və ya xitam vermək xüsusiyyətinə malikdirlər. 14.2. İnzibati orqanın daxili fəaliyyətinin həyata keçirilməsi nəticəsində qəbul edilmiş və xaricə münasibətdə hər hansı təsir gücünə malik olmayan idarədaxili aktlar inzibati akt hesab edilmədiyindən onların mübahisələndirilməsinə dair iddialar mümkün sayılmamalıdır.
14. Mübahisələndirilən qərar (inzibati akt) iddiaçıya münasibətdə hüquqi nəticə yaradır, iddia mümkündür.
İV. Məhkəmənin mövqeyi
15. Cavabdeh iddianın mümkün sayılmaması barədə təqdim etdiyi etiraza münasibətdə məhkəmə qeyd edir ki, mübahisələndirilən xx.xx.2024-cü tarixli **********9626 nömrəli nömrəli inzibati akt iddiaçıya Vergi Məcəlləsi ilə müəyyən olunmuş qaydada çatdırılmamışdır.
16. Azərbaycan Respublikası Vergi Məcəlləsinin: 49.4 Vergi orqanının qərarının surəti və tələbnamə vergi ödəyicisinə və ya onun nümayəndəsinə verilmə tarixini təsdiq edən üsulla təqdim edilir. Vergi ödəyicisi və ya onun nümayəndəsinin bilərəkdən hərəkətləri nəticəsində vergi orqanının qərarının surəti və (və ya) tələbnaməsi ona təqdim oluna bilinmirsə, bu sənədlər (sənəd) onların (onun) sifarişli məktubla alınması günündən təqdim edilmiş hesab edilir.
17. Lakin iş materiallarında xx.xx.2024-cü tarixli inzibati aktın göstərilən qaydada çatdırılmasına dair hər hansı sübut yoxdur.
18. İddia tələbi “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında xx.xx.2024-cü tarixli **********9626 nömrəli qərarın ləğv edilməsidir.
19. Azərbaycan Respublikası Vergi Məcəlləsinin: 23.1. Vergi orqanlarının hüquqları aşağıdakılardır: 23.1.1. bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, X2ni keçirmək; 23.1.2. vergi ödəyicilərində bütün maliyyə sənədlərini, mühasibat kitablarını, hesabatları, smetaları, nağd vəsaitləri, qiymətli kağızları və başqa qiymətliləri, bəyannamələri və vergilərin hesablanması və ödənilməsi ilə bağlı olan digər sənədləri, o cümlədən bu Məcəllənin 16.1.6-cı maddəsində nəzərdə tutulmuş məlumat və sənədləri qanunvericiliklə müəyyən edilmiş qaydada yoxlamaq, yoxlamaların keçirilməsi zamanı yoxlamaya aid olan məsələlərlə bağlı vergi ödəyicilərindən və ya onun vəzifəli şəxslərindən lazımi izahatlar, arayışlar və məlumat almaq, habelə mühasibat uçotu elektron formatda aparıldığı halda vergi ödəyicisinin özünün, filiallarının və digər struktur bölmələrinin elektron daşıyıcılarındakı məlumatlarının verilməsini, həmin məlumatlara, habelə kommunal və rabitə xidmətləri göstərən vergi ödəyiciləri tərəfindən abunəçilər üzrə göstərilən və vergilərin hesablanmasına əsas verən xidmətlərin müddəti, həcmi, dəyəri, ödənişləri və digər iqtisadi göstəricilərini hesablayan və özündə əks etdirən, digər xidmət təminatçıları ilə qarşılıqlı hesablaşmaların aparılması üçün məlumatları saxlayan sistemlərə birbaşa və ya məsafədən çıxış imkanının yaradılmasını tələb etmək; 50.1. X2 sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin və ya əmtəə-material ehtiyatlarının saxlanılması ilə bağlı olan anbar, ticarət və bu qəbildən olan digər binalarında (ərazilərində) (yaşayış binaları (sahələri) istisna olmaqla), nəqliyyat vasitələrində (sahibkarlıq fəaliyyəti üçün istifadə edilməyən şəxsi nəqliyyat vasitələri istisna olmaqla) həyata keçirilən vergi nəzarəti formasıdır. 50.1.3-cü maddəsinə əsasən vergi orqanları əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunmasına nəzarət edilməsi məsələləri üzrə X2ni həyata keçirirlər. 50.4-cü maddəsinə əsasən X2ni həyata keçirən vergi orqanının vəzifəli şəxsi nəzarətə başladıqdan sonra bu Məcəllənin 50.3-cü maddəsində nəzərdə tutulmuş vergi orqanının qərarını vergi ödəyicisinə dərhal təqdim etməlidir. 50.8. Nəzarət-kassa aparatının çeklərində aşağıdakı məlumatlar olmalıdır: 50.8.11. müştəriyə qaytarılan məbləğ (malın və ya xidmətin (işin) dəyərindən artıq ödənilən hissə üzrə); 58.7-ci maddəsinə əsasən bu Məcəllənin 13.2.63-cü maddəsində nəzərdə tutulmuş ticarət fəaliyyətinin həyata keçirilməsi halı istisna olmaqla, vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan şəxslərlə (əhali ilə) pul hesablaşmalarının aparılması qaydalarının pozulmasına, yəni nəzarət-kassa aparatları və ya ciddi hesabat blankları tətbiq edilmədən (nəzarət-kassa aparatları quraşdırılmadan, qanunvericiliklə müəyyən edilmiş formalara uyğun ciddi hesabat blankları olmadan və ya nağd ödənilmiş məbləği mədaxil etmədən), vergi orqanlarında qeydiyyatdan keçirilməmiş və ya texniki tələblərə cavab verməyən, o cümlədən bu Məcəllənin 50.8-ci maddəsində sadalanan tələblərə cavab verməyən çek təqdim edən nəzarət-kassa aparatlarından istifadə etməklə, qanunvericiliklə müəyyən olunmuş ciddi hesabat blanklarından istifadə etmədən və ya müəyyən olunmuş qaydada təsdiq olunmuş formalara uyğun olmayan ciddi hesabat blanklarından istifadə etməklə əhali ilə pul hesablaşmalarının aparılmasına, POS-terminalların quraşdırılması məcburi olan obyektlərdə POS-terminalların quraşdırılmaması və POS-terminallar quraşdırılmış obyektlərdə nağdsız ödənişlərin qəbulundan imtina edilməsinə və ya alıcıya təqdim edilməli olan çekin, bankların valyuta mübadilə şöbələri tərəfindən müştəriyə təqdim edilməli olan bank çıxarışlarının və ya digər ciddi hesabat blanklarının verilməməsinə və ya ödənilmiş məbləğdən aşağı məbləğ göstərilməklə verilməsinə, nəzarət-kassa aparatlarından istifadə edilməsi dayandırıldıqda əhali ilə pul hesablaşmalarının qeydiyyatının aparılması qaydalarının pozulmasına görə vergi ödəyicisinə: 58.7.1-ci maddəsinə əsasən təqvim ili ərzində belə hallara birinci dəfə yol verildikdə 1000 manat məbləğində; 58.7.2-ci maddəsinə görə təqvim ili ərzində belə hallara ikinci dəfə yol verildikdə 3000 manat məbləğində; 58.7.3-cü maddəsinə əsasən təqvim ili ərzində belə hallara üç və daha çox dəfə yol verildikdə 6000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir.
20. Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarışa əsasən, ünvan 2, fəaliyyət növü telefon satışı mağazası VÖEN:********** üzrə İddiaçı məxsus ünvanda cavabdeh tərəfindən X2nin təyinatı üçün əsas olaraq Vergi Məcəlləsinin 50.2.2-ci maddəsinə əsasən vergi orqanları tərəfindən mənbəyi bəlli mənbələrdən əldə etdikləri məlumatlar qeyd edilmişdir. Odur ki, məhkəmə X2nin təyin edilməsi zamanı vergi orqanı tərəfindən hüquqlarından sui-istifadə halını müəyyən etmir.
21. Məhkəmə araşdırılması nəticəsində müəyyən edildi ki, xx.xx.2024-cü il tarixdə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X2 və Uçotun Təşkili Baş İdarəsi tərəfindən vergi ödəyicisi olan İddiaçı aid ünvan 2 ünvanında yerləşən telefon satışı mağazasında nağd pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması məsələsi üzrə X2 həyata keçirilmişdir. Keçirilən həmin X2 zamanı vergi ödəyicisi İddiaçı aid obyektdə xx.xx.2024-cü il tarixdə saat 14:50-də müştəri tərəfindən 1 ədəd İphone 13 üçün kabro və 1 ədəd adapter başlığının alışı həyata keçirilmiş və cəmi 25 manat (15 manat kabro, 10 manat adapter başlığı) təşkil etmişdir. Müştəri tərəfindən 100 manat verilmişdir ki, məhsulun dəyəri olan 25 manat ödənilsin. Obyektdə olan işçi tərəfindən 100 manat götürülərək həmin məbləğdən 25 manat ödəniş kimi qəbul edilmiş, 75 manat qalıq qaytarılmış və məhsulun çeki müştəriyə təqdim edilmişdir. Lakin təqdim edilən nəzarətkassa aparatının çekində Vergi Məcəlləsinin 50.8.11-ci maddəsinin tələbləri pozularaq qalıq qaytarılan 75 manatın əks etdirilmədiyi müəyyən olunmuşdur.
22. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, sonradan ona məlum olan vergi işçisi tərəfindən 25 manat ödəniş təqdim edilmiş, lakin qısa müddət sonra pul vahidi dəyişdirilərək 100 manat təqdim edilmişdir ki, tərəfindən artıq satış kassaya mədaxil edilmişdir.
23. Bununla bağlı məhkəmə qeyd edir ki, iddiaçının iddia ərizəsində, həmçinin məhkəmə iclasında verdiyi izahatı öz təsdiqini tapmamışdır. Qeyd edilən halı sübut edən video görüntüsü qeydə alınmamışdır.
24. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 31 may 2020-ci il tarixli, **********516100 nömrəli əmri ilə təsdiq edilmiş Dövlət vergi orqanları tərəfindən X2 tədbirlərinin həyata keçirilməsi Qaydaları müəyyən edilmişdir. Qaydaların:
7. Əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması məsələsi üzrə X2nin həyata keçirilməsi 7.3. Vergi ödəyicisinə məxsus obyektdə əhali ilə pul hesablaşmalarının aparılması zamanı nəzarət-kassa aparatından və ya ciddi hesabat blanklarından, sərnişindaşıma xidməti göstərən nəqliyyat vasitələrində taksometrdən və ya ciddi hesabat blanklarından istifadə edilib-edilməməsi müəyyənləşdirilir. 7.4. NKA-nın çeklərində vergi ödəyicisinin adının, VÖEN-inin, çekin vurulması tarixinin və saatının, təsərrüfat subyektinin (subyektlərinin) adı, vergi orqanındakı uçot kodu və yerləşdiyi ünvan, malın və xidmətin (işin) adının, ölçü vahidinin, miqdarının, bir vahidinin qiymətinin, yekun məbləğin, nəzarət-kassa aparatının fiskal rejiminin nişanının (əlamətinin), malın sürətli məlumat kodunun (X5), gün ərzində vurulmuş çeklərin sayının və nömrəsinin, nəzarət-kassa aparatının markasının və zavod nömrəsinin, ödənilmiş məbləğin, müştəriyə qaytarılan məbləğin (malın dəyərindən artıq ödənilən hissə üzrə), nisyə satış zamanı ödəniləcək məbləğin (qalıq borcun), ödənişin forması və üsulunun (nağd və ya nağdsız, avans (beh), nisyə, bonus, hədiyyə kartı və digər bu kimi ödəmələr), çekin növünün (satış, geri qaytarma və ya ləğvetmə), nəzarət mexanizmi qurğusunun qeydiyyat nömrəsinin, geri qaytarma çekində satış çeki üzrə fiskal əlamətlərdə təsvir olunan simvolların əks etdirilməsi araşdırılır və hər hansı məlumatın NKA-nın fiskal yaddaşına daxil edilməməsi aşkar edildikdə, həmin məlumatların fiskal yaddaşa daxil edilməsinin vergi ödəyicisinə tövsiyə edilməsi barədə nəzarətin nəticələrinə dair tərtib edilən aktda qeydiyyat aparılır. 7.15. Əhali ilə pul hesablaşmaları zamanı nəzarət-kassa aparatından istifadə olunmadığı aşkar edildikdə, nəzarət qaydasında mal alışının həyata keçirilməsi zamanı alınmış mal və ödənilmiş nağd pul məbləği barədə vergi ödəyicisi məlumatlandırıldıqdan sonra, onun və ya səlahiyyətli nümayəndənin iştirakı ilə nəzarət-kassa aparatından operativ yaddaşın “X” (bundan sonra “X”) hesabatı alınır, nəzarət-kassa aparatına mədaxil edilməmiş məbləğ bərpa edilir və yenidən “X” hesabatı alınaraq, həmin sənədlər nəzarətin nəticələri barədə tərtib olunan akta əlavə edilir və bu barədə həmin aktda qeydlər aparılır. 7.16. Əhali ilə pul hesablaşmaları zamanı ciddi hesabat blanklarından istifadə olunmadığı aşkar edildikdə, ödənilmiş məbləğ vergi ödəyicisinin istifadə etdiyi və qanunvericiliyə müvafiq qaydada çap edilmiş ciddi hesabat blankı ilə, üzərində “Bərpa edilmişdir” qeydi edilməklə rəsmiləşdirilir və həmin blankın müştəriyə verilməli hissəsi nəzarətin nəticələri barədə bu Qaydalara uyğun olaraq tərtib olunan akta əlavə edilir və bu barədə həmin aktda qeydlər aparılır.
25. Məhkəmə hesab edir ki, cavabdeh orqan tərəfindən keçirilmiş X2 tədbiri zamanı əhali ilə pul hesablaşmalarının aparılması qaydalarının pozulması faktı müəyyən edilmişdir və bu barədə müvafiq akt tərtib edilmişdir. Odur ki, X2 tədbiri nəticəsində cavabdeh tərəfindən qərarın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu sübut edilmişdir.
26. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.
27. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
28. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İddia rədd edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
Hakim Ləman Musayeva