Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-622/2025 08.05.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, X3 kаtibliyi, İddiaçı və iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı "Bakı şəhəri, Suraxanı rayonu, Hövsan bağ massivindəki 4 və 6 saylı bağ sahələrinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq, ona bu barədə çıxarış verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: TƏSVİRİ HİSSƏSİ I. Mübahisənin predmeti
1. İddiaçı Bakı İnzibati Məhkəməsində cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia qaldıraraq “Bakı şəhəri, Suraxanı rayonu, Hövsan bağ massivindəki 4 və 6 saylı bağ sahələrinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq, ona bu barədə çıxarış verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması”ni xahiş etmişdir.
2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan bağ massivindəki 4 və 6 saylı bağ sahələri iddiaçıya ayrılmışdır. İddiaçı həmin bağ sahələrinə mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınıb çıxarış verilməsi üçün müvafiq sənədlərlə cavabdeh inzibati orqana müraciət etsə də, müraciəti təmin edilməmişdir. İddiaçı cavabdehin imtinasını əsassız və qanunsuz hesab edərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.
3. Cаvаbdеh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47ci maddəsinə uyğun qaydada iddiaya dair etirazını təqdim edərək bildirmişdir ki, iddiaçı müvafiq tələblə ********** nömrəli, xx.xx.2023-cü il tarixdə 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmiş, iddiaçıya **********94 nömrəli, xx.xx.2023-cü il tarixli “Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə” bildiriş ünvanlanmışdır. Sərəncamın icrası ilə əlaqədar aparılan araşdırma zamanı məlum olmuşdur ki, 1 saylı Bakı Ərazi İdarəsinə təqdim edilmiş “Gəmitəmirçisi” bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısında İddiaçı aşkar olunmayıb. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 48.2-ci maddəsini rəhbər tutaraq məhkəmədən iddia tələbinin təmin olunmaması xahiş edilmişdir.
İİ. İddianın növü və mümkünlüyü
4. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin
- 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. - 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. - 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.
5. Hazırda iddiaçının- öhdəliyin icrası növündə olan- iddiası ümumi və xüsusi mümkünlük şərtlərinə cavab verir. Belə ki, iddiaçı cavabdehə müraciət etmiş və ona imtina edilmiş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur.
6. Azərbaycan Rеspublikаsının İPM-nin 62.3-ci mаddəsinə əsаsən iştirаkı оlmаdаn işə bахılmаsının və iş üzrə qərаr qəbul еdilməsinin mümkünlüyü bаrədə хəbərdаr еdilmiş cavabdeh məhkəmə bахışınа öz nümаyəndəsini göndərməmiş, bunun səbəblərini məhkəməyə bildirməmişdir. Оdur ki, məhkəmə işə cavabdehin nümayəndəsinin iştirаkı оlmаdаn bахmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə məhkəmə iclasında iştirak edən şəxslərin izahat və çıxışlarını dinləyərək, iş üzrə toplanılmış sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi təmin edilməlidir.
İİİ. Tədqiq edilmiş sənədlər
Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən iddiaçıya xx.xx.2023-cü il tarixli, 3-21-3-30/2- 41694/2023 **********94 nömrəli imtina məktubu ünvanlanmışdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli məktubu ilə bildirilmişdir ki, İddiaçı adına “Gəmitəmirçisi” bağçılıq yoldaşlıq birliyi nəzdində Bakı şəhəri, Suraxanı rayonu, Hövsan bağ massivində yerləşən 4 və 6 saylı bağ sahələrinin ayrılmasına dair sənəd (üzvlük kitabçası, protokoldan çıxarış və s.) arxiv qovluğunda aşkar edlməmişdir. Sorğunun icrası ilə əlaqədar olaraq “Gəmitəmirçisi” bağçılığına aid üzvlərin siyahısının, eləcə də arxiv qovluğunda mövcud olan əlavə yerləşmə sxeminin (66 nəfərdən ibarət b/y üzvlərinə ayrılmış bağ sahələrinə aid yerləşmə sxemi) təsdiq edilmiş surəti məhkəməyə təqdim edilmişdir. Azərbaycan Dövlət Xəzər X5 Dəniz Gəmi Təmiri İstehsalat Birliyi tərəfindən İddiaçı xx.xx.2004-cü il tarixdə verilmiş “Gəmitəmirçisi” Bağçılıq Yoldaşlıq Cəmiyyətinin üzvlük biletinə əsasən, İddiaçı “Gəmitəmirçisi” Bağçılıq Yoldaşlıq Cəmiyyətinin üzvüdür, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan bağ massivində yerləşən B-4-6 saylı 0,10 hektar yer verilmişdir. “Gəmitəmiri” İB-nin Bakı şəhəri Hövsan qəsəbəsindəki Bağçılıq sahəsi üzvlərinin 4 nömrəli 09 fevral 2003-cü il tarixli protokolundan görünür ki, ərizə və alqı-satqı müqaviləsi əsasında B-4 və B-6 saylı sahələr X2 adına qeydə alınmışdır. “Gəmitəmiri” İB-nin Bakı şəhəri Hövsan qəsəbəsindəki Bağçılıq sahəsi üzvlərinin 4 nömrəli 09 fevral 2003-cü il tarixli protokolundan görünür ki, ərizə və alqı-satqı müqaviləsi əsasında B-4 və B-6 saylı sahələr X2 adına qeydə alınmışdır. “X4 və Ekspertiza Mərkəzi” MMC tərəfindən 51 nöməli 23 fevral 2024-cü il tarixli məktubu ilə göndərilmiş mütəxəssis rəyində bildirilmişdir ki, İddiaçı ayrıldığı iddia etdiyi Azərbaycan Dövlət Xəzər X5 Dəniz Gəmi Təmiri İstehsalat Birliyi “Gəmitəmirçisi” Bağçılıq Yoldaşlıq Cəmiyyətinin xx.xx.2004-cü il tarixli üzvlük biletinə əsasən Bakı şəhəri, Suraxanı rayonu, Hövsan bağ massivində yerləşən 4 və 6 saylı bağ sahələri Dövlət mülkiyyətinə aid olmaqla yaşayış məntəqələrinin torpaqlarına aiddir, koordinatları rəyə əlavə edilmiş ortofoto görüntüsündə qeyd edilir, tikililərin mövqeyində hər hansı uyğunsuzluq yoxdur, 4 saylı bağ sahəsi 0,555 ha, 6 saylı bağ sahəsi isə 0,520 ha təşkil edir və hər iki bağ torpaq sahəsi bağların sxematik xəritəsinin hüdudları daxilində yerləşir. İddia olunan bağ sahələri digər bağ sahəsi ilə üst-üstə düşmür. Məktuba torpaq sahəsinin yerləşmə cizgisi əlavə edilmişdir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli 3-21-3-30/2-44875/2024 **********75 nömrəli məktubu ilə təqdim etdiyi mütəxəssis rəyində qeyd edilmişdir ki, göstərilən torpaq sahəsi (bağ sahəsi) sənəd üzrə 0.1 ha olsa da, faktiki olaraq hasardaxili 0.1062 ha təşkil edir (sahə hasarla iki hissəyə ayrılıb). Ümumi sahə üzərində bir ədəd ikimərtəbəli yaşayış evi, bir ədəd natamam yaşayış evi və köməkçi (həyət tikililəri) tikililər mövcuddur. Faktiki olaraq göstərilən torpaq sahəsinin koordinatlarını və yerləşmə vəziyyətini əks etdirən sxem əlavə olundu. İdarənin arxiv məlumatlarına əsasən bağçılıq-yoldaşlıq təsərrüfatı üzvlərinin siyahısında İddiaçı adı aşkar edilməmişdir. Vahid elektron kadastr baza məlumatlarına əsasən idarənin arxiv qovluğunda mövcud olan bağçılıq-yoldaşlığın bölgü sxemi sözügedən bağ sahəsinin yerləşdiyi ayrıc aktının bölgüsü deyil. Göstərilən sahə qonşu bağ sahələrinin nömrə ardıcılığına uyğun gəlir. Tikililərin dövlət qeydiyyatı barədə məlumat yoxdur. Həyət tikilisinin bir hissəsi əlavə istifadə olunan torpaq sahəsinə düşür. Vahid elektron kadastr baza məlumatlarına əsasən idarənin arxiv qovluğunda mövcud olan bağçılıq-yoldaşlığın bölgü sxemi sözügedən bağ sahəsinin yerləşdiyi ayrıc aktının bölgüsü deyil. Göstərilən sahə qonşu bağ sahələrinin nömrə ardıcılığına uyğun gəlir. Tikililərin dövlət qeydiyyatı barədə məlumat yoxdur. Həyət tikilisinin bir hissəsi əlavə istifadə olunan torpaq sahəsinə düşür.Mütəxəssis rəyinə əlavə edilmiş cizgidən görünür ki, iddiaçıya məxsus bağ sahələri, üç tərəfdən qonşu bağ sahələri ilə, bir tərəfdən isə ümumi istifadəsində olan yol ilə əhatə olunmuşdur.
ƏSASLANDİRMA HİSSƏSİ
İV. Məhkəmənin mövqeyi
7. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir.
8. «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununa əsasən: -9. Vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. -10.Həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Kollektiv bağlar özəlləşdirilərkən torpaq sahəsi bağçılığın hər üzvünün mülkiyyətinə verilir. Dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların torpaqları hər bir icarəçinin, kooperativ bağların torpaqları hər bir kooperativ üzvünün mülkiyyətinə verilir. Bağ sahələrinin torpaqları özəlləşdirilərkən onların üzərindəki tikililər, ağaclar və digər obyektlər əvəzsiz olaraq bağ sahiblərinin xüsusi mülkiyyətinə keçir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaq ayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir.
9. Azərbaycan Respublikası Mülki Məcəlləsinə əsasən:
- 139.1. mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. - 139-1.1. daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış;
13. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən:
- 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. - 8.0. daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıqyoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış;.. -10.2. Qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plancizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. Qanunun qeyd edilən normanın məzmunundan görünür ki, hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan birinin olması kifayətdir. Bu normanın mətninə və məzmununa görə, Qanunun 8-ci maddəsində təsbit olunmuş əsaslardan (sənədlərdən) hər hansı biri təqdim olunduqda, qeydiyyat orqanı əlavə olaraq əsaslardan (sənədlərdən) başqa birinin də təqdim olunmasını tələb etməyə haqlı deyil.
14. Azərbaycan Respublikası İqtisadiyyat Nazirinin 28 oktyabr 2021-ci il tarixli F-144 nömrəli əmri ilə təsdiq edilmiş “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin Nizamnaməsi”nə əsasən:
3.1. “Bu Nizamnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq DƏDKR-in vəzifələri aşağıdakılardır: 3.1.2. dövlət reyestrini tərtib etmək və aparmaq, hüquqların dövlət qeydiyyatını həyata keçirmək, o cümlədən dövlət reyestrində təminat qeydini aparmaq, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsinin və başqasına keçməsinin dövlət qeydiyyatının rəsmiləşdirilməsi məqsədilə dövlət reyestrindən elektron üsulla təqdim olunan çıxarış vermək; 3.1.16. daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri (texniki pasport və torpaq sahəsinin planı və ölçüsünü) tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün yerquruluşu planlarını hazırlamaq; 3.1.22. daşınmaz əmlakla bağlı inventarlaşdırma işləri və texniki sənədlərin tərtibi, daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı və daşınmaz əmlakın kadastr məqsədləri üçün mərzçəkmə işlərini özəl hüquqi və fiziki şəxslərin həyata keçirməsini təşkil etmək və “Uyğunluğun qiymətləndirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq akkreditə olunmuş qurum qismində bu fəaliyyəti həyata keçirən özəl hüquqi və fiziki şəxslərin (kadastr mühəndislərinin) uyğunluğunun qiymətləndirilməsini həyata keçirmək.
İşin faktiki hallarına əsasən iddiaçı “Gəmitəmirçisi” bağçılıq yoldaşlıgının üzv qəbul edilmiş, ona B-4 və B-6 nömrəli bağ sahələri ayrılmışdır, bu barədə bağçının üzvlük kitabçası və “Gəmitəmirçisi” Bağçılıq Yoldaşlığının idarə heyətinin 09 fevral 2003-cü il tarixli protokoldan çıxarış mövcuddur. Beləliklə işin araşdırılan hallarından müəyyən olunur ki, mübahisələndirilən bağ sahələri qanuni əsaslarla İddiaçı istifadəsində olmuşdur və həmin bağ sahələrinə dair mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün qanunvericiliklə müəyyən olunmuş əsaslar mövcuddur. Cavabdeh mülkiyyət hüquqlarının mövcudluğunu təsdiq edən sənədlərin mötəbərsizliyi sübuta yetirə bilməmişdir. İşdə olan sənədlər: “Gəmitəmirçisi” Bağçılıq yoldaşlığının üzv olmasına dair üzvlük kitabçası və Cəmiyyətinin idarə heyətinin ümumi yığıncağının 09 fevral 2003-cü il tarixli protokolu İddiaçı Bakı şəhəri, Suraxanı rayonu, Hövsan bağ massivindəki 4 və 6 saylı bağ sahələrinə dair hüquqlarını təsdiq edir. Bundan əlavə məhkəmənin hazırki iş üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli Qərardadı ilə aşağıdakı suallar göstərilməklə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir - İddiaçı ayrıldığı iddia etdiyi Azərbaycan Dövlət Xəzər X5 Dəniz Gəmi Təmiri İstehsalat Birliyi “Gəmitəmirçisi” Bağçılıq Yoldaşlıq Cəmiyyətinin xx.xx.2004-cü il tarixli üzvlük biletinə əsasən Bakı şəhəri, Suraxanı rayonu, Hövsan bağ massivində yerləşən 4 və 6 saylı bağ sahələrinin hüquqi statusu (təyinatı), konfiqurasiyası, koordinatlarının sənəd üzrə və faktiki naturada yerləşmə vəziyyəti, tikililərin mövqeyində hər hansı uyğunsuzluğun və sahə fərqinin olub-olmaması, bağların sxematik xəritəsinə olub-olmaması, uyğunluq olmadığı halda nədən ibarət olması müəyyən edilsin, - İddia olunan bağ sahələrinin digər bağ sahəsi ilə üst-üstə düşməsi, əgər üst-üstə düşmə mövcuddursa, həmin halın nədən ibarət olması müəyyən edilsin. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 15 aprel 2025-ci il tarixli 10/1324 nömrəli ekspert rəyinin nəticə hissəsində qeyd edilmişdir ki, göstərilən torpaq sahəsi (bağ sahəsi) sənəd üzrə 0.1 ha olsa da, faktiki olaraq hasardaxili 0.1062 ha təşkil edir (sahə hasarla iki hissəyə ayrılıb) Umumi sahe Üzərində bir ədəd ikimərtəbəli yaşayış evi, bir ədəd natamam yaşayış evi və köməkçi (həyət tikililəri) tikililər mövcuddur. Faktiki olaraq göstərilən torpaq sahesinin koordinatianını və yerləşmə vəziyyətini əks etdirən sxem əlavə olundu. İdarənin arxiv məlumatlarına əsasən bağçılıq-yoldaşlıq təsərrüfatı üzvlərinin siyahısında İddiaçı adı aşkar edilməmişdir. Vahid elektron kadastr baza məlumatlarına əsasən idarənin arxiv qovluğunda mövcud olan bağçılıq-yoldaşlığın bölgü sxemi sözügedən bağ sahəsinin yerləşdiyi ayrıc aktının bölgüsü deyil. Göstərilən sahə qonşu bağ sahələrinin nömrə ardıcılığına uyğun gəlir. Tikililərin dövlət qeydiyyatı barədə məlumat yoxdur. Həyət tikilisinin bir hissəsi əlavə istifade olunan torpaq sahəsinə düşür. Yuxarıda qeyd olunduğu kimi vahid elektron kadastr baza melumatlarına əsasən idarənin arxiv qovluğunda mövcud olan bağçılıq-yoldaşlığın bölgü sxemi sözügedən bağ sahəsinin yerləşdiyi ayrıc aktının bölgüsü deyil. Göstərilən sahə qonşu bağ sahələrinin nömrə ardıcılığına uyğun gəlir. Tikililərin dövlət qeydiyyatı barədə məlumat yoxdur. Həyət tikilisinin bir hissəsi əlavə istifadə olunan torpaq sahəsinə düşür. Beləliklə cavabdeh inzibati orqanın imtinanın əsası kimi istinad etdiyi və etirazda qeyd etdiyi dəlillər əsassızdır. Belə ki, iddiaçının hazırda üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasını tələb etdiyi torpaq sahəsi ona qanuni əsaslarla ayrılmışdır.
15. Hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi halları isə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsində sadalanmışdır. - 15.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edə bilər: 15.1.1.dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2.hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3.hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4.daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5.daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6.bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.
15. Cavabdeh qeyd edilən əsasların mövcud olmasına dair halları məhkəməyə bildirməmişdir. Bundan əlavə qeyd edilməlidir ki, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmamış, iddiaçının xeyrinə olan halları müəyyən etməkdən yayınmışdır.
16. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun
- 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. - 15.2-ci maddəsinə əsasən qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. - 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. - 19.2-ci maddəsinə əsasən təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. - 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. - 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. - 24.3-cü maddəsinə əsasən inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. - 24.4-cü maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Cavabdeh inzibati orqan “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun 24-cü maddəsi ilə onun üzərinə qoyulmuş öhdəlikləri icra etməmiş, iddiaçıya qanuni əsaslarla bağ sahəsi məxsus olmasına baxmayaraq, hüquqların dövlət qeydiyyatına alınmasından imtina etmişdir.
17. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin
- 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
18. Məhkəmə yuxarıda göstərilən bütün hallara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan bağ massivindəki 4 və 6 saylı bağ sahələrinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq, ona bu barədə çıxarışın verilməsi öhdəliyi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmalıdır. 18.Azərbaycan Respublikiasının İnzibati Prosessual Məcəlləsinin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə tərəflər, dövlət rüsumu ödəməkdən azad olunurlar. Eyni zamanda məhkəmə hesab edir ki, iş üzrə aparılmış məhkəmə ekspertiza tədqiqatının dəyərinin ödənilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmalıdır. NƏTİCƏVİ HİSSƏSİ
19.Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İPM-nin 2,34, 68,69, 85,110cu maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
İddia tələbi təmin edilsin. Bakı şəhəri, Suraxanı rayonu, Hövsan bağ massivindəki 4 və 6 saylı bağ sahələrinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq, İddiaçı bu barədə çıxarışın verilməsi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Aparılmış ekspertiza tədqiqatlarının dəyəri 50 (əlli) manat məbləğində cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsindən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə (keçiriləcək hesab: Büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: Adı: X1, kodu: 210005, VÖEN ********** Müxbir hesab: AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, Hesab:AZ34CTRE********************) ödənilsin Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.
Hakim Miminat Hacıbəyova